Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-742/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, mənzil 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2019-cu ilin iyul ayının ortalarından 2021-ci ilin sentyabr ayının sonunadək olan müddət ərzində dəfələrlə cinsi ehtirasını təmin etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə, fərdi yaşayış evində rəsmi nikahdan olan 2 aprel 2010-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə öz cinsi orqanını sonuncuya masaj etdirmiş, arxa keçəcək vasitəsilə və ağız boşluğuna yerləşdirməklə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, habelə dodağından öpərək aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə 1 otaqlı fərdi yaşayış evində arvadı Qanuni nümayəndə və 3 azyaşlı uşaqları, böyük oğlu 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, 2011-ci il təvəllüdlü Şahid1 və qızı 2021-ci il təvəllüdlü Zümrüd Hacızadə ilə birlikdə yaşamışdır. Özü heç bir yerdə işləməmiş, əvvəllər Sahil qəsəbəsi ərazisində yerləşən metal əritmə zavodunda qaynaqçı işləmişdir. 2021-ci ilin avqust ayında işdən çıxmışdır. Bir neçə dəfə kişilərlə qarşılıqlı şəkildə cinsi əlaqədə olmuş, çox hallarda cinsiyyət orqanını bir-birlərinin ağız nahiyəsinə salmaqla, nadir hallarda isə arxa keçəcək ilə olmuşlar. Həmin şəxslərlə internet vasiləsi ilə tanış olub görüşmüş və onların anket məlumatlarını bilməmişdir. Tez-tez spirtli içki qəbul etmişdir. Arvadı Rəqsanə onun kişilərlə cinsi əlaqədə oduğunu bilmişdir. Rəqsanəyə sərxoş vəziyyətdə evə başqa bir kişi dəvət edib üçü birlikdə cinsi əlaqədə olmağı təklif etdikdə sonuncu əvvəlcə buna razılıq vermiş, lakin sonradan etiraz etmiş, buna görə də üç nəfər cinsi əlaqələri baş tutmamışdır. Evində olan qara rəngli parçadan bir hissəsi bel kəməri, digər hissəsi isə uzunsov şəkildə rezin materiala bərkidilmiş əşyanı cinsi əlaqədə olmaq üçün özü düzəltmişdir. Təxminən il yarım, iki il bundan əvvəl bir neçə dəfə Rəqsanə ilə cinsi əlaqədə olarkən sonuncu həmin əşyanı belinə bərkidib cinsiyyət orqanı kimi onun arxa keçəcəyinə salıb çıxarmış, bunu özü Rəqsanədən xahiş etmişdir. Sonradan isə həmin əşyadan bir daha istifadə etməmişdir. Həmin əşyanı başqa şəxslərlə cinsi əlaqədə olarkən istifadə etməmişdir. Ona qarşı irəli sürülmüş ittiham böhtandır, belə ki, o, 2019-2020-ci illər tarixində, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Oğlu İlknura qarşı hər hansı seksual xarakterli hərəkətlər etməmiş və oğlunun hansı səbəbə onu ittiham etdiyini bilmir. İbtidai istintaq dövründə ona hədə-qorxu gəldikləri və təzyiq altında olduğu üçün ona qarşı irəli sürülmüş ittihamı qəbul etmişdir. Evində cinsi ehtirasını təmin etmək üçün rezin alət olmuşdur. Rezin alət ona məxsus olmuş və oğluna qarşı istifadə etməmişdir. Telefonuna pornoqrafik videomaterialları və şəkillərı arvadı Qanuni nümayəndə ilə cinsi əlaqədə olarkən baxmaq üçün yazmışdır. Ona ibtidai istintaq dövründə psixoloji təsir göstərilmişdir. Ona təsir göstərilməsi barədə müdafiəçisinə məlumat vermək üçün görüşmək istədikdə buna imkan verilməmişdir. 2021-ci ilin avqust ayından heç bir yerdə işləməmişdir. Qayınanası və qayınatası ona qarşı qərəzli olduğu üçün ona bu cür böhtan atıb barəsində şikayət etmişlər. İbtidai istintaq zamanı yazılan ifadələrə ona psixoloji təsir göstərildiyindən oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə 1 otaqlı fərdi yaşayış evində arvadı Qanuni nümayəndə və 3 azyaşlı uşaqları, böyük oğlu 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, 2011-ci il təvəllüdlü Şahid1 və kiçik qızı yeni anadan olmuş 2021-ci il təvəllüdlü Zümrüd Hacızadə ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamış, əvvəllər Sahil qəsəbəsi ərazisində yerləşən metal əritmə zavodunda qaynaqçı işləmiş, 2021-ci ilin avqust ayında işdən çıxmışdır. 2019-cu ilin yay aylarında səhər saatlarında iş yerindən çıxıb Asfalt zavodda yaşadığı evə gəlmiş, həmin vaxt evdə İlknur və Yusif olmuşlar. Yusif evdən çölə oynamağa getmiş, İlknur ilə evdə tək qalmışlar. Həmin gün səhər 5 bokal spirtli içki pivə və 1 dəmir qabda “GO” spirtli içkidən qəbul etdiyi üçün orta sərxoş vəziyyətdə olmuşdur. İlknur əvvəllər ona masaj eləyirmiş, bu dəfə də İlknuru masaj etməyə çağırmışdır. İlknur evdən şkafdan “Jonsons Baby” uşaq dəri yağını götürüb yanına gəlmiş və o soyunduqdan sonra alt paltarı tuman əynində olmaqla ayaqdan başa kimi onu masaj elməyə başlamışdır. İlknur masaj etdiyi zaman ona ehtiras gəlmiş, bu səbəbdən beli üstə çevrilmiş və tumanını da soyunmuşdur. Bu zaman İlknur onun sinə hissəsini, habelə sonradan cinsiyyət orqanını masaj etməyə başlamışdır. Daha sonra onlar qucaqlaşmışlar və o, İlknur ilə qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olmaq istəmişdir. Cinsiyyət orqanını İlknurun arxa keçəcəyinə bir qədər saldıqda İlknur ağrı hiss etmiş və ondan etməməyini xahiş etmişdir. O ehtiraslandığı üçün həmin yolla cinsi əlaqədə olmaq istəsə də, İlknurun xahişinə etiraz etməmiş və cinsiyyət orqanı ilə İlknurun ayaq budunun arasında təxminən 1 dəqiqə hərəkətlər edərək bu şəkildə İlknurun budunun üstünə boşalmışdır. Həmin vaxt o, İlknuru zorlamamış. hədə qorxu gəlməmiş və heç nəyə məcbur etməmişdir. Sadəcə İlknurun öz razılığı ilə bu hərəkətləri etmişdir. Həmin hadisədən təxminən 3-4 ay keçdikdən sonra, 2019-cu ilin sentyabr ayının sonlarında yenə səhər 10:30 radələrində işdən evə gəlmiş, bir şüşə 250 qramlıq araq az miqdarda içmiş, bu dəfə İlknur evdə tək olmuşdur. O, yenə də İlknurdan masaj etməyini xahiş etmiş, sonuncu da etiraz etməmişdir. İlknur həmin ərəfələrdə bir neçə dəfə də ona masaj etmiş, lakin intim olmamışdır. Bu dəfə də İlknur “Jonsons Baby” uşaq dəri yağını götürüb yanına gəlmiş, o soyunduqdan sonra alt paltarı tuman əynində olmaqla İlknur ayaqdan bədənə ona masaj etməyə başlamışdır. İlknurun paltarı yağa batmasın deyə soyunmağı bildirmişdir. İlknur da tam soyunaraq lüt vəziyyətdə masajı davam etdirmişdir. O da ehtiraslandıqdan sonra ağzıüstə uzanmış, İiknur isə onun üstünə uzanmış, sonuncu cinsiyyət orqanını onun arxa keçəcəyinə salmamaqla yanaqlarına sürtüşməyə başlamışdır. Bu şəkildə o, ağzıüstə əli ilə anonizmlə məşğul olaraq sonda çevrilib İlknurun belinin üstünə boşalmışdır. Bir dəfə də 2020-ci ilin mart ayının sonlarında günorta saatlarında yaşadığı evdə olmuş, həmin vaxt spirtli içkidən qəbul etməmişdir. O, yenə də İlknura masaj etməsini xahiş etmiş, sonuncu da etiraz etməmişdir. İiknur “Jonsons Baby” uşaq dəri yağı ilə onu bir qədər masaj etmiş və sonra çölə çıxmaq istədiyini bildirmişdir. O da İlknura etiraz etməmiş və İlknur çölə çıxmışdır. İlknur getdikdən sonra o, tək olaraq anonizmlə məşğul olaraq özünü boşaltmışdır. Bir dəfə də 2020-ci ilin iyun ayının əvvələrində işdən səhər saatlarında evə gəlmiş, İlknurdan masaj etməyini xahiş etmiş, sonuncu da etiraz etməmiş və yağla onun belini oxalayıb çıxıb getmişdir. İlknur getdikdən sonra o, tək olaraq anonizmlə məşğul olaraq özünü boşaltmışdır. O, şübhəli şəxs qismində dindirilərkən oğlu İlknura qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərinin hamısını danışmamış, bunu utandığından və vicdan əzabı çəkdiyindən demiş, lakin keçirilmiş üzləşdirmə zamanı İİknurun bütün dediklərini təsdiqləmiş və bildirmişdir ki, yaşadığı evdə oğlu İlknurun köməksiz vəziyyətindən istifadə edib dəfələrlə dodaq-dodağa öpüşmüş, cinsiyyət orqanını İlknura masaj etdirmiş, yalatdırmış, cinsiyyət orqanının bir hissəsini qeyri-təbii yolla İlknurun arxa keçəcəyinə salmaqla ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sadəcə hansı tarixlərdə, neçə dəfə, hansını nə vaxt etdiklərini xatırlamamış, xatırladıqlarını ətraflı ifadəsində göstərmişdir. Onun kişi cinsi ilə cinsi əlaqəyə girməyə meyli olduğunu, dəfələrlə başqabaşqa kişilərlə qarşılıqlı olaraq qeyri-təbii yolla və cinsiyyət orqanını ağız nahiyəsinə salmaqla cinsi əlaqədə olmuşdur. Həmin şəxslərlə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, görüşmüş, lakin ad və soyad, digər anket məlumatlarını bilmədiyini, özünün 051 ***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini təsdiq etmişdir. Oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman sonuncuya hər hansı bir fiziki zor tətbiq etməmiş və ya fiziki zor tətbiq edəcəyi ilə hədələməmişdir. Sadəcə İlknura bu barədə heç kimə dəməməyini tapşırmışdır. O, kişilərlə qarşılıqlı şəkildə cinsi əlaqədə olmuş, çox hallarda cinsiyyət orqanını bir-birlərinin ağız nahiyyəsinə salmaqla olmuş, nadir hallarda isə arxa keçəcək ilə olmuş, həmin şəxslərlə internet vasiləsi ilə tanış olmuş və görüşmüş, həmin şəxslərin anket məlumatlarını bilməmiş, spirtli içki aludəçisi olmuşdur. Arvadı Rəqsanə onun kişilərlə cinsi əlaqədə olmağını bilirmiş, alkoqol sərxoşluğu vəziyyətində evə başqa bir kişi dəvət edib üçünün birlikdə cinsi əlaqədə olmağını Rəqsanəyə təklif etmiş, sonuncu əvvəlcə buna razılıq vermiş, lakin sonradan etiraz etmiş, ona görə də üç nəfərə cinsi əlaqələri baş tutmamışdır. Ona təqdim edilən qara rəngli parçadan bir hissəsi bel kəməri kimi isitifadə etmək üçün, digər hissəsi isə uzunsov şəkildə rezin materiala bərkidilmiş əşyanı cinsi əlaqədə olmaq üçün özü düzəltmiş, təxminən il yarım, iki il bundan əvvəl, bir neçə dəfə Rəqsanə ilə cinsi əlaqədə olarkən sonuncu həmin əşyanı belinə bərkidib cinsiyyət orqanı kimi onun arxa keçəcəyinə salıb çıxartmış, bunu özü Rəqsanədən xahiş etmiş, 2020-ci ilin sentyabr ayından etibarən həmin əşyadan bir daha istifadə etməmiş, həmin əşyanı başqa şəxslərlə cinsi əlaqədə olarkən istifadə etməmiş, həmçinin oğlu Zərərçəkmiş şəxslə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman həmin əşyadan hər hansı bir şəkildə istifadə etməmişdir. Telefonda olan pornoqrafik videomateriallar və şəkillərə arvadı Qanuni nümayəndə ilə cinsi əlaqədə olarkən baxırmışlar, bu məqsədlə videomateriallar və şəkilləri telefonuna yazmış, başqa məqsədi olmamışdır. Oğlu Zərərçəkmiş şəxslə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman videoya çəkməmiş, onda belə bir videomaterial yoxdur (cild 1, iş vərəqə 26- 28 və 81-83) Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Aslalt zavod adlanan ərazidə fərdi yaşayış evində atası X5, anası Qanuni nümayəndə, kiçik qardaşı Yusif Hacizadə və bacısı Zümrüd Hacızadə ilə birlikdə yaşamışdır. Özü Sahil qəsəbəsi ərazisində 228 saylı orta məktəbin 6-ci sinif şagirdidir. 2019-cu ilin təxminən iyun ayının əvvəllərində 9 yaşı olanda hansısa bir gün səhər saatlarında atası Vüqar işə getməmişdir. Anası Rəqsanə isə balaca qardaşı Yusiflə evdən çıxmışdır. Anası onları məktəbə aparmalı, özü isə işə getməli olmuşdur. Həmin gün dərslərinə hazırlaşmadığı üçün anasından dərsə getməmək üçün icazə almışdır. Anası Rəqsanə də ona etiraz etməmiş və onlar çıxıb getmişlər. Bundan sonra atası ilə evdə ikisi qalmışlar. Evdə olarkən atası Vüqar çarpayıda uzanmış və ona da gəlib yanında uzanmağı təklif etmişdir. O, atasının sözünə əsasən gəlib yanında uzanmışdır. Bir qədər sonra atası ona isti olduğunu bildirmiş və əynində olan paltarları soyunmağını təklif etmişdir. O, isti olmadığını, ona görə də soyunmaq istəmədiyini atasına bildirmişdir. Üsündən 5-10 dəqiqə keçdikdən sonra atası bir daha isti olmağını bəhanə gətirərək soyunmağını təklif etmişdir. Bu dəfə o, atasına etiraz etməmiş və əynində olan uzunqol idman köynəyini çıxartdığı zaman atası şalvarı da çıxartmağını bildirmişdir. O, idman şalvarını da çıxardıb yenidən atasının yanında uzanmışdır. Bundan sonra atası belinin ağrıdığını, evdəki şkafdan “Johnsons Baby” yağını götürüb həmin yağla onun belini masaj etməyini bildirmişdir. O da yağı şkafdan götürüb atasına yaxınlaşmış və belini masaj etməyə başlamışdır. Həmin vaxt atası tam lüt vəziyyətdə qarnıüstə uzanmışdır. O, atasının belini bir qədər masaj etdikdən sonra atası biraz aşağı arxa yanaqlar hissəyə düşməyini bildirmişdir. O, atasının yanaqlarını masaj etməyə başlamışdır. Daha sonra atası ona əlini altdan salaraq onun cinsiyyət orqanını da masaj etməyini bildirmişdir. O da atasına etiraz etməmiş və əlinə sürtdüyü yağla onun cinsiyyət orqanını masaj etməyə başlamışdır. Bir qədər masaj etdikdən sonra atası ona bildirmişdir ki, onun üstünə uzanıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salsın. O, yenə də etiraz etməmiş və qalxmış vəziyyətdə olan cinsiyyət orqanını atasının arxa keçəcəyinə salmışdır. Bunu etdikdə atası 2 əli ilə arxaya doğru çəkib belini birazda özünə doğru sıxıb onu hərəkət etdirmişdir. Bir qədər sonra onda qıcıqlanma yaranmışdır. Bu hiss ilk dəfə onda olmuşdur. Qıcıqlanmadan sonra cınsiyyət orqanı yumuşalıb balacalaşmışdır. Sonradan atası onu qarnıüstə uzatmış və öz cinsiyyət orqanının bir hissəsini arxa keçəcəyinə salmışdır. Bu anda o, ağrı hiss etmiş və atasına bu barədə demişdir. Atası ağrı hiss etdiyini bilib cinsiyyət orqanını çıxartmış, lakin bir neçə saniyədən sonra arxa hissəsinə və belinə nəsə tökülmüşdür. Başını çevirəndə görmüşdür ki, atasının cinsiyyət orqanından belinə ağ maye tökülüb. Atası isə parça ilə cinsiyyət orqanını və daha sonra bədənində olan maye hissələrini silmişdir. Bu hadisə başa çatdıqdan sonra atası ona ciddi tapşırmışdır ki, etdikləri barədə heç kimə deməsin, anası bildiyi halda hər ikisini öldürəcəkdir. O da qorxduğu üçün heç kimə dəməyəcəyinə söz vermişdir. Bunun üstündən təxminən 2 gün keçdikdən sonra 2019-cu ilin iyun ayının əvvəllərində günorta məktəbdən evə qayıtmışdır. Həmin vaxt anası iş yerində, qardaşı Yusif qonşuluqda yaşayan nənəsigildə, atası ilə ikisi evdə olmuşlar. Bu dəfə də atası ona evin qapısını qıfillayıb soyunmağını bildirmiş və yanına çağırmışdır. Bu dəfə heç bir masaj olmadan onunla dodaq-dodağa öpüşməyə başlamış, daha sonra onu çarpayının üstünə üzüüstə uzatmış və cinsiyyət orqanını tumanından çıxardaraq bu dəfə biraz da dərin arxa keçəcəyinə salmışdır. Hətta ağrıdan o ağlamış və çıxardaraq qalxmağını xahiş etmişdir. Atası ağladığını görüb cinsiyyət orqanını arxa keçəcəyinin girəcəyindən çıxartmış və yanaqlarının arasına cinsiyyət orqanını qabağa-geriyə sürtərək bu şəkildə mayeni yenə yanağına və belinə tökmüşdür. Bir dəfə də 2019-cu ilin təxminən iyul ayının ortalarında yenə də məktəbdən evə gəldiyi vaxt anası həmişəki kimi işdə olmuşdur. Bu dəfə də atası evdə olarkən qardaşı Yusifi bilə-bilə nənəsigilə göndərmişdir. Evdə tək olduqları vaxt atası yenə də ona soyunmağını, bu dəfə isə onun cinsiyyət orqanını yalamağını bildirmişdir. O, atasına demişdir ki, istəmir, onu etsə ürəyi bulanacaq. Onun sözlərinə görə atası heçnə deməmiş və həmişəki kimi əvvəlki qaydada cinsiyyət orqanını çıxardaraq arxa keçəcəyinə salmış, bu şəkildə cinsi ehtirasını təmin etmişdir. Bundan sonra tarixlərini və sayını dəqiq xatırlamır, lakin dəfələrlə atası qeyd etdiyi şəkildə onunla bu cür hərəkətlər edərək cinsi ehtirasını təmin etmişdir. Xatırladığı vaxtlardan biri Novruz bayramı ərəfəsi olmuşdur. O zaman qoz sındıran vaxtlar olmuş, yəni 2020-ci ilin mart ayının ortalarında atası yenə də evdə tək olmalarından istifadə edib onunla həmin qaydada hərəkətlər edərək cinsi ehtirasını təmin etmişdir. Hətta arabir ona pozğun videolar göstərib oradakı kimi etməyi təklif etmiş, “mamanı belə eləmək istəyirsən” demişdir. Bütün bunlar ona çox əziyyət vermiş, sanki atasının ona qarşı etdiyi bu hərəkətlərdən əsəbləri pozulmuş, yaşadığı evə gəlmək istəməmişdir. Yalnız atasının “maman bilsə hər ikimizi oldürəcək” sözləri onu çox qorxuya salmış, həmin səbəbdən qorxaraq başına gələnlər barədə heç kimə danışmamışdır. O qorxmuşdur ki, anası Rəqsanə, nənəsi Olqa və digər yaxın qohumları bunları bildikləri halda onu evdən qovacaqlar. Dəfələrlə olmuşdur ki, atasının əlindən evə gəlmək istməmiş, qonşuluqda yaşayan nənəsi Olqanın evinə getmişdir. Buna baxmayaraq atası oraya gələrək onun evə gəlməyini tələb etmişdir. Bir dəfə də 19 aprel 2021-ci il tarixdə bacısı Zümrüdə hamilə qaldığı üçün anası xəstəxanaya yerləşdirilmiş və 27 aprel 2021-ci il tarixdə xəstəxanadan çıxmışdır. Həmin müddətdə, yəni 19 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək olan müddət ərzində bir gündən bir, təxminən 4 dəfə evdə olarkən atası sərxoş vəziyyətdə onu məcbur edib cinsiyyət orqanını ona yalatdırmışdır. O bunu istəmədiyini, ürəyinin bulandığını, qaytarmaq istədiyini bildirməyinə baxmayaraq, atası buna məhəl qoymayıb köməksiz vəziyyətdə olmağından isifadə edib məcbur ona cinsiyyət orqanını yalatdırmışdır. Sonda isə cinsiyyət orqanını ağzından çıxardıb arxa keçəcəyinə bir neçə dəfə salıb çıxardıqdan sonra mayeni tökmüşdür. Sonuncu dəfə 2021-cı ilin sentyabr ayının sonlarında karantinə görə məktəb başlamamışdan bir neçə gün əvvəl anası Rəqsanə işdə olduğu vaxt atası məcbur edib cinsiyyət orqanını ona yalatdırmış, sonda isə cinsiyyət orqanını ağzından çıxardıb arxa keçəcəyinə bir neçə dəfə salıb çıxartdıqdan sonra mayeni bel nahiyəsinə tökmüşdür. Bu hadisələr hamısı faktiki yaşadıqları evdə yegənə yataq kimi də istifadə etdikləri bir otaqda baş vermişdir. İlk dəfə və çox vaxt atası heç sərxoş olmamış, yalnız anası 19 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək olan müddətdə xəstəxanada oldugu vaxt atası Vüqar sərxoş vəziyyətdə onunla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Nənəsi atasının ona qarşı etdiyi hərəkətlər barədə polisə müraciət etməzdən əvvəl 28 oktyabr 2021-ci il tarixdə saat 12:30 radələrində qardaşı Yusif ilə qonşuları Rəşadgildə sonuncunun oğlu Nihadla mobil telefonda oyun oynamışlar. Bu zaman atası Vüqar əsəbi vəziyyətdə yanlarına gəlib acıqlanaraq ondan və Yusifdən nənəsi Olqagilə getmələrini tələb etmişdr. Onlar da atası ilə birlikdə nənəsigilə yollanmışlar. Nənəsinin evinin qapısının qarşısına çatdıqda atası “həmişə arxanızca düşməliyəm də” sözlərini deyib əli ilə başına sillə vurmuş və daha sonra yumruqla Yusifin sol qaş nahiyyəsindən vurmuşdur. Evə daxil olmuş, atası bir daha onları təpiklə vurmaq istədikdə nənəsi müdafiələrinə durmuş və buna imkan verməmişdir. Bir qədər nənəsi ilə də sözlə mübahisə etdikdən sonra atası bayıra çıxmış və bu zaman Yusifi vurduğuna görə əsəbləşdiyi üçün nənəsinin yanında atasının arxasınca “səni bir sözlə məhv edərəm” demişdir. Bunu eşidən nənəsi Olqa nəyə görə belə söz dediyini ondan sorğu-sual etməyə başlamışdır. O isə utandığından nənəsinə heç bir söz demək istəməmişdir. Buna baxmayaraq nənəsi Olqa israrla deməyini məcbur etməyə başlamışdır. Nənəsinin bu qədər xahişlərindən sonra qardaşı Yusifə deyəcəyini bildirmişdir. Nənəsi də razılaşdıqdan sonra Yusifi bir kənara çəkib tam bütün hadisələri deyil, lakın üstüörtülü şəkildə atasının ona cinsiyyət orqanını masaj etdirməyini demişdir. Yusif bunu tez nənəsi Olqaya danışmış və bundan sonra bu hadisələrin üstü açılmağa başlamışdır. Daha sonra anası onu sorğu-sual etməyə başlamış, o da atasının ona qarşı etdiyi bütün seksual xarakterli zorakı hərəkətləri barədə anası Rəqsanəyə danışmışdır. Anası bir neçə gün ona inana bilməmiş, lakin sonradan ona inanmağa başlamışdır. Daha sonra nənəsi Olqa bu barədə polis orqanına müraciət etmişdir. Bütün hadisələri xatırlamadığı üçün atası X1 olaraq hansı tarixlərdə, vaxtlarda və neçə dəfə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini dəqiq deyə bilmir, lakin bu hadisələr atası Vüqarın uzun müddət Türkiyə Respublikasına gedib qayıtdıqdan təxminən bir həftə sonra mütəmadi olaraq 2021-ci ilin sentyabr ayının sonunadək olan müddət ərzində baş vermişdir. Atası Təqsirləndirilən şəxs konkret olaraq dodaq-dodağa öpüşməklə, cinsiyyət orqanını ona masaj etdirməklə, habelə cinsiyyət orqanının bir hissəsini qeyri-təbii yolla onun arxa keçəcəyinə salmaqla ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bunların hamısını özü istəmədən atası ona məcbur etmişdir. Atası Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman heç bir vaxt yanlarında hər hansı başqa bir şəxs olmamış, atasından əlavə ona qarşı həmin hərəkətləri başqa bir şəxs etməmişdir. Atası Təqsirləndirilən şəxs 3 ilə yaxın müddətə dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etsə də, belə halların hansı tarixlərdə, vaxtlarda və neçə dəfə baş verdiyini xatırlamamışdır. Üstündən uzun müddət keçdiyindən və bunun qeydini aparmadığından dəqiq deyə bilmir. Lakin ilk hadisə atasının uzun müddət Türkiyə Respublikasına gedib qayıtdıqdan təxminən bir həftə sonra baş verdiyini xatırlayır. Daha sonra bildiyinə görə atası ondan sonra bir daha da Respublikanın hüdudlarını tərk etməmişdir. Atası Təqsirləndirilən şəxs ona qarşı ilk dəfə etdiyi seksual xarakterli zorakılıq hərəkətləri 2019-cu ilin iyul ayının ortalarında olmuş və belə hallar sonuncu dəfə 2021-ci ilin sentyabr ayının sonunda baş vermiş, ondan sonra bir daha olmamışdır. Atası ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman hər hansı bir fiziki zor tətbiq etməmiş, həmçinin fiziki zor tətdiq edəcəyi ilə hədələməmişdir. Sadəcə atası olduğuna görə sözündən çıxa biməmiş, habelə yaşı az olduğundan atasının etdiyi hərəkətləri dərk edə biməmişdir. Atası yalnız bu barədə heç kimə bildirməməyini ciddi tapşırmış, anası bu barədə bildiyi halda anasının hər ikisini öldürəcəyini demişdir. O da bu səbəbdən qorxub, həm də utanıb nə anasına, nə də ki, başqa bir şəxsə deyə bilməmişdir. Atası Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi zaman istintaq tərəfindən ona təqdim olunan qara rəngli parçadan bel kəməri kimi istifadə etmək üçün, digər hissəsi isə uzunsov şəkildə rezin materiala bərkidilmiş əşyanı və yaxud digər bir əşyalardan istifadə etməmişdir. Hazırda 12 yaşı var. İbtidai istintaq dövründə ifadə verərkən heç kim ona hədə-qorxu gəlməmiş, sərbəst ifadə vermişdir. Atası qardaşı Yusifi və onu döydüyü üçün əsəbələşib həqiqəti danışmışdır. Atası ona bildiklərini heç kimə danışmamağı tapşırmışdır. Atası qardaşı və onu döydüyü günə qədər yaşananlar barədə heç kimə məlumat verməmişdir. Bildiklərini əvvəlcə qardaşına, sonra isə nənəsi Olqaya danışmışdır. Anası işdə olduğundan çox vaxt evdə yalnız atası olmuşdur. Nənəsi və anasının baş verənləri bildikləri halda onu evdən qovacaqlarından qorxmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Özü "xxxx" MMC-də mətbəx köməkçisi işləyir, lakin 2021-ci ilin mart ayından analıq məzuniyyətinə çıxdığı üçün müvəqqəti işə getmir. Təqsirləndirilən şəxs onun əridir, onunla 2009-cu ilin iyun ayından ailə həyata qurmuş, nikahdan 3 azyaşlı övladları vardır. Onlar 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, 2012-ci il təvəllüdlü Şahid1 və 2021-ci il təvəllüdlü Zümrüd Hacızadədir. Anası Şahid2 da Asfalt zavod adlanan ərazidə onlarla qonşuluqda yaşayır. Evlərinin arasında 100 metr məsafə vardır. Mütəmadi olaraq uşaqları ilə birlikdə anasının evinə gedib-gəlmişdir. Hətta o və Vüqar işdə olduqları müddətdə uşaqlara anası Olqa nəzarət etmişdir. Vüqar ilə yaşadıqları dövrdə təxminən 5 il əvvəl Vüqar tez-tez spirtli içkilər qəbul etmiş, bu səbəbdən aralarında sözlə mübahisələri olmuşdur. Vüqarın alkoqol istifadə etməsi səbəbindən aralarında olan mübahisələr boşanmaya qədər də gedib çıxmış, lakin Vüqar ona hər dəfə içməyəcəyinə söz vermiş və o da ağılsızlığından onu bağışlamışdır. Bundan başqa Vüqar kişilərlə də cinsi əlaqədə olmuşdur. Vüqarın kişilərə qarşı ehtirası olmuş və bu barədə ona demişdir. Belə ki, Vüqar dəfələrlə evə kişi dəvət edib onunla birlikdə üçünün cinsi əlaqədə olmağını təklif etmiş, lakin o, Vüqarın bu cür sözlərinə əsəbləşib etiraz etmiş və bu səbəblərə görə də aralarında soyuqluq yaranmışdır. Vüqarın cinsi istəkləri çox qəribə, qeyri-adekvat olmuşdur. Vüqar cinsi əlaqə zamanı alçaldılmasını xoşlamış, Vüqar özü bunu etməyini xahiş etmiş, lakin o, Vüqarın dediklərini qəbul etmədiyi üçün etiraz etmişdir. Dediklərini etmədiyinə görə aralarında mübahisələr də yaranmışdır. Hətta Vüqar ona bir nəfər tanışı kişini evə dəvət edib onunla cinsi əlaqadə olmağını, özünün də həmin kişi ilə cinsi əlaqədə olmağını videoya çəkməyini təklif etmiş, o buna da etiraz etmişdir. Vüqarın bu həyat tərzi onu çox narahat etmiş, sadəcə utandığından onun əməlləri barədə yaxın qohumları və ya başqa bir şəxsə deyə bilməmişdir. 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında işdən çıxaraq yaşadığı evə yollanmışdır. Evə getməmişdən uşaqlarını götürmək üçün anasının evinə dəymişdir. Evə daxil olduqda anası Olqa və uşaqlarının özlərini bir təhər apardıqlarını hiss etmişdir. Əvvəlcə kiçik oğlu Yusif qarşısına çıxaraq “ana, bilirsən atam İlknura nələr edib?” demişdir. Nə baş verdiyini soruşduqda anası Olqa uşaqlara sakit durmaqlarını və onunla vacib söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra anası ona demişdir ki, həmin gün günorta saatlarında evdə olduğu zaman Vüqar İlknur və Yusifi əlindəki taxta ilə evin mətbəxinə salmış və һər ikisini divanın üstünə itələmişdir. Vüqardan nə baş verdiyini soruşduqda bildirmişdir ki, İlknur və Yusif Qonşu uşağın yanında telefonla oynadıqları üçün əsəbləşib onları danlayıb döymüşdür. Anası Vüqara iradlarını bildirmiş və uşaqları döyməməsini tövsiyə etmişdir. Bundan sonra Vüqar uşaqları anasının yanında qoyub evdən çıxıb getmişdir. Elə bu anda İlknur atası Vüqarın arxası ilə “səni bir sözə məhv edərəm, anan da bunu bilsə üzünə tüpürəcəkdir” demişdir. Anası Olqa bu sözü eşitdikdə təəccüblənmiş və İlknurdan hansı səbəbə görə atasının ünvanına belə bir söz dediyini soruşmuşdur. İlknur isə anasına dediyi sözün izahını vermək istəməmişdir, buna baxmayaraq anası təkidlə dediyi sözün izahını verməsini İlknurdan tələb etməyə başlamışdır. İlknur bir qədər təzyiqlərdən sonra anasına həmin dediyi sözün izahını verməyə utanmış, qardaşı Yusifin vasitəsi ilə bildirəcəyini demişdir. Anası isə İlknur və Yusifi çimmək üçün evin içərisindəki hamama salmış və nə demək istədiyini Yusifə danışmağını İlknura ciddi-ciddi tapşırmışdır. Onlar hamamda nədənsə söhbət etdikdən sonra əvvəlcə Yusif çıxmış və anasına İlknurun dedikləri danışmışdır. İlknur Yusiyə demişdir ki, bir-iki il əvvəl anası Rəqsanə işdə olduğu zaman atası Vüqarla ikisi evdə olarkən Vüqar özü soyunaraq ona da paltarlarını çıxardıb soyunmağını bildirmiş, daha sonra isə şkafdakı “Јoһnsons Baby” yağını götüzdürərək bədənini, o cümlədən cinsi orqanını masaj etməyini İlknura tapşırmışdır. İlknur da atasının sözünə görə məcbur olub bunları etmişdir. Anası bunu eşitdikdə şoka düşmüş və İlknuru çağırmışdır. İlknur hamamdan çıxarkən gözləri dolmuşdur. Buna baxmayaraq anası İlknuru yanında otuzdurub ətraflı söhbət etmiş və atası Vüqarın onunla daha nələr etdiyi barədə sorğu-sual etməyə başlamışdır. İlknur da anası Olqaya bəzi məsələlər istisna olmaqla atasının əməlləri barədə danışmağa başlamışdır. İlknur anasına bildirmişdir ki, bu hallar artıq bir-iki ildir davam edir, atası Vüqar onun başına min oyun açmışdır. Belə ki, evdə tək olduqları zaman cinsiyyət orqanını ona yağla masaj elətdirib, qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə onunla cinsi əlaqədə olduğunu, hətta cinsiyyət orqanını da ona yalatdırdığını, cinsiyyət orqanının içərisindən ağ mayeyə kimi çıxdığını gördüyünü bildirmişdir. Anası İlknurdan bunları eşitdikcə halı pisləşmişdir. Lakin özünü toplamış və İlknurdan nəyə görə bunları vaxtında anası Rəqsanəyə demədiyini soruşmuşdur. İlknur isə bildirmişdir ki, atası Vüqar ona demişdir ki, əgər bunları anası bilsə, hər ikisini öldürəcəkdir, həmin səbəbdən İlknur qorxaraq anasına bu barədə danışmamışdır. O özü də bunları eşidib çox pis həyəcan keçirtmiş və İlknurla təklikdə söhbət etməyə başlamışdır. İlknur bütün anasına dedikərini ona da ətraflı danışaraq təsdiq etmişdir. Atası Vüqara dəhşət dərəcədə nifrət etdiyini ona demişdir. İlknurun dediklərinin doğru olduğuna əmin olmaq üçün bir neçə gün onunla bu mövzuda söhbətlər etmişdir. Tam əmin olduqdan sonra anası ilə danışmış və onlar Vüqarın əxlaqsız hərəkətləri barədə polisə müraciət etmək qərarına gəlmişlər. 2 noyabr 2021-ci il tarixdə anası Şahid2 hadisələrlə bağlı Vüqarın barəsində Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma zamanı o və İlknur da izahatlarını vermişlər. İlk dəfə təxminən 2 il bundan əvvəl və dəfələrlə İlknurun alt paltarlarını yumağa götürərkən içərisinə baxdıqda nəcisin bulaşdığını görmüşdür. O, İlknurda hər hansı bir infeksiyanın olduğundan narahat olmuş, hətta özündən də bu barədə maraqlandıqda İlknur utanaraq ona heç bir söz demək istəməmişdir. Bir neçə dəfə bununla bağlı həkimə də getməklərini təklif etdikdə İlknur heçnə olmadığını bildirib həkimə getməkdən yayınmışdır. O da uşağın utandığını, narahat olduğunu görüb çox üstünə düşməmişdir. Buna baxmayaraq uşaqda bağırsaq sürüşməsi ilə bağlı başqa heç nədən şübhələnməmiş, heç ağlına belə gətirməmişdir. Lakin Vüqarın əməlləri barədə ona məlum olduqda İlknurun bağırsağındakı problemi Vüqarın ona qarşı etdikləri cinsi hərəkətlərlə bağlı əlaqələndirmişdir. Vüqarın konkret olaraq kimlərlə cinsi əlaqədə olduğunu bilmir, lakin adlarının Taleh, Sənan adlı şəxslər olduğunu Vüqarın özündən eşitmişdir. İçərisində qara rəngli parçadan bir hissəsi bel kəməri kimi istifadə etmək üçün, digər hissəsi isə uzunsov şəkildə rezin materiala bərkidilmiş əşyadan Vüqar cinsi əlaqədə olarkən istifadə etmək məqsədi ilə düzəltmişdir. Belə ki, Vüqar onunla cinsi əlaqədə olarkən həmin əşyanı belinə bərkidib cinsiyyət orqanı kimi arxa keçəcəyinə salmağını və bu şəkildə cinsi əlaqədə olmaqlarını bildirmişdir. Vüqarla ər-arvad olduqları üçün etiraz edə bilməmiş və Vüqarın istəyini həyata keçirmişdir. Baş verənləri ona ilk dəfə anası danışmışdır. Heç vaxt Vüqarın İlknura qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini görməmişdir. Vüqarın oğluna qarşı bu cür hərəkət etməsi ağlına belə gəlməzmiş. Evlərində olan rezin alət və masaj yağları Vüqarın özünə məxsus olmuşdur. Vüqarın başqa kişi və qadınlarla da görüşərək rezin alətdən istifadə etdiyindən şübhələnmişdir. Hadisə yerinə baxış zamanı əri Vüqarı yazığı gəldiyi və pis olduğu üçün qucaqlamışdır. Polisə anası Olqa məlumat vermişdir. Həqiqət üzə çıxdıqdan sonra oğlu İlknur evə qapanmış və dərsə getmək istəməmişdir. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 63-66). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evini göstərərək bildirmişdir ki, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır, mənzilin otağında olan yeganə çarpayını göstərək həmin otaqda və çarpayıda yetkinlik yaşına çatmamış oğlu Zərərçəkmiş şəxs dodağından öpdüyünü, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs masaj etdirdiyini, yalatdırdığını, cinsiyyət orqanının bir hissəsini Zərərçəkmiş şəxs arxa keçəcəyinə salmaqla qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini təsdiq etmişdir (cild 1, iş vərəqə 112-116). Cinayət işinin materiallarından görünür ki, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs anası və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadələri yerində yoxlanılan zaman o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evini göstərərək həmin evdə ailə üzvləri ilə birlikdə yaşadığını, mənzilin otağında olan yeganə çarpayını göstərək həmin otaqda və çarpayıda atası Təqsirləndirilən şəxs onun dodağından öpdüyünü, cinsiyyət orqanını ona masaj etdirdiyini, yalatdırdığını, cinsiyyət orqanının bir hissəsini arxa keçəcəyinə salmaqla qeyritəbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini təsdiq etmişdir (cild 1, iş vərəqə 59-62). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ raxonu, Sahil qəsəbəsi, Asfalt zavod adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb etdiyindən evin otağındakı çarpayının altından sellofan bağlamanın içərisindən qara rəngli parçadan bir hissəsi bel kəməri kimi istifadə etmək üçün, digər hissəsi isə uzunsov şəkildə rezin materiala bərkidilmiş əşya aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 54-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 4 noyabr 2021-ci il tarixli 3635 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Lakin tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı çat, cırılma və s. kimi xəsarətlər əmələ gəlmirsə, cinsi əlaqənin izi qalmaya bilər və bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün olmur (cild 1, iş vərəqə 70-72). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 17 dekabr 2021-ci il tarixli 643 nömrəli ekspert rəyindən görünür ki. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (cild 1, iş vərəqə 203-206). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 7 dekabr 2021-ci il tarixli 2918 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 207-209). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 6 dekabr 2021-ci il tarixli 2910 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Həssaslıq, tez inanmaq, özünə qarşı hörmət tələb edə bilməmək, sadəlöhvlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını öz yaş xüsusiyyətləri çərçivəsində anlaya bilir. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar intim münasibətin, cinsi əlaqənin mahiyyətini tam şəkildə dərk etmək qabiliyyətinə malik deyildir (cild 1, iş vərəqə 211-213). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Qaradağ rayon məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 107-111). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 3 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-742/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-742/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver