Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə, saat 05:30 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evində onunla birlikdə “Tbilisi Pub” restoranında işləyən və həmin ünvanda kirayədə yaşayan iş yoldaşı Zərərçəkmiş şəxs onunla mübahisə edib döyüb sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsəbiləşib qisas almaq məqsədi ilə yaşadığı otaqdan götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “Ağır” zərər vurmaya aid sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, tutulana qədər 03 iyul 2022-ci il tarixdən ünvan 3 ünvanında kirayədə tək yaşamışdır. Ondan əvvəl 1-ci Alatava, Abdülvahab Salamzadə küçəsində kirayədə tək yaşamışdır. Həmin vaxt köçmək üçün başqa kirayə ev axtarmışdır. Bu zaman iş yoldaşı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun üçün Qara Qarayev metrosu yaxınlığında kirayə ev tapa bilər. O da, Rufan Əliyevlə razılaşmışdır. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 21 ünvanında yerləşən “Tbilisi Pub” restoranında bir ay müddətdir ki, ofisiant işləyir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu əslən Quba şəhərindəndir, Bakı şəhərində kirayədə yaşayır. Rufan Əliyevlə əvvəllər hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onun işlədiyi “Tbilisi Pub” restoranında barmen vəzifəsində işləyir. Rufan Əliyevlə aralarında münasibətlər normal olmuşdur. 2022-ci ilin iyul ayının 3-də Zərərçəkmiş şəxs onun üçün tapdığı ünvan 3 ünvanındakı evə köçmüş və orada yaşamağa başlamışdır. Həmin həyətdə həm ev yiyəsi, həm də digər kirəkeşlər qalmış, Zərərçəkmiş şəxs də həmin həyətdə kirayədə yaşamışdır. 19 iyul 2022-ci il tarixdə, gecə saat 02:30 radələrində o, Rüfan və onlarla birlikdə işləyən əmisi oğlu Ruhlanla birlikdə işdən çıxaraq yaşadığı evin yaxınlığında fəaliyyət göstərən “Nord Pub” adlanan restorana yemək yemək üçün getmişlər. “Nord Pub” adlanan restoranda olduqları zaman spirtli içki içməyə başlamışlar. O, pivə, Rüfan isə həm pivə, həm də araq içmişdir. Rüfan həddindən artıq çox spirtli içki içdiyindən spirtli içkinin təsirindən onu və əmisi oğlu Ruhlanı təhqir etməyə, nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən durub getmək istəyəndə Ruhlan ondan xahiş etmişdir ki, getməsin, birlikdə gedərlər. Təxminən saat 04 radələrində restorandan çıxmağa hazırlaşanda Rüfan hələ də spirtli içki içməyə davam etmək istədiyini bildirmişdir. O və Ruhlan da Rüfanı tək qoymamaq üçün restoranda oturmuşlar. Saat 04:30 radələrində restorandan çıxmışlar, lakin Rüfan küçədəki obyektlərdən birinin pilləkənində oturub getmək istəmədiyini bildirmişdir. Bu zaman Rüfanla Ruhlan öz aralarında tat dilində nəsə söhbət etmişlər, lakin onların danışıqlarını anlamamışdır. Sonra Ruhlan onu kirayədə yaşadığı evə gətirmiş və özü qayıtmışdır. Təxminən 15 dəqiqə sonra kirayədə yaşadığı evdə olduğu zaman qapı döyülmüşdür. Rüfan olduğunu zənn edib qapını açmamışdır. Ruhlanın səsini eşidib onun olduğuna əmin olduqdan sonra qapını açmışdır. Bu zaman Ruhlan ona bildirmişdir ki, Rüfan Ruhlanı onu öz otağına çağırır, getməyəcəyi təqdirdə özü gələcək, 5-10 dəqiqə gözləsinlər, Rüfan yatandan sonra çıxıb gedər. Ruhlan onun otağında 5 dəqiqə oturmuş və Rüfanın yatmağını gözləmişlər. 5 dəqiqə sonra Rüfan qapını döyməyə başlamış və açmayacaqları təqdirdə qapını qıracağını bildirmişdir. Bu zaman Ruhlan ondan qapını açmağı xahiş etmiş və o da, razılaşmışdır. Ruhlan özü qapını açmış, Rüfan çöldə dayanaraq yenə onu və Ruhlanı təhqir etməyə başlamışdır. Bu zaman ev sahibi Şahid2 səsə çıxaraq Rüfana yaxınlaşmış, onu və Ruhlanı darvazadan küçəyə çıxararaq həyətdə səs küy salmamağı bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra səs küyün azaldığını görüb anasının işlədiyi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən şirniyyat sexinə getmək üçün hazırlaşmışdır. Bu zaman Rüfanın yatdığını zənn edib otağından çıxıb darvazaya doğru getmişdir. Darvazadan çıxmaq istəyəndə Rüfanın ev sahibi Taryel Əlləzov ilə birlikdə küçədə darvazanın yanındakı skamyada oturduqlarını görmüşdür. Rüfana heç bir söz demədən Qara Qarayev metrostansiyasına doğru getmək istəyərkən Rüfan arxadan yüksək səslə qışqıraraq hara getdiyini soruşmuşdur. O da, Rüfana bildirmişdir ki, "iş vaxtı bitib, sən mənim heç nəyimsən, hara getdiyimə qarışa bilməzsən”. Rüfan isə təkidlə hara getdiyini soruşmağa davam etmişdir. O da, sonuncuya anasının yanına getdiyini bildirmişdir. Rüfan isə cavabında ona bildirmişdir ki, əgər gedirsə, evdən bütün əşyalarını götürsün, həmişəlik getsin. Hətta Rüfan ona “əşyalarını götür, s…” deyə bildirmişdir. Rüfanı içkili olduğu üçün yola vermiş və sonuncuya bildirmişdir ki, sonra əşyalarını götürüb gedəcək. Həmin vaxt Rüfan ona yaxınlaşıb sağ qolundan tutub sıxmağa başlamış və gedə bilməyəcəyini bildirmişdir. Rüfana müqavimət göstərmək istəyəndə sonuncu onun boğazından tutub sıxaraq onu itələmiş və o, yerə yıxılmışdır. Bundan sonra Rüfan yumruq zərbələri ilə onun sifət nahiyəsinə zərbələr endirmişdir. Bu zaman zərbənin təsirindən onun sol arxa dişi qırılmışdır. Onun Rüfana gücü çatmadığından yerdə uzandığı vəziyyətdə əlinə keçən daş parçasını sonuncunun baş nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən Rüfanın baş nahiyəsi qanamış və sonuncu kənara çəkilmişdir. Bu zaman əynindəki paltar üzərində qan ləkəsi olduğundan durub otağına keçmişdir ki, paltarını dəyişsin. Bu zaman Rüfanın əl-üzünü yumaq üçün “ünivalnikə” yaxınlaşdığını görmüş, əsəbi olduğundan həyəcan vəziyyətində otaqdakı masanın üzərində olan bıçağı götürüb çölə çıxmış və Rüfan əl-üzünü yuyan məqamda arxadan sonuncunun sağ kürək nahiyəsinə əlindəki bıçaqla bir dəfə xəsarət yetirmişdir. Bundan sonra Rüfan yarı oturaq vəziyyətdə durmuş, o isə həyəcanlı olduğundan nə etdiyini bilməmiş, buna görə də qaçıb otağına daxil olmuşdur. Bütün bunlar baş verərkən orada ev sahibi Şahid2 olmuşdur. Əvvəlcədən Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olmamışdır. Həmin vaxt ruhi həyəcan vəziyyətində olmuş, ona görə də nə etdiyini bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona qarşı əvvəllər hər hansı formada fiziki və ya psixi zor tətbiq edilməmişdir. Zərərçəkmiş şəxslə aralarındakı münaqişə qısa müddət, təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt hadisə yerində və ətrafda ev sahibi Şahid2 başqa kimsə olmamışdır. Hadisəni bilavasitə görən şəxs ev sahibi Şahid2dur, başqa hər hansı şəxslərin gördüyünü bilmir. Sol gözünün alt nahiyəsində, sol alt çənə nahiyəsində, sağ qolunun dirsək nahiyəsində xəsarətlər vardır. Həmin xəsarətləri Zərərçəkmiş şəxs yetirmişdir. Hər hansı başqa cinayət törətməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında kirayədə yaşayır. 2022-ci ilin yanvar ayından Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 21 ünvanında yerləşən “Tbilisi Pub” restoranında barmen vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Fatimə 2022-ci ilin iyun ayından onun işlədiyi “Tbilisi Pub’ restoranında ofisiant vəzifəsində işləmişdir. Fatimə ilə münasibətləri qaydasında olmuşdur. Bildiyinə görə Fatimənin ailəsində problemlər olduğundan, sonuncu kirayə ev axtarmışdır. Fatimə “Tbilisi Pub” restoranında işə girəndən təxminən 5-10 gün sonra ona da bu barədə bildirib ki, əgər kirayə qalmağa ev olarsa desin. Onun kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Şahid2 məxsudur. Şahid2 məxsus ev həyət evidir, sonuncu özü, həyat yoldaşı Şahid3, qızı, gəlini və nəvəsi də həmin həyətdəki evdə yaşayır. Həmçinin həmin həyətdə ondan başqa kirəkeşlərin yaşadığı dörd ayrı otaq vardır. Həmin otaqlardan biri boş olduğundan Fatiməyə orada kirayədə yaşaya biləcəyini bildirmişdir. Fatimə də onunla razılaşmış və 04 iyul 2022-ci il tarixdə qeyd etdiyi ünvana kirayədə yaşamaq üçün köçmüşdür. 19 iyul 2022-ci il tarixdə, gecə saat 02:30 radələrində o, Fatimə və həmin vaxt onlarla birlikdə işləmiş əmisi oğlu Ruhlan ilə birlikdə işdən çıxaraq yaşadığı evin yaxınlığında fəaliyyət göstərən “Nord Pub” adlanan restorana pivə içmək üçün getmişlər. “Nord Pub” restoranında olduqları zaman spirtli içki içməyə başlamışlar. O və Fatimə həm araq, həm də pivə içmişlər. Ruhlan isə pivə içmişdir. Həmin gün, saat 04:30 radələrində “Nord Pub” restoranından çıxıb kirayədə yaşadıqları evə getmişlər. Fatimə öz otağına, o da, Ruhlanla birlikdə yaşadığı otağa daxil olmuşlar. Əynindəki geyim paltarlarını dəyişdikdən sonra Ruhlanla həyətə çıxmışlar. Təxminən 5-10 dəqiqə həyətdə durub siqaret çəkərək söhbət etdikdən sonra Ruhlanı yola salmışdır. X8 metrostansiyasının yaxınlığında özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Bundan sonra Fatimə həyətə çıxmış və anasının yanına getmək istədiyini bildirmişdir. O da, Fatiməyə gecə saat 5 olduğunu, sərxoş halda getməməyi bildirmişdir. Fatimə inadla getmək istədiyini bildirsə də, sonuncuya getməyə imkan verməmişdir. Bundan sonra Fatimə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Fatimənin sözlərinə əsəbləşib sonuncunun üzünə iki-üç dəfə şillə ilə vurmuşdur. Fatimə yenə də qışqıraraq ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu vaxt əli ilə Fatimənin boğazından tutub divara söykəyən zaman sonuncu əlindəki daşla onun baş nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən alnının sol hissəsindən qan axmağa başlamışdır. Səslərinə ev sahibi Şahid2 həyətə çıxmışdır. Şahid2 Fatimənin qolundan tutaraq öz otağına, sonra isə onu əlüzünü yumaq üçün həyətdə yerləşən əl-üzyuyan “univalnikin” qarşısına aparmışdır. Şahid2 onun yaşadığı otağın qapısının yanında durmuş, bu zaman o, əl-üzünü yuyan məqamda Fatimə arxadan gəlib onun sağ kürək nahiyəsinə əlindəki bıçaqla bir dəfə xəsarət yetirmiş və qayıdaraq öz otağına daxil olmuşdur. Bu zaman ev sahibi Tariel Fatimənin onu bıçaqla vurduğunu görüb dərhal ona yaxınlaşmış və həyətdəki asılqandan götürdüyü dəsmalı kürəyinə basmışdır ki, xəsarət aldığı yerdən qanaxma baş verməsin, sonra qolundan tutaraq onu həyətin qarşısına aparıb əyləşdirmiş və eyni zamanda səhv etmirsə, həyat yoldaşına yaxud da qızına təcili tibbi yardım stansiyasına zəng edib yardım çağırmağı bildirmişdir. Lakin, təcili tibbi yardım briqadası gecikdiyinə görə Şahid2 taksi sifariş verib onu taksi avtomobili ilə Sabunçu Tibb mərkəzinə aparmışdır. Xəsarəti ağır olduğundan Sabunçu tibb mərkəzində əməliyyat olunmuşdur. Sağ kürək nahiyəsində və sol alın nahiyəsində xəsarət izi vardır. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə aralarındakı məlum hadisələr zamanı əlindəki daş parçası ilə onun baş nahiyəsinə, sonra isə bıçaqla sağ kürəyinə xəsarət yetirmişdir. Bundan başqa bədənində hər hansı xəsarət yoxdur. Fatimənin üz nahiyəsinə şillə ilə iki-üç dəfə zərbə vurmuş və bundan sonra sonuncunun boğazından tutub sıxmışdır. Qeyd olunan xəsarətləri Fatimə ona qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbi olduğundan yetirmişdir. Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə qısa müddət, təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt hadisə yerində və ətrafda ev sahibi Şahid2 başqa kimsə olmamışdır. Hadisəni bilavasitə görən şəxs ev sahibi Şahid2dur, sonuncudan başqa hadisənin şahidi olan şəxslər barədə məlumatı yoxdur. Hadisə zamanı əynində qara rəngli qısa şortik, mavi rəngli qolsuz köynək olmuşdur. Fatimə ilə darvazadan çöldə dalaşdıqdan sonra əynindəki köynəyi çıxartmışdır ki, həyətdəki “univalnikdə” üzünə və bədəninə su vursun. Fatimə bıçaqla onun kürək nahiyəsinə xəsarət yetirdikdən sonra ev sahibi Şahid2 dərhal onun kürəyinə dəsmal ilə basmışdır ki, qanaxma olmasın. Ona görə də üzərində cüzi qan ləkəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Rüfanla birlikdə “Tbilisi Pub” restoranında işləyirlər. Təqsirləndirilən şəxs da tanıyır, sonuncu da həmin restoranda ofisiant işləmişdir. Fatimə və Rüfan ünvan 3 ünvanında yerləşən yaşayış evinin həyətindəki ayrı-ayrı otaqlarda kirayədə yaşayırlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı münasibətlər normal olmuşdur. 19 iyul 2022-ci il tarixdə, gecə saat 02 radələrində o, Rüfan və Fatimə işdən çıxıb Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Nord Pub” adlanan restorana yemək yemək üçün getmişlər. “Nord Pub” restoranında olduqları zaman spirtli içki içməyə başlamışlar. Özü az miqdarda spirtli içki qəbul etmiş, Rüfan və Fatimə isə nisbətən çox miqdarda spirtli içki qəbul etmişlər. Həmin vaxt Rüfanla Fatimə arasında sözlü münahisə yaranmış, Rüfan Fatiməyə bildirmişdir ki, restorana gələn müştərilərlə həddindən artıq səmimiyyət yaratmaq düzgün deyil, onun səmimiyyətindən sui istifadə edə bilərlər. Fatimə isə Rüfana öz həyatı olduğunu, Rüfanın qarışmamasını bildirmişdir. Onların arasındakı mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin gün, saat 04 radələrində restorandan çıxmışlar, Fatimə kirayədə yaşadığı evə, o isə Rüfanla birlikdə marketə getmişlər və sonra Rüfanı kirayədə yaşadığı evə gətirmişdir. Bundan sonra Fatimənin yaşadığı otağın qapısını döymüş, Fatimə qapını açmamış, Fatiməyə Ruhlan olduğunu bildirmiş və qapını açmağını xahiş etmişdir. Fatimə bundan sonra qapını açmışdır. Fatiməyə bildirmişdir ki, Rüfan içkilidir, yatmağa hazırlaşır, Rüfan yatandan sonra çıxıb gedəcək. Fatimə də razılaşmış və Rüfanın yatmağını gözləmişlər ki, sonra çıxıb evinə getsin. Çünki, Rüfan içkili olduğundan yanına getsəydi, aralarında mübahisə baş verə bilərdi. Təxminən 5-10 dəqiqə sonra Rüfanın həyətdə uca səslə onu çağırdığını eşidib Fatimənin otağından çıxmış və Rüfanın qolundan tutub otağına aparmışdır. Həmin vaxt ev sahibi Şahid2 həyətə düşmüş və Rüfanın otağının qarşısına gəlib onlara küçəyə çıxıb küçədə söhbətlərini davam etməyi bildirmişdir. Onlar da razılaşıb küçəyə çıxmışlar və Rüfana bildirmişdir ki, içkilidir, yatmağı məsləhətdir, səhər oyanıb ayıq başla söhbətini davam etdirər. Rüfan da Şahid2la razılaşmış və yatmağa getdiyini bildirmişdir. O da, Rüfana arxayın olub yaşadığı evə getmişdir. Rüfan ilə Fatimənin münasibətləri yaxşı olmuşdur. Onların arasında əvvəllər mübahisə və ya münaqişənin olduğunu görməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı əvvəllər və hadisə günü hər hansı formada fiziki və ya psixi zor tətbiq etməmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev 33 ünvanında ailə üzvləri ilə, yəni həyat yoldaşı Şahid3, oğlu və sonuncunun həyat yoldaşı, həmçinin qızı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla heç bir qohumluq münasibətləri, həmçinin ədavəti və düşmənçiliyi yoxdur, münasibətləri kirəkeş kimi olmuşdur. Qeyd olunan şəxslər onun həyətində kirayəyə verdiyi ayrı-ayrı otaqlarda kirəkeş kimi yaşayırlar. Zərərçəkmiş şəxs onun həyətində təxmninən 8-9 ay olmuşdur ki, kirayədə qalmışdır. Təqsirləndirilən şəxs da onun həyətində kirayədə tək yaşamışdır. Fatimə 03 iyul 2022-ci il tarixdən onun həyətində kirayədə yaşamışdır. Fatiməni Zərərçəkmiş şəxs gətirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs iş yoldaşıdırlar, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 21 ünvanında yerləşən “Tbilisi Pub” restoranında işləmişlər, aralarındakı münasibətlər normal olmuşdur. 19 iyul 2022-ci il tarixdə, saat 05 radələrində evdə olduğu zaman səs gəldiyini eşidib həyətə çıxmış və Zərərçəkmiş şəxs sonuncunun əmisi oğlu Ruhlan ilə mübahisə etdiyini görmüşdür. Həyətə düşüb onları küçəyə çıxartmışdır ki, problem yaratmasınlar. Ruhlan onun sözündən sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxslə həyətdən çöldə darvazanın yanında skamyada oturmuşlar. Zərərçəkmiş şəxs spirtli içkinin təsirində olmuşdur. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs həyətdən çıxaraq Qara Qarayev metrosuna tərəf getmək istəyərkən Rüfan Fatimənin qarşısını kəsmiş və gecə vaxtı hara getdiyini soruşmuşdur. Bu vaxtı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmış və bir qədər sonra sözlü mübahisə davaya çevrilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyəsinə əl zərbəsi vurduqdan sonra Fatimə yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə küt alətlə vuraraq sonuncuya xəsarət yetirmişdir. Bu zaman onları ayırmağa cəhd etmişdir. Onlar bir-birindən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs həyətə daxil olaraq əl-üzünü yumaq üçün “univalnikə” yaxınlaşmışdır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs arxasınca həyətə daxil olaraq öz otağına getmişdir. Zərərçəkmiş şəxs yaxınlığında arxası ona tərəf durduğu zaman Təqsirləndirilən şəxs otağından çıxmışdır. Bu zaman düşünmüşdür kü Fatimə tualetə getmək istəyir. Onun arxa nahiyəsi sonunculara tərəf olmuşdur. Elə bu zaman Zərərçəkmiş şəxs “univalnikdə” əl-üzünü yuyan yerdə Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ kürək nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir. Bu zaman Zərərçəkmiş şəxs səsindən arxaya çevrilib görmüşdür ki, X5 kürək nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Rüfana bıçaqla xəsarət yetirdikdən sonra öz otağına daxil olduğundan Fatimənin əlində bıçağı görməmişdir. Bu zaman Zərərçəkmiş şəxs həyətin qarşısına gətirib orada əyləşdirmiş və həyat yoldaşını yuxudan oyadıb, tibbi yardım stansiyasına məlumat verməyi tapşırmışdır. Tibbi yardım briqadası gec gəldiyindən həyat yoldaşına bildirmişdir ki, yaxın qonşusu olan Eldara zəng etsin ki. sonuncunun köməyi ilə Rüfanı təcili xəstəxanaya çatdırsınlar. Qonşusu Eldar gəldikdən sonra taksi sifariş etmişdir. Taksi gəldikdən sonra Eldarla Rüfanı taksiyə qoyub Sabunçu 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırmışlar. Hadisə baş verən zaman ondan başqa hadisə yerində heç kim olmamışdır. Hadisə baş verdikən sonra həyat yoldaşı və qonşusu Eldar orada olmuşlar. Hadisə baş verən zaman hadisə yerində qan ləkələri olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirəndən sonra həmin vaxt həyətdə asılqandan asılmış dəsmalı götürüb dərhal Rüfanın kürəyinə basaraq sonuncunu həyətin qarşı tərəfinə gətirib əyləşdirmişdir. Ona görə hadisə yerində heç bir qan ləkəsi olmamışdır. Təqsirləndirilən şəxs sifət nahiyəsində xəsarət görmüşdür. Fatimənin gözünün altı qızarmışdır. Başqa hər hansı xəsarət görməmişdir. Əvvəllər belə hadisələr baş verməmiş, Zərərçəkmiş şəxs əvvəllər Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə aralarında kirayə müqaviləsi bağlanmamışdır, Hadisə zamanı Rüfanın əynində mavi rəngli qolsuz köynək və qara rəngli qısa şortik olmuşdur. Rüfan Fatimə ilə darvazadan çöldə dalaşdıqdan sonra əynindəki köynəyi çıxardıb həyətdəki “univalnikdə” yuyunmaq üçün getmişdir. Fatimə bıçaqla Rüfanın kürək nahiyəsinə xəsarət yetirdikdən sonra dərhal həyətdə asılmış dəsmalı götürüb Rüfanın kürəyinə basmışdır ki, qanaxma olmasın. Cinayət hadisəsi barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməməyinin səbəbi o olmuşdur ki, Zərərçəkmiş şəxs kürəyində qanaxmanın qarşısını almaq məqsədilə dərhal xəstəxanaya çatdırmaq istəmişdir ki, Rüfanın həyatı üçün təhlükə yaranmasın. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı ekspert rəylərini, maddi sübutu, sənədləri (istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri) də sübut növləri kimi qəbul edir. Cinayət işinin 117-119-cu vərəqələrində olan Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 3/1390 saylı məhkəmə-ballistik ekspertizası üzrə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrüfat - məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Cinayət işinin 114-116-cı vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 xx.xx.2022-ci il tarixli, 950 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan doş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 xx.xx.2022-ci il tarixli, 635 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözaltı və sol yanaq nahiyəsinin hematoması, sol çənə bucağı nahiyəsinin qançırları; sağ dirsək nahiyəsinin arxa səthjnin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranması inkar edilmir, sol gözaltı və yanaq nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Alt çənədə sol Vİİ dişin ətraf yumşaq toxumasında (diş əti, damaq, dodağın iç səthi, dil) hər hansı bir xəsarət və ya xəsarət izi (qansızma, yara və s.) aşkar olunmadığından həmin dişin hissəvi (dodaq səthində) sınmasının baş vermiş hadisə zamanı (xx.xx.2022-ci il tarixdə) yaranıb-yaranmaması barədə fikir söyləmək mümkün deyil. Cinayət işinin 127-130-cu vərəqələrində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2656 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional, qeyrisabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kinlilik, inadkarlıq, kobudluq, emosional reaksiyalara meyillilik, tez özündən çıxma kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına və emosional halına görə hadisə zamanı öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin 9-13-cü vərəqələrində olan 19 iyul 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer ünvan 7 ünvanında yerləşən Şahid2 məxsus yaşayış evidir. Yaşayış evinin həyətinə giriş darvazası açıq boz rəngli dəmir materialdandır. Həyətə daxil olduqda həyətdə ayrı-ayrı giriş qapıları olan bir neçə otaqdan ibarət köhnə tikili vardır. Otaqların giriş qapıları bir-birinə yaxın məsafədə olmaqla həyətə çıxışda ümumi istifadə üçün nəzərdə tutulan univalnik və soyuducu yerləşir. Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirildi. Otaqda iki ədəd çarpayı, bir ədəd masa, bir ədəd şkaf və bir ədəd şifoner vardır. Otağa, həmçinin yaşayış evinin həyətinə, hadisənin baş verdiyi yerə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet və əşya aşkar edilmədi. Baxış iştirakçısı Şahid2 hadisənin “univalnikin” qarşısında baş verdiyini bildirdi. Baxış günorta vaxtı təbii işıqlandırma şəraitində aparıldı. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X6 xx.xx.2022-ci il tarixli, 8680 saylı məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 8681 saylı məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 131-142-ci vərəqələrində olan protokoldan görünür ki, 25 noyabr 2022ci il tarixli qərarla hadisə yerinə baxış keçirilərkən götürülmüş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq maddi sübut hesab edilmiş və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 26-32-ci vərəqələrində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-68-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu nəzərə almaqla məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Nizami RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilsin və təyin edilən cəza şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Nizami RPİ-nin saxlancına təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev