Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-741/2022 15.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 5 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Zaqatala şəhəri, Azərbaycan prospekti ev 99-da qeydiyyatda olmaqla Bakı şəhəri 8 km bazarı yaxınlığında fərdi evlərdə müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, “Fuad” adı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda ümumi çəkisi 6,470 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 2,096 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq “Fuad” adlı şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi ərazisində müxtəlif yerlərdən götürüb üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 15 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq 24-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən üç ədəd bükümdə, ayrı-ayrılıqda çəkisi 0,308 qram, 1,955 qram, 4,207 qram olmaqla ümumi çəkisi 6,470 qram külli miqdarda qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,239 qram, 0,769 qram, 0,090 qram, 0,998 qram olmaqla ümumi çəkisi 2,096 qram olan külli miqdarda kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu 8 km bazarında yaxın parkda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələri üzərində gəzdirməyində və satmağında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Orada onun üzərinə baxış keçirilərək üzərindən bir büküm çəkisi 2 qram olan “kola” yəni heroin, iki bükümdə də ümumi çəkisi 1 qram olan “patı” yəni metamfetamin aşkar olunmuşdur. Metamfetamin bir bükümdə 0.900 qram, digər bükümü isə 0.100 qram olmuşdur. 0,100 qram olan bükümdəki patını özü istifadə etməsi üçün, digərlərini satmaq və ya daha sonra özü istifadə etmək üçün ayırmışdır. Polis əməkdaşları üzərindən aşkar olunmuş narkotik vasitələri kimdən aİdığını deməyini istəmişlər, o da həmin şəxsin adını və anket məlumatları demədiyi üçün polislər üzərindən çıxan narkotik vasitələrin üzərinə digər metamfetamin və heroin əlavə etmişlər, o da məcbur olub onların hamısını cibinə qoymuşdur. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan şalvarın cibindəki şəffaf rəngli, kiçik ölçülü torbanı təqdim etmişdir. Həmin torbanın içindən 3(üç) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 4(dörd) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 1 (bir) ədəd “Samsung" markalı mobil telefon, 8 (səkkiz) manat pul aşkar olunmuşdur. Sonra həmin heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 qram (yeddi qram) olmuşdur. Daha sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 qram(üç qram) olmuşdur. Həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, müdafiəçi və onun tərəfindən imzalanmış və götürülmüşdür. 1(bir) ədəd mobil telefon götürülmüş, pul ona geri qaytarılmışdır. Üzərindən aşkar olumuş narkotik vasitələri Astara rayon sakini Fuad adlı şəxsin vasitəsi ilə istifadə etmək məqsədi ilə Bakı Şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində gizlədilən yerdən əldə etmiş, əlavə olaraq hardasa narkotik maddə saxlamamışdır. Özü Fuadı görməmiş və tanımamışdır. Fuadın sadəcə olaraq xatırlamadığı nömrəsini bilmiş və Fuadla “Whatsapp” mobil tətbiqi vasitəsilə danışıb dərhal da danışıqları silmişdir. Fuaddan narkotik vasitələri alarkən Fuadın ona göndərdiyi kart nömrəsinə pul göndərmiş və Fuad da ona alacağı narkotiklərin yerini demişdir. O da həmin narkotik vasitələri Fuadın bildirdiyi yerdən götürmüşdür. Əməlindən peşmandır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması, daşıması və satması ilə bağlı daxil olmuş məlumatla əlaqədar yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə 15 dekabr 2021-ci il tarixdə 19:30 radələrində ünvan 1 ünvanın yaxınlığına Təqsirləndirilən şəxs saxlanılaraq ona narkotik vasitələri üzərində saxlaması, daşıması və satmasında şübhəli olması və polis əməkdaşları ilə birlikdə Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin 24-cü PŞ-nə getməli olması barəsində məlumat verib onu Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindəki şəffaf rəngli, kiçik ölçülü sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən ümumlikdə 7 büküm, 3 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdən 3 bükümdə, qəhvəyi rəngli, bükümlərin “kakos”, yəni narkotik vasitə olan heroin, digər bükümün isə “şüşə”, yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 8 manat pul aşkar olunmuşdur. Sonra həmin heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 qram olmuşdur. Bundan sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon götürülmüş, 8 manat pul sonuncuya geri qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələri Astara rayon sakini “Fuad” adlı şəxsin vasitəsi ilə satması və istifadə etməsi məqsədi ilə əldə etdiyini, əlavə olaraq hardasa narkotik maddə saxlamadığını, üzərindən aşkar edilmiş narkotik vasitələrdən heç kimə sata bilməməsini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin 29-31-ci vərəqlərində olan 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elbəyi oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli şalvarın sağ yan cibindəki şəffaf rəngli, kiçik ölçülü sellofan torbanı təqdim edir. Həmin torbanın içindən 3 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunur. Dah sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 8 manat pul aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin heroinə bənzər kütlələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 7 qram olur. Sonra həmin metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 3 qram olur. Daha sonra həmin kütlələr qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon götürülür, 8 AZN pul Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələri Astara rayon sakini Fuad adlı şəxsdən satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, əlavə olaraq hardasa narkotik maddə saxlamadığını, 055 *** ** ** nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq olunmadığını bildirir. Cinayət işinin 37-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5519 saylı 16 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi olan Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən…» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.308 qram, 1.955 qram, 4.207 qram ümumi təmiz çəkisi 6.470 qrm qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.239 qram, 0.769 qram, 0.090 qram, 0.998 qram ümumi təmiz çəkisi 2.096 qram olan kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetanfetamindir. Cinayət işinin 118-119-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X5»in 24 dekabr 2021-ci il tarixli, 5278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-ci vərəqində olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcət Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli şalvarın sağ yan cibindəki şəffaf rəngli, kiçik ölçülü sellofan torbanı təqdim edir. Həmin torbanın içindən 3 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunur. Dah sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 8 manat pul aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin heroinə bənzər kütlələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 7 qram olur. Sonra həmin metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 3 qram olur. Daha sonra həmin kütlələr qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon götürülür, 8 AZN pul Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələri Astara rayon sakini Fuad adlı şəxsdən satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, əlavə olaraq hardasa narkotik maddə saxlamadığını, 055 *** ** ** nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq olunmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs sual verərək “Fuad” adlı şəxsi tanıyıb-tanımamasını soruşduqda, sonuncu onu tanımadığı və görmədiyini, Rusiya FR-da yaşayan keçmiş məhkum tanışının vasitəsi ilə “Fuad”ı tapmasını və “Fuad”la telefonda danışıb ondan narkotik vasitənin harada olmasını soruşub, narkotik vasitənin pulunu “Fuad”a göndərdikdən sonra narkotik vasitələrin qoyulduğu yerdən onları götürməsini və narkotik vasitələrin bir hissəsini satıb öz ehtiyaclarına xərcləmək və bir hissəsini də özü istifadə etmək məqsədinin olmasını, hazırda üzərindən aşkar edilmiş narkotik vasitələrdən tutulduğu üçün heç kimə sata bilmədiyini bildirir. Cinayət işinin 124-132-ci vərəqlərində olan 02 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 1,955 qram, 4,207 qram, ümumi təmiz çəkisi 6,470 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qram, 0769 qram, 0,090 qram, 0,998 qram ümumi təmiz çəkisi 2,096 qram olan kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam maddi sübut hesab edilmiş, tədqiqatdan sonra qalan qalıq, 6,350 qram heroin, 1,976 qram metamfetamin və Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş 1 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, o, bu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 20 və 77-81-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-84-cü vərəqində olan tələbnamədən görünür ki, Musayev X3 rayon Xalq Məhkəməsininhökmü ilə 14.06.2000-ci il tarixdə CM-nin 93-3 M 3 His, 42-1 maddələri 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hökmün icrası 01 il təxirə salınmışdır. Xəzər rayon Məhkəməsi tərəfindən 25.06.2013-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.08.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir və bu hökmlər ona münasibətdə məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən, CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, cinayəti səmimi etirafını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 dekabr 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bakı şəhəri, Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 1,955 qram, 4,207 qram, ümumi təmiz çəkisi 6,470 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,239 qram, 0769 qram, 0,090 qram, 0,998 qram ümumi təmiz çəkisi 2,096 qram olan kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan qalığı, 6,350 qram heroin, 1,976 qram metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon CPM-nin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 49,351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 dekabr 2021-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bakı şəhəri, Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 1,955 qram, 4,207 qram, ümumi təmiz çəkisi 6,470 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,239 qram, 0769 qram, 0,090 qram, 0,998 qram ümumi təmiz çəkisi 2,096 qram olan kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan qalığı, 6,350 qram heroin, 1,976 qram metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-741/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-741/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver