Məhkəmə qərarları › İş №1(101)-744/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-744/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-744/2025 07.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X11 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 2001-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 1(001)-481/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, orta təhsilli, işləməyən, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 7 mart 2025-ci il tarixdə, saat 10:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Əsgər” adlı şəxs və qeyriləri külli miqdarda olan 21 kiloqram 380,21 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan vaxtda Bakı şəhəri Qaradağ rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu dəqiq məlum olmayan vaxtda 21 kiloqram 380,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib əvvəlcədən satışa hazırlamaq məqsədi ilə 20,21 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, qalan 21 kiloqram 360 qram çəkidə narkotik vasitəni cinayətdən məlumatı olmayan tanışı Şahid6 icarə əsasında idarə etdiyi “Hyundai” markalı, “Elantra” modelli, **-SM-*** qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 9 iyun 2024-cü il tarixdə, saat 23:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş İdarəyə aparılaraq 10 iyun 2024-cü il tarixdə, saat 00:50-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 20,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. BNMİ-nin əməkdaşları tərəfindən həmin gün saat 01:50-dən etibarən Təqsirləndirilən şəxs tanışı Şahid6 icarə əsasında idarə etdiyi “Hyundai” markalı, “Elantra” modelli, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün də razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1005,0 qram, 1040,0 qram, 1020,0 qram, 1020,0 qram, 1020,0 qram, 1010,0 qram, 1015,0 qram, 1010,0 qram, 1040,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1010,0 qram, 955,0 qram, 1015,0 qram, 1105,0 qram, 1045,0 qram, 1005,0 qram, 960,0 qram, 1065,0 qram və 955,0 qram olmaqla ümumi çəkisi 21 kiloqram 360 qram narkotik vasitə qurudulmuş marixuana 21 ədəd sellofan bükülülərdə olmaqla aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 9 iyun 2024-cü il tarixdə təxminən saat 22 radələrində Binəqədi rayonu Fəxrəddin Qurbanov küçəsində 10-12 nəfər polis əməkdaşı tərəfindən Samir və Rəşad adlı tanışları ilə birgə saxlanılaraq sonuncunun avtomobili ilə BNMİ-yə aparılmış, saxlanılarkən onun üzərində yalnız şəxsi istifadə məqsədi ilə Əsgər adlı şəxsdən əldə etdiyi 20 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həmin narkotik vasitə üzərindən aşkar edilərək götürülmüş, onunla birgə saxlanılan digər şəxslərin üzərindən isə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Avtomobildən aşkar olunmuş külli miqdarda narkotik vasitə isə ümumiyyətlə ona məxsus olmamışdır. O, ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldığından məcburiyyət qarşısında qalaraq həmin külli miqdarda narkotik vasitənin özünə məxsus olmasına dair həqiqətə uyğun olmayan ifadələr vermiş, fiziki zorakılıq nəticəsində dişi qırılmış, habelə qarnına da yumruqla zərbələr vurulmuşdur. O, yalnız narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələri hansısa ünvana aparıb qoymamış, habelə bununla bağlı ona ümumiyyətlə heç vaxt təklif olmamışdır. İranlı Əsgər adlı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, lakin onu şəxsən görməmiş, sonuncudan yalnız üzərində saxlayaraq daşıdığı 20 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq əsasında verdiyindən həmin ifadələr həqiqəti əks etdirmir. İranlı Əsgər adlı şəxslə onun arasında narkotik vasitə alıb-satmaq və ya daşımaqla bağlı yazışma, səs yazısı və sair hər hansı sübut ibtidai istintaq orqanı tərəfindən əldə edilməmişdir. İranlı Əsgərlə vatsapda yazışmanın olması müstəntiqin uydurması olmaqla ona qarşı qurulmuş oyundur. Eləcə də, iş materiallarında Şahid5 və Şahid6la onun arasında üzləşmə olmasının qeyd edilməsinə baxmayaraq, həmin şəxslərlə onun arasında hər hansı üzləşmə olmamış, qeyd edilən həmin hallar müstəntiq tərəfindən açıqaşkar yalan qeydlər apararaq qanunsuz hərəkətlər etməsini göstərir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu, əməlinin düzgün tövsif edilməsini, 23 yaşında olmaqla 3-cü dərəcə gözdən əlil olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkməklə həmin xəstəlikdən müalicə olunmaq istədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin etməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsində 10 iyun 2024-cü il tarixdə onun hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 11 sentyabr 2023-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2016-cı ildə evdə iti bıçaqla ət doğrayan zaman bıçaq qırılmış və sağ gözünü yaraladığından nəticədə gözü görmə qabiliyyətini itirmiş və hazırda 3-cü qrup əlildir. Həmçinin əsəb xəstəliyi ilə əlaqədar olaraq psixiatrik müəssisədə stasionar müalicə almış, rəsmi olmasa da, marketdə satıcı işləyir və boş vaxtlarında skuter daşıma fəaliyyəti ilə məşğul olur. Təxminən bir ildir nəşə kimi tanıdığı qurudulmuş marixuana istifadə edir. 2023-cü ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində Əsgər adlı iranlı şəxs ona yazmış və müəyyən müddət danışıqlardan sonra onlar “Whatsapp” mobil tətbiqində yazışmağa başlamışlar. Əsgər Azərbaycana narkotik vasitə göndərdiyini deyərək onları götürüb başqa yerə yerləşdirərsə ona pul verəcəyini bildirmiş, lakin onunla razılaşmamışdır. Bundan sonra Əsgər başqa bir nəfər şəxsin onun malını rayondan götürüb Bakıya gətirəcəyini və həmin şəxsin rayona tək getmək istəmədiyini deyərək onunla birlikdə rayona gedib-gələrsə bunun qarşılığında 5000 manat pul verəcəyini demişdir. Həmin vaxt maddi sıxıntıları olduğundan razılaşmış, Əsgər adını bilmədiyi şəxsin nömrəsini ona göndərmiş və həmin şəxslə birlikdə Cəlilabada gedib malı götürüb Bakıya gətirmişdir. O, sadəcə olaraq həmin şəxslə birlikdə rayona gedib gəlmiş və heç bir iş görməmişdir. Bakıya qayıtdıqdan sonra Əsgərlə danışıb 5000 manat pulunu tələb etmiş, sonuncu həmin malın sonradan polis tərəfindən tutulduğunu deyərək ona 5000 manat pulu verə bilməyəcəyini demişdir. Bundan sonra Əsgərlə əlaqəsini kəsmiş, təxminən 6 iyun 2024-cü il tarixdə Əsgər təkrarən ona yazmış və malının olduğunu deyərək onu götürüb yerbəyer etsə ona 3000 manat pul verəcəyini demiş, cavabında rayona gedə bilməyəcəyini bildirmiş, Əsgər isə malın rayonda yox, Bakıda olacağını demişdir. Əsgər həmçinin malı göndərəndə onun öz istifadəsi üçün də az çəkidə mal göndərəcəyini demiş, onunla razılaşmış və ondan xəbər gözləmişdir. 9 iyun 2024-cü il tarixdə Əsgər ona malın Bakıda Xocasən tərəfdə olduğunu, onu götürüb özündə saxlamasını və dediyi yerə atmalı olduğunu demiş, onunla razılaşmış, skuter işi ilə bağlı Rəşad adlı tanışının 10 iyun 2024-cü il tarixdə dostunun toyu olacağından o, “rentecar”dan avtomobil götürmüş və bundan xəbəri olduğu üçün ona rayondan paltar göndərildiyini və onları Xocasəndən götürmək lazım olduğunu deyərək ondan paltarları götürməyində köməklik etməsini xahiş etmişdir. Rəşad razılaşmış, axşam saat 19-20 radələrində Xırdalan dairəsində Rəşadı gözləmiş, sonuncu “rentecar”dan icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobil ilə gəlib onu götürmüşdür. Avtomobili Rəşad idarə etmiş, qarşıda digər ortaq tanışları Samir də əyləşmiş, yolda olan zaman onlarla ümumi söhbət etmiş və narkotik arxasınca getdiklərini onlara bildirməmişdir. Əsgər malın olduğu yerin “konumunu” ona göndərdiyindən Rəşadı həmin “konum” üzrə istiqamətləndirmiş, “konuma” çatdıqda Rəşaddan avtomobili saxlamasını xahiş etmiş, avtomobili “konumdan” bir qədər aralıda saxlatdırmışdır. Həmin yer “Meyvəli” ticarət mərkəzindən Xocasənə gedən yolda yolun kənarı olmuş, avtomobildən enib həmin bağlamanı tapmış, bağlamanın yanında balaca bir bağlama da olmuş, balaca bağlamanı götürüb cibinə qoymuş, böyük bağlamanı isə götürüb avtomobilin yanına daşıyaraq arxa oturacağa qoymuşdur. Özü də avtomobilə əyləşib Rəşaddan onu yaşadığı evə aparmasını xahiş etmiş, Binəqədi rayonu ərazisində olan zaman Rəşaddan su almaq üçün avtomobili saxlamasını istəmiş, sonuncu avtomobili saxlamışdır. Həmin vaxtı artıq saat 23 radələri olmuş, avtomobildən enən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək qərarla tanış etdikdən sonra onları Baş İdarəyə gətirmişlər, avtomobili isə Baş İdarənin duracağına yerləşdirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “POCO” markalı mobil telefon, 20 manat pul və siqaret qutusu aşkar olunmuşdur. Qurudulmuş marixuana elektron tərəzidə çəkilməklə qablaşdırma ilə birlikdə çəkisi 24 qram olmuş, həmin kütlə imzalanaraq götürülmüşdür. Bundan başqa mobil telefon götürülmüş, digər əşyalar isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 3000 min manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, 2023-cü ilin dekabr ayında “Əsgər” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olduğunu, həmin ərəfələrdə “Əsgərin” tapşırığı ilə tanımadığı bir şəxslə birgə Cəlilabad rayonundan təxminən 20 kq narkotik vasitə marixuananı götürüb Bakı şəhərinə gətirdiyini və daha sonra narkotikləri həmin şəxsin apardığını, 2023-cü ilin dekabr ayında Cəlilabad rayonundan Bakı şəhərinə gətirdikləri narkotik maddələrin polis əməkdaşları tərəfindən tutulduğunu iddia edən Əsgərin ona söz verdiyi 5000 manat daşıma pulunu vermədiyini, avtomobildə narkotik saxlamağı barədə sürücü Şahid6 və sərnişin Şahid5 məlumatının olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir olunmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, əlavə olaraq, “Hundai Elantra” markalı, **-SM-*** nömrəli avtomobildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan sonra həmin avtomobilin arxa hissəsində saxladığı 1 ədəd torbanı təqdim etmiş, torbanın içindən 21 ədəd bükümdə qurudulmuş marixuana aşkar olunaraq elektron tərəzidə çəkilməklə çəkisinin 22 kiloqram 250 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş predmetlər qablaşdırılmaqla üzərində müvafiq qeydlər aparılıb möhürlənib götürülmüş, daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 70-74; 99-103;).

4. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında müdafiəçisi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə 20 sentyabr 2024 və 25 oktyabr 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadələr versə həmin ifadəsi ilə müəyyən ziddiyətlərin olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, ilkin ifadələrini təsdiq etmir, özünü elan olunmuş ittihamla qismən təqsirli bilir. Belə ki, 9 iyun 2024-cü il tarixdə Bakı şəhərində olan zaman “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə sosial şəbəkədə danışarkən sonuncudan öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana istəmişdir. 150 manat pulu onun dediyi hazırda xatırlamadığı kart hesabına “Milliön” ödəmə terminalı vasitəsilə ödəmiş, Əsgər də bunun müqabilində ona 20 qrama yaxın marixuana verməli olmuşdur. Həmin gün axşam saat 21 radələrində Əsgər ona “konum” göndərərək narkotikin həmin ünvanda olmaqla oradan götürə biləcəyini demişdir. Həmin vaxt tanışları Rəşad və Samirdən onu bir ünvana aparmasını xahiş etmiş, lakin nə üçün getməsi barədə heç birinə hər hansı məlumat verməmişdir. Deyilən ünvana çatdıqda orada bir ədəd qara rəngli sellofanda bir ədəd bükümdə narkotik vasitəni götürüb cibinə qoymuşdur. Maşına əyləşən zaman orada olan tanışlarına bu barədə heç nə deməyərək onu Binəqədi kəndində düşürmələrini xahiş etmişdir. Maşınla deyilən ünvana çatanda arxası ilə bir maşının gəldiyini görmüş, maşından düşərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən üzərində axtarış aparmaqla üzərindəki narkotik vasitəni götürmüşlər. Bundan sonra onlar BNMİ-yə aparılmışdır. Orada olarkən polislər ona “götürdüyün qalan narkotiklər haradadır” deyə sorğu sual etməyə başlamış, demələrinə görə guya o, ünvandan daha artıq narkotik vasitə götürmüşdür. BNMİ-nin inzibati binasında olan zaman polislər onun üzərindən aşkar olunmuş bükümü onun qabağına təkrar qoyaraq başqa bir ədəd böyük bağlamada narkotiki ona göstərərək həmin narkotik vasitəni videoçəkiliş zamanı ona məxsus olmasını deməsə, orada olan şəxsləri də sənədləşdirəcəklərini deyərək ona qarşı psixi təsirlər göstərməyə başlamışdır. Belə ki, polis əməkdaşları narkotiklərin ona məxsus olmadığını deməyəcəyi halda onu döyəcəklərini, ona qarşı qeyri-əxlaqi hərəkətlər edəcəklərini, habelə videonu sosial şəbəkələrdə yayaraq onu biabır edəcəklərini, eləcə də maşında olan tanışlarını da sənədləşdirəcəklərini bildirmişdir. O, psixi təsirlərdən qorxduğu üçün polis əməkdaşlarınının dedikləri ilə razılaşacağını bildirmişdir. Bundan sonra vəkil gəlmiş, ilkin çəkiliş zamanı üzərində olan narkotiki yenidən ona verərək çəkilişdə onlara təqdim etməyini, habelə maşında da narkotik vasitə olmasını bildirməsini deməyini tələb etmişlər. O da ilkin çəkilişdə üzərindən aşkar olunmuş maddələri təqdim edərək maşında da narkotik maddələr olduğunu bildirmişdir. İlkin çəkilişdən sonra maşına da videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı o, polis əməkdaşlarının maşına qoyduğu narkotikləri təqdim edərək guya həmin predmetləri də özünün götürdüyünü, iranlının deyəcəyi ünvana çatdırmağı müqabilində pul alacağını bildirmişdir. Onlar növbəti gün BMCMİ-yə aparılmaqla orada müvafiq sənədləşmələr aparılmış, habelə barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, narkotiki boynuna almadıqda BNMİ-nin əməkdaşları onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirib buraxacaqlarını bildirmiş, lakin sonradan başqa maddə ilə səndələşdirilmişdir. BMCMİ-də olarkən ona qarşı hər hansı formada fiziki və ya pxisi təsirlər göstərilməmiş, qorxduğu üçün ilkin olaraq qeyd etdiklərini təsdiq etmişdir. Hadisələr onun qeyd etdiyi formada baş vermiş, hazırkı ifadəsi tamamilə reallığı əks etdirir. O, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və bu maddə ilə cəzasını çəkməyə hazırdır. Ona qarşı BNMİ-nin əməkdaşları tərəfindən fiziki təsirlər göstərilmişdir. Belə ki, BNMİ-də olan zaman tanımadığı polislər onun sifət nahiyəsindən bir neçə dəfə yumruqla şillə vurmuş, nəticədə onun ön və arxa dişlərindən biri qırılmışdır. Bundan başqa, bədəninin başqa nahiyələrindən də vurularaq xəsarətlər almışdır. BMCMİ-də ona qarşı fiziki və psixi təsirlər göstərilməmişdir. O, BNMİnin əməkdaşlarının hədə-qorxularından qorxmuş, eləcə də ona köməklik edəcəklərinə dair söz vermiş, bu səbəbdən ilkin izahat və ifadələrini təsdiq etmişdir. Polislərin ona verdiyi böyük bağlamada olan maddənin kim tərəfindən, haradan və necə əldə olunması barədə dəqiq məlumatı yoxdur. Həmin bağlamanı o, BNMİ-də görmüşdür. Həmin narkotik vasitənin onun narkotiki ilə eyni tərkibdə olması barədə dəqiq məlumatı yoxdur. Böyük bağlamanın ona ümumiyyətlə aidiyyəti yoxdur. Üzərindən aşkar olunan maddəni polislər onu saxlayarkən üzərindən götürüb özlərində saxlamış, həmin bükümü bir də sənədləşmə başlayarkən ona təqdim etmişlər. Həmin vaxta qədər bükümün harada və kim tərəfindən saxlanıldığı barədə məlumatı yoxdur. Müstəntiq tərəfindən onunla Şahid6 və Şahid5 arasında üzləşdirmə istintaq hərəkətləri aparılmamışdır (Cild 1, i.v. 192-195; 260-261;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 9 iyun 2024-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2, Asim Rəsulov və Şahid3 daxil olmaqla qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması barədə məlumat daxil olmuş və onlar həmin ünvana getmişlər. Orada olan zaman saat 23:10 dəqiqədə “Hyundai” markalı, “Elentra” modelli **-SM-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin, həmçinin şəxsiyyətləri onlara sonradan məlum olan Şahid6 və Sabir Məmmədov olmaları müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib orada olan şəxslərin hər birinə onlarla birlikdə Baş İdarəyə gəlmələrini xahiş etmişlər və həmin şəxslər etiraz etməyib Baş İdarəyə gəldikdən sonra maşın duracağa yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr saxlamasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Təhqiqat Qrupunun baş təhqiqatçısı Nəcəf Aburşunun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Rafael Allahverdiyev dəvət edilərək ona təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilib üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra təhqiqatçı sonuncuya üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etmiş, üzərinə şəxsi axtarış zamanı bir ədəd mobil telefon, pul və siqaret qutusu aşkar edilmiş, büküm açılan zaman oradan narkotik vasitə qurulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Siqaret qutusunun içərisində qanunsuz əşya olmadığından pulla birlikdə Təqsirləndirilən şəxs özünə geri qaytarılsa da, mobil telefon götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu Xocəsən qəsəbəsi ərazisindən yol kənarında gizlədilən yerdən deyiləcək ünvana çatdırıb bunun müqabilində 3.000 manat pul qazanacağını, həmin şəxsi sosial şəbəkələrdə tanıdığını, avtomobildə də həmin maddələrdən olduğunu, yanında olan digər şəxslərin üzərində və avtomobildə narkotik vasitə olmasından məlumatlarının olmadığını və maşına baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Daha sonra videoçəkiliş dayandırılaraq bu barədə protokol tərtib olunub ucadan oxunmuş və protokolun düzgünlüyü hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs və Şahid6 avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərinə dair ərizə yazdıqdan sonra videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa hissəsində olan torbanı təqdim edərək onun içərisində narkotik vasitə mariuxana olduğunu demişdir. Torba açılan zaman orada 21 ədəd büküm aşkar edilmiş və bükümlərin içərisi açılan zaman qeyd olunan narkotik vasitəyə oxşar maddələr aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs ilkin şifahi izahatını təsdiq etmişdir. Bundan sonra baxışda iştirak edən şəxslər avtomobildə və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından xəbərlərinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həmin xüsusatı bir daha təsdiq etdikdən sonra videoçəkiliş dayandırılaraq protokol tərtib edilib ucadan oxunmuş və protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid2, polis mayoru X21, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2017-2018-ci illərdə hərbi xidmətdə olmaqla müharibə iştirakçısı olmuş, “Laçın uğrunda” və “Döyüş iştirakçısı” medalları ilə təltif olunmuş, Bakı şəhəri ərazisində “Wolt” mobil tətbiqi üzrə kuryer işləyir. Özünə məxsus motosikleti olmamış, kirayə götürdüyü skuter ilə bu fəaliyyətlə məşğul olur. Son dövrlərdə kuryer işləməsə də, skuterləri məntəqələrə çatdırmaqla məşğul olmuş, bunun müqabilində az məbləğdə pul qazanmışdır. Bu işlərlə tanışları Samir və Vəlixan da məşğul olmuş, onlarla normal münasibəti vardır. 10 iyun 2024-cü il tarixdə dostunun toyu olacağından 9 iyun 2024-cü il tarixdə “rentacar”dan icarəyə “Hyundai Elantra” markalı avtomobil götürmüş, həmin vaxt Samirlə görüşmüş, onunla görüşən zaman Vəlixan ona zəng edərək rayondan paltar gəldiyini və həmin paltarları Xocasəndən götürmək lazım olduğunu demişdir. Vəlixanın xahişini yerə salmamış, bunun üçün onlar Xırdalan dairəsinə gedərək oradan Vəlixanı götürmüşdür. Avtomobili özü idarə etmiş, Samir ön sağ tərəfdə, Vəlixan isə arxada əyləşmişdir. Vəlixanın istiqamətləndirməsi ilə onlar Xocasənda tanımadığı yerə gəlib çatmış, sonuncu avtomobildən enmiş və bir neçə dəqiqədən sonra əlində böyük bir bağlama ilə gəlib avtomobilə əyləşmişdir. Vəlixan ondan onu evlərinə aparmasını xahiş etmiş, buna etiraz etməmiş, Vəlixanı evlərinə apararkən sonuncu yolda avtomobili saxlamasını istəmiş, Vəlixan avtomobildən enən zaman saat 23 radələrində bir neçə mülki geyimli şəxs Vəlixana yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onları Baş İdarəyə gətirmişlər. Baş İdarədə onlar bir otaqda gözləmiş və bir qədər sonra videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Vəlixan avtomobilin arxa hissəsində saxladığı 1 ədəd torbanı təqdim etmiş, həmin torbanın içindən 21 ədəd bağlama aşkar olunmuş, bağlamalara polislər tərəfindən baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaların olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüş, avtomobilə baxış keçirilən zaman əlavə olaraq qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Vəlixan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə 9 iyun 2024-cü il tarixdə, saat 22 radələrində əldə etdiyini, həmin gün saat 21 radələrində ona zəng edib onu başqa bir tanışının yanına aparması üçün xahiş etdiyini, Samirlə birlikdə gəldiyini, qeyd olunan avtomobili sürdüyünü, Samirin isə ön hissədə əyləşdiyini, daha sonra Xocasən yolunda içərisində narkotik vasitə olan həmin kütləni götürüb avtomobilə gətirdiyini, Samirə isə həmin bağlamanın içində paltarlarının olduğunu dediyini və onu evə aparmalarını xahiş etdiyini bildirmişdir.

10. Verilən suaıllara cavab olaraq Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, Vəlixan rayondan gələn bağlamanı götürmək üçün onu Xocəsən qəsəbəsinə aparmalarını xahiş etmiş, bağlamanı götürdükdən sonra içərisində nə olduğunu deməmişdir. O, Vəlixanın narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlanıldıqdan sonra Baş İdarədə onların heç birinə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, belə bir halın şahidi olmamışdır. İcarəyə götürdüyü avtomobilə özünün və Şahid5 iştirakı ilə baxış zamanı aşkar olunmuş içərisində narkotik vasitə olan bağlamaların skoç vasitəsilə qablaşdırıldığını görmüşdür. O, Vəlixan polis əməkdaşları tərəfindən saxlanılarkən həyəcanlanaraq qaçmaq istəmiş və bu zaman yıxılmışdır. Videoçəkiliş zamanı Vəlixan sərbəst şəkildə törətdiyi əməli etiraf etmişdir. Sonradan Vəlixanla aralarında üzləşdirmə olmuş, üzləşmə zamanı ifadəsini bir daha təsdiq etmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək etmişdir.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 9 iyun 2024-cü il tarixdə, saat 23:10-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq həmin İdarəyə gətirilməsi və orada 10 iyun 2024-cü il tarixdə, saat 00:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 1(bir) ədəd bükülünün içərisində təmiz çəkisi 20,21 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, eyni zamanda tədbirin davamı olaraq həmin tarixdə, saat 01:50-də Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə “Hyundai Elantra” markalı **-SM-*** dövlət qeydiyyat nişalı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 21 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1040,0 qram, 1020,0 qram, 1020,0 qram, 1020,0 qram, 1010,0 qram, 1015,0 qram, 1010,0 qram, 1040,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1010,0 qram, 955,0 qram, 1015,0 qram, 1105,0 qram, 1045,0 qram, 1005,0 qram, 960,0 qram, 1065,0 qram və 955,0 qram olmaqla ümumi təmiz çəkisi 21 kiloqram 360 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə BMCMİnin İstintaq İdarəsinin baş müstəntiqi polis kapitanı X20 tərəfindən 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 9 iyun 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilməklə həmin İdarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis polkovnik-leytenantı Şahid2, polis mayoru X21, polis kapitanı Şahid3 və baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 9 iyun 2024-cü il tarixdə, saat 23:10-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq sürücü Şahid6 və sərnişin Şahid5 ilə birgə Baş İdarəyə gətirilmişdir (Cild 1, i.v. 6-11;).

15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 5(001)- 947/2024 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 9 iyun 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün məhkəmə nəzarəti qaydasında məhkəməyə təqdim edilmişdir (Cild 1, i.v. 118-120;).

16. “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı X22 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə həmin tarixdə, saat 00:20də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 9 iyun 2024-cü il tarixdə, saat 23:10 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 13-21;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı X22 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis polkovnik-leytenantı Şahid2, polis mayoru X21, polis kapitanı Şahid3 və baş leytenantı Şahid4 və müdafiəçi X1 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 00:50-dən 01:00-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə, yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdin etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Poco” markalı mobil telefon, 20 (iyirmi) manat pul və içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 24 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılmaqla şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon götürülmüş, digər əşya, predmet və pul aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsilə Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, 2023-cü ilin dekabr ayında “Əsgər” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olduğunu, həmin ərəfələrdə “Əsgər”in tapşırığı ilə tanımadığı bir şəxslə birgə Cəlilabad rayonundan Bakı şəhərinə gətirdiyi narkotik vasitələrin polis əməkdaşları tərəfindən tutulduğunu iddia edən Əsgərin ona söz verdiyi 5000 manat daşıma pulunu vermədiyini, avtomobildə narkotik vasitə saxlaması barədə sürücü Şahid6 və sərnişin Şahid5 məlumatının olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir olunmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, “Hyundai Elantra” markalı, **-SM-*** nömrəli avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-33;).

18. “Avtomobilə baxış və götürmə aparılması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun, habelə Şahid6 və Şahid5 razılıq ərizələri əsasında 10 iyun 2024-cü il tarixdə, saat 01:50-dən 02:10-dək BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenatnı X22 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis polkovnik-leytenantı Şahid2, polis mayoru X21, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid4, habelə müdafiəçi X1, eləcə də, Şahid5 və Şahid6 iştirakı ilə sonuncunun idarə etdiyi **-SM-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa hissəssində saxladığı 1 (bir) ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 21 (iyirmi bir) ədəd bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisinin 22 kiloqram 250 qram (iyirmi iki kiloqram iki yüz əlli qram) olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmaqla üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsilə Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə 9 iyun 2024-cü il tarixdə, saat 22 radələrində əldə etdiyini, həmin gün saat 21 radələrində tanışı Rəşada zəng edib onu başqa bir tanışının yanına aparması üçün xahiş etdiyini, Rəşadın Samirlə birlikdə gəldiyini, Rəşadın qeyd olunan avtomobili sürdüyünü, Samirin isə ön hissədə əyləşdiyini, daha sonra Xocəsən yolunda həmin içində narkotik vasitə olan kütləni götürdüyünü və avtomobilə gətirdiyini, Rəşad və Samirə isə həmin bağlamanın içində paltarlarının olduğunu dediyini və onu evə aparmasını xahiş etdiyini, daha sonra Binəqədi rayonunda yaşadığı evə gələn zaman polis əməkdaşlarının onu saxladığını, avtomobildə narkotik vasitə saxlaması barədə sürücü Şahid6 və sərnişin Şahid5 məlumatının olmadığını bildirmişdir. Şahid6 və Şahid5 verilən suallara cavab olaraq Vəlixanın dediklərini təsdiq etdiklərini, Şahid6 idarə etdiyi “Hyundai Elantra” markalı **-SM-*** nömrəli avtomobildə tanışları Vəlixan tərəfindən narkotik vasitə saxlanılmasından məlumatlarının olmadığını, onunla yaxşı münasibətlərinin olduğunu bildirmişlər. Baxış və götürmə istintaq hərəkəti süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34-41;).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 10 iyun 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 9 dəqiqə 57 saniyə və 19 dəqiqə 50 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobildə keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə avtomobilə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda videogörüntülərdən Təqsirləndirilən şəxs sərbəst və əminliklə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıdığı mobil telefonunda “Əmi” kimi qeyd etdiyi “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladığı Əsgər adlı şəxs tərəfindən ona vəd edilmiş 3000 manat pul müqabilində (gözünü əməliyyat etdirmək üçün) sonuncunun tapşırıqlarına əsasən bildirilmiş ünvanlara narkotik vasitə qoymaq məqsədinin olması ilə ilə bağlı bildirməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 33;41;).

20. “Məhkəmə-bioloji” ekspertizasının 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/939 nömrəli rəyindən görünür ki, üzərində “şübhəli şəxs Şirinov... üzərindən..” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 20,21 qram və üzərində “şübhəli şəxs Şirinov avtomobilindən..” sözləri yazılmış iki ədəd narıncı rəngli sintetik torbalarda ümumi sayı 21 (iyirmi bir) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1040,0 qram, 1020,0 qram, 1020,0 qram, 1020,0 qram, 1010,0 qram, 1015,0 qram, 1010,0 qram, 1040,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1010,0 qram, 955,0 qram, 1015,0 qram, 1105,0 qram, 1045,0 qram, 1005,0 qram, 960,0 qram, 1065,0 qram və 955,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 21 kiloqram 380,21 qram, tədqiqata sərf edildi – 1,1 qram, qalıq çəkisi – 21 kiloqram 379,11 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 56-60;).

21. “Üzləşdirmə” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi həmin tarixli ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı deyərək bir daha təsdiq etmişlər. Məmmədov X15 xahişi əsasında Xocasənə getdiklərini, Vəlixanın istiqamətləndirməsi əsasında Xocasəndə tanımadıqları yerə gəlib çatdıqlarını, sonuncunun avtomobildən endikdən bir neçə dəqiqə sonra əlində böyük bağlama ilə gəlib avtomobilə əyləşdiyini qeyd edərək saxlanıldıqdan sonra həmin bağlamanın içərisindən narkotik vasitə aşkar olunduğunu göstərmişdir (Cild 1, i.v. 81-84;).

22. “Üzləşdirmə” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı deyərək bir daha təsdiq etmişlər (Cild 1, i.v. 85-88;).

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 4(005)- 793/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 9 iyun 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4 oktyabr 2024-cü il tarixli, 4(005)-1225/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 9 yanvar 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 118-123; 214-218;).

24. “Maddi sübut hesab edilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 21 kiloqram 379,11 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.124-126;).

25. BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətovun 10 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, əməliyyat tədbirləri nəticəsində “Əsgər” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v. 145;).

26. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 8 iyul 2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla ailə tərkibi 25 yanvar 1977-ci il təvəllüdlü atası X17, 16 mart 1976-cı təvəllüdlü anası X12 və 30 iyun 2003-cü il təvəllüdlü bacısı X8 ibarətdir (Cild 1, i.v. 147-149;).

27. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Poco” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 153;).

28. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 9 avqust 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 1 avqust 2024-cü il tarixli 10293/24 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və həmin mobil nömrələrin anket məlumatları qeyd olunmuş, cinayət işi üzrə əhəmiyyət kəsb edəcək heç bir məlumat və ya mesaj mətnləri aşkar edilməmişdir (Cild 1, i.v. 157-159;).

29. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X13 tərəfindən Təqsirləndirilən şəxs polis əmakdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani rəftara məruz qalması müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 1766 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi müayinədən keçirilən zaman onda “sol saidin ön səthində, sol körpücük nahiyəsində köhnə çapıq izi” aşkar edilmiş, qeyd olunan çapıqların rəngi və digər xarakterik xüsusiyyətləri ətraflı təsvir olunmadığından onların əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir (Cild 1, i.v. 160-162;).

30. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin rəis müavini polis mayoru X14 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 164;).

31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 24 iyul 2024-cü il tarixli cavabından, müvafiq hökm və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 1(001)-481/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 166-167; 220-226;).

32. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 1 iyul 2024-cü il tarixli, 4507 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 172-173;).

33. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 10 iyun 2024-cü il tarixli 347/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ iç topuq nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Bədən səthində qərarın təsviri hissəsində göstərilən 9 iyun 2024-cü il tarix və şəraitə uyğun hər hansı xəsarət və ya iz aşkar edilməmişdir. Qeyd olunan sıyrıqlar bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri 10 iyun 2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində bir neçə gün əvvəl skuter daşıyan vaxt sağ ayağının topuq hissəsinin yaralandığını bildirmişdir (Cild 1, i.v.174- 177;).

34. “Ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 8 iyul 2024-cü il tarixli, 1976 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, i.v. 178-181;).

35. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənəddən və müvafiq arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə İİİ dərəcəli əlillik statusu verilməklə “göz almasının degenerativ vəziyyəti, OD Göz almasının subatrofiyası. VİSOD=0(sıfır) VİSOS=1.0 (Vahid) Monokulyar korluq diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs əlillik səbəbi gözdən olmaqla müddətsizdir. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSM publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialından ümumi səbəbdən İİİ dərəcəli əlilliyə görə hər ay 110 (bir yüz on) manat məbləğində sosial müavinət alır (Cild 1, i.v. 19- 200;).

36. “Sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq çəkisi 21 kiloqram 379,11 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut qismində tanınmasının nəzərə alınması, külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılıb icraata qəbul edilməklə istintaqının aparılması, eləcə də cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurətlərinin çıxarılaraq ayrılacaq cinayət işinin materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Poco” markalı mobil telefonun sübut əhəmiyyəti kəsb etmədiyindən hüquqlarını müdafiə edən vəkilə və ya ailə üzvlərinə qaytarılması qərara alınmışdır (Cild 1, i.v. 236-246;).

37. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda 21 kiloqram 380,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (Cild 1, i.v. 248-249;).

38. Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd “Poco” markalı mobil telefonu Ayaz Bayramovdan təhvil almışdır (Cild 1, i.v. 252;).

39. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilərək həmin ittihamın mahiyyəti, hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 253-254;).

40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.M.Bayramov tərəfindən 4 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 7 noyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.274-282;).

41. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəmə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

42. Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülnar Şükürovanın 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-481/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış, məhkum çağırışlara gəlməkdən yayındığı üçün barəsində ilkin axtarış tədbirləri görülmüş, bu səbəblə də ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə cəzanın heç bir hissəsini çəkməmişdir (Cild 2;).

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 5156/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol saidin ön səthində, sol körpücük nahiyyəsində köhnə çapıq izləri aşkar edilmişdir (Cild 2;).

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 2969 saylı Təqsirləndirilən şəxs adına açılmış “Məhbusun şəxsi işi” əldə edilərək tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı sonuncunun şübhəli şəxs qismində saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti saxlama yerində tərtib olunmuş aktdan görünür ki, 10 may 2024-cü il tarixdə, saat 13 radələrində BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı Nəcəf Aburşunun tutma protokolu əsasında gətirilmiş Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edildikdən sonra baxış zamanı sağ ayağının topuq nahiyəsində sıyrıq izləri və şişkinlik aşkar edilmiş, həmin izlər barəsində özünə sual verildikdə o bildirmişdir ki, həmin xəsarətləri tutulmazdan üç gün əvvəl skuter sürərkən yıxılıb almışdır. Bu barədə akt tərtib edilmiş və akt iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmiş, sonuncu həmçinin öz xətti ilə “Aktı oxudum. Öz sözlərimlə düzgün yazılıb. Həqiqətəndə bu xəsarəti tutulmazdan üç gün öncə skuter sürərkən yıxılıb almışam. Doğruluğunu imzamla təsdiq edirəm.”qeydini etmişdir(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

49. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

50. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

51. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

52. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 21 kiloqram 380,21 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından təxminən 4276 dəfə, külli miqdarından isə təxminən 42 dəfədən artıq olması, narkotik vasitə qurudulmuş marixuananın çoxsaylı bağlamalara bükülmüş halda aşkar edilməsi, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən özünün qeyriləri ilə qabaqcadan əlbir olaraq qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması, habelə əvvəllər də müəyyən məbləğdə pul vəsaiti əldə etmək üçün qeyriləri ilə ona bildirilmiş ünvanlara gedərək narkotik vasitələr əldə edib onları müəyyən yerlərə qoyması ilə bağlı etirafedici ifadələri, eləcə də çoxsaylı şahidlərin, o cümlədən Şahid6 və Şahid5 ifadələri və digər mötəbər sübutlarla onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

53. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

54. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

56. Hökmün 55-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

57. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın olması, olduğu avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın isə ümumiyyətlə ona məxsus olmaması, onun tanışları olan şahidlər Şahid6 Şahid5 onun kənardan müvafiq bağlama götürməsinə dair yalan ifadə vermələri, sonuncularla məhkəməyədək icraat zamanı ümumiyyətlə aralarında üzləşdirmə istintaq hərəkətinin olmamasını, eləcə də şahid qismində dindirilmiş polis əməkdaşlarının da həqiqətə uyğun olmayan ifadələr vermələri, BNMİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığından ibtidai istintaqın ilkin mərhələsində həqiqətə uyğun olmayan ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

58. Halbuki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu ifadələr verməklə Təqsirləndirilən şəxs ilə sonuncunun müdafiəçisinin iştirakı ilə aralarında keçirilmiş məhkəməyədək icraat zamanı üzləşdirmə istintaq hərəkəti zamanı göstərdiklərini bir daha məhkəmə iclasında təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən iri bağlamanın gətirilərək avtomobilə qoyulduğunu, sonradan həmin bağlamaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən narkotik vasitələrin aşkar edildiyini təkidlə bildirmişlər.

59. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

60. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

61. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

62. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 17-19 və 23-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, sonradan həmin qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə müvafiq məhkəmədə baxılarkən hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 17-19, 21-22, 29, 33 və 43-44-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs Şahid6 və E.Şahid5la birlikdə saxlanılarkən və avtomobilə baxış və götürmə, dindirmə və üzləşdirmə istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

63. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

64. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

67. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

68. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

69. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

70. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

71. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

72. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

73. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 23 yaşında olmaqla gənc olmasını, İİİ dərəcə gözdən əlil olmaqla sağlamlıq imkanlarının məhdud olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və narkomaniya xəstəliyindən müalicə olunmaq istəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

74. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

75. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

76. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

77. Hökmün 31 və 42-ci bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində hazırda 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

78. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.

79. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməllərinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

80. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

81. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

82. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

83. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

84. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 iyun 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 4 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 9 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

85. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 9 iyun 2024-cü il tarixdən hesablanmalıdır.

86. Məhkəmə hökmün 32-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

87. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

88. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 21 kiloqram 379,11 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, “Şəxsi axtarış və götürmə” və “Avtomobilə baxış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

89. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

90. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

91. İş üzrə mülki iddia verilməmişdir.

92. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

93. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

94. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 1(001)-481/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 7 (yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 9 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 21 kiloqram 379,11 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar