Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-746/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “A.İ.M” Abbasov Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi ev 66 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda da yaşamış, hazırda ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə:1, mənzil:20 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayıb, daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlərdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən özlərinin gəlir əldə etməsi müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri vasitəsi ilə Sumqayıt şəhərinə qoyulmuş külli miqdarda - 26643,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı birlikdə əldə edib, bir qismini üzərlərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 3-cü kilometrliyinin yaxınlığına daşımaqla, qalan hissəsini isə müxtəlif ünvanlarda saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 iyun 2024-cü il tarixdə saat 09:45-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 12:30-dən etibarən üzərlərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə saxladığı bir ədəd bükümdə 12,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən 01 ədəd bükümdə 10,91 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 14 iyun 2024-cü il tarixdə saat 13:40-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi ev 66 ünvanına özünün və Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən anbarın içində gizlədilən satış məqsədi və tamah niyyəti ilə saxlamaqla həm öz aralarında, həm də üzərlərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən 20 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 985 qram, 995 qram, 985 qram, 980 qram, 980 qram, 985 qram, 980 qram, 990 qram, 1000 qram, 990 qram, 985 qram, 985 qram, 985 qram, 980 qram, 990 qram, 980 qram, 985 qram, 995 qram, 985 qram, 980 qram olmaqla ümumilikdə çəkisi külli miqdarda- 19 720 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.Tədbirin davamı olaraq 14 iyun 2024-cü il tarixdə saat 14:20-dən etibarən Təqsirləndirilən şəxs2 bildirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanına özünün və Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətində dirəkdən asılmış satış məqsədi və tamah niyyəti ilə saxlamaqla həm öz aralarında, həm də üzərlərindən və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən 07 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 990 qram, 985 qram, 985 qram, 980 qram, 990 qram, 990 qram, 980 qram olmaqla ümumilikdə çəkisi külli miqdarda- 6900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. 13 iyun 202ü-cu il tarixli DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis general-mayoru, cənab İslam Hümbətova raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmuşdur.
4. 14 iyun 2024-cü il şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində bu gün, yəni 14 iyun 2024-cü il tarixdə saat 12:00 dəqiqədə BNMİ-nin inzibati binasında müdafiəçi 3 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdə saat 09:45 dəqiqədən tutulmuş hesab edilir.
5. 14 iyun 2024-cü il şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdə saat 09:45 dəqiqədən tutulmuş hesab edilir.
6. 14 iyun 2024-cü il şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 47) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş. yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli, şalvarın sağ yan cibindən 1(bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 2(iki) ədəd, "Samsung" markalı mobil telefon və 1(bir) ədəd ev açarı aşkar olundu. Sonra qurudulmuşanxuanaya benzer kütle elektron tərazidə çəkildi və qablaşdırma ile birlikda çəkisi 14 Framion dörd gram) oldu. X2 eynində olan qara rengli alvann sağ yan cibinden (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş amxuanaya bənzər kütləni təqdim etdi. X10 üzərinə şəxsi axtarış ocinildi. Saxsi axtarış zamanı sonuncunun əynində olan həmin salvarın sol yan cibindan Samsung markalı mobil telefon, 101(yüz bir) AZN pul və içində siqaret dənələri olan siqaret qutusu aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tarazidə cəkildi və qablaşdırma ilə birlikdə çəkisi 13 gram(on üç qram) oldu. Sonra hemin kütlələr qablaşdırıldı, şübhəli şəxslər, müdafiəçilər, tərəfimdən imzalandı və götüruldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürüldü, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarıldı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddalari İran İslam Respublikası vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri dəniz kənari ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri Rza adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul əldə etməklə bağlı razılaşdığını, bu işləri görməkdə əvvəlcədən razılaşdığı Təqsirləndirilən şəxs2 ona köməklik etdiyini və ona taksi pulu kimi 150 AZN pul verdiyini, həmçinin birlikdə əldə etdikləri narkotik maddələrin üzərindən istifadə etmək üçün Şahların və özünün qurudulmuş marixuana götürdüyünü, Şahların "Rza" ilə hər hansı əlaqəsinin olmadığını əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, 077 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, sifətində olan xəsarətləri bir neçə gün əvvəl yaşadığı evdə işləyərkən aldığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq eldiyini, üzərindən aşkar olumuş qurudulmuş marixuananın sonuncu ilə birlikdə əldə etdikləri kütlələrin üzərindən istifadə etmək üçün götürdüyünü, Famillə razılaşaraq qeyd olunan narkotikləri dəniz kənarından götürüb Bakı şəhərinə gətirməyin əvəzində 150 AZN pul və istifadə etmək üçün marixuana götürdüyünü, əlavə olaraq Familin verdiyi narkotikləri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşayış olmayan həyətyanı sahənin divarından asaraq saxladığını, həmin yerə baxış keçirilməsinə etiraz etmədiyini və narkotik maddələri təqdim edə biləcəyini, 055 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin, yoxlanılmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni iqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «SONY>> markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD əlavə olundu.
7. 14 iyun 2024-cü il ünvana baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 54) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs1 14 iyun 2024-cü il tarixdə, saat 09:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 3-cü km-nin yaxınlığında Təqsirləndirilən şəxs2 isə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsənə gətirilmiş şübhəli şəxs də tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən erazi dairəsi, Sulutepe qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 66 narkotik saxladığını, həmin evə baxış kecirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bakı şəhəri, Binəqədi rayonu. Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Lahverdiyev küçəsi ev 66 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər asaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 14 iyun 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış ederek sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin evin həyətinə girişindən sağ ratdə olan anbarın içində gizlətdiyi 2(iki) ədəd qara rəngli torbanı təqdim etdi. Həmin torbanın içindən 20(iyirmi) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 20 kq 635 qram(iyirmi kq altı yüz otuz beş qram) oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Daha sonra həyətə, evin daxilinə baxış keçirildi və əlavə olaraq iş ra əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri dəniz kənarı ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri "Rza" adlı şaxsın deyəcəyi ünvanlara çatdırıb əvəzində pul əldə etməklə bağlı razılaşdığını, bu işləri görməkdə əvvəlcədən razılaşdığı Təqsirləndirilən şəxs2 ona köməklik etdiyini və ona taksi pulu kmi 150 AZN pul verdiyini, həmçinin birlikdə əldə etdikləri narkotik maddələrin üzərindən istifadə etmək üçün Şahların və özünün qurudulmuş marixuana götürdüyünü, əldə etdiyi narktoik vasitənin bir hissəsini yaşadığı evin həyətində qalan hissəsini isə saxlaması üçün Sanlara verdiyini qorxduğu üçün İranlı Rza ilə əvvəlcədən qəbul etdiyi razılaşmanı pozduğunu və heç bir əraziyə narkorik vasitə yerləşdirmədən aşkar olunan yerdə narkotik maddələri saxladığını, buraya narkotikləri Şahlarla birgə gətirdiyini, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Mediklərini təsdiq edərək narkotik vasitələrin qalan hissəsini Binəqədi rayonunda yaşayış olmayan həyətdə saxladığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı SONY markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD əlavə olundu.
8. 14 iyun 2024-cü il ünvana baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 60) görünür ki, 14 iyun 2024-cü il tarixdə, saat 09:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu 3-cü km-nin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə getirilmiş ve sübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanının yaxınlığında narkotik maddə saxladığını, həmin yerə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanının yaxınlığında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər asaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 14 iyun 2024-cü il tarixli qarara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2, həmin ünvanda adını bilmədiyi yaşayış olmayan həyətin divarından qalxaraq həyətdə basdırılmış və divara bitişik olan dirəkdən asdığı 1(bir) ədəd ağ rəngli torbanı təqdim etdi. Həmin torbanın içindən 7(yeddi) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 7 kq 20 qram (yeddi kq iyirmi qram) oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Daha sonra Pətrafa baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq təqdim etdiyi yerdən aşkar olunamuş qurudulmuş marixuana maddəsini tanışı Təqsirləndirilən şəxs1 ona saxlaması üçün verdiyini, daha sonra Familin ondan götürəcəyini, İranlı Rza ilə hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahların dediklərini təsdiq edərək aşkar olunan kütlələri Şahlara saxlaması üçün onun verdiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid3 tərəfindən video çəkiliş aparıldı.
9. 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının Mərkəzinin 3-16-16/2-7/991 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən (cild 1, iş vərəqə 76) görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunan kütlələr" yazılar və imzalar olan kağız paketdə 2 ədəd ağ kağız üzərlərində "Təqsirləndirilən şəxs1" yazılmış skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi-12,19 qram, ağ kağız üzərində "Təqsirləndirilən şəxs2" yazılmış skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi-10,91 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş kütlələr" yazılar və imzalar olan qara rəngli polietilen torbada üzərləri skoçla bağlanmış 20 ədəd polietilen bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri-985,0qram; 995,0qram; 985,0qram; 980,0qram; 980,0qram; 985,0qram; 980,0qram; 990,0qram; 1000,0qram; 990,0qram; 985,0qram, 985,0qram; 985,0qram; 980,0qram; 990,0qram; 980,0qram; 985,0qram; 995,0qram; 985,0qram; 980,0qram, ümumi çəkisi- 19720,0qram bitki mənşəli kütlələr, tərkiblərinində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır.Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən götürülmüş marixuanaların ümumi çəkisi- 19732,19qramdır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi, ünvandan aşkar edilmiş kütlələr" yazılar və imzalar olan üzərində yaşıl çəhrayı zolaqları olan ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 7 ədəd ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 990,0qram; 985,0qram; 985,0qram; 980,0qram; 990,0qram; 990,0qram; 980,0qram; ümumi çəkisi- 6900,0qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır.Təqsirləndirilən şəxs2 üzərindən, təqdim etdiyi ünvandan götürülmüş marixuanaların ümumi çəkisi-6910,91 qramdır. Təqsirləndirilən şəxs1 üzərindən, yaşadığı evdən və ve Təqsirləndirilən şəxs2 üzərindən, təqdim etdiyi ünvandan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər.
10. 15 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərardan (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilmişdir.
11. 15 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərarından (cild 1, iş vərəqə 128 ) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 4(005)-822/2024 nömrəli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 185) görünür ki, təqdimat təmin edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmışdır. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, 4(005)-821/2024 nömrəli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə190-194) görünür ki, təqdimat təmin edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmışdır.Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir.
14. 15 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 195) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edliməmişdir.
15. 18 iyun 2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 197) görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oglundan aşkar edilərək götürülmüş 26 643,1 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilsin və qalıq çəkisi 26 641,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.
16. 19.07.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin məktubundan (cild 2, iş vərəqə 25) görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmircan oğlunun əldə etdiyi narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan "Rza" adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərməsinə, "Rza" adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduqlan digər naməlum şəxslər vasitəsi ilə təqsirləndirilən şəxslərə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmişdir. Lakin, təqsirləndirilən şəxslərin qaçaqmalçılıq yolu ilə narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə gətirməsinin, "Rza" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır.
17. xx.xx.2024-cü il tarixli, 5(001)-1007/2024 nömrəli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 29) görünür ki, Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır.
18. 01.08.2024-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının Xocasən qəsəbə İ.Ə.D üzrə Nümayəndəliyinin məktubundan (cild 2, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ərazi nümayəndəliyinə heç bir şikayət və təqdimat daxil olmamışdır.
19. 01 oktyabr 2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ********* və Təqsirləndirilən şəxs1 məxsus ********** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" mmc-nin xx.xx.2024-cü il tarixli 11910/24 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadə olan komputerin qurğusuna daxil edilməklə baxış keçirilərkən aşağıda göstərilən cinayət işi üzrə əhəmiyyət kəsb edən SMS məlumatları aşkar edildi: xx.xx.2023; 19:02:29 xx.xx.2023 23:41:21 1.1.**********04 1.1.**********38 Foma seni gozdireme men brat. Dunen danisdigimiz kimi.3 dene derman 1 dene butov qum. Hardasansa xeber ele gelim goturum.xx.xx.2023 23:43:17 1.1.**********04 1.1.**********38 Famil gecede olsa yig meni telim aciqdi 100 manatda saxlamisam derman birde qum. Gozdirem xx.xx.2023 20:32:25 xx.xx.2023 20:32:26 1.1.**********04 1.1.**********38 Bilem oxuyursan. 2 qram oz qiymetinnen duz qos pulun verrem negd.dilxoram.yaz yada yig gozdirem yetim. Kisisen xx.xx.2024 03:07:27 xx.xx.2024 13:46:59 1.1.**********80 1.1.**********38 Famil kolon varsa yaxşi pati var məndə yaradan çoxdu dəyişərdüy xx.xx.2024 22:55:23 xx.xx.2024 22:55:23 1.1.**********97 1.1.**********02 Koia var xx.xx.2024 22:56:39 1.1.**********02 1.1.**********97 1 sahata olmalidi xx.xx.2024 03:42:08 xx.xx.2024 03:42:08 1.1.**********02 1.1.**********74 Lirikan var xx.xx.2024 18:10:00 1.1.**********02 1.1.**********24 Qaqaw cavab very ax;ndayam senol dawim var/ Bakcell MMC-dən daxil olmuş 01 ədəd disk baxış keçirilməi ilə bağlı tərəfindən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir.
20. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən (cild 02, iş vərəqə 39)görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir.
21. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən (cild 02, iş vərəqə 41)görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 355/MEŞ saylı, xx.xx.2024-cü il tarixli ekpertiza rəyindən (cild 02, iş vərəq 44-47) görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hasnı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş sol göz ətrafının yaşılımtıl-sarımtıl rəngli qançırı, sol qaşüstü nahiyyənin, sol qaş qövsünün, sol yanağın qəhvəyimtil-qonur rəngli sıyrıqları, sol bazunun, sol saidin və sağ bazunun sarımtıl rəngli qançırları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törəmə müddətləri məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 X11 08 iyul 2024-cü il tarixli 2179/K nömrəli məhkəmə-tibbi ekspertizası üzrə rəyindən (cild 02, iş, vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 X11 08 iyul 2024-cü il tarixli 2178/K nömrəli məhkəmə-tibbi ekspertizası üzrə rəyindən (cild 2, iş vərəqə 56-58) görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrin tərkibində tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 avqust 2024-cü il tarixli 5684 nömrəli rəyindən (cild 01, iş vərəqə 59-60) görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 avqust 2024-cü il tarixli 5677 nömrəli rəyindən (cild 02, iş vərəqə 61-63) görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Həmin rəydə deməsinə görə təxminən 2 ildir ki psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir.
27. 14 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 94) görünür ki,cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ve X1 seçilmesine dair qərarları iş üzrə nəzərə alınması, ittiham elan edilməsi və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarları iş üzrə nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, üzləşdirmə protokolu, “şəxsi axtarış və götürmə aparılması” protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, baxış və götürmə haqqında protokol, həmin protokollara əlavə edilmiş 02 ədəd DVD disk, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizanın 14 iyun 2024-cü il 3-16-16/2-7/991 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsin ambulator məcburi-narkoloji tibbi ekspetizasının 19 avqust 2024-cü il tarixli 5684 və 5677 nömrəli, Azərbaycan Respublikası Hüquqi Şəxsinin məhkəmə-tibbi ekspertizası üzrə 12 İyul 2024-cü il tarixli 355/MES va Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 Publik Şəxsinin 355 nömrəli, 08 iyul 2024-cü il tarixli 2179/K və 2178/K nömrəli rəyləri, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, əməliyyat tapşırığına cavab məktubu, mobil telefona baxış keçirilməsi haqqında protokol, 01 ədəd mobil telefon, maddi sübut qərarı digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına alavə edilməsi nəzərə alınması, baxış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd "Samsung" markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon tərəfindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 26 643,1 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməsi və qalıq çəkisi 26 641,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, Bakı şəhəri Nerimanov Rayon Məhkəməsinin qərarı əsasında "Bakcell MMC-götürülmüş X8 ve Təqsirləndirilən şəxs1 ve cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs olması nəzərə alınması, Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X8 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Aperbaycan Respublikası CMin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azerbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı narkotik vasitəni təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməsi, cinayət işinin materiallarından şəxsiyyəti İstintaqa məlum olmayan "Rza" adlı İran İslam Respublikası vətəndaşı və qrupun digər şəxsiyyəti istintaqa məlum olmayan İzləri barəsində, həmçinin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması, təqsirləndirilən şəxslərə elan ediləcək ittihamda narkotik vasitənin çəkisi ekspert rəyinə istinad edilməklə 26 643,1 qram olması nəzərə alınması və bütün istintaq sənədlərində aşkar edilmiş narkotik vasitənin miqdarı ekspert rəyində qeyd edilən kimi oxunması, iş materiallarında olan bütün sənədlərdə Təqsirləndirilən şəxs1 təvəllüdü 1988-ci il kimi oxunması qərara alınmışdır.
28. 15 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddələr ilə yenidən ittiham olunmuşdur.
29. 18 oktyabr 2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 168) görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qrupun digər şəxsiyyəti istintaqa məlum olmayan üzvləri barəsində, həmçinin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir və ibtidai istintaq işinə əlavə edilmişdir. ********* nömrəli cinayət işindən ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilmişdir.
30. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında, təqsirləndirilən şəxslər Binəqədi rayonu, Binəqədi yolu yaxınlığında saxlanılmışlar. Dərhal bu barədə Baş İdarəyə məruzə olunmuş və saxladıqları şəxslər Baş İdarəyə gətirilmişlər. Famil və Şahların üzərinə təhqiqatçının rəhbərliyi və müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman hər iki şəxsin üzərindən 01 bükümdə, çəkisi təqribən 13-14 qram narkotik vasitə marixuana ələ keçirilmişdir. Şübhəli şəxslər ilkin izahatında narkotik vasitəni Sumqayıt şəhəri, dənizkənarı ərazidən əldə etdikləri külli miqdarda narkotikin üzərindən götürdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs1, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yerləşən sonuncuya məxsus mənzildə 20 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Binəqədi şossesi, 01 ünvanında, yaşayış məhəlləsində, hasara bitişik borudan asılmış vəziyyətdə daha 07 ədəd bağlama narkotik vasitə gizlətdiklərini etiraf etmişdir. Şübhəli şəxslərin etirafedici ifadəsi nəticəsində, bəhs olunan narkotik vasitələr müvafiq ünvanlardan dərhal ələ keçirilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələri Rza adlı İran vətəndaşından əldə etdiklərini və həmin şəxsin “malını satdıqlarını”, bunun müqabilində Rzanın Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 müəyyən qədər pul verməyi öhdəsinə götürdüyünü bildirmişdir. Şahlar bu işlərdə Familə taksi sürücüsü kimi köməkilik göstərmiş, Familin isə bunun müqabilində Şahlara 150,00 Azərbaycan manatı və bir qədər çəkidə, şəxsi istifadə məqsədilə marixuana verəcəyi barədə əvvəlcədən vəd vermiş və tamah niyyəti ilə cinayətkar əlaqəyə girmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, güdmə əməliyyatı aparmamışlar. Onlar Şahlar və Famili əldə etdikləri narkotiki satmağa macal tapmamış saxlamışlar. Məqsədləri də bu olmuşdur. Şübhəli şəxsləri saxladıqları yerdə üzərlərinə şəxsi axtarış və baxış keçirilməmişdir.
31. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixində, saat 09:45 radələrində şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, Binəqədi yolunun 3-cü kilometrində saxlanılaraq məsuliyyətə cəlb olunmuşlar. Şübhəli şəxslər DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərlərinə baxış keçirilən zaman, şübhəli şəxs Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən 14 qram marixuana, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən isə 13 qram marixuana aşkar olunmuşdur. Şübhəli şəxslər ilkin izahatlarında narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin vasitəsilə, Sumqayıt şəhəri, dənizkənarı ərazidən əldə etdiklərini bildirmişlər. Şübhəli şəxslərə üzərilərində olmayıb, başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlaması barədə verilən suala Təqsirləndirilən şəxs2, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən sonuncuya məxsus mənzilin anbarında 20 ədəd bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlamalar dərhal ələ keçirilmiş, bağlamalarda narkotik vasitə marixuana olduğu və ümumi çəkinin 20 kiloqram olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Binəqədi şossesi, 01 ünvanında, yaşayış məhəlləsində, hasara bitişik borudan asılmış vəziyyətdə daha 07 ədəd bağlama narkotik vasitə gizlətdiklərini etiraf etmişdir. Şübhəli şəxslərin ifadəsi zamanı, Təqsirləndirilən şəxs1 sonuncu 07 ədəd bağlamanı saxlamaq məqsədilə Təqsirləndirilən şəxs2 verdiyi, Şahların bu işlərdə Familə taksi sürücüsü kimi köməkilik göstərdiyini, Familin isə bunun müqabilində Şahlara 150,00 Azərbaycan manatı və bir qədər çəkidə, şəxsi istifadə məqsədilə marixuana verəcəyi barədə əvvəlcədən və tamah niyyəti ilə cinayətkar əlaqəyə girdikləri bəlli olmuşdur. Həmçinin şübhəli şəxslər narkotik vasitələri Rzadan əldə etdikdən sonra dərhal saxlanılmışlar, bunun nəticəsində əldə etdikləri narkotiki 3-cü şəxslərə sata bilməmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı qrup rəhbəri Azər Hsənova daxil olmuşdur. Əməliyyat məumatının detallarını Azər daha yaxşı bilmişdir. O, şəxsən əməliyyat tədbirində iştirak etmişdir. Güdmə istintaq hərəkəti aparmamışlar. Şübhəli şəxslərin üzərinə saxlandıqları yerdə yox, BNMİ-də şəxsi axtarış və baxış aparılmışdır.
32. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra şübhəli şəxslər tutularaq polis idarəsinə gətirilmişdir. Polis idarəsində onların üzərilərinə baxış keçirilmişdir və hər ikisinin üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar güdmə istintaq hərəkəti aparmamışlar. Onlara sadəcə həmin şəxslərin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur, polis idarəsində isə onlara bununla bağlı suallar verilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
33. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o əvvəlcədən İran İR vətəndaşı ilə cinayət əlaqəsinə girərək, sonuncu ilə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək barədə razılıq əldə etmişdir. İran vətəndaşı ona narkotik vasitələri müəyyən bir yerə “zakladka” etdiyini bildirərək, bu barədə ona məlumat vermişdir. O, İran vətəndaşının dediyi yerə getmiş, həmin ərazi zibillik olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 da taksi sürücüsü kimi onunla getmişdir. Lakin sonuncunun baş verənlərdən ümumiyyətlə xəbəri olmamış və onun həmin əraziyə narkotik əldə etmək məqsədi ilə getdiyini bilməmişdir. İran vətəndaşı narkotiki Nasosnu deyilən əraziyə yerləşdirmişdir. O, həmin narkotiki götürən zaman, narkotik vasitə və psixotrop maddələrin həcminin gözlədiyindən daha çox olduğunu görmüşdür. Çünki o oraya təqribən 100 qram narkotik əldə etmək məqsədilə getmişdir. O, ümumilikdə “zakladka” olunan narkotikin həcmini müəyyən edə bilməsə də, həmin narkotikin hamısını oradan götürmüşdür. Niyyəti şəxsi istifadəsi üçün Şahlara da narkotik vermək olmuşdur. Onlar daha sonra avtomobil ilə öz yaşadıqları məhəlləyə gəlmişlər. Şahlar narkotiki öz yaşadığı evə qoymaq istəmiş, lakin sonra bu baş tutmamışdır. Onlar narkotiki yaşayış məhəlləsində gizlətmişlər. Daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Əlavə olaraq qeyd etmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilən zaman, videoçəkilişdə təqdim etmək üçün onlara 14 qram narkotik vasitə verilmişdir. Həmin narkotiki onlara polis əməkdaşları, videoçəkilişdə təqdim etsinlər deyə vermişdirlər. Həmin narkotik kannabis bitkisindən əldə olunan, “nəşə” deyə bildikləri, marixuana olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar həmin narkotiki Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisinə gizlətmişlər. Şahlar ilə birlikdə narkotik maddə marixuana istifadə etmişlər. O, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Şahlar ilə elə də yaxın münasibətləri olmamışdır. Təxminən 3-5 dəfə birlikdə narkotik istifadə etmişlər. İran vətəndaşı ilə əlaqəyə girən o olmuşdur. Şahlar onun Nasosnu deyilən əraziyə narkotik əldə etmək üçün getdiyini bilməmişdir. Sadəcə olaraq Şahlar da onlara vəd olunan narkotikin çəkisinin az olacağını hesab etmişdir. O, Şahlar ilə birlikdə narkotik istifadə etməyi planlaşdırmışdır. Sadəcə olaraq bu hədiyyə mahiyyətində olmuşdur. Onlara elan olunan ittihamda guya satış məqsədilə narkotik əldə etdikləri deyilmişdir. Lakin heç bir satışdan söhbət gedə bilməz. İttihamda onların 09 kiloqram narkotik maddə əldə etdikləri yazılmışdır. Halbuki onlar cəmi 100 qram narkotik əldə etmək məqsədilə oraya getmişlər. Digər tərəfdən, üzərlərindən aşkar olunan 14 qram narkotiki də onlara videoçəkilişdə təqdim etmək məqsədilə polis əməkdaşları tərəfindən verilmişdir. Narkotik maddələr cəmi 03 ədəd bağlamada olmuşdur. O, həmin bağlamalardan 02 ədədini məhəllədə gizlətmişdir. Yerdə qalan 01 ədəd bağlama isə Şahların avtomobilində qalmışdır. O, heç kimə satış etməmişdir. Ola bilsin ki, bu zamana qədər öz aralarında narkotik barter etsinlər, lakin satışdan söhbət belə gedə bilməz.
34. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılmamışdan 7-8 ay qabaq otaq dostları sayəsində tanımışdır. O, taksi sürücüsü olmuşdur. Maşını köhnə olduğu üçün şirkətlərlə işləyə bilməmişdir. Taksi kimi ancaq tanıdığı adamlarla işləmişdir. Son 2-3 ay ərzində Famillə yaxın münasibətləri olmuşdur. O, Famili tez-tez Xırdalana aparmış, qarşılığında isə sonuncu ona 5-10 manat vermişdir. Saxlanılmamışdan bir gün qabaq Famil ona demişdir ki, “Nasosnu tərəfdə adam var, gedib onunla görüşüb, geri gələrik”. O da gedə biləcəklərini deyərək razılaşmışdır. Sabah səhər isə o getmək istəməmiş, getmək istəməməsinin səbəbi maşınında olan nasazlıq olmuşdur. O, telefonu səssiz rejimə qoymuş, sonra ona 10-15 dəfə zəng gəlmişdir. Daha sonra atası gəlib onu çağırdıqlarını demişdir. O, çölə çıxıb demişdir ki, “maşın xarabdır, gedə bilməyəcəyəm”. Famil ona demişdir ki, “narahat olma, yavaş yavaş gedərik. Maşını ustaya aparıb, təmir etdirdik və sonra getdik”. Həmin yerə çatdıqda, bir az gözləmişlər və Famil bildirmişdir ki, “tanıdığım adamdan bir “yük” götürüb gedəcəyik”. Təxminən bir saat gözləmişlər, sonra o Famildən bəlkə nəyinsə dalınca gəldiyini sormuşmuşdur. Famil ilə araları yaxşı olmuşdur. O, özü də 1-2 dəfə narkotik maddə istifadə etmişdir. Famil ona darıxmamasını, çox gözləməyəcəklərini bildirmişdir. Həmin yer “Beşbarmaq dağı” ilə üzbəüz, Xəzər dənizinin qırağında yerləşən bir kənd olmuşdur. O, Familə qorxduğunu bildirəndə, sonuncu narahat olmamasını və tanıdığı adam olduğunu demişdir. O, avtomobildə bir az gözləmiş, Famil isə maşından düşərək dərə kimi balaca bir yerə tərəf getmişdir. Famil geri qayıdanda əlində balaca bir paket ilə gəlmişdir. O, baqajı açanda Famildən əlindəkinin nə olduğunu soruşmuş, sonuncu həmin paketin içərisində narkotik maddə olduğunu demişdir. Onlar oradan birbaşa Familgilin həyətinə gəlmişlər. Həmin vaxt hava qaralmışdır. O, maşından düşməmiş, Famil ona gözləməsini, özünün də onun yaşadığı tərəfə gedəcəyini demişdir. Onların məhəlləsinə çatanda Famil maşına bir paket qoyduğunu demişdir. O, həmin paketi nə maşında, nə də evdə gizlədə bilməyəcəyini və qorxduğunu bildirmiş və Famildən xahiş etmişdir ki, paketi maşından götürsün. Sonuncu evə gedə bilməyəcəyini, narkotiki evdə gizlədə bilməyəcəyini və qorxduğunu ona bildirmişdir. Onlar məhəllədən xeyli yuxarı qalxmışlar və narkotik olan paketi dərədə, hasarın yanından asmışlar. Bir neçə saat keçdikdən sonra isə saxlanılmışlar. O, ittiham aktında qeyd olunan İran vətəndaşı ilə əlbir olmamış və həmin şəxsi tanımamışdır. Həmin şəxs ilə də heç vaxt əlaqəsi olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə etdiyi 3-4 il olmuşdur. Famili 7-8 aydır ki, tanımışdır. Famil ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər. Famili Nasosnu ərazisinə aparanda sonuncu bildirmişdir ki, bir adamla görüşüb qayıdacaqlar. O da çox sorğu sual etməmişdir. Famili Nasosnu adlı əraziyə aparmağının qarşılığında ona 150,00 Azərbaycan manatı ödəməli olmuşdur. Onun maşınında nasazlıq olmuşdur deyə Famil ona köməklik edəcəyini bildirmişdir. Bağlamaları götürdükləri yer “Beşbarmaq dağı” ilə üzbəüz, kəndi keçdikdən sonra dərə kimi bir yer olmuşdur. Orada bir müddət gözlədikdən sonra Familin əlində iki böyük bağlama gətirdiyini görmüşdür. O, maşından düşüb baqajı açmışdır ki, Famil həmin bağlamanı baqaja qoysun. Həmin vaxt Famil ona paketin içində marixuana olduğunu bildirmişdir. Həmin vaxta qədər paketin içərisində nə olduğunu bilməmişdir. Familin qanunsuz hərəkətləri ilə bağlı məlumat vermək istəməməsinin səbəbi Familgilin evlərində sonuncu ilə birlikdə çörək kəsməkləri olmuşdur. Sulutəpədə yerləşən Familin yaşadığı evə keçirilən baxış zamanı o da iştirak etmişdir. Famil ona narkotik vasitə verməyi təklif etməmişdir. Familin narkotik ilə bağlı getdiyini bilsəydi, getməzdi. O, Famildən pul qarşılığında narkotik vasitə almamışdır. O, bilsəydi ki, Famil narkotik satır, sonuncuya heç salam da verməzdi. Sadəcə olaraq onlar hər ikisi narkotik istifadəçisi olmuşlar. Famil İran vətəndaşına pul göndərdiyini və qarşılığında az miqdarda narkotik maddə götürəcəyini ona bildirmişdir. Onlar narkotik maddələri əldə etdikləri günün sabahı saxlanılmışlar. Polis bölməsində onlara narkotik vasitənin olub-olmaması ilə bağlı sual verildikdə, o təqsirini könüllü olaraq etiraf etmişdir. Lakin həmin vaxt onun üzərində 10 qram yox, 7 qram narkotik vasitə olmuşdur.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
35. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
36. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
37. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
38. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.
39. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
40. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
41. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
44. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
45. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
46. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
47. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş kannabis marixuana təmiz halda 5 qramdan artıq xeyli miqdar, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun
51. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
52. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
53. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
54. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
55. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
56. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
57. 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:
58. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
59. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi və Təqsirləndirilən şəxs1 məxsus ********** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 11910/24 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadə olan komputerin qurğusuna daxil edilməklə baxış keçirilərkən aşağıda göstərilən cinayət işi üzrə əhəmiyyət kəsb edən SMS məlumatları aşkar edilmişdir: xx.xx.2023; 19:02:29 xx.xx.2023 23:41:21 1.1.**********04 1.1.**********38 Foma seni gozdireme men brat. Dunen danisdigimiz kimi.3 dene derman 1 dene butov qum. Hardasansa xeber ele gelim goturum.xx.xx.2023 23:43:17 1.1.**********04 1.1.**********38 Famil gecede olsa yig meni telim aciqdi 100 manatda saxlamisam derman birde qum. Gozdirem xx.xx.2023 20:32:25 xx.xx.2023 20:32:26 1.1.**********04 1.1.**********38 Bilem oxuyursan. 2 qram oz qiymetinnen duz qos pulun verrem negd.dilxoram.yaz yada yig gozdirem yetim. Kisisen xx.xx.2024 03:07:27 xx.xx.2024 13:46:59 1.1.**********80 1.1.**********38 Famil kolon varsa yaxşi pati var məndə yaradan çoxdu dəyişərdüy xx.xx.2024 22:55:23 xx.xx.2024 22:55:23 1.1.**********97 1.1.**********02 Koia var xx.xx.2024 22:56:39 1.1.**********02 1.1.**********97 1 sahata olmalidi xx.xx.2024 03:42:08 xx.xx.2024 03:42:08 1.1.**********02 1.1.**********74 Lirikan var xx.xx.2024 18:10:00 1.1.**********02 1.1.**********24 Qaqaw cavab very ax;ndayam senol dawim var. məzmunlu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərinin məzmununda olan “daş və kola” kimi narkotik vasitəni adlandırdıqlarına və narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
60. Bundan başqa təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-822/2024 saylı və 4(005)821/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək yalnız təqdimatın təmin edilməməsi xahiş etmiş və əlavə olaraq, hər hansı narazılıqları, onlara qarşı polis əməkdaşlarının kobud rəftarı və s barədə məlumat verməmişlər.
61. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin özləri verilmiş ittiham üzrə qismən təqsirli bilmələrinə dair verdiyi ifadələr işin hallarına uyğun olmayan, özünümüdafiə xarakterli, onların cinayət məsuliyyətindən yayınmasına kömək məqsədli ifadələr kimi qiymətləndirilməlidir.
62. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 50-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
63. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər və “Rza” adlı İRR vətəndaşı əvvəlcədən cinayət törətməklə bağlı razılığa gəlmiş, aralarında sms yazışmaları və danışıqlar aparılmış və həmin danışıqların mətni narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.
64. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra onlara fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
65. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 43,44,45-ci bəndlərindəki normativ aktlara əsasən).
66. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmişdir.
67. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 42-ci bəndi).
68. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
69. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 35,36,39,40-cı bəndləri).
70. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatda görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü Mələk Qasımova adlı və xx.xx.2015-ci il təvəllüdlü İslam Qasımov adlı iki övladı vardır. Həmin halları, o cümlədən onun tərəfindən ilk dəfə cinayət törədilməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin ilk dəfə cinayət törədilməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
71. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
72. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 41-ci bəndi).
73. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə barəsində xx.xx.2024-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22,37,185,190). Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 46 və 47-ci bəndləri).
74. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
75. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 oğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
76. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
77. İş üzrə maddi sübut olan, DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və evlərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 26,641,65 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 48-ci bəndi).
78. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin Maddi sübutalrı saxlama yerinə təhvil verilmiş “Samsung” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. (qərarın 48-ci bəndi).
79. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
80. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 49-cu bəndi).
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin Maddi sübutalrı saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 26641,65 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin Maddi sübutalrı saxlama yerinə təhvil verilmiş “Samsung” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 manat olmaqla tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov