Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-743/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs X1 müdafiəçisi: Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1988-ci Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İ qrup əlil, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, döngə 2D, ev 5B-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, 14 İyul küçəsi, döngə 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:10 radələrində «X14» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi, Zərərçəkmiş şəxs3 məxsus «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Zirə şosse yolunda «Zeytun» restoranının qarşısında saatda 40-50 km sürətlə hərəkət edərkən həmin Qanunun 42-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğun olaraq sürücü hərəkətə başlar kən, yerdəyişərkən, dönərkən təhlükəsiz manevr olmaqla hərəkətin digər iştirakçıları üçün maneə yaratmamağa və lazımi idarə olunma əməliyyatlarını vaxtında yerinə yetirməli olduğu halda, habelə qarşıda hərəkətin dairəvi təşkil olunmuş yolayrıcından dönmək məqsədi ilə sağdan sola doğru manevr etməzdən əvvəl ondan arxada, sol zolaqda düzünə hərəkətdə olan avtomobilə yol verməli və bundan sonra etdiyi manevrin hərəkət təhlükəsizliyini təmin edəcəyinə əmin olaraq manevrə başlamalı olduğu halda, qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi, X4 məxsus «VAZ- 2102» markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmaqla onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə «VAZ-2102» markalı avtombobilin qabaq sağ hissəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ-2102» markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 alın nahiyyəsinin, burunun, sol əlin arxa səthinin əzilmiş yaraları, alm nahiyyəsinin, sol bazunun orta üçdə birinin, sol saidin orta üçdə birinin, sağ əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları ağır travmatik və hemorragik şok ilə müşayiət olunan burun sümüyünün qapalı sınıqları, sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, sol said sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmamn əlamətlərinə malik xəsarətlər alaraq hadisə yerində Ölməsinə, «VAZ-2102» markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobildə olmuş sərnişin, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ bazunun qançırı, sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi, hər iki baldırın sıyrıqları ilə nəticələnən və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə, habelə «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs3 2260 (iki min iki yüz altmış) manat məbləğində və «VAZ-2102» markalı avtomobilin yararsız hala salınması ilə əlaqədar sahibi X4 2.000 (iki min) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər heç bir psixi xəstəlik keçirməmiş, hazırda ankoloji xəstədir. 2015-ci ildən etibarən onkoloji xəstəliyi ilə əlaqədar olaraq müalicə olunur və tez-tez bioenerji müalicəsi alır. Xəstəliyi ilə əlaqədar olaraq 1-ci qrup əlildir. Həyat yoldaşı uzun illərdir ki, onları atıb getmiş və həmin vaxtdan o, 3 övladını tək saxlayaraq böyüdür. Hadisədən təxminən iki ay əvvəl atası Əbilfət on dörd min manata «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili atası Zərərçəkmiş şəxs3 öz adma sürmək üçün etibarnamə ilə almışdır. Onun isə faktiki olaraq həmin avtomobili sürməyə hüququ və eləcə də sürücülük vəsiqəsi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 18.00 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruze» markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Zirə şosse yolunda təxminən saatda 40-50 km sürətlə hərəkətdə olmuşdur. Maşınında əmisi qızı Şahid2 qızı və onun azyaşlı qızı İlahə Əliyeva olmuşlar. Avtomobildə yük olmamış, hava işıqlı olmuşdur. Heydər Əliyev prospektindən «Rahat» marketin yanından üzü Zirə qəsəbəsi istiqamətinə təxminən 40/50 km saatda hərəkətdə olarkən, Zeytun restoranının yanındakı dairəyə daxil olub daxil olan zaman sol tərəfindən ağ rəngli avtomaşın onun avtomaşınının qabaq təkərinə və ön sol qanadına dəyərək, hərəkətini davam etdirmişdir. Həmin vaxt onun idarə etdiyi avtomaşının qabaq sol təkəri yerindən çıxdığını hiss etmiş, avtomaşın sürünməyə başlamış, o, məcbur olub sükanı beton maneəyə tərəf hərəkət elətdirib maneəyə vurmuş və maşın dayanmışdır. Bu zaman onu vuran ağ rəngli avtomaşın qarşıdakı arakəsməyə dəyərək, üzü əks istiqamətinə dönüb dayanmışdır. Bundan sonra avtomaşından yerə düşmüş, ağ rəngli avtomaşmdakı sərnişinlə sürücünün yerdə asfaltın üzərində uzandıqlarını görmüşdür. O, Vaz-2102 markalı avtomaşını əvvəlcədən görməmiş, səs gəldiyini eşitmiş, təxminən 5-7 metrlikdə onu görmüşdür. İdarə etdiyi avtomaşına hər hansı sənədi yoxudur, o, həmin avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan sürməklə böyük səhv etmişdir. Hadisə nəticəsində hər-hansı xəsarətlər almamışdır. O, idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobillə sağ zolaqda hərəkətdə olarkən avtomobili sağdan sola doğru döndərməzdən əvvəl daha da diqqətli olmalı idi və həmin avtomobili daha əvvəl görüb onun təhlükəsiz keçib getməsinə şərait yaratmalı və daha sonra isə özü sola dönmə əməliyyatı aparmalı idi. Lakin o, səhvə yol vermişdir. Baş vermiş bu yol-nəqliyyat hadisəsi nəticəsində özü və maşında olmuş sərnişinlər, əmisi-qızı və onun azyaşlı qızı heç bir xəsarətlər almamışlar. O, hadisə baş verən gün, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə günü tam olaraq ayıq olmuşdur. O, həmin yol nəqliyyat hadisəsini öz diqqətsizliyindən və ehtiyatsızlığından törətmiş, əməlinə görə peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsəi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmənin hazırlıq iclasında ərizə verərək, bildirmişdir ki onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur, onun iştirakı omadan məhkəmə baxışını keçirilməsini xahiş etmişdir Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasında ərizə verərək, onun da Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi olmamasını, onun iştirakı omadan məhkəmə baxışını keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan məhkəmə baxışını keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır, Namilə onkoloji xəstə olduğu üçün 1-ci qrup əlildir. Namilənin sürücülük vəsiqəsi yoxdur. Təxminən ik ay bundan əvvəl o, Sürayyə Xanhüseynova adlı şəxsdən on dörd min manata «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Həmin avtomaşını satan şəxsi tanıdığı üçün ondan sürməyə etibarnamə ilə almışdır. Yaxın günlərdə avtomaşını adına keçirmək istəmişdir. Ara-sıra qızı Namilə sürücülük hüququ olmadan həmin avtomaşını idarə etmişdir. Qızı Namilə ağır xəstəlik keçirdiyi üçün o, qızının xətrinə dəyməyib ara sıra həmin avtomaşını idarə etməyə icazə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17.00 radələrində o, qızı Namilənin Xəzər rayonu, Qala-Zirə yolunda yol nəqliyyat hadisəsi törətməsini bilmişdir. Həmin yerə gəlmiş, hadisə nəticəsində qızının idarə etdiyi avtomaşınla toqquşduğu avtomaşında olan sürücünün vəfat etdiyini, sərnişinin isə xəsarət aldığını bilmişdir. Qızının sürücülük vəsiqəsi olmadan ona avtomaşını idarə etməsi üçün icazə verməsinə çox peşmandır. Namilə ağır xəstəlik keçirdiyi üçün o, qızının xətrinə dəyməyib ara sıra həmin avtomaşını idarə etməsinə icazə vermişdir. O, maşını öz pulu ilə aldığından hazırda avtomaşının faktiki olaraq sahibidir. Avtomaşını təmir etdirmişdir və qızına qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs dogma əmisi qızıdır. Hadisə günü Namilənin idarə etdiyi maşında o və azyaşlı qızı İlahə də var idi. xx xxxxxx 2020-ci il tarixdə, saat 17.00 radələri olardı. Əmisiqızı Namilə, o və qızı İlahə Namilənin idarə etdiyi əmisinə məxsus maşınla Heydər Əliyev prospekti ilə Mərdəkan istiqamətinə hərəkət edirdilər. Namilə maşını saatda 40-50 km sürətlə idarə edirdi. «Rahat» marketin yanından üzü Qala qəsəbəsi istiqamətdə dönüb biraz getdikdən sonra Namilə yanacaqdoldurma məntəqəsinin yerini soruşmaq üçün maşını saxladı. 1-2 dəqiqə sonra Namilə maşına qayıtdı və hərəkət etməyə başladılar. «Zeytun» restoranının qarşısında olan dairəyə girən zaman arxa tərəfdən səs gəldiyini hiss etdi. Arxadan gələn maşın maşının sol qabaq hissəsindən vurdu və zərbənin təsirindən maşın beton maneəyə dəydi. Onları vuran maşın da qarşıdakı maneəyə dəyib fırlandıqdan sonra yolun qırağında dayandı. Çox qorxduğu üçün tez maşından yerə düşdü, sonra isə qızını maşından çıxardı. Nə o, nə də qızımo hadisə nəticəsində xəsarət almamışdılar. Qarşıdakı maşın əzik halda idi. Sürücü ilə sərnişin isə yerdə asfaltın üstündə uzanıqlı halda idi. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 157 saylı rəyindən görünür ki mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər-alın nahiyyəsinin, burunun, sol əlin arxa səthinin əzilmiş yaralan, alın nahiyyəsinin, sol bazunun orta üçdə birinin, sol saidin orta üçdə birinin, sağ əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları ağır travmatik və hemorragik şok ilə müşayiət olunan burun sümüyünün qapalı sınıqları, sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, sol said sümüklərinin qapalı, qəlpəli, yerdəyişən'Sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş, dalağın cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, torənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmamn əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1330 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində sağ bazunun qançırı, sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi, hər iki baldırın sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18.01.202lci il tarixli, 8/2293 saylı rəyindən görünür ki, «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rzayeva avtomobili sürü cülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «VAZ-2102» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Cinayət işindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd «CD» diskə və Xəzər rayonu, Qala-Zirə yolunda yerləşən “Zeytun” restoranı ilə üzbəüz fəaliyyət göstərən “N” X10 Məntəqəsindən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilmiş, baxışla müəyyən olunmuşdur ki, «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi «Chevrolet Cruze» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Zirə şosse yolunda hərəkət edərkən qarşıda hərəkətin dairəvi təşkil olunmuş yolayrıcından dönmək məqsədi ilə sağdan sola doğru manevr etmək istəyərkən sol zolaqda düzünə hərəkətdə olan, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-2102» markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilə yol verməmiş və mövcud vəziyyətdə «VAZ-2102» markalı avtomobilin hərəkəti üçün təhlükə yaratmışdır. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-ci il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 uşaqları vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər biri ayrı ayrılıqda məhkəməyə təqdim etdikləri ərizərindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Cinayət işində olan 018634 saylı vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlildir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq etməklə onun cəza çəkməkdən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbin olmamasını, dəymiş ziyanın ödəməsini, himayəsində 3 azyaşlı uşağın olması, 1-ci qrup əlil olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilr. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197,198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd «CD» disk və Xəzər rayonu, Qala- Zirə yolunda yerləşən “Zeytun” restoranı ilə üzbəüz fəaliyyət göstərən “N” X10 Məntəqəsindən götürülmüş 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmə haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Suraxanı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş disk və Xəzər rayonu, Qala-Zirə yolunda yerləşən “Zeytun” restoranı ilə üzbəüz fəaliyyət göstərən “N” X10 Məntəqəsindən götürülmüş 01 ədəd «CD» cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-743/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-743/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver