Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-745/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda - 13,263 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 16:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4ili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:04-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cinsi şalvarın arxa sol cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 13,263 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 iyul 2024-cü il tarixdə avtobusdan düşüb ara yolla gedərkən, bir nəfər onu arxadan səsləmişdir. Arxaya çönərək həmin şəxsə baxmış, lakin tanımamışdır. Elə bu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, biri sağ, digəri sol qolundan tutaraq bir maşına əyləşdirmişlər. Həmin şəxslər ona polisə getməli olduğunu demişdir. O, polislərdən tutulma səbəbini soruşmuşdur. Polislər ona tutulma səbəbini deməmiş, ondan “kimləri” təbliğ etdiyini soruşmuşdur. O, heç kəsi təbliğ etmədiyini demişdir. Bölməyə aparılıb bir qədər söhbət etdikdən sonra rəisin otağına aparılmışdır. Otaqda stolun üstündə yumru sellofanda bir ədəd büküm olmuşdur. Rəis ona həmin bükümü götürərək cibinə qoymağını demişdirHəmin bükümü götürərək araxa cibinə qoymuşdur. Daha sonra rəis müavini ona araşdıracaqlarını, “təmiz” olacağı, yəni İranla əlaqəsi olmayacağı aşkar olunsa cəzasının aşağı olacağını demişdir. O, Türkiyədə işləmiş, bacılarının hər ikisi türk vətəndaşı, eyni zamanda həyat yoldaşları da türkdür. Atası Türkiyə hərbi sənayesində işləyir. Həbs edildikdən sonra Bakı İstintaq Təcridxanasına aparılmışdır. Təcridxana rəisi Elnur İsmayılov ona araşdırma aparıldığını demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintqında ona verilən suallara cavab olaraq göstərdi ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinə məktub yazmışdır. Bundan sonra polis əməkdaşları onu narkomaniya şöbəsinə aparmışlar. Şöbədə döyülmüş və boynuna narkotik vasitə qoyulmuşdur. Həmin cinayət işi üzrə 1 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 8 ay sonra cəzadan azad olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini 21 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata almış, əldə etdiyi psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Psixotrop maddəni aldığını heç kimə deməmiş, əldə etdiyi psixotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Psixotrop maddə olan bükümü şəxsi istifadə məqsədi ilə bir gün üzərində saxlamış və 22 iyul 2024-cü il tarixdə saat 16:20-də ünvan 5 ünvanının yaxınlığında olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində “patı” kimi bildiyi maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, təklifdən sonra əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonu, 01 ədəd “Tam kart” plastik bank kartını və 20 qəpik pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, 20 qəpik pul isə geri qaytarılmışdır. Şifahi sorğu zamanı aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 21 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev İ qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətimin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlaması və daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 iyul 2024-cü il tarixində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla Baş İdarə rəhbərinə məruzə olunmuş və həmin raport əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qəbul edilən qərar əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Daha sonra həmin gün, 22 iyul tarixində Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində olmasını müəyyən etmiş və həmin əraziyə getmişlər. Yasamal rayonu, Hüseynzadə küçəsində zahiri əlmaətlərinə görə məlumatda bənzəyən şəxsi müəyyən etmiş və yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmiş, sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Anara narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğuna görə yaxınlaşdıqlarıını bildirmiş və barəsində qəbul olunmuş qərarla onu tanış edərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə olan zaman Anar müdafiəçi ilə təmin olunmuş və inzibati otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutulmuş və videoçəkilişlə vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya başqa nəsə olduğu halda təqim etməsini xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən bir şəffaf bükümdə patı - metamfetaminə bənzər maddə, telefon və bank kartı təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin maddəyə baxış keçirilmiş və protokollaşdırılaraq tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlayarkən üzərinə axatarış keçirilməmişdir. Yalnız idarəyə aparıldıqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Sonuncu 22 iyul 2024-cü il tarixində təxminən 17 radələrində Yasamal rayonu ərazisində saxlanılaraq Baş İdarəyə dəvət olunmuşdur. İdarədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı bir büküm psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Bu barədə müvafiq sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni bir gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində tanımadığı şəxsdən 100 manat qarşılığında əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olsa da, sonradan onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsi saxlayarkən şərait imkan vermədiyindən dərhal üzərinə axtarış keçirilməmişdir. Yalnız idarəyə aparıldıqdan sonra müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq edilməmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 22 iyul 2024-cü il tarixdə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik sonuncuya həvalə edilmişdir. 22 iyul 2024-cü il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində olmasını müəyyən etmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə oraya gedərək əməliyyat mövqeyi seçmişlər. ünvan 6 ünvanın yaxınlığında olduqları zaman, yəni 22 iyul 2024-cü il tarixdə saat 16:20-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra üzərində şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd içərisində “Redmi” markalı mobil telefonu, 01 ədəd bank kartını masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükümə baxış keçirilmiş və bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş, aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 21 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını, həmin İ maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. 22 iyul 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Anar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. Müəyyən edilmişdir ki, “Anar” adlı şəxs xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 4) 22 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 16:20-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. (Cild 1 i.v. 9) 22 iyul 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 17:33-də (faktiki saxlanılma saat 16:20-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 19) 24 iyul 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 114-118) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli 5(005)- 1879/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 22 iyul 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1 i.v. 122) 22 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonu, 01 ədəd “Tam kart” plastik bank kartını və 20 qəpik pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 qəpik pul isə heç bir cinayət yolu ilə əldə olunmadığını və özünə aid olduğunu bildirdiyi üçün özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 21 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir (Cild 1 i.v. 27-29) 24 iyul 2024-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 119) 22 avqust 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 23 iyul 2023-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək olan zəng və SMS məlumatlarına baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətli məlumatlar edilməmişdir. (Cild 1 i.v. 158) 28 oktyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına məxsus əməliyyatları özündə əks etdirən "xxxx" ASC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətli məlumatlar edilməmişdir. (Cild 1 i.v. 188) 23 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3749 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi "Zərflər üçün N6" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs aşkar edilmiş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,263 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (Cild 1 i.v. 41-42) 23 iyul 2024-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının 5008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 186-187) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 məhkəmə-tibbi ekspertizası üzrə 02 avqust 2024-cü il tarixli, 2505/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (Cild 1 i.v. 183-185) Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 160) Məhkəmə-tibbi ekspertizasının 22 avqust 2024-cü il tarixli, 403/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zmaanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1 i.v. 179-181) 15 avqust 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 13,213 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v.127-128) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (Cild 1 i.v.163-164) 18 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1 i.v.176-177) 30 oktyabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olubolmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul ola biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. (Cild 1 i.v.190) 31 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmışdır. (Cild 1 i.v.191-202) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təhqiqtçının təklifi ilə sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonu, 01 ədəd “Tam kart” plastik bank kartını və 20 qəpik pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 qəpik pul isə heç bir cinayət yolu ilə əldə olunmadığını və özünə aid olduğunu bildirdiyi üçün özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 21 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsalanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. Müdafiə tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə təqsirləndirilən şəxsin saxlanılmazdan əvvəl üzərində psixotrop maddə olub-olmadığını, olmadığı halda üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən edilən təzyqilər nəticəsində üzərinə qoyulub-qoyulmadığını araşdırmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı qeyd edilən hallar barədə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki və psixi zorakılığa məruz qalması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə BMCMİ-nin əməkdaşlar tərəfindən tutulmuş, 23 iyul 2024-cü il tarixli qərarla barəsində məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərar qəbul edilmiş və 23 iyul 2024-cü il tarixdə ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşka edilməmişdir. O, 20 avqust 2024-cü il tarixdə müqavilə üzrə müdafiəçisi Müdafiəçi iştirakı ilə dindirilərkən polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qaldığını göstərsə də, verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən işin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, o, bildirmişdir polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada “rəis” deyə müraciət olunan şəxs ona 1 (bir) ədəd bükümdə narkotik vasitəni şəxsi axtarış zamanı təqdim etməsi üçün cibinə qoymalı olduğunu demişdir. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarəyə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan bir ədəd bükümdə metamfetamini təqdim etmiş, barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bir fikir bildirməmiş, sonradan məhkəmə baxışında da döyülmədiyini qeyd etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən metamfetamim aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni psixotrop maddənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədinin olmasını əldə edib saxladığı 13,263 qram narkotik vasitənin külli miqdar təşkil etməsi ilə əsalandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 13,263 qram metamfetamin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 13,263 qram metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsalanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsalana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 iyul 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 22 iyul 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 13,213 qram metamfetamin məhv edilməli, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 13,213 qram metamfetamin məhv edilsin, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-745/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-745/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver