Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-741/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun, Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxaııasındu saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa ‘"Mehdi” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 2616,832 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 8020 qram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla kirayə tutduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 99,132 qram çəkidə narkotik vasitə heroini ayırıb satış üçün qablaşdıraraq üzərində, qalan maddələri isə kirayə tutduğu evdə gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdə, saat 21:55-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs kirayə tutub müvəqqəti kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 23:20-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 99,132 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, 04 aprel 2023-cü il tarixdə saat 01:00-dan etibarən onun kirayə tutduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin giriş hissəsindən sol tərəfdə yerləşən otağında dəmir çarpayının yanında saxladığı bir ədəd narıncı rəngli polietilen torbanın içərisində üç ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 951,2 qram, 627,6 qram, 938,9 qram, ümumi təmiz çəkisi 2517,7 qram olan həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkib komponentlərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on iki ədəd polietilen bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 507 qram, 2222,8 qram, 4343 qram, 482,8 qram, 993 qram, 503,1 qram, 515 qram, 487 qram, 504 qram, 497 qram, 468 qram, 406 qram, ümumi təmiz çəkisi 8020 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd üzərində “SH-125” yazısı olan yaşıl-ağ rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bilmədiyi bir predmet ilə tutulmuşdur. Yəni onda olan həmin predmet ona məlum olmuş, lakin onun içərisində nə olduğu ona məlum olmamışdır. “Tır” sürücüsü kimi daimi olaraq İran ərazisi ilə hərəkətdə olmuşdur. “Meyvəli”-də işlədiyi müddətdən bəri də sözügedən İran vətəndaşını tanımışdır. Onun həmin şəxslə kifayət qədər telefon danışıqları da olmuşdur. O, İran İslam Respublikasının vətəndaşına İrandan ona qənd alıb göndərməsini xahiş etmişdir. Bir dəfə həmin İran vətəndaşı zəng edərək ona məxsus yük olduğunu və həmin yükü götürərək saxlamasını, daha sonra dayısının həmin yükü ondan götürəcəyini bildirmişdir. O da bir sellofanda, möhkəm bağlanmış bir bağlamanı götürmüşdür. Əvvəlcə həmin bağlamanı maşınının kabininə yerləşdirmiş, daha sonra maşını 1 həftə ustada qalmışdır. O, bağlamanın avtomobilində, avtomobilin isə ustada olduğunu İran vətəndaşına bildirdikdə o, təkidlə bağlamanı evdə saxlamasını tövsiyə etmişdir. Lakin bağlamanın tərkibində narkotik maddə olduğunu bilmədiyi üçün, onun təkidini başa düşə bilməmiş, çünki ona güvənmişdir. O, həmin bağlamanı bir həftə boyunca avtomobildə saxlamışdır. Daha sonra avtomobillə evə getmiş və maşını saxlayıb, düşüb evə gedərkən qapının yanında bir neçə nəfər əməliyyatçı silahı başına dayamış və “malı” harada saxlamağını soruşmuşlar. Bundan sonra isə ondan maşının açarını tələb etmişlər. Onlar heç ilk dəfədən maşının qapısını aça bilməmiş, sonradan o, özü gedərək maşının qapısını açmış, onlar kabindən bağlamanı götürmüşlər. İttiham aktında çarpayının yanında 3 kiloqram narkotik maddə marixuana olduğu qeyd olunmuşdur. Halbuki belə bir şey olmamış, otaqda çarpayı olmuş, lakin narkotik maddə olmamışdır. Daha sonra axtarış məqsədilə 2 nəfər polis əməkdaşı onunla birlikdə evə daxil olmuşlar. Onlar guya evdə axtarış aparmış, lakin o, polislərin çox səthi və gözdən pərdə asmaq məqsədilə axtarış apardıqlarını başa düşmüşdür. Polis əməkdaşları 2 otağa baxış keçirmiş, daha sonra koridorda onlardan birinin digərinə işarə etdiyini və nəyisə “gətir” dediklərini görmüş və onlar yenidən baxış keçirilən ilk otağa qayıtmışlar. Orada o, yerə düzülmüş bağlamaları görmüşdür. Polis əməkdaşları yerə düzülənlərin narkotik maddə olduğunu, birazdan videoçəkiliş aparılacağını və videoçəkilişdə narkotik maddələrin ona məxsus olduğunu boynuna götürməyini ona bildirmişlər. O, onlara “ay qardaş, bir deyin görüm bu bağlamalar nədir” deyə soruşduqda onlardan biri onu təhqir edərək, haradan səninlə qardaş olmuşuq” deyə bildirmişdir. Polis əməkdaşları ona yerdəkilərin narkotik maddə olduğunu bildirmiş və hamısının maşınında olan sellofan torbanın içərisindən çıxdığını söyləmişlər. O, polislərə həmin sellofan torbaya bu qədər bağlama sığışmayacağını bildirsə də, faydası olmamışdır. Daha sonra polislər onu döyməyə başlamış və əlini-qolunu qandallayaraq, onu gecə vaxtı hara olduğu ona məlum olmayan bir yerə aparmışlar. Polis əməkdaşları yolda ona 30000 miqdarında pul və 1 nəfər adam verməsi qarşılığında onu azad edəcəklərini bildirmişlər. O isə onlara heç nə verə bilməyəciyini demişdir. Polislər onu apardıqları binada onu bir balaca otağa yerləşdirmişlər. Orada əvvəlcə ondan başqa bir adam da olmuş, həmin adam təxminən 40-45 dəqiqə onunla bir yerdə qalmışdır. Həmin adam ona bildirmişdir ki, “məni bir azdan buraxacaqlar, səndə çalış heç bir şeyi boynuna alma, əks halda işin çətin olacaq”dır. O, həmin adama razılıq vermişdir. Polis bölməsində bir təhqiqatçı ona naxçıvanlı olduğunu və rəisin də yaxşı insan olduğunu bildirərək, narahat olmamasını bildirmişdir. O, bildirmişdir ki, onun olmayan təqsiri boynuna götürməyəcəkdir. Polis əməkdaşları onu ailəsi ilə hədələyərək, narkotik maddələrin ona məxsus olduğunu bildirməsə, ailəsini də tutacaqlarını bildirmiş, hətta onu qorxutmaq üçün söyüş də söymüşlər. O da məcbur qalıb narkotik maddələrin ona məxsus olduğunu bildirmişdir. Daha sonra onlar videoçəkiliş aparmaq üçün evə getmiş, orada iki dəfə videoçəkiliş aparılmışdır. İlk videoçəkilişdə çarpayının yanından 3 kiloqram narkotik aşkar olunmuş, digər 7 kiloqram narkotikin haradan tapıldığı məlum olmamışdır. İkinci videoçəkilişdə bu dəfə bütün narkotik maddələr bir torbadan çıxmış, bu dəfə də 7 kiloqram ümumilikdə narkotik maddə aşkar olunmuş, digər 3 kiloqram narkotik maddənin aqibəti necə olduğu bəlli olmamışdır. Yəni hər iki videoçəkilişdə kifayət qədər ziddiyyətlər vardır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 03 aprel 2023-cü il tarixində, saat 21:35 radələrində, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində tərəfimizdən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun şalvarının cibindən bir ədəd bükümdə narkotik maddə heroin, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı aşkar olunmuşdur. Onunla aparılan söhbət zamanı o, yaşadığı evdə də narkotik maddə olduğunu bildirmiş, onun evinə keçirilən baxış zamanı evin içərisindəki otaqların birindən 3 ədəd bükümdə narkotik maddə heroin, 12 ədəd bükümdə narkotik maddə marixuana və 1 ədəd elektron tərəzi ələ keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddələri sosial şəbəkələr vasitəsilə tanış olduğu “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşından əldə etmiş, həmin narkotik maddələri Füzuli rayonunda tapşırılan ünvanlara çatdırmış və bunun qarşılığında 10.000 manat əldə edəcəyinə söz verilmişdir. Aşkar olunan narkotik maddələr tərkibi və növü müəyyən olunması üçün ekspertizaya göndərilmiş və narkotik maddə olduğu öz təsdiqini tapdıqdan sonra istintaqa təhvil verilmişdir. Onların əməkdaşlarından birinə əvvəlcədən Təqsirləndirilən şəxs narkotik maddələri gətirərək öz evində saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşayış ünvanı barədə, yəqin ki, əməkdaşlardan birində əvvəlcədən məlumat olmuşdur. Evə baxış keçirilməsində iştirak etmişdir. Evə baxış keçirilməsi Təqsirləndirilən şəxs saxlanıldığı gün həyata keçirilmişdir. Saat təxminən 21:35 radələrində, Təqsirləndirilən şəxs saxlanılmışdır. Daha sonra onun evinə nə qədər müddət sonra baxış keçirilməsini xatırlamır. Evə baxış keçirilməsi üçün gəldikdə qapını Təqsirləndirilən şəxs özü açmış, həmin vaxtı qapı bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 aprel 2023-cü il tarixində, təxminən saat 22:00 radələrində, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmişdir. Onların əməkdaşlarından birinə daxil olmuş məlumat əvvəlcədən Təqsirləndirilən şəxs narkotik maddələri gətirərək həmin məhəlləyə yerləşdirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində tərəflərindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onun üzərinə təhqiqatçı və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən narkotik maddə heroin aşkar olunmuşdur. Onunla aparılan söhbət zamanı o, kirayə yaşadığı evdə də külli miqdarda narkotik maddə olduğunu bildirmiş, onun evinə keçirilən baxış zamanı 2 kiloqram 750 qram narkotik maddə heroin, 8 kiloqram narkotik maddə marixuana və 1 ədəd elektron tərəzi ələ keçirilmişdir. O, bildirmişdir ki, “tır” sürücüsüdür və narkotik maddələri sosial şəbəkələr vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etmiş, “Mehdi“ adlı həmin şəxslə İranda olarkən bir neçə dəfə görüşmüş və kafedə əyləşmiş, həmin narkotik maddələri Bakı şəhərində tapşırılan ünvanlara çatdırmış və internet vasitəsilə satışını təşkil etmişdir. Təqsirləndirilən şəxs öz təqsirini səmimi şəkildə etiraf etmişdir. Əldə olunan narkotik maddələr qablaşdırılaraq tərkibi və növü müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Evə nə vaxt baxış keçirildiyini dəqiq xatırlamır. Evə baxış keçirilən zaman videoçəkiliş aparılmış, protokollaşdırılmış və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Səfərov X1 saxlanılmışdır. Həmin ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsinin aparılması barədə onlara əvvəlcədən məlumat daxil olmuşdur. Onlar fiziki əlamətlərinə və digər hərəkətlərinə görə şəxsin Təqsirləndirilən şəxs olduğu qənaətinə gəlmişlər. Evə baxış keçirilməsində iştirak etmişdir. Yük maşınına baxış keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Sulutəpə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 03 aprel 2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmişdir. Orada onun üzərinə videoçəkilişlə təhqiqatçı və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və onun üzərindən narkotik maddə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsla aparılan söhbət zamanı o, Sulutəpə qəsəbəsində kirayə yaşadığı evdə də külli miqdarda narkotik maddə olduğunu bildirmiş, onun evinə keçirilən baxış zamanı giriş qapısının solundakı otaqdan qırmızı torbada ümumi çəkisi 2 kiloqramda, 4 büküm narkotik maddə heroin, 8 kiloqram narkotik maddə marixuana və 1 ədəd elektron tərəzi ələ keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddələri sosial şəbəkələr vasitəsilə tanış olduğu “Mehdi“ adlı İran İslam Respublikasının vətəndaşından əldə etmiş, özü “tır” sürücüsü olduğundan yük maşını vasitəsilə həmin narkotik maddələri Füzuli rayonu ərazisinə keçirmişdir. Əldə olunan narkotik maddələr qablaşdırılaraq tərkibi və növü müəyyən olunması üçün Ədliyyə Nazirliyinin məhkəmə kimyəvi ekspertizaya göndərilmişdir. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 aprel 2023-cü il tarixli, 6/1948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə "Azərbaycan Respublikası DİN Zərflər üçün “7 N-li” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,132 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərinə "Azərbaycan Respublikası DİN Zərflər üçün “7 №-li” dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ..." yazısı və imzalar olan kisədəki 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 951,2 qram, 627,6 qram, 938,9 qram, ümumi təmiz çəkisi 2517,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində "SH-125" yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2516,832 qram (2kq 516,832qr) təşkil edir və həmin heroinlər kimyəvi kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (iş vərəqə 48- 52) İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 aprel 2023-cü il tarixli 7/475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 12 (on iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 507 qram, 2222,8 qram, 434,3 qram, 482,8 qram, 993 qram, 503.1 qram, 515 qram, 487 qram, 504 qram, 497 qram, 468 qram, 406 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 8.020 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (iş vərəqə 54-57) İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 Tibbi Yoxlamanın xx.xx.2023-cü il tarixli, 4113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 180-181) İş materiallarında olan 03 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 99,132 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (iş vərəqə 32-34) İş materiallarında olan 03 aprel 2023-cü il tarixli “evə baxış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdə saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Binəqədi rayonu ərazisində yaşadığı evdə narkotik maddələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirib ərizə təqdim etdiyi üçün qeyd edilən yaşayış evinə keçirilmiş baxış zamanı evin girişindən sol tərəfdə olan otaqdakı dəmir çarpayının yanında saxladığı narıncı rəngli polietilen torbanın içərisindən üç ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 951,2 qram, 627,0 qram, 938,9 qram, ümumi təmiz çəkisi 2517,7 qram olan narkotik vasitə heroin, on iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 507 qram, 2222,8 qram, 434,3 qram, 482,8 qram, 993 qram, 503,1 qram, 515 qram, 487 qram, 504 qram, 497 qram, 468 qram, 406 qram, ümumi təmiz çəkisi 8020 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (iş vərəqə 38-39) İş materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında“ 06 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 9681 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 05 aprel 2022-ci il tarixdən 05 aprel 2023-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı sonuncunun İran İslam Respublikasına məxsus +**********05, +**********57, +**********24, +**********37, +**********59 saylı GSM nömrə istifadəçiləri ilə zəngli danışıqların olması müəyyən olunmuşdur. (iş vərəqə 145-146) İş materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli AZF/LGL- 6514/23 saylı məktuba əlavə olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs Vəiiyullah oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında telefon danışığı və sms yazışmasının olması müəyyən edilmiş, o cümlədən də İran İslam Respublikasına məxsus +**********05, +**********57, +**********37, +**********51, +**********24, +**********53, +**********00 nömrələrlə telefon danışıqlarının olması müəyyən edilmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 162- 164) İş materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sen sor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı qeyd olunmamış +**********25 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktın, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefonun daxili yaddaşına yüklənmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur, lxonket olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan **********25 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçinin Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə “Əmi mənə cavab ver qadan alım” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa, mobil telefonun yaddaşında olan fotogörüntülərin içərisində 31 mart 2023-eü il tarixdə çəkilmiş fotogörüntülər müəyyən olunmuşdur. Həmin görüntülərdə elektron tərəzinin üzərinə qoyulmaqla çəkiləri görünən zahiri əlamətlərinə görə və qablaşma üsuluna görə narkotik maddələr olmasına əsaslı şübhələr olan bükümlərdir. Bundan başqa bir ədəd “Samsung” markalı mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın işlənmiş vəziyyətdə olaraq plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralı olması məlum olmuşdur. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Bəbir” kimi qeyd olunmuş +**********53 saylı, adı "Cəfər İran” kimi qeyd olunmuş +**********87 saylı, adı “Daros İran” kimi qeyd olunmuş +**********092, adı “Əfşin” kimi qeyd olunmuş +**********57 saylı, adı “X11” kimi qeyd olunmuş +**********37 saylı və adı "Kiyam” kimi qeyd olunmuş +**********54 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video fayllarin olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, telefonun daxili yaddaşında “Whatsapp” və “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqləri vardır. Həmin mobil tətbiqlərin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. İran İslam Respublikasına məxsus olan GSM nömrələrdən qeydiyyatdan keçmiş istifadəçilərlə olan yazışma pəncərələrində danışıqların silinməsi müəyyən edilmişdir. (iş vərəqə 135-138) İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və heroini satış məqsədi ilə əldə edib saxladığını, bu maddələrin qanunsuz dövriyyəsində İran İslam Respublikası vətəndaşı olan “Mehdi” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Mehdi” adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərildiyinə, sonuncunun narkotik vasitələri qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin “Mehdi” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin, həmçinin digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. (iş vərəqə 131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından istintaqa adı “Mehdi1’ kimi molum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib satış məqsədi ilə Füzuli rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (iş vərəqə 220-221) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, bağlamanın tərkibində narkotik maddə olduğunu bilməməsi, saxlanılan zaman polis əməkdaşlarının ona hədə-qorxu gəldikləri üçün narkotik vasitələrin ona məxsus olmasını məcburi qaydada boynuna almasına dair ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, iş üzrə şahidlərin ifadələri, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 aprel 2023-cü il tarixli, 6/1948 nömrəli, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 aprel 2023-cü il tarixli 7/475 nömrəli rəyləri, 03 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında, 03 aprel 2023-cü il tarixli “evə baxış və götürmə aparılması”haqqında, “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında“ 06 may 2023-cü il tarixli, 20 iyun 2023-cü il tarixli, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokollar, əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubu, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, eləcə də, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində özünü tam təqsirli bilərək qeyd etmişdir ki, yük maşını sürücüsü işləyən zamanlardan əksər sürücülər kimi İran İslam Respublikasının ərazisində yerləşən Aslandüz adlanan ərazidə maşını saxlayıb çay-çörək yeyib istirahət edərmiş. Sözügedən kafeni də həmin ərəfədə “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı işlədirmiş. Odur ki, həmin şəxslə sözügedən ərəfədən, təxminən 3-4 il əvvəldən tanışlıq münasibətləri vardır. Saxlanılmamışdan təxminən 5 ay əvvəl o, aralarında danışan zaman söz düşdüyü üçün “Mehdi”-yə şəxsi işləri ilə bağlı çətinlik yaşadığını və əlavə pula ehtiyacının olduğunu bildirmiş və sözügedən şəxs ona həmin vaxt narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirərək təklif etmişdir ki, İrandan Bakı şəhərinə göndərəcəyi narkotik vasitələri oradan götürüb özündə saxlasın və sonradan ona deyiləcək yerlərə qoymaqla pul qazansın. İlk əvvəl həmin şəxsin bu təklifini rədd etmiş, belə işlərdən uzaq olduğunu bildirmiş və həmçinin də qorxmuşdur ki, tutular. Lakin təxminən mart ayının ortalarında onlar növbəti dəfə danışan zaman o, həmin şəxsin təklifi ilə razılaşmış və Bakı şəhərində olan zaman, təxminən mart ayının 26-27-si “Mehdi”-nin tapşırığı ilə oradan Füzuli rayonuna getmiş və ona izah edilmiş yerdən, konkret olaraq isə Füzuli rayonunda magistral yolu boyunca sağ tərəfdə yolun neçənci kilometr olmasını göstərən “153 km” yol nişanının altında qoyulmuş torbanı götürüb maşına qoymuş və Bakı şəhərinə qayıtmışdır. Onu da qeyd etmişdir ki, “Mehdi”-nin tapşırığı ilə o, narkotiki götürəndən əvvəl Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Sulutəpə qəsəbəsində aylıq ödənişi 200 manat olmaqla kirayə ev tutmuşdur ki, götürəcəyi narkotikləri aparıb həmin evə qoysun və sonradan sifarişə uyğun olaraq evdə rahat çeşidləyib və lazımı çəkiyə uyğun ölçüb qablaşdırsın. Beləliklə də, narkotik maddələri Füzuli rayonunda qoyulmuş yerdən götürüb Bakı şəhərinə gəlmiş və həmin kirayə götürdüyü evə qoymuşdur ki, deyilən sifarişə uyğun hərəkət edə bilsin. Bütün buna görə Mehdi ona 10.000 manat pul verməli imiş. 03 aprel 2023-cü il tarixdə saat təxminən 22 radələrində o, kirayə tutduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olubolmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir bükümdə olan “kakos” adlandırılan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan da əlavə üzərinə baxış davam etdirilmiş, əlavə olaraq iki ədəd mobil telefon, bir ədəd açar, siqaret qutusu, özünə məxsus olan sürücülük və şəxsiyyət vəsiqələri, nağd pul və iki ədəd bank kartı aşkar edilmişdir. Təqdim etdiyi bükümə baxılmış, içərisində qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqdim etdiyi büküm tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddə içi boş olan zərfə qoyularaq möhürlənmiş və o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonları, bank kartları ilə şəxsiyyət və sürücülük vəsiqələri götürülmüşdür. Açarlarla nağd pul və siqaret qutusu isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, həmin bükümün özünə məxsus olduğunu, “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə təxminən 26-27 mart tarixində Füzuli rayonunda gizlədilmiş yerdən götürdüyü narkotik maddələrin üstündən götürüb üzərində saxladığını, həmin maddələrin qalan hissəsini kirayə tutduğu ünvanda gizlətdiyini, “Mehdi” adlı şəxsin ona verəcəyi 10000 manat pulun müqabilində narkotik maddələri sonradan lazım olan yerlərə qoymaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalanmışdır. Bundan sonra ona bildirilmişdir ki, həmin evə baxış keçirilməlidir və o, ərizə yazaraq buna etiraz etmədiyini bildirmişdir. Ona görə də onlar elə həmin tərkibdə onun kirayə tutduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Ora çatanda videoçəkilişlə evə baxış keçirilməyə başlanmış və ona təklif edilmişdir ki, həmin sözügedən maddələri təqdim etsin. Ona görə də o, həmin evin girişdən solda olan otağında yerləşən çarpayının yanında olan narıncı rəngli sintetik torbanı təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxış keçirilən zaman oradan hər birinin üst səthi yapışqan lentə bürünmüş halda olan on iki ədəd bağlamada “nəşə” adlandırılan narkotik vasitə və üç ədəd bükümdə “kokos” adlanan narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra həmin maddələr ayrılıqda olaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Orada iştirak edən şəxslər də onunla birlikdə həmin bağlamanın üzərində aparılan qeydi imzalamışlar. Daha sonra evin digər yerlərinə baxış keçirilsə də əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır, həmin maddələr barədə sorğu edilən zaman o, bir daha qeyd etmişdir ki, həmin maddələri “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə əldə etmiş, sonradan ona deyiləcək yerlərə qoymalı olmuş və bunun müqabilində həmin şəxs ona 10.000 manat pul verəcəkmiş. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. (iş vərəqə 69-72; 86- 89) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 99,132 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evdən aşkar olunan ümumi təmiz çəkisi 2517,7 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 8020 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitələrin eyni tərkibli olması, elektron tərəzinin də mövcudluğu təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 160) Elektron Məhkəmə Sistemindən çıxarışdan və Babək rayon Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəməyə təqdim edilən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi və Babək rayon X6 tərəfindən verilmiş vəsiqələrin surətlərindən, eləcə də, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Babək rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyə (müddətsiz) görə əmək pensiyası alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)- 459/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 23; 107-112) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin X3 Tibbi Yoxlamasının xx.xx.2023-cü il tarixli, 4113 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, ona narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, iki ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kart onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X10 təhvil verilmişdir. (iş vərəqə 234) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 99,132 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 99,032 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evdən aşkar edilmiş ümumi təmiz çəkisi 2517,7 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2517,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 8020 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8019,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin izləri olan bir ədəd üzərində “SH-125” yazısı olan yaşıl-ağ rəngli elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung”, 01 ədəd “Redmi” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış, evə baxış, götürmə istintaq hərəkətlərinin videoyazılarını özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin, iki ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kartının onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X10 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 06 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 99,032 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2517,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 8019,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin izləri olan bir ədəd üzərində “SH-125” yazısı olan yaşıl-ağ rəngli elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung”, 01 ədəd “Redmi” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış, evə baxış, götürmə istintaq hərəkətlərinin videoyazılarını özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin, iki ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kartının onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X10 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 06 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-741/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-741/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver