Məhkəmə qərarları › İş №1(101)-745/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-745/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-745/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2, müdafiəçi – Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X14 qızının iştirakı ilə, xx.xx.1978-cu ildə Şamaxı rayonunun Pirbəhli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Pirbəhli kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu Qızmeydan kəndində yaşayan barəsində 29.09.2020-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən kəndarası yolun kənarında şəxsi münasibətlər zəminində, yəni şərikli qaydada saxladıqları donuzlara və iribuynuzlu heyvana qulluq etməməsini ona irad bildirən həmkəndlisi Zərərçəkmiş şəxslə aralarında yaranmış münaqişə zamanı başı ilə sonuncunun sifət nahiyəsindən bir zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs məxsus, yaxınlıqda olan «QAZ-31029» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının cibindəki soyuq silah hesab edilməklə tiyə və dəstək hissədən ibarət olub ümumi uzunluğu 195 millimetr ölçüdə olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağını götürüb sonuncunun qarın boşluğundan vuraraq ona qarın divarının sol yarısının daxilə keçən, mədənin yaralanması ilə müşahidə olunan bir ədəd yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 22 ildir tanımaqla, qonşuluqda yaşamışlar, münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və düşmənçilikləri olmamış, birlikdə donuz saxlamaqla, heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşlar. 27.09.2020-ci il tarixdə, saat 18 radələrində evdə olan zaman qonşusu Yuriy istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurub yaşadığı evə gəlməsini və oturub yeyib-içmələrini təklif etmişdir. Arvadı Aygünün kotlet bişirməsini bildirmiş və bişdikdən sonra kotlet götürərək Yuriyin evinə getmiş və 30 dəqiqə sonra dostu, eyni zamanda qohumu olan Kamran da onların yanına gəlmişdir. Həmin tarixdə, saat 20 radələrinə qədər Yuriyin evlərinin həyətində sonuncunun ailə üzvləri və Kamran oturub yemək yeyərək iki nəfərə yarım litr spirtli içki olan araq içmişlər. Saat 20 radələrində o, Kamran və Yuriy birlikdə həyətdə yerləşən tövlədə olan 5 baş donuza yem verməyə getmişlər. Həmin vaxt Yuiry sərxoş halda ona «sən nə üçün mənə donuzlara baxmaqda köməklik etmirsən» bildirdikdə cavab olaraq «bizdə olan sənin iri buynuzlu heyvanına (inək) mən baxıram, sən də bu donuzlara bax» demişdir. Bundan sonra hər üçü birlikdə onun yaşadığı evə getmişlər və orada yeyib-içmək məclislərini davam etdirmişlər. Həmin vaxt o, ailə üzvləri, həmçinin Yuriy, eyni zamanda onlara qonaq gəlmiş bibisi nəvəsi Kamran oturub bir qədər yeyib içdikdən sonra aralarında yüngül sözlə mübahisə yaranmış və Kamran, o və Yuriy stolun arxasından duraraq evin həyətindən çölə çıxmışlar. Bu zaman Yuriy özünə məxsus “QAZ- 31029” markalı avtomobilin qapısını açaraq, qapının içərisində, 1 (bir) ilə yaxın müddətdir ki, avtomobilin qapısında gəzdirdiyi bıçağı götürüb qapını bağlamışdır. Həmin vaxt Yuriy ona yaxınlaşmış və onlar mübahisə edən zaman Yuriy onun yaxasından tutaraq əlindəki bıçağı boğazına dirəmişdir. Yuriydən nə səbəbə boğazına bıçaq dirəməsini soruşduqda sonuncu ona heç bir söz deməmiş, bu vaxt Yuriyin onun boğazına bıçaq dirəməsindən əsəbiləşib əlində olan bıçağı Yuriyin qarınına soxmuşdur. 27.09.2020-ci il tarixdə, saat 18:00 radələrində qonşuları Yuriyin təklifi ilə evinə qonaq gedərkən tək getmiş, 30 dəqiqə sonra qohumu Kamran gəlmişdir. Yuriyin evində isə qayınatası İvan, həyat yoldaşı və qızı olmuşdur. Əvvəllər avtomobili idarə edərkən həmin bıçağın avtomobilin sol qapısında olmasını görmüşdür. Yuriylə 22 ildir dostdur və şərikinə təsərrufatla məşğul olmuşlar, lakin aralarında yaranan mübahisə və bir azda spritli içki içmələri səbəbindən, eyni zamanda Yuriyin əlində olan bıçağı onun boğaz nahiyəsinə dirəməsi səbəbindən o, Yuriyin əlində olan bıçağı alıb sonuncunun qarın boşluğuna xəsarət yetirmişdir. Yuriy bıçağı boğazına dirədikdə ilk olaraq sonuncunu başı ilə vurmuş daha sonra əlində olan bıçağı alıb qarın boşluğundan xəsarət yetirmişdir. Həmin hadisə 21:30 radələrində baş vermişdir. Kamran hadisəni görmüşdür, çünki, hadisə vaxtı onlarla birlıikdə olmuş, eyni zamanda hadisəni arvadı Aygün də görmüşdür. Baş vermiş hadisə 27.09.2020-ci il tarixdə, saat 21:30 radələrində Şamaxı rayonu Qızmeydan kəndində ona məxsus olan fərdi yaşayış evinin çöl darvazasının qarşısında, kəndin ortasında olan ara məhlənin kənarında olmuşdur. Əvvəl ifadə verərkən qorxduğu üçün yalan ifadə vermişdir. Psixoloji müayinə zamanı əsəbi olmağını, Yuriyi əvvəldən tanımasını, hadisə olan günü hər ikisinin spritli içki qəbul edib sərxoş olmalarını, eyni zamanda hadisə zamanı Yuriyin bıçaqla ona xəsarət yetirməsi səbəbi ilə boğazına dirəməsindən əsəbiləşərək bıçağı Yuriyin əlindən dartıb alaraq qarınına vurub ona xəsarət yetirməsini bildirmişdir. O, bildirmişdir ki, Zərərçəkmiş şəxs 22 ildir tanıyır, qonşudurlar, həm də uşaqlıq dostu olublar, birlikdə böyüyüblər. Hazırda Yuriy ilə barışmış, onun bütün müalicə xərclərini çəkmiş və dəymiş ziyan tərəfindən tam ödənilmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 21 ilə yaxın müddətdir ki, tanımış, eyni kənddə qalmaqla qonşu olmuşlar, daima münasibətləri normal olmuş, aralarında düşmənçilikləri olmamışdır. Şamaxı rayonunun Qızmeydan kəndində yaşadığı evin həyatyanı sahəsində olan damda 5 (beş) baş donuz saxlamaqla, ona məxsus 1(bir) baş iribuynuzlu heyvanı isə Təqsirləndirilən şəxs saxlamış, son zamanlar Həmid Həmidov yuxarıda qeyd etdiyi heyvanların saxlanılmasında ona kömək etməmiş və o, bir neçə dəfə sonuncuya öz iradını bildirmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. 27 sentyabr 2020-ci il tarixdə, saat 18:00 radələrində qonşusu Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin həyətində oturub spirtli içki, yəni araq içmişlər. Həmin vaxt Həmidə öz iradını bildirərək demişdir ki, «nə üçün donuzları saxlamaqda mənə kömək etmirsən». Bu zaman Həmid isə ona bildirmişdir ki, «həyat yoldaşı Şahid4 da sənin bir baş iribuynuzlu heyvanına baxır». Həmidə «mən donuzlara, sənin həyat yoldaşın Aygün isə 1(bir) baş inəyə baxır, bəs sən nə ilə məşğul olursan, sən niyə heyvanlara qulluq etməkdə mənə kömək etmirsən» demiş, bu söhbətdən sonra o, və Həmid, həmçinin onun tanışı Həmidə məxsus olan evin həyətyanı ərazisinə getmişlər, orada Həmidin həyətində oturub məclislərini davam etdirərək yenidən spirtli içki qəbul edib yemək yeməyə başlamışlar. Elə həmin vaxt qonşusu Həmid yenidən donuzla bağlı məsələdən danışmağa başlamış və onlar evin qarşısına çıxmışlar. Qonşusu Həmid özündən razı vəziyyətdə onunla kobud danışaraq üzərinə gəlmiş və o, sonuncunu sakitləşdirmək məqsədi ilə yaxasından yapışan zaman Təqsirləndirilən şəxs başı ilə onun sifət nahiyəsinə vurduqdan sonra əlindəki bıçaqla qarın boşluğuna vurmuşdur. O, əli ilə qarnını tutub kənara çəkilən zaman qonşusu Həmid dizi üstə yerə oturub qışqıraraq guya onun onu öldürmək istədiyini demişdir. Həmin vaxt Həmid onun qarın nahiyysindən qan axdığını görüb qorxaraq onu özünə məxsus olan QAZ-31029 markalı, avtomobilinə əyləşdirib xəstəxanaya aparmaq üçün özü idarə etməklə Şamaxı şəhəri istiqamətində yola çıxmışlar, yolda Həmid avtomobili tək idarə etmiş, Həmidə avtomobilin sürətini azaltmağı bildirsə də, onu dinləməyərək avtomobili yüksək sürətlə idarə etmiş və Həmid yüksək sürət nəticəsində Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və onu xəstəxanaya aparmaq üçün Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerinə təcili tibbi yardım maşını çağırmış və o, təcili tibbi yardım maşını ilə Şamaxı RMX-na gətirilmiş və orada onu əməliyyat etmişlər. Mübahisə edərkən Həmidi vurmamış, heç bir xəsarət yetirməmişdir. Həmin hadisə zamanı Həmidin həyat yoldaşı Aygün də, orada olmuşdur. Həmin hadisədən bir neçə saat əvvəl avtomobil Həmidin evinin qarşısında olmuş, adətən avtomobilini çox vaxt orada saxlamışdır. Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi qatlanmayan bıçağın avtomobilin sol qapısının cibində olduğunu əvvəlcədən bilmişdir. Hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs bildirmişdir ki, «sən niyə belə edirsən, mən iribuynuzlu heyvan almağa bu qədər pul vermişəm, sən isə mənim malıma yaxşı baxmırsan», sonuncu da əvəzində ona «mən beləyəm, yaxşı edirəm, səni məhv edərəm» deyərək üstünə gəlmiş, onun boğazından əlləri ilə yapışıb «sən heç kimsən, mənimlə heç kim belə danışa bilməz» demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun sifət və burun nahiyəsinə başı ilə vurmuş, daha sonra əlində olan bıçaqla qarın nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs bıçağın ona məxsus olan avtomobilin qapısında olmasını əvvəlcədən bilmiş və o, həmin bıçaqdan daha əvvəllər də məişət işlərində istifadə etmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq ona məxsusdur, həmin bıçaqdan lazım olanda məişət işlərində istifadə etmişdir. Təqsirləndirilən şəxs konkret olaraq onu Şamaxı rayonunun Qızmeydan kəndində özünə məxsus olan evin cöl qapısının qarşısında əlində olan bıçaqla vurub xəsarət yetirərkən və həmin vaxt orada onlar mübahisə edərkən kiminsə olmasını görməmiş, lakin Həmid onu vurandan sonra hadisə yerində onun həyat yoldaşı Aygünü görmüş, başqa kiminsə olmasını xatırlamır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hazırda təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbinin olmadığını, onunla barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşamaqla tez-tez, sonuncu dəfə isə 2020-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı Bakı şəhərindən Şamaxı rayonunun Qızmeydan kəndinə valideynlərinin yanına gəlmişdir. 27 sentyabr 2020-ci il tarixdə, saat 19 radələrində qonşuları Həmid atası Yuraya zəng vuraraq evlərinə qonaq dəvət etmiş, həmin vaxt anası Zoya atasına bildirmişdir ki, «heç bir yerə getmə, Həmidə deki mən evdə heç şey hazırlamamışam, gəlsin burada yeyin, için». Atası Yuriy yenidən Həmidə zəng vurub demişdir ki, «gəl bizdə yeyək-içək». Həmid də onun atasına bildirmişdir ki, «həyat yoldaşım Aygün kotlet bişirir, hazır etsin gəlirəm» və bir az müddət keçdikdən sonra Təqsirləndirilən şəxs əlində olan kotletlə onların evə gəlmiş və bir müddət keçdikdən sonra Həmidin adını bilmədiyi tanışı da onlara gəlmiş, onlar bir qədər oturub yeyib və spritli içki olan araq içmişlər və daha sonra atası ilə anası donuzlara yem vermək üçün tövləyə getmişlər, onların arxasıyca isə qonşuları Həmid onlara gələn tanışı ilə valideyinlərinin yanına getmişlər və bir az keçdikdən sonra atası, Həmid və onun tanışı onlardan çıxıb qonşuları Həmidgilə Həmidin təkidi ilə getmişlər. Daha sonra o, və anası dəfələrlə atası Yuriyə zəng vursalar da atası onların zənglərinə cavab verməmişdir. Həmin günün səhəri, yəni 28.09.2020-ci il tarixdə ona məlum olmuşdur ki, qonşuları Həmid öz evlərində atasını bıçaqla vurub ona xəsarət yetirmişdir. O, ilk öncə, yəni 28.09.2020-ci il tarixdə səhər saatlarında kənd caamatından eşitmişdir ki, qonşuları Həmid atası Yuriyi bıçaqla vurub ona xəsarət yetirmişdir. Dərhal o, Şamaxı rayon xəstəxanasına anası Zoya ilə birlikdə gəlmişlər və onlar xəstəxanaya gələndə atası Yuriy onlara bildirmişdir ki, 27.09.2020-ci il tarixdə axşam saatlarında dostu Həmid bıçaqla onu vurub ona ağır xəsarət yetirmişdir. Qonşuları Həmid atası Yuriylə onların evində yeyibiçən zaman aralarında heç bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxs atası Yuriyə xəsarət yetirdiyi bıçaq Təqsirləndirilən şəxs məxsus olmamış, həmin bıçaq onun atası Yuriyin bıçağı olmuş və demək olar ki, bir neçə ildir həmin bıçaq atasına məxsus olan avtomobildə olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə onların evində Təqsirləndirilən şəxs, atası Yuriy Vladimiroviç, o, anası Zoya və Həmidin tanışı, adını sonradan bildiyi Kamran adlı şəxs olmuşdur. Atası və qonşuları Həmid onların həyətdə olan zaman aralarında heç bir mübahisə olmasa da, ona məlum olmayan məsələ ilə bağlı aralarında narahatçlıqları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 27 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində əri Yuriy evdə olan zaman qonşuları Həmid ərinə zəng vuraraq demişdir ki, «gəl bizə yeyib-içək». Həmin vaxt o, Yuriyə bildirmişdir ki, «sən getmə, mən özüm yemək-içmək hazır edəcəm, Həmid də gəlsin burada oturun yeyin-için». Yuriy Həmidə zəng vuraraq demişdir ki, «gəl bizdə oturaq, yeyək-içək». Həmin vaxt Həmid Yuriyə bildirmişdir ki, «Aygün katlet bişirsin, gəlirəm». Bir müddət keçdikdən sonra Həmid onlara gəlmiş və oturub yeyib-içən zaman qısa bir vaxtdan sonra, yəni təxminən 1 saatdan sonra Həmidin adını bilmədiyi tanışı da onlara gəlmiş və bir qədər oturub yeyib-içdikdən sonra əri Yuriylə birlikdə tövləyə gedərək donuzlara yem verən zaman qonşuları Həmid Kamranla onların yanına tövləyə gəlmişdir. Həmin vaxt Həmid Kamrana bildirmişdir ki, «burada təsərrüfatı artıracayıq». Bundan sonra Həmidgil onlardan getmək istəyən zaman onlara da təklif etmişlər ki, «gəlin gedək bizdə oturaq». O, razı olmamış, çünki evdə azyaşlı və körpə uşaqlar olmuşdur. Lakin əri Yuriy Həmidin təkidi ilə getmişdir. Bundan sonra o, bir neçə dəfə Yuriyə zəng vursa da o, zənglərinə cavab verməmişdir. Həmin günün səhəri, yəni 28 sentyabr 2020-ci il tarixdə o, eşitmişdir ki, qonşuları Təqsirləndirilən şəxs onun əri Yuriy Vladimiroviçlə mübahisə etmişlər və nəticədə Həmid Yuriyi biçaqla vurmuş və onlara məxsus avtomaşınla Yuriyi xəstəxanaya apararkən yolda avtoqəza da törətmişdir. O, ilk öncə 28.09.2020-ci il tarixdə səhər saatlarında kənd caamatından eşitmişdir ki, qonşuları Təqsirləndirilən şəxs əri Yurini Şamaxı rayon Xəstəxanasına aparmışdır. Dərhal Şamaxı rayon xəstəxanasına gəlmiş və xəstəxanada Yuriy ona bildirmişdir ki, 27.09.2020-ci il tarixdə axşam saatlarında dostu Həmid bıçaqla onu vurub, ona ağır xəsarət yetirmişdir. 27 sentyabr 2020-ci il tarixdə onların evində Təqsirləndirilən şəxs, Həmidin dostu Kamran, əri Yuriy Vladimiroviç, atası İvan Vasilyeviç, qızı Alena və azyaşlı uşaqları olmuşlar. Əvvəl qonşuları Həmidlə əri Yuriy arasında mübahisə olmasını görməmiş və eşitməmiş, onların həyətində olan zaman aralarında heç bir mübahisə baş verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 28 sentyabr 2020-ci il tarixdə yaşadığı Şamaxı rayonunun Qızmeydan kəndində olarkən kənd camaatının onun qardaşı Həmidin həmkəndlisi olan Yuri ilə aralarında mübahisənin baş verdiyini və nəticədə Həmidin Yuriyi bıçaqladığını eşitmişdir. O, dərhal qardaşı Həmidgilə getmiş, orada mənə məlum olmuşdur ki, 27 sentyabr 2020-ci il tarixdə həmkəndlisi Yuriy və qardaşı Həmid mübahisə etmişlər. Həmin vaxt o, dərhal Şamaxı rayon polis şöbəsinə gəlmiş və nə baş verdiyini soruşarkən ona məlum olmuşdur ki, qardaşı Həmid və həmkəndlisi Yuriy 27 sentyabr 2020-ci il tarixdə axşam saatlarında qardaşı Həmidgilin evlərinin həyətində oturub yeyib-içən zaman mübahisə etmişlər, nəticədə qardaşı Həmid həmkəndliləri Yuriyi bıçaqla vurub ona xəsarət yetirmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin hadisənin baş verməsini kənd caamatından eşitmişdir. O, birinci dəfədir ki, onların, yəni Yuriylə qardaşı Həmidin mübahisə etməklərini eşitmiş, çünki onlar həmişə yaxın dost münasibətində olmuşlar. Qardaşı Həmidlə dostu Yuriyin birlikdə donuz saxlamalarından məlumatı oldmuş, donuzları Yuriy almış və özü baxmışdır, Yuriyə məxsus bir baş iribuynuzlu heyvanı isə Həmid öz həyətində saxlamışdır. Məhkəmədə ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Şamaxı rayonu Qızmeydan kəndində yaşayan qohumu Həmidgilə gəlmiş və 27.09.2020-ci il tarixdə Həmidgildə olarkən sonuncu dostu Yuriylə telefonla danışmış və Həmid arvadı Aygünün kotlet bişirməsini demiş və bir az keçdikdən sonra Həmid 27.09.2020-ci ildə saat 18 radələrində kotletləri götürərək dostu Yuriygilə getmiş, üstündən bir az keçmiş o, da Həmidin arxasınca getmiş və o, Yuriygilə gedəndə Həmid və Yuriyin evdə oturub yemək yeyib spritli içki olan araq içdiklərini görmüşdür. Daha sonra Həmid və Yuriy mal-tövləsinə donuzlara baxmağa gedərkən arxalarınca getmiş və donuzlara baxmaq üstündə Həmidlə Yuriyin arasında sözlə mübahisə yaranmış, onlar donuzlar saxlanılan tövlədən çıxıb həyətə gəlmişlər, orada Həmid Yuriyə bildirmişdir ki, «gedək bizə». Həmid və Yuriylə birlikdə Həmidgilin evinə gedərək orada Həmidlə Yuriy öz məclislərinə davam etmişlər, bundan sonra sonuncular yenidən donuzlarla bağlı mübahisə etməyə başlamışlar və bu mübahisə evin çöl qapısının qarşısında davam etmişdir. Həmid və Yuriy bir-biriləri ilə dalaşmağa başlamışlar, ilk olaraq Həmid başı ilə Yuriyə vurmuş, onları aralaşdırmaq istəyərkən Yuriyin qarnını tutmasını və qarnından bıçaq zərbəsi almasını görmüş, Həmid Yuriyə məxsus olan “QAZ-31029” markalı avtomobili işə salaraq Yuriyi avtomobilin qabaq sağ oturacağında əyləşdirib, avtomobillə Şamaxı rayon Qızmeydan kəndindən çıxıb Şamaxı rayon Mərkəzi xəstəxanasına gəlmək üçün rayon mərkəzi istiqamətində getmişlər. 27.09.2020-ci il tarixdə, saat 18:00 radələrində Həmidin dostu və qonşusu Yuriyin evinə qonaq gedərkən tək getmiş, Yuriyin evində də arvadı və qızı olmuşdur. Yuriyə məxsus evdə donuzları yemləyərkən yüngül mübahisə olmuş və bunu Yuriyin ailə üzvləri bilməmiş, qaynatası İvan isə donuzların arasında olduğundan ola bilsin eşitməmişdir. Yuriylə Həmid arasında yaranmış mübahisəni görmüş, aralaşdırmaq istəyərkən həmçinin Yuriyin qarnından qan axdığını görmüş, nə olduğunu soruşanda Yuriy Həmid bıçaqla onu vurduğunu demişdir. Bundan sonra isə Həmid Yuriyi xəstəxanaya aparmışdır. Baş vermiş hadisə 27.09.2020-ci il tarixdə, saat 21:30 radələrində Şamaxı rayonu Qızmeydan kəndində Həmidə məxsus olan fərdi yaşayış evinin çöl darvazasının qarşısında, kəndin ortasında olan ara məhlənin kənarında olmuşdur. Məhkəmədə ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 27 sentyabr 2020-ci il tarixdə yaşadığı evdə olarkən əri Təqsirləndirilən şəxs istəyi ilə bir neçə kotlet bişirdikdən sonra sonuncu kotletləri götürərək qonşuluqda yaşayan rus milliyətindən olan Zərərçəkmiş şəxs evinə getmişdir. Saat 20 radələrində Həmid, Yuriy və Həmidin qohumu Kamran onların evinə gəlmişlər və evdə oturub bir azda yemək yeyib sipritli içki qəbul etmişlər. Həmidlə Yuriy arasında donuzlarla bağlı mübahisələr yaranmış və daha sonra saat 21 radələrində Həmid və Yuriy mübahisə edə-edə evin darvazasının qarşısına çıxmışlar. Arxalarınca çıxmış və evlərinin darvazasının qarşısında mübahisə yaranmışdır. Həmid başı ilə Yuriyin sifətinə vurmuş, həmin vaxt o, Həmidi çağırsa da, ona məhəl qoymamış, Həmidin qohumu Kamran onları aralaşdırmaq istəyərkən Yuriyin qarın nahiyəsindən qan axdığını görmüş və həmin vaxt Həmid Yuriyi onun özünə məxsus olan avtomobilinə əyləşdirib xəstəxana tərəfə aparmışdır. Bundan sonra Həmid ona yerdə olan bıçağı götürməsini bildirdiyi üçün yerdə olan qanlı bıçağı götürüb həyətdə olan su çəninin altında gizlətmiş və bu hadisədən sonra Kamran ailəsi ilə birlikdə yaşadıqları Bakı şəhərinə getmişdir. 28.09.2020-ci il tarixdə polis əməkdaşları evlərinə gəlmişlər və o, hadisədə istifadə olunmuş bıçağı öz istəyi ilə könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin hadisənin baş verdiyi vaxt orada olmuş və Həmidlə Yuriyin mübahisə etməsini görmüş, lakin bıçağla Yuriyə kimin və necə xəsarət yetirməsini görməmişdir. İlk öncə bıçağı gizlətməkdə məqsədi o olmuşdur ki, bıçaq polislərin əlinə keçməsin, lakin sonradan o, həmin bıçağı polis əməkdaşlarına vermişdir. Birinci dəfə idi ki, Yuriylə Həmidin mübahisə etmələrini eşitmiş, hər zaman yaxın dost münasibətində olmuşlar. Həmidlə həmkəndliləri Yuriyin birlikdə donuz saxlamalarından məlumatı olmuş, Həmidlə Yuriy birlikdə donuz saxlamışlar, donuzları Yuriy almış və özü baxmışdır. Yuriyə məxsus bir baş iribuynuzlu heyvanı, yəni inəyi öz həyətində saxlamışdır. O, polis əməkdaşlarına könüllü olaraq təqdim etdiyi bir ədəd bıçağın kimə məxsus olmasını bilməmiş, həmin bıçaq Həmidin olmamış, çünki o, bu vaxtadək Həmiddə elə bir bıçaq görməmişdir. Təqsirləndirilən şəxs 22 illik tanışı, dostu olan Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsinin səbəbi hər ikisinin 27.09.2020-ci il tarixdə həddindən artıq spritli içki qəbul etmələri nəticəsində aralarında baş vermiş mübahisə olmuşdur. Mübahisələrinin nədən ibarət olmasını dəqiq bilməmiş, rus dilində danışdıqları üçün başa düşməmiş, hər ikisi 27.09.2020-ci il tarixdə həddindən artıq spritli içki qəbul etmişlər, ol bilsin ki, içkinin təsirindən aralarında belə bir mübahisə yaranmışdır. Həmid spritli içkinin təsirində olduğundan öz dostu Yuriyə bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Yuriy evdə olan zaman qonşuları Həmid Yuriyə zəng vuraraq demişdir ki, «gəl bizə yeyib-içək». Həmin vaxt Zoya Yuriyə bildirmişdir ki, «sən getmə, mən özüm yemək-içmək hazır edəcəm, Həmid də gəlsin burada oturun yeyin-için». Yuriy qonşuları Həmidə zəng vuraraq demişdir ki, «gəl bizdə oturaq yeyək-içək». Həmin vaxt Həmid Yuriyə bildirmişdir ki, «Aygün katlet bişirsin, gəlirəm». Bir müddət keçdikdən sonra qonşuları Həmid onlara gəlmiş və onlar oturub yeyib-içən zaman qısa bir vaxtdan sonra, yəni təxminən 1 saatdan sonra Həmidin adını bilmədiyi tanışı onlara gəlmiş və onlar bir qədər oturub yeyib-içdikdən sonra, o, qızı Zoya və Yuriy tövləyə getmişlər və donuzlara yem verən zaman qonşuları Həmid adını bilmədiyi dostu ilə onların yanlarına tövləyə gəlmişdir. Həmin vaxt Həmid dostuna bildirmişdir ki, «burada təsərrüfat artıracayıq». Bundan sonra Həmidgil onlardan getmək istəyən zaman onlara da təklif etmişdir ki, «gəlin gedək bizdə oturaq». O, razı olmamışdır, lakin Yuriy qonşuları Həmidin təkidi ilə getmişdir. Həmin günün səhəri, yəni 28 sentyabr 2020-ci il tarixdə o, eşitmişdir ki, qonşuları Təqsirləndirilən şəxs Yuriy Vladimiroviçlə mübahisə etmişlər və nəticədə Həmid Yuriyi biçaqla vurmuş və Yuriyin özünə məxsus avtomaşını ilə onu xəstəxanaya apararkən yolda avtoqəza da törətmişdir. O, ilk öncə, yəni 28.09.2020-ci il tarixdə səhər saatlarında kənd caamatından eşitmişdir ki, Yuriyi Həmid bıçaqla vurub ona xəsarət yetirmiş və Yuriyə məxsus avtomaşınla onu Şamaxı rayon xəstəxanasına aparmışdır. O, qızı Zoya ilə telefon əlaqəsi yaradıb Yuriyi kimin vurmasını soruşmuş və Zoya ona bildirmişdir ki, «Yuriy deyir ki, Həmid vurub məni». Bundan əvvəl qonşuları Həmidlə qızının həyat yoldaşı Yuriy arasında heç bir vaxt mübahisələri olmamışdır. Onlar, yəni Yuriy və qonşuları Həmid onların həyətdə olan zaman aralarında heç bir mübahisə baş verməmişdir. Hadisənin harada və nə vaxt olması barədə dəqiq məlumatı olmasa da qızı Zoyanın deməsinə görə hadisə Həmidgilin evinin qarşısında, saat 21:30 radələrində olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini də sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs Seidağa oğlunun törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş 28 sentyabr 2020-ci tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 təqdim etdiyi hadisə yerinə baxış keçirilmiş, hadisənin Şamaxı rayonu Qızmeydan kəndində Təqsirləndirilən şəxs məxsus yaşayış evinin darvazasının qarşısında baş verməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 29.09.2020-ci il tarixli, 438 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – Qarın divarının sol yarısının daxilə keçən mədənin yaralanması ilə müşahidə olunan bir ədəd yara 27.09.2020-ci il tarixdə kənar şəxs tərəfindən bir tərəfi iti, digər tərəfi küt olan bıçaqla yetrilməyə uyğun gəlir. Həmin xəsarət ekspertizaya təqdim olunmuş bıçağın, eləcə də ona oxşar digər deşci-kəsici alətin təsirindən törənməsi mümkün olduğu, Zərərçəkmiş şəxsın almış olduğu xəsarətlər yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa Agır zərər vurmaya aid olduğu, Zərərçəkmiş şəxs xəsarət alarkən ayaq üstə və ona yaxın vəziyyətlərdə olduğu, Zərərçəkmiş şəxsın paltarında aşkar edilmiş zədə yeri, bədənindəki xəsarət yerinə uyğun gəldiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17.12.2020-ci il tarixli 67 saylı ekspert rəyində məhkəmə-psixatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlərinin aşkar olunmadığı, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunduğunu və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi onun halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs təlqinə qapılmaq, özündən uydurmaq və digər bu kimi hallar müşahidə olunmur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-trasoloji və məhkəməkriminalistik ekspertizaya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25.12.2020-ci il tarixli 3/1956, 3/1957 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş yazı qeydləri olan bağlamadan aşkar edilmiş. Bir ədəd köynəyin ön hissəsində rəyin tədqiqi hissəsində təsvir edilmiş üç ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. - Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predimetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın təsi nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Həmin bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd maykanın səthində zədə yoxdur. Təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşci xassəyə malik olan predimetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir. Qeyd edilən zədənin qərarda göstərilən şəraitdə yaranması mümkündür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 25.08.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.01.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, o, Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin 09.01.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11.09.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarınnan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 25.08.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə, Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin 09.01.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, onun həmin cinayətlərə görə məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Şübhəli şəxsi tutma” haqqında Şamaxı rayon X8 Bölməsinın qərarına əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuş, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş, cinayətin aləti olan 1 ədəd bıçaq, hadisənin baş verdiyi zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs paltarları Şamaxı RPŞ-nin maddi sübutlar otağında saxlanılır. Beləliklə, məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 59-cu maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının (20.03.2016-ci il təvəllüdlü X9 və 01.01.2015-ci il təvəllüdlü X13) olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əsas cəza kimi təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Şamaxı rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs paltarları məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 128 (bir yüz iyirmi səkkiz) AZN təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Fərdi qaydada fəaliyyət göstərən vəkili X4 istintaq hərəkətlərində iştirak etdiyi 21 (iyirmi bir) saat, məhkəmədə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X14 qızı tərəfindən 35 iş saatı müddətində hüquqi yardım həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 hesabına 126 manat, X14 qızının vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 210 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 158.2.1.-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci ildən şübhəli şəxs qismində tutulduğu 2 gün, təyin ediləcək cəzadan çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respubılikasının 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2(iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Şamaxı rayon Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar - 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs paltarları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri olan ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən vəkil X3 hesabına 126 manat, X14 qızının vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 210 manat miqdarında pul ödənilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar