Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-744/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər X3 və Hüseynov Cavid İbadulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Qanuni nümayəndə iştirakı ilə, xx xxxxx 2000-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət prosesual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə, yəni öz hərkətlərini faktiki xarakterini və ictimayi təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadan xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində yaşadığı ünvan 1 ünvanında yataq otağında atası Zərərçəkmiş şəxs ilə yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinin sol nahiyəsindən bir dəfə vuraraq döş qəfəsinin ön səthinin solda bir ədəd plevra boşluğuna nüfuz etmiş sol ağ ciyərin yaralanmasına səbəb olmuş hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası kimi xəsərət yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin Xəyal Məmmmədov tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Belə ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi ifadəsinə görə, o, 1995-ci il tarixdə rəsmi nikahla Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 1998-ci il təvəllüdlü Xəyam Məmmədov, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, 2005-ci il təvəllüdlü Şahid1 adlı uşaqları vardır. Oğlu Xəyal ilə 2020-ci ilin fevral ayınadək münasibətləri çox yaxşı olmuş, həmin vaxtdan etibarən Xəyal evdə söhbət əsnasında atasına məxsus Abşeron rayonu Təzəkənd kəndində olan 5 sot torpağını sataraq ona avtomobil almağını tələb etməyə başlamış, ilkin olaraq Xəyalın tələbi ilə razılaşmadıqlarına görə atası ilə aralarında mübahisə yaranmışdır. 2020-ci ilin may ayından etibarən Xəyal evdən bayıra çıxmamış, söhbət əsnasında qulağına müxtəlif şəxslərin səslərin gəldiyini bildirmişdir. Xəyalın müalicəsi məqsədi ilə onu Nəsimi rayonu ərazisində yerləşən 2 yaslı psixiatrik xəstəxanasında yerləşdirmişlər. Təxminən 1 ay müddətində Xəyal orada müalicə almış, sonra xəsatəxanadan cıxmış, bir neçə gün heç bir problem olmamışdır. 2020-ci ilin iyul ayında atası Xəyala “Vaz2104” markalı avtomobil almış, Xəyal 20 gün idarə etdikdən sonra avtomobili satmış və həmin avtomobilin pulu ilə Türkiyə Respublikasına gedəcəyini söyləmişdir. Avtomobilin satışından əldə olunan pulu Xəyal özündə saxlamış və bir neçə günün ərzində xərcləmişdir. Bir müddətdən sonra Xəyal yenidən qulağına müxtəlif səslər gəldiyi barədə shbətlər etməyə başlamış, onu yenidən müalicə etdirmək üçün xəstəxanaya aparmaq istəmişlər, lakin Xəyal müxtəlif bəhanələr irəli sürərək müalicə olunmaqdan imtina etmişdir. Xəyalın vəziyyəti onları çox narahat etdiyindən, qohumlarla bu barədə danışmışlar və onların köməkliyi ilə Xəyalı müalicə etdirmək qərarına gəlmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə ərinin dayısı oğlu Şahid5, ərinin qardaşı Təbriz Məmmədovu və ərinin bacısı Şahid4 evlərinə çağırmışlar. Həmin gün saat 09 radələrində yaşadığı evin ümumi həyətində ailə üzvləri ilə birlikdə çay içərkən, Xəyal yanlarına gəlmiş və atası ilə təklikdə söhbət etmək istədiyini bildirmişdir. Qəhrəman masadan durub Xəyala birlikdə evə daxil olmuş, Xəyala məxsus yataq otağına girmişlər. Xəyalaın atasından nə söhbət etmələrini öyrənmək üçün arxalarınca getmiş və otağın qapısının ağzında dayanaraq onların danışıqlarına qulaq asmağa başlamışdır. Xəyal atasına bibisi Minəgülün ona 50000 manat pul gətirdiyini və hansı səbəbdən pulun ona verilmədiyini demiş, onun sözlərinin qarşılığında isə Qəhrəman heç kimin pul gətirmədiyini söyləmişdir. Bir anda Qəhrəmanın oğlu Xəyyamı uca tonla səslədiyini eşitmiş, dərhal içəri daxil olmuş və Qəhrəmanın bir əli ilə sinəsini, digər əli ilə Xəyalın sağ əlini tutduğunu görmüşdür. Həmin vaxtı Xəyalın əlində bıcaq görmüş, yerə isə qan tökülmüşdür. Onlara yaxınlaşanda Xəyal dizini yerə ataraq ağlama başlamışdır. Onun arxası ilə həyətdə olan şəxslər də oatağa daxil olaraq Xəyalın heç kimə xəsarət yetirməməsi üçün əl-qolunu tutmuşlar. Bundan sonra onlar Qəhramanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1995-ci il tarixdə rəsmi nikahla Qanuni nümayəndə evlənmiş, həmin nikahdan üç övladları olmuşdur. Oğlu Xəyalla 2020-ci ilin fevral ayınadək münasibətləri çox yaxşı olmuş, həmin vaxtdan etibarən Xəyal ona məxsus Abşeron rayonu Təzəkənd kəndində olan 5 sot torpağını sataraq avtomobil almağı tələb etməyə başlamış, lakin o, razılaşmadığına görə aralarında mübahisə yaranmışdır. 2020-ci ilin may ayında Xəyal özünü qəribə aparmağa başlamış, evdən bayıra çıxmamış, söhbət zamanı qulağına müxtəlif səslər gəldiyini bildirmişdir. Bu səbəbdən Xəyalı Nəsimi rayonu ərazisində yerləşən 2 yaslı psixiatrik xəstəxanasında yerləşdirmişlər. Təxminən 1 ay Xəyal orada müalicə almış, sonra xəsatəxanadan çıxmış, bir neçə gün heç bir problem olmamışdır. 2020-ci ilin iyul ayında Xəyala “Vaz2104” markalı avtomobil almış, Xəyal 20 gün idarə etdikdən sonra avtomobili satmışdır. Əldə olunan pulu Xəyal özündə saxlamış və bir neçə gün ərzində xərcləmişdir. Bundan sonra Xəyal yenidən ondan pul tələb etməyə və qulağına müxtəlif səslər gəldiyini demişdir. Xəyalı yenidən müalicə etdirmək üçün xəstəxanaya aparmaq istəsələr də, oğlu müxtəlif bəhanələrlə müalicədən imtina etmişdir. Xəyalın vəziyyəti onu çox narahat etdiyindən, qohumlarla bu barədə danışmış və Xəyalı müalicə etdirmək qərarına gəlmişlər. xx xxxxxxxx 2020ci il tarixdə dayısı oğlu Şahid5 və qardaşı Təbrizi evinə çağırmışdır. Həmin tarixdə saat 09 radələrində yaşadığı evin ümumi həyətində Təbriz və Salehlə birlikdə çay içirmişlər. Bu zaman Xəyal ona yaxınlşaraq təklikdə söhbət etmək istədiyini bildirmiş, o da, Xəyalla birlikdə onun yataq otağına daxil olmuşdur. Otağa daxil olan kimi Xəyal bibisi Şahid1 onun üçün 50.000 manat pul gətirdiyini deyərək həmin pulu ona verməsini tələb etmişdir. O, bacısı Şiringülün maddi vəziyyətinin çox çətin olduğunu, onun 50.000 manat pulu olmadığını söyləmişdir. Xəyal isə həmin pulların bacısına allah tərəıfındən verildiyini deyərək yenə də pulları ona verməyi tələb etmişdir. Xəyalın özünün normal aparmadığını və danışdığını görmüş, ondan ehtiyat edərək ayağa qalxmış, Xəyal da onun arxası ilə durmuşdur. Xəyalın bu hərəkətlərindən qorxaraq bir neçə dəfə ucadan qışqıraraq böyük oğlu Xəyyamı səsləmişdir. Bir anda Xəyal sol əli ilə onun boğazından tutmuş və şalvarının sağ yan cibindən bıçağı çıxarıb sinəsinin sol tərəfinə bir dəfə zərbə endirmişdir. Səsinə həmin vaxtı evdə olan dayısı oğlu Şahid5, qardaşı Təbriz və arvadı Xuraman otağa daxil olmuşlar. Onlar Xəyalın əlindən bıçağı alaraq onu yerə yıxmışlar. O, otaqdan bayıra çıxmış, sinəsindən qan axdığına görə halı pisləşmiş, buna görə Saleh onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bacısı Şahid1 və qardaşı Şahid2 şahid qismində dindirilərkən valideynləri Qanuni nümayəndə və Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə əri Şahid5 ilə birlikdə qardaşı Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Onlara getmələrinin səbəbi onun oğlu Xəyalın müalicəyə göndərilməsi üçün onlara kömək göstərmək olmuşdur. Həmin tarixdə saat 21 radələrində qardaşının evinə daxil olan andan Xəyal ona yaxınlaşmış və allahın onun üçün 50.000 manat pul göndərdiyini deyərək həmin pulu verməsini tələb etmişdir. Həmin vaxt çox təəcüblənmiş və qardaşı Qəhrəmana baxmış, ona yaxınlaşıb narahat olmamağı, Xəyala pulu gətirdiyini və ona verəcəyini deyərək yalan danışmağını xahiş etmişdir. Həmin vaxt Xəyalın vəziyyətini bildiyinə görə ona yalandan pul gətirdiyini söyləmiş, bu hərəkəti ilə onlara yaxşılıq etdiyini fikirləşmişdir. Həmin axşam onlar Qəhrəmanın evində qalmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Qəhrəmanın ümumi həyətində oturub çay içən zaman Xəyal onların yanına gəlmiş və atası ilə şəxsi işini olduğunu söyləyərək onunla danışmaq istədiyini söyləmişdir. Xəyalın təklifi ilə Qəhrəman masadan durub onunla birlikdə evə daxil olmuş, təxminən 5-10 dəqiqədən Qəhrəman qışqıraraq Xəyyamı səsləmişdir. Onlar dərhal masadan durub evə daxil olmuş, Xəyala məxsus yataq otağına girən zaman Qəhrəmanın üst-başının qan olduğunu, Xəyalın isə dizi üstə yerdə oturduğunu və yanında bıçaq olduğunu görmüşlər. Bu zaman Xəyalın atasını bıçaqladığını başa düşmüş, orada olan şəxslərlə Xəyalın əllərini tutmuşlar ki, sonuncu digər şəxslərə də xəsarət yetirməsin. Daha sonra Qəhrəmanı xəstəxanaya, Xəyalı isə polis əməkdaşları gəlib polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına görə, xx xxxxxxxx 2020-cı il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə ittiham elan edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2021-ci il tarixədək uzadılmışdır (cild 1, iş vərəqi 35-36, 75-76, 92-94, 177-184). xx xxxxxx 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Qəhrman oğlu cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir (cild 1, iş vərəqi 192-195, 204-206). Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz edilmişdir (cild 1, iş vərəqi 207-215). İş materiallarında olan protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi 1 ədəd bıçaq xx xxxxxxxx 2020-cu il tarixdə hadisə yerinə baxış keçirilən zaman, Zərərçəkmiş şəxs əynində olmuş 1 bir ədəd köynək isə həmin tarixdə Mirqasımov adına Respublika xəstəxanasından götürülmüş, ibtidai istintaq orqanının qərarı ilə həmin bıçaq və köynək maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-də saxlanılır (cild 1, iş vərəqi 216). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1742 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin ön səthinin solda bir ədəd plevra boşluğuna nüfuz etmiş sol ağ ciyərin yaralanmasına səbəb olmuş hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən, sonuncunun akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına daxil olduğu və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmişdir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi (cild 1, iş vərəqi 152-155). Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 723/2020-MTBŞ saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi B(İİİ) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən).
2. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdən insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız (B) antiqeni alınmadı. Belə olan halda, bu qan ləkələri B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 126-130). Məhkəmə–tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 472/2020 MTKŞ saylı rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolun bayır səthində aşkar edilmiş bir ədəd cırılma zədəsi köynəyin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin boyun tikişinin sol yan səthində aşkar edilmiş bir ədəd sökülmə zədəsi köynəyin müvafiq nahiyələsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. İİ.1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 131-135). Kompleks ambulator məhkəmə-psixiatrik və narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2093 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından ve psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq çətilik yaradır. Buna görə də ekspertlər qarşısında qoyulmuş sualları ətraflı, obyektiv cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə X1 məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 1, iş vərəqi 156-158). Cinayət işinə əlavə olunmuş stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 136 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən bir müddət əvvəl «Kəskin şizofreniyayabənzər psixotik pozuntu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F23.2) kimi psixi pozuntu keçirdiyi müəyyən edilir. Bunu cinayət işi materialları və verilmiş ifadələr sübut edir. Ekspertizaya təqdim olunan tibbi sənəddə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildə artıq ikinci dəfə ixtisaslaşmış psixiatriya xəstəxanasına düşdüyü və xx xxxx 2020-ci ildə xəstəxanadan evə buraxıldığı qeyd edilmişdir. Həmin vaxt onda müşahidə olunan psixi pozuntu «Kəskin polimorf psixotik pozuntu» kimi diaqnozlaşdırılmışdır. Hal-hazırkı ekspertizanın təyin edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs cinayət hadisəsini xx xxxxxxxx 2020-ci ildə törətməsi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ikinci dəfə psixiatriya xəstəxanasına düşməsindən cinayət hadisəsini törətməsinə qədər dörd aydan artıq vaxt keçmişdir. Cinayət işindəki ifadələrə görə, bu dövr ərzində Təqsirləndirilən şəxs psixi durumunda nəinki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik - paranoid şizofreniya formalaşdığı müəyyən edilir. Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışının tələblərinə görə «Kəskin şizofreniyayabənzər psixotik pozuntu» müəyyən edilən pasiyentdə şizofreniyaya xas simptomlar bir aydan artıq davam etdikdə, belə hallarda «Kəskin şizofreniyayabənzər psixotik pozuntu», yəni F23.2 kodu dəyişdirilərək F20.xxx kodunun kriterilərinə müvafiq olan diaqnoz qoyulur. Təqsirləndirilən şəxs hal-hazırda əziyyət çəkdiyi psixi patologiya F20.0 kodunun kriterilərinə cavab verir. Buna görə, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» olmasına dair qənaətə gəlinir. Beləliklə, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyə düçar olmuşdur. Onun mübtəla olduğu psixi patologiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini psixotik halda törətdiyi üçün həmin vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda aşkarlanmış psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin apanlmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi vardır. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununa görə psixi pozuntusu olan şəxsin bilavasitə özü və yaxud ətrafdakılar üçün təhlükəli olması aşkarlandıqda, həmin şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini psixotik halda törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür (cild 1, iş vərəqi 185-191). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə məlumat yoxdur (cild 1, iş vərəqi 102-103). Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinin tələbinə görə, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Binəqədi rayon məhkəməsinin Təqsirləndirilən şəxs Qəhraman oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması haqqında qərarı hazırkı qərar qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci və 132.1.7-ci maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və cinayətin törədilmə aləti olmuş bir ədəd bıçaq məhv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468 və 477-ci maddələrinin, Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.2, 94, 95.0.2, 97.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hazırda anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilsin. Binəqədi rayon məhkəməsinin Təqsirləndirilən şəxs Qəhraman oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması haqqında qərarı hazırkı qərar qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş zərərçəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş bir ədəd köynək və cinayətin törədilmə aləti olmuş bir ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddianın olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov