Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-746/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı X9, müdafiəçi, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 1019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və bundan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, 12 iyul 2021-ci il tarixdə səhər radələrində X2 yaşadığı ünvan 3 ünvanda satış məqsədilə qanunsuz olaraq, külli miqdarda, yəni 05 ədəd bükümlərdə ümumi təmiz çəkisi 2,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,346 qram kustar usulla hazırlanmış psixotrop maddə olan metamfetamini 90 manat müqabilində əldə edərək üzərində saxlamış, 12 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtırış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qanunsuz olaraq satmaqda şübhəli bilindiyi üçün ünvan 3 ünvanında saxlanılaraq, Suraxanı RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,608 qram, 0,207 qram, 0,180 qram, 0,820 qram, ümumi təmiz çəkisi 2,750 qram külli miqdarda eyni tərkibli narkotik vasitə olan heroin və 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qram, 0,077 qram, 0,041 qram, 0,306 qram, ümumi təmiz çəkisi 0,346 qram eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, saxlanıldığı gün onunla birlikdə saxlanılan Faiqgilin məhəlləsində tək olmuşdur. O, Faiqin evinə getməmişdir, heç getmək fikri də olmamışdır. O, həmin evi tanımamışdır. O, məhəllədə olarkən polis əməkdaşları onu yaxalamış, sonra təxminən saat 12-nin yarısı Polis bölməsinə, rəis müavini Fizulinin otağına gətirmişlər. Polis bölməsinə qardaşları da gəlmişlər. Fizuli seyfindən yarım kilo narkotik çıxararaq, onu təhdid edərək üzərinə qoymaq istəmişdir. Onun üzərində ümumiyyətlə narkotik olmamışdır. Fizuli narkotik vasitələri bükümlər halına salaraq onu narkotik vasitəni üzərinə götürməsə, Faiqi və qardaşlarını həbs edəcəyi ilə təhdid etmişdir. Fizuli ondan pul da istəmişdir. O, çoxsaylı təhdid və təzyiqlərə görə məcbur qalıb 5 büküm və 4 bükümdə ayrı-ayrı narkotik vasitələri üzərinə götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, narkotik vasitə istifadəçisidir, marixuanadan və tiryəkdən istifadə edir, narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. O, tutulana qədər Bakıxanov qəsəbəsində, “Aygun City”nin yaxınlığında yaşamışdır. O, Əmircan qəsəbəsində saxlanılmış, həmin gün Əmircana tanışı Zaura ona narkotik vasitə almaq üçün pul verməyə getmişdir. Əvvəllər Zaura ona heroin və marixuana almaq üçün pul vermişdir. O, özü Faiqdən mal almamış, Zaur özü gedib almış, Zaurla Faiqin evi arasında 70-80 metr ara olmuş, mal alınan zaman o, Zaurun evinin qarşısında durmuş, Zaur isə gedib almışdır. Zaur Faiqin evini ona göstərərək həmin evin mal satanın evi olduğunu bildirmişdir. Narkotiki özünün almamasının səbəbi isə satanın ona etibar etməməsi olmuşdur. Tutulan gün o, səhər saat 11-12 radələrində Fizuli adlı şəxs tərəfindən küçədə, Faiqin evindən 100-120 metr aralıda saxlanılmış, küçədə saxlanılandan sonra onu Faiqin darvazasının önünə gətirmişlər. O, Faiqi əvvəldən görməmişdir, Faiqlə tutulanları da tanımamışdır. Polis əməkdaşları narkotik vasitəni ona vermişlər ki, cibinə qoysun və Faiqin üzünə dursun, o da razılaşmamışdır. Onun üzərinə saxlanılan anda baxış keçirilmiş, baxış zamanı onun üzərindən əlillik vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartı, pensiya kartı, oğlunun pensiya kartı, telefon və 21 manat pul aşkar olunmuşdur. Onun üzərində narkotik vasitə olmamışdır. Onun üzərinə baxış keçirilərkən vəkil də iştirak etmişdir. Vəkil saat 8-də gəlmiş və görmüşdür ki, narkotik vasitəni onun boynuna qoymaq istəyirlər. O, çəkilişdə vəkildən imtina etmişdir. Onun üzərinə baxışı təhqiqatçının otağında deyil, başqa otaqda keçirmişlər. Onu bölməyə gətirərkən üzərinə birinci əməliyyatçılar baxış keçirmişlər, o, kartlarını və 21 manat pulunu stolun üstünə qoymuş, sonra əməliyyatçılar onun üzərinə narkotik vasitələr qoymuşlar. Daha sonra o, pulunu götürə bilməsə də, kartlarını götürüb şalvarının arxa cibinə qoymuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən kartları cibində olmuş, kartlar ona görə üzərindən aşkar olunmamışdır ki, polislərə lazım olan onun üzərindən narkotik vasitələrin çıxması olmuş, üzərindən narkotik vasitələr aşkar olunduqdan sonra polislər ondan əl çəkmişlər. O, təcridxanaya girərkən üzərində olan kartları orada təqdim etmişdir. Telefonu qardaşına, qalan əşyaları isə Şüvəlandakı İstintaq təcridxanasında həyat yoldaşı X14 təhvil verilmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən isitifadə edir. 12 iyul 2021-ci il tarixdə səhər radələrində Faiq adı ilə ona məlum olan şəxsdən narkotik vasitə və psixotrop maddə almaq və orada istifadə etmək məqsədi ilə Faiqin yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Həmin zaman orada ondan və Faiqdən əlavə 5 nəfər tanımadığı şəxslər olmuş, həmin şəxslər də Faiqdən narkotik vasitə almaq və onun evində istifadə etmək üçün gəlmişlər. O, həmin zaman Faiqdən 90 manata 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin və 04 ədəd bükümlərdə psixotrop maddə metamfetamin almışdır. Həmin günü saat təxminən 11:30 radələrində Faiqin yaşadığı ünvan 3 ünvanında olduğu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onların narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduqlarını deyərək onları Suraxanı RPİ-yə dəvət etmişlər. Onlar da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-yə gəlmişlər. Suraxanı RPİ-də ona dövlət hesabına vəkil təqdim olunmuş, həmçinin ona hüquq və vəzifələri izah olunduqdan sonra təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da etiraz etməmiş və artıq ifşa olunduğunu bilib əynində olan boz rəngli şalvarının sağ yan cibindən 9 ədəd bükümlərdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Ondan həmin bükümlərin nə olması və nə vaxt, kimdən əldə etməsi barədə soruşulduqda, o, həmin bükümlərin içərisində narkotik vasitə və “şüşə” kimi tanıdığı maddələr olduğunu, həmin bükümləri Faiq adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin 9 ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış həyata keçirilmiş və hər hansı bir əşya, predmet aşkar edilməmiş və ya götürülməmşdir (cild 1, iş vərəqi 64-66, 77-79). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdǝ ünvan 3 ünvanda yaşayan X24 qanunsuz olaraq evində tiryəkxana təşkil etməsi, narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Suraxanı rayon Polis İdarəsinin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid4, baş əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə günorta saat 12-13 radələrində ünvan 5 ünvanda X36, həmçinin həmin vaxt orada olan narkotik vasitələrin saxlanmasında, daşınmasında, satışında və istifadəsində əsaslı şübhələr olan Təqsirləndirilən şəxs və digər 5 nəfər tərəflərindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə gətirilmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 09 ədəd bükümləri çıxarıb masanın üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər açılmış, 5 ədəd bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr, 4 ədəd bükümlərin hər birinin içərisindən isə ağ rəngli kristal halında maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə və “şüşə” kimi tanıdığı maddələr olduğunu, özü istifadə etmək məqsədilə Faiq adlı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid3 bildirdi ki, Anar ondan aşkar olunan maddələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir və polislərə müqavimət göstərməmişdir. Anarı təqribən saat 10-13 arasında həyətyanı ərazidə deyil, Faiqin evində saxlamışlar və onları dərhal polis bölməsinə gətirmişlər. Onlar idarəyə gətirilən kimi dərhal saxlanılan şəxslərin üzərinə baxış keçirmişlər. Onlarda Anar barəsində əvvəldən məlumat olmamışdır, məlumat Faiq adlı şəxs barəsində daxil olmuşdur. Onlarda sonradan da Anarın kiməsə narkotik satması barədə məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1, Şahid4, Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid2 bildirdi ki, daxil olan məlumat Faiq adlı şəxs barəsində olmuş, Faiq evinə yığışan şəxslərə narkotiki satmaq üçün vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 193-195). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin araşdırması aparılır və 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid X36 bildirdi ki, o, Təqsirləndirilən şəxsı tanımır, sonuncunu polis idarəsində görmüşdür. O, tutularkən evdə qardaşı ilə olmuş, başqa adam olmamışdır. Polis idarəsinə qardaşı ilə onu aparmışlar. O, narkotik satmamışdır, lakin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs heç vaxt narkotik satmamışdır. Anarla onun üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir, onun üzərində narkotik olmamışdır. O, polis idarəsində Təqsirləndirilən şəxs bura niyə gətirildiyini soruşmuş, Anar da küçədə saxlandığını, guya onun evində saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs guya ondan 3-4 qram narkotik vasitə heroin almağa görə saxlandığını demişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində X36 göstərmişdir ki, o, uzun illərdir ki, narkotik maddə olan heroini və metamfetamini inyeksiya yolu ilə isitifadə etmişdir. Narkotik maddə heroini və metamfetamini iranlı vətəndaşdan onlayn vasitəsi ilə öz istifadəsi üçün almışdır. Eyni zamanda narkotik vasitənin satışını təşkil etmişdir. Belə ki, narkotik vasitəni külli miqdarda aldıqdan sonra yaşadığı evə gətirmiş və evdə ayrı-ayrı bükümlərə bölərək saxlamışdır. Onu tanıyan şəxslər narkotik vasitə satmağını bilmişdir. Qardaşı da narkotik vasitə satmağını bilmiş və onlara da mütəmadi olaraq narkotik vasitə vermişdir. Xatırlamadığı tarixdə internetdə onlayn vasitəsilə daima narkotik vasitə aldığı adını bilmədiyi İran İslam Respublikası ilə danışmış və ondan narkotik vasitə istəmişdir. Belə ki, həmin şəxslə daima sosial şəbəkədə internet vasitəsilə əlaqə saxlamış və ondan narkotik vasitə istəmişdir, iranlı da ona ünvan demiş və o, oradan gedib narkotik vasitələri götürərək pulunu oraya qoymuşdur. Narkotik vasitəsi qurtardıqdan sonra həmin şəxslə əlaqə saxlamış və ondan narkotik vasitə istəmişdir. Həmin şəxsdən narkotik vasitəni satmaq və istifadə etmək üçün almışdır. Həmin şəxs də ona narkotik vasitə göndərəcəyini bildirdib gözləməsini bildirmişdir. Həmin günü axşam saatlarında həmin şəxs ona xatırlamadığı ünvanı deyərək zibil qabının yanında narkotik vasitə olacağını və oraya 350 manat pul qoymasını demişdir. O da həmin yerə gedərək iranlının dediyi rəngdə olan sellofana yaxınlaşmış və ətrafa baxmışdır. Gecə olduğu üçün ətrafda heç kim olmamışdır. O, sellofan bağlamanı götürüb oraya 350 manat pul qoymuş və uzaqlaşmışdır. Həmin günü yaşadığı evə gəlmiş və bağlamanı açıb içərisinə baxmışdır. Bağlamada narkotik vasitə heroin və psixotrop maddə metamfertamin olmuşdur. O, narkotik maddələri həmin günü bağlamadan çıxarıb bükümlərə bölərək ayırmış, bir qismini istifadə etmişdir. Qalan qismini isə yaşadığı evdə gizlətmişdir. 12 iyul 2021-ci il tarixdə narkotik vasitənin və psixotrop maddənin bir neçə ədəd bükümlərini götürüb əynində olan şortikinin cibinə qoymuşdur. Həmin günü tanıdığı şəxslər və qardaşı ilə danışıb onları evinə çağırmışdır. Belə ki, ona çox sayda şəxslər müraciət edərək narkotik vasitə istəmişlər.O da həmin şəxslərə gözləməyi bildirmişdir ki, narkotik vasitə əldə etdikdən sonra xəbər edəcək. Ona görə də narkotik vasitə əldə etdiyi üçün tanıdığı şəxsləri evinə dəvət etmiş, həmin şəxslər də evinə gəlmişdir. O, evdə qardaşı və bir çox şəxsə narkotik vasitə satmışdır. Lakin pulunu almamışdır. Belə ki, buna imkan olmamış, bir neçə nəfər şəxs yaşadığı evə daxil olmuş və xidməti vəsiqələrini göstərib polis əməkdaşları olmalarını demişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib onu və digər şəxsləri polis idarəsinə aparmışlar. Polis idarəsində vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin iştirakı və vidoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş, o da üzərində olan narkotik vasitə və psixotrop maddə bükümlərini şortikinin cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu sorğu-sual etmişlər, o da suallara cavab vermişdir. Həmin günü yaşadığı evə gətirilmiş və evdə axtarış aparılmışdır. Axtarışda o və vəkili də iştirak etmişlər. Axtarış zamanı mənzildə saxladığı narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 141-144). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşı X34 ifadəsində göstərdi ki, o, “Laçın” Ticarət Mərkəzində ticarətlə məşğuldur. Anar hər gün onun mağazasına gedib-getmiş, günaşırı əlaqə saxlamışlar. Anar tutulan gün o, işdə olarkən ona zəng gəlmiş və qardaşı ilə danışması bildirilmişdir. Anar polis idarəsində olduğunu, tutulduğunu demişdir. O, böyük qardaşına zəng vurub Anarın saxlanıldığı Suraxanı rayon Polis İdarəsinə getmişlər. Orada 3-cü mərtəbəyə çıxmışlar. Anarı otağa gətirilmiş, o, Anarın üzərindən aşkar olunmuş köhnə model telefonu anasına aid olduğuna görə xahiş edib təhvil almışdır. Anar onlara heç nə etmədiyini, narkotik vasitə almadığını və onu narkotik vasitəni boynuna götürməyə məcbur etdiklərini demişdir. Polis işçiləri Anarı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli qismində saxladıqlarını, həmin maddə ilə istintaqa göndərəcəklərini, həmçinin Anarın üzərindən heç nə aşkar olunmadığını bildirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, şahid X34 bildirdi ki, o, polis işçiləri ona əgər istəsələr Anarı narkotik satan kimi istintaqa göndərə bilmələrini demiş, o isə Anara nə olsa da, satışı boynuna götürməsin, çünki heç vaxt bu işlə məşğul olmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşı X30 ifadəsində göstərdi ki, o, Masallı şəhərində yaşayır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilməmişdir. Anar tutulan gün qardaşı Davud ona zəng edib Anar tutulub polis idarəsində olduğunu bildirmiş və onlar Suraxanı rayon Polis İdarəsinə getmişlər. Polis işçisi onlara Anarın guya narkotik alarkən tutulduğunu, Anardan 2 büküm aşkar olunduğunu bildirmişlər. Bu zaman Anarı otağa gətirmişlər. Anar üzərində heç nə olmadığını, küçədə saxlanıldığını demişdir. Polis əməkdaşları Anarın 2 bükümü boynuna götürəcəyi halda, Anarın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Anara boynuna götürməsə, külli miqdarda narkotiki boynuna qoyacaqları deyilmişdir. Polis əməkdaşları Anarı buraxmaq üçün onlardan 5 min manat pul istəmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin arvadı X25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzun illərdir ki, istifadə edir. Anarın narkotik vasitələri haradan almasını o, bilmir. Anar tutulan günü böyük oğlu zəng vurub Anarın tutulduğunu bildirmişdir. Anar sonra ona zəng edib özünün pensiya kartının təcridxanada qaldığını demiş, o, Şüvəlanda yerləşən 3 saylı İstintaq təcridxanasına getmiş, Anarın pensiya kartını almaq üçün ərizə yazmış, Anarın pensiya və metro kartını oradan almışdır. Məhkəmənin təşəbbüsü əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqatı o, aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid X31 bildirdi ki, vəkil gələnə qədər Təqsirləndirilən şəxs Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının otağında olmuş, şəxsi axtarış keçirilməzdən əvvəl Anarın ciblərini heç kim axtarmamış, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, şəxsi axtarış zamanı Anarın üzərindən təxminən 9-10 büküm aşkar olunmuş, Anar narkotik vasitələrin özünə məxsus olduğunu, narkotik vasitələri Faiq adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmiş, üzərində şəxsi əşyası olmamış, üzəri yoxlanılanda başqa heç nə aşkar olunmamış, Anarın şəxsiyyət vəsiqəsini əməliyyat müvəkkilləri ona vermiş, Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunmamış, ona mobil telefon verilməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman üzərindən yalnız narkotik vasitələr aşkar olunmuş, kartlarla bağlı heç bir məlumatı olmamış, kartların 3 saylı İstintaq təcridxanasına necə gedib çıxmasını bilmir, Anar tək olmuş, qardaşları orada olmmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin ayrılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 1-2). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 May küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan X24 qanunsuz olaraq evində tiryəkxana təşkili, narkotik vasitələri saxlaması, satışı və istifadə etməsi bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 May küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan X24 ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, 12 iyul 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, daşınmasında, satışında və istifadəsində əsaslı şübhələr olan X36, onun evində olan X20, X26, X27, Təqsirləndirilən şəxs, X8 və X7 qəsəbəsi, 1 May küçəsi, ev 9 ünvanında xx.xx.2021-ci il tarixdə saat 11:30-da saxlanılaraq 12:00 radələrində Suraxanı rayon Polis İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllu surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar edilmiş 9 ədəd siqaret kağızda bükülmüş narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd siqaret kağızda bükülmüş narkotik vasitəyə bənzər kütləni Faiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 09 ədəd bükümləri çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümlər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan doqquz ədəd bükümlərdən beş ədəd bükümlərin içərisindən qəhvəyi rəngli, tozşəkilli, dörd ədəd bükümlərin içərisindən isə ağ rəngli, kristal halında maddələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin narkotik vasitə və “şüşə” kimi tanıdığı maddələr olduğunu, həmin bükümlərdəki maddələri “Fuad” adlı şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir (cild 1, iş vərəqi 63). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qr., 0,608 qr., 0,207 qr., 0,180 qr., 0,820 qr., ümumi təmiz çəkisi 2,750 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qr., 0,077 qr., 0,041 qr., 0,106 qr., təmiz çəkisi 0,346 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 41-48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış aparılması haqqında xx.xx.2021ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ysşsdığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, gənclik küçəsi, ev 12, mənzil 11-də axtarış aparılmış, mənzildə olan təqsirləndirilən şəxsin arvadı X14 narkotik vasitə varsa yerinin könüllü surətdə göstərilməsi təklif edildi. X21 bildirmişdir ki, yaşadığı yuxarıda qeyd olunan ünvanda hər hansı bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və predmet yoxdur. Axtarış nəticəsində müəyyən olunmuşdur ki, X10 əri Təqsirləndirilən şəxs ilə birgə yaşadığı mənzil bir qonaq otağı, bir yataq otağı, bir mətbəx və bir hamam, bir ayaqyolundan ibarətdir. Həmin ünvandakı otaqlarda hər bir əşyalarda, şkaflarda, rəflərdə axtarış aparılmış, aparılan axtarış zamanı hər hansı bir narkotik vasitə, psixotrop maddə və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Axtarış aparılan zaman hər bir yerin foto rəsmləri çəkilmişdir (cild 1, iş vərəqi 84-96). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 096-34151-1221 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni 12 iyul 2021-ci il ildə səhər radələrində X2 yaşadığı ünvan 3 ünvanda 90 manat müqabilində əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq istifadə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin konkret olaraq kimlərə narkotik vasitələr və psixotrop maddələr satması hələlik müəyyən edilməmişdir (cild 1, iş vərəqi 132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X35 xx.xx.2021-ci il tarixli, xx/xx-8390 saylı məktubundan görünür ki, 1975-ci il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2005-xx.xx.2005, xx.xx.2006-xx.xx.2006, xx.xx.2006-xx.xx.2006, xx.xx.2006-xx.xx.2006, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2008-xx.xx.2008, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2828 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Mərkəzə 4 ədəd zərfdə olan: Üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45” dairəvi möhür əksi və “X24 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfi açdıqda 5 ədəd bükümdə, bir ədəd sellofan bükümdə, ümumilikdə, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,624 qram, 0,714 qram, 0,540 qram, 0,264 qram, 0,415 qram, 0,591 qram ümumi təmiz çəkisi 8,148 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,127 qram, 0,217 qram, 0,075 qram, 0,046 qram, 0,218 qram ümumi təmiz çəkisi 0,683 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi və “X24 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 4 ədəd zərf təqdim edilmişdir (zərflər şərti olaraq işarələnmişdir) - 1 №-li paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 541,8 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 2 №-li zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 114,6 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 3 №-li zərfdə 2 ədəd sellofan bükümdə və plastik qabın içərisində 2 ədəd kağız bükümdə ümumilikdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram ümumi təmiz çəkisi 3,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,382 qram, 0,608 qram, 0,731 qram, 0,119 qram, ümumi təmiz çəkisi 2,186 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. - bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş təmiz çəkiləri 5,624 qram, 0,714 qram, 0,540 qram, 0,264 qram, 0,415 qram, 0,591 qram, 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, təmiz çəkisi 541,8 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər (cild 1, iş vərəqi 145-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3039 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki 5 ədəd bükümdə üumi təmiz çəkisi 2,650 qram, üzərində “...X3...” sözləri olan 2 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 6,211 qram, üzərində “...Vət. X28...” sözləri olan 3 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,918 qram, üzərində “...Vət. X16...” sözləri olan 4 №-li zərfdəki 5 ədəd bükümdə ümumi çəkisi 2,580 qram, üzərində "...Vət. X11...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,303 qram, üzərində “...X24 üzərindən...” sözləri olan 6 №-li zərfdəki 6 ədəd bükümdə ümumi təmiz 18,088 qram, üzərində “...X24 evindən...” sözləri olan zərfdə 2 sellofan bükümdə və plastik qabın içərisində 2 ədəd kağız bükümdə ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3,200 qram, üzərində “...X1...” sözləri olan 7 №-li zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 6 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 541,79 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə 1, 2, 3, 4, 5, 7 və 6 №-li zərfdəki heroinlərdən fərqlidir. Üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,266 qram olan, üzərində “...X4...” sözləri olan 2 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,362 qram olan, üzərində “...Vət. X28...” sözləri olan 3 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,216 qram olan, üzərində “...Vət. X16...” sözləri olan 4 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,282 qram olan, üzərində “...Vət. X11...” sözləri olan 5 №-li zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,673 qram olan, üzərində “...X24 üzərindən...” sözləri olan 6 №-li zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,633 qram olan, üzərində “...X24 evindən...” sözləri olan bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 114,59 qram olan və bir ədəd zərfdə 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,136 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 151-158). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azercell şəbəkəsində mobil nömrənin qeydiyyatdan keçməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 208). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-4872/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də nömrə qeydiyyatdan keçməmişdir (cild 1, iş vərəqi 209). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakcell şəbəkəsində nömrə qeydiyyatdan keçməmişdir (cild 1, iş vərəqi 210). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3342 №-li nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan matamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 211-212). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1662 №-li nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 213-215). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,750 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,346 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,650 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,266 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 230-239). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 2-ci qrup əlildir (cild 2, iş vərəqi 83-84). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılarkən Faiqin evində olmaması və Faiqi tanımaması, polis idarəsinə aparılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, onun üzərinə polis idarəsində narkotik vasitə və psixotrop maddə qoyulması, qardaşları ilə təhdid edilməsi, bunun nəticəsində cinayəti boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, əvvəla Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində özünün saxlanıldığı ünvana getməsində X19 narkotik vasitə almaq məqsədi olduğunu birbaşa göstərir, hətta əvvəllər də Faiqdən tanışı Zaur vasitəsilə dəfələrlə narkotik vasitə aldığını bildirir və X32 narkotik vasitələr satmaqda ifşa edir. Bu nöqteyinəzərdən X24 narkotik vasitələrin yalnız istifadəçisi olması, narkotik vasitələr satmaması, Təqsirləndirilən şəxsı tanımaması və sonuncuya narkotik vasitələr satmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, həmin ifadələri qeyd edilən səbəbdən qəbul etmir, buna görə də onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş, narkotik vasitələri satması ilə bağlı ifadəsini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən X24 evində deyil, oradan təxminən 100 metr aralıda saxlanması barədə ifadələrini də məhkəmə həqiqətə uyğun fakt kimi qəbul etmir. Belə ki, tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan bütün sənədlərdə əməliyyat tədbirinin X24 evində keçirildiyi aşkar görünür, həmin fakt şahid qismində məhkəmədə dindirilmiş polis əməkdaşları tərəfindən bir daha təsdiq edildi. Ona görə də təqsirləndirilən şəxsin özünün tutulma məkanı ilə bağlı ifadələrini heç bir sübutla təsdiq edilməməsi səbəbindən məhkəmə qəbul etmir. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmaması, narkotik vasitənin təhdid altında polis əməkdaşları tərəfindən cibinə yerləşdirilərək çəkiliş zamanı üstündən aşkar edilməsi barədə ifadəsinə gəlincə məhkəmə qeyd edir ki, həmin ifadə iş üzrə toplanmış çoxsaylı sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolla, şəxsi axtarışın gedişatını özündə əks etdirən videoyazı ilə, çoxsaylı şahid ifadələri ilə tamamilə təkzib olunur. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşları X30 və X22 Suraxanı rayon Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən Anarın üstündən narkotik vasitə aşkar edilməməsi, 2 büküm narkotiki Anarın boynuna götürməsi zəruriliyi barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Müdafiə tərəfi məhkəmə zamanı israr etmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində bir dəfə deyil, iki dəfə şəxsi axtarış keçirilmiş, bunlardan birincisi sənədləşdirilməmiş, videoşəkiliş ilə aparılan ikincisi şəxsi axtarış sənədləşdirilmişdir. Buna Təqsirləndirilən şəxs üstündə olan bank kartlarının aşkar edilməməsini, həmin kartların birinci axtarışda üstündən götürülməsini və dolayı yolla İstintaq təcridxanasına verilməsini əsas gətirmişdir. Lakin təqsirləndirilən şəxs özü 08 sentyabr 2022-ci il tarixdə buna məhkəmədə verilən suallara aydınlıq gətirərək bildirdi ki, üzərinə şəxsi axtarış keçirilərkən bank kartları cibində olmuş, kartlar ona görə üzərindən aşkar olunmamışdır ki, polislərə lazım olan onun üzərindən narkotik vasitələrin çıxması olmuş, üzərindən narkotik vasitələr aşkar olunduqdan sonra polislər ondan əl çəkmişlər. O, təcridxanaya girərkən üzərində olan kartları orada təqdim etmişdir. X13 təcridxanasında həyat yoldaşı X14 təhvil verilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotiklərin müxtəlifliyini, onların ayrı-ayrı bağlamalara bükülməsini, habelə yuxarıda şərh olunan bütün sübutları nəzərə alaraq, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş heroin və metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-1340/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.1019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-1340/2019 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 11 (on bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 130-131, 226-229, cild 2, iş vərəqi 102-105). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunduğu vaxtdan iki il keçmədiyinə görə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyi səbəbindən onun əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 108-111, 172-175, 204-207). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,650 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,186 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,650 qram çəkidə narkotik vasitə heroin və 0,186 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-746/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-746/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver