Məhkəmə qərarları › İş №1(101)-747/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-747/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Atatürk Prospekti, ev A2, mənzil 38-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Nərimanov rayonu Kaspian Şopinq adlı ticarət mərkəzinin yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmiyə enən girişindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 14,010 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu S.Əsgərova küçəsi 64 saylı binanın yaxınlığına qədər daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində həmin ünvanda saxlanılaraq ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki köynəyinin sinə hissəsindən göy rəngli tibbi maskaya bükülmüş bir ədəd polietilen bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, narkotiki vasitə marixuanadan çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni adətən Bakı şəhərinin müxtəlif ərazisində tanımadığı şəxslərdən almışdır. O, narkotik vasitələrin satışı ilə məşqul olmamış, həmin günü tanışı Ayka ləqəbi ilə tanıdığı Adilə ona maskanın içərisində nəsə verib demişdir ki, saxlasın, adam var ona verəcək. O da həmin vaxt Rentakardan maşın götürmüş və Aykanın verdiyi büküm də maşında olmuşdur. Sonra o, Gənclik metrosunun yaxınlığına getmiş, orada Baş Narkotiklərə Qarşı Mübarizə idarəsinə əməkdaşları onu saxlayıb idarəyə aparmışlar. Orada maşından həmin bükümü götürüb sənədləşdirmişlər. O, sadəcə özünü müdaifə edə bilməmiş, çün ki, sübut edə bilməyəcəyini anlamışdır. Ona görə də istintaq zamanı nəyi demişdirlərsə onu da imzalamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx xxxxxxx 2020-ci il tarixdə Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat müvəkkili Şahid3la birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında piyada gedərkən müəyyən edilmiş və onun üzərinə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Baş X1 inzibati binasına dəvət edilmişdir. Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs tibbi maskanın içərisində şəffaf selofan bağlamada olan açıq qəhvəyi rəngli, kəskin iyli bir büküm narkotik maddə heroinə bənzər kütləni, alt paltarının içərisindən çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Şahid2 iştirakı ilə şəxsi axtarış aparılması davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri Səbail rayonu Abbaszadə küçəsi ilə piyada gedərkən ona bir nəfər mülki geyimli şəxs yaxınlaşıb özünü təqdim etmiş, polis əməkdaşı olduğunu deyərək xidməti vəsiqəsini göstərmiş və bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan bir nəfər qadını şübhəli şəxs qismində saxlayaraq işlədiyi, yaxınlıqda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətiriblər, həmin qadının üzərində şəxsi axtarış aparacaqlar və ondan xahiş etmişlər ki, saxlanılmış şübhəli şəxs qadın olduğuna görə idarəyə gedib baxışda iştirak etsin. O razılaşmış və həmin polis əməkdaşı ilə Baş idarəyə getmişdir. Orada məlum olmuşdur ki, saxlanılan şübhəli qadın Təqsirləndirilən şəxsdır. Bundan sonra orada, xidməti otaqların birində əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 onun və dəvət olunmuş qadın müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs alt paltarının arasından tibbi maskanın içərisində şəffaf selofan bağlamada olan açıq qəhvəyi rəngli, kəskin iyli bir büküm narkotik maddə heroinə bənzər kütləni, əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd «Redmi» modelli qara rəngli mobil telefonu könüllü olaraq özü çıxarıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində o, özü şəxsi axtarış aparılmasını davam etdirmiş, lakin, Floranın üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin tibbi maska içərisində olan şəffaf selofan bağlamada olan açıq qəhvəyi rəngli, kəskin iyli bir büküm kütlə ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlənin təxminən 20 qrama yaxın çəkidə olması müəyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2332 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 büküm heroinə bənzər kütlə...” və s. qeydlər olan zərfdəki tibbi maskanın içərisindəki bir ədəd polietilen bükümündəki təmiz çəkisi 14,010 qram maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkoik vasitə- heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3518 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sərvan qızında tiryək alkoloİdlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 48 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Əsədova Fİora Sərvaz qızında hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək onun üzərində aşkar olunmuş narkotik vasitə Ayka adlı şəxsə aid olduğunu bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüş, məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hökm elan olunduğu, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Səbail RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 13,960 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus «Redmi A-7» modelli mobil telefon hazırkı cinayət işindən ayrıca icraata ayrılmış ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə evkspertiza xərcləri 108,46 (bir yüz qırx səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X4 ayrılmış və o, istintaqda 40 saata iştirak etmişdir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat, istintaq zamanı göstərilən yardım üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X3 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Səbail RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 13,960 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus «Redmi A-7» modelli mobil telefon hazırkı cinayət işindən ayrıca icraata ayrılmış ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə evkspertiza xərcləri 108,46 (bir yüz qırx səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat, X3 istintaq zamanı hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar