Məhkəmə qərarları › İş №1(101)-746/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-746/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-746/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində məhkumluğu olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ac olduğuna görə etdiyi xahişə əsasən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Seyid Marketin yaxınlığında yerləşən fərdi nömrəsiz evinin həyətində qonşusu XXX Zərərçəkmiş şəxs onun üçün təşkil etdiyi süfrədə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə istifadəsində olan yük avtomobili ilə mişar daşları daşıyıb satmaqla qazanc əldə edən XXX Zərərçəkmiş şəxs gətirdiyi daşlar barəsində nalayiq ifadələr işlədib sonuncunu təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı XXX Zərərçəkmiş şəxs onu yumruqla vurub sağlamlığına yüngül zərər vurması səbəbindən həmin evin həyətindən götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə oradan çıxıb getmək istəyən XXX Zərərçəkmiş şəxs küçə qapısının qarşısında qəsdən 1 (bir) dəfə zərbə vurub sonuncuya piyliyin eventerasiyasına, nazik bağırsağın və enən çənbər bağırsağın müsariqəsinin yaralanmalarına səbəb olan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə XXX Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs onun qonşusudur və o, zərərçəkmiş şəxsi təxminən 7-8 ildir ki, tanıyır. Onların arasında normal münasibətlər olmuşdur. O, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs həmişə müxtəlif işlərin görülməsində kömək etmiş, hətta hadisə baş verməzdən bir neçə gün əvvəl zərərçəkmiş şəxsin yaşadığı evi təmir etmiş və evin damını vurmuşdur. O, zərərçəkmiş şəxsin yaşadığı evin yaxınlığında tək yaşamışdır. O, evdə tək yaşadığından yaşadığı evin həyətində tez-tez zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs ilə yeyib-içmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində onlar yenidən ona məxsus evin həyətində birlikdə yemək yemişlər. Həmin vaxt onlar birlikdə, həmçinin yarım litr araq içmişlər. Onlar yeyib-içdikdən sonra biraz sərxoş olmuşlar. Sonra onların arasında mübahisə yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı avtomobillə satmaq üçün mişar daşı gətirmiş və həmin maşını onun evinin yerləşdiyi küçədə saxlamışdır. O, XXX Zərərçəkmiş şəxs gətirdiyi daşla bağlı sonuncuya öz etirazını bildirmişdir. Bununla bağlı o, XXX Zərərçəkmiş şəxs demişdir ki, “bu nə murdar daşdır ki, gətirmisən”. XXX Zərərçəkmiş şəxs da onun sözlərindən əsəbiləşərək demişdir ki, “mənim daşımı niyə söyürsən?”. Onun XXX Zərərçəkmiş şəxs gətirdiyi daşları söyməsindən sonra aralarında mübahisə yaranmış və həmin vaxt sonuncu onun üstünə gəlməyə başlamışdır. XXX Zərərçəkmiş şəxs ona çatdıqdan sonra onlar dalaşmağa başlamışlar və süpürləşmişlər. Dava zamanı XXX Zərərçəkmiş şəxs onu bir neçə dəfə yumruqla vurmuşdur. O, həmin zərbələrdən xəsarət almışdır. Həmin vaxt o, sərxoş olduğundan onun XXX Zərərçəkmiş şəxs gücü çatmamış və nəticədə o, sonuncunu vura bilməmişdir. Onlar biraz süpürləşəndən sonra ayrılmışlar və XXX Zərərçəkmiş şəxs özünə məxsus “Kamaz” markalı maşına tərəf getməyə başlamışdır. O da XXX Zərərçəkmiş şəxs arxasınca getmişdir. O, XXX Zərərçəkmiş şəxs arxasınca getsə də, sonuncunu bıçaqla vurmamışdır. O, küçəyə çıxdıqdan sonra aralarında baş vermiş hadisəni xatırlamır. Lakin o, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs bıçaqlamamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməməsi və sonuncuya qarşı cinayət əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş XXX Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və cinayət hadisəsinə qədər onların arasında normal münasibətlər olmuşdur. O, Təqsirləndirilən şəxs 2013-cü ildən tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı evə yaxın yerdə özünə ev tikmişdir. Həmin vaxtdan onlar normal münasibət qurmağa başlamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə həbs olunmuş və cəza çəkmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs həbsdən cinayət hadisəsi baş verməmişdən bir neçə ay əvvəl çıxmışdır. O, “Kamaz” maşını ilə yük və daş daşıyaraq pul qazanmışdır. Təqsirləndirilən şəxs da bir neçə dəfə ona müraciət edərək siqaret almaq üçün ondan pul istəmişdir. O da Hafisin xahişini yerə salmamış və sonuncuya hərdən pul vermişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evin qonşuluğunda özünə məxsus evdə tək yaşamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində o, yaşadığı evin yerləşdiyi küçədə olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və ac olduğunu bildirərək ondan yeyib-içmək təşkil etməsini xahiş etmişdir. O da Hafislə razılaşaraq kabab bişirtdirmiş və sonra sonuncunun yaşadığı evin həyətinə getmişdir. Sonra onlar birlikdə yeyib-içməyə başlamışlar. Həmin vaxt onlardan başqa heç kəs orada olmamışdır. Onlar birlikdə kabab yemişlər və təxminən 1 (bir) litr spirtli içki olan araq içmişlər. Saat 19:00 radələrində Hafis onun “Kamaz” maşını ilə gətirdiyi daşla bağlı ona irad bildirmiş və nəticədə onlar mübahisə etməyə başlamışlar. Belə ki, Hafis onun gətirdiyi daşla bağlı söyüş söymüşdür. O da Hafisdən daşı söyməməsini xahiş etmişdir. Lakin Hafis onun sözlərinə məhəl qoymamışdır. Əvvəlcə onların arasında sözlü mübahisə baş vermişdir. Sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs onu başından vurmuşdur. O da öz növbəsində ayağa qalxıb Hafisə bir neçə yumruq zərbəsi vurmuşdur. Onun vurduğu zərbələr nəticəsində Hafis yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra o, Hafisin yaşadığı evin həyətini tərk etməyə başlamışdır. O, çölə çıxdıqdan sonra Hafis arxadan ona yaxınlaşmışdır. O, arxaya çevrilmək istədikdə, Təqsirləndirilən şəxs qəflətən onun sol qarın nahiyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra qaçıb gizlənmişdir. Həmin vaxt onun qarın nahiyəsindən qan axsa da, o, çıxıb yaşadığı evə getmişdir. Lakin növbəti gün o, özünü pis hiss etdiyindən xəstəxanaya getmişdir. O, xəstəxanada əməliyyat olunmuşdur. O, hazırda özünü yaxşı hiss edir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, eləcə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Tağıyeva (Abbasova) Sevil Cüməqulu qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmuşdur. 2 ildir ki, onlar məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hafis narkotik vasitələrdən istifadə etdiyinə görə tutulmuş və baş vermiş hadisədən bir neçə ay əvvəl həbsdən azad olunmuşdur. Keçmiş əri Hafis cəzadan azad olduqdan sonra onun “qara” günləri yenidən başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olduğu üçün onu evdən qovmuş və özü Zabrat qəsəbəsində yerləşən evdə tək yaşamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə xəbər ona məlum olmuşdur ki, onun keçmiş əri Təqsirləndirilən şəxs tək yaşadığı evin həyətində birlikdə yeyib içdiyi qonşusu XXX Zərərçəkmiş şəxs bıçaqlamışdır. Lakin o, həmin vaxt evdə olmadığı üçün baş vermiş hadisənin şahidi olmamışdır. Keçmiş əri Təqsirləndirilən şəxs bıçaqlama hadisəsinə görə tutulduqdan sonra o, Hafisə məxsus evə köçmüş və orada yaşamağa başlamışdır. Sonra o, yolda XXX Zərərçəkmiş şəxs ilə rastlaşmış və həmin vaxt sonuncu onun keçmiş əri Təqsirləndirilən şəxsla dava etdiyini və nəticədə Hafisin XXX Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-579/2020 saylı qərarından (cild 1, iş vərəqə 55-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 58-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs ilə birlikdə yeyib-içdiyi yeri, yəni yaşadığı evin həyətini və sonuncu ilə mübahisə etdiyi yeri, eləcə də zərərçəkmiş şəxslə dalaşdığı yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 rayon şöbəsinin 1520 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 96-97) görünür ki, Təqsirləndirilən şəxs sağ göz almasının ağlı qişasına qansızma və sağ göz yuvası ətrafı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həmin xəsarətlərin xx xxxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 71-73) görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildə və 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə məhkum olunmuş və xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 2099 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 102-103) görünür ki, X7 ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. X7 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 rayon şöbəsinin 1525 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 98-99) görünür ki, Zərərçəkmiş şəxs Canbaxış oğlunda piyliyin eventerasiyasına, nazik bağırsağın və enən çənbər bağırsağın müsariqəsinin yaralanmalarına səbəb olan qarının ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin təqdim olunmuş bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx xxxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Lokalizasıyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 87-88) görünür ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-714/2020 saylı qərarından (cild 1, iş vərəqə 93-95) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/2179, 3/2180 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 106-107) görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, həmçinin təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs Canbaxış oğlunun bədəni üzərində olan xəsarətlə ona məxsus maykanın üzərində olan zədə uyğunluq təşkil edir və üst-üstə düşür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 119-123) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29, 120.1, 126.2.4, 228.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd soyuq silah hesab edilməyən bıçağın və cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd maykanın maddi sübut kimi tanınması, həmin əşyaların saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 124- 125) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-333/2018 saylı hökmündən (cild 1, iş vərəqə 82-86) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs qonşu olmuşlar və onların arasında normal münasibət olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs yaxınlaşmış və ac olduğuna görə sonuncudan yeyib-içmək təşkil etməsini xahiş etmişdir. XXX Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs sözünü yerə salmamış və yemək bişirtdirib sonuncunun yaşadığı evin həyətinə getmişdir. Təqsirləndirilən şəxs evdə tək yaşadığından həmin vaxt onların yanında başqa şəxs olmamışdır. Onlar birlikdə yemək yemişlər və spirtli içki olan araq içmişlər. Məhkəmə istintaqında onların hansı miqdarda spirtli içki içmələrini müəyyən etmək mümkün olmadı. İbtidai istintaq orqanı bu hissədə heç bir sübut əldə etmədən natamam ibtidai istintaq aparmışdır. Məhkəmə istintaqında onların spirtli içki içməsi öz təsdiqini tapsa da, onların hansı miqdarda spirtli içki qəbul etmələri, eləcə də sərxoş olubolmamaları, sərxoş olduqları təqdirdə onların sərxoşluq dərəcəsinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin onlar birlikdə yeyib-içdikdən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin idarə etdiyi “Kamaz” markalı maşınla gətirdiyi daşları söyməyə başlamış, bu isə zərərçəkmiş şəxsin xoşuna gəlməmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə aid daşları söyməsi səbəbindən onların arasında narazılıq yaranmış, sonradan isə həmin narazılıq fəal hərəkətlərlə müşayiət olunan dava-dalaşa çevrilmişdir. Dava-dalaş zamanı kimin birinci zor tətbiq etməsi məhkəmə istintaqında müəyyən edilməmişdir. Lakin davadalaş zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə zor tətbiq etməsi və vurması cinayət işinin materiallarında olan ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Onların arasında davam edən dava-dalaş bitdikdən sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yaşadığı evin həyətindən çıxmaq istəmiş və bu məqsədlə o, çölə çıxmışdır. Zərərçəkmiş şəxs çölə çıxdıqdan sonra təqsirləndirilən şəxs də zərərçəkmiş şəxsin arxasınca çölə çıxmış və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə arxadan yaxınlaşaraq soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qarın nahiyəsinə bir dəfə bıçaqla zərbə vurduqdan sonra sonuncuya hər hansı bir formada yardım göstərmədən hadisə yerindən qaçmışdır. Nəticədə zərərçəkmiş şəxs dərəcəsinə görə ağır zərərvurmaya aid xəsarət almışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşki edir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi sadə residiv müəyyən edilmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə az ağır cinayət törətməyə görə cəzasının sonu ilə əlaqədar azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx xxxxxxxx 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Bu hal isə öz növbəsində sadə residiv yaradır. Ona görə də məhkəmə sadə residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını və cəzanı ağırlaşdıran hal kimi sadə residivin müəyyən edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı, eləcə də cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı, eləcə də cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar