Məhkəmə qərarları › İş №1(101)-742/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-742/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-742/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər - Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X12 və X5 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqla müəyyən edilməmiş mənbədən 01 ədəd şəffaf rəngli sellofan bükümdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda təmiz çəkisi 19,780 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 45-ci məhəllə, 8/77 saylı binanın həyətində saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 19,780 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər 2 saylı şəhər poliklinikasında psixiatrik kabinetdə qeydiyyatdadır, lakin əlillik dərəcəsi yoxdur. Tutulduğu zaman rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin ondan əvvəl uzun müddət “xxxx” MMC-də usta köməkçisi işləmişdir. O, tutulmazdan əvvəl təxminən bir il müddətində, psixi xəstəliyi olduğundan özünü sakitləşdirmək üçün arabir narkotik vasitə olan heroin qəbul etmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuş və həmin mobil nömrəsini “Samsung J3” markalı mobil telefonunda istifadə etməklə, həmin mobil nömrə ilə “WhatsApp” ani mesajlaşma proqramından qeydiyyatdan keçməklə istifadə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 13 radələrində o, Sumqayıt şəhərində yaşadığı evində olarkən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə tanımadığı nömrədən mesaj gəlmiş, həmin şəxs İran İslam Respublikasının vətəndaşı olduğunu, adının Əli olduğunu demiş və onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin şəxsdən onun nömrəsini haradan əldə etdiyini soruşsa da, sonuncu ona nömrəsini haradan və ya kimdən aldığı barədə heç bir məlumat verməmiş və onunla söhbət edərək onun da narkotik vasitə olan heroin qəbul etdiyini bildiyini, ona qramını 10 manata narkotik vasitə heroin təşkil edə biləcəyini demişdir. O, danışdığı şəxsin təklif etdiyi heroinin qiyməti ucuz olduğu üçün sonuncudan 20 qram heroin istəmişdir ki, heç olmasa 3 həftə ərzində həmin narkotik vasitədən istifadə etsin. Bundan sonra həmin şəxs ona “WhatsApp”la pul köçürməsi üçün hesab nömrəsini göndərmiş, o da Sumqayıt şəhərində “MilliÖn” ödəniş aparatından həmin hesab nömrəsinə 200 manat pul köçürmüşdür. Bundan bir qədər sonra həmin şəxs onun “WhatsApp”ına yazıb Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzi ilə Binə ticarət mərkəzinin yaxınlığına artıq istədiyi miqdarda malın qoyulduğunu demiş və malın gizlədildiyi yerin şəklini də ona “WhatsApp”la göndərmişdir. Elə həmin gün, təxminən saat 16-17 radələrində Sumqayıt şəhərində yaşadığı binanın yaxınlığından nömrəsini və markasını xatırlamadığı sifariş əsasında çağırdığı taksiyə minib həmin şəxsin şəklini atdığı yerə, yəni Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmiş, bir qədər axtardıqdan sonra həmin yeri tapıb, ağacın dibində olan 01 ədəd sellofan bükülünü götürmüşdür. O, malı götürdükdən sonra da tanımadığı taksi ilə Sumqayıt şəhərinə qayıtmış, yolda olarkən isə qorxduğundan və eləcə də heç kəsin bu barədə bilməyini istəmədiyindən həmin şəxslə “WhatsApp”la olan yazışmasını silmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:30 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, 8/77 saylı binanın həyətində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxınlıqda yerləşən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə getmiş, yolda olarkən isə qorxduğundan istifadəsində olan “Samsung J3” markalı mobil telefonu ümumi format etmişdir. Bölmədə hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim olunaraq, xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışı mülki geyimdə olan polis əməkdaşlarından biri qeydə almış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən ona məxsus qara rəngli “Samsung J3” markalı mobil telefonu, sol yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindəki sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroin aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və bükümlə birlikdə çəkisinin 21,7 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O, şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq həmin maddənin ona məxsus olduğunu, Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığından götürdüyünü, həmin yerdə narkotik maddə olmasını ona adını bilmədiyi şəxs tərəfindən deyildiyini bildirmişdir. Eləcə də, həmin vaxt qorxduğundan və narkotik vasitə istifadəçiləri arasında marixuana istifadə etməyin cəzasının az olduğunu bildiyindən, ağır cəza almaqdan qorxaraq yalandan narkotik vasitə olan heroin istifadə etmədiyini, ona götürdüyü vasitənin psixotrop maddə olan metafetamin olduğunun bildirildiyini, həmin metafetamini daha sonra nəşə ilə dəyişib çəkəcəyini demişdir. Şəxsi axtarış keçirildikdən sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza atmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni saxlanmamışdan bir neçə saat əvvəl əldə etmiş, heroini aldığı şəxsi tanımamış, həmin şəxs “WhatsApp”-da yazışarkən adını Əli olaraq ona təqdim etmişdir. Onunla əlaqə yaradan şəxs ona narkotik vasitə olan heroinin 1 qramını 10 manata satdığını bildirmiş, narkotik vasitə heroinin qiyməti əvvəl aldığı heroinlərin qiymətindən ucuz olduğundan təkliflə razılaşıb 20 qram miqdarında əldə etmək istədiyini bildirmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsinə taksi sifariş edib getmiş, oradan narkotik vasitə heroini götürdükdən sonra da, tanımadığı taksi ilə geriyə Sumqayıt şəhərinə qayıtmışdır. Heroini götürdükdən sonra narkotik vasitəni əldə etdiyi şəxslə olan yazışmasını qorxusundan silmiş, həmçinin həmin şəxsin nömrəsini qorxduğu üçün kontaktlarında yaddaşa yazmamışdır. Ona göndərilmiş hesab nömrəsini hazırda xatırlamır, hesab nömrəsini həmin şəxs ona “WhatsApp” proqramı ilə göndərmiş, həmin hesab nömrəsinə telefonda baxaraq “Milliön” aparatına daxil edərək pulu göndərmiş, daha sonra isə həmin şəxslə yazışmanı sildiyi üçün hesab nömrəsi telefonunda qalmamışdır. O, özü narkotik vasitə heroin istifadəçisidir və heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini əldə etdiyi şəxslə xx.xx.2020-ci il tarixdə birinci dəfə ünsiyyətdə olmuş, əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. Onun özü təxminən artıq bir il müddətində narkotik vasitə istifadə etdiyindən, müxtəlif tanımadığı şəxslərə müraciət edərək narkotik vasitə əldə etmiş, bu səbəbdən narkotik vasitə heroinin qanunsuz olaraq satılması qiymətlərindən təqribi xəbəri olmuşdur. Həmin hesab nömrəsinə 200 manat pul vurduqdan sonra həmin şəxs ona malı qoyduğu yerin şəklini çəkib atmışdır, o da narkotik vasitəni qoyulan yerdən gedib götürmüşdür. O, həmin yerə, yəni Qaradağ rayonu, Lökbatan qəsəbəsinə taksi sifariş edərək getmiş, tanımadığı taksi ilə də geriyə Sumqayıt şəhərinə qayıtmışdır. Bu hadisə elə xx.xx.2020-ci il tarixdə, polis əməkdaşları tərəfindən tutulmamışdan 2-3 saat əvvəl, yəni 16-17 radələrində baş vermişdir. Onun narkotik vasitə istifadəçisi olmasından ailə üzvlərindən heç kimin xəbəri olmamış, bu səbəbdən narkotik vasitə əldə etdiyi şəxslə danışdıqdan dərhal sonra həmin şəxslə yazışmalarını silmişdir ki, təsadüfən də olsa yaxınlarından heç kim bu barədə xəbər tutmasın. O, ilkin olaraq tutulduğu zaman qorxduğundan üzərindən aşkar olunmuş heroini guya marixuana ilə dəyişərək sonradan istifadə etdiyini bildirmiş, belə ki, polis əməkdaşları tərəfindən tutulduqdan sonra yolda olarkən polis əməkdaşı onunla söhbət edib, özünün narkotik vasitə istifadə edib etmədiyini soruşmuş, o da qəbul etdiyini bildirdiyi zaman polis əməkdaşı ona məsləhət görmüşdür ki, marixuana qəbul etməyin cəzası az olduğundan özünün marixuana istifadə etdiyini desin. Bu səbəbdən o, videoçəkiliş zamanı narkotik vasitə marixuana istifadə etdiyini bildirmiş, lakin sonradan üzərindən aşkar olunan heroindən istifadə etdiyini etiraf etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edildiyini başa düşmüş, bu səbəbdən artıq izahatında və sonrakı ifadələrində narkotik vasitə heroin istifadəçisi olduğunu, üzərinə şəxsi axtarış keçirilərkən yalan dediyini etiraf etmişdir. Onun özü narkotik vasitələrdən ilk dəfə istifadə etməyə başladığı zaman marixuana istifadə etmiş, daha sonra isə artıq heroindən istifadə etməyə başlamış, çox az hallarda isə psixotrop maddə metafetamindən də istifadə etmişdir. Polis əməkdaşlarına elə tutulduğu andan etibarən narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilib video çəkiliş edilərkən polis əməkdaşı ondan narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşmuş, o da polis əməkdaşına belə bir əməlin ona yaraşmayacağını bildirərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını polis əməkdaşlarının diqqətinə çatdırmışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin biinci cildində olan “Şübhəli şəxsin dindirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokol ona tanışdır. Həin protokolun məzmunundan göründüyü kimi, ona müstəntiq tərəfindən dindirilərkən artıq bir ildir narkotik vasitə heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə alqı-satqısı ilə ümumiyyətlə heç vaxt məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı heç bir zorakılıq olmamış, təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında nümayiş etdirilməklə ona təqdim olunan şəxsi axtarış və götürməni əks etdirən video görüntüdə o, təhqiqatçının suallarına cavab olaraq heroin çəkmədiyini, həmin yerə metafetamin dalınca gəldiyini, sonradan nəyşə ilə dəyişəcəyini deməsi ilə bağlı bir daha bildirir ki, belə deməsini ona polis əməkdaşı məsləhət görmüşdür. Bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar olunmuş narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar təşkil etməsi ona aydındır. Bununla bağlı bir daha qeyd edir ki, narkotik vasitə heroini 20 qramdan bir qədər az miqdarda almaqda məqsədi, narkotik vasitəni aldığı şəxsin bir qramını ucuz qiymətə sadığı üçün, şəxsi istifadəsinə bir müddət bəs edəcək qədər əldə etmək olmuşdur. Elan edilməklə ona təqdim olunmuş telefon danışıqlarına dair məlumatlar ona aydındır. Həmin telefon məlumatlarında hadisə günü əlaqə saxladığı şəxslər sırasında narkotik vasitəni əldə etdiyi şəxsin mobil telefon nömrəsi yoxdur. Həmin şəxs ona mobil operatorun xətt əlaqəsindən istifadə etməklə yox, “WhatsApp” vasitəsilə əlaqə saxlamışdır. Onun özü hərbi xidmətdə olduğu zaman psixi pozuntuları aşkarlandığından hərbi həkim komissiyası tərəfindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu müəyyən edilməklə tərxis olunmuş, bundan sonra Sumqayıt şəhər 2 nömrəli şəhər poliknikası psixiatrik kabinetində də qeydiyyatda durmuşdur. Son olaraq göstərdi ki, şəxsi istifadəsi üçün daşıdığı təxminən 20 qramdan bir qədər az narkotik vasitə heroinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və narkotik vasitə istifadə etməsinə görə peşmandır. Əməlinin düzgün tövsif olunmaqla barəsində ədalətli həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhərində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 18:30-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, 8/77 nömrəli yaşayış binasının yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılmış, ona özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsidə şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Videoçəkiliş Şahid2 tərəfindən aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus qara rəngli “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərinə tərəflərindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə baxış keçirilən zaman içərisindəki sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 21,7 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunan maddənin nə olduğunu və haradan əldə etdiyini soruşulduqda Rasif verilən suallara cavab olaraq həmin maddənin metafetamin olmasını düşündüyünü, həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığından götürdüyünü, həmin maddəni adını bilmədiyi xarici vətəndaşdan, iranlıdan aldığını bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs həmin İran vətəndaşının ona “Whatsapp”la zəng etdiyini, həmin İran vətəndaşından nömrəsini haradan əldə etdiyini soruşsa da, sonuncunun bu barədə ona heç nə demədiyini, ona yalnız 05 qram çəkidə metafetamin atıldığını, gedib deyilən ünvandan, yəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığından götürülməsini deyildiyini, onun da həmin ünvandan gedib üzərindən aşkar olunan vasitəni götürdüyünü, Sumqayıt şəhərində öz məhlələrində olanda həmin ünvandan götürdüyü maddənin heroinin olduğunu bilməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs arada nəşə çəkdiyini, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş maddəni gələcəkdə nəşə ilə dəyişmək istədiyini qeyd etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni verən şəxsin nömrəsinin olub olmadığını, üzərindən aşkar olunmuş maddənin nə vaxt əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs də telefondan həmin nömrəni sildiyini, nömrənin olmadığını, üzərindən aşkar olunduğu narkotik vasitənin isə həmin gün, yəni tutulduğu gün saat 17-18 arası aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs könüllü olaraq, üzərindəki narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 21,7 qram olması müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik maddə olan heroini metafetamin olduğunu düşünərək götürdüyünü demiş, üzərindən aşkar olunmuş maddənin Rasifin tanımadığı İran vətəndaşı tərəfindən qoyulduğu yerdən və “Whatsapp’la qoyulduğu yerin şəklinin çəkilərək ona atıldığı yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığından götürdüyünü, həmin maddəni satmaq niyyəti olmadığını və marixuana ilə dəyişib özü istifadə etmək istədiyini demişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlara əməliyyat məlumatı olmamış, lakin onlar Rasifin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat əldə etmişlər və həmin məlumatı yoxlayıb üzərindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə olan heroin qəbul etdiyi, lakin guya onun Rasifə heroin və metafetamin çəkməməsini dedikdə onun üçün daha yaxşı olacağını deməsi ilə bağlı qeyd etdikləri həqiqəti əks etdirmir, Rasifə belə bir söz deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tərəflərindən saxlanmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Qaradağ rayonun, Lökbatan qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan sonra bir qədər özünü itirmiş, qəribə davranmaqla, şəxsi axtarış zamanı da özünün psixi xəstəliyinin olduğunu, hərbi xidmətdən bu səbəbdən tərxis olunduğunu bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 110-113-cü vərəqlərində olmaqla “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun tərəfindən verilmiş ifadəsi qeyd olunmuşdur. İfadəsinin məzmununu təsdiq edir. Həmin protokolda qeyd olunan müstəntiq tərəfindən verilmiş suallara cavablarda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığı, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatının olmadığını bildirməsi ona aydındır, qeyd olunan cavabları halhazırda da təsdiq edir. Elan edilməklə ona təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisinin Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi Tural Əhmədliyə olan məktubunda, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı üzrə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadəçisi olduğu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən, əldə etməsi, digər şəxsləri satmasını müəyyən etmək mümkün olmadığı ona aydındır. Qeyd olunanlardan əlavə olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olamsı barəsində hər hansı əlavə məlumat onda hazırda yoxdur, tərəflərindən keçirilmiş tədbirlərdən əlavə olaraq hər hansı məlumat əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlandığı zaman üzərindən aşkar edilmiş narkotik vasitəni kimlərə satmaq məqsədi ilə əldə etməsi, istehlakçıların və ya istehlakçının kim olması barədə tərəflərindən sonradan heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan sonra sonuncuya qarşı hər hansı təsir və ya təzyiq olmamış, Surxan Əliyevin ona nə isə məsləhət verməsinin şahidi olmamışdır. Şəxsi axtarış aparılarkən müdafiəçi də iştirak etməklə, Təqsirləndirilən şəxs bu barədə soruşmuş, sonuncu da ona qarşı heç bir təsir olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitəni təqdim etmi, lakin həmin maddəni heroin yox metafetamin olaraq zənn etdiyini bildirmişdir. Təqdim olunan bir ədəd bükülünün çəkisi elektron tərəzidə 21,7 qram olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş maddəni tanımadığı “Whatsapp’la İran vətəndaşı tərəfindən qoyulduğu yerdən şəklinin çəkilərək ona atılmasından sonra, yəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, həmin maddəni satmaq niyyəti olmamış, arabir narkotik vasitə marixuana çəkdiyindən sonradan marixuana ilə dəyişib özü istifadə etmək istədiyini demişdir. Rasifin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat digər əməkdaş Şahid1 daxil olmuş, həmin məlumat üzrə tərəflərindən əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlandığı zaman üzərindən aşkar edilmiş narkotik vasitəni kimlərə satmaq məqsədi ilə əldə etməsi, istehlakçıların və ya istehlakçının kim olması barədə tərəflərindən sonradan heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan həyəcanlanıb, özünü itirərək qəribə davranmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs vəkilin suallarına cavab olaraq əlilliyinin olmasa da, özünün psixi xəstəliyinin olduğunu, hərbi xidmətdən bu səbəbdən tərxis olunduğunu bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 119-122-ci vərəqlərində olmaqla “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun tərəfindən verilmiş ifadəsi qeyd olunmuşdur. İfadəsinin məzmununu təsdiq edir. Həmin protokolda qeyd olunan müstəntiq tərəfindən verilmiş suallara cavablarda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığı, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatının olmadığını bildirməsi ona aydındır, qeyd olunan cavablarını hal-hazırda da təsdiq edir. Elan edilməklə ona təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisinin Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi Tural Əhmədliyə olan məktubunda, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı üzrə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadəçisi olduğu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən, əldə etməsi, digər şəxsləri satmasını müəyyən etmək mümkün olmadığı ona aydındır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 25 oktyabr 2020ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi X9 tərəfindən icraatında olan HK-1/474 saylı material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər.. 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə olan xx xxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə:6 ünvnaında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 4-cü mikrorayonu, ev: 6/15, mənzil:4 ünavnında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib, Sumqayıt şəhərində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması barədə məlumatlandırmış və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər.. 04) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər.. 5-6) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin rəisi, polis polkovniki İslam Hümbətova olan xx xxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək xx xxxxxxx 2020-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1998-ci ildə Sumqayıt Şəhərində anadan olmuş, ünvan 1 ünavnında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhərində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:30 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllə, 8/77 nömrəli yaşayış binasıdının yaxınlığında piyada hərəkət edən zmaan saxlanılaraq Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin inzibati binasına gətirilmişdir, Təqsirləndirilən şəxs paltarında, əşylarında, bədənində, avtomobilində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin götürülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər.. 10) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il saat 19:30 dəqiqədə Sumqayıt ŞPİ-nin binasında müdafiəçi Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat göstərilmişdir. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxt xx xxxxxxx 2020-ci il tarixdə saat 18:30 dəqiqədən hesablanmışdır. (cild 01, iş vər.. 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki,xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasıı barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, 8/77 saylı binanın həyətində piyada hərəkət edərkən saxlanılmış və yaxınlıqda yerləşən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtariş və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sol yan çibindən isə 1 (bir) ədəd sellofan torbaya bükülmüş bükümü təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfimizdən götürülmüşdür. Bundan sona Təqsirləndirilən şəxs təqdim etdiyi bükülmüş vəziyyətdə olan sellofan bükümə baxış keçirilən zaman içərisindəki sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin madə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 21,7 qram (iyirmi bir tam onda yeddi qram) olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış,üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. (cild 01, iş vər. 30-31) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2270 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd sellofan büküm...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,780 qram olan maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.(cild01, iş vər. 39-42) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 01, iş vər. 58) Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(060)-239/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır.(cild 01, iş vər. 79-82) Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə şöbəsi 2 nömrəli şəhər poliknikası tərəfindən verilmiş sorğuya cavbdan görünür ki, ünvan 8 ünvanda yaşayan vətəndaş Təqsirləndirilən şəxs 2 saylı şəhər poliknikasının psixiatrik kabinetində mülayim dərəcədə ifadə olunmuş uzun müddətli qarışıq dissisiativ-konversion pozuntu, intihar fikriləri diaqnozu ilə qeydiyyatdadır. (cild 01, iş vər. 85) Sumqayıt ŞPİ-nin xx.xx.2020-ci il tarixli, ***-*******20 nömrəli əməliyyat tapşırığından görünür ki, istintaqın tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması məqsədi və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmaması, Təqsirləndirilən şəxs narkotik vasiəni haradan və nə məqsədlə əldə etməsi, eyni zamanda narkotik vasitə olan heroin çəkib çəkməməsi, Təqsirləndirilən şəxs başqa hər hansı bir nömrəsinin olub-olmaması, İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə danışıqlar aparmışdırsa həmi mobil nömrələri əməliyyat yolu ilə müəyyən edilib istintaqa təqdim edilməsi üzrə xüsusatların əməliyyat-axtarış tədbirləri keçirilməklə müəyyən edilməsi xahiş olunmuşdur: (cild 01, iş vər. 93-94) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixli saat 20:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar üzərinə şəxsi axtraış keçriirlməsi barədə çəkilmiş videogörüntü olan bir ədəd DVD diskinə baxış keçirilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİnin 3-cü Pb-nin inzibati binasında olan xidməti iş otaqlarından briində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Azərbaycan respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupöunun təhqiqatçısı polis kapitanı X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə saat 20:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotlklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə [Mübarizə İdarəsinin əməliyyat müvəkkil polis baş leytenantı Şahid2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd qara rəngli “Samsung J3" markalı mobil telefon, Böl yan cibindən isə 1(bir) ədəd sellofan torbaya bükülmüş bükümü təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də iş, üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sona Təqsirləndirilən şəxs təqdim etdiyi bükülmüş vəziyyətdə olan sellofan bükümə baxış keçirilən zaman İçərisindəki sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 21,7 qram (iyirmi bir tam onda yeddi qram) olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, təqdim etdiyi sellofan paketin içərisində olan maddənin özünə məxsus olduğunu, həmin bükümü, tanımadığı və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən, “Sədərək” ticarət mərkəzinin yaxınlığında xx.xx.2020-ci il tarixdə saat 17 radələrində götürdüyünü, özünün narkotik maddələrinin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmişdir. Baxış zamanı qeyd edilən diskin məzmunu «X14» proqramı vasitəsilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin «arayışlar üçün» möhürü ilə möhürlənərək protokola əlavə edilmşdir. Diskə baxış keçirildikdən sonra tərtib edilmiş protokol ucadan oxunmuş, düzəliş və etiraz daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. (cild 01,iş vər. 101-103) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtraış keçirilən zamanı ondan götürülmüş və özünə məxsus 1 ədəd “Samsung J3” markalı mobil telefona baxış keçirilmiş, Baxışz amanı, təqdim olunan telefonun prametrlərinə daxil olan zaman, telefon markasının “Samsung J3” markalı, imei kodunun isə **********606 saylı olduğu müəyyən edilmişdir.Həmin telefonda xxxx MMC-nin +99***-***-**-** saylı mobil nömrə olduğu müəyyən edilmişdir. Həmin telefonun “Mesajlar”, “Kontaktlar” və “Qalareya” qovluqlarına daxil olunmuş və telefonun yaddaşında heç bir fayl, mesaj, kontakt olmadığı müəyyən edilmişdir.Eyni zamanda telefonun menyusuna baxıldıqda telefonda “Vvatsapp” və hər hansısa sosila şəbəkə proqramalrı olmadığı da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarıç keçirilən zaman götürülmüş “Samsung J3” markalı mobil teelfona baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edəcək məlumat əldə etmək mümkün olmamışdır.(cild 01, iş vər. 104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisinin Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi Tural Əhmədliyə məktubundan görünür ki, tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadəçisidir. Lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən, əldə etməsi, digər şəxsləri satmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi X6 vətəndaşının şəxsiyyətini və Təqsirləndirilən şəxs başqa hər hansı mobil nömrəsi olmasını müəyyən etmək mükün olmamış, həmin istiqamətdə tərəflərindən tədbirlər aparılır. (cild 01, iş vər. 106) Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami küçəsi, 19C-də qeydiyyatdadır, subaydır, qeydiyyatda olduğu müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 109) “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şahid X10 müstəntiq tərəfindən şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə onlarda hər hansı məlumat olub-olmaması ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmamış, lakin onlar onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat əldə etmiş və həmin məlumatı yoxlayıb üzərindən külli miqdardada narkotik vasitə aşkar etmişlər. Şahid eyni zamanda Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması ilə bağlı onlarda hər hansı məliyyat məlumatı varmı məzmunda müstəntiq tərəfindən verilmiş suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatının olmadığını bildirmişdir. (cild 01, iş vər. 110-113) “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 müstəntiq tərəfindən şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə onlarda hər hansı məlumat olub-olmaması ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmamış, lakin onlar onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat əldə etmiş və həmin məlumatı yoxlayıb üzərindən külli miqdardada narkotik vasitə aşkar etmişlər. Şahid eyni zamanda Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması ilə bağlı onlarda hər hansı məliyyat məlumatı varmı məzmunda müstəntiq tərəfindən verilmiş suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatının olmadığını bildirmişdir. (cild 01, iş vər. 119-122) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(060)-296/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə BNMİ-nin əməliyyat-müvəkkili polis kapitanı Şahid1 xx xxxxxxx 2020-ci il tarixli qərarının qəbul edilməsi qanunauyğun hesab edilmişdir. (cild 01, iş vər. 128-130) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı zamanı həkimin suallarına cavab olaraq arabir düşəndə narkotik vasitə heroindən yandıraraq tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Lakin həmin vaxt abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qənaətinə gəlinmiş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 01, iş vər. 142-143) Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2298 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilməlidir. O, hal-hazırda da, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik və s.kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, qeyd olunan hadisəni törədərkən fizioloji affekt halında olmamışdır, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə patoloji meyillik əlamətləri müşahidə edilməmişdir. (cild 01, iş vər. 144-147) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(060)-3/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində giriş-çıxış və xaric olan zəngləri, SMS-ləri, habelə aşkar edilmiş mobil telefon nömrələrinin kimlərə məxsus olması, eləcə də qeyd edilən müddət ərzində yuxarıda göstərilən mobil telefon nömrələrinin hansı ərazidə yerləşmiş mobil rabitə antenləri tərəfindən xidmət olunması barədə məlumatların “xxxx” MMC-dən götürülməsinə icazə verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 152-154) 1300 saylı, xx xxxxx 2017-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamədən” görünür ki, n saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 273 nömrəli göndərişi ilə SQ BKH terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən əsgər Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli qarışıq dissosiativ-konversion pozuntu, intihar fikirləri ilə diaqnozlu xəstəlikdən əziyyət çəkdiyi, həmin xəsarəti hərbi xidmət dövründə aldığı və hər iki saidin ön səthinin cızılmış yaralarından (xx.xx.2017) sonrakı bərkimiş dəri çapıqları travmasını hərbi xidmət dövründə aldığı müəyyən edilmiş, HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı, “Xəstəlik cədvəli”nin 17b maddəsinin 2-ci qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu qənaətinə gəlinmişdir. (cild 01, iş vər. 170-171) “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin MMC-də xx.xx.2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixinədək usta köməkçisi vəzifəsində çalışmışdır. (cild 01, iş vər. 172) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 173-174) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan heroinin ekspert rəyində göstərildiyi kimi təmiz çəkisinin 19,780 qram olması əsas götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 19,680 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs külli miqdarda olan 19,780 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə etməsi faktına görə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. (cild 01, iş vər. 175-185) Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında Narkotik vasitələrin siyahısında heroinin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokol və “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmiş, bununla yanaşı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığı, bu kimi hərəkətlərin onlara (yəni ona) yaraşmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(060)-3/2021 nömrəli qərarı əsasında istintaq orqanına xxxx MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk müvafiq sorğu ilə əldə olunmuş və həmin diskə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə günün başlanmasından etibarən Sumqayıt şəhəri, Sumqayıt-ATC2/”heydər Əliyev prospekti, Sumqayıt 5005” anten dairəsinin əhatəsində olmuş, xx.xx.2020-ci il tarixdə, saat 16.00.53-də “ALO TAXİ”, xx.xx.2020-ci il tarixdə “Taxi Omega” adları ilə qeyd olunan abonentlərdən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə sms gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə, saat 16.26.59-da Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən, 16.36.10-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 2 ərazisində yerləşən, 16.58.49-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi, Ağac emalı sexi əraizisndə yerləşən, 17.06.52-də Bakı şəhəri, Binəqədi rayonu. Xoca Həsən qəsəbəsi, Ət emalı kombinatı ərazisində yerləşən, 17.08.59-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi ərazisində yerləşən, saat 17.33.24-də artıq Sumqayıt şəhəri, Sülh küçəsi 6/10 və Nərimanov küçəsi 7/27 kəsişməsi ərazisində olmuş, həmin müddət ərzində Təqsirləndirilən şəxs bir neçə mobil telefon nömrəsindən zəng gəlib, eləcə də Təqsirləndirilən şəxs tərəfindən zənglər edilmiş, Təqsirləndirilən şəxs davamlı oalraq mobil telefon nömrəsinin mobil internet şəbəkəsindən istifadə etmişdir. Həmin diskin yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan smslər barədə məlumat müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,780 qram narkotik vasitə hesab edilən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə olan ümumi təmiz çəkisi 19,780 qram heroini əldə etmiş, saxlamış, daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlayıb daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ibtidai isintaq zamanı və eləcə də məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin heç vaxt satışı ilə məşğul olmadığını bildirmişdir. Bununla yanaşı tərtib edilmiş müvafiq protokolun məzmunundan göründüyü kimi, ibtidai istintaqın gedişatında müstəntiq tərəfindən şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. Eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları üzrə mobil operatordan təqdim edilmiş 01 ədəd CD diskə də baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına, üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə məlumatı əldə etmiş və bununla bağlı keçirilmiş müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1, eləcə də əməliyyatda iştirak etmiş digər polis əməkdaşı Şahid2 məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni kimlərə satmaq məqsədi ilə əldə etməsi, istehlakçıların və ya istehlakçının kim olması barədə heç bir məlumat əldə edilmədiyini göstərmişlər. O cümlədən yuxarıda qeyd olunduğu kimi “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və “Şahidin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokollardan göründüyü kimi, şahidlər Şahid1 və Şahid2 müvafiq olaraq istintaq orqanı tərəfindən dindirilərkən Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatının olmadığını, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatının olmadığını bildirmişlər. (cild 01, iş vər. 110-113, 119-122) Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi Xalid Quliyevin Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tural Əhmədliyə olan xx xxxxxx 2020-ci il tarixli məktubunda xx.xx.2020-ci il tarixli ********* saylı cinayət işi ilə bağlı əməliyat tapşırığına cavab olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadəçisi olduğunun müəyyən edildiyi, lakin sonuncunun həmin narkotik vasitəni haradan, kimdən, əldə etməsi, digər şəxslərə satmasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində sözügedən məhkəmə-ekspertiza rəyində qeyd olunan hallar, eləcə də işin digər faktiki halları qarşılıqlı şəkildə təhlil edildikdə, hazırki halda eksperti rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, sonuncunun həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amillərdən biri kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, yuxarıda sadalanan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə məlumatlardan da göründüyü kimi, həmin məlumatlarla Rasim Əliyevin həqiqətən xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olması müəyyən edilmişdir ki, bu hal özlüyündə Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı qeyd etdiyi üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, polis əməkdaşları tərəfindən saxlanmamışdan təxminən 1-2 saat əvvəl Bakı şəhəri, Qardadağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək və Binə Ticarət Mərkəzlərinin yaxınlığından əldə etdiyinə dair ifadəsini təsdiq edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən təhqiqatçının narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə sualına belə bir işlə məşğul olmadığı, ona belə bir işin yaraşmayacağını bildirməsini və iş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2298 saylı rəyində qeyd olunmuş Təqsirləndirilən şəxs yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə patoloji meyillik əlamətlərinin müşahidə edilməməsi və eləcə də məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3241 saylı rəyində qeyd olunmuş narkomaniya xəstəliyinin aşkar olunmasına baxmayaraq öz vəziyyətinə tənqidi münasibətin olmasının müəyyən edilməsi halları ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək, göstərilənləri Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olunması kimi cinayətin törədilməsinə mənfi daxili münasibətinin həqiqi göstəricisi kimi qəbul edir və bu halı Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əhatə olunan cinayət əməlinin tərkib elementlərindən məhz subyektiv tərəfin mövcud olmamasına dəlalət edən hal kimi qiymətləndirir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisinin miqdar əlaməti belə, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmiş və bu hal heç bir sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə, təmiz çəkisi 19,780 qram narkotik vasitə heroininin əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X3 X4» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə x xxxxxxx 1982-ci il tarixli qərar, X13rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 19,680 qram narkotk vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə üzərinə şəxsi axtarış keçirildikdən sonra tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə 01 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 108,46 manat (yüz səkkiz manat qırxaltı qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 19,680 qram narkotk vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə üzərinə şəxsi axtarış keçirildikdən sonra tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə 01 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 108,46 manat (yüz səkkiz manat qırxaltı qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar