Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-746/2024 22.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X4, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, ailəli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 74, mənzil 14 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əziz” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən yol kənarındakı reklam lövhəsinin altında yerləşdirdiyi 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,037 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 17 may 2023-cü il tarixdə, saat 20 radələrində həmin yerdən götürüb əldə edərək «Əziz» adlı şəxsin təlimatı ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 18 may 2023-cü il tarixdə, saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,037 qram təşkil edən açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Fuadla yaşadığı evdə olmuş, birdən qapı döyülmüş, qapını açanda 3 nəfər BNMİ-nin əməkdaşı heç bir məhkəmənin qərarını ona təqdim etmədən evinə daxil olmuşlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evində axtarışlar aparmağa başlamışlar və ona qarşı fiziki təzyiq göstərməyə başlamışlar. Polis əməkdaşları onu elə döymüşlər ki qabırğası belə qırılmış, bu xəsarət BİT-də tibbi kitabçasında qeyd olunmuşdur. Lakin BNMİ-nin əməkdaşlarının onu yenə döyə biləcəklərindən qorxduğu üçün qabırğasının sınmasını tibbi kitabçada özü yıxıldığı vaxt baş verdiyini qeyd etmişdir. BNMİ-nin əməkdaşları onu silahla təhdid etmiş, fiziki təzyiqlər göstərmiş və ən sonda ittiham aktında qeyd olunan narkotik vasitələri cibinə qoymuşlar. Qonşuları polis əməkdaşlarının onu necə aparmaqlarının şahidi olmuşlar. Polis əməkdaşları onu avtomobilə əyləşdirib Yasamal RPİ-nin 28-ci PB-yə aparmışlar. 28-ci PBdə müdafiəçi olduğuna görə sənədlərə imza etməkdən imtina etmişdir. Lakin polis əməkdaşı ona qabağına 1 kq narkotik vasitə qoymadıqları üçün sevinməsini dedikdən, ona olunan təzyiqlərdən və qabırğasının sınmasından sonra imza etməyə məcbur qalmışdır. Onu 3 nəfər polis əməkdaşı saxlamış lakin, ittiham aktında 2 nəfər polis əməkdaşının onu saxlamaları qeyd olunmuşdur. Hətta ittiham aktında polis əməkdaşlarının verdiyi ifadələr arasında da ziddiyətlər var. Özü keçmiş idmançı olmuş, 20 ildən artıq Sanqaçalda neft daşlarında işləmişdir. İşlədiyi yerdə tez-tez narkotiklə, içki ilə bağlı müayinələrdən keçirdi. Narkotik istifadəçisi olsaydı belə yerlərdə işləyə bilməzdi. İttiham aktında da narkotik istifadəsi ilə bağlı verdiyi analizlər müsbət nəticə verməmişdir. Tutulanda narkotik vasitələrdən asılılığı qeyd olunsa da, analizləri bunun əksini göstərmişdir. Lap əvvəllər BP-yə aid şirkətlərin birində işləmişdir. Orda da, dənizə getmək üçün vertalyota, gəmiyə minməzdən əvvəl bütün müayinələrdən keçmişdir. Əgər onun narkotik vasitələrdən asılılığı olsa idi, o, belə şirkətdə işləyə bilməzdi. İttiham aktında qeyd olunmuşdur ki, o, narkotik vasitələri damar yolu ilə qəbul edir. Amma qollarındakı damarlarında heç bir iynə izi yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, tutulana qədər ***-***-**-** nömrəli mobil telefon işlətmişdir. Whatsapp proqramı vasitəsilə kimsə onun telefonu ilə Əziz adlı şəxslə danışa bilər, amma o, danışmamışdır. Bəzi vaxtlarda kiminsə telefonunda kontur və ya şəbəkə olmayanda onun telefonundan istifadə edə bilərdi. Telefonundan dəqiq kimlərin istifadə etməklərini bilmir. Xərçəng xəstəliyinin müalicəsinə xeyrli olduğu üçün arada özü də narkotik vasitə marixuana ilə maraqlanmışdır. Telefonunda o, bildiyi qədər təyin olunmuş məkanların şəkilləri olmamış, görməmişdir. “Bacişka Fatimə” adlı şəxslə instagram sosial şəbəkəsində tanış olmuşdur. “Bacişka Fatimə” ona narkotik vasitələrlə bağlı təkliflər etmişdir. Kiməsə narkotik vasitə lazım olanda sonuncuya müraciət edə biləcəyini bildirmişdir. “Bacişka Fatimə” ilə aralarında narkotik vasitələrlə bağlı söhbət olduğundan ona təklif etmişdir. Kiməsə narkotik vasitə təklif etməyini xatırlamır. Kimlərinsə narkotik vasitələrlə bağlı ona müraciət etmələri ola bilərdi. Fuad həm qonşusudur, həm də sonuncu ilə uzun müddət dostluq etdiyi üçün onlara gəlmişdir. Fuadla aralarında narkotik vasitələrlə bağlı heç bir söhbət olmamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən günorta 2-3 radələrində onu polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan 10-15 dəq sonra Yasamal RPİ-nin 28-ci PB-yə gəlmişlər. 28-ci PB-yə gəldikdən 10 dəq sonra video çəkilişlə tərcüməçinin və müdafiəçinin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Video çəkiliş zamanı cibindən narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları evdə paltarını dəyişdikdən sonra onu Yasamal RPİ-nin 28-ci PB-yə aparmışlar. Əynindəki şortiki dəyişib boz şalvar, qara köynək və qəhvəyi ayaqqabı geyinmişdir. Geyindiyi paltarların cibində narkotik vasitə ola bilməzdi. Əvvəllər narkotik vasitə istifadə etməmiş lakin, ara-sıra narkotik vasitə marixuana istifadə etmişdir. Saxlanıldığı gün narkotik vasitə ilə bağlı heç kimə zəng etməmişdir. Polis əməkdaşları telefonunu əlindən almış və ondan telefonunun təhlükəsizlik parolunu soruşmuşlar. Tutulandan sonra və bu günə kimi telefonu polis əməkdaşlarındadır. Müdafiəçisi saxlanıldığı gün hava qaralan vaxtda gəlmişdir. Toy şənliklərində hər hansısa şəxs tərəfindən narkotik vasitə marixuana gətiriləndə qrup şəklində çəkmişlər. Narkotik vasitə marixuana ilə bağlı araşdırmanı sadəcə öz maraqları üçün aparmışdır. Tutulduğu vaxt və tutulduğu gündən əvvəllər narkotik vasitə istifadə etməmişdir. Mobil telefonunda “sahinazadi iranes Fatma” “X18 İ Druqoe” “Badjişka Fatma”, “X15-Elina”, “Şaxin İranes”, “Yusif İranes” adlı mobil nömrələr dostları ilə yaşadığı evdə 4-5 nəfər yeyib içən vaxtı zarafat üçün kimsə telefonunun yaddaşına yaza bilər. Dostları ilə yeyib içdiyi vaxt kiminsə telefonu söndüyü üçün onun telefonundan istifadə etmiş ola bilər. “bəy nə xəbər oldu götürdün” səsli SMS mətnlərində nədən söhbət getdiyindən xəbəri yoxdur. Ona tanışları Slavik deyərək müraciət etmişlər. “salam necəsən ay samir, nə var nə yox, harlardasan, Samir 5 dənə hazırım daş var gör istəyən olsa mənə de” səsli SMS mətnlərində daş deyərkən nədən söhbət getdiyindən xəbəri yoxdur. Onun telefonundan göndərilmiş “hə Şahin salam, mənə zəng etmisən, Şahin belə getsə vallah bütün uşaqlar qacacaq, uşaqlar dünəndən gözləyir, bir xəbər çıxmır vallah”, “abi nə zəng elə başına dönüm, uşaqlar yığır, məni mənə belə vəziyyətdə saxlama”, “abi başına dönüm mən uşaqlara söz vermişən, uşaqlarda gözlüyürlər” və ona cavab məktubu göndərilmiş “abi ora adam yolladım, getdi tapdı ordan, indi telefonuma cavab vermir” səsli SMS mətnlərində nədən söhbət getdiyindən xəbəri yoxdur. O, heç kimə belə mətnlərdə SMS-lər yazmamışdır. O, telefonunda belə səsli SMS mətnlərinin olduğunu bilməmişdir. Telefonunda belə səsli SMS mətnlərinin olduğunu bilsəydi silərdi, saxlamazdı. “yəni demək istəyirsən ki, vsyo mənim vurduğum 250 manat getdi, batdı, onu demək istəyirsən” SMS mətnlərində ola bilər ki, kiməsə pul göndərmişdir, çünki keçmiş arvadına, övladına, ehtiyacı olan şəxslərə pul atmışdır. Onun özünə də ABŞ-dan pul göndərmişlər. O, özü də Portuqaliya Respublikasında olan dostlarına borc pul göndərmişdir. “abi demirəm vsyo, deyirəm bir şey fikirləşək, daş torpaqla olmasa, sənə güldən zaddan təşkil edərik, pulunu çıxardarsan” SMS mətnlərində yazılanlardan məlumatsızdır. “M10” elektron pul qabı olmuşdur. “M10”-dan dostlarına pul göndərmək üçün istifadə etmişdir. Telefonunda qalereya bölməsində ona məxsus olan foto şəkildə əlində olan siqaretdir. Foto şəkildə olan siqaret ingilis tütünüdür, siqaretin tərkibindəki Darkline tütünüdür. Məhkəmə istintaq zamanı ifadə verən polis əməkdaşlarından biri onu yaşadığı evin yaxınlığındakı piyada keçidində saxladıqlarını, digər polis əməkdaşı isə evin qarşısında saxladıqlarını bildirmişdir. Polis əməkdaşlarından biri onu şübhəli şəxs kimi saxladıqlarını, digər polis əməkldaşı isə onun barəsində daxil olmuş məlumat əsasında saxladıqlarını bildirmişdirlər. Polis əməkdaları həqiqətən də məni küçədə saxlamışdırlarsa niyə video çəkiliş aparmamışdılar. Onu saxlayan polis əməkdaşlarının üzərlərində telefon var idi və həmin telefonla saxlanma şəraitini qeydə ala bilmə imkanları var idi. O, işləmək üçün Portuqaliya Respublikasına getməli idi, amma onu polis əməkdaşları saxladılar O, məhkəmədən ədalətlik və humanistlik prinsiplərinə əsaslanaraq barəsində bəraət hökmün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul deyil, buna görə də özünü, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Təxminən bir-iki ay olar narkotik istifadə etməyə başlamış, belə ki, ilk olaraq marixuana ilə başlayıb, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da psixotrop maddə olan metamfetamin istifadə etmişdir.Hazırda da inneksiya üsulu ilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. Sosial şəbəkələrdə vaxt keçirən zaman narotik satışı ilə məşğul olan səhifələrə maraq göstərib onları izləmiş, bunlardan biri də “İnstagram”sosial şəbəkəsində “slavashurov” adı ilə qeydiyyatdan keçdiyi özünə məxsus profil səhifəsi vasitəsi ilə ilə tanış olduğu, hazırda profil adını xatırlamadığı, İran İslam Respublikasının vətəndaşı olduğunu və orada yaşadığını bildiyi “Əziz” adlı, “+**********02” saylı xarici mobil nömrəni istifadə şəxs olmuşdur.Sözügedən “Əziz” adlı şəxslə instagram sosial şəbəkəsində tanış olduqdan sonra ünsiyyətə başlamış və qısa bir zaman sosial şəbəkədə ünsiyyət qurduqdan sonra istifadəsində olan, qeyd etdiyi “+**********02” saylı xarici mobil telefon nömrəsini ona yazmış və bundan sonra həmin şəxslə “Whatsapp” sürətli yazışma sosial şəbəkəsində ünsiyyət qurmağa başlamışdır. Söhbət əsnasında narkotik istifadə etməyə başladığını, hazırda da narkotik istifadə etmək istədiyini bildirmiş və “Əziz” adlı şəxs müəyyən pul qarşılığında ona narkotik sata biləcəyini demişdir. Narkotik vasitə və psixotrop maddələri necə əldə edəcəyi “Əziz” adlı həmin şəxsdən maraqlandıqda “M 10” adlı “elektron pul qabı” kimi bilinən applikasiya vasitəsi ilə göndərəcəyi mobil telefon nömrəsinə pul köçürəcəyini, köçürdüyü pulun qarşılığında narkotik vasitə və ya psixotrop maddəni hər hansısa bir yerdə gizlətdirəcəyini və həmin yerin şəkillərini, gizlədilmiş yerlərin işarəli görüntülərini və “məkan” yerini “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi ilə ona göndərəcəyini, beləliklə, göndərdiyi pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyini bildirmiş və o da şərtlər ilə razılaşmışdır. Bundan sonra “M 10” adlı “elektron pul qabı” kimi bilinən applikasiyada özü məxsus və öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş və “Əziz” adlı həmin şəxsin göndərdiyi mobil telefon nömrələrinə pul göndərməklə narkotik vasitə və psixotrop maddələr almağa başlayıb öz şəxsi istifadəsi üçün istifadə etməyə, həmçinin müəyyən vaxtlarda da ətrafında olan, hazırda adlarını və anket məlumatlarını xatırlamadığı şəxs və ya şəxslərə hədiyə, pay kimi verməyə başlamışdır. Eyniliklə bu kimi proses 15 may 2023-cü il tarixdə baş tutmuş, belə ki, 15 may 2023-cü il tarixdə yuxarıda qeyd etdiyi həmin “Əziz” adlı şəxslə “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə ünsiyyət qurub narkotik vasitə olan heroin əldə etmək istəmiş, bir qismini şəxsi istifadəsi üçün, bir qismini də tanışlarına hədiyyə edəcəyini bildirmişdir. “Əziz” adlı həmin şəxs “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə “***-***-**-**” saylı mobil telefon nömrəsi ona göndərmiş və həmin nömrəyə “M 10” adlı “elektron pul qabı” kimi bilinən applikasiyadan pul göndərdikdən bir müddət sonra narkotik vasitə olan heroini öncədən bilmədiyi, onun müəyyən etdiyi hansısa gizli bir yerə yerləşdirəcəyini, həmin gizli yerin işarələnmiş və istiqamətlənmiş foto görüntülərini və “məkan” məlumatlarını “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə mənə göndərəcəyini bildirimiş və o da bununla razılaşmışdır.Daha sonra razılaşmanına əsasən, 15 may 2023cü il tarixdə, saat 23:13-də “M 10” adlı “elektron pul qabı” kimi bilinən applikasiyadan “Əziz” adlı həmin şəxsin öncədən göndərdiyi “***-***-**-**” saylı mobil telefon nömrəsinə 100 manat pul göndərmiş və pulun çatmasını “Əziz” adlı həmin şəxs təsdiqləyərək bir müddətdən sonra narkotik vasitə olan heroini yerləşdirib foto və məkan məlumatlarını ona göndərəcəyini bildirmişdir.Təxminən iki gün müddət keçmiş və 17 may 2023-cü il tarixdə, təxminən saat 20 radələrində yuxarıda qeyd etdiyi həmin “Əziz” adlı şəxs narkotik vasitə olan eroini yerləşdirdiyi gizli yerin şəkillərini və həmin yerini bildirəcək “məkanı” “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. Narkotik vasitə olan heroinin gizlədildiyi yerə göndərilmiş “məkan”-nın köməkliyi ilə xəritə üzərindən baxdıqda Bakı şəhəri, Binəqədi rayonu olduğu qeyd edilmişdir. Bakı şəhərini tam olaraq tanımadığından hansı tərəf, nəyin yanı olduğunu bilməmiş və mobil telefon nömrəsini, markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə göndərilmiş narkotik vasitə olan heroinin gizlədildiyi yerin yerini bildirən “məkan” bildirən istiqamətdə Bakı şəhəri, Binəqədi rayonuna getmişdir. 17 may 2023-cü il tarixdə, saat 21:00 radələrində məlumatlarını yuxarıda qeyd etdiyi “Əziz” adlı şəxsin “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə işarələnmiş və istiqamətlənmiş foto görüntüləri və “məkan” məlumatları göndərdiyi yerə yaxınlaşıb, tanımadığı, dəqiq ünvanını bilmədiyi, Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən, yol kənarındakı reklam lövhəsinin dibində yerləşdirilmiş yerdən tapıb götürmüş və üzərində saxlamışdır. Bir qədərdən sonra yuxarıda qeyd etdiyi yaşadığı mənzilə qayıtmış və gecəni mənzilində qalmışdır. 18 may 2023-cü il tarixdə, saat 16:50 radələrində həmin narkotik vasitə olan heroini şəxsi istifadə etməyi və bir hissəsini istəyən olarsa tanışlarına, yaxınlarına hədiyyə verməyi üçün əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq yaşadığı yuxarıda qeyd etdiyi, yəni, ünvan 5 ünvandan çıxmışdır.Həmin günü, təxminən 5-10 dəqiqədən sonra, yəni, 18 may 2023-cü il tarixdə, saat 17:00-da ünvan 6 ünvanın yaxınlığında piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmalarını bildirərək, narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini deyərək özləri ilə birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə getməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və onlarla birlikdə Polis Bölməsinə getməyə razılıq verib getmişdir.Polis Bölməsində şəxsiyyət vəsiqəsini təqdim edib şəxsiyyəti və milliyyəti barədə məlumat verdikdə Polis əməkdaşları ilk olaraq tərcüməçi dəvət ediləcəyini bildirmişlər. Azərbaycan dilində sərbəst danışıb, başa düşdüyünü, yazıb-oxumağı bacardığını desə də buna baxmayaraq Bölməyə tərcüməçi çağrılmışdır. Gələn şəxsin tərcüməçi olacağına dair qərar yazılmış, hüquq və vəzifələri izah edilərək ona təqdim edilmişdir. Bundan sonra öz istəyi ilə oraya müdafiəçi dəvət edilmiş və dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi, bundan başqa tanışlarına, yaxınlarına, istədikləri zaman hədiyyə, pay vermək üçün əldə edib, saxlayıb və üzərində daşıdığı səffaf polietilenə bükülmüş bir bükümdə olan narkotik vasitə heroini əynindəki boz rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir.Sonra həmin bir bükümdə olan heroin, orada olan tərcüməçinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş, hamı tərəfindən imzalanmış, zərfin üzərində müvafiq qeydlər aparılılb qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdən ibarət içərisində narkotik vasitə heroini ifadəsində qeyd etdiyi kimi əldə etmiş, yəni,15 may 2023-cü il tarixdə, saat 23:13-də radələrində “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Əziz” adlı şəxsin “+**********02”saylı xarici mobil telefon nömrəsindən “Whatsapp” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi “**********” saylı mobil telefon nömrəsinə “M 10” adlı “elektron pul qabı” kimi bilinən applikasiyadan 100 manat pul göndərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə olunması və satışı ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu, Şərifzadə 74 ünvanın yaxınlığında tərəflərindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-yə gətirilmişdir. Yasanal RPİ-nin 28-ci PB-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış götürmə zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən özünün qeyd etdiyi xırda bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni 1 gün əvvəl Binəqədi rayon ərazisində Əziz adlı şəxsdən aldığını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışında şübhəli olması kimi daxil olmuşdur. İstintaq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ətrafında araşdırma aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri keçirdərək saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub saxlamamış, sonuncunun saxlanılması zamanı heç bir silahdan istifadə edilməmişdir. Təqsirləndirilən şəxs Yasamal rayonu, Şərifzadə 74 ünvanında, ASAN xidmətlə üzbəüz yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər iştirak etmişlər. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç biri fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılma şəraiti barədə dedikləri yalandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində tərəflərindən saxlanılaraq Yasamal RPİnin 28-ci PB-yə gətirilmişdir. Yasamal RPİ-nin 28-ci PB-də Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı və müdafiəçinin iştirakları ilə baxış keçirilən zaman sonuncu üzərindən narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı 5 mərtəbəli binanın giriş qapısının qarşısında saxlamışlar. Heç kim Təqsirləndirilən şəxs qarşı silah istifadə etməmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı məhlədə saxladıqları üçün sonradan onları görənlər ola bilər, amma saxladıqları vaxt ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmadığından məlumatda qeyd olunanları tam deyə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı fakt təsdiqini tapmışdır. Əgər onlar tərəfdən Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq göstərilsə idi, xəsarətləri ekspertiza tərəfindən qeydə alınardı. Təqsirləndirilən şəxs 17:00-18:00 radələrində Yasamal rayonunda yaşadığı binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt ətrafda onları görən olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji, fiziki təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan ifadələr verir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, şəxsin bədəni üzərində olan xəsarətlər rəng göstəricinə görə müəyyən edilir. O, xəsarətin özünü görməmişdir. Xəsarət ambulator kartada təqdim olunmuşdur. Ambulator kartanı Bakı istintaq təcridxanasına daxil olarkən tibb hissəsində həkim tərəfindən tərtib olunmuşdur. Həkim şəxsin hansı hissəsində xəsarətlər varsa onları qeyd etmişdir. Həkim rentgen müayinəsi aparmış və ambulator kartada qeyd etmişdir. Ambulator karta ekspertizaya noyabırın 13-ü təqdim olunmuşdur. O, şəxsin özünə baxış keçirtsə də qançırların sovrulma müddəti var. O, həmin xəsarəti görməmiş, sənədlərə əsasən rəy vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, ekspertə təqdim olunan tibbi sənədlərin hər birinə sonuncu tərəfindən qiymət verilməlidir. Təqsirləndirilən şəxsdə bir qabırğanın sınığı olduğu üçün məhkəmə-tibbi ekspertizası tərəfindən yüngül xəsarət kimi qiymətləndirilir. Sınıq baş verdikdən sonra sınıq nahiyyəsinə qan hopur, qan hematoma tipdə və ya qançır formasında özünü ifadə edir. Qançırın sağalma müddəti var. İlkin gündə baxış keçirildikdə qançır qırmızımtıl, göyümtül, günlər keçdikcə, bir neçə gündən sonra bənövşəyi rəng, 6-7 gündən sonra yaşımtıl, 9-11 gündən sonra sarımtıl rəngdə olur. Xronologiyasına görə o, rəydə qeyd etmişdir. Qançır bənövşəyi rəngdə 3-5 gün ərzində, sarımtıl rəngdə isə 9-11 gün müddətində olur. Qançır saraldıqdan sonra itib keçir. Qeyd olunan xəsarətlər may ayının 22-dən əvvəlki 3-5 gün əvvələ uyğun gəlir. Qançırın bənövşəyi rəngdə olma müddəti 6-7 gün də ola bilər, o, baş verən nahiyyədən asılıdır. Boyun nahiyyəsində olan qançırlar saralmır, bənövşəyi rəngdən sovrulmağa gedir. Həmin nahiyədə saralma olmur. Qançırın bənövşəyi rəngdə olma müddəti bədənin həmin nahiyyəsinə təkrar travmatizm baş verdikdə ola bilər. Birinci mexanizmin təsirindən sonra yaranan bənövşəyi rəngdə qançır 6-7 gün ola bilməz. Çoxsaylı idman hərəkətləri, fiziki işlər görərsə ola bilər ki, davam etsin, çünki qansızma arta bilər. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər. Həmin xəsarətlərin necə və harada yaranması ilə bağlı fikir söyləmək mümkün deyil, o, istintaq hərəkətidir. Xəsarətlərin döyülmə nəticəsində yetirilməsi istintaq işidir, onlar cavab verə bilməzlər. 6-10 gün ərzində sınıq nahiyyəsində ölmüş toxumalar saralmağa başlayır. 15-21 gün lazımdır ki, orada döyənəkləşmə əməliyyatı görülsün. Bu 10-15 gün müddətinə qədər təzə sınıq hesab edilir və həmin nahiyyədə saralmış qançır olur. Şəxs təcridxanaya daxil olduqdan 6 ay sonra o, rəy vermişdir. O, qançırın rənginə görə qabırğanın sınığını 9-11 gün əvvəl baş verməsini qeyd etmişdir. Sınığın bitişib sağalmasının müddəti 3 həftədir. 3 həftədən sonra sınıq nahiyəsində 2 aya qədər formalaşmış döyənək əmələ gəlir. 2 aydan sonra sovrulmağa başlayır, lakin sınığın olub bitişməsi elementi orada qalır. Rentgenoloji sınıq orada öz əksini tapacaq. Sınıq 9 gün ərzində təzə olur və orada mazol görünə bilməz. Əgər döyənək görünürsə deməli artıq 3 həftədir. Təqdim olunan sənədlərdə qançırın rəngi göstərilməsə, o, müddəti haqqında fikir söyləyə bilməzdi. Qançırın rəngi müxtəlif adamlarda 1-2 gün fərq edə bilər. Sarımtıl rəngli qançır müddəti 9-11 gün yazmağa əsas verir. Qeyd olunan xəsarətlər insanın öz əli çatan nahiyyələrdədir və əl çatan nahiyyələrdəki xəsarətləri insanın özü tərəfindən yetirilməsi inkar olunmur. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs bədən üzərində olan xəsarətləri özü tərəfindən yetirilməsi mümkündür. Həmin xəsarətlərin döyülmə nəticəsində yetirilib-yetirilməməsi istintaq işidir. Həmin xəsarətlər küt əşya ilə yetirilib. Həmin yerə küt əşya dəyə bilər və ya şəxs küt əşyaya dəyə bilər. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, onların təqsirləndirilən şəxslə yaxın ailəvi dostluqları, gediş-gəlişləri var. Onlar sonuncu ilə demək olar hər gün görüşürdülər. Hadisə günü ona iş üçün zəng gəlmiş, sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş və onlar danışmışlar. Onlar həyətə düşüb iti gəzdirdikdən sonra evə qalxmışlar. Qapını açıb içəri girdikdən sonra qapını örtmək istəyəndə bir nəfər əli ilə qapını tutub saxlamış və içəri girmişdir. İçəri girən həmin şəxs vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs içəri girən kimi yüksək səslə danışmağa və təzyiq göstərməyə başlamışdır. O, bundan həyəcanlanaraq aşağı düşmüşdür. Aşağı düşən zaman dəhlizdə ikinci bir şəxsin yuxarı qalxdığını görmüşdür. Bir neçə saniyədən sonra o, təkrar yuxarı qalxmışdır. Dəhlizdə iki nəfər polis əməkdaşı dayanmışdır. Təqsirləndirilən şəxs nə baş verdiyini başa düşmürdü və sonuncunu üzü üstə yerdə uzatmışlar. Sonra üçüncü polis əməkdaşı da otağa gəlmişdir. Uşağı başqa otağa keçirmişlər. Otaqda polis əməkdaşları, o və Təqsirləndirilən şəxs qalmışdır. Ona demişlər zəng vur yaxınlarına bildir və sonra sonuncunu aparmışlar. Bütün bunlar 15 dəqiqə ərzində baş vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitənin alışı və satışı, istifadəçisi olmağını bilməmişdir. Amma son zamanlar sonuncu çox depressiv hallar yaşamış və çox içki içmişdir. Təqsirləndirilən şəxs ailəsindən uzun müddət idi ayrılmışdır. Təqsirləndirilən şəxs Portuqaliyaya köçməli idi, amma bu alınmamış və 3 ay sonraya qaldığı üçün işdən tez çıxmışdır. O, hiss etmişdir ki, bundan sonra sonuncu daha çox depressiyaya düşmüşdür. Təqsirləndirilən şəxs anası, o və hər kəs nəyə görə bu qədər tez-tez içki qəbul etməyini soruşmuş, sonuncu hər şeyin qaydasında olduğunu demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs fiziki təzyiq göstərmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs saçları uzun olmuşdur. Sonuncunun saçlarından tutub sürüyərək otağa qədər aparmışlar. Orada xanım da, uşaq da olmuşdur. Bu hadisə sonuncuların gözləri qarşısında baş vermişdir. Hadisə günü polis əməkdaşları təqsirləndirilən şəxsin evində protokol tərtib etməmişlər. Təqsirləndirilən şəxsin evindən narkotik vasitə tapıldığını görməmiş və ona polis əməkdaşları sonuncunun evindən narkotik vasitə çıxdığını bildirməmişlər. Polis əməkdaşları təqsirləndirilən şəxsin üzərinə baxış keçirtməmişlər. Polis əməkdaşlarının təqsirləndirilən şəxsi döyməklərinin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxsi uşaqlığından tanıyır, ailəvi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsin atası, anası və qardaşı ilə yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxslə qohum deyillər, amma qohum kimi olmuşlar. Təqsirləndirilən şəxslə eyni binada, amma fərqli bloklarda qalmışlar. Hadisə günü isə yeni işlə bağlı görüşü olmuşdur. Təqsirləndirilən şəxslə əlaqə saxlayıb görüşü bitdikdən sonra sonuncunun yanına gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə istifadə etdiyini bilmirdi. Amma təqsirləndirilən şəxsin depressiv vəziyyətlərdə olanda ancaq içkidən istifadə etmədiyindən şübhələnmişdir. Depressiv vəziyyət deyəndə təqsirləndirilən şəxs özünə fikir vermir, üzünü təraş etmir və hər gün içki içirdi. O, təqsirləndirilən şəxsdən başqa nəyəsə qurşanmağı barədə soruşmuşdur. Sonuncu da ona narahat olmamağını tapşırmışdır. Hadisə günü polis əməkdaşları təqsirləndirilən şəxsin evinə daxil olan kimi sonuncunu döyməyə başlamışlar, amma nə üçün döyməyə başladıqlarını bilməmiş, çünki həmin vaxtı özündə olmamışdır. Sonra polis əməkdaşlarından nə üçün belə etdiklərini soruşanda təqsirləndirilən şəxsin narkotik vasitə ilə əlaqəsinin olduğunu bildirmişlər. Hadisə günü polis əməkdaşları təqsirləndirilən şəxsin evini darmadağın etmişlər. Polis əməkdaşının əlində sellofan olmuşdur. Sellofanın içərisinə təqsirləndirilən şəxsin mobil telefonunu və pul kisəsini qoyub sonuncunu əli qandallı aparmışlar. Polis əməkdaşlarının sellofana başqa nə yığdıqlarını görməmişdir. Döymək deyəndə 2 nəfər polis əməkdaşı təqsirləndirilən şəxsin üzərinə çıxıb sıxmışlar. Hətta evə birinci daxil olan kimi təqsirləndirilən şəxsin əlini qandallayıb sonuncunun uzun saçlarından tutub sürüyərək qonaq otağındakı divana gətirib atmışlar. Təqsirləndirilən şəxs də döyülən vaxtı polis əməkdaşlarından döyməməklərini xahiş etmişdir. Təqsirləndirilən şəxsin evinda baş vermiş hadisələrlə bağlı qorxduğu üçün heç yerə şikayət etməmiş, amma indi məhkəmə istintaqında ifadə verdiyi üçün heç kimdən qorxmur. Polis əməkdaşlarının ona qarşı təzyiqlər göstərə biləcəklərindən qorxmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (İ cild, i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 17.00-dan tutulmuş hesab edilmişdir. (l cild i.v. 31) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 01 ədəd üzərində 5235 2222 3564 4388 nömrəsi olan plastik bank kartı və 41 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əziz” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 100 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, yalnız pul qarşılığı olmadan tanışlarına istifadələri üçün narkotik vasitə verdiyini, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (İ cild, i.v. 43- 44, 195-196) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2902 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,037 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 50-54) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(004)-465/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklər Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild i.v. 56) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 66) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-389/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan hesablanmışdır. (İ cild i.v. 102-104) xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, narkotik və ya psixotrop maddələr aşkar olunmamışdır. (İ cild i.v. 110-115) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mobil telefonu açıb “menyu” bölməsinə daxil olduqdan sonra ilkin olaraq “ismarıc” qutusuna baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Bundan sonra, mobil telefonu açıb “fotoşəkil” bölməsinə daxil olduqdan sonra fotoşəkillər qutusuna baxış keçirilmiş, baxış zamanı fotoşəkillər bölməsinə müxtəlif tarixlərdə narkotik vasitə marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin görüntüsü, həmçinin qeyd olunan narkotik vasitələrin və psixotrop maddənin elektron tərəzi üzərində çəkilməsi, müxtəlif məbləğlərdə pul vasaitlərinin «M10» elektron pul qabına köçürülməsini əks etdirən fotoşəkillər aşkar edilmişdir. Bundan sonra mobil telefonun “daxil olan və çıxan zənglər” siyahısına baxış keçirilmiş, baxış zamanı «St» adı ilə olan +**********44 saylı, «sahinazadi İranes Fatma» adı ilə olan **********06 saylı, «X16 İ Druqoe» adı ilə olan +**********72 saylı, «Badjişka Fatma» adı ilə olan +**********58 saylı, «X15-Elin» adı ilə olan +**********49 saylı, «Şaxin İranes» adı ilə olan +**********90 saylı, «Yusif İranes» adı ilə olan +**********78 saylı, «İran 18 Manis» adı ilə olan +**********49 saylı, «İran 2 Manis» adı ilə olan +**********76 saylı, «X20» adı ilə olan +**********6502 saylı xarici respublikaya aid əhəmiyyət kəsb edən mobil nömrələr müəyyən edilməmişdir. Bundan sonra mobil telefonda olan “Whatsapp” sürətli yazışma sosial şəbəkə tətbiqetməsinə baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir: -14 may 2023-cü il tarixdə saat 00:24-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********50 mobil nömrəsinə “Fatə İraneü” adı ilə qeydiyyata salınmış +**********02 mobil nömrəsindən «bəy nə xəbər oldu götürdün» səsli ismarıc,16 may 2023-cü il tarixdə saat 22:06-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********50 mobil nömrəsinə «X16 İ Druqoe» adı ilə qeydiyyata salınmış +**********72 mobil nömrəsindən «salam necəsən ay samir, nə var nə yox, harlaradasan, Samir 5 dənə hazırım daş var gör istəyən olsa mənə de» səsli ismarıc, 03 aprel 2023-cü il tarixdə saat 11:11-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********50 mobil nömrəsindən «şahinazadi İraneü Fatma» adı ilə qeydiyyata salınmış +**********06 mobil nömrəsindən «abı salam nə var nə yox, baqışda məni yuxu tutub yatmışam,tələsmə qulu yatıbdır, qoy dursun həl edəcəm başına dönüm sənin» səsli ismarıc, 5 cavabsız sesli arama, saat 16:33-də «Abi cavab» 4 cavabsız səsli arama, saat 16:59-da «Abi niyə cavab vermirsən», 2 cavabsız səsli arama, saat 19:19-da Təqsirləndirilən şəxs tərəfindən «ha Şahin salam, mənə zəng etmisən, Şahin belə getsə vallah bütün uşaqlar qacacaq, uşaqlar dünəndən gözləyir, bir xəbər çıxmır vallah», «abi nə zəng elə başına dönüm, uşaqlar yığır, məni mənə belə vəziyyətdə saxlama», «abi başına dönüm mən uşaqlara söz vermişən, uşaqlarda gözlüyürlər» səsli ismarıc, qarşı tərəf «şahinazadi İraneü Fatma» «abi ora adam yolladım, getdi tapdı ordan, indi telefonuma cavab vermir» səsli ismarıc,qarşı tərəf Təqsirləndirilən şəxs «abi denən ona şəkili atsın mən baxım nəyi tapdı o», «Abi başına dönüm irələyiş varmı, abi mənə bir zəng elədə, mən bilimdə, sənə güvənim, yoxsa, başqa tərflə mən iş görüm, nə bilim, başına dönüm uşaqlar dünəndən gözləyir» qarşı tərəf «şahinazadi İraneü Fatma» «abi sənə heç cad eləyə bilmədim, o, uşaqla danışdım, dendi mən malı qoymuşdum, ardınca sənə mal vermiyəcəm, özün bilərsən gündə snə verirdim» qarşı tərəf, Təqsirləndirilən şəxs «demək istəyirsən mənim pulum, indi neə eləyək, qardaş mən gözdüyürəm axı səndən, danışdıq axı indi, yaxşı düz çımır axı,yaxışı deyil axı nə bilim» «deyirsən işləməyək işləməyəkdə, nə deyim, mən işləmək istəyirəm, mən nə qədər gözləməliyəm» «şahinazadi İraneü Fatma» «abi dayan, danışım, bir şey fikiləşim, başına dönüm sənin», «dayan səbir ol görək neynəyə bilirik», qarşı tərəf Təqsirləndirilən şəxs «abi mənə zəng elə də abi», qarşı tərəf «şahinazadi İranes Fatma» «abi sənə səs atdım, canım sənə qurban,and olsun allaha, onunla gedib üzbəz danışdım, malları göstərdi, ordan atdı mənə qoy nə qayrırıq» qarşı tərəf Təqsirləndirilən şəxs «yəni demək istəyirsən ki, vsyo mənim vurduğum 250 manat getdi, batdı, onu demək istəyirsən» qarşı tərəf «şahinazadi İraneü Fatma» «abi demirəm vsyo, deyirəm bir şey fikirləşək, daş torpaqda olmsasa, sənə güldən zaddan təşkil edərik, pulunu çıxardarsa» qarşı tərəf Təqsirləndirilən şəxs «abi belə eləmədə, danışdıq axı,mən camaata söz vermişəm, sən burdan bura məni padvadit edirsən, olmadı ki, bu başına dönüm, camaat ordan gözləyir məni, kluvatdıyırlar orda səhərdən» səsli ismarıclar, bundan başqa «şahinazadi İraneü Fatma» adlı istifadəsi ilə Təqsirləndirilən şəxs arasında müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop sifariş verməsi, həmçinin müxtəlif kart hesablarına və «M10» elektron pul qabına pul vəsaitləri köçürülməsinə dair yazışmalar, həmçinin narkotik vasitələrin fotoşəkilləri göndərilməsi müəyyən olunmuşdur. Bundan sonra mobil telefonda olan “M10” elektron pul qabına daxil olunması üçün “1979” rəqəmlərdən istifadə olunmaqla «M10» elektron pul qabına daxil olunmuş və elektron pul qabına baxış keçirilmiş, “M10” elektron pul qabının tarixcə bölümünə baxış zamanı “15 may 2023”-cü il tarixdə saat 23:10-da 523522******4388 saylı bank kartından ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabına 100 manat mədaxil olunması, saat 23:13-də ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabıdan 100 manat pulun ***-***-**-** saylı nömrə ilə istifadə olunan «M10» elektron pul qabına köçürülməsi, 16 may 2023-cü il tarixdə saat 20:06-da 523522******4388 saylı bank kartından ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabına 220 manat mədaxil olunması, saat 20:09-da ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabıdan 225 manat pulun ***-***-**-** saylı nömrə ilə istifadə olunan «M10» elektron pul qabına mədaxil olması, həmçinin müxtəlif tarixlərdə 523522******4388 saylı bank kartından ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabına müxtəlif məbləqlərdə pul vəsaiti mədaxil olunması, ***-***-**-** saylı nömrə ilə istifadə olan «M10» elektron pul qabıdan müxtəlif məbləqlərdə pulun müxtəlif nömrələrlə ilə istifadə olunan «M10» elektron pul qabına köçürülməsi müəyyən edilmişdir. Bundan sonra mobil telefonda olan “Bank Respublika”ya aid “S” mobil şöbəyə daxil olunması üçün “19791” rəqəmlərdən istifadə olunmaqla “S” mobil şöbəyə daxil olunmuş və baxış keçirilmiş, baxış zamanı “S” mobil şöbənin bölümünə baxış zamanı müxtəlif tarixlərdə müxtəlif pul vasaitləri bank kartına, komunal xərclərə, mobil operatorlara köçürülməsi müəyyən olunmuşdur. (İ cild i.v. 116-138) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 176) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü Şurov İlya adlı yetkinlik yaşına çatmayan uşağı vardır. (İ cild, i.v. 205) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/742 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X21 10S” markalı, “M2101K7BG” modelli “**********03025”, “**********03033” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X21 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp” və “Telegram” proqram təminatında aparılmış məlumat mübadiləsi və s) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-742» adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. (İİ cild i.v. 46-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X17 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild i.v. 54-55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1784 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadar. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild i.v. 56-58) xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,037 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 1,987 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “X21 10S” markalı mobil telefon aparatı və 01 ədəd “Bank Respublika”ya aid 5235 2222 3564 4388 seriya nömrəli bank kartı maddi sübut kimi tanınmış və ayrılacaq cinayət işinə əlavə olunmuşdur. (İİ cild i.v. 79-100) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan “Əziz” adlı şəxs barəsində CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (İ cild, i.v. 102-104) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 108-109) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və 5512/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı boyunun hər iki nahiyəsində bənövşəyi rəngli, döş qəfəsinin ön nahiyəsində sarımtıl rəngli qançırlar, sağ İX-cu qabırğada az yerdəyişmiş sınıq (rentgenoloji) müşahidə edilmişdir. Xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 xx.xx.2023-cü il tarixli, 1606 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının X8 həkimi tərəfindən baxış keçirilərkən “boynun hər iki yan nahiyəsində bənövşəyi rəngli və sinədə sarımtıl rəngli qançırları, döş qəfəsinin rentgen müayinəsində sağ İX qabırğanın az yerdəyişən sınığı” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, törənmə müddətlərinə görə, bənövşəyi rəngli qançırlar xx.xx.2023-cü il tarixdə BİT-nın X9 müayinəsindən 3-5 gün əvvələ, sarımtıl rəngli qançır fonunda İX qabırğanın sınığı 9-11 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyanın dəyməsi zəminində yarana bilərdilər və qançırlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, İX qabırğanın sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmənin sorğusu əsasında Yasamal rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinə dair qeydiyyat kitabının”nın, aktın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, MSY-ə daxil olarkən Təqsirləndirilən şəxs bədən baxışı keçirilmiş, gözlə görülə bilən heç bir xəsarət izi aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Yasamal Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış 1322-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxsna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının fiziki təzyiqlər göstərmələri və ittiham aktında qeyd olunan narkotik vasitəni cibinə qoymaları və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, mobil telefona baxış keçirilməsi haqqında protokol, ona əlavə olunmuş disk və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəfindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmuyu təqsirləndirilən şəxsin cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X5 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə olması F.Y.Hüseynovun Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə F.Y.Hüseynovun məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X13 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 17.00-dan tutulmuş hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-389/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 160 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1,987 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “X21 10S” markalı mobil telefon aparatı və 01 ədəd “Bank Respublika”ya aid 5235 2222 3564 4388 seriya nömrəli bank kartı ayrılmış ********* saylı cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1,987 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “X21 10S” markalı mobil telefon aparatı və 01 ədəd “Bank Respublika”ya aid 5235 2222 3564 4388 seriya nömrəli bank kartı ayrılmış ********* saylı cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-746/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-746/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver