Məhkəmə qərarları › İş №1(101)-747/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-747/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2020 07.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X3 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonunun Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2014-cü il tarixli 783 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 7, mənzil 4 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, ev 72 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, habelə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının ortalarında Qazax rayonunda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,239 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,068 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 100,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, Saray Baxça küçəsi 85 ünvanda yerləşən “Səbət market”in qarşısında saxlanaraq üzərinə baxış keçirilmiş və onun əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,239 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,068 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçəsinin sol cibindən kustar üsulla hazırlanmış təmiz çəkisi 100,627 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, “Papanin” deyilən ərazidə təmiz çəkisi 30,780 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, əvvəlki cinayət əməli ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edildiyi iş üzrə ibtidai istintaq orqanından gizləndiyi üçün barəsində olan axtarışla əlaqədar Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 21:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Motodrom” adlanan yaşayış sahəsi, 54 ünvanın qarşısında tutularaq saat 23 radələrində 32-ci Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş vəziyyətdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 16,020 qram və 14,760 qram, ümumi təmiz çəkisi 30,780 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, təxminən bir il olar ki narkotik vasitələrdən istifadə etməyə başlamışdır və onları bir qayda olaraq tanımadığı şəxslərdən almışdır. Heç yerdə işləmir. O, tez-tez Qazax rayonunun Kosalar kəndinə qohumlarıgilə getmişdir. 2019-cu il noyabr ayının əvvəllərində də Qazax rayonuna getmiş və həmin vaxt rayon mərkəzində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olduğu şəxsə yaxınlaşıb öz istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin şəxs əlamətlərindən onun narkoman olduğunu hiss edərək ona narkotik vasitə satmağa razı olmuşdur. Bununla da həmin tanımadığı şəxsdən 250 manata bir torba qurudulmuş marixuana, 50 manata bir büküm narkotik vasitə heroin, 80 manata isə psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitələri üstündə daşımış, onlardan yalnız özü istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Səbət market”in qarşısı ilə gedərkən bir neçə şəxs ona yaxınlaşıb saxlamış və özlərini təqdim edərək polis işçiləri olduqlarını demiş, onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bildiklərindən saxladıqlarını bildirmiş və üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Başqa çıxış yolu olmadığından o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 büküm heroini və 1 büküm metamfetamini, şalvarının sol yan cibindən isə 1 ədəd “Huawei” markalı mobil telefonu, 5 ABŞ dolları məbləğində pulu, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd torbada olan qurudulmuş marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polislər həmin maddələri zərflərə qoyaraq üstünü möhürləmişlər. Zərflərin üzəri polis əməkdaşları, hal şahidləri və onun özü tərəfindən imzalanmışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona dövlət hesabına müdafiəçi təqdim olunmuş və üzərinə baxış keçirilməsinə dair protokol tərtib edilmişdir. O, həmin protokolu oxumuş və doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş, prokuror həbsi üçün təqdimat vermədiyindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O, azad edildiyi gündən yenidən narkotik vasitələrdən istifadəni davam etdirməyə başlamışdır. Əvvəllər marixuana çəksə də, sonradan hər gün heroin qəbul etməyə başlamışdır. Bir müddət keçdikdən sonra müstəntiqin çağırışlarına getməmiş və yayınmağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə “MilliÖn” ödəmə sistemində ödəniş etməklə tanımadığı şəxsdən öz istifadəsi üçün təxminən 15 qram metamfetamin almışdır. Lakin həmin maddəni istifadə etmək istədikdə onun metamfetamin olmadığını, limon duzu olduğunu görmüş və aldadıldığını başa düşmüşdür. Həmin gün avtomobilini təmir etdirmək üçün Biləcəri qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, “Matadrom” deyilən ərazidə olan maşın ustasının yanına getmişdir. Təxminən saat 22 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və axtarışda olduğuna görə tutulduğunu deyərək onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. O, özü qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş iki ədəd bükülünü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, həmin bükümlər zərfə qoyularaq möhürlənmiş, üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitə aludəçisi olduğu üçün onları öz istifadəsi üçün almışdır və bu əməlinə görə peşmandır. Lakin xx xxxxxx 2020-ci il tarixdə onun üstündə 3-4 qram metamfetamindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığı halda, onun özündəki cüzi miqdarda metamfetaminin üzərinə bir qədər limon duzu qoyularaq ona əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, guya onun üstündən 30 qramdan çox metamfetamin aşkar olunmuş və o, həmin metamfetamini satış məqsədilə əldə etmişdir. Bu, tamamilə yalandır, o, heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamış, heç vaxt belə bir niyyəti və məqsədi olmamış, üstündən aşkar olunmuş metamfetamini də öz istifadəsi üçün almışdır. Hesab edir ki, bütün bunlar polis əməkdaşlarının ona qarşı qərəzli münasibətinin nəticəsidir. Belə ki, Polis Bölməsi onların evinə yaxın olduğundan orada xidmət edən əməkdaşlarla aralarında salam-sağ olmuş, amma tutulmazdan bir qədər əvvəl öz avtomobili polis əməkdaşının avtomobili ilə yüngülvari sürtüldükdən sonra aralarında qərəzlilik yaranmışdır. Faktiki olaraq onu tutmuş polis əməkdaşlarından Eldəniz, Bəhruz və Fərid adlı şəxsləri bilavasitə tanıyır. Üzərinə baxışla bağlı video saat 5-6 radələrində çəkilib, amma 6-7 radələrində protokollaşdırılıb. Onun üzərində əslində 3-4 qram metamfetamin olmuş, amma limon duzu da əlavə edilərək protokola guya üstündən külli miqdarda metamfetamin çıxıdığı yazılmışdır. Dostu Elməddin də metamfetaminin “Sobrania” qutusunun içində olduğunu görüb və narkotik vasitə istifadə edən dostu Elməddinə də həmin metamfetamindən az miqdarada istifadəsi üçün vermişdir. Bütün bu halları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, ona yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin onun ittihamından çıxarılmasını xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində də ümumən oxşar məzmunlu ifadə vermiş, bununla yanaşı göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində əvvəllər tanış olduğu adını, ünvanını bilmədiyi və telefon nömrəsini xatırlamadığı İran vətəndaşı ilə Nəsimi rayonu, “Papanin” deyilən yerdə zəngləşib görüşmüş və ondan təxminən 15 qram psixotrop maddə olan metamfetamin almışdır. Həmin metamfetaminə görə o, İran vətəndaşına 450 manat borclu qalmışdır. Bundan sonra bankda girovda olan “BMW” markalı avtomobili təmir etdirmək üçün Biləcəri qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, “Matadrom” deyilən ərazidə olan maşın ustasının yanına getmişdir. Həmin vaxt saat 22 radələrində ona yaxınlaşan mülki geyimli şəxslər Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və axtarışda olduğuna görə onun tutulduğunu demişlər. Polis əməkdaşları onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar və öz razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə olunmuşdur. O, videoçəkilişdən istifadə olunmasına heç bir etiraz etməmişdir. O, özü qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş iki ədəd bükülünü polislərə təqdim etmişdir. Hansı ki, həmin bükülülərin içərisində istifadə etmək üçün İran vətəndaşından alıb üzərində saxladığı psixotrop maddə metamfetamin olmuşdur. Üzərindən götürülmüş həmin metamfetamin maddələri zərfə qoyulub möhürlənmişdir. Üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və həmin protokol ucadan oxunmuşdur. Protokolda yazılanlar doğru olduğundan tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 155- 156). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 62 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitə olan marixuananın və heroinin, həmçinin psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş X2 rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərar qəbul olunmuşdur. Qərara əsasən ondan və Baş X2 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və tədbirlərin keçirilməsi başlanılmışdır. Onlar xx xxxxxx 2019cu il tarixdə dəvət edilmiş, hüquq və vəzifələri ətraflı izah edilib başa salınmış iki nəfər hal şahidi ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə yollanmışlar və orada əməliyyat mövqeyi seçmişlər. Saat 23:00 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Səbət market”in qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxs görərək ona yaxınlaşmışlar. Şəxsiyyətini dəqiqləşdirib Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək onun Bakı şəhəri, Suraxanı rayonu ərazisində mütamadi olaraq narkotik vasitə olan marixuananın və heroinin, həmçinin psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini izah etmişlər. Elməddin qərarla şəxsən tanış olmuş və tanış olmasının təsdiqi kimi onu imzalamışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindəki əşyaların hamısını təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində bir ədəd polietilen torbada marixuana, bir bükümdə heroin, bir bükümdə psixotrop maddə olan metamfetamin, bir dənə mobil telefon və 5 ABŞ dolları pul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen büküm, şalvarının sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu və 5 ABŞ dolları məbləğində pul, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen torba çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən biri açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Digər bükümün içərisindən isə ağ rəngli toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torbanın içərisindən isə tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Həmin torba maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs və hal şahidləri həmin zərfin üzərini də imzalamışlar. 5 ABŞ dolları Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefon isə əməliyyat marağı kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı kəsb edən başqa əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan marixuananı 250 manata, heroini 50 manata, metamfetamini isə 80 manata təxminən 10 gün əvvəl Qazax rayonunda tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də müvafiq qərar əsasında Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş iki ədəd zərf və bir ədəd mobil telefon protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı bütün prosessual qaydalara əməl edilmiş, bütün hərəkətlər qanun çərçivəsində aparılmış, Təqsirləndirilən şəxs bütün hüquqları təmin edilmiş, həmin şəxsə qarşı heç bir təzyiq olmamışdır. Elməddin həmin prosesin gedişində özünü kifayət qədər sakit və təmkinli aparmış, heç bir şəkildə yayınmağa cəhd etməmiş, sorğu edilən məsələlər dair sərbəst şəkildə cavablar vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 şahid X4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 119-121) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1rşısından keçərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər şəxsin ifşa edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat tədbiri keçirəcəklərini deyərək ondan həmin tədbirdə hal şahidi kimi iştirak etməsini xahiş etmişlər, o da razılaşmışdır. Ondan başqa tanımadığı bir nəfər də hal şahidi kimi dəvət olunmuşdur. Polislər hal şahidi kimi qanunla onların hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah edib başa salmışlar. Beləliklə, onlar xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Baş X2 əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə yollanmışlar. Polis əməkdaşları təxminən saat 23:00 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Səbət market”in qarşısında bir nəfər şəxsi görərək onun axtardıqları şəxs ola biləcəyini deyərək ona yaxınlaşmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, həmin qərarı imzalatdırmış, onun mütəmadi olaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərindəki əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən bir ədəd mobil telefonu və 5 ABŞ dollarını, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen torba çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Elməddinin təqdim etdiyi bükümlərdən birinin içərisindən tünd qəhvəyi rəngli, kəskin iyli maddə, digər bükümün içərisindən ağ rəngli toz-kristal formalı maddə, torbanın içərisindən isə tünd yaşıl rəngli, bitki mənşəli kütlə aşkar olunmuşdur. Elməddin bükümlərdəki maddələrin heroin və metamfetamin, torbadakı maddənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş maddələr zərflərə qoyularaq qablaşdırılıb möhürlənmiş, pul Elməddinin özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. Sorğu zamanı Elməddin üzərindən aşkar olunmuş narkotik vasitələri 10 gün əvvəl Qazax rayonunda tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və hal şahidləri olaraq onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. İdarədə baxışla əlaqədar protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlar da protokolun düzgün tərtib olunduğunu, hər şeyin olduğu kimi yazıldığını görüb onu imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs özünü sakit aparmış, ona qarşı polis işçiləri tərəfindən heç bir kobudluq, qanunsuzluq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əlisədar oğlu Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, Suraxanı rayon X6 şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Qanuna uyğun şəkildə axtarış işi aparılmış və Elməddinin müəyyən edilib istintaqa təhvil verilməsi üçün müntəzəm əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Onun yaşadığı Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 72 ünvanına da getmişlər, amma polis tərəfindən axtarıldığını bilən Təqsirləndirilən şəxs oradan qaçıb gizlənmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də bölmənin əməkdaşları ilə birlikdə axtarışda olan həmin şəxsin tutulması üçün təxirəsalınmaz əməliyyat tədbiri keçirmişlər və həmin gün Təqsirləndirilən şəxs olması ehtimal olunan yerlər müşahidəyə götürülmüşdür. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsi, “Motodrom” yaşayış sahəsi 54 ünvanda hərəkət etdiyini görüb saxlamışlar və onu 32-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs üzərində ola biləcək mümkün qanunsuz əşyaları atmaması üçün ona nəzarət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş iki ədəd ağ rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli, toz şəkilli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, bükümlərdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini haradan əldə etdiyi soruşulduqda isə Təqsirləndirilən şəxs onu xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, “Papanin” deyilən ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri polislər tərəfindən, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən protokolun məzmununa dair heç bir qeyd və irad daxil olmamış, ona görə protokol imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin məhz satışı ilə məşğul olması barədə kifayət qədər əməliyyat məlumatı olmuş, amma onun narkotik vasitələri və psixotrop maddələri kimdən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, Saray Baxça küçəsi 85 ünvanda yerləşən “Səbət market”in qarşısında yaxalanaraq üzərinə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen büküm, şalvarının sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu və 5 ABŞ dolları məbləğində pul, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen torba çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin heroin və metamfetamin, torbadakı maddənin isə qurudulmuş marixuana olduğunu, marixuananı 250 manata, heroini 50 manata, metamfetamini isə 80 manata təxminən 10 gün əvvəl Qazax rayonunda tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 59-61). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş iki ədəd büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bükümlərin içərisində metamfetamin olduğunu, onları xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu “Papanin” deyilən ərazidə yerdən tapdığını, gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 15-16, 157). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 5638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “…şübhəli şəxs 1.(imza) İbrahimov E…” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 16,020 qram və 14,760 qram, ümumi təmiz çəkisi 30,780 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 30,680 qram təşkil etmişdir (cild 1, iş vərəqə 30-34). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində DİN “Zərflər üçün № 7” möhür əksi və “…Təqsirləndirilən şəxs üzərindən…” əl yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,239 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 1,068 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,018 qram, metamfetaminin qalıq çəkisi 1,189 qram təşkil etmişdir (cild 1, iş vərəqə 65-68). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 29282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “…Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş…” sözləri yazılmış zərfdə bir ədəd polietilen torbada təmiz çəkisi 100,627 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 100,577 qram təşkil etmişdir (cild 1, iş vərəqə 69-71). Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/593 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində DİN “Zərflər üçün № 7” möhür əksi və “…Təqsirləndirilən şəxs üzərindən…” əl yazısı olan zərfdəki (№1) bir ədəd bükümdə qalıq təmiz çəkisi 1,189 qram metamfetamin kütləsi (Təqsirləndirilən şəxs üzərindən xx.xx.2019-cu il tarixdə götürülmüş) üzərində DİN “Zərflər üçün № 196” möhür əksi və “…Şübhəli şəxs 1.İbrahimov E …” əl yazısı olan zərfdəki (№2) iki ədəd bükümdə ümumilikdə qalıq təmiz çəkisi 30,680 qram metamfetamin kütləsindən (Təqsirləndirilən şəxs üzərindən xx.xx.2020-ci il tarixdə götürülmüş) xarici əlamətlərinə və kimyəvi tərkibinə görə fərqlidir. Ekspert tədqiqatından sonra 1 №-li zərfdə metamfetaminin qalıq çəkisi 1,149 qram, 2 №-li zərfdə metamfetaminin qalıq çəkisi 30,640 qram təşkil etmişdir (cild 1, iş vərəqə 216-220). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli 720 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetimindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 214- 215). Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və marixuananı, psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 231-233) Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə Mənzil-İstismar sahəsinə ondan heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 237). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuş, xx xxxxxx 2008-ci il tarixdə cəriməni tam ödəmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2014cü il tarixli 783 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 132-134, 173-177). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə onun üstündə cəmi 3-4 qram çəkidə psixotrop maddə metamfetamin olmasına, qalan hissənin isə limon duzu olmasına, metamfetamini satış məqsədilə əldə etməməsinə, polis əməkdaşlarının ona qarşı qərəzli olmalarına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin metamfetamin olması müvafiq ekspert rəyi ilə öz təsdiqnin tapmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad olunmuşdur (cild 1, iş vərəqə 72-73, 83-93, 100-103). Təqsirləndirilən şəxs növbəti dəfə xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17-18, 135 137-138, 146-156, 164-167). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 1 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 1,149 qram olan metamfetamin, qalıq çəkisi 1,018 qram olan heroin, qalıq çəkisi 100,577 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 30,640 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə xx xxxxxx 2020-ci il tarixdə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 417 (dörd yüz on yeddi) manat 26 (iyirmi altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində iş hüquqi yardımla bağlı X8 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 248). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə tutulduğu 1 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 1,149 qram olan metamfetamin, qalıq çəkisi 1,018 qram olan heroin, qalıq çəkisi 100,577 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 30,640 qram olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 417 (dörd yüz on yeddi) manat 26 (iyirmi altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına X9 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar