Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-746/2023 28.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, mənzil 37-də qeydiyyatda olan, 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 3,367 qram külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 08 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına aparılmış, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ümumi təmiz çəkisi 3,367 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, maşın ustası işləmiş, əvvəllr narkotikdən istifadə etsə də, son vaxtlar istifadə etməmişdir. 03 sentyabr 2022-ci il tarixdə axşam işdən sonra kafedə spirtli içki qəbul etmiş və həmin gün saxlanılarkən sərxoş vəziyyətdə olmuşdur. Lakin onun saxlanılma tarixi səhv olaraq 8 sentyabr göstərilmişdir. O, sərxoş vəziyyətdə “Razin” dairəsindən aşağı düşüb evə gedərkən polislər maşını gəlib saxlamış, maşından aşağı düşmüş, birinin əlində manitor olmuşdur. Biri ona “bura gəl, qardaş” demiş, o da onlara yaxınlaşmışdır. Adfamiliyasını öyrənib ona “qardaş, sən əvvəllər məhkum olunmusan, narkomansan, içəri getməlisən” deyib onu tutmuş və onu bölməyə aparmışlar. Lakin o, saxlanılarkən üstünə axtarış keçirilməmişdir. O, saxlanılarkən yanında tanımalığı daha iki nəfər olmuş, onlar da saxlanılmış və bildiyinə görə onlar da Bakı İstintaq Təcridxanasındadırlar. Onu tutanların adlarının Nurlan və Bəxtiyar olmasını sonra öyrənmişdir. O, saxlanılarkən üstündə narkotik olmamış, özünü şübhəli aparmamışdır. Saxlanılarkən üzəridə qolbağı, üzüyü, markasını bilmədiyi, hədiyyə olunmuş saatı, içində maşın açarı olan balaca cüzdanı olmuş, mobil telefonu olmamışdır. Bölmədə saatı, qolbağı, üzüyü və kəməri videoçəkilişə qədər onun üzərimdən götürülmüş, sənəd tərtib edilmiş, o özü də həmin sənədə imza atmışdır. Lakin sənədin sürəti ona verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Polis Bölməsində boynuna narkotik götürməsi təklif edilmiş, razılaşmadıqda ona təzyiqlər olmuş, razılaşmayacağı təqdirdə 25-30 qram ya evindən, ya da iş yerindən çıxarılacağı və həbsə göndəriləcəyi ilə hədələnmişdir. Məcbur qalıb razılaşmış, ittihamda göstərilən bir bükümdə narkotik onun cibimə qoyulmuş, əvvəlcədən nə deyəcəyi ilə təlimatlandırılmış, bundan sonra video çəkiliş aparılmış və o, videoçəkiliş zamanı ona verilən bir bükümü çıxarıb təqdim etmiş və təlimatlandırıldığı kimi “Neftçilər”dən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra, təqdim etdiyi narkotik konvertin içərisinə qoyulmuş, lakin konvertin üzərini imzalayıb-imzalamadığı yadında qalmamışdır. O, saxlanıldıqdan sonra bölmədə olarkən vəkil sonradan gəlmiş, lakin onun, yəni vəkilin bölmədə olanda yanımda olub-olmamasına fikir verməmişdir. O, istintaq zamanı müdafiəçidən imtina etməmiş, lakin ona bu barədə sənəd təqdim edilib-edilməməsi, həmin sənədi imzalayıb-imzalamaması onun yadında qalmamışdır. Bundan sonra cinayət işi başlanmış, müstəntiqlə MSY-də, sonra isə Bakı İstintaq Təcridxanasında görüşmüş, sonuncu ona sənədlər təqdim etmiş, imzalamağı təklif etmiş, əks təqdirdə 234.4.3-cü maddəsinə çevrəcəyi ilə hədələmişdir. Ona görə də təqdim olunan bütün sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, bölmədə döyülmüş, lakin xəsarətlər almamışdır. Barəsində qətimkan tədbiri seçilərkən prokurora və məhkəmədə hakimə ona təsir və təzyiqlər olduğunu, döyüldüyünü demişdir. Sonra Baş prokurorluqdan Bakı istintaq Təcridxanasına əməkdaş gəlmiş, yazıb-pozmuş, nəzərə alınacağı bildirilmiş, lakin sonra gələn olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 dindirilməsi ilə əlaqədar ifadəsinin davamında göstərdi ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı iş üzrə şahid kimi ifadə vermiş polis əməkdaşı Şahid2 o, saxlanılarkən orada olmamış, onun saxlanılmasında iştirak etməmişdir. O, Ayxanı, Polis Bölməsinə gətirildikdən sonra orada görmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətidr ki, narkotik vasitə olan heroindən istifadə etmiş, istifadə edəcəyi narkotik vasitəni müxtəlif ünvanlardan adını bilmədiyi şəxslərdən alıb əldə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında o, Nizami rayonu, Neftçilər prospektində adını bilmədyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə olan heroini almış, şəffaf sellofana bükülmüş heroini axşam saatlarında istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün yəni, 08 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində o, piyada olaraq Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək 13-cü polis bölməsinin əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. O, üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq istəyirmiş. Bundan sonra onlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis bölməsinə getmiş, orada o, xidməti otaqların birinə dəvət olunmuş və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğu ona bildirdilər. Ona vəkillər siyahısı təqdim olunmuş, o, növəbədə olan vəkillərdən müdafiəçi X3 onu müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilinin iştirakı ilə onun şübhəli şəxs qismində tutulması barədə protokolu tərtib edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Onun üzərində narkotik vasitə olan heroinin olduğundan o, onu müdafiə edən vəkilin bunu görməsini istəməmiş, ona görə o, ərizə ilə müraciət edərək şəxsi axtarış keçirilən zaman vəkilinin iştirakından imtina etmişdir. Bundan sonra təqhqiatçının otağında polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla onu üzərinə şəxsi axtarış keçirilmişdir. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş «kakos»u yəni heorini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan polis əməkdaşları tərəfindən açılmış, sellofanın içərisində qəhvəyi rəngli heroin narkotik vasitəsinə bənzər maddə olduğu müəyyən edilmişdir. O, aşkar olunmuş madənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Nizami rayonu, Neftçilər prospektində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda qeyd olunandan başqa onun üzrədində hər hasnı qanunsuz əşya və ya maddə aşkar edilmədiyini, narktoik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman ona heç bir fiziki təzyiq göstərilmədiyini, üzərindən çıxan narktoik vasitəni şəxsi istifadəsi üçün gəzdirdiyini göstərmişdir (iş vərəqə: səh. 59-61). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini bildirib ifadəsində göstərdi ki, 2022-ci il sentyabr ayının 8-i, inzibati ərazidə bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə xidmət aparan zaman, axşam saatlarında təqribən 50 metr məsafədən Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşmış və Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov 4 ünvanında şübhəli şəxs qismində saxlayraq, üzərinə baxış keçirmək, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə üzərinə baxış keçirilməsinə zərurət yarandığından və onu 13-cü polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamış, lakin ona yaxınlaşdıqdan sonra şəxsin əllərində biraz yara olduğundan, onun hərəkətlərindən şübhələnərək ona yaxınlaşmış, özlərini təqdim etmiş və onun üzərində narkotik vasitə ola biləcəyini güman edib onu xidməti maşınla bölməyə aparmışlar. Onlar xidmət apardıqları Ramiz Qənbərov küçəsində qaranlıq bir kruqda (burada: dairə) Samiri saxlamış, qaranlıq olmasına baxmayaraq əllərindəki yaraları görmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra rəisə raportla məruzə olunmuş və təhqiqatçı tərəfindən xidməti otaqlardan birində həmin şəxsin üzərinə baxış keçirilmişdir. Ehtimalları düz çıxmış, həhqiqatçıların otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun üzərində narkotik vasitə heroin aşkar olunmuş, sorğu suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni özünün istifadəsi üçün «Nefçilər»də tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamnda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlar onun üzərinə heç bir baxış keçirtməmişlər. Xidməti maşını o özü idarə etmiş, digər polis əməkdaşı Ayxan arxada Təqsirləndirilən şəxs yanında oturmuş, sonuncunun üzərində olan hər hansvı qanunsuz əşyanı atmaq imkanı olmamışdır. Onlar Samiri saxlayarkən özləri mülki paltarlarda olmuşlar. Təqsirləndirilən şəxs onlardlan qaçmamış, heç bir müqavimət göstərməmiş, onlarla razılaşıb Bölməyə getmişdir. Onlar həmin gün Samirdən əvvəl kimisə saxlamamış, Samiri saxlayarkən o özü və digər polis əməkdaşı Şahid2 olmuş, yanlarında 3-cü şəxs olmamışdır. Onların xidmət etdiyi bölmədə Bəxtiyar adlı şəxs olmamışdır. Nə onlar, nə də təhqiqatçı Samirin üzərinə narkotik vasitə qoymamışlar. Təqsirləndirilən şəxs özünü müdafiə üçün üzərində narkotik vasitə olmamasını məhkəmədə inkar etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PB-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 baxılan iş üzrə Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində eyni bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmasını, sonuncunun saxlanılmasında şəxsən iştirak etdiyini təsdiq edib, məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncünun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan bir ədəd sellofana bükülmüş bükümü çıxardaraq, narkotik vasitə olan «kakos» (burada: heroin narkotik vasitəsi) olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə o, təqdim etdiyi həmin narkotik vasitə heroini 08 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Nizami rayonu, Neftçilər prospektində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 30 manata özünün istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılmış, baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, heroin narkotik vasitəsinə şübhəli maddə aşkar edildiyi müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü Təqsirləndirilən şəxs və prosesin digər iştirakçılarının iştirakı ilə qablaşdırılmış, zərfin üzəri 160 saylı möhürlə möhürlənmiş və bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Keçirilmiş istintaq hərəkəti prosesi «Samsung» markalı videokamera vasitəsi ilə lentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk tədqiq olunan həmin protokola əlavə edilmişdir (iş vərəqə: səh. 30-31). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 08 sentybr 2022-ci il tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 62-64). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» və “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (məhkəmə iclasının 31 mart 2023-cü il tarixli protokolu). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4971 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kütləri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 3,367 qram təşkil edir. Rəylə, həmçinin müəyyən edilir ki, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir (iş vərəqə: səh. 38-42). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6911 №-li nömrəli rəyindən görünür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 89-90). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığı və həmin tapşırığa əməliyyat orqanının müvafiq cavabından görünür ki, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin narkotik vasitəsinin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir (iş vərəqə: səh. 88). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 3,367 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,267 qram heroin narkotik vasitəsi və axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 62-64, 77-78). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün material ayrılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə göndərilmişdir (iş vərəqə: 92). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,367 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, təsir və təzyiqlərə məruz qalması, döyülməsi nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi, həmçinin Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 onun saxlanılmasında iştirak etməməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlillər öz təstiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 127.2.3, 221.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə ona təyin olunan cəzanı sonadək çəkməkdən qərəzli olaraq yayındığından Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 avqust 2021-ci il tarixindən 03 sentyabr 2021-cu il tarixədək tutulduğu cəmi 04 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Təqsirləndirilən şəxs ona təyin olunan 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə gəörə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsi) azadlıqdan məhrum etməyə məhkum edilmiş, cəzadan azad edildiyi tarixdən baxılan iş üzrə yeni cinayət hadisəsinin törədilməsinədək qanunla müəyyən olunan iki il keçməmişdir ki, buna görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilir və Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü madəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə ibtidai istintaq orqanının qeyd olunan məsələ ilə bağlı ittiham aktındakı mövqeyini qanunun tələblərinə zidd mövqe kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü mddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər (18.4.1); yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (18.4.2); bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar (18.4.3); azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar (18.4.4). residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.1-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı isə həmin hökm üzrə çıxarılmış, Təqsirləndirilən şəxs hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirilmiş və həqiqətən Təqsirləndirilən şəxs cəzadan azad olunduğu vaxtdan baxılan iş üzrə yeni cinayətin törədildiyi tarixədək iki il keçməmişdir. Lakin Azərbaycan Respublikası CM-nın 83.3.3-cü madəsinin tələbləri az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsləri nəzərdə tutmuşdur. Lakin qeyd olunan bu hal, yəni təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması onun barəsində yeni hökm üzrə cəza təyin olunarkən cinayətlərin residivinə görə cəza təyin edilməsinə əsas vermir və təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın nisbətən aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5861 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,267 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,267 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-746/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-746/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver