Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-745/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və X5, zərərçəkmişin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 57, mənzil 64-də qeydiyyatda olan, Bakı şəhəri, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 60, mənzil 38-də yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xx xxxxxxx 2020-ci il tarixdə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə, saat 15-50 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba istiqamətində 80 km\saat sürətlə hərəkətdə olarkən həmin yolun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrliyində avtomobilə yanacaq doldurmaq məqsədi ilə avtomobilin sürətini 50-60 km\saat sürətə endirmiş və yanacaqdoldurma məntəqəsinə girmək üçün avtomobili sağa istiqamətləndirməklə həmin Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yerdəyişməni, manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və həmin vaxt onun sağ yan tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ondan sonra Khazar CD minik markalı avtomobil sağa doğru istiqamətlənərək yolun sağ kənarıda olan yaşıl çəmənliyin kənarında quraşdırılmış beton-taxta qoruyucuya dəymişdir. Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olaraq «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 daxili qanaxma ilə müşaiət olunan ağ ciyərlərin cırılması, sol tərəfli 4- 5-6-7-8-9-cu qabırğaların qapalı sınıqları, sağ bud sümüyünün aşağı 1\3-nin, sağ baldırın orta 1\3-nin, sol baldırın yuxarı 1\3-nin açıq yerini dəyişən sınıqları, sol saidin orta 1\3-nin, sol budun aşağı 1\3-nin qapalı yerini dəyişən sınıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 həyatla bir araya sığmayan xəsarət- qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar, sol bud sümüyünün orta 1\3-nin qapalı yerini dəyişən sınığı, sol bud nahiyyəsinin yuxarı 1\3-nin və sol əl nahiyyələrinin sıyrıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş və Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnməklə tam yararsız vəziyyətə düşərək 12164 manat 24 qəpik məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, «9953» nömrəli taksi xidmətində özünə məxsus «Mercedes Benz 190» minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə fəaliyyət göstərir. Bu xidmətin ona verdiyi sifariş əsasında xx.xx.2019-cu il tarixdə, saat təxminən 15.30 radələrində Bakı şəhəri, Təzə Bazarının yaxınlığında tanımadığı sərnişin qızı idarə etdiyi maşına götürüb Sumqayıt şəhərinə yola düşmüşdür. O, şəhərin çıxışında olan tuneldən çıxaraq yolunu davam etmiş, həmin vaxt yolda sıxlıq əmələ gəlmişdir. Bir yük maşını sol tərəfdən onu ötmək istədiyi üçün fikri həmin maşında qalmışdır ki, hadisə baş verməsin. Bu zaman maşının sağ arxa qanadına başqa bir maşının toqquşduğunu hiss etmiş, dərhal maşını sola istiqamətləndirmişdir. Maşının hərəkətini düzəldərək öz hərəkət zolağı ilə hərəkət etdiyi zaman görmüşdür ki, onun sağ tərəfinə dəyən digər maşın yolun sağ tərəfindəki taxtabeton maneə çırpılıb dayanmışdır. Dərhal öz maşınını saxlayıb hadisə yerinə getmişdir. Maşının qabaq oturacaqlarında sürücü və sərnişin hər ikisi kişi olan şəxslər hərəkətsiz idi. Hadisə yerinə toplaşan insanlarla birlikdə maşının içərisində sıxılıb qalmış bu iki nəfəri çıxararaq asfalta uzatmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerini müəyinə etdikdə o da hadisənin baş verdiyi yeri, hərəkət etdiyi istiqaməti göstərmişdir. Hadisədən əvvəl və hadisə zamanı maşını təxminən 50-60 km/saat surətilə idarə etmişdir. İbtidai istintaq zamanı ifadələrini təsdiq etmir. Belə ki, müstəntiq onun adından ifadə protokolunda yanlış olaraq yazmışdır ki, guya o, idarə etdiyi avtomobili yolun sağ hərəkət zolağı ilə təxminən 80 km/saat sürətlə hərəkət edirmiş, həmin vaxtı ondan arxada solda nəqliyyat vasitələri hərəkətdə olmuş, lakin onun sağı boş olmuş, qarşıda yolun sağında yerləşən “Rahat” marketə çata-çatda sürət həddini təxminən 50-60 km/saat həddə salmış, avtomobilin benzini az olduğundan yolun sağında yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinə dönmək və oradan avtomobilə benzin vurmaq məqsədi ilə avtomobilin sağa dönmə işığını yandırıb sağ yan güzgüdən arxaya baxaraq arxada sağda hər hansı bir avtomobil gəlmədiyini görüb idarə etdiyi avtomobilin sükanını sağa döndərib yanacaq doldurma məntəqəsinə tərəf istiqamətləndirmiş, o sağa istiqamətlənib yanacaq doldurma məntəqəsinə dönmək istəyərkən gözlənilmədən ondan arxada sağda çox yüksək sürətlə gələn “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilə çatdığını və həmin avtomobilin qabaq sol küncünün onun idarə etdiyi avtomobilin arxa sağ yan tərəfinə dəydiyini sağ yan güzgüdən görmüşdür. Onların avtomobilləri toqquşduğunu görən kimi idarə etdiyi avtomobili sola qaçırmış və idarə etdiyi avtomobili sola qaçırdıqdan bir neçə saniyə sonra bərk səs eşitmişdir. O da idarə etdiyi avtomobili yolun sağında saxlamışdır. Yerə düşüb geri qayıdan zaman görmüşdür ki, onun avtomobili ilə toqquşan “Khazar SD” markalı avtomobil toqquşmadan sonra yolun sağına istiqamətlənib yolun sağında olan yanacaq doldurma məntəqəsinin başlanğıcında yerləşən taxta-beton maneə dəymişdir. Avtomobilin içərisində olan sürücü və sərnişinin öldüyü müəyyən edilmişdir. O 102 zəng sisteminə zəng etmiş və həmin vaxtı artıq hadisə yerinə polis əməkdaşları gəlmişlər. Meyitlər avtomobildən çıxarılmış və meyitxanaya yola salınmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə baxışda iştrak etmişdir. Hal-hazırda onun adından yazılmış bu ifadəni təsdiq etmir. Məhkəmədə verdiyi ifadənin həqiqi ifadə kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüqüqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, sonuncunun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Rəşad xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində dostu Zərərçəkmiş şəxs2 idarə etdiyi «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toya gedəcəyini deyərək evdən çıxmışdır. Həmin vaxtdan təxminən yarım saat keçmiş məlumat almışlar ki, qardaşı Rəşadın olduğu Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobi Bakı-Quba-Dağıstan yolunda yol-nəqliyyat hadisəsinə uğramış və vəfat etmişdir. Rəşadın meyiti tibbbi ekspertizadan müayinədən keçdikdən sonra aparıb dəfn etmişlər. Təqsirləndirilən şəxs qardaşının dəfni ilə bağlı heç bir köməyi olmamış, buna baxmayaraq ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, yol nəqliyyat qəzasında vəfat etmiş Zərərçəkmiş şəxs2 onun oğlu idi. Oğlunun lizinqlə götürdüyü «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var idi. Həmin avtomobil hadisəyə qədər saz vəziyyətdə olmuşdur. xx xxxxxx 2019-cu ildə saat 15 radələrində oğlu Zərərçəkmiş şəxs2 həmin avtomaşınla toya gedəcəyini deyib evdən çıxmışdır. Həmin gün saat 20 radələrində məlumat almışdır ki, oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil Bakı-Quba-Dağıstan yolunda Yol nəqliyyat hadisəsinə uğramış və bunun nəticəsində oğlu hadisə yerində vəfat etmişdir. Oğlu ilə birlikdə maşında olmuş Zərərçəkmiş şəxs1 da aldığı xəsarətlərdən vəfat etmişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun yasına gəldikdə üzrxahlıq etmək əvəzinə sübut etməyə çalışırdı ki, hadisəyə səbəb oğlunun idarə etdiyi maşının yüksək sürətlə gəlməsi olmuşdur. Lakin ibtidai istintaq zamanı hadisənin video görüntüsünə baxdıqda əmin olmuşdur ki, günah elə Təqsirləndirilən şəxs özündə olmuşdur. O, idarə etdiyi «Mersedes» markalı maşını ilə yüksək sürətlə öz hərəkət zolağından sağ qıraq zolağa girməklə oğlunun həmin zolaqla idarə etdiyi maşina maneə törətmiş, oğlu Təqsirləndirilən şəxs maşını iə toqquşmanın qarşısını almaq məqsədilə avtomobili sağa qaçıraraq yolun sağ kənarında beton qoruyucusuna çırpmış, nəticədə maşında dağılmış, maşının içində olan oğlu və sərnişini ölmüşlər. Təqsirləndirilən şəxs müdafiəçisinin guya işə əlavə olunmuş qəzanı əks etdirən SD disklərdə əks olunmamasını bildirməsi həqiqətə uyğun deyildir. 4 diskdən birində maşınların toqquşması anı öz əksini tapmışdır. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi və mülki iddaçı qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, bu iş üzrə keçən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. Belə ki, hadisə vaxtı əzilmiş Khazar SD minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqşünas işlədiyi Zərərçəkmiş şəxs3 MMC-ə məxsus olmuşdur. Həmin maşın xx xxx 2019-cu il tarixdə müqavilə əsasında Mövsümov Mirmurad Mirkamil oğluna verilmiş, sonuncu isə həmin avtomobili etibarnamə ilə Zərərçəkmiş şəxs2 idarə etmyə vermişdir. xx xxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs2 idarə etdiyi həmin avtomobil Bakı-Quba-Dağıstan yolunda YNH-i nəticəsində əzilmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Bununla da Zərərçəkmiş şəxs3 MMC-yə 12164.24 manat məbləğində zərər vurmuşlar. Məhkəməyə bununla bağlı iddia ərizəsi təqdim etmiş, lakin iddia ərizəsinin yekun hissəsində zərərin məbləği səhvən 1216.24 manat kimi göstərilmişdir. Bununla əlaqədar dəqiqləşdirmə aparmaq üçün əlavə arayış təqdim edəcəkdir. Həmin zərərin Təqsirləndirilən şəxs tutulmasını xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varislərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisinin DİN-nin Baş Dövlət X12 rəisinə ünvanladığı 29.11.19-cu il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə, saat 15:50-da Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci kilometrliyində Zərərçəkmiş şəxs2 idarə etdiyi «Khazar SD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istitqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 190» minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra «Khazar SD» minik markalı avtomobil istiqamətini dəyişərək yolun sağına çıxıb yolun kənarında olan beton-taxta maneə ilə toqquşmuş, nəticədə «Khazar SD» minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşlər. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, hadisə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermişdir. Toqquşma yolun sağ kənarında 1-ci zolaqda sağdan 0,60 metr məsafədə baş vermişdir. Hər iki avtomobil Quba rayonu istiqamətində hərəktdə olmuşlar. «Khazar SD» markalı avtomobil yolun sağında olan beton-taxta maneyeyə dəyib dayanmış, «Mersedes Benz» markalı avtomobil isə qabaqda yolun sağ hissəsində dayanmışdır. Məhkəmədə tədqiq edilmiş «nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, «Khazar SD» markalı nəqliyyat vasitəsinin qabaq hissəsi, qabaq sol yan hissəsi əzilmiş, dağılmışdır. Avtomobilin dam hissəsi əzilmişdir. Qabaq sol təkərdə hava təzyiqi zərbənin təsirindən azalmış, qabaq ön şüşə sınmış vəziyyətdədir. Məhkəmədə tədqiq edilmiş «nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, «Mersedes Benz» markalı avtomobilin arxa sağ qanadı və arxa sağ qapısı əzilmiş və zədələnmiş vəziyyətdədir. Məhkəmədə tədqiq edilmiş 29.113.2019-cu il tarixli, 4627 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli «qətimkan tədbirin seçilməsi haqqında» qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam tətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 110 saylı, xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı həyatla bir araya sığmayan xəsarət- qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar, sol bud sümüyünün orta 1\3-nin qapalı yerini dəyişən sınığı, sol bud nahiyyəsinin yuxarı 1\3-nin və sol əl nahiyyələrinin sıyrıqları aşkar edilmişdir. Həmin xəsarət ümumilikdə həyatidirlər küt əşya təsiri nəticəsində törənmişlər. xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin maneyə ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb-həyatla bir araya sığmayan xəsarətqapalı kəllə beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2019-cu il,saat 20-30-dan) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil sprtli aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 111 saylı, xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı daxili qanaxma ilə müşaiət olunan ağ ciyərlərin cırılması, sol tərəfli 4-5-6-7-8-9-cu qabırğaların qapalı sınıqları, sağ bud sümüyünün aşağı 1\3-nin, sağ baldırın orta 1\3-nin, sol baldırın yuxarı 1\3-nin açıq yerini dəyişən sınıqları, sol saidin orta 1\3-nin, sol budun aşağı 1\3-nin qapalı yerini dəyişən sınıqları aşkar edilmişdir. Həmin xəsarət ümumilikdə həyatidirlər küt əşya təsiri nəticəsində törənmişlər. xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin maneyəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb-daxili qanaxma ilə müşaiət olunan ağ ciyərlərin cırılması, sol tərəfli 4-5-6-7-8-9-cu qabırğaların qapalı sınıqları, sağ bud sümüyünün aşağı 1\3-nin, sağ baldırın orta 1\3-nin, sol baldırın yuxarı 1\3-nin açıq yerini dəyişən sınıqları, sol saidin orta 1\3-nin, sol budun aşağı 1\3-nin qapalı yerini dəyişən sınıqları nəticəsində baş vermiş travmatik-hemorrağik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən (xx.xx.2019-cu il saat 20-00) təxminən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil sprtli və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-trassoloji ekspertizasının 31237 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, nəqliyyat vasitələri ilkin kontakt anında «Xəzər SD» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə «Mersedes Benz 190» minik markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı arasında toqquşma təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 3126 saylı, xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, «Mersedes Benz 190» minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq edilmiş BDYPİ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 016- 119946-1219 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə İXP 2723728, xx.xx.2019-cu il tarixdə İXP 2756945, xx.xx.2019-cu il tarixdə İXP 2780502, xx.xx.2019-cu il tarixdə İXP ******* inzibati xəta haqqında protokollar tərtib edilmiş, o cümlədən xx.xx.2019-cu il tarixdə EQ 788957, xx.xx.2019-cu il tarixdə EQ 871278, xx.xx.2019-cu il tarixdə EQ 967249, xx.xx.2019-cu il tarixdə EQ 1106664, xx.xx.2019-cu il tarixdə EQ 1780258, xx.xx.2019-cu il tarixdə EQ 1827007, xx.xx.2019-cu il tarixdə EQ 2024450, xx.xx.2019-cu il tarixdə EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qəarından müəyyən olunur ki, Rzayev X4 Xətallar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüquqi məhdudlaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş BDYPİ-nin Qİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 016- 33354-1220 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə AC seryalı 068941 nömrəli «B» kateqoryalı sürücülük vəsiqəsi verilmiş və o, Binəqədi rayon məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tərixədək müddətinə sürücülük hüququndan məhrum edilmiş, lakin sürücülük vəsiqəsi təqdim etməmişdir. Məhkəmədə tədqiq edilmiş BDYPİ-nin Qİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 016- 38577-1220 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axını dayandırılır. Bu halda müddətin axını müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən hesablanır. BDYPİ-nin Qİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 016-38577-1220 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırıliması müddətinin axını dayandırılır. Bu halda müddətin axını müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən hesablanır.Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tərixədək müddətinə sürücülük hüququndan məhrum edildiyi zaman xx.xx.2017-ci ildə verilmiş AC seryalı 068941 nömrəli «B» kateqoryalı sürücülük vəsiqəsini təqdim edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə görə xx.xx.2019-cu il tarixdə baş vermiş YNH-i zamanı hüquqsuz hesab edilməlidir.Ona görə ona elan ediləcək ittihamda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi göstərilməklə nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan kimi qiymətləndirilməlidir. Belə ki, xx.xx.2019-cu ildə saat 15-50 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermiş yol nəqliyyat hadisəsində Mersedes Benz 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu üçün avtomobillərin toqquşması baş vermişdir. Baş vermiş YNH-i nəticəsində «Khazar SD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 hadisə yerində öldüyündən cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 263-1.4-cü maddəsinin tərkibi vardır. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 MMC-nin xx.xx.2020-ci il tarixli ziyan Aktından görünür ki, «Khazar SD minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermiş YNH-i nəticəsində tam yararsız olmuş və onlara 12164 manat 24 qəpik ziyan dəymişdir. Məhkəmədə tədqiq edilmiş Biləcəri RİH başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 14-19\14 saylı məktubundan görünür ki, xx.xx.2019-cu ildə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermiş YNH-i nəticəsində BRİH-in ərazisində olan yaşıl çəmənliyin kənarında quraşdırılmış beton-taxta qoruyucuya heç bir ziyan dəyməmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, ƏN-İV №894320 saylı etibarnamənin surətindən müəyyən olunur ki, «Mersedes Benz 190» minik markalı ** MR *** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin mülkiyyətçisi X3r, nəqliyyat vasitəsi idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və X2 verilən sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 02 il 04 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 2 faiz pul tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 1111/5 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarının 1.4cü bəndi tətbiq edilməklə islah işləri cəzasından azad edilmiş və xx.xx.2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2009 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə xx.xx.2020-cu il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 MMC-nin 1352 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, MMC-yə dəymiş ziyan “xxxxxxxxxxxx”ASC tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə tövsif etmiş və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübut növləri ilə tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”* Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2013-cü il qərarının 4-cü bəndinə əsasən CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür. Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi maddi tərkibli olmaqla subyektiv cəhətdən ehtiyatsızlıqla xarakterizə olunur. Bu maddə ilə cinayət məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, bu hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada mərhum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma hallarının baş verməsi zəruridir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş müddət hədlərində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut «Mercedes Benz 190» minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı və «Khazar CD» minik markalı, ** PZ *** avtomobillər sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlnılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “23” oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut «Mercedes Benz 190» minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı və «Khazar CD» minik markalı, ** PZ *** avtomobillərin sahiblərinə qaytarılması nəzərə alısın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət materiallarında saxlnılsın. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-745/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-745/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver