Məhkəmə qərarları › İş №1(101)-747/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-747/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X4 və müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 9 oktyabr 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran şəhəri X5 küçəsi, ev 78/23, mənzil 14-da qeydiyyatda olmaqla, ünvan 3-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 87,917 qram narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 35,257 qram psixotrop maddə olan metamfetamini və 1,127 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, daşımaqla üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən 0,021 qram və 0,508 qram narkotik vasitə heroini 2 noyabr 2021-ci il tarixdə saat 17:00-da X2 10 manata satmış, daha sonra Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 noyabr 2021-ci il tarixdə saat 19.00-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Bazar Store» mağazasının yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək PB-nin inzibati binasında üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,926 qram, 0,461 qram, 0,452 qram, 0,471 qram, 0,442 qram, 0,454 qram, 0,452 qram, 0,461 qram, 0,449 qram, 0,444 qram, 0,444 qram, 0,442 qram və 0,442 qram olmaqla, ümumi təmiz çəkiləri 7,340 qram ağ rəngli kristalşəkilli kütlələr, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,267 qram, 0,397 qram, 0,419 qram, 0,408 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkiləri 3,915 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman həmin evin qonaq otağında olan televizor altlığından bir ədəd sellofan torbanın içərisində 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 12,669 qram və 15,248 qram olmaqla, ümumi təmiz çəkisi 27,917 qram ağ rəngli kristalşəkilli kütlələr, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,111 qram, 23,930 qram, 18,812 qram və 1,620 qram olmaqla, ümumi təmiz çəkisi 83,473 qram qəhvəyi rəngli maddə kütlələri, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, lakin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eynilik təşkil etməyən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,127 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd «AOSAİ» markalı səthində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini sosial şəbəkələr vasitəsilə onlayn olaraq əldə edir. Tutulmamışdan əvvəl eyni qayda ilə 35 manata metamfetamin əldə etmiş və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 2 noyabr 2021-ci il tarixdə təxminən saat 19:00-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Suraxanı RPİ-nin 33-cü PB-yə aparılmışdır. Orada inzibati otaqlardan birində ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt üzərində olan təxminən bir qram metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Daha sonra onun yaşadığı ünvan 3-yə baxış keçirilmişdir. Mənzilin qonaq otağında televizor altlığında saxladığı 2 ədəd bükümdə bükümdə şəffaf rəngli, kristal şəkilli maddə metamfetamin, 4 ədəd bükümdə içərisində toz şəkilli qəhvəyi rəngli heroin, 1 ədəd kibrit qutusunda marixuana və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar olunmuş narkotik maddə heroini və psixotrop maddə metamfetamin iki ədəd mobil telefon, həmçinin ona məxsus pul kisəsi içərisindəki qəbzlərlə birlikdə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heroin olmamışdır. Sonuncular tərəfindən döyüldükdən sonra məcbur olub, etirafedici məzmunda ifadə vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 33-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 2 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Bazarstore» mağazasının yaxınlığında saxlanılaraq 33-cü PB-nə gətirilmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Elşad Abasəliyevin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra onun, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu vaxt sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 18 ədəd bükümü və 1 ədəd dərman həbini çıxarıb təqdim etmişdir. Bükümlərin içərisində özünə məxsus heroin və metamfetamin olduğunu, onları həm öz istifadəsi, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 18 ədəd büküm və 1 ədəd dərman həbi götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təsirtəzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki o, Suraxanı RPİ-nin 33-cü PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. 2 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yeni Günəşli qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəisinə raportla məruzə olunduqdan sonra ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Bazarstore» mağazasının yaxınlığında saxlanılaraq 33-cü PB-nə aparılmışdır. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış həyata keçirilmişdir. Onların təklifi ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 18 ədəd büküm, eləcə də 1 ədəd dərman həbini çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin və metamfetamin olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin 18 ədəd büküm və 1 ədəd dərman həbi zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Şəxsi axtarış davam etdirilsə də, başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 34, mənzil 182-ə baxış keçirmişlər. Təqsirləndirilən şəxs həmin evin qonaq otağında olan televizor altlığının içərisindəki polietilen torbanı çıxarıb təqdim etmişdir. Torba açılaraq içərisinə baxış keçirildikdə orada 2 ədəd içərisində kristalşəkilli maddə olan bükümlər, 4 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər, içərisində qurudulmuş ot olan 1 ədəd kibrit qutusu və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümün içərisində metamfetamin, dörd ədəd bükümün içərisində heroin, bir ədəd kibrit qutusunda qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin bükümlər, kibrit qutusu və elektron tərəzi zərfə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Sonda keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə 33-cü PB-də olduğu zaman ona qarşı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İşin 32-33-cü vərəqlərindəki 2 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 13 ədəd büküm və 5 ədəd büküm, eləcə də 1 ədəd dərman həb aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 35-36-cı vərəqlərindəki 2 noyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilmiş, mənzilə baxış zamanı həmin evin qonaq otağında olan televizor altlığının içərisindən polietİlen torbada 2 ədəd içərisində kristalşəkilli maddə olan bükümlər, 4 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər, içərisində qurudulmuş ot olan 1 ədəd kibrit qutusu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 77-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilir. Sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 13 ədəd büküm və 5 ədəd büküm, eləcə də 1 ədəd dərman həbi çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğu, nə vaxt və necə əldə etdiyi barədə soruşulduqda sonuncu, həmin bükümlərin içərisində heroin və metamtefamin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin maddələri həm şəxsi isifadəsi, həm də satmaq məqsədilə onlayn qaydada alıb üzərində saxladığını bildirir. Həmin bükümlər qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin, hər hansı bir əşya və ya predmet aşkar edilmədiyi müəyyən olunur. Məhkəmə-kimyəvi ekspertizasının 6/4875 saylı 3 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş...» və s. yazılar olan paketdəki (№1) 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,669 qram, 15,248 qram, ümumi təmiz çəkisi 27,917 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,111 qram, 23,930 qram, 18,812 qram, 1,620 qram; ümumi təmiz çəkiləri 83,473 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinidr. 4 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 1 ədəd «AOSAİ» markalı elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı; üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» və s. yazılar olar paketdəki (№2) 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,926 qram, 0,461 qram, 0,452 qram, 0,471 qram, 0,442 qram, 0,454 qram, 0,452 qram, 0,461 qram, 0,449 qram, 0,444 qram, 0,444 qram, 0,442 qram, 0,442 qram; ümumi təmiz çəkiləri 7,340 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 13 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,267 qram, 0,397 qram, 0,419 qram, 0,408 qram, 0,424 qram; ümumi təmiz çəkiləri 3,915 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 5 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 1 ədəd blister kəsiyindəki mavi rəngli dərman tabletinin tərkibində sildenafil maddəsi müəyyən edildi; Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilən heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər; həmin şəxsin üzərindən və mənzilindən aşkar edilən metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər; X1 üzərindən aşkar edilmiş heroin kütləsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; lakin Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş heroin kütlələri fərqlidirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Sildenafıl maddəsi nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Məhkəmə-bioloji ekspertizasının 7/1130 saylı 3 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim üzərində «vət. Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-1,127 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 5134 saylı 16 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 2791 saylı, 27 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunur. Bunu cinayət işin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırki xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl brəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs hazıki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. İşin 123-127-ci vərəqlərindəki ittiham aktından görünür ki, X3 2 noyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 10 manat pul ödəməklə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram və 0,021 qram, ümumi təmiz çəkisi 0,529 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 2 noyabr 2021-ci il tarixdə saat 17:00 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Bazarstore» mağazasının yaxınlığında saxlanılaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram və 0,021 qram, ümumi təmiz çəkisi 0,529 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 109-110-cu vərəqlərindəki Azərbaycan respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 128-138-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizaları təyin edilərək müvafiq rəy alınmış cəmi 35,257 qram psixotrop maddə metamfetamin, 87,388 qram narkotik vasitə heroin, 1,127 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sildenafil dərman həbi, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatlarından sonrakı qalıq 35,027 qram psixotrop maddə metamfetamin, 87,168 qram narkotik vasitə heroin, 1,107 qram narkotik vasitə qurudulmuş marixuana, 0,5 hissə sildenafıl dərman həbi və 1 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşin 27-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 noyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş cəmi 35,257 qram psixotrop maddə metamfetamin, 87,388 qram narkotik vasitə heroin, 1,127 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sildenafıl dərman həbinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 35,027 qram psixotrop maddə metamfetamin, 87,168 qram narkotik vasitə heroin, 1,107 qram narkotik vasitə qurudulmuş marixuana, 0,5 hissə sildenafil dərman həbi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş cəmi 35,257 qram psixotrop maddə metamfetamin, 87,388 qram narkotik vasitə heroin, 1,127 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd sildenafil dərman həbinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 35,027 qram psixotrop maddə metamfetamin, 87,168 qram narkotik vasitə heroin, 1,107 qram narkotik vasitə qurudulmuş marixuana, 0,5 hissə sildenafil dərman həbi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar