Məhkəmə qərarları › İş №1(101)-747/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-747/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2024 29.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ədliyyə müşaviri X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, rus-azərbaycan dilləri üzrə tərcüməçi X3 və X1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq eyni ünvanda yaşamış, 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 15,340 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-nin BMCMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 iyun 2023-cü il tarixdə, saat 19:00-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən DİN-nin BMCMİ-nə gətirilib həmin gün saat 21:09-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 15,340 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,016 qram, 4,862 qram və 5,462 qram olmaqla 03 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 15,340 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-nin BMCMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 iyun 2023-cü il tarixdə, saat 19:00-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən DİN-nin BMCMİ-nə gətirilib həmin gün saat 21:09-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 15,340 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,016 qram, 4,862 qram və 5,462 qram olmaqla 03 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, bağırsağında olan göbələk xəstəliyi xəstəliyindən əziyyət çəkmiş, həmin xəstəliyim ilə bağlı bir neçə ölkədə müalıcə almışdır. Yapon həkimlərinin tövsiyyəsi ilə ona Rusiyada narkotik tərkibli iynələr, o cümlədən morfi vurulmuşdur. Bakıda isə ağrılarını diklofenak iynəsi vurmaqla 4-5 saat ötüşdürmüşdür. O, narkotik vasditə istifadə etmiş olsa da, amma satış ilə heç bir əlaqəsi olmamış, onun narkotik satmağa ehtiyacı olmamışdır. O, özü ticarətlə məşğul olmuş, özünün işi olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, tutlmazdan 2-3 ay əvvəl yaşadığı Rusiyadan Azərbaycana gəlmiş, İnstaqramda bir qızla tanış olmuş, onunla WhatsApp proqramı vasitəsi ilə yazışmışdır. İnstaqramda, WhatsApp-la yazışdığı qıza ağrıları olduğunu dedikdə, qız da onda narkotik vasitə olduğunu demişdir. Həmin qizla görüşüb ağrıları ilə əlaqədar özünün istifadəsi üçün ondan narkotik almaq istəmiş və qızla anasıgilin Xırdalan şəhərində yaşadığı binanın qabağında görüş üçün razılaşmışlar. O, yazışmaqla qızdan 1 qram narkotik istəmiş, lakin qızla məbləğ danışmamışdır. Onun telefonunda bu barədə yazışma da olmuşdur. Lakin polis əməkdaşları telefonu onun anasına qaytararkən həmin yazışmaları silmişlər. O, binanın qarşısında dayanmış maşına oturmuş, qız da həmin vaxt maşında arxada oturmuşdur. O, ağrılarım ilə bağlı Azərbaycanda ilk dəfə narkotik istifadə etmək istəmişdir. Onun qızla görüşərkən verəcəyi narkotik vasitəyə görə ona 150 manat vermək istəmiş, lakin qız razılaşmadığına görə mən ondan narkotik vasitə almadan maşından çıxmışdır. O, maşından düşən kimi 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb onu tutmuş və DİN-nin BMCMİ-nə aparmışlar. Tutularkən onu kimlərin tutduğunu bilməmişdir. WhatsApp-la yazışdığı qızın polis işçilərinin öz adamları olduğunu sonradan bilmişdir. O, tutularkən qız da onun yanında olmuş, lakin sonra qız buraxılmış və yox olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, idarədə döyülmüş, ona ittihamda göstərilən 3 büküm narkotik verilmiş, boynuna götürməyə məcbur edilmiş, bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş zamanı o, heç bir suala cavab verməmiş, sakit durmuş, polislər özləri danışmışlar. Başqa yolu olmadığından sənədləri imzalamışdır. Müstəntiqə məcbur edildiyini demiş, sonuncu da ona kömək edəcəyinə söz vermişdir. O, ifadələrini oxumadan imzalamışdır. Onun dediklərinin fərqli yazıldığını o, ittiham aktında görmüşdür. Həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılarkən döyülməyi barədə məhkəməyə danışmışdır. Aldığı xəsarətlərlə bağlı Kürdəxanıda, yəni Bakı İstintaq Təcridxanasında müayinə olunmuş, onun qulaq pərdəsi cırılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, tutduğu əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 06 və 07 iyun 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və müalicə almır, subay olmaqla fərdi əməklə məşğul olmuşdur. Narkotik vasitələrdən istifadə etməmişdir. Ssaxlanılmazdan təxminən iki gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən adı və anket məlumatları ona məlum olmayan şəxsdən 100 manat müqabilində “patı” almış, almaqda məqsədinin narkotik vasitələrə və psixotrop maddələrə olan marağından irəli gəlmiş və gələcəkdə istifadə etmək niyyətində olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində ona elan olunan ittihamın mahiyyəti ilə bağlı göstərmişdir ki, həmin günü, yəni 05 iyun 2023-cü il tarixdə, saat təxminən 19:00 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B ünvanının yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi olaraq üzərində “patı” olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində “patı” olduğunu bildirərək, həmin cibindən 03 ədəd şəffaf sellofan bükümdə “patı”nı təqdim etmişdir. Daha sonra həmin bükümlər açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan “patı” aşkarlanmış, bundan sonra “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və ya predmet aşkar edilməmiş, daha sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olmuşdur (iş vərəqə: 93-96, 49-50, 68-71). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Abşeron rayonu, Xırdalan şəhərində 27-ci məhəllə adlanan məhəllədə binanın qarşısında saxlanılmışdır. Əməliyyat keçirilərkən onlar 3 nəfər olmuşlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş və barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş qərarla tanış edilmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığından onu DİN-nin BMCMİ-nə dəvət etmişlər və sonuncu etiraz etmədən polis əməkdaşları ilə Baş İdarəyə gəlmişdir. Baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və baş X4 baş təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyalar olduğu təqdirdə, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 03 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümlərin içərisində metamfetamin psixotrop maddə oxşar maddələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq göstərdi ki, onun üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetamin kimi bildiyi maddədir, saxlanılmazdan 2 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 100 manata almışdır. Bundan sonra təqdim olunan psixotrop maddəyə oxşar maddə 03 ədəd bükümdə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə saxlamamış, əməliyyat tədbiri keçirilərkən onlarla birlikdə qadın iştirak etməmiş, onların qadin əməkdaşı olmamışdır. Təqsirləndirilən şəxs qarşı polis tərəfindən fiziki zor tətbiq olmamış, ona xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs xəsarətlə bağlı özünü müdafiə xarakterli ifadə vermişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək, sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, saat 19:00-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B ünvanının yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə gətirilmiş, BMCMİ-nin inzibati binasında X4 baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs saxlamış polis əməkdaşlarının iştirakı ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofanda olan bükümləri çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm açılmış və həmin sellofan bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmiş və həmin bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «zərflər üçün № 6» möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə “patı” kimi bildiyi psixotrop maddə olmasını, həmin maddəni saxlanılmazdan 2 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 05 iyun 2023-cü il tarixdə, saat 21:09-da başlamış və həmin tarixdə, saat 21:23-də başa çatmış, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 37-39). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, tədqiq olunan həmin protokoldan görünür ki, videogörüntülərə baxış zamanı 05 iyun 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs əynində boz rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofanda olan bükümləri təhqiqatçının təklifindən sonra çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq aşkar edilmiş 03 ədəd bükümün içərisindəki həmin maddənin “patı” kimi tanıdığı maddə olduğunu, saxlanılmazdan 2 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 100 manata aldığını bildirdiyi müəyyən edilmişdir(iş vərəqə: 126). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd DVD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 05 iyun 2023-cü il tarixli protokolun və videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokolun məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 40). Məhkəməyədək icraat mərhələsində qəbul edilmiş 07 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 169-177). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” yazıları və imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,016 qram, 4,862 qram və 5,462 qram olmaqla ümumi təmiz çəkisi – 15,340 qram olan ağ rəngli kristalardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiq olunan metamfetaminin ümumi təmiz çəkisinin 15,340 qram olduğu müəyyən edilmiş, tədqiqata 0,15 qram sərf edilmiş, 15,190 qram isə qalıq qalmışdır (iş vərəqə: 51-55). İbtidai istintaq orqanının 20 iyun 2023-cü il tarixli qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 15,190 qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: 132-134). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3530 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının olması müəyyən olunmuşdur. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 160-161). Lakin məhkuəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 2052/K nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir (iş vərəqə: 162-163). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş cavab məktublarının məzmunundan görünür ki, əməliyyat tapşırığına cavabın ilk abzasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun satış məqsədi ilə əldə etməsinin müəyyən edildiyi göstərilsə də, həmin məktubun ikinci abzasında sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldhə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: 159). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 5(005)-1050/2023 nömrəli qərarına əsasən BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BMCMİ-nin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 05 iyun 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: 123-125). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 169-177, 180-181, 184). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, 05 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3201 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3530 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli, 2052/K nömrəli rəyi, 07 iyun 2023-cü il, 13 iyun 2023-cü il tarixli “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” protokol, maddi sübut qərarı və digər istintaq sənədləri, hətta vəsatətlərə baxılması haqqında 08 avqust 2023-cü il və 14 avqust 2023-cü il tarixli qərarlar sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 05 iyun 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, BMCMİ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 05 iyun 2023-cü il tarixli əmr, Təqsirləndirilən şəxs saxlanılıb BMCMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 05 iyun 2023-cü il tarixli daha bir protokoldan görünür ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, onun satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə olmuşdur (iş vərəqə: 4, 5-6, 7-8, 9). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 06 və 07 iyun 2023-cü il tarixli ifadələrində özünü qismən təqsirli bilərək ondan aşkar edilib 03 ədəd bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 03 ədəd bükümün içərisindəki həmin maddənin “patı” kimi tanıdığı maddə olduğunu, saxlanılmazdan 2 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, almaqda məqsədinin narkotik vasitə və psixotrop maddələrə olan marağından irəli gəldiyini və gələcəkdə istifadə etmək niyyətində olması ilə bağlı üzərində saxladığını üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq çıxarıb təqdim etdiyini etiraf etsə də, ibtidai istintaqın sonrakı mərhələlərində – 08 avqust 2023-cü il tarixdə dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiklərini inkar etmiş, məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə özünü ümumiyyətlə təqsirli bilməmiş, xəstəliyi ilə əlaqədar ağrılarını sakitləşdirmək üçün “İnstaqram”da qiyabi tanış olduğu, adını və s. bilmədiyi qızın təklif etdiyi narkotik vasitəni almaq istədiyini, saxlanıldığı gün həmin qızla görüşüb danışılan narkotik vasitəni almaq istədiyini, lakin qiymət anlaşılmazlığına görə ala bilmədiyini, maşından düşərkən saxlanıldığını, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji və fiziki təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin əldə olunma mənbəyinin, onunla birlikdə cinayət əlaqəsində olmuş şəxslərin dairəsinin, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün verdiyi əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən ziddiyyətli cavab verilmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan 01 avqust 2023-cü il tarixli həmin cavab məktubunun ilk abzasında Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsini satış məqsədilə əldə etməsi göstərilsə də, sonrakı abzasda bu inkar olunmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun satış məqsədilə narkotik vasitələr və ya psixotrop maddələr əldə etməsinin, eyni məqsədlə qeyriləri ilə əlaqələrinin, əldə etdiyi psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsinin mümkün olmadığı göstərilmişdir. İşdə olan ittiham aktından isə görünür ki, ibtidai istintaq orqanı əməliyyat tapşırığına verilmiş cavabı ittiham aktında qiymətləndirərkən, həmin məktubun məzmununda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş hallarla bağlı əməliyyat orqanının qeyd etdiklərini bütövlükdə deyil, yalnız ilk abzasda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun satış məqsədi ilə əldə etməsinin müəyyən edildiyini ittiham aktına daxil etmiş, ilk abzası təkzib edən növbəti abzasda göstərilənlərə hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, əməliyyat oqranı ibtidai istintaq orqanının tapşırıqlarına Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi barədə cavab hazırlayarkən fərziyə və ehtimallara əsaslanmış, heç bir mötəbər mənbəyə istinad etməmiş, konkret meterialları əldə edib təqdim etməmiş və məhkəmə baxışı nəticəsində belə bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda, nümayiş olunan videogörüntülərdə da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut, vəsatətlərə baxılması haqqında qərarlar, təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edə sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun üç ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən üç ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 15,340 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 05 iyun 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 15,340 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan psixotrop maddənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsiniboynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun gətirdiyi dəlillər tam inkar olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmiş, ona qarşı təzyiq olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən təhqir edilərək işgəncələrə məruz qalması, etmədiyi cinayətin onun boynuna qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məlumtına əsasən Bakı şəhəri Nərimanov Rayon prokurorluğu tərəfindən araşdırma başlanmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 07 iyun 2023-cü il tarixli rəyindən görünür ki, həmin ekspertiza Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin işi aparan müstəntiqinin 07 iyun 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində sonuncunun saxlanılmasından iki gün sonra təyin edilməklə dərhal keçirilmiş və tədqiqat nəticəsində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Tədqiq olunan rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspertiza tədqiqatına məruz qalan Təqsirləndirilən şəxs ekspertlərin sualına cavab olaraq 05 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunduğunu bildirmiş, tibbi yardım üçün müraciət etmədiyini və hal-hazırda şikayəti olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən təhqir edilərək işgəncələrə məruz qalması ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon prokurorluğu tərəfindən başlanmış araşdırma üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin prokurorluğun 17 iyul 2023-cü il tarixli qərarına əsasən araşdırma materialları üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 126). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və bu, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3530 saylı rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin ərazi narkolojdi dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 05 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 iyun 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 iyun 2023cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 15,340 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 15,190 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 15,340 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 15,190 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar