Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-743/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 2,860 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində nənəsi işə getdikdən sonra yaşadıqları ünvan 5 ünvanda yerləşən 5 nömrəli evin darvazasını bağlamışlar, bundan sonra yatarkən saat təxminən 09-10 radələrində bir şəxsin ayağının kürəyində olduğunu hiss etmiş, oyandıqda həmin şəxs ona səsini çıxartmamasını tapşırmış, başını qaldırdıqda evlərinə 7-8 nəfər polis əməkdaşlarının daxil olduğunu görmüş, həmin polis əməkdaşlarının hasardan aşaraq evlərinə daxil olduqlarını anlamış, evdə arvadının, azyaşlı uşağının olmasına baxmayaraq onu və qardaşı Vüsal Məmmədovun əllərini qandallayaraq onu paltarsız vəziyyətdə, qardaşı Vüsala isə paltarını geyindirib avtomobilə əyləşdirmişlər, şalvarını polis əməkdaşlarına onun anası vermiş və şalvarı onun əyninə avtomobildə polis əməkdaşları geyindirmişlər, qardaşı Vüsal Məmmədovu digər avtomobilə əyləşdirmişlər, 2 avtomobil dal-qabaq olaraq 20-ci Polis Bölməsinə getmişlər. Polis bölməsində polis əməkdaşları ona qarşı fiziki təsir göstərməmiş, ona ancaq hədəqorxu gələrək onların (polis əməkdaşlarının) dediklərini təsdiq etsə qardaşını buraxacaqlarını bildirmişlər, bu səbəbdən təhqiqatçının tərtib etdiyi bütün sənədlərə imza etmiş, polis əməkdaşları tərəfindən ona verilmiş 1 bükümü çıxararaq videoçəkiliş zamanı polis əməkdaşlarına təqdim etmiş və etirafedici ifadə vermişdir, əslində onda narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında əhəmiyyətli dərəcədə ziddiyyət olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə zamanı elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrin istifadəçisidir. Ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. İstifadə etdiyi narkotik vasitələri mütamadi olaraq müxtəlif yerlərdən alır və sonuncu dəfə isə “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “kokosu” 20 manata almışdır. Bir qədərini istifadə etmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 6 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra onu PB-yə dəvət etmişdirlər. Polis Bölməsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşuldu. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınırdı. Həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “kokos” olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Bu da videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra aldığı narkotik vasitənin 2,860 qram heroin olması məlum olmuşdur (1-ci cild iş vərəqi 72-75). Məhkəmə zamanı Təqsirləndirilən şəxs elan olunmuş ifadəsini təsdiq etmədiyini və məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 6 nömrəli evin qarşısında bir nəfər şəxsin onu və ərazidə xidmət aparan sahə inspektoru Şahid2 görüb özünü şübhəli aparmasının şahidi olmuşdur. Ərazinin narkotik vasitələrin qanunsuz dövriyəsində nisbətən çoxluq ərazi təşkil etməsi həmin şəxin narkotik vasitənin qanusuz üzərində daşıması şübhələri yaratdı. Həmin şəxsə yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu deyib şəxsiyyəti barədə sorğular etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını görüb bölməyə dəvət etmişdirlər. Nəsimi RPİ-nin 20-ci PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra üzərində hər hansı qanunsuz maddə və əşya saxlamasına dair kifayət qədər əsaslar olduğundan həmin şəxsə vəkil təyin olundu, hüquq və vəzifələri izah olundu. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış nəticəsində şalvarının sağ yan cibindən özü qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1 bükümdə narkotik vasitə olan heroini masanın üzərinə qoydu, həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirdi. Həmin büküm qablaşdırıldı və ekspertizaya göndərildi. Sonradan həmin narkotik vasitənin 2,860 qram çəkidə narkotik vasitə olan heroin olması məlum oldu. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə səhər saatarında evindən götürdüyü zibilləri atıb Bakı şəhəri Nəsimi rayonu N.Məlikov küçəsindəki yolla qayıdarkən qonşuları olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin qapısında çox sayda adamların olduğunu görmüş, həyətə daxil olmuş və evə keçərkən Təqsirləndirilən şəxs və qardaşı Vüsal Məmmədovun polis əməkdaşları tərəfindən qolları bağlanılaraq alt paltarında evdən aparılmalarını görmüşdür. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 qızı ifadə verərək göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında onunla Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsində eyni həyətdə yaşayan bacısı Səadət Əliyeva onunu evinin qapısını döyüb evlərinə polis əməkdaşlarının daxil olduğunu demiş, o, tez bacısıgilin evinə getmiş və orada bacısı oğlanları Təqsirləndirilən şəxs və Vüsal Məmmədovun yarıçılpaq vəziyyətdə mətbəxdə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını görmüş, həmin vaxt Arazın əynində ancaq tuman olmuşdur. Bundan sonra Arazı və Vüsalı həmin vəziyyətdə avtomobillərinə əyləşdirərək aparmışlar. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 6 nömrəli evində yatdığı vaxt polis əməkdaşları onun, qardaşı Təqsirləndirilən şəxs və anasının yaşadığı evə daxil olaraq onu və Arazı yarıçılpaq vəziyyətdə, əllərini qandallayaraq avtomobillərinə əyləşdirərək polis bölməsinə aparmışlar, polis bölməsinə aparılarkən nə onun, nə də ki, qardaşı Arazın üzəilərində narkotik vasitə olmamış, polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi təsirlər göstərilməklə üzərinə narkotik vasitə heroin qoyulmuş və həmin heroinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin sahə inspektoru Şahid2 və baş əməliyyat müvəkkili Şahid1 polis bölməsinin rəisinin adına tərtib etdikləri 12 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində bölmənin inzibati ərazisində xidmət apardıqları vaxt Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanın qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etməklə ondan səhhəti ilə bağlı maraqlandıqda, o, hal-hazırda narkotik vasitə qəbul etdiyindən narkotik maddənin təsiri altında olduğu üçün səntələdiyini və üzərinə «kokos» kimi tanınan nakrotik maddə saxladığını bildirdiyindən həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur (1-ci cild iş vərəqi 4). İşdə olan 12 sentyabr 2022-ci il tarixli müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən barəsində araşdırma aparılan Təqsirləndirilən şəxs özünə müdafiəçi seçməsi üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun 31 nəfər vəkillərindən və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun 41 nəfər vəkillərindən ibarət vəkillər siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir (1-ci cild iş vərəqi 9-10). İşdə olan 12 sentyabr 2022-ci il tarixli dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkilin dəvət edilməsi Bakı şəhəri 14 saylı Vəkil Bürosuna həvalə edilmişdir. İşdə olan 12 sentyabr 2022-ci il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs təqdim edilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə müdafiəçisi Elman Ağayevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan müdafiəçi X5 12 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilmiş, onun itirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 40). İşdə olan Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etiraz olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 40). İşdə olan 12 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, müdafiəçisinin iştirakı olmadan keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli, yumşaq formada, spesifik iyə malik olan maddəni təqdim edərək üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik vasitənin olmadığını bildirmiş, təqdim etdiyi maddənin narkotik vasitə «kokos» olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün bir qədər əvvəl «Papanin» kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 manata alaraq bir hissəsini istifadə etdiyini, qalanının isə öz istfadəsi üçün üzərində saxlamasını bildirmişdir (1-ci cild iş vərəqi 42-47). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 12 sentyabr 2022-ci il tarixli 6/5105 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 18 “ möhür əksi, “Təqsirləndirilən şəxs və imzalar olan zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 2,860 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, narkotik vasitələrin İ siyahısına daxildir (1-ci cild iş vərəqi (1-ci cild iş vərəqi 55-56). İşdə olan ambulator-narkoloji ekspertiza üzrə 11 noyabr 2022-ci il tarixli 6750 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 110-111). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 11 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psxi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində “anlaqlı” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 113-114). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2017-ci il tarixli Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19 iyun 2018-ci il tarixdə cəzasını tam çəkdiyindən qeydiyyatdan çıxarılmışdır (1-ci cild iş vərəqi 94-95). İşdə olan 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və müstəntiq tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 85-87). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə nakrotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir (1.0.7-1.0.11-ci maddələr). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci Siyahısı”na əsasən - təmiz halda 2 (iki) qram çəkidə narkotik maddə heroin - külli miqdar təşkil edir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilməli haldır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması faktını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və əlavə şahid qismində dindirilmiş digər şəxslərin (qonşu və qohumların) ifadələrini, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanında yerləşən 5 nömrəli evin qarşısında deyil, həmin gün səhər satlarında yaşadığı evdə yatarkən evə qanunsuz daxil olunaraq qardaşı ilə birlikdə paltarsız vəziyyətdə polis bölməsinə aparılmasını, polis əməkdaşlarının onu polis bölməsinə apararkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni üzərinə götürmədiyi halda onunla birlikdə evdən aparılmış qardaşı Vüsal Məmmədovu da cinayət məsulliyyətinə cəlb edəcəkləri barədə polis əməkdaşlarının ona hədə-qorxu gəldiklərini, hədənin təsiri altında ona verilmiş narkotik vasitəni videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxt təqdim etməsini və həmin heroinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan ifadələr verməsini, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş və sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlilləri ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X3, X7 və X4 hər biri ayrı-ayrılıqda göstərmişlər ki:
1. polis əməkdaşları 12 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən 5 nömrəli evə icazə almadan daxil olaraq Təqsirləndirilən şəxs və onun qardaşı Vüsal Məmmədovu polis bölməsinə aparmışlar;
2. polis əməkdaşları Təqsirləndirilən şəxs evdən yalnız alt paltarında çıxarıb polis avtomobilinə əyləşdirmişlər;
3. Təqsirləndirilən şəxs şalvarını anası gətirib polis əməkdaşlarına vermiş və şalvar avtombildə Təqsirləndirilən şəxs geyindirilmişdir;
4. Təqsirləndirilən şəxs digər paltarları aparıldığı 20-ci Polis Bölməsinə sonradan anası tərəfindən gətirilmişdir;
5. Təqsirləndirilən şəxs qardaşı Vüsal Məmmədov da eyni vaxtda, eyni evdən, eyni polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Qeyd edilən halların daha ətraflı araşdırılması üçün X1 barəsində olan ********* №-li cinayət işi üzrə ibtidai araşdırma materialları və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə əsasən şahid ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyinin bütün müddəaları şahid ifadələrini mühüm sübutetmə vasitəsi olmasını təsbit edir - şahid qismində dindirilməli ola bilən şəxs onun həmin iş üzrə digər prosessual şəxs qismində iştirakını istisna edir. Hər bir halda şahidlərin ifadələrinin sübutetmə mötəbərliliyi onların proses tərəflərinə münasibətləri ilə (qohumluq münasibətləri, qonşuluq əlaqələri və sair) bağlı deyil və fərdiləşdirilmir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qohumları və qonşusunun ifadələri işin faktiki hallarına uyğun olduğu halda sübut növü kimi qəbul olunmalıdır. X1 barəsində olan ibtidai araşdırma orqanının topladığı materiallardan - Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin sahə inspektoru Alim Rəhimovun və əməliyyat müvəkkili İsmayıl Nəbizadənin polis bölməsinin rəisinin adına tərtib etdikləri 12 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində bölmənin inzibati ərazisində xidmət apardıqları vaxt Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını gördükdə ona yaxınlaşıb özlərini təqdim etməklə üzərində cinayət məsulliyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı əşya, o cümlədən narkotik vasitə olub-olmaması soruşulduqda, həmin şəxs şifahi sorğu zamanı üzərində narkotik vasitə olan «heroin» olmasını bildirmiş, həmin şəxsin üzərində şəxsi axtarış keçirilib barəsində qanuni tədbir görülməsi üçün saxlanılaraq polis bölməsinə dəvət edilmiş, polis bölməsində olan zaman şəxsin xx.xx.1997-ciil təvəllüdlü X4 olması müəyyən olunmuşdur. İbtidai araşdırma zamanı istintaq orqanı tərəfindən toplanmış materiallara əsasən Təqsirləndirilən şəxs və qardaşı X12 RPİ-nin 20-ci Polis Bölməsinin ayrı-ayrı polis əməkdaşları tərəfindən eyni tarixdə, eyni saatda və eyni ünvanda (12 sentyabr 2022-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanın qarşısında) saxlanılmışlar, polis bölməsinə aparılmışlar və barələrində müvafiq olaraq iki ayrı-ayrı ********* və ********* №-li cinayət işləri başlanılmış və istintaqı aparılmışdır. Lakin Təqsirləndirilən şəxs barəsində olan cinayət işininin materiallarında Vüsal Məmmədov barəsində, Vüsal Məmmədovun barəsində olan cinayət işinin materiallarında isə Araz Əliev barəsində məlumat olmamışdır. Bundan əlavə məhkəmənin sorğusu əsasında əldə edilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmündən də görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs Vüsal Məmmədov məhkəmədə dindirilərkən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi,dalan 6 ünvanını qarşısında deyil, 4-5 polis əməkdaşının onun yaşadığı evə daxil olmaqla evindən polis bölməsinə aparılmasını göstərmiş və həmin vaxt qardaşı Təqsirləndirilən şəxs də onunla birlikdə yaşadıqları evdə saxlanılaraq polis bölməsinə aparılmasını bildirmişdir. Qeyd edilən hökmdə eyni zamanda təqsirləndirilən şəxs Vüsal Məmmədovun da polis əməkdaşları tərəfindən saxlanılması vaxtı, saatı və yeri dəqiqliklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işində olduğu kimi eyniliklə müvafiq olaraq 12 sentyabr 2022ci il tarixdə saat 10:00-da ünvan 8 ünvanın qarşısı göstərilmişdir. Məhkəmə hesab edir ki, iki ayrı-ayrı şəxsin eyni vaxtda, saatda və ünvanda saxlanıldıqları halda, saxlanılan həmin iki şəxsin və əməliyyat axtarış tədbirini həyata keçirmiş polis əməkdaşlarının bir-birilərini və onların istifadəsində olan avomobillərini görməmələri mümkün deyil və belə hal əməliyyat-axtarış tədbirlərinin təcrübəsində rast gəlinməyən bir haldır. Eyni zamanda müdafiə tərəfi yuxarıda qeyd edilən halın təsdiqi məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının fotoşəkillərini məhkəməyə təqdim etmiş, qeyd edilən 6 ədəd fotoşəkillərə baxış zamanı həmin ünvanın qarşısının kiçik bir ərazi olması, dalanın dar bir dalan olmaqla ayrı-ayrı şəxslərin eyni vaxtda həmin yerdə olmaqla bir-birilərini (həmçinin avtomobillərinin) görməmələrinin qeyri-mümkün olmasını təsdiq edir. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyini, bu tədbirlərin bütövlükdə qanuna zidd olmasını, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğyn olmamasını göstərir. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqı zamanı kifayət qədər ətraflı araşdırma aparılmışdır. Kobud qanun pozuntularına yol verilməklə aparılmış ibtidai istintaq – öz növbəsində sübutetmənin prosessual vasitələrinin qənaəti prinsipinin pozulmasına da səbəb olmuşdur. Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs X6 müdafiə hüququ da kobud formada pozulmuşdur. Belə ki, 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, prosessual hərəkətin aparılması zamanı (götürmə və axtarış) müdafiəçi iştirak etməmişdir. Belə ki, müdafiəçi X10 12 sentyabr 2022-ci il tarixli ərizəsi ilə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verildiyini, onun itirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə 12 sentyabr 2022-ci il tarixli ərizəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 40 və 41). Cinayət işində olan 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs təqdim edilmiş (protokolda təqdim etmə saatı göstərilməmişdir), həmin tarixdə saat 11:00-da müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən tutulmuş, bundan sonra həmin tarixdə tərtib edilmə saatları göstərilmədən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə prosessual hərəkətlər aparılaraq prosessual sənədlər tərtib edilmiş (protokollar, qərarlar və ərizələr), o cümlədən şəxsi axtarış və götürmə haqqında qərar qəbul edlərək təqsirləndirilən şəxsə və müdafiəçiyə imza etdirilməklə elan edilmişdir (1-ci cildi iş vərəqi 17-20, 22-23, 25-27, 35- 37). Bundan sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ kobud formada pozulmaqla onun üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmış, çox qısa müddətdən sonra isə yenidən müdafiəçinin iştirakı ilə prosessual hərəkətlər davam etdirilmiş və hər ikisinin imzaladığı prosessual sənədlər tərtib edilmişdir. İstintaq materiallarına əsasən, müdafiəçi Elman Ağayev 20-ci Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs təqdim edilmiş, ilkin hərəkətlərdə iştirak etmiş, bundan sonra isə müdafiəçi şəxsi axtarış və götürmədə iştirak etməkdən qeyri-müəyyən səbəblərdən imtina etmişdir, bundan sonra isə - yenidən qoşulmuşdur. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin və onun müdafiçisinin mühüm kriminalistik üsul kimi qəbul edilmiş prosessual mexanizmdə iştirakdan imtina etmələrinə dair iradə ifadələrinin könüllü olmasını inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, videoçəkilişdən istifadə olunmaqla şübhəli şəxsin üzərində axtarış və götürmə aparılarkən narkotik vasitənin müəyyən edilməsi və götürülməsinə dair mühüm prosessual hərəkət prosessual qanunvericiliyin kobud və yolverilməz dərəcədə pozulması ilə, yəni polis əməkdaşlarının. O çümlədən kriminalistin iştirak etməsi, lakin müdafiəçinin iştirak etməməsi ilə aparıldığından, həmin istintaq hərəkəti zamanı əldə edilmiş hallar sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. Həmin məcəllənin 90-cı maddəsinin tələblərinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin ayrılmaz hüquqlarıdır. Qeyd edilənlər təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuşdur. Prosessual şəxs olan təhqiqatçı tərəfindən cinayət işi başlanması barədə qərar qəbul edilmədən prosessual tutulma tətbiq edilməsi (faktiki tutulmadan fərqli olaraq) və bunun nəticəsində şəxsi axtarış və götürmə aparılması cinayət-prosessual qanunvericiliyinin tələblərinin və şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilr. Məhkəmə həmçinin ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qardaşı Vüsal Məmmədovla birlikdə saxlanılaraq polis bölməsinə aparılması səbəbindən hər ikisinin cinayət məsuliyyətinə cəlb olunacaqları hədəsi altında həmin ifadələri verməsi ilə bağl göstərdiyi dəlillərin təkzib olunmamışdır; məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Azərbaycan Respublikası CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul edilməməlidir. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməzlər. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2, 42.2.4-cü maddələrinə görə, Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşımasında ifadə olunan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltzam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,810 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlər həmin işin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı kobud prosessual qanun pozuntularına yol verdiklərinə görə Bakı şəhəri Nəsimi RPİ-nin 20-cı Polis Bölməsinin təhqiqatçısı polis mayoru X8, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 barələrində xüsusi qərar çıxarılmalı, xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getəməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,810 qram təşkil edən narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Vüqar Quliyev
Aytən Əliyeva