Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-744/2024 17.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 24 noyabr 1978-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 iyul 2024-cü il tarixdə, saat 11:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 207,285 qram olan külli miqdarda narkotik vasitə heroini və 50,229 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə etdikdən sonra heroinin 16,580 qramını üzərində, qalan hissəsini və psixotrop maddə metamfetamini idarə etdiyi **-RA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobildə daşımaqla saxlamış, 18 aprel 2023-cü il tarixdə, saat 21:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə-BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində saxlanılaraq ünvan 2 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 16,580 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edildikdən sonra 19 aprel 2023-cü il tarixdə, saat 00:30-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində nömrəsiz evin həyətində saxladığı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobilə baxış zamanı sürücü oturacağının altından qara rəngli sellofan torbada olan qəhvəyi rəngli qutunun içərisindəki gümüşü kağıza bükülmüş sellofandan təmiz çəkisi 50,229 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, narıncı rəngli qutunun içərisindəki 1(bir) ədəd sellofandan təmiz çəkisi 190,705 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 15 noyabr 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ağır şəkər xəstəsi olmaqla ürəyində 6-7 ədəd stend vardır və ağrılarına görə bir-iki dəfə dərman vasitəsi qəbul etmişdir. 2023-cü ilin mart ayında moped alqı-satqısı ilə bağlı bir tanışı ilə telefon danışıqları olmuş, həmin tanışı danışıqlarından təxminən bir ay sonra ona yenidən zəng edərək yaxın adamına dərman vasitəsi çatdırmaq lazım olduğunu, bununla əlaqədar ona ünvan göndərəcəyini bildirmiş, o isə həmin şəxsin təklifini qəbul etməmişdir. O, ümumiyyətlə ağıllı (smartfon) telefon işlətməmiş, sosial şəbəkələrdən istifadə etməmiş, tutulduğu gündən bir gün əvvələ qədər sadə telefon istifadə etmişdir. Əlaqə saxladığı şəxs işləri ilə (mopedlə bağlı) əlaqədar ona ağıllı telefon lazım olduğunu bildirərək ona telefon da göndərəcəyini demişdir. Tutulmamışdan iki gün əvvəl axşam saatlarında həmin tanışının ona bildirdiyi ünvana getmiş, ünvana çatanda tanışı ona dərman vasitəsinin səkidə olduğunu deyərək oradan götürməsini bildirmişdir. O həmin şəxsdən dərman vasitəsini niyə özünün ona verməyərək səkiyə qoyduğunu soruşduqda, həmin şəxs ona özünün xəstə olduğunu, yeriyə bilmədiyini deyərək, ona “Sən də o qədər yol getmisən, sənə görə qoymuşam, onu oradan götür” bildirmiş, o da dərman vasitəsini götürərək avtomobilinə əyləşib geri qayıtmışdır. Növbəti gün tanışı ona mobil telefon nömrəsi verib həmin nömrə ilə əlaqə saxlamasını söyləmiş, verilən nömrəyə zəng etdikdə danışdığı şəxs ona xəstə olmaqla ağrıdığını, bu səbəbdən gec gələcəyini söyləmiş, o isə sonuncuya danışdıqları yerə gəldikdə ona xəbər etməsini bildirmişdir. O, 17 aprel 2023-cü il tarixdə yaşadığı evdən çıxıb piyada mağazaya doğru gedərkən yolda təxminən 20 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlədərək onu döyə-döyə orada olan avtomobilə əyləşdirmiş, döyülməsi ilə əlaqədar bədənində sınıqları olmuşdur. Belə ki, o, 17 aprel 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində saxlanılmaqla həmin gün saat 21:00-dək döyülmüş, polis əməkdaşları ondan “Hüseyn” adlı şəxsin “anbarını” soruşduqda, o həmin şəxsi ümumiyyətlə tanımadığını, habelə “anbarın” yerini bilmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onunla birgə həmin gün saat 23:00 radələrində yaşadığı evin qapısını qıraraq evinə daxil olmuş, evdə olan kameraların işləyib-işləməməsi ilə maraqlanmışlar. Polislər təkidlə ondan “anbarın” yerini deməsini tələb etmiş, lakin o, sonunculara “anbarın” yerini bilmədiyini, eləcə də narkotik vasitələrlə hər hansı əlaqəsinin olmamasını bildirmişdir. O, döyülməsi barədə ibtidai araşdırma zamanı müstəntiqə və təhqiqatçıya məlumat versə də, sonuncular bu barədə hər hansı qeydiyyat aparmamış, sənədlər təqdim edərək imzalamasını tələb etmişlər. Daha sonra o, şöbə rəisinin yanına aparılmış, sonuncu ondan nəyə görə “anbarın” yerini demədiyini soruşduqda o, “anbarın” yerini bilmədiyini söyləmiş, şöbə rəisi də onun ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı ilə hədələmişdir. Daha sonra şöbə rəisi polislərə onu “aşağı” aparmaları barədə tapşırıq vermiş, ona isə polislərin dediklərinə əməl etməsini, əks təqdirdə onu ömürlük həbs etdirəcəyini bildirmişdir. O, saxlanılarkən üzərində hər hansı əşya olmamış, polis əməkdaşları onu “podvala” salıb cibinə 20 manat pul və paket qoymaqla çəkiliş etməyə başlamış, o həmin prosesə etirazını bildirdikdə “Sən nə istəyirsən, ömürlük həbs edək səni gərək?” demiş, bu səbəbdən qorxub ona verilən predmeti cibinə qoymuşdur. Polislər videoçəkilişdən əvvəl təqdim olunmuş predmeti iranlıdan aldığını, sonuncunun dediyi ünvana aparacağını deməsini tapşırmış, videoçəkiliş yekunlaşdıqdan sonra polis bölməsinə aparılmış, orada müstəntiq ona verilən sənədləri imzalamasını bildirmiş, o da qorxduğundan bütün sənədləri imzalamışdır. Müdafiəçi videoçəkilişdə iştirak etməklə videoçəkilişdən əvvəl gəlmiş, sonuncunun ağzında qara rəngli maska olmuş, lakin heç nə demədən oturmuşdur. O, sonradan Bakı şəhəri Binəqədi rayon prokurorunun yanına aparılmış, baş verənlər barədə sonuncuya da bildirmiş, prokuror isə ona məhkəməyə şikayət etməsini izah etmişdir. O, barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən məhkəmədə ona göstərilmiş təzyiqlər barədə bildirmiş, müstəntiq isə onun dediklərinin yalan olduğunu söyləmiş, bundan sonra məhkəmə tərəfindən həbs olunaraq istintaq təcridxanasına göndərilmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, əvvəllər ağrılarına görə bir-iki dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, həmin narkotik vasitə qurudulmuş marixuananı lazım olduqda tanıdığı kafedən almışdır. O, mart ayında sosial şəbəkədə mopedlə bağlı bir yerə 400 manat pul göndərmiş, sonradan həmin pulları dələduzlara göndərdiyini öyrənmiş, lakin pulu göndərdiyi şəxsləri tapa bilməmişdir. O, tanışları ilə birgə internet saytlarından bir nəfər taparaq həmin şəxsə mopedlə bağlı iş qurmaq istədiyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Belə ki, o, İrandan nasaz mopedlər gətirərək, Yusif adlı tanışı vasitəsi ilə həmin nasaz mopedləri düzəldib satmaqla məşğul olmuşdur. Həmin Yusif adlı iranlı bir ay sonra ondan yaxın adamına dərman vasitəsi çatdırmağını xahiş etməklə ona 14-15 yaşlı uşaq vasitəsilə “Nicat market”in yanında üzərində iran nömrəsi olan smartfon telefon gətirib vermiş, həmin telefonu götürməkdə məqsədi mopedlə bağlı danışıqların aparılması olmuşdur. O, iranlı ilə tanış olduğu bir ay müddətində telefon danışıqları aparmamışdır. İranlı ona zəng edib Keşlə qəsəbəsinə nə qədər vaxta gedə biləcəyini soruşduqda, o həmin ünvana təxminən 1 saata gedə biləcəyini bildirmiş, bundan sonra iranlı ona evdən çıxmasını söyləmiş, o, evdən çıxdıqdan sonra yolda olarkən iranlı ona gedəcəyi ünvanın şəklini göndərmiş, həmin ünvana getdikdə dərmanı niyə avtomobillərin arasına qoyduğunu soruşduqda iranlı ona ayıb olmasın deyə elə etdiyini bildirmişdir. İranlının həmin hərəkətindən şübhələnmiş, iranlı ilə telefonda danışdıqdan sonra şüşə konfeti boyda bağlı bükülünü oradan götürmüşdür. Onun evi Binəqədi rayonunda “Nicat market”in arxasında yerləşir, yaşadığı evdə olmasa da, qonşularda videomüşahidə kameraları olmuşdur.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, hadisədən üç ay əvvəl maşını ustaya aparmış, bu zaman usta iranlı Yusiflə telefonla danışmış, bundan sonra sonuncu ilə tanış olmuşdur. O həmin vaxtdan üç ay sonra Yusifə zəng edib mopedin hissələrinin təşkilində ona kömək etməsini xahiş etmiş, 2-3 gün sonra sonuncu zəng edib ona kömək edəcəyini, lakin ondan da bir xahişi olduğunu, Keşlədə olan dərman vasitəsini olduğu ünvandan götürüb dostuna çatdırmasını bildirmişdir. O, deyilən ünvana getdikdə göndərilmiş paketin səkidə olduğunu görüb narahat olsa da, paketi götürüb maşına qoyaraq evinə gəlmişdir. İranlı ona dostunun növbəti gün paketi gəlib götürəcəyini söyləmiş, həmin şəxs isə ona rayonda olduğunu, daha sonra gəlib götürəcəyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən Binəqədidə yerləşən “Nicat market”in yanında, evindən 15-20 metr aralıda yolun kənarında saxlanılmış, 3-4 saat avtomobildə qalmışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə qədər Yusifin tapşırığı ilə narkotik vasitə götürməmiş, eləcə də kiməsə verməmişdir. Onun telefonu sadə olmuş, telefonundan məlumatların götürülməsi barədə xəbəri olmamışdır. Polis əməkdaşları gecə saat 22:00 radələrində evinin küçə qapısını sındırıb evinə daxil olmuş, evdə axtarış aparlarkən bir ədəd qızıl saatı oğurlanmış, avtomobilindən isə övladının mobil telefonu və 350 manata aldığı eynək götürülmüşdür. İranlının dediyi yerdən götürdüyü balaca bükümdə olan sellofan paket polislər tərəfindən götürülmüşdür. Onun qanından narkotik vasitə istifadə etməsinə dair hər hansı əlamət çıxmamışdır. O, polislər tərəfindən saxlanılarkən müdafiəçi tutmağa maddi imkanı olmasına baxmayaraq, eləcə də polislərə vəkil tələb etdiyini bildirdikdə sonuncular ona “Sən çox danışırsan, deyəsən ömürlük getmək istəyirsən, düş aşağı nə deyirlər elə” deyərək ona hədə-qorxu gəlmişlər. Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilərkən tibb kitabçasında onun şəxsi xəstəlikləri və polislərin yetirdiyi xəsarətlər barədə qeydiyyat aparılmışdır. O, polis əməkdaşları tərəfindən döyülərkən sol ayaq barmağı zədələnmiş, prokurorluq əməkdaşları ondan izahat alarkən bu barədə bildirmişdir. Sonradan sağlamlıq vəziyyəti ilə bağlı Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdür. Məhkəməyədək icraat zamanı ondan alınmış bütün ifadələr onun sözləri ilə yazılmamış, ifadələrin sonundakı imza və yazılar ona məxsus olsa da, həmin ifadələrini oxumağa imkan verilməmişdir. Onun 45 yaşı olmaqla kifayət qədər həyat təcrübəsi olmasına baxmayaraq, ibtidai istintaq zamanı ona təzyiq göstərilməklə hədələndiyindən nəyi və necə demişlərsə elə də etmişdir. Hazırda məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixli məhkəmə iclasında ifadələrinə əlavə edərək göstərdi ki, o, Şahid1 və başqa bir neçə polis əməkdaşları tərəfindən saxlanılmış, onu saxlayan şəxslər arasında Şahid2 adlı polis əməkdaşı olmamış, sonuncunu yalnız axşam, eləcə də evinə baxış keçirilərkən görmüş, sonuncu şəxsi axtarışda iştirak etməmişdir. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmədə özünü təqsirli bilməmiş, ona ümumiyyətlə söz verilməmişdir.
6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, evə baxış keçirilərkən iki dəfə videoçəkiliş aparılmış, iş materiallarında olan videoçəkiliş məhz ikinci videoçəkilişdir. Polis əməkdaşları evə baxış keçirərkən evi dağıtmış, bu zaman evdə narkotik vasitə olmamış, polislər evə girərkən ona “Get masanın yanından götür, ora qoymuşuq” demiş, o, əvvəlcə sonuncuların nə dediyini başa düşməmiş, masanın yanından gedib narkotik vasitəni götürdükdə onlara nə etmək istədiklərini soruşmuş, bundan sonra videoçəkiliş dayandırılmışdır. Avtomobilindən aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. O, videoçəkiliş zamanı bir neçə dəfə səhvlər etdiyindən dəfələrlə çəkiliş aparılmışdır. O, polislərlə birgə evinin həyətinə daxil olduqda həyətdə əvvəlcədən polislər daxil olaraq gözləmişlər. O, narkotik vasitə almamış, satmamış, habelə heç kimə verməmişdir. O, polislərin onunla nə səbəbə qərəzli olmasını bilmir. İş üzrə maddi sübut qismində tanınmış dəftərdə qeyd olunan yazılardan bəziləri ona məxsus olsa da, bəziləri ona məxsus deyildir. O, əvvəllər “Baksol” deyilən ərazidə metal işi ilə məşğul olmuş, dəftərdə qeyd olunan Yusif adlı şəxs də Ucarlı olmaqla metal işi ilə məşğul olmuş, Rəşad adlı şəxs isə maşın ustası kimi fəaliyət göstərir. O, narkotik vasitə istifadə etməmiş, satmamış, habelə üzərində narkotik vasitə olmamışdır. Azərbaycan Respublikasında şəkər xəstələri üçün lazım olan dərmanlar baha olduğundan İrandan, eləcə də Türkiyədən qohumları vasitəsilə həmin dərmanları gətirərək əldə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini bildirərək məhkəmədən xəstəliyini nəzərə alaraq ona bəraət verilməsini xahiş etdi.
7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin mart ayında sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı olan “Yusif” adlı şəxslə tanış olmuş və sonuncu ilə mobil telefon nömrələrini paylaşmışlar. Yusif ona narkotik vasitələri ünvanlara çatdırmağı və bunun qarşılığında ona pul verəcəyini bildirmişdir. Həmin ərəfədə onun başqasına 1500 manat borcu olduğu üçün Yusiflə razılaşmış, sonuncu həmin işi görməyi müqabilində ona 1500 manat pul verəcəyini bildirmişdir. 2023cü ilin mart ayından etibarən Yusifin dediyi ünvanlardan narkotik vasitə və psixotrop maddələri götürərək sonuncunun dediyi ünvanlara çatdırmış və bunun müqabilində Yusif ona pul göndərmişdir. 17 aprel 2023-cü il tarixdə Yusiflə zəngləşmiş və sonuncu ona Bakı şəhəri, Nizami rayonu, ərazisində torpaq sahədə heroin və metamfetamin olduğunu deyərək onları götürmək lazım olduğunu bildirmişdir. Yusif həmin göstərişi ona verdikdən sonra həmin ünvanın məkanını və fotoşəklini ona mobil telefonla göndərmişdir. Həmin tarixdə saat 22 radələrində idarə etdiyi “Ford” markalı ** RA *** qeydiyyat nişanlı avtomobillə həmin ünvana getmişdir. Həmin ünvanda olarkən küçələrin birində asfalt yolun kənarında olan torpaq sahəsini axtararaq üç sellofan paket tapmış və həmin paketləri avtomobilinə qoyaraq yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin bükümləri açdıqda ikisinin içərisində heroin, birinin içərisində metamfetamin olduğunu görmüş, həmin üç ədəd sellofanı avtomobilində saxlamışdır. 18 aprel 2023-cü il tarixdə Yusif ona zəng vuraraq götürdüyü narkotik vasitə olan heroinin bir hissəsini üzərində saxlamasını və həmin narkotik vasitəni ona deyəcəyi ünvana qoymasını bildirmişdir. O da heroinin bir hissəsini avtomobildən götürərək Yusif ona bildirdikdə aparıb müvafiq ünvana qoyması üzərində saxlamışdır. Belə ki, Yusif ona zəng vurduqda taksiyə əyləşib Yusifin dediyi həmin ünvana getməyi nəzərdə tutmuşdur. 18 aprel 2023-cü il tarixdə, təxminən saat 21:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan ərazidə nömrəsiz evin yaxınlığında hərəkətdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada ona hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 20 (iyirmi) manat pul, 1 (bir) ədəd avtomobil açarı, 4 (dörd) ədəd ev açarı və 1 (bir) ədəd üzərində ***-***-**-** “Bakcell” kart nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 18 (on səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Nokia” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 20 (iyirmi) manat pul, 1 (bir) ədəd avtomobil açarı və 4 (dörd) ədəd yaşadığı evin açarı isə özünə qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Yusif adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 1500(min beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa yaşadığı evin həyətində olan idarə etdiyi “Ford” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin evə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra o, müdafiəçisi və polis əməkdaşları ilə avtomobilinin saxlandığı yerə getmişdir. Orada avtomobilə baxış keçirməyə başlamışlar. Bundan sonra o, idarə etdiyi avtomobilin sürücü oturacağının altından 1 (bir) ədəd qara sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 1 (bir) ədəd dəftəri, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, 1 (bir) ədəd qəhvəyi rəngli qutunun içərisindən 1 (bir) ədəd gümüşü kağıza bükülmüş sellofanda ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini, 1 (bir) ədəd narıncı rəngli qutunun içərisində 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 51 qram, heroinin çəkisi 191 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sonuncunun avtomobilindən və evindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd qeydiyyat dəftəri bu barədə izah verildikdən sonra ondan götürülmüşdür (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 37-39; 56-59; 70-74;).
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün Baş İdarə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar Baş İdarə rəisi tərəfindən təsdiq olunmuşdur. Daha sonra idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 18 aprel 2023-cü il tarixdə, saat 21:20-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan ərazidə, yaşadığı fərdi həyət evinin yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə BNMİ-yə getməsinin vacibliyini izah etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz etməyərək onlarla birlikdə BNMİ-yə getmişdir. BNMİnin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı Anar Aslanov tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 20 (iyirmi) manat pul, 1 (bir) ədəd avtomobil açarı, 4 (dörd) ədəd ev açarı və 1 (bir) ədəd üzərində ***-***-**-** “Bakcell” kart nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin büküldüyü sellefonla birgə 18 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdirılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Nokia” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüşdür. 20 (iyirmi) manat pul, 1 (bir) ədəd avtomobil açarı və 4 (dörd) ədəd yaşadığı evin açarı olduğunu bildirdiyi açar isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Yusif’ adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 1500 (min beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa yaşadığı evin həyətində saxladığı idarə etdiyi “Ford” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin evə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində keçirilmiş, istintaq hərəkəti zamanı “Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilərək evin həyətindəki avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək həmin avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin sürücü oturacağının altından 1 (bir) ədəd qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 1 (bir) ədəd dəftəri, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, 1 (bir) ədəd qəhvəyi rəngli qutunun içərisindən 1 (bir) ədəd gümüşü kağıza bükülmüş sellofanda ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd narıncı rəngli qutunun içərisində 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 51 qram, heroinə bənzər kütlənin çəkisi 191 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən və evindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd qeydiyyat dəftəri sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Yusif’ adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 1500 (min beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasının həyətində keçirilməklə istintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır.
11. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ona daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu ərazisində, axşam vaxtı, təxminən saat 20-22 radələrində tək halda saxlanılaraq BNMİ-yə gətirilmiş, saxlanılarkən ətrafda onlardan başqa heç kim olmamış, əməliyyat qrupunda özü və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də üzərindən aşkar edilmiş predmetlərə dair hər hansı etirazını bildirməmiş, üzərindən aşkar olunmuş predmetlərdən başqa evin həyətində olan özünə məxsus avtomobilində də narkotik vasitə saxladığını bildirmiş, daha sonra avtomobilə baxış keçirilməklə heroin və metamfetamin aşkar edilmiş, həmin avtomobil idarəyə aparılmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri iranlı şəxsdən əldə etdiyini, habelə 1500 manat müqabilində iranlının dediyi ünvanlara çatdırmaq üçün əldə etdiyini bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, habelə sonuncu tam səmimi olmaqla iranlının əməlinin aşkar edilməsinə kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı pis rəftara məruz qalmamış, ona qarşı nə saxlanılarkən, nə polis idarəsinə aparılarkən, nə polis idarəsində olduğu müddət ərzində, nə də sonradan hər hansı fiziki və psixi təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxs axtarış istintaq hərəkəti sonuncu saxlanıldıqdan təxminən 1 saat sonra aparılmış, istintaq hərəkəti zamanı təhqiqatçı, müdafiəçi, özü və Şahid2 iştirak etmiş, əməliyyat tədbirinin həyata keçirilməsindən uzun müddət keçdiyindən müdafiəçi və təhqiqatçının konkret olaraq kimlər olduqlarını xatırlamır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə iranlı Hüseyn adlı şəxsə məxsus anbarın harada yerləşməsi barədə soruşmuş, Hüseyn adlı şəxsin onlarla heç bir əlaqəsi olmamış, sonuncu barəsində sonradan Təqsirləndirilən şəxs telefonu vasitəsilə məlumat almışlar. Belə ki, Təqsirləndirilən şəxs özü Hüseyn adlı şəxsin telefon nömrəsini verib narkotik vasitələri Suraxanıdan və ya Binəqədidən götürdüyünü, həmin şəxsin dediyi miqdarda və ünvanlara narkotik vasitələri qoyaraq şəklini çəkib ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxslə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar ayrıca əməliyyat qeydiyyat işi açılmamışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncunun guya saat 17 radələrində saxlanılaraq fiziki və psixi təzyiq və təsirlərə məruz qalması barədə ifadəsində göstərdiyi hallar baş verməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında, eləcə də üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində şəxsən iştirak etmişdir. Yusif adlı şəxsin şəxsiyyəti keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müəyyən olunmamışdır.
13. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs konkret olaraq hansı tarixdə tutulmasını bilmir. Lakin sonradan dəqiqləşdirdiyinə görə hadisə baş verən gün, təxminən saat 17-18 radələrində 17 oktyabr 2006-cı il təvəllüdlü qızı Sədaqət Şəbiyeva ilə birgə marketdən çıxarkən Təqsirləndirilən şəxs qapısında 2 ədəd qara rəngli “Mercedes” markalı, 1 ədəd “BMW” markalı, 1 ədəd də ağ rəngli maşın görüb qapıya yaxınlaşaraq orada olan mülki geyimli şəxslərin kim olması barədə maraqlanmış, lakin sonuncular onları içəri buraxmamış, mülki geyimli şəxslərdən bir nəfər Familin dostu olmaqla adının Samir olduğunu, habelə Famillə aralarında olan məsələni həll etmək üçün gəldiklərini bildirmişdir. O, qızı ilə oradan uzaqlaşaraq 5-10 dəqiqə kənarda gözləmiş, bu barədə məlumat vermək üçün bacısına zəng etmiş, lakin sonuncu əvvəlcə telefonun zəngini açmamış, sonradan telefonu açdıqda Familin Samir adlı dostunun olmadığını, telefonu həmin şəxsə verib sonuncu ilə onu əlaqələndirməsini bildirmiş, lakin Samir adlı şəxs telefonla danışmağa icazənin olmadığını, bu məsələ ilə əlaqədar başını ağrıtmamasını, eləcə də yanında qız uşağının olmasını, qızını evə qoyub qayıtdıqdan sonra gəlməsini bildirmişdir. O, qızını evə qoyub qayıtdıqda evdə artıq heç kim olmadığını görmüş, bacısı gələndə də sonuncu ilə birgə evə baxmış, bu zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. “Nicat market” Binəqədi rayonunun dördyol adlanan ərazisində, Novxanı yolu ilə Balaxanı yolunun kəsişməsində yerləşir. O, təxminən 15 ildir Binəqədi rayonunda yaşayır, Famillə onun evi arasındakı məsafə təxminən 500- 600 metrdir. Familin evinə daxil olmuş bütün şəxslər mülki geyimli şəxlər olmuşdur. Familin evinin qapısı pultla açılmamış, hasardan həyətə düşməklə qapısı açılmış, bu zaman evin qapısı açıq olmuş, o çatdıqdan 3-4 dəqiqə sonra bacısı çatmış, sonuncu ilə birgə evə daxil oldiqda evin dağınıq vəziyyətdə olmasını görmüşlər. O həmin məsələ ilə bağlı hər hansı hüquq mühafizə orqanına və ya digər şəxslərə məlumat verməmiş, bir müddət keçdikdən sonra Familin nə səbəbə tutulduğunu öyrənmişdir. Həmin dövrdə Famillə aralarında mübahisə olduğundan sonuncu ilə danışmamış, bacısı əməliyyat olunduğundan qızıgildə qalmışdır.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yaşadığı ünvanın qarşısında saxlanılaraq həmin idarəyə aparılmış, orada üzərində aparılan axtarış və götürmə zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi, habelə 19 aprel 2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində nömrəsiz evin həyətində saxladığı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avromobilə baxış zamanı isə külli miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin, həmçinin üzərində heroin izləri olan 1 (bir) ədəd elekron tərəzinin aşkar edilməsi faktına görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Binəqədi RPİ-nin İŞ) baş müstəntiqi, polis mayoru X8 tərəfindən 19 aprel 2023cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
16. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 18 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 21:20də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan ərazidə yaşadığı nömrəsiz evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbləri nəzərə alınaraq BNMİ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v. 4-11;).
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 5(001)- 959/2023 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 18 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni və əsaslı hesab edilmişdir (Cild 1, i.v.120-123;).
18. “Şübhəli şəxsin tutulması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X15 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə həmin tarixdə, saat 22:20-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 aprel 2023-cü il tarixdə, saat 21:20 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 20-21).
19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 23:00-dan 23:09-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X15 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, habelə istintaq hərəkətinin mahiyyəti müdafiəçisinin iştirakı ilə bir daha ətraflı izah olunduqdan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 20 (iyirmi) manat pul, 1 (bir) ədəd avtomobil açarı, 4 (dörd) ədəd ev açarı və 1 (bir) ədəd üzərində ***-***-**-** “Bakcell” kart nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 18 (on səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Nokia” markalı mobil telefon sonuncuya izah verildikdən sonra götürülmüşdür. 20 (iyirmi ) manat pul, 1 (bir) ədəd avtomobil açarı və 4 (dörd) ədəd yaşadığı evin açarı isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Yusif’ adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 1500 (min beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa yaşadığı evin həyətində saxladığı idarə etdiyi “Ford” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin evə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda istintaq hərəkəti zamanı “Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Saat 23:15-dən 23:45-dək tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-31;).
20. “Evə və avtomobilə baxış və götürmə aparılması haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 19 aprel 2023-cü il tarixdə, saat 00:30-dan 00:46-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X15 tərəfindən müdafiəçi X2, həmin İdarənin baş əməliyyat müvəkkilli, polis polkovnik-kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus **-RA-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, əvvəlvə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin sürücü oturacağının altından 1 (bir) ədəd qara sellofan torbanı çıxarıb təqdim etmiş, həmin sellofan torbanın içərisindən 1 (bir) ədəd dəftəri, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, 1 (bir) ədəd qəhvəyi qutunun içərisindən 1 (bir) ədəd gümüşü kağıza bükülmüş sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd narıncı qutunun içərisində l(bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilməklə metamfetaminə bənzər kütlənin çəkisinin 51 qram, heroinə bənzər kütlənin çəkisinin 191 qram olması müəyyən olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənməklə üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sonuncunun avtomobilindən və evindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd qeydiyyat dəftəri sonuncuya bu barədə izah verildikdən sonra ondan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Yusif’ adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 1500 (min beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Protokolda istintaq hərəkəti zamanı “Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Saat 01:20-dən 02:10dək tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 32-36;).
21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023 və “Evə və avtomobilə baxış və götürmə aparılması haqqında” 19 aprel 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş müvafiq olaraq müddəti 8 dəqiqə 10 saniyə və 15 dəqiqə 54 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd diskdəki videogörüntülərə “Baxış keçirilməsi haqqında” 21 aprel 2023-cü il tarixli müstəntiq X8 tərəfindən tərtib edilmiş protokolla, habelə həmin disklərdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evə və avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evə və avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması halları, habelə gözlə görünə bilən xəsarətinin olması müəyyən edilməmişdir. Eyni zamanda istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ondan polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində, habelə ilkin sorğu zamanı ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olub-olmamasını, hər hansı şikayətinin olub-olmamasını, o cümlədən tərəflərindən axtarış keçirilənədək hər hansı şəxs tərəfindən üzərində axtarış keçirilib-keçirilməməsi, evindən hər hansı qiymətli əşyaların itib-itməməsi sual verməklə soruşulmuş, Təqsirləndirilən şəxs isə cavabında polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində, eləcə də ilkin sorğu zamanı ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmadığını, hər hansı şikayətinin olmadığını, o cümlədən hazırkı baxış keçirilənədək axtarış aparılmadığını, evindən hər hansı qiymətli əşyanın itmədiyini bildirmişdir (Cild 1, i.v. 95;).
22. Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının 19 aprel 2023-cü il tarixli, 6/2302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 16,580 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edimiş bir ədəd zərfdə təmiz çəkisi 50,229 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 190,705 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirdir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin təmiz çəkisi – 207,285 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 207,185 qram. Metamfetaminin təmiz çəkisi – 50,229 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 50,179 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 43-48;).
23. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 62-63;).
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(001)- 429/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 aprel 2023-cü il tarixdən hesabanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istinaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmin məhkəmənin 18 avqust 2023-cü il tarixli, 4(001)-876/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 7 sentyabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 83-87;212-216;).
25. “Dəftərçəyə baxış keçirilməsi haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş bir ədəd dəftərçəyə hal şahidlərinin iştirakı ilə müstəntiq Rövşən Cavadov tərəfindən baxış keçirilmiş, baxış zamanı dəftərçədə “Yusifdə 100 m + 250 m + 135 m, 155-8-=5+25=125” sözlərinin yazılması aşkar olunmuşdur. Qeyd edilən dəftərçəyə məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında sorğu verilərək götürülməklə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı protokolda göstərilən halların öz əksini tapması müəyyən edilmişdir (Cild 1, i.v.91-92;).
26. “Mobil telefona baxış keçirilməsi haqqında” 21 aprel 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Nokia” və “Samsung” markalı mobil telefonlara hal şahidlərinin iştirakı ilə müstəntiq Rövşən Cavadov tərəfindən baxış keçirilmiş, baxış zamanı “Nokia” markalı mobil telefonun üzərində ***-***- **-** saylı sim kart nömrəsinin olduğu, həmin sim kart nömrəsinə ***-***-**-** və sair nömrələrdən zənglər olunduğu, “Samsung” markalı mobil telefonun üzərində isə hər hansı kartın olmadığı müəyyən olunmuşdur (Cild 1, i.v. 93-94;).
27. “Vəsatətin təmin edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş Müdafiəçi1 birincinin müdafiəçisi qismində məhkəməyədək icraat zamanı müdafiəçi qismində müqavilə əsasında hüquqlarını müdafiə etmək üçün işə buraxılmaqla onun tələb etdiyi müvafiq sənədlər təqdim edilmişdir (Cild 1, i.v. 96-102;).
28. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan, “Nikah haqqında” Vİİ-ЖГ №293346 nömrəli şəhadətnamədən, AZE №11869873 və AZE №12499445 seriyalı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs X16 ilə birgə nikahından himayəsində 18 iyul 2016-cı il təvəllüdlü Nur Hacıyeva, 11 noyabr 2011-ci il təvəllüdlü Aynur Hacıyeva və 14 dekabr 2006-cı il təvəllüdlü Aynur Hacıyeva adlı üç övladı vardır (Cild 1, i.v.106-108; Cild 2;).
29. “Mərkəzi Klinika” tərəfindən tərtib olunmuş ”PTCA-Stend protokolu”ndan və 5 saylı şəhər Klinik Xəstəxanası tərəfindən təqdim olunmuş 2505/784 nömrəli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs ürək əməliyyatı olunmaqla ürəyinə stend qoyulmuşdur (Cild 1, i.v. (109-115;).
30. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 2 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.125;).
31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 iyun 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 138-139;).
32. “Etibarnamələr üzrə axtarış” sistemindən əldə edilmiş məlumatdan görünür ki, “Ford Fusion minik” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs etibarnamə ilə verilmişdir (Cild 1, i.v. 140;).
33. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 iyun 2023-cü il tarixli qərarda göstərilmşdir ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi üzrə stajor X9 tərəfindən Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı BNMİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından toplanmış 237-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən araşdırma Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun sol ayağının 5-ci barmaq nahiyəsində əzilmiş bənövşəyi rəngli qançır izi, sağ baldır nahiyəsinin ön səthində kəsilmiş qərtməkli yara xəsarətlərinin aşkar olunması barədə məlumata əsasən aparılmışdır. Məhkəmə-tibbi ekspertizasının 864 saylı 15 may 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi müayinədən keçirilən zaman ona “sağ baldırın ön səthində əzilmiş 2,0 sm ölçüdə qərtməkli yara, sol ayağında V barmağının əzilmiş bənövşəyi rəngli qançırı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlərdən sağ baldırın ön səthinin qərtməkli yarasının rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından onun əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. Sol ayağın V barmağının bənövşəyi rəngli qançırı isə bərk küt əşyanın təsirindən onun Bakı İstintaq Təcridxanasının TSH-də tibbi müayinə olunduğu 24 aprel 2023-cü il tarixdən 6-8 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməmiş, onunla qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan şəkildə rəftar edilməmişdir(Cild 1, i.v.141-143;).
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 tərəfindən təqdim olunmuş 12 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx xxxxxxx 1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.156;).
35. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X11 RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarova ünvanlanmış 17 iyul 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etdiyi qabaqcadan əlbir olduğu şəxsin “Yusif” adlı İran İslam Respublikası vətəndaşı olduğu müəyyən olunmuş, lakin həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 157;).
36. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 15 may 2023-cü il tarixli, 2928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, heç bir narkotik vasitə qəbul etməmişdir (Cild 1, i.v. 161-162;).
37. “Sübutların qiymətləndirilməsi haqqında” 6 avqust 2023-cü il tarixli qərardan və 10 avqust 2023-cü il tarixli raportdan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etməsi ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş ümumilikdə çəkiləri 207,285 qram külli miqdarda narkotik vasitə heroin və 50,229 qram külli miqdarda psixotrop maddə metamfetaminin əsas götürülməsi, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Ev və avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokollara əlavə olunmuş 2 (iki) ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd “Nokia” markalı mobil telefon, avtomobilindən aşkar olunmuş dəftərçə, “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınmaqla saxlanca təhvil verilməsi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon, avtomobilindən aşkar olunmuş dəftərçə, mobil telefonlarla bağlı, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə alınmış texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən disk daxil olduqdan sonra təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən olunması məqsədilə bağlı ayrılmış cinayət işində istintaqın davam etdirilməsi qərara alınmışdır. Eyni zamanda, raportla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 207,185 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 50,179 qram psixotrop maddə metamfetamin, iki ədəd mobil telefon, bir ədəd dəftərçə saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilmişdir (Cild 1, i.v.166-173;193;).
38. “Cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 7 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.182-183;).
39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.Ə.Ağayarov tərəfindən 17 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 17 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 27 sentyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə iş məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxs məhkəməyə verilmişdir (Cild 1, i.v.194-207; Cild 2;).
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 4211/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə həmin təcridxanaya gətirilərək tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı sol ayağın V barmağında bənövşəyi rəngli qançır, sağ baldırın ön səthində təqribən 2 sm ölçüdə üzəri qərtməkli yara müşahidə edilmişdir. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ baldırın ön səthində təqribən 2 sm ölçüdə üzəri qərtməkli yara və sol ayağın V barmağında bənövşəyi rəngli qançır aşkar olunmuşdur (Cild 2;).
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən təqdim olunmuş 17 fevral 2024 və 5 iyul 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından “Şəkərli diabet İİ tip. Ürəyin işemik xəstəliyi” diaqonuzu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. Postinfark kardioskleroz (2020). Şəkərli diabet İİ tip” diaqnozu müəyyən edilmiş, müalicə tədbirləri başlanılmışdır. Aparılan müalicəyə baxmayaraq xəstənin səhhətində zəif müsbət dinamika izlənilir, günün çox hissəsini yataq rejimində keçirir. Hazırda xəstənin vəziyyəti orta-ağırdır, tibbi tədbirlər davam etdirilir (Cild 2;).
42. BNMİ-nin rəis müavini, polis polkovniki Ələkbər Xələfov tərəfindən verilmiş 16 may 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qısa müddətdə narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumat ilə əlaqədar həmin şəxsin ifşa olunması və narkotik vasitənin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11 və 12-ci maddələrinə əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır (Cild 2;).
43. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-60/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X5 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 3 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməklə həmin qərar ləğv olunmuşdur (Cild 2;).
44. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-429/2024 saylı, 8 may 2024-cü il tarixli hakim Elçin Ağayevin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə və təqdimata 20 aprel 2023-cü il tarixdə qapalı məhkəmə iclasında baxılarkən texniki problem səbəbindən məhkəmə iclasının audio-video yazısının aparılması mümkün olmamışdır(Cild 2;).
45. Müdafiə tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdən 1 mart 2023-cü il tarixədək həmin MMC-nin MTT və NİE şöbəsində Nəqliyyat üzrə böyük mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində müsbət xarakterizə edilir (Cild 2;).
46. Müdafiə tərəfindən təqdim edilmiş Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş 16 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (Cild 2;).
47. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X19 tərəfindən Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı BNMİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından toplanmış 237-C-23/24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 864 saylı 15 may 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının TSH-da tibbi müayinədən keçirilən zaman ona “sağ baldırın ön səthində əzilmiş 2,0 sm ölçüdə qərtməkli yara, sol ayağında V barmağının əzilmiş bənövşəyi rəngli qançırı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlərdən sağ baldırın ön səthinin qərtməkli yarasının rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından onun əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. Sol ayağın V barmağının bənövşəyi rəngli qançırı isə bərk küt əşyanın təsirindən onun Bakı İstintaq Təcridxanasının TSH-də tibbi müayinə olunduğu 24 aprel 2023-cü il tarixdən 6-8 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Əlavə araşdırma zamanı Binəqədi rayon məhkəməsinin qərarında nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və onu saxlayan polis əməkdşalarının istifadəsində olan telefon anten məlumatlarının əldə edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı ünvanda təhlükəsiz şəhər kamerası və ya digər kameraların olub-olmaması, müsbət halda qeydə alınmış müvafiq görüntülərin qeydə alınıb-alınmamasının müəyyənləşdirilməsinə dair göstərişlərin icra olunması məqsədilə müvafiq qaydada əməliyyat tapşırığı verilsə də hazırkı vaxtadək müsbət nəticə əldə edilməmişdir. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməsi, onunla qəddar qeyri-insani, yaxud ləyaqəti alçaldalan şəkildə rəftar edilməsi halları müəyyən edilməmişdir (Cild 2;).
48. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Rəsul Rəsulzadənin 4 iyul 2024cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işinin icraatı Binəqədi RPİ-nin sabiq müstəntiqi Anar Ağayarov tərəfindən 7 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
49. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
50. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
52. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
53. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
54. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
55. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
56. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
57. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
58. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
59. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
60. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, internet vasitəsi ilə tanış olduğu “Yusif” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 17 aprel 2023-cü il tarixdə, saat 22 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu ərazisində torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 207,285 qram külli miqdarda narkotik vasitə heroini və 50,229 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə etdikdən sonra heroinin 16,580 qramını üzərində, qalan hissəsini və psixotrop maddə metamfetamini idarə etdiyi **-RA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobildə daşımaqla saxlamış, 18 aprel 2023-cü il tarixdə, saat 21:20-də BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində saxlanılaraq ünvan 2 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 16,580 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edildikdən sonra, 19 aprel 2023-cü saat 00:30-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində nömrəsiz evin həyətində saxladığı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobilə baxış zamanı sürücü oturacağının altından qara sellofan torbada olan qəhvəyi rəngli qutunun içərisindəki gümüşü kağıza bükülmüş sellofandan təmiz çəkisi 50,229 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narıncı qutunun içərisindəki bir ədəd sellofandan təmiz çəkisi 190,705 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
61. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Yusif” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən miqdarda pul müqabilində müəyyən ünvana çatdırılması üçün külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
62. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
63. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
64. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
65. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmin Siyahıların İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
67. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində və avtomobilində saxlayaraq daşıdığı ümumilikdə 207,285 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 1381 dəfədən, külli miqdarından isə təxminən 103 dəfədən artıq olması, ümumilikdə 50,229 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 334 dəfədən, külli miqdarından isə təxminən 25 dəfədən artıq olması, onun özünün barəsində həbs qətimkan tədbiri seçilərkən, eləcədə həmin qətimkan tədbiri məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisinin iştirakı ilə uzadılarkən məhkəmədə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsi, özünün müəyyən məbləğdə qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerdən narkotik vasitələri götürməyə getməsi ilə bağlı etirafedici ifadələri, eləcə də narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq qeydlər apardığı bir ədəd dəftərçənin müəyyən edilməsi, o cümlədən üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsi, habelə onun narkotik vasitə və psixotrop maddə istehlakçısı olmaması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
68. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmaması, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmaqla ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına dair hədə-qorxu gəlmələri səbəbindən qorxduğu üçün polislər tərəfindən təqdim olunmuş narkotik vasitə və psixotrop maddələri boynuna alaraq verilən sənədləri imzalaması, o cümlədən nəyi necə demişlərsə eləcə də etməsi, barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmədə özünü təqsirli bilməməsi, habelə ümumiyyətlə məhkəmədə ona söz verilməməsi, dəftərçədə aşkar olunmuş qeydlərin yalnız bəzilərinin ona məxsus olması, habelə həmin dəftərçədə qeyd olunmuş Yusif adlı şəxsin metal işi bağlı əvvəllər əlaqədə olduğu Ucarlı şəxs olması, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir neçə dəfə aparılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
69. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
70. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
71. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
73. Hökmün 72-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
74. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 72-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
75. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Yusif” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən miqdarda pul müqabilində müəyyən ünvana çatdırılması üçün külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması”nı göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, Yusif adlı şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
76. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
77. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
78. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
79. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
80. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
81. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Yusif” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən miqdarda pul müqabilində müəyyən ünvana çatdırılması üçün külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
82. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
83. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
84. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
85. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 19-21 və 24-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin hökmün 33, 40 və 47-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
86. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid3 təqsirləndirilən şəxsin doğma dayısı olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamış, ifadəsində qeyd etdiyi hadisələrin isə konkret olaraq hazırkı cinayət işi ilə əlaqəli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, Şahid3 hadisədən əvvəl Təqsirləndirilən şəxs evində bir neçə avtomobil və mülki geyimli şəxsləri görməsi və sair ifadəsində göstərdiyi halları təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilməmişdir.
87. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
88. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
89. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
90. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
91. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
92. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
93. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
94. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
95. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, özünün müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, hazırkı sağlamlıq vəziyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, yaşayış yerindən, habelə sonuncu iş yerində müsbət xarakterizə olunmasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
96. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
97. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
98. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
99. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
100. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
101. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
102. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
103. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 18 aprel 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 18 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 7 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
104. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
105. Məhkəmə hökmün 36-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
106. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
107. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 207,185 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 50,179 qram olan psixotrop maddə metamfetamin, habelə 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1(bir) ədəd kitabça, “Nokia” və “Samsung” markalı 2 (iki) ədəd mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə, habelə evə və avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videoyazıların köçürüldüyü 2 (iki) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
108. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
109. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
110. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
111. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
112. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
113. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 207,185 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 50,179 qram olan psixotrop maddə metamfetamin və 1(bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və 1(bir) ədəd dəftərçə, “Nokia” və “Samsung” markalı 2 (iki) ədəd mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.