Məhkəmə qərarları › İş №1(101)-742/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-742/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-742/2023 05.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,106 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə, saat 21:30-da ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 3,106 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, hadisə olan gün, sentyabrın 8-i yaşadığı ünvanda evinin həyətində oturmuşdur. Üç-dörd nəfər polis əməkdaşı onların həyətlərinə yaxınlaşmışdır. Onlar evə çıxmaq istədilər, lakin anası polislərin evə girməyinə icazə vermədi. Dedi ki, “məhkəmədən icazə olmadan mənim evimə girə bilməzsiniz”. Polislər evin həyətində ondan qardaşı Eldarov Cavidin harada olmasını soruşdular və bununla bağlı onu maşına dəvət etdilər. O da həyətdən çıxmışdır. Polis əməkdaşları da onu maşına əyləşdirib, 20-ci polis bölməsinə apardılar və orada onu saxlama yerinə salmışlar. O, saxlama yerində iki saat qaldıqdan sonra onu bölməyə gətirdilər və iki qram heroinlə ittiham olunacağını deyib içərisində narkotik vasitə olan bükümü onun cibinə qoymuşlar. Polis bölməsində ona təzyiq göstərdilər deyə o, məcbur qalıb ittihamda elan olunan əməli qəbul etmişdir. Onun üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Videoçəkilişdə narkotik vasitənin ona məxsus olduğunu ona təzyiq göstərdiklərinə görə demişdir. Onu polis bölməsində döyərək dizlərinə vurublar. Özü mütəmadi olaraq narkotik istifadəçisidir, lakin onun üzərində o qədər “mal” olmayıb. Onu evinin qarşısında yox, evinin içindən aparıblar. Onu evdən polislər aparanda anası və hadisədən sonra rəhmətə getmiş əmisi evdə idi. Onu evlərindən götürməyə dörd polis əməkdaşı gəlmişdir. Həmin polis əməkdaşlarını tanıyır, məhəllədə görmüşdür. Adlarını, soyadlarını bilmir. Onu polis bölməsinə aparanda etiraz etməmişdir. İbtidai istintaq dövründə ifadə vermişdir. İfadəsini özü yazmamışdır, müstəntiq qeyd edirdi. Müstəntiq ona ifadəsini oxumayıb. O da ibtidai istinaq dövründəki ifadəsini oxumadan qol çəkmişdir. İbtidai istintaq dövründə ona təzyiq göstərilib, təzyiq edən şəxsləri tanımır və bu barədə heç kimə şikayət etməmişdir. Onu istintaq təcridxansında qəbul edəndə onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Xəsarət qalmamasının səbəbini bilmir. O, heç vaxt məhkum olunmadığından ibtidai istintaqdakı ifadəsini oxumamış imzalamışdır. O, Nəsimi rayon məhkəməsində də möhtərəm hakimə bu cür ifadə vermişdir. İfadəsinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: “08 sentyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, Nəsimi RPl-nin 20-ci PB-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan maddəni masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi maddənin el arasında “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə geyindiyi qara rəngli idman şalvarın yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarını çıxarmaq tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağını tələb etmişlər. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin narkotik maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o narkotik vasitə istifadə etdiyini, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən 100 manata tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümdə olan narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyi olan maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPl-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur və istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, və ***-***-**-** saylı mobil nömrələr olmuşdur”. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxsi qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Əvvəllər onu tanımayıb. Hər hansı münasibəti olmayıb. 08 sentyabr 2022-ci il tarixində Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin inzibati ərazisində Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin inspektoru Şahid1 ilə birlikdə xidmətdə olduları zaman ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onunla söhbət zamanı özünü şübhəli apardığına görə ondan şübhələndiklərini bildirərək, Nəsimi RPİnin 20-ci PB-nə dəvət etmişlər. O da etiraz etmədi və onlarla Nəsimi RPİ-nin 20-ci PB-nə gəldi. Polis bölməsində xidməti otaqların birində təhqiqatçının, həmçinin müdafəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. Üzərindən, şalvarın sağ yan cibindən 01 büküm heroin aşkar edildi. Təsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitə özünə məxsus idi. Təsirləndirilən şəxsin şübhəli aparmağı deyəndə onları görəndə üzünü çevirməsi, evi ilə bağlı sual veriləndə yayınmağa çalışmasını nəzərdə tutur. İnzibati binada təhqiqatçı şəxsi axtarış həyata keçirərkən təqsirləndirilən şəxsin özü cibindəki bir büküm narkotik vasitəni sağ cibindən çıxartdı. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən o və Şahid1 iştirak etmişdir. Ekspertiza həyata keçirildikdən sonra qramı və hansı narkotik vasitə olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədi. Təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitə üç qram heroin olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nəsimi RPl-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda qeydiyyatdadır və yaşayır. Nəsimi RPl-nin 20-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 sentyabr 2022-ci il tarixdə Nəsimi RPl-nin 20-ci PB-nin inzibati ərazisində Nəsimi RPl-nin 20-ci PB-nin YYÇ işləri üzrə inspektoru, polis polkovnik-leytenantı Şahid1 ilə birlikdə xidmətdə olduqları zaman saat 21:30 radələrində ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə onun narkotik vasitələri əldə etməsi və qəbul etməsində şübhələndiklərini bildirərək, həmin şəxsi Nəsimi RPl-nin 20-ci PB-nə dəvət etmişlər və həmin şəxs buna etiraz etməmişdir. Həmin şəxs sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs onlarla Nəsimi RPl-nin 20-ci PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmişdir. Sonuncu əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin ağ rəngli şəffaf sellofan torbaya bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir, o, həmin heroini xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, başqa digər cinayət törədib-törətməməsi barədə məlumatı yoxdur və tutulan zaman Təqsirləndirilən şəxs üzərindən 3,106 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxsi qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Əvvəllər onu tanımayıb. Hər hansı münasibəti olmayıb. Ayı və tarixini xatırlamadağı vaxtda “Papanin”-də Namiq Məlikov küçəsi dalan 5 ünvanında vətəndaş özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxsə yaxınlaşaraq onu bölməyə dəvət etmişlir. Əvvəlcədən də “Papanin” bölgəsində vətəndaşlar tərəfindən onlara Təqsirləndirilən şəxslə bağlı məlumat daxil olmuşdur. Hüseyn bölməyə dəvət olunduqdan sonra videoçəkilişlə onun üzərinə baxış keçirildi. Baxış zamanı Hüseyndən üzərində qeyri-qanuni əşya olub-olmaması ilə bağlı soruşulanda, Hüseyn cibindən sellofana bükülmüş qəhvəyi rəngdə maddəni çıxarıb masanın üzərinə qoydu. Üzərində başqa qanunsuz əşya olmadığını bildirdi. Həqiqətən də onun üzərindən başqa qanunsuz əşya aşkar olunmadı. Hüseyn özü həmin maddənin heroin olduğunu bildirdi. Narkotik vasitənin miqdarı təxminən üç qramdan artıq idi. Onlar ərazidə xidmət aparan zaman Hüseynlə təsadüfən qarşılaşmışlar. Hüseynlə bağlı məlumat Hüseynin narkotik vasitə saxlaması, daşıması, istifadəsi ilə bağlı idi. X5 Məlikov küçəsi dalan 5 ünvanında axşam saat 20:00-dan sonra saxlamışlar. Hüseyn onları görəndə yayınmaq istədi. Hüseynin üzərinə baxış polis bölmədə keçirdildi. Onun üzərindən aşkar olunan narkotik vasitə bir büküm idi. Narkotiki də Hüseyn özü öz cibindən çıxartdı. Narkotik vasitə qəhvəyi rəngdə idi. Narkotik vasitə təqsirləndirilən şəxsin özünə məxsus olub. Ona hər hansı təzyiq olmayıb. O küçədə tutulub, onun evinə getməyiblər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ifadələrində Nəsimi RPl-nin 20-cu PB-nin YYÇ işləri üzrə inspektoru vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərmişdir: “ … Nəsimi RPl-nin 20-ci PB-nin YYÇ işləri üzrə inspektoru vəzifəsində xidmət edirəm. Bildirirəm ki, 08 sentyabr 2022-ci il tarixdə Nəsimi RPl-nin 20-ci PB-nin inzibati ərazisində Nəsimi RPl-nin 20-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olduğumuz zaman saat 21:30 radələrində ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını gördük. Biz həmin şəxsə yaxınlaşıb özümüzü polis əməkdaşı kimi təqdim etdik. Həmin şəxsə onun narkotik vasitələri əldə etməsi və qəbul etməsində şübhələndiyimizi bildirərək, biz onu Nəsimi RPl-nin 20-ci PB-nə dəvət etdik və həmin şəxs buna etiraz etmədi. Həmin şəxs sonradan şəxsiyyətini müəyyən etdiyimiz Təqsirləndirilən şəxs bizimlə Nəsimi RPl-nin 20-ci PB-nə gəldi. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştiraki ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edildi. Sonuncu əynindəki qara rəngli İdman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardaraq masanın üzərinə qoydu. Üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və heç bir əşya aşkar edilməmişdir. Ondan üst-başını səliqəyə salması tələb edildi. Daha sonra həmin ağ rəngli şəffaf sellofan torbaya bükülmüş maddə bağlanıb möhürləndi. Bu barədə protokol tərtib edildi, ucadan bizlərə oxundu, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzaladılar. Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir, o, həmin heroini xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin" adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs yalan deyir, həmin vaxtı onun üzərində 3,106 qram narkotik vasitə heroin olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Onlar da ona heç bir zor tətbiq etməmişdir. lfadəsi onun sözləri ilə doğru yazılıb, əlavəsi yoxdur”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,106 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 09 senytabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,106 qram olan narkotik vasitə heroinin götürülməsi faktı təsdiq edən videoçəkilişin qeydə alındığı bir ədəd rəqəmsal “DVD” disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə çəkisi 3,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 30 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra 3,056 qram qalığı maddi sübut kimi tanınıb Bakı şəhəri Nəsimi RPl-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməpsixatrik ekspertizasının 26 dekabr 2022-ci il tarixli 3247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayət törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliiyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadərlər verməmişdir, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq edildiyi üçün ittihamda nəzərdə tutlan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyasına əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun təsadüfən saxlanılması müəyyən olundu. Məhkəmədə araşıdırmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs tutulan zaman onun üzərində 3 (üç) qram deyil, 2 (iki) qram narkotik vasitə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman işgəncəyə məruz qalmadığnı, polis bölməsində üzərində şəxsi axtarış keçirilərkən ona hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs iddia etdiyi xəsarətlər barədə əvvəllər şikayət etməməsi və o, istintaq təcridxanasına qəbul olunarkən onun bədənində belə xəsarətlərin aşkar edilməməsini təsdiq edən özünün məhkəmədə verdiyi ifadələr baxımından da əsaslıdır. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs müzakirə olunan bu ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətələndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilməsi və buna görə ona 240 (iki yüz qırx) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsasılı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 (doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Bakı şəhəri Nəsimi RPlnin Növbətçi Hisəssinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 3,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 10 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 24 dekabr 2022-ci il tarixli 7813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehriyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 92 (doxsan iki) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 3,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar