Məhkəmə qərarları › İş №1(101)-741/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-741/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-741/2025 19.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X7 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmək üçün 25 iyul 2024-cü il tarixdə saat 22 radələrində tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 ünvanda yerləşən “Nağıl bağ” restoranın yaxınlığında küçənin qaranlıq hissəsində işarələnmiş narkotik vasitəni axtardığı zaman həmin vaxt oradan keçən Zərərçəkmiş şəxs avtomobildə tək qadının olmasını və kənarda onun özünü şübhəli apararaq nəsə axtarmasını görüb Rühəngiz Gənciyevaya qarşı hər hansı xoşagəlməz hərəkət edilməsindən ehtiyat edərək, Təqsirləndirilən şəxs getməsini tələb etməklə qolundan tutarkən aralarında yaranmış mübahisə zamanı sonuncu üzərindəki istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol saidin bir ədəd və kürək nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə yerinə şəxsi istifadəsi üçün olan narkotik vasitəni, yəni marixuananı təhvil almağa getmişdir. Oraya gedən zaman yanında Ruhəngiz adlı xanım da olmuş, evdən çıxan zaman Ruhəngiz xanıma zəng edərək onunla birlikdə gedəcəyi ünvana gəlməsini istəmişdir. Ruhəngiz də onunla həmin ünvana getməyə razılaşmışdır. Evdən çıxdıqdan sonra öz maşını ilə Ruhəngizin yaşadığı ünvana gedərək onu da götürmüşdür. Oradan da hadisə yerinə, yəni Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 saylı ünvana gəlmişdir. Hadisə yerinə gələndə saat təxminən 22:00 radələri olmuşdur. Hava da qaranlıq olduğu üçün küçədə heç nə görünməmişdir. Qaranlıq küçələrin birində avtomobilini saxlayaraq Ruhəngizdən maşında oturub onu gözləməsini istəmişdir. O, avtomobili işlək vəziyyətdə saxlayıb düşərək narkotik vasitənin olduğu yerə doğru hərəkət etmiş və orada ətraflı axtarmağa başlamışdır. Hadisə günündən bir neçə gün əvvəl adını xatırlamadığı mağazadan özünü müdafiə etmək məqsədilə kiçik ölçülü bıçaq almışdır. Həmin bıçağı hadisə yerinə gedən zaman üzərində götürmüşdür. Narkotik vasitəni axtaran zaman tanımadığı bir şəxs, bu iş üzrə Zərərçəkmiş şəxs ondan orada nə işlə məşğul olduğunu soruşaraq qəfildən üzərinə doğru gəlməyə başlamışdır. Həmin şəxs ona tərəf yaxınlaşan kimi onun qolundan tutaraq oradan getməsini bildirmiş, daha sonra da onun avtomobilinə tərəf getməyə başlamışdır. Maşında Ruhəngiz olduğu üçün Fuadın bu hərəkəti onu təlaşa salmışdır. Bu zaman aralarında mübahisə yaranmış, əlbəyaxa olduqları üçün yerə yıxılmışlar. Həmin vaxt qorxub üzərində olan bıçağa əlini atmışdır. Yerdə olarkən Fuad onun üzərinə doğru əyildikdə əlində olan bıçaq Fuadın bədəninə bir neçə dəfə batmışdır. Fuad bıçağın təsirindən onun üzərindən çəkilərək “kömək edin” deyə qışqırmağa başlamışdır. Bu zaman 3 nəfər onlara tərəf gəlmişdir. O, ayağa qalxıb əlində olan bıçağı kənara tullayaraq dərhal avtomobilinə doğru qaçıb oradan uzaqlaşmışdır. Ruhəngizlə birlikdə Zabrat qəsəbəsində yaşayan tanışı Cavidin evinə getmişdir. Elə bundan sonra da polis əməkdaşları onu tutub saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əməlimdən çox peşman olmuşdur. Fuada dəymiş bütün zərəri ödəmiş, aralarında barışıq əldə olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü şəxsi işləri ilə bağlı Bakı şəhəri, Xətai rayonu ərazisinə gəlmişdir. Bir neçə saat orada tanışları ilə vaxt keçirdikdən sonra yaşadığı evə gedərkən qaranlıq küçə ilə hərəkət etmişdir. Saat 22:00 radələrində o, qaranlıq küçə ilə gedərkən bir avtomobilin işlək vəziyyətdə yol kənarında saxlanıldığını görmüş, yolunun üzərində yerləşdiyi üçün avtomobilə tərəf yaxınlaşanda maşında bir xanımın əyləşdiyini görmüşdür. Avtomobilin yan tərəfində isə bir nəfər nəsə axtarırmış. Həmin şəxsdən orada nə işlə məşğul olduğunu soruşduqda Məhəmmədəli özünü çox şübhəli apararaq ona əhəmiyyət vermədiyi üçün bir az yaxınlaşıb oradan getməsini bildirmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmışdır. O, Məhəmmədəlinin üzərinə doğru gedib yenidən nə baş verdiyini, nə üçün orada dayanmasını soruşaraq, qolundan tutub saxlamağa çalışmışdır. Həmin an Məhəmmədəli ona müqavimət göstərdiyi üçün onlar əlbəyaxa olub yerə yıxılmışlar. Yerdə əlbəyaxa olan zaman bədəninin döş qəfəsinin sol hissəsində ağrı hiss etdiyindən ayağa qalxıb qışqıraraq kömək istəmişdir. Qışqıran zaman Məhəmmədəli təlaşlanıb hadisə yerindən qaçaraq uzaqlaşmağa başlamışdır. Bıçaq zərbələri sol tərəfinə, kürək nahiyəsinə dəymiş, qolunda isə bəzi cızıqlar yaranmışdır. Bu hadisədən sonra əməliyyat olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Məhəmmədəli ona dəymiş bütün ziyanı ödəmişdir. Aralarında barışıq olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulan ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 25 iyul 2025-ci il tarixdə axşam saat 22:00 radələrində Xətai rayonu, N.Tusi küçəsində yerləşən yarımtikililər tərəfdən keçərkən oradan səs gəldiyini eşitmişlər. Həmin tikililərdə xeyli sayda narkomanlar toplaşdığı üçün şikayətlərin sayı da çox olmuş, bu səbəbdən həmin ərazidə tez-tez xidmət aparılırmış. Yanında digər əməkdaşlar Əli və Emin olmuşdur. Yarımtikililər tərəfdə bir nəfər şəxsin qışqıraraq kömək istəməsini eşitdikdən sonra həmin yerə tərəf getmişlər. Orada zərərçəkmiş şəxsin yaralı vəziyyətdə, bütün hər yerinin qan içində olduğunu görüb ona yaxınlaşmışlar. Zərərçəkmiş şəxs yaralı vəziyyətdə olsa da, danışa bilmişdir. Şəxsdən hadisə barədə soruşduqda, həmin şəxs onlara adının Fuad olmasını, başqa biri ilə aralarında mübahisə baş verdiyini, bu zaman xəsarət aldığını, ona xəsarət yetirən şəxsin isə hadisə yerindən avtomobilinə minib qaçdığını bildirmişdir. Fuad həmin avtomobilin xarici görünüş əlamətlərini də təxmini şəkildə onlara bildirmişdir. Bundan sonra hadisə barədə rəhbərliyə məruzə edilmiş, yaralı şəxs xəstəxanaya aparılmışdır. Daha sonra rəhbərlik hadisə yerinə gəlmişdir. Hadisə yerində araşdırılma aparılmışdır. Məhəmmədəlinin hadisə yerindən qaçdığı avtomobilin xarici görünüş əlamətlərinə dair məlumatlı olduqlarından bir gün sonra Məhəmmədəlini Zabrat qəsəbəsində saxlamışlar. Saxlayan zaman Məhəmmədəlidən bu hadisəni törətmə səbəbi soruşulmuş, cavabında isə onlara hadisə yerində şəxsi istifadəsi üçün olan narkotik vasitəni tapmaq üçün hər yeri axtardığını, cinayət işi üzrə zərərçəkmiş şəxsin ona yaxınlaşıb nə axtardığımı soruşduğunu demiş, zərərçəkmiş şəxs onun üzərinə doğru gələndə əlbəyaxa olmuşlar və əlindəki bıçaq zərərçəkmiş şəxsə dəymişdir. Hadisə günü Məhəmmədəlinin yanında bir qadın da olmuşdur. Zabrat qəsəbəsində saxlayan zaman isə Məhəmmədəli tək olmuş, hətta onlardan qaçmaq üçün divarların üzərindən tullanaraq uzaqlaşmağa çalışmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Aralarında şəxsi münasibət var və mütəmadi olaraq birlikdə vaxt keçirirlər. xx.xx.2024-cü il tarixdə Məhəmmədəli ilə işdən sonra görüşmək üçün danışmışlar. Həmin gün saat 21 radələrində yaşadığı evdə olarkən Məhəmmədəli zəng edib onu götürməyə gəlməsini bildirmişdir. Hər zaman olduğu kimi o, Məhəmmədəli ilə görüşmüş və avtomobilə əyləşdikdə Məhəmmədəli ona demişdir ki, Xətai rayonu, Əhmədli qəsəbəsi tərəfdə qısamüddətli işi var, işi həll etməyə gedəcəkdir. Onlar saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazsisinə gəlmişlər. Məhəmmədəli avtomobili qaranlıq küçəyə sürmüş və bir qədər irəlilədikdən sonra ona avtomobildə qalıb gözləməsini demişdir. O, avtomobildə sağ sərnişin oturacağında gözləmiş, avtomobil isə işlək vəziyyətdə olmuşdur. Məhəmmədəli avtomobildən düşüb arxa tərəfə doğru getmişdir. Təxminən iki dəqiqə sonra bir nəfər şəxslə Məhəmmədəlinin mübahisə etməsinin, sonradan daha bir neçə nəfərin isə Məhəmmədəlini tutmağa çalışmasının, həmin vaxt Məhəmmədəlinin avtomobilə doğru qaçaraq gəlməsinin şahidi olmuşdur. Məhəmmədəli avtomobilə əyləşdikdə dərhal qaza basıb avtomobili hərəkət etdirmişdir. Məhəmmədəlidən nə baş verməsini soruşduqda demişdir ki, həmin yerdən narkotik vasitə götürmək üçün gəlmişdir, lakin mübahisə baş verdiyi və polislər gəldiyi üçün oradan qaçmışdır. Məhəmmədəlini üzərindəki paltarında qan ləkələri olduğundan bu barədə soruşmuş, Məhəmmədəli demişdir ki, üzərində olan bıçaqla üzərinə doğru gələn şəxsi vurmuşdur. Məhəmmədəli qorxmuş və ona demişdir ki, tanışının evinə getməlidirlər. İlk öncə birlikdə Bakı şəhəri, Tbilisi prospekti adlanan yerə getmişlər. Orada Məhəmmədəli avtomobili ara məhəllədə saxlamış və üzərində olan paltarlarını dəyişmişdir. Sonra yoldan taksi saxlatdırmış və Məhəmmədəli dəyişdiyi paltarları yolda xatırlamadığı yerdə zibil qutularına tullamışdır. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində Cavid adlı Məhəmmədəlinin tanışı olan şəxsin evinə getmişlər. Orada olarkən Məhəmmədəli Cavidə demişdir ki, bir nəfər şəxslə mübahisə edibdir. Bir neçə saat sonra evin qapısına polislər gəlmişdir. Həmin vaxt Məhəmmədəli qorxduğundan evdən çıxıb həyətyanı sahənin daş hasarına doğru qaçmışdır. Polis əməkdaşları Məhəmmədəlinin harada olmasını soruşmuş və sonra Məhəmmədəlini daş hasardan qaçmaq istəyərkən saxlamışlar. Bundan sonra polis bölməsinə dəvət edilmişlər (cild 1, iş vərəqi 97-100). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, HK-1/1290 saylı raportdan görünür ki, həmin tarixdə saat 22:25-də Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sistemindən Xətai RPİ 35-ci Polis bölməsinə daxil olmuş məlumatda “X11”dan həkim Sahib Hüseynov xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 ünvanında Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən bıçaqla vurularaq bədən xəsarəti almışdır (cild 1, iş vərəqi 11). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə baş vermiş cinayət hadisəsi üzrə Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirən şəxs xx xxxxxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gizləndiyi Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində saxlanılaraq Xətai RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 16). - şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən ünvan 3 ünvan “Nağıl Bağ” adlı restoranın yaxınlığında yerləşir, burada təqsirləndirilən əxs köhnə tikili olan və məişət tullantılarının olduğu boş və geniş ərazidə avtomobilini saxlayıb, daha sonra Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi, əlbəyaxa olub yerdə çəkişdikləri zaman Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani formada göstərməklə ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. İstintaq hərəkəti zamanı ətraf obyektlərdə hər hansı kamera və ya təhlükəsizlik şəhər kamerasının olması müəyyən edilməmiş, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağı aşkar etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 41-44). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 45). - sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 2037 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:35-də müayinəyə cəlb edilmiş, müayinə zamanı onun sidiyində THCH müsbət, MTDH müsbət, MOPH müsbət, METH müsbət aşkar edilmiş, TMLH mənfi, PGBH mənfi aşkar edilməmişdir (cild 1, iş vərəqi 55). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 57-58). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 92). - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur (cild 1, iş vərəqi 105). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 867 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin bir ədəd və kürək nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 126-128). - məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 365-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, orta hissəsində 01 (bir) ədəd, yuxarı hissəsində 01( bir) ədəd və arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 04 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişlər (cild 1, iş vərəqi 129-133). - məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 503/2024/MTBŞ saylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O(İ)-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən).

2. Ekspertizaya təqdim edilmiş bir ədəd qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı, “A”, “B” antigenləri və aqqlyutininləri isə alınmadı. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 135-138). - ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 139- 141). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş və ekspertiza tədqiqatına təqdim edilərək müvafiq rəy alınmış 01 ədəd köynək sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 142-149). - Abşeron rayonu 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin verdiyi xasiyyətnamədən və arayışdan görünür ki, X1 şəhəri, Narın MTK, Heydər Əliyev prospekti 97, mənzil 28-də qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamış, qonşuları tərəfindən sakit, tərbiyəli, ailəcanlı bir insan kimi tanınmışdır (cild 1, iş vərəqi 167). Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməlini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmış, qeyd edilən Məhkəmənin 03 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, dərhal həbsdən azad edilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1 iş vərəqə 30, 85-89, 109-113). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 26 iyul 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək təyinatını itirdiyindən məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar