Məhkəmə qərarları › İş №1(101)-744/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-744/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-744/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “PRO BONO” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmuş, üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, “xxxxxxxxxx” MMC-də ekspeditor işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab olunan kustar üsulla hazırlanmış xəncər əldə edərək gəzdirmiş, həmin silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, həmçinin xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2019-cu il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd soyuq silah hesab olunan kustar üsulla hazırlanmış xəncər əldə etmiş və gəzdirmişdir. Öz cinayət əməllərini davam edərək, o, xx.xx.2013-cü ildən rəsmi ər-arvad münasibətində olmaqla onunla eyni ünvanda yaşayan, dəfələrlə aralarında şəxsi münasibətlər zəmnində mübahisələri olmuş arvadı xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə aralarında xx.xx.2019-cu il tarixdə növbəti dəfə mübahisə yarandığından, o, həmin gün atası Şahid1 və azyaşlı oğlu Əkbər Məmmədovla birlikdə Zərərçəkmiş şəxs2 özünə məxsus “DAEWOO NEXİA” markalı, “**-LV-***” dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunu valideynlərinin yaşadığı ünvan 2 ünvanına apararkən yolda aralarındakı mübahisə daha da şiddətləndiyindən Zərərçəkmiş şəxs2 qarşı yaranmış nifrət hissinin təsiri altında qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib həmin tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Sumqayıt şosesi 3-cü km ünvanında yerləşən “Bakı Beynəlxalq Avtovağzalı”-nın girişinin qarşısında idarə etdiyi avtomobili saxlayıb düşərək avtomobilinin yük yerindən kustar üsulla hazırlanmış soyuq silah hesab edilən xəncəri götürüb həmin niyyətini həyata keçirmək üçün əvvəlcə avtomobilin sağ arxa qapısını açıb arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sinə nahiyəsindən iki zərbə endirmiş, bu vaxt avtomobildə sağ ön oturacaqda əyləşmiş atası Şahid1 avtomobildən düşüb Təqsirləndirilən şəxs qarşısını almağa çalışaraq onu yerə yıxmış və həmin vaxt xəncər Təqsirləndirilən şəxs əlindən yerə düşmüş, bundan istifadə edən Zərərçəkmiş şəxs2 avtomobildən düşərək qaçmağa başladıqda, o, cinayətkar niyyətini başa çatdırmaq üçün atasının əlindən çıxaraq yerdəki xəncəri götürüb Zərərçəkmiş şəxs2 arxasınca qaçıb çataraq, sonuncunu tutub əlindəki xəncərlə bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirmiş, Zərərçəkmiş şəxs2 həmin zərbələrin təsiri nəticəsində müvazinətini itirib yerə yıxılaraq aldığı xəsarətlərdən ağrı və iztirab çəkməklə yalvarışlarına və imdad istəməsinə məhəl qoymadan, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla, yəni, xüsusi amansızlıqla yenə də xəncərlə zərbələr vurmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə, sağ əlin V barmağının ön səthinin səthi kəsilmiş yarası, sol dirsək oynağının arxa səthinin səthi kəsilmiş yarası, sağ mil-bilək oynağının arxa səthinin səthi kəsilmiş yarası, başın sağ alın qabarı nahiyəsinin sıyrığı, sol ağız bucağına və alt dodağın selikli qişasına qansızma, sağ bazu oynağının, sağ və sol bazunun, sağ budun qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən, boyun kökünün sol ön-yan səthinin deşilmiş-kəsilmiş yarası, boynun sağ-yan səthinin deşilmişkəsilmiş yarası, boynun aşağı 1/3-nin sağ ön-yan səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazu oynağının üst-arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazunun aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmişkəsilmiş yarası, sağ əlin İİ barmağının kəsilmiş yarası, sağ əlin İİİ barmağının kəsilmiş yarası, sağ əlin İV barmağının kəsilmiş yarası, sağ əlin ovuc səthinin kəsilmiş yarası, sol saidin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası, sol əlin ovuc səthinin kəsilmiş yarası, sol əlin İİ barmağının kəsilmiş yarası, sol əlin İİİ barmağının kəsilmiş yarası, sol əlin İV barmağının kəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin ön- iç səthinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, ölümünə səbəb olan döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəcəyini zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə həmin vaxt “Avtovağzal” metrostansiyasmm qarşısındakı magistral yoldan keçən avtomobillərin normal iş fəaliyyətini pozmaqla, yəni metrostansiyanın qarşısında ətrafda çoxsaylı insanlar olduğu halda, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə, ətrafda olan çoxsaylı insanlara qarşı etinasızlıq nümayiş etdirib, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində ifadə etdiyi xəncərlə hadisə yerində olan Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 anasının xalası nəvəsi və onun arvadı olmuşdur. 2012-ci ildə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan 2015-ci il təvəllüdlü Məhəmmədəli, 2016-cı il təvəllüdlü Həmzə, 2018-ci təvəllüdlü Əkbər adlı 3 oğlan övladları olmuşdur. Evləndikdən sonra valideynləri ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 29, mənzil 3 ünvanında yerləşən evdə yaşamışlar. Leyla ilə ailə qurandan sonra əvvəllər münasibətləri yaxşı olmuş, Leyla həmişə onun valideynlərinə qarşı hörmətlə yanaşmışdır. O da müxtəlif yerlərdə işləyərək ailəsini dolandırmışdır. Təxminən 2019-cu ilin iyul ayından arvadı Leyla ilə münasibətləri pisləşməyə başlamışdır. Bunun əsas səbəbi isə Leylanın onun valideynləri ilə birgə yaşamaq istəməməsi olmuşdur. Bundan başqa, Leyla ondan boşanıb atasıgilin evinə gedəcəyini və haradasa işləyib uşaqlarını özü saxlayacağını bildirmişdir. O, buna razılıq vermədiyi üçün aralarında narazılıq yaranmışdır. Leyla demək olar ki hər gün evdə deyinərək başqa evdə yaşamaq istədiyini, onun valideynləri ilə birlikdə yaşaya bilmədiyini demişdir. O, Leyladan niyə ayrı evdə yaşamaq istədiyini soruşduqda, Leyla ona qardaşıgil bu evə gəlməsə və onların əşyalarını evdən çıxarsalar onun atasıgillə yaşaya biləcəyini demişdir. O, Leylanın bu təklifi ilə razılaşmayıb, yaşadıqları evin atasına məxsus olmasını, evdən heç bir əşya çıxara bilməyəcəyini demişdir. 2019-cu ilin iyul ayının sonlarında qayınatası Feyzulla rəhmətə getdikdən sonra, Leyla ilə aralarında olan mübahisələr daha da gərginləşmişdir. Leylanın anası Flora dayanmadan onların ailəsinə müdaxilə etmişdir. Leyla hər dəfə ona uşaqları üçün bir şərait qurmağını, qazandığı pulları qohum-əqrəbaya xərclədiyini deyərək ailədə söz-söhbət yaratmışdır. Leylaya səbrli olmasını, uşaqlarının qayğısına qaldığını bildirmişdir. Bir neçə dəfə Leyla onu atası evinə aparmasını demiş, Leylanın anası da təkidlə qızını evlərinə gətirməyini bildirmiş, lakin o, qaynanasına ailəsinə baxdığını, əgər aparmaq istəsələr gəlib özlərinin Leylanı aparmağını demişdir. Leyla anasıgilin dediyinə qulaq asıb, onu həddindən artıq əsəbiləşdirmiş, anasıgilə getdikdən sonra, uşaqları ona verməyəcəyini, göstərməyəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə anası Firəngizlə birlikdə qaynanası Floranın yaşadığı evə gedib, Leylanın ona qarşı etdiyi hərəkətlərin haqsızlıq olduğunu, hələ ayrılmaq üçün maddi imkanlarının olmadığını bildirmişdir. Lakin Leylanın anası onları ayırıb ayrı evdə yaşamağı təkidlə tələb etmişdir. xx.xx.2019-cu il tarixdə Leyla yenə ona ya onun dediyi ilə razılaşmağını, ya da tək atası evinə gedib, uşaqlarıda aparmayacağını bildirmişdir. xx.xx.2019-cu ildə saat 11-12 radələrində 2 övladını götürüb Biləcəri qəsəbəsində yerləşən parka gəzməyə aparmış, bir neçə saatdan sonra, təxminən 16-17 radələrində evə qayıtdıqda Leylanın əynini geyinib, harasa getmək üçün hazırlaşdığını görmüşdür. Leyla onu anasıgilə aparmağını dedikdə, o, Leylanı anasıgilə aparmayacağını demişdir. Bundan sonra anası Firəngizə Leyla getmək istəyirsə onun qohumlarına zəng edib, gəlib Leylanı aparmalarını deməsini bildirmişdir. Anası Firəngiz də Leylanın bibisi Xatirəyə zəng edərək Leylanın hərəkətləri barədə demiş, o isə Leyla ilə söhbət edərək onu sakitləşdirmək istəmişdir. Leylaya fikrindən daşınmasını, belə hərəkətlər etməməsini bildirsə də, xeyri olmamışdır. Leyla əşyalarını yığmağa başladıqda artıq Leylanın atasıgilin evinə getmək fikrinin qəti olmasını başa düşüb, bu vaxt yaşadığı evin dəhlizindən iri bıçağı götürüb özünə məxsus avtomobilinin yük yerinə qoymuşdur. Bıçağı götürməkdə məqsədi Leylanın anasıgilə gedəndə orada Leylanın qohumlarından kimsə üstünə gələrsə, özünü müdafiə etmək olmuşdur. xx.xx.2019-cu il tarixdə evlərində Leyla ilə aralarında sözlə mübahisə olan vaxt evdə o, atası Nazir, anası Firəngiz və 3 azyaşlı uşaqları olmuşdur. Əvvəlcə atası Nazir Leylanı evlərinə aparmaq istəsə də, Leylanı evlərinə özü aparacağını demişdir. O, Leyla ilə avtomobilə əyələşib getmək istədikdə atası Nazir də onlarla gedəcəyini demiş, o, atasının onlarla getməsinə etiraz etsə də, atası israrla onlarla gedəcəyini bildirib maşının qabaq sağ oturacağına əyləşmişdir. Leyla isə arxa sağ tərəfdə, qucağında isə oğlu Əkbər oturmuşdur. Leyla həm maşının arxa oturacaqlarının üstünə, həm də maşının yük yerinə əşyalarını yığmışdır. Bundan sonra Leylanın anasının yaşadığı evin istiqamətində hərəkət etməyə başlamış, hərəkətə başladıqdan bir qədər sonra Leyla yenidən ona adam olmadığını, evlərinin başına uçmasını demiş və bu formada deyinməyə, nalayiq söyüşlər söyməyə başlamışdır. O, Leylaya əsəbləşərək onun bu hərəkətlərinə iradını bildirib səsini kəsməsini demişdir. Yolda olarkən atasına maşından düşməsini desə də, atası onunla razılaşmayıb, axıradək onlarla gedəcəyini bildirmişdir. Leyla yolboyu deyindiyi üçün o, möhkəm əsəbləşdiyindən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin yaxınlığında idarə etdiyi avtomobili saxlayaraq cəld hərəkətlə yola çıxmazdan əvvəl evdən götürüb avtomobilin yük yerinə qoyduğu bıçağı götürüb Leylanın oturduğu avtomobilin sağ arxa tərəfinə yaxınlaşaraq qapını açıb, Leylaya zərbə vurmağa başlamışdır. Həmin vaxt Leylanın hansı nahiyəsindən bıçaq vurduğunu dəqiq xatırlamasa da, həmin zərbələr Leylanın bədəninə dəymişdir. Həmin vaxt azyaşlı oğlu maşında qışqıraraq ağlamışdır. Bu vaxt atası Nazir maşından düşüb onun boğazından arxadan tutaraq ona mane olmağa çalışsa da, o, Leylaya iki dəfə zərbə vurmuşdur. Atası onu geri dartdığı üçün ikisidə arxası üstə yerə yıxılmış və əlindəki bıçaq yerə düşmüşdür. Bundan sonra, Leyla avtomobildən düşərək “Avtovağzal” metrostansiyası istiqamətində qaçmağa başlamış, o isə yerdən qalxaraq bıçağı da yerdən götürüb əlində bıçaqla Leylanın arxasınca qaçmağa başlamışdır. Bu zaman ətrafda xeyli adam olmuş, lakin heç kim ona mane olmamışdır. Təxminən 50-60 metr qaçaraq Leylaya çatdıqdan sonra sol əli ilə Leylanı tutub sağ əlindəki bıçaqla onun bədəninin müxtəlif yerlərinə sayını bilmədiyi zərbələr endirməyə başlamışdır. Həmin vaxt Leyla ayaq üstə olmuş və Leylaya bıçaqla zərbələr endirən zaman Leyla ona əl-qol hərəkətləri ilə mane olmağa çalışaraq onu bıçaqlamamağını deyib yalvarmışdır. Bir qədər sonra Leyla yerə yıxılmış, yerdə olan vaxt Leyla hərəkət etmiş, lakin, yıxıldıqdan sonra Leylaya zərbə vurub-vurmamağını xatırlamır. Atasının da onların yanına gəlib çatıb-çatmamağını görməmişdir. Bundan sonra bıçağı bir qədər aralıya otluğa atıb Leyladan bir qədər aralıda dayanıb, polis əməkdaşlarının gəldiyini görüb təslim olmuşdur. Sonra isə Leylanın öldüyünü eşitmişdir. Leyla ilə aralarında olan mübahisə təxminən 15 dəqiqə çəkmişdir. Sonradan sol qaşüstü nahiyəsində və dodağının üstündə xəsarət olmasını görsə də həmin xəsarəti necə aldığını xatırlamır. O, Leylanı heç vaxt öldürmək istəməmişdir. Onlar əvvəllər Leyla ilə sözlə mübahisə etsələr də, heç vaxt Leylanı döyməmiş, ona əl vurmamışdır. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 qızıdır. X23 Məmmədovla təxminən 2013-cü ilin sentyabr ayının 24-də evlənmişlər və onların həmin nikahdan 3 oğlan övladı anadan olmuşdur. Nicatın anası Firəngiz mərhum əri Feyzullanın xalası qızıdır. Qızı Leyla uşaqlıq illərindən etibarən namaz qılıb, dindar qız olmuşdur. O, Leylanın Nicatla evlənməsinə əvvəldən qarşı olmuş, qohum kimi ailələr arasında narazılıqlar olmuşdur. Əri Feyzulla isə Leylanın Nicatla ailə həyatı qurmasına qarşı olmamış, onların evlənməsinə razılıq vermişdir. Ailəli olduqları müddətdə Nicat dəfələrlə qızı Leylanı döymüş, harasa bir yerə getdikdə, kənara baxmamasını, üzünü bağlamağını bildirmiş, heç bir səbəb olmadan Leylanı təhqir edib vurmuşdur. Bundan başqa, Leyla evli olduqları müddətdə Nicatın anası Firəngiz də qızı Leylanı yola verməmiş, həmişə qızına nalayiq söyüşlər söymüş, onu təhqir etmişdir. Hətta hadisə baş verən vaxtdan 3-4 gün əvvəl də Leylanın qaynanası Firəngiz ona zəng edərək gəlib qızını aparmasını, yoxsa Nicatın Leylanın başını kəsəcəyini demişdir. Firəngiz Leyla ilə Nicatın ailədaxili işlərinə müdaxilə edərək mütəmadi olaraq ailədə söz-söhbət yaratmışdır. Nicat da həmişə valideynlərinin sözlərinə qulaq asmış, onların sözü ilə oturub-durmuşdur. Qaynanası həmişə Leylaya əşyalarını götürüb evdən çıxmasını və evdən qeydiyyatdan çıxmasını tələb etmişdir. Nicat qazandığı pulu ailəsinə deyil, qohum-əqrabasına dağıdıb xərcləmiş, Leyla da ona əziyyətlə qazandığı həmin pulları başqa şəxslərə xərcləməməsini, öz uşaqlarının qayğısına qalmağını demişdir. xx xxxxxxx 2019-cu il tarixdə Nicat və anası Firəngiz onlara gəlib Leylanın “essensiya” içərək özünü öldürmək istəməsini demişlər. Leylanın hansı səbəbdən özünə qəsd etmək istəməsini soruşduqda Leylanın ayrı evdə yaşamaq istədiyini bildirmişlər. O da Nicatın anasına Leyla ilə Nicat ayrı evdə yaşamaq istəyirlərsə onlara şərait yaratmasını, onların ayrı yaşamasını bildirdikdə, Firəngiz ona 70 min manat verib, gedib onlara ayrıca ev almasını bildirmişdir. O isə ərinin ölməsini, maddi imkanı olmadığını demişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 15-16 radələrində Firəngiz baldızı Xatirəyə zəng edərək Leyla ilə Nicatın dalaşdıqlarını bildirib, Xatirə Leyla ilə telefonla danışmış, Leylanın qaynanası X5ynatasının Leylanı onlara gətirəcəyini demişdir. Bundan sonra Xatirə də onlara gəlib, Leylanın gəlməsini gözləsələr də, Leylanın gəlmədiyini görüb narahat olmağa başlamışlar. Buna görə də, Xatirə Nazirə zəng edib Leylanın evə gəlmədiyini dedikdə, Nazir Leyla maşından düşüb qaçdıqda, onu maşın vurduğunu, sonra da, Nicatın gedib Leylanı bıçaqladığını demişdir. Bundan sonra qohumlarla birlikdə hadisə yerinə getmişlər.Təqsirləndirilən şəxs onun günahsız qızını öldürmüşdür. Ona ən ağır cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs1ifadəsindən görünür ki, təxminən 2015-ci ildən etibarən “Bakı Beynəlxalq Avtovağzalı” nda rayona gedən taksi sürücülərinə müştəri tapmaqda köməklik edir. xx.xx.2019-cu il tarixdə təxminən saat 7-yə işləmiş, yəni 18-19 radələri arasında “Bakı Beynəlxalq Avtovağzalı” nın “Xoş gəlmişsiniz” sözü yazılan yerin qabağında taksi sürücülərinin yanında olduğu vaxt onunla üzbəüz yolun qarşı tərəfində, yəni avtovağzalın giriş hissəsi ilə üzbəüz yolun “Avtovağzal” metrostansiyası tərəfində bir ədəd göy rəngli “Daewoo Nexia” markalı nömrəsini bilmədiyi maşının dayanmasını və bir nəfər yaşıl köynəkli şəxsin maşının arxa tərəfinə keçməsini, bir nəfər yaşlı kişinin həmin oğlanın qabağına keçib onu tutmasını və ətrafdakı şəxslərə ona kömək etməsini deyib qışqırmasını görmüşdür. Həmin vaxt yaşıl köynəkli şəxs əlindəki bıçaqla maşındakı qadını vurmaq istədiyindən, həmin yaşlı kişi onu tutsa da, sonradan yaşıl köynəkli cavan oğlan yaşlı kişinin əlindən çıxıb maşının o tərəf-bu tərəfinə gedib maşının arxa pəncərəsindən maşının içərisindəki qızı vurmağa cəhd edərək əlindəki xəncərə oxşar bıçaqla pəncərədən maşındakı qıza tərəf zərbələr atmışdır. Bundan sonra, o, yolun hadisə baş verən tərəfinə keçmişdir. Maşının içərisində bir nəfər də azyaşlı körpə uşaq olmuşdur. Həmin vaxt uzun don geyinmiş qadın maşından düşərək boğazı qanlı vəziyyətdə metrostansiyaya tərəf, oradan da “Qoşa çinar” restoranının yanında olan piyada keçidinə tərəf qaçmış, yaşıl köynəkli oğlan da yaşlı kişinin əlindən çıxıb əlində bıçaqla həmin qadının arxasınca qaçmağa başlamışdır. Həmin vaxt o da səkidəki otluq sahənin üstünə çıxıb onların arxasınca qaçmışdır ki, həmin yaşıl köynəkli oğlanın uzun donlu qadını bıçaqlamasının qarşısını alsın. “Qoşa çinar” restoranının yanındakı piyada keçidinə çatdıqda, piyada keçidindən keçən şəxslər yaşıl köynəkli oğlanın qarşısını kəsmələrinə görə, uzun donlu qadın Xırdalandan “Avtovağzal” metrostansiyasına gələn yola əks istiqamətdə qaçmağa başlamışdır. Yaşıl köynəkli oğlan da sonradan həmin qadının arxasınca qaçmış və yolun əks istiqamətində yolun sağındakı otluq sahənin yanında sol əli ilə qadını boğazından tutub sağ əlindəki bıçaqla bədəninin sol tərəfindən qolunun altından vurmuş və qadın yerə yıxılmışdır. Bundan sonra, o, həmin yaşıl köynəkli oğlana yaxınlaşıb qarşısını almaq istədikdə, yaşıl köynəkli oğlan qışqıraraq bıçağı ona tərəf tutub yaxına gəlsə, onuda vuracağını dediyindən, o, qorxmuş və həmin şəxsə yaxınlaşa bilməyib geri çəkilmişdir. Çünki, həmin yaşıl köynəkli oğlanın əlində bıçaq olmaqla yanaşı, çox əsəbi olmuşdur. Bundan sonra, həmin yaşıl köynəkli oğlan yenidən yerdə uzanıqlı halda qalmış qadına bıçaqla zərbələr vurmuş, qadın isə ona müqavimət göstərmişdir. Ondan bir neçə dəqiqə sonra, adını bilmədiyi bir nəfər polis əməkdaşı da yanına gəlmiş və həmin yaşıl köynəkli şəxsi zərərsizləşdirmişdir. Belə ki, adını bilmədiyi polis əməkdaşı hadisəni törədən həmin yaşıl köynəkli şəxsə bıçağı kənara atmasını dedikdə, hadisəni törədən şəxs əlindəki bıçağı yaxınlıqdakı otluq sahəyə tullamış və təslim olmuşdur. Bundan sonra, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, sonradan o, hadisənin ilkin olaraq başladığı maşının olduğu yerə gəldikdə, maşının yanında həmin yaşlı kişinin qucağında bir nəfər uşaqla halsız vəziyyətdə dayanmasını və hadisənin təsirindən danışa bilmədiyini görmüşdür. Bundan sonra, o, hadisə yerindən çıxıb getmişdir. Münaqişənin hansı səbəbdən baş verməsi barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərin heç birini əvvəllər görməmişdir, onları tanımır. Hadisə baş verən vaxt orada bir nəfər yaşıl köynəkli əlində bıçaq olan şəxsi, həmin şəxsin öldürdüyü qadını, bir nəfər hadisənin qarşısını almağa çalışan yaşlı kişini və həmin kişinin qucağında bir nəfər azyaşlı körpə uşağın olmasını görmüş, maşında başqa hər hansı bir şəxs olmamış, maşında başqa heç bir digər şəxsin olmasını görməmişdir. Hadisə baş verən vaxt ətrafda çoxlu insanlar olsa da, hadisənin konkret olaraq şahidi olmuş şəxslərin adlarını bilmir və tanımır. Həmin vaxt yaşıl rəngli köynək geyinmiş şəxs, yəni Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid3 ifadəsində görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs doğma oğludur. X25 ilə ailə qurandan sonra onlarla birlikdə yaşamışlar. Onların birgə nikahdan 3 oğlan övladı dünyaya gəlmişdir. Leyla arvadı Firəngizin xalası nəvəsidir. Oğlu Nicatla gəlini Leyla arasında daim narazılıq olmuş, Leyla həmişə Nicata ayrı yaşamaq istəməsini, onlarla birlikdə yaşamaq istəmədiyini demiş, Nicat isə buna razı olmamış, onlarla birgə yaşamaq istəmişdir. Nicat ailəsinə baxıb, qazancını ailəsinə xərcləmişdir. 2019-cu ilin sentyabr ayının 16-da Leylanın atası rəhmətə getdikdən sonra, Leyla ilə oğlu Nicat arasında olan söz-söhbət və mübahisələr daha da artmışdır. Belə ki, Leyla Nicata ayrılıqda yaşamalarını təkid etmiş, onlar isə Leylanın anasına zəng edib Leylanın ailədə münaqişə yaratdığını, gəlib onu evlərinə aparmalarını bildirmişlər. Leylanın anası Flora da Leylanı sakitləşdirmələrini, mübahisənin qarşısını almaqlarını demişdir. xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində oğlu Nicat nəvələri Məmmədəli və Həmzəni gəzdirmək üçün Biləcəridə yerləşən parka aparmış, Leyla isə evdə qalmışdır. Saat təxminən 15:00-da Nicat evə gəldikdən sonra, Nicatla Leyla arasında yenə də mübahisə yaranmış, Leyla Nicata ailəsinə baxmadığını bildirərək ona söyüş söymüşdür. O, həm Leylanı, həm də Nicatı sakitləşdirməyə çalışmışdır. Nicat sakitləşsə də, gəlini Leyla sakitləşməmiş, buna görə Nicat və arvadı Firəngiz Leylanın anası Floraya zəng edib Leylanı gəlib evlərinə aparmalarını demişlər. Həmin gün təxminən saat 17 radələrində Leyla öz əşyalarını yığaraq Nicata onu atasının evinə aparmasını bildirdikə, Nicat Leylaya qardaşı Salmana deyəcəyini, Salmanını onu aparacağını demiş, Leyla isə Nicatın onu aparmasını təkid etmişdir. Leylanın hansı səbəbdən onu yalnız Nicatın aparmasını istədiyini başa düşməmişdir. O, Leylanı özü apara biləcəyini desədə, Leyla bununla da razılaşmayıb, onu yalnız Nicatın aparmalı olduğunu demişdir. Nicat özünə məxsus avtomobillə Leylanı atasıgilin evinə aparmaq üçün maşına əyləşərkən Nicatla Leylanın dalaşmaması üçün o da maşına minib qabaq oturacaqda əyləşmişdir. Yolda olarkən Leyla əsəbi halda danışdığı üçün nəvəsi Əkbərin qorxub ağlamasını görüb uşağı Leylanın qucağından götürmüşdür. X4 nalayiq sözlər işlətmişdir. Biləcəridən gəlib “Avtovağzal” a tərəf döndükdə, Nicat ona uşağı da götürüb getməyi, onun özünün Leylanı evlərinə aparacağını demişdir. O, Nicat əsəbləşdiyinə görə Leylanı döyə və ya öldürə biləcəyini hiss etmişdir. Bundan sonra, “Avtovağzal” ın girişi ilə üzbəüz yolun əks tərəfində Nicat idarə etdiyi maşını saxlamış, nə isə bir hadisənin baş verəcəyini hiss etdiyinə görə, qucağındakı uşağı oturacağın üstünə qoyub maşından aşağı düşüb ki, arxa sağ tərəfdə oturan gəlini Leylanı maşından düşüb qaça bilsin. Həmin vaxt oğlu Nicat cəld maşından düşüb yük yerindən bıçağı götürüb, ona tərəf gəlmişdir. Həmin vaxt özünü qabağa verib Nicatı tutmuş, Nicat isə maşının sağ arxa pəncərəsini vurub sındırmışdır. Nicatın həmin pəncərəni əli ilə yoxsa əlindəki bıçaqla sındırmasını bilməmişdir. Bundan sonra Nicatı qucaqlayıb özünü yerə yıxmış, Nicatın əlindəki bıçaq isə yerə düşmüşdür. Bundan sonra, ətrafdakı tanımadığı şəxsləri köməyə çağırıb bıçağı kənara aparmalarını demiş, həmin vaxt Leyla maşından düşüb “Avtovağzal” metrostansiyası istiqamətində qaçmağa başladıqda, Nicat da onun əlindən çıxıb Leylanın ardınca qaçmışdır. O, həm yerə yıxıldığına görə, həm də yaşlı olduğuna görə, taqətsiz vəziyyətdə olduğundan onların arxasınca gedə bilməmişdir. Həmçinin Nicatın bıçağı götürüb-götürməməsini bilməmişdir. Bundan sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, o, Nicatın Leylanı bıçaqla vurmasını, həmçinin oradan keçən tanımadığı şəxslərdən Nicatın Leylanı öldürməsini demələrini eşitmişdir. O, uşağı evə qoymaq üçün taksi ilə evə gedib, hadisə barədə isə arvadına hələ yolda olarkən məlumat vermişdir. Leylanın oğlu Nicata onlardan üz döndərməsini, ayrılıqda yaşamaq istədiyini deməsinə görə, onların arasında uzun müddət söz-söhbət və narazılıq olmuş, Nicatın Leylanı qətlə yetirməsinə səbəb həmin ailədaxili narazılıq olmuşdur. X11 vurmamışdır. Nicatın bıçaqla Leylanı vurmasını o, görməmişdir. Onun yanında Nicat Leylanı bıçaqla vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun qardaşı qızıdır. Leyla Təqsirləndirilən şəxsla 2012-ci ildə ailə həyatı qurmuşdur. Nicatın anası Firəngiz isə xalası qızıdır. Nicatla Leyla ailə qurandan sonra Nicatın valideynləri ilə birgə yaşamışlar. Onun evi Leylanın atası, yəni qardaşı Feyzullanın evinə yaxın yerdədir. Leyla ilə Nicat ailə qurandan sonra mütəmadi olaraq aralarında söz-söhbət, mübahisələr olmuşdur. Belə ki, Nicat qazandığı pulu ailəsinə xərcləməmişdir. Qardaşı Feyzulla sağ olanda mütəmadi olaraq qızı Leylanın ailəsinə ərzaq alıb göndərmişdir. Hadisədən təxminən 3-4 gün əvvəl o, qardaşı Feyzullagilə getdikdə, Leylanın anası Floranın ağladığını görüb ondan nə üçün ağladığını soruşduqda, Flora ona Leylanın əri Nicat və qaynanası Firəngizin onlara gəlib Leylanın evdə münaqişələr yaratdığını, “essensiya” içərək özünü öldürmək istədiyini dediklərini bildirmişdir. O, Floragildə olan zaman Leylanın qaynanası Firəngiz onun telefonuna zəng edib gəlib xəstələrini aparmalarını demişdir. Ondan sonra Firəngiz yenə ona zəng edib Leylanın əşyalarını da yığıb atasının evinə getmək istədiyini, gəlib Leylanı və uşaqları aparmalarını bildirmişdir. Bundan sonra o, Leylaya zəng etdikdə, Leyla qaynanası Firəngizin onu yola vermədiyini, onu söyüb təhqir etdiyini bildirmişdir. O, Firəngizə onların ailəsini dağıtmamasını, Leylanı yola vermələrini demişdir. Hətta o, Nicatla da danışanda Nicat ona atası Nazirin indi Leylanı evlərinə gətirəcəyini demişdir. O da həmin vaxt qardaşı Feyzullagilə gedib, Flora ilə Leylanın gəlməsini gözləsələr də onların gəlmədiyini görüb Leylanın qaynatası Nazirə zəng edəndə Nazir Leylanın dilini saxlamadığını, Leyla qaçarkən Nicatın da onun arxasınca qaçıb, Leylanı vurduğunu demişdir. O, Flora ilə birlikdə taksiyə oturub hadisə yerinə gedəndə, Nicatın Leylanı öldürdüyünü bilmişlər. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Mərhum Zərərçəkmiş şəxs2 isə gəlini olmuşdur. Leyla onun xalası nəvəsidir. Nicatla Leyla ailə qurandan sonra onlarla birlikdə yaşamış, onlaırn birgə nikahdan 3 oğlan övladı dünyaya gəlmişdir. Digər oğlu Salman isə 2018-ci ildən ailəsi ilə başqa yerdə kirayədə yaşamışlar. X24 evlənəndən sonra aralarında daim narazılıq olmuşdur. Leyla onlarla yaşamaq istəməmiş, Nicata ayrılıqda yaşamaq istədiyini demişdir. Nicat isə buna razı olmayıb onlarla birgə yaşamaq istəmişdir. 2019-cu ilin sentyabr ayının 16-da Leylanın atası rəhmətə getdikdən sonra, Leyla ilə oğlu Nicat arasında olan sözsöhbət və mübahisələr daha da kəskinləşmiş, Leyla daha da aqresiv olmuşdur. Leyla biraz özünə qapanıq insan olmuş, həmçinin Leylanın anası ilə bacısı mütəmadi olaraq Leylanın ailə işlərinə müdaxilə etmişlər. O, heç vaxt Leylanı söyüb təhqir etməmişdir. Oğlu Nicatın özünə məxsus torpaq sahəsi olduğundan, hazırda yaşadıqları evi Salmana vermək istəyəndə, Leylada sanki paxıllıq hissi yaranmışdır. X19 qohum-əqrəbaya kömək etməsini irad bildirərək heç kəsə yardım etməməsini bildirib, bununla bağlı mütəmadi olaraq Nicatla dava etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Leyla Nicata uşaqları evdə qoyub evdən çıxıb gedəcəyini bildirdiyindən o, Nicatla birlikdə Leylanın anası Floranın evinə gedib onların evinə gəlib Leyla ilə söhbət edib onu sakitləşdirməsini xahiş etsələr də, Flora ərinin yasını tutmasını bildirib evlərinə gəlməmişdir. Leyla ailədə əsassız sözsöhbətlər yaradıb, Nicata və onlara nalayiq söyüşlər söymüşdür. xx xxxxxxx 2019-cu il tarixdə Leyla təklikdə atasıgilə getmək istədiyini deyəndə, əri Nazir də Leylanı özü aparacağını bildirmiş, lakin Leyla razı olmayıb Nicatın onu aparacağını bildirmişdir. Nicat isə Leylanı atası Nazirin aparmağını istəmişdir. Leyla uşaqlarının pal-paltarını, veşlərini yığmağa başlayıb, telefonla bacısı Xəyalə ilə danışarkən Xəyalə Leylaya uşaqlarının şəxsiyyət vəsiqəsini və özünün nikah haqqında şəhadətnaməsini götürməsini dedikdə, Nicat bunu bilib özündən çıxıb həddindən artıq əsəbləşmişdir. Bundan sonra Nicat Leylanı özünün aparacağını əri Nazirə demişdir. Nicat Leylanı öz avtomobili ilə aprarkən Nicatın narazılığına baxmayaraq əri Nazir də onlarla getmək üçün avtomobilə əyləşmişdir. Leyla kiçik bir yaş iki aylıq oğlu Əkbəri də özü ilə götürmüş, digər iki nəvəsi Məhəmmədəli və Həmzə isə onun yanında evdə qalmışlar. Bundan sonra, o, dərhal Leylanın bibisi Xatirəyə zəng edib Nicatın əsəbləşməsini və Leylanı da götürüb əri Nazirlə birlikdə Floranın evinə gətirməsini demişdir. Bir müddət sonra Leylanın bibisi Xatirə ona zəng edib Leylagilin hələ gəlib çıxmadıqlarını dedikdə, o, əri Nazirə zəng etmişdir. Nazir telefonda Nicatın avtovağzalda əlində bıçaqla Leylanın arxasınca qaçmasını, maşında azyaşlı Əkbər tək qaldığına görə, uşağı maşında tək qoyub Nicatla Leylanın arxasınca getmədiyini demişdir. Sonradan isə Nazir oğlu Nicatın gəlini Leylanı bıçaqla vurub öldürdüyünü bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə və ondan əvvəlki günlərdə Nicatın evdən hər hansı bir bıçaq götürməsini, eləcə də, özünə məxsus maşında bıçaq gəzdirib- gəzdirməməsini görməmişdir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək şahid X2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 2-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerində Zərərçəkmiş şəxs2 meyiti Bakı-Quba yolunun 7.4-cü km-liyinin yaxınlığında aşkar edilmişdir. Meyitin üzərində və ətrafında qanabənzər ləkələrin olması müəyyən edilmişdir. Baxış zamanı meyitin sağ tərəfində yerləşən səkinin otluq hissəsində bir ədəd üzərində qanabənzər ləkələr olan xəncərəbənzər bıçaq aşkar edilmişdir. Bundan başqa hadisə yerinin yaxınlığında olan və Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən “DAEWOO NEXİA” markalı, “**-LV-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ tərəfindəki arxa qapının pəncərəsinin (şüşəsinin) sınmış vəziyyətdə olduğu və sağ arxa qapının üzərində, həmçinin arxa oturacaqda olan bağlamaların üzərində qanabənzər ləkələr olduğu müəyyən edilmişdir. Avtomobilin arxa oturacağının üzərində və ayaqaltında şüşə qırıqları olmuşdur. Baxış zamanı müəyyən edilmiş qanabənzər ləkələrdən tampon vasitəsilə nümunələr götürülmüş, həmçinin, bir ədəd bıçaq və avtomobildə olan, iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınan digər əşyalar götürülmüşdür. Hadisə yerinə baxış zamanı ətrafda baş vermiş hadisəni qeydə ala biləcək “TŞ8- 129” və “TŞ8-081” , eləcə də Bakı-Quba yolunun 7.4-cü km-liyində yerləşən kameraların olması müəyyən edilmişdir. Baxış zamanı “Nikon” markalı fotoaparatla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 19-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin ilkin xarici müayinəsi zamanı onun bədəninin müxtəlif nahiyələrində çoxlu sayda kəsilmiş-deşilmiş yaralar və qançırlar olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 69-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş verən vaxt Şahid1 əynində olan bir ədəd boz rəngli şalvar, bir ədəd kəmər, üzərində qanabənzər ləkələr olduğu güman edilən boğaz nahiyəsində “LİNSHENG” sözü yazılmış bir ədəd qısaqol köynək və bir cüt şabalıdı rəngli ayaqqabının olduğu müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 76-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baxış keçirilmiş və baxış zamanı boğaz nahiyəsində “LACOSTE” sözü yazılmış bir ədəd yaşıl rəngli qısaqol köynəyin və bel nahiyəsində “California Jeans” yazılmış bir ədəd cins şalvarın üzərində qanabənzər ləkələrin olduğu müəyyən edilmiş, həmin paltarlar, həmçinin bir ədəd boğaz nahiyəsində “MASHAL” sözü yazılmış ağ rəngli mayka qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy J1 mini” markalı mobil telefona baxış keçirildikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 82-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 118-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, xx/xx-7814 saylı məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 10:00 radələrində Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində müayinədən keçirilərkən sağ bazu nahiyəsində bənövşəyi rəngli qançır izləri və sol qaşüstü nahiyəsində qərtməkli yara xəsarəti aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarəti hadisə zamanı aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli, 216409 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı-Quba yolunun 7.4-cü km-liyində yerləşən kamerada xx xxxxxxx 2019-cu il tarixdə saat 17:50-dən saat 18:50-dək olan qeydə alınmış videogörüntüyə baxış keçirilmiş və baxış zamanı videogörüntünün ümumi müddətinin 58 dəqiqə 47 saniyə olduğu və görüntünün keyfiyyətsiz olmaqla, tutqun, bulanıq qeydə alındığı müəyyən edilmişdir. Videogörüntünün 33-cü dəqiqə 10-cu saniyəsində “Bakı Beynəlxalq Avtovağzalı” nın qarşısından Bakı-Quba yolu istiqmaətində qara rəngli paltarlı bir nəfər şəxsin, həmin şəxsin ardınca isə bir nəfər yaşıl köynəkli şəxsin qaçması, daha sonra onların arasında münaqişə baş verməsi və ətrafa çoxlu sayda digər şəxslərin toplaşması müşahidə edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 186-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16-təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1966 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlər sağ saidin ön səthinin və sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrıqlan bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və sonuncunun təsvir etdiyi şəraitdə, yəni, xx.xx.2019-cu il tarixdə onun yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cild 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16-təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1967 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol qaşüstü nahiyənin səthi əzilmiş yarası, sağ yanaq nahiyəsinin, sağ bazunun və sol saidin sıyrıqları, boyunun sağ-yan səthinin və qarının ön səthinin qançırları bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və sonuncunun təsvir etdiyi şəraitdə, yəni, xx.xx.2019-cu il tarixdə insan bədənin hişsələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s) ilə yetirilə bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cild 192-199-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16-təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 132 №-li meyitin ekspertizasının rəyindən və rəyə əlavə edilmiş fotocədvələ əsasən aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs2 ölümünə səbəb ürəyin, sağ ağciyərin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının yan və sağ yarısının arxa səthlərinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - boyun kökünün sol ön-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,8x0,5 sm ölçüdə); boynun sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (2,0 x 0,3 sm ölçüdə); boynun aşağı 1/3-nin sağ ön-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,2 sm ölçüdə); sağ bazu oynağının üst-arxa səthinin deşilmiş-kəsilmiş yarası(4,5 x 1,2 sm ölçüdə); sağ bazunun aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası(4,5x2,5sm ölçüdə); döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (0,8x0,2sm ölçüdə) döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (4,0x0,8sm ölçüdə); döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (4,2x0,5sm ölçüdə); döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (3,5x2,0sm ölçüdə); döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,3sm ölçüdə); döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,5x1,2sm ölçüdə); döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,2x1,4sm ölçüdə); sağ əlin İİ barmağının kəsilmiş yarası (1,8x0,5sm ölçüdə); sağ əlin İİİ barmağının kəsilmiş yarası (2,5x0,7sm ölçüdə); sağ əlin İV barmağının kəsilmiş yarası (1,5x0,6 sm ölçüdə); sağ əlin V barmağının ön səthinin səthi kəsilmiş yarası (0,3x0,1 sm ölçüdə); sağ əlin ovuc səthinin kəsilmiş yarası (0,7x0,2sm ölçüdə); sol dirsək oynağının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,2sm ölçüdə); sol saidin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası (2,0x0,5sm ölçüdə), sağ mil-bilək oynağının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,4sm ölçüdə); sol əlin ovuc səthinin kəsilmiş yarası (5,2x0,8sm ölçüdə); sol əlin İİ barmağının kəsilmiş yarası (2,8x0,5sm ölçüdə); sol əlin İİİ barmağının kəsilmiş yarası (2,0x0,4sm ölçüdə); sol əlin İV barmağının kəsilmiş yarası (0,8x0,2 sm ölçüdə); sağ diz oynağı nahiyəsinin ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası (3,2x0,4 sm ölçüdə); sağ diz oynağı nahiyəsinin ön-iç səthinin kəsilmiş yarası (8,5x1,5 sm ölçüdə); başın sağ alın qabarı nahiyəsinin sıyrığı; sol ağıc bucağına və alt dodağın selikli qişasına qansızma; - üzün sağ yarısının və sağ saidin göyümtül rəngli qançırları; sağ bazu oynağının, sağ və sol bazunun, sağ-sol budun və sol baldırın qançırları; Qeyd olunan xəsarətlərdən sol budun və sol baldırın qançırları ölümün baş verməsindən 4-5 gün əvvəl, üzün sağ yarısının və sağ saidin qançırları ölümün baş verməsindən 1-2 gün əvvəl, digər xəsarətlər isə mərhum Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yan səthinin 1 (bir), döş qəfəsinin sağ yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın, digər deşilmiş-kəsilmiş və kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, səthi kəsilmiş yaralar isa sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərdən sağ alın qabarı nahiyəsinin sıyrığı, sol ağıc bucağına və alt dodağın selikli qişasına qansızma, üzün sağ yarısının, sağ bazu oynağının, sağ və sol bazunun, sağ və sol budun, sol baldırın, sağ saidin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), kəsilmiş və səthi kəsilmiş yaralar iti kənarlı alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Həmin xəsarətlər deşici-kəsici alətin tiyəsinin kəsici və deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərdən sağ əlin 2-3-4- 5-ci barmaqlarının, sağ və sol əlin ovuc səthlərinin, sağ mil-bilək oynağının arxa səthinin, sol əlin 2-3-4-cü barmaqlarının kəsilmiş yaraları özünümüdafiə zamanı əmələ gələ bilərdilər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü meyitin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 201-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16-təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 805/2019-MTBŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O alfa, beta(İ)-. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol don, don kəməri, büstqalter, hicab, alt tumanı və bir cüt ipli ayaqqabı, Şahid1 məxsus qısaqol köynək, ayaqqabısının sağ tayı, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək və qolsuz mayka, bir ədəd bıçaq, qolsuz gödəkçə, parça kəsiyi, şüşə qırıqları, saç sancağı, iki ədəd gigiyenik çubuqlu pambıq tampon və bir ədəd jaket üzərində insan qam ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs2 məxsus uzunqol don, don kəməri və büstqalter, Təqsirləndirilən şəxs qısaqol köynəyi, bir ədəd bıçaq, şüşə qırıqları, iki ədəd gigiyenik çubuqlu pambıq tampon və bir ədəd paket üzərində həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. “H” antigeni O(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs2 bir cüt corabı (ayaqlıq) Şahid1 məxsus şalvar, kəmər və ayaqqabısının sol tayı, saç rezini üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 210-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16-təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 536/2019-MTBŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus büstqalterin sağ-arxa nahiyəsində bir ədəd, büstqalterin sol-yan nahiyəsində bir ədəd, donun ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd, donun ön hissəsinin sol çiyin nahiyəsində doqquz ədəd, İ və İİ düymələr arasında bir ədəd, donun sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd, donun sağ qolunun orta nahiyəsində iki ədəd, donun sol qolunun yuxarı nahiyəsində iki ədəd, donun ön hissəsinin aşağı-orta nahiyəsində səkkiz ədəd, donun arxa hissəsininin sağ-yuxarı nahiyəsində bir ədəd, kəmərin üzərində iki ədəd və hicabın üzərində çoxsaylı deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 qızma məxsus donun sol yan və sol qolunun üzərində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus tuman, bir cüt ayaqqabı, bir cüt corab üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus şalvarın sağ ayağının ön-aşağı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. - Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus köynək və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ-yan nahiyəsində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. - Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və mayka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş avtomaşından götürülmüş gödəkçə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim olunmuş xəncər kustar üsulla hazırlanmışdır və deşici, deşicikəsici, deşici-çapıcı və deşici- kəsici-çapıcı xassəyə malik soyuq silahdır. Cinayət işinin 2-ci cild 22-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli 003- 1531- 1220 nömrəli məktuba əlavə edilmiş video-görüntülərə (“TŞ8-129” və “TŞ8-081”) baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -“TŞ8-081.1- part 3” nömrəli video-görüntüyə baxış keçirdikdə, Təqsirləndirilən şəxs idarə etdiyi göy rəngli “Daewoo-nexia” markalı avtomobilin xx.xx.2019-cu il tarixdə saat 18:23:08-də Bakı Beylnəlxalq Avtovağzalının giriş hissəsi ilə üzbəüz yolun əks tərəfində Biləcəri-Yasamal istiqamətində dayanması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yolun kənarında saxladığı avtomobilinin baqajını açması, daha sonra isə, avtomobilin sağ arxa pəncərəsinə yaxınlaşması və sağ arxa qapını açmaq istədiyi, həmin vaxt maşının sağ ön oturacağında əyləşmiş Şahid1 maşından düşərək Təqsirləndirilən şəxs tutması, daha sonrakı görüntülərdə Şahid1 Təqsirləndirilən şəxs önünə keçib maşına tərəf getməsinin qarşısını almaq istədiyindən, Təqsirləndirilən şəxs o tərəf-bu tərəfə qaçması və onun qarşısını kəsməyə çalışan Şahid1 yayınaraq əlində bıçaqla yenidən özünə məxsus avtomobilin sol arxa pəncərəsinə tərəf hücum etməsi, saat 18:24:11-də qeydə alınmış görüntülərdə Zərərçəkmiş şəxs2 irəlidə “Qoşa çinar” restoranının yanındakı piyada keçidindən yolu keçən adamlara tərəf qaçması, onun arxasınca isə yaşıl köynək geyinmiş Təqsirləndirilən şəxs qaçması, piyada keçidindən keçən adamların yanına çatdıqda, Zərərçəkmiş şəxs2 qaçış istiqamətini dəyişərək Sumqayıt- “Avtovağzal” metrostansiyası istiqamətindəki yolun əks istiqamətində Sumqayıt- Bakı avtomagistral yoluna tərəf qaçması, eləcə də, otluq sahə ilə irəlidə bir nəfər şəxsin onlara tərəf qaçması, onun ardınca isə ətrafda olan çoxsaylı şəxslərin onlara tərəf qaçması və həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs məxsus avtomobilin yaxınlığındakı otluq təpənin (səkinin) üstündə halsız vəziyyətdə dayanması və 18:24:46da Təqsirləndirilən şəxs məxsus avtomobilə tərəf getməsi müşahidə edilmişdir. -“TŞ8-081.2- part 2” nömrəli video-görüntüyə baxış keçirdikdə, 18:24:00-da qeydə alınmış görüntülərdə Zərərçəkmiş şəxs2 irəlidə “Qoşa çinar” restoranının yanındakı piyada keçidindən yolu keçən adamlara tərəf qaçması, həmin vaxt Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 arxasınca qaçması, Zərərçəkmiş şəxs2 piyada keçidindən keçən adamların yanına çatdıqda, qaçış istiqamətini dəyişərək Sumqayıt-“Avtovağzal” metrostansiyası istiqamətindəki yolun əks istiqamətində Sumqayıt- Bakı avtomagistral yoluna tərəf qaçması, eləcə də, bir nəfər naməlum şəxsin otluq təpə (səki) ilə irəlidə onların arxasınca qaçması, həmin naməlum şəxsin ardınca isə ətrafda olan çoxsaylı şəxslərin və bir nəfər polis əməkdaşının zərərçəkmiş şəxsin sonradan meyitinin aşkar olunduğu yer istiqamətində qaçmaları, daha sonra, çoxsaylı şəxslərin Sumqayıt- “Avtovağzal” metrostansiyası istiqamətindəki yolun “Avtovağzal” metrostansiyasma döndüyü hissə ilə “Qoşa çinar” restoranının yanındakı piyada keçidi arasında qalan orta sahədəki otluq səkinin yanında toplaşıb dayanmaları müşahidə edilmişdir. -“TŞ8-081.3- part 6” nömrəli video-görüntüyə baxış keçirdikdə, xx.xx.2019-cu il tarixdə saat 18:23:51-də Zərərçəkmiş şəxs2 boyun nahiyəsi və əlləri al-qan içərisində qaçması, onun ardınca isə saat 18:23:59-da Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs2 arxasınca qaçaraq sonuncunu tutmağa çalışması müşahidə edilmişdir. Saat 18:24:10-da bir nəfər polis əməkdaşının da hadisənin baş verdiyi yer istiqamətində qaçması, saat 18:28:50-də isə PPX-nə məxsus avtomobilin həmin istiqamətdə gəlməsi müşahidə edilmişdir. -“TŞ8-129.1-part 9” nömrəli video-görüntüyə baxış keçirdikdə, xx.xx.2019-cu il tarixdə saat 18:23:37-də Təqsirləndirilən şəxs məxsus “Daewoo-nexia” markalı avtomobilin Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsi ilə üzbəüz yolun əks tərəfində Biləcəri-Yasamal istiqamətində dayanması, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi həmin maşının baqajının açıq vəziyyətdə olması, Təqsirləndirilən şəxs həmin maşının əvvəlcə sol, daha sonra isə sağ arxa pəncərəsinə tərəf maşındakı şəxsə hücum etməsi, həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs qarşısına keçib tutaraq yerə yıxması, saat 18:23:59-da isə Zərərçəkmiş şəxs2 və onun ardınca isə Təqsirləndirilən şəxs qaçaraq zərərçəkmiş şəxsi tutmaq istəməsi müşahidə edilmişdiri. -“TŞ8-129.1-part 10” nömrəli video-görüntüyə baxış keçirdikdə, xx.xx.2019-cu il tarixdə saat 18:25:03-də Şahid1 mübahisənin ilkin başladığı Təqsirləndirilən şəxs məxsus “Daewoo-nexia” markalı avtomobilin yanında dayanması və avtomobilin baqajını bağlaması müşahidə edilsə də, görüntülərin tutqun olmasına və havanın qaralmasına görə, digər baş verənləri görmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 69-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/74 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Şahid1 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar mikrohissəciklərinin arasında: -Zərərçəkmiş şəxs2 donunun üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; -Zərərçəkmiş şəxs2 donunun üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Şahid1 köynəyinin tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 donunun tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Şahid1 köynəyinin tərkib liflərinə uyğun gəlirlər; Şahid1 şalvarının üzərindən, tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Şahid1 geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs2 geyim paltarlarının tərkib liflərindən yoxdur. Cinayət işinin 2-ci cild 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi və Şahid1 istifadəsində olmuş “***-***-**-**” mobil teıefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, plenum qərarının 8-ci bəndində qeyd edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 172-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikas Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxxxxx 2019cu il tarixli, 7783 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 178-ci vərəqəsində olan 113 saylı MKİS-dən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 183 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilir. Cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan 113 saylı MKİS-dən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 933 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə həyat yoldaşı Zərərçəkmiş şəxs2 Füyzulla qızı, övladları- X6, X12 və X13 daxildirlər. Cinayət işinin 1-ci cild 217-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2248 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-amnestik imkanları normaya uyğundur. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Kobudluq, hövsələsizlik, eqosentrizm, kinlilik, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyəti) olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət xasiyyətləndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla öz arvadı Zərərçəkmiş şəxs2 soyuq silah hesab olunan kustar üsulla hazırlanmış xəncərlə dəfələrlə zərbələr endirməsi onun şəxsiyyətini səciyyələndirməklə zorakılıqla müşayiət olunan ağır cinayət əməllərini törətməyə meyilli olmasına dəlalət edir. Belə ki, cinayət işinin 2-ci cild 107-ci vərəqəsində olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx xxx 2020-ci il tarixli, xx/xx-3839 №-li məktubdan və Təqsirləndirilən şəxs psixoloji vəziyyəti haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı dövrdə Adaptasiya reaksiyalarının pozğunluğu diaqnozu ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar, Bakı İstintaq Təcridxanasında isə ambulator müalicələr almışdır. Təqsirləndirilən şəxs emosional dəyişkən və davamsız olması ilə ekstremal vəziyyətlərə düşdüyü zaman digər şəxslərə qarşı xəsarət yetirmək və ya qəsd etmək iqtidarındadır. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən maddələrin sanksiyaları həddində cəzalandırılmalı, onun islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, yalnız bu yolla cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1ci cild 113-115-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 4(001)-799/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş ziyan müəyyən edilməmiş, təqsirləndirilən şəxsin hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi cins şalvar, qısaqol köynək, mayka, Zərərçəkmiş şəxs2 məxsus don, kəmər, büstqalter, hicab, alt tumanı, bir cüt corab, ayaqqabı, Şahid1 məxsus ayaqqabı, qısaqol köynək, şalvar, kəmər, hadisə yerindən götürülmüş iki ədəd tampon, bir ədəd bıçaq, avtomobilə baxış keçirilən vaxt götürülmüş qısaqol gödəkcə, arxa sağ oturacağın üzlük hissəsi, arxa sağ oturacağın üstündən götürülmüş çəhrayı rəngli sellofan torba, şüşə qırıqları, saç üçün rezin və dəmir sancaq məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 18 (on səkkiz) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi cins şalvar, qısaqol köynək, mayka, Zərərçəkmiş şəxs2 məxsus don, kəmər, büstqalter, hicab, alt tumanı, bir cüt corab, ayaqqabı, Şahid1 məxsus ayaqqabı, qısaqol köynək, şalvar, kəmər, hadisə yerindən götürülmüş iki ədəd tampon, bir ədəd bıçaq, avtomobilə baxış keçirilən vaxt götürülmüş qısaqol gödəkcə, arxa sağ oturacağın üzlük hissəsi, arxa sağ oturacağın üstündən götürülmüş çəhrayı rəngli sellofan torba, şüşə qırıqları, saç üçün rezin və dəmir sancaq məhv edilsin. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar