Məhkəmə qərarları › İş №1(101)-747/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-747/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-747/2025 24.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X26 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, müdafiəçilər Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, tərcüməçi X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Vladimir şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, Rusiya Federasiyası, Vladimir şəhəri, Perekopski hərbi şəhərciyi, ev 6A, mənzil 128 ünvanında qeydiyyatda olmaqla, X5 Dubay Əmirliyində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Vladimir şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, Rusiya Federasiyası, Vladimir şəhəri, Stroiteley küçəsi, ev 42, mənzil 51 ünvanında qeydiyyatda olmaqla, X5 Dubay Əmirliyində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206- 1.3-cü maddələri ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının CM-in) 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və eyni niyyətlə xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə tanışları Təqsirləndirilən şəxs3 Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2, Edıev Şamil, Sergeev Sergey və şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Sergeev Sergey, Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməyən digər şəxslər X11 Dubay şəhərində İ.B.Yuferevanın faktiki rəhbərlik etdiyi, Təqsirləndirilən şəxs1 fəaliyyətinə nəzarət etdiyi “X31 Management LLC” və Təqsirləndirilən şəxs2 fəaliyyətinə nəzarət etdiyi “X36 LLC” adlı şirkətlərə aid, Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan, İ.B.Yuferevaya məxsus istintaqla müəyyən edilməyən məbləğdə xüsusi ilə külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstənin rəhbəri Edıev Şamilin göstərişi ilə 2023-cü ilin noyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda gizli yolla talamaqla və mənimsəməklə ələ keçirib həmin pul vəsaitlərini Şamil Edievə təhvil vermiş, sonuncu cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və digərlərinin məsuliyyətdən yayınması üçün onlara kömək etmək məqsədilə qeyd edilən pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alışı-satışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs1 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü ildə saat 14:03-də “f4172447a8707794c3e949ea0516fb60374abea679d2b78adc528f923ca8262” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:05-də “680b5eab1677523c461e183901fd6341ef5ecd969e6974b91ad8f6d46e364934” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:07-də “8e31491c90db3be19a4f433b3460b**********71e9116ef2ad8dc1bae5b62b5” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:10-da “80e48907186af80f85fa82314a837176e578fc536c6b8269af955ddd9431c150” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürməklə leqallaşdırmış, eyni zamanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən, 10.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini Dubay şəhərində sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi qeyd edilən pul vəsaitlərini, həqiqi mənbəyini gizlətmək və məsuliyyətdən yayınmaq üçün “Tether.to” platformasında hesab açmaqla həmin hesaba göstərilən qaydada Edıev Şamil tərəfindən köçürülməsinə və nağd şəkildə təqdim edilməsinə nail olmaqla mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, sonuncunun cinayətkar planına uyğun olaraq tapşırığı və təlimatına əsasən dəstənin digər üzvü Təqsirləndirilən şəxs3 maddi maraq və s. şəxsi niyyətlə cinayət törətmiş Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınması, cinayətin, cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və gizlədilməsi üçün sonuncu ilə X11 Dubay şəhərində görüşərək Təqsirləndirilən şəxs1 kənar şəxslərlə ünsiyyətinin qarşısını alıb birlikdə xx.xx.2023-cü ildə eyni təyyarə reysi ilə X11 Dubay şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə saat 09:26 radələrində gəlmiş, Təqsirləndirilən şəxs3 cinayət törətmiş Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı aşkar olunması ehtimalını aradan qaldırmaq və sonuncunun məsuliyyətdən yayınması üçün əvvəlcədən öz adına sifariş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Excelsior Hotel & SPA Baku” adlı oteldə Təqsirləndirilən şəxs1 yerləşməsini təmin etmiş, sonuncu cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin bir hissəsinin tanışı Təqsirləndirilən şəxs2 təqdim edilməsi üçün sonuncuya İ.B.Yuferevanın pul vəsaitlərini cinayət yolu ilə ələ keçirdiyi barədə məlumat verib birlikdə məsuliyyətdən yayınmaları üçün Təqsirləndirilən şəxs2 daha sonra ölkə ərazisini tərk etmək şərti ilə Azərbaycan Respublikasının Bakı şəhərinə dəvət etmiş, bu təklifə razılıq verən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə saat 13:02-də Türkiyə Respublikasından təyyarə reysi ilə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs3 nəzarəti altında Təqsirləndirilən şəxs1la “Excelsior Hotel & SPA Baku” adlı oteldə yerləşmiş, Edıev Şamil cinayət yolu ilə əldə edilən pul vəsaitindən məsuliyyətdən yayınmaq üçün həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alışı-satışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs2 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü ildə saat 20:26-da “cf37e130363a71246d2fcbe210da81b12911b21ef52455862e90a4c6e457053f” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 20:41-də “f04582f74b5181d719d3ff36b**********a5592c1c451e28a511d0a14275a17” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 20:58-də “3e6ba5a2e8bfa3cedf2135fece363f37b2b9b3a8b3a10ec363e2e0392ba3e0d0” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:00-da “019e34779b2d80ab3abf11bd45ee759d7f4f8158b9bb55b90d2ae36576f7f11f” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:01-də “07d1342a5442fadace4a603e46ceae1fd2733616ff49810f9f46bbcbd8887b66” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:02-də “6ae2e1b**********335d16626f8882efbee5d13fea6bfe9a99d81fce82d1a43” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürərək əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmaqla həmin pul vəsaitlərini mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus “Tether.to” platformasında hesablara leqallaşdırılmaqla Edıev Şamil tərəfindən köçürülmüş cinayət yolu ilə əldə edilmiş qeyd edilən pul vəsaitlərinin saxlanıldığı 2 ədəd xüsusi yaddaş kartını həmin pul vəsaitlərindən istifadə və sərəncam verilməsini həyata keçirmək üçün Bakı şəhərində 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etmiş, Edıev Şamil cinayətkar əməllərini davam etdirərək cinayət yolu ilə əldə edilən pul vəsaitindən həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaları üçün onlara kömək etmək məqsədilə həmin dövrün məzənnəsi ilə 338.675,4 manat təşkil edən, 186.454,2 avronu istintaqla müəyyən edilməyən şəxslər vasitəsi ilə “Myguava” adlı 2 ədəd plastik kart hesabı açdıraraq həmin hesablara hər birində 93.227,10 avro olmaqla köçürüb leqallaşdırmaqla, 2023-cü ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə hesabında 93.227,10 avro olan 5373 6120 2914 3823 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs1, hesabında 93.227,10 avro olan 5373 6120 2943 5518 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs2 təqdim edilməsini təşkil etmiş, Təqsirləndirilən şəxs1 xarici ölkə ərazisi və ölkə ərazisində olduğu bütün müddət ərzində məsuliyyətdən yayınmaq, cinayətin və cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və həqiqi mənbəyinin gizlədilməsi üçün vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə mütəşəkkil dəstə halında xeyli miqdarda 7.155.675,4 manat məbləğində pul vəsaitini, yəni cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmış və həmin pul vəsaitinin yəni ümumilikdə xüsusilə külli miqdarda -7.155.675,4 manat məbləğində pul vəsaitinin tamah niyyəti ilə mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və eyni niyyətlə xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə tanışları Təqsirləndirilən şəxs3 Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs1, Edıev Şamil, Sergeev Sergey və şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Sergeev Sergey, Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməyən digər şəxslər X11 Dubay şəhərində İ.B.Yuferevanın faktiki rəhbərlik etdiyi, Təqsirləndirilən şəxs1 fəaliyyətinə nəzarət etdiyi “X31 Management LLC” və Təqsirləndirilən şəxs2 fəaliyyətinə nəzarət etdiyi “X36 LLC” adlı şirkətlərə aid, Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan, İ.B.Yuferevaya məxsus istintaqla müəyyən edilməyən məbləğdə xüsusi ilə külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstənin rəhbəri Edıev Şamilin göstərişi ilə 2023-cü ilin noyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda gizli yolla talamaqla və mənimsəməklə ələ keçirib həmin pul vəsaitlərini Şamil Edievə təhvil vermiş, sonuncu cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və digərlərinin məsuliyyətdən yayınması üçün onlara kömək etmək məqsədilə qeyd edilən pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alışsatışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs1 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü ildə saat 14:03-də “f4172447a8707794c3e949ea0516fb60374abea679d2b78adc528f923ca8262” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:05-də “680b5eab1677523c461e183901fd6341ef5ecd969e6974b91ad8f6d46e364934” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:07-də “8e31491c90db3be19a4f433b3460b**********71e9116ef2ad8dc1bae5b62b5” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 14:10-da “80e48907186af80f85fa82314a837176e578fc536c6b8269af955ddd9431c150” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürməklə leqallaşdırmış, eyni zamanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən, 10.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini Dubay şəhərində sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi qeyd edilən pul vəsaitlərini, həqiqi mənbəyini gizlətmək və məsuliyyətdən yayınmaq üçün “Tether.to” platformasında hesab açmaqla həmin hesaba göstərilən qaydada Edıev Şamil tərəfindən köçürülməsinə və nağd şəkildə təqdim edilməsinə nail olmaqla mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, sonuncunun cinayətkar planına uyğun tapşırıq və təlimatına əsasən dəstənin digər üzvü Təqsirləndirilən şəxs3 maddi maraq və s. şəxsi niyyətlə cinayət törətmiş Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınması, cinayətin, cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və gizlədilməsi üçün sonuncu ilə X11 Dubay şəhərində görüşərək Təqsirləndirilən şəxs1 kənar şəxslərlə ünsiyyətinin qarşısını alıb birlikdə xx.xx.2023-cü ildə eyni təyyarə reysi ilə X11 Dubay şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə saat 09:26 radələrində gəlmiş, Təqsirləndirilən şəxs3 cinayət törətmiş Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı aşkar olunması ehtimalını aradan qaldırmaq və sonuncunun məsuliyyətdən yayınması üçün əvvəlcədən öz adına sifariş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Excelsior Hotel & SPA Baku” adlı oteldə Təqsirləndirilən şəxs1 yerləşməsini təmin etmiş, sonuncu cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin bir hissəsinin tanışı Təqsirləndirilən şəxs2 təqdim edilməsi üçün sonuncuya İ.B.Yuferevanın pul vəsaitlərini cinayət yolu ilə ələ keçirdiyi barədə məlumat verib birlikdə məsuliyyətdən yayınmaları üçün Təqsirləndirilən şəxs2 daha sonra ölkə ərazisini tərk etmək şərti ilə Azərbaycan Respublikasının Bakı şəhərinə dəvət etmiş, bu təklifə razılıq verən sonuncu xx.xx.2023-cü ildə saat 13:02-də Türkiyə Respublikasından təyyarə reysi ilə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs3 nəzarəti altında Təqsirləndirilən şəxs1la “Excelsior Hotel & SPA Baku” adlı oteldə yerləşmiş, Edıev Şamil cinayət yolu ilə əldə edilən pul vəsaitindən məsuliyyətdən yayınmaq üçün həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alış-satışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs2 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü ildə saat 20:26-da “cf37e130363a71246d2fcbe210da81b12911b21ef52455862e90a4c6e457053f” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 20:41-də “f04582f74b5181d719d3ff36b**********a5592c1c451e28a511d0a14275a17” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 20:58-də “3e6ba5a2e8bfa3cedf2135fece363f37b2b9b3a8b3a10ec363e2e0392ba3e0d0” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:00-da “019e34779b2d80ab3abf11bd45ee759d7f4f8158b9bb55b90d2ae36576f7f11f” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:01-də “07d1342a5442fadace4a603e46ceae1fd2733616ff49810f9f46bbcbd8887b66” saylı tranzaksiya, xx.xx.2023-cü il tarixdə saat 21:02-də “6ae2e1b**********335d16626f8882efbee5d13fea6bfe9a99d81fce82d1a43” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürərək əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmaqla həmin pul vəsaitlərini mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus “Tether.to” platformasında hesablara leqallaşdırılmaqla Edıev Şamil tərəfindən köçürülmüş cinayət yolu ilə əldə edilmiş qeyd edilən pul vəsaitlərinin saxlanıldığı 2 ədəd xüsusi yaddaş kartını həmin pul vəsaitlərindən istifadə və sərəncam verilməsini həyata keçirmək üçün Bakı şəhərində 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 təqdim etmiş, Edıev Şamil cinayətkar əməllərini davam etdirərək cinayət yolu ilə əldə edilən pul vəsaitindən həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaları üçün onlara kömək etmək məqsədilə həmin dövrün məzənnəsi ilə 338.675,4 manat təşkil edən, 186.454,2 avronu istintaqla müəyyən edilməyən şəxslər vasitəsi ilə “Myguava” adlı 2 ədəd plastik kart hesabı açdıraraq həmin hesablara hər birində 93.227,10 avro olmaqla köçürüb leqallaşdırmaqla, 2023-cü ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə hesabında 93.227,10 avro olan 5373 6120 2914 3823 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs1, hesabında 93.227,10 avro olan 5373 6120 2943 5518 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs2 təqdim edilməsini təşkil etmiş, sonuncu xarici ölkə ərazisi və ölkə ərazisində olduğu bütün müddət ərzində məsuliyyətdən yayınmaq, cinayətin və cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və həqiqi mənbəyinin gizlədilməsi üçün vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə mütəşəkkil dəstə halında xeyli miqdarda 7.155.675,4 manat məbləğində pul vəsaitini, yəni cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmış və həmin pul vəsaitinin yəni ümumilikdə xüsusilə külli miqdarda 7.155.675,4 manat məbləğində pul vəsaitinin tamah niyyəti ilə mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Digər Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və eyni niyyətlə xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə tanışları Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Edıev Şamil, Sergeev Sergey və şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Sergeev Sergey, Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməyən digər şəxslər X11 Dubay şəhərində İ.B.Yuferevanın faktiki rəhbərlik etdiyi, Təqsirləndirilən şəxs1 fəaliyyətinə nəzarət etdiyi “X31 Management LLC” və Təqsirləndirilən şəxs2 fəaliyyətinə nəzarət etdiyi “X36 LLC” adlı şirkətlərə aid, Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan, İ.B.Yuferevaya məxsus istintaqla müəyyən edilməyən məbləğdə xüsusi ilə külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstənin rəhbəri Edıev Şamilin göstərişi ilə 2023-cü ilin noyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda gizli yolla talamaqla və mənimsəməklə ələ keçirib həmin pul vəsaitlərini Şamil Edievə təhvil vermiş, sonuncu cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və digərlərinin məsuliyyətdən yayınması üçün onlara kömək etmək məqsədilə qeyd edilən pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alış-satışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs1 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü ildə saat 14:03-də “f4172447a8707794c3e949ea0516fb60374abea679d2b78adc528f923ca8262” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 14:05-də “680b5eab1677523c461e183901fd6341ef5ecd969e6974b91ad8f6d46e364934” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 14:07-də “8e31491c90db3be19a4f433b3460b**********71e9116ef2ad8dc1bae5b62b5” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 14:10-da “80e48907186af80f85fa82314a837176e578fc536c6b8269af955ddd9431c150” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürməklə leqallaşdırmış, eyni zamanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən, 10.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini Dubay şəhərində sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi qeyd edilən pul vəsaitlərini, həqiqi mənbəyini gizlətmək və məsuliyyətdən yayınmaq üçün “Tether.to” platformasında hesab açmaqla həmin hesaba göstərilən qaydada Edıev Şamil tərəfindən köçürülməsinə və nağd şəkildə təqdim edilməsinə nail olmaqla mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, Edıev Şamilin cinayətkar planına uyğun tapşırıq və təlimatına əsasən dəstənin digər üzvü Təqsirləndirilən şəxs3 maddi maraq və s. şəxsi niyyətlə cinayət törətmiş Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınması, cinayətin, cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və gizlədilməsi üçün sonuncu ilə X11 Dubay şəhərində görüşərək Təqsirləndirilən şəxs1 kənar şəxslərlə ünsiyyətinin qarşısını alıb birlikdə xx.xx.2023-cü ildə eyni təyyarə reysi ilə X11 Dubay şəhərindən Azərbaycan Respublikası Bakı şəhərinə saat 09:26 radələrində gəlmiş, Təqsirləndirilən şəxs3 cinayət törətmiş Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı aşkar olunması ehtimalını aradan qaldırmaq və sonuncunun məsuliyyətdən yayınması üçün əvvəlcədən öz adına sifariş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Excelsior Hotel & SPA Baku” adlı oteldə Təqsirləndirilən şəxs1 yerləşməsini təmin etmiş, sonuncu cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin bir hissəsinin tanışı Təqsirləndirilən şəxs2 təqdim edilməsi üçün sonuncuya İ.B.Yuferevanın pul vəsaitlərini cinayət yolu ilə ələ keçirdiyi barədə məlumat verib birlikdə məsuliyyətdən yayınmaları üçün Təqsirləndirilən şəxs2 daha sonra ölkə ərazisini tərk etmək şərti ilə Azərbaycan Respublikasının Bakı şəhərinə dəvət etmiş, bu təklifə razılıq verən sonuncu xx.xx.2023-cü ildə saat 13:02-də Türkiyə Respublikasından təyyarə reysi ilə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs3 nəzarəti altında Təqsirləndirilən şəxs1la “Excelsior Hotel & SPA Baku” adlı oteldə yerləşmiş, Edıev Şamil cinayət yolu ilə əldə edilən pul vəsaitindən məsuliyyətdən yayınmaq üçün həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən, 2.000.000 ABŞ dollarını kriptovalyuta alış-satışını həyata keçirən “Tether.to” platformasında eyni dəyərdə USDT adlı kriptovalyutaya konversiya edib Təqsirləndirilən şəxs2 eyni məqsədlə həmin platformada açdığı hesaba vahid niyyətlə əhatə oluna qəsdlə xx.xx.2023-cü ildə saat 20:26-da “cf37e130363a71246d2fcbe210da81b12911b21ef52455862e90a4c6e457053f” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 20:41-də “f04582f74b5181d719d3ff36b**********a5592c1c451e28a511d0a14275a17” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 20:58-də “3e6ba5a2e8bfa3cedf2135fece363f37b2b9b3a8b3a10ec363e2e0392ba3e0d0” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 21:00-da “019e34779b2d80ab3abf11bd45ee759d7f4f8158b9bb55b90d2ae36576f7f11f” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 21:01-də “07d1342a5442fadace4a603e46ceae1fd2733616ff49810f9f46bbcbd8887b66” saylı tranzaksiya, xx.xx.2023-cü ildə saat 21:02-də “6ae2e1b**********335d16626f8882efbee5d13fea6bfe9a99d81fce82d1a43” saylı və istintaqa məlum olmayan digər tranzaksiyalarla köçürərək qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmaqla həmin pul vəsaitlərini mütəşəkkil dəstə halında sonuncu ilə birlikdə leqallaşdırmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus “Tether.to” platformasında hesablara leqallaşdırılmaqla Edıev Şamil tərəfindən köçürülmüş cinayət yolu ilə əldə edilmiş qeyd edilən pul vəsaitlərinin saxlanıldığı 2 ədəd xüsusi yaddaş kartını həmin pul vəsaitlərindən istifadə və sərəncam verilməsini həyata keçirmək üçün Bakı şəhərində 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etmiş, Edıev Şamil cinayətkar əməllərini davam etdirərək cinayət yolu ilə əldə edilən pul vəsaitindən həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaları üçün onlara kömək etmək məqsədilə həmin dövrün məzənnəsi ilə 338.675,4 manat təşkil edən, 186.454,2 avronu istintaqla müəyyən edilməyən şəxslər vasitəsi ilə “Myguava” adlı 2 ədəd plastik kart hesabı açdıraraq həmin hesablara hər birində 93.227,10 avro olmaqla köçürüb leqallaşdırmaqla, 2023-cü ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarix, saat və yerdə hesabında 93.227,10 avro olan 5373 6120 2914 3823 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs1, hesabında 93.227,10 avro olan 5373 6120 2943 5518 nömrəli “Myguava” adlı plastik kartın Təqsirləndirilən şəxs2 təqdim edilməsini təşkil etmiş, Təqsirləndirilən şəxs3 cinayət törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarici ölkə ərazisi və ölkə ərazisində müşayiət etdiyi bütün müddət ərzində qeyd edilən şəxslərin məsuliyyətdən yayınmaları, cinayətin və cinayət nəticəsində əldə edilmiş əmlakın ört-basdır edilməsi və həqiqi mənbəyini gizlədilməsi üçün onların yerləşmə, mühafizə və gizlənməsini təmin etməklə vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə mütəşəkkil dəstə halında xeyli miqdarda 7.155.675,4 manat məbləğində pul vəsaitini, yəni cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmış və həmin pul vəsaitinin yəni ümumilikdə xüsusilə külli miqdarda, yəni 7.155.675,4 manat məbləğində pul vəsaitinin tamah niyyəti ilə mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən onun ifadələri təhrif edilmiş formada yazılmış, onun ifadəsi tərcüməçinin və müdafiəçinin iştirakı olmadan alınmış, ifadəsini rus dilində vermiş və tərcüməçini yalnız birinci instansiya məhkəməsində görmüşdür. Hazırda məhkəmə iclasında verdiyi ifadəsinin doğru olduğunu bildirərək göstərmişdir ki, Dubayda İ.B.Yuferevaya məxsus biri avtomobil kirayəsi, digəri tikinti fəaliyyəti ilə məşğul olan ümumilikdə iki şirkətə nəzərəti həyata keçirmiş, onun tanışı Təqsirləndirilən şəxs2 isə avtomobil kirayəsini həyata keçirən şirkətin direktoru olmuşdur. O, 2023-cü ilin noyabr ayının əvvəllərində Dubayda olarkən Jukov soyadlı Ukraynalı şəxs onu təhdid edərək Ukrayna-Rusiya müharibəsində Ukraynaya dəstək üçün pul verməli olduqlarını bildirmişdir. Həmin vaxt İ.B.Yuferevanın vasitəsilə tanıdığı Sergey Sergeevin tanışı olan Şamil Ediev adlı şəxs ortaya çıxmışdır. Sergey Sergeev isə Rusiyadan Dubaya pul köçürülməsi işini həyata keçirmişdir. Sonuncu vasitəsilə tanıdıqları Şamil İ.B.Yuferevaya məxsus olan pulların hamısını Şamilə verməyi və Ukrayna ilə bağlı problemi özü həll edəcəyini bildirmişdir. O da təhdidlərdən qorxduğuna görə buna razılıq vermişdir. O, şirkətlərə məxsus villalarda nağd şəkildə saxlanılan 70-75 milyon dollar məbləğində pulu Şamil Edievə təhvil vermişdir. Növbəti gün Sergey onu Şamilin yanına dəvət edərək Bakıya getməli olduğunu, Bakıdan isə İspaniya, Singapur və ya Honkonqa göndərəcəyini bildirmişdir. Şamil ilk olaraq ona Dubayda içərisində 2 milyon ABŞ dolları dəyərində kriptovalyuta olan yaddaş kartını və kömək məqsədilə 10.000 dollar məbləğində pulu isə nağd şəkildə vermişdir. Axşam saatlarında Şamil onu öz tanışı Azərbaycanlı “ziko” ləqəbli Təqsirləndirilən şəxs3la tanış etmiş və sonuncunun onunla Bakıya gedəcəyini bildirmişdir. Bundan başqa Şamil ona Təqsirləndirilən şəxs3 həmçinin tanıdığı digər şəxslərə baş vermiş hadisələrlə bağlı qətiyyətlə məlumat verməməsini tapşırmış, həmçinin, o, Bakıda olarkən Sadiq adlı şəxslə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3la hava limanına gəlmiş, sonuncunun təyyarə bileti olduğundan o da özünə bilet almış, Bakıya gəlmiş və “Exselsior” otelə yerləşmişdir. O, Dubayda olarkən Şamil onun işçisi Təqsirləndirilən şəxs2 də həyatının təhlükədə olduğunu və onu da Bakıya çağırmasını bildirmişdir. O, Taylandda olan Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq, telefonda olduğu üçün sonuncuya heç bir məlumat verməyərək, kiminləsə əlaqə saxlamamasını və ondan zəng gözləməsini bildirmişdir. Bakıya gəldikdən sonra o, Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq ona təyarə biletləri aldığını və təcili olaraq Bakıya uçmasını bildirmiş, sonuncu da Bakıya gəlmişdir. Bakıda olarkən o, Sadiq adlı şəxslə əlaqə saxlamış, oteldə olduğunu və onunla görüşməli olduğunu bildirmişdir. Sonuncu otelə gələrək o və Qriqori ilə görüşərək hər birinin hesablarında 93.227,10 avro məbləğində pul vəsaiti olan 2 ədəd onun və Təqsirləndirilən şəxs2 adına olan plastik kartları təqdim etmişdir. O da kriptovalyuta olan 1 ədəd yaddaş kartını və 1 ədəd 93.227,10 avro hesabında olan plastik kartı Təqsirləndirilən şəxs2 təqdim etmişdir. O, Dubaydan, Təqsirləndirilən şəxs2 isə Taylanddan gələrkən Şamil onlara heç bir şəxsi əşya götürməməklərini tapşırmış, bu səbəbdən onlar da həmin kart vasitəsilə özlərinə paltar və geyimlər almışlar. Həmçinin vaxtlarını keçirmək üçün ikisi də bir ədəd noutbuk almışlar. O, Bakıya gələrkən ilk olaraq yeni telefon almış, Təqsirləndirilən şəxs3 isə ona istifadə etməsi üçün sim kart vermişdir. Həmin telefonla o, heç kimlə əlaqə saxlamamış, sadəcə internetdən istifadə edirmiş. Şamil onun nömrəsini telefonuna yazmamağını, həmçinin yadda saxlamamağını və lazım olanda Təqsirləndirilən şəxs3 vasitəsi ilə onlarla danışacağını tapşırmışdır. 2023-cü ilin dekabr ayında sonuncu otelə gələrək onu və Təqsirləndirilən şəxs2 oteldən çıxararaq onları atasının evinə aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, X18 məxsus iki ədəd şirkətə nəzərət etmiş, həmin şirkətlərdən biri tikinti şirkəti, digəri isə maşın kirayəsi ilə məşğul olmuş, onun tanışı Qrıqori isə maşın kirayəsi şirkətinin direktoru idi. Dubayda olan zaman 2023-cü ilin noyabr ayının əvvəllərində Ukraynalı Jukov soyadlı şəxs onu, Qrıqorini və İrinanı təhdid edərək Ukrayna-Rusiya müharibəsində Ukraynaya dəstək üçün pul verməli olduqlarını bildirmişdir. Ondan çəkinirmiş, həmin vaxt Şamil Ediev adlı şəxs ortalığa çıxmış, o, İrina vasitəsilə tanıdığı Sergey Sergeevin tanışı imiş və X24 pul köçürülməsi işinə baxırmış. Şamil bildirmişdir ki, İrinaya məxsus pulların hamısını ona versin, Şamil Ukrayna ilə bağlı problemi özü həll edəcəkdir. O da qorxduğuna görə razılıq vermişdir. O, şirkətlərə məxsus villalarda nağd şəkildə saxlanılan 70-75 milyon dollar məbləğində pulu Şamil Edievə vermişdir. Şamil ona bildirmişdir ki, Bakıya getməlidir, Bakıdan isə onu İspaniya, Singapur və ya Honkonqa göndərəcəkdir. O, əvvəlcə ona içərisində 2 milyon ABŞ dolları dəyərində kriptovalyuta olan yaddaş kartını Dubayda vermiş, 10 min dolları isə nağd pul şəklində vermişdir. 2023-cü il noyabr ayında Şamil öz tanışı Azərbaycanlı Emil adlı, Ziko ləqəbli şəxslə onu Bakıya göndərmişdir. O, Emil ilə Bakıya gəlmiş, Bakıda Exselsior oteldə qalırmış. O, Dubayda olarkən Qrıqorini də Bakıya gəlməsi üçün çağırmış, çünki Ukraynalılar onu da təhdid etmişdi, onun həyatını xilas etmək məqsədilə onu Bakıya çağırmış, 1 gün sonra o da Bakıya gəlmişdir. Bakıda olarkən Şamil Qrıqorinin də hesabına yardım məqsədilə 2 milyon ABŞ dolları məbləğində kriptovalyuta köçürmüşdür. Bundan əlavə Şamil vasitəsilə Sadiq adlı şəxs tərəfindən onun və Qrıqorinin adına “Myguava” adlı plastik kartları açılmışdır. Hər bir kartın içərisində 100.000 ABŞ dollarına ekvivalent avro həcmində pul var imiş. Həmin kartları özü və Qrıqori Bakıda marketlərdə istifadə etmişlər. Şamilin tanışı Emil onlara nəzarət edirmiş ki, o və Qrıqori Şamilin planından kənara çıxmasınlar. O, birinci dəfə gələndə yeni telefon almış, Emil ona sim kart vermişdi ki, həmin telefonda həmin nömrəni istifadə etsin. Həmin telefonla heç kimlə əlaqə saxlamamışdır. Emil ona bildirmişdir ki, Şamilin nömrəsini nə telefona yazsın, nə də ki, yadda saxlasın, əks halda onu öldürə bilərlər. O, həmin telefondan ancaq internet üçün istifadə etmişdir. 2023-cü ilin dekabr ayında günün birində Emil otelə gələrək ona və Qrıqoriyə telefonlarını söndürərək oteldən təcili çıxacaqlarını bildirmiş, onları öz atasının evinə apararaq, orada saxlamış, bir neçə gün sonra onlara yeni telefon və sim kartlar vermişdir. Əlavə olaraq bildirmişdir ki, o Dubaydan, Qrıqori Taylanddan gələndə Şamil onlara heç bir şəxsi əşya götürməməklərini tapşırmışdır. Onlar da həmin kart vasitəsilə paltarlar, geyimlər, yemək və həmçinin hərəsinə bir ədəd noutbuk almışlar. Onu da vaxt keçirmək üçün almışlar. Qrıqori Taylandda olan zaman o, Dubaydan ona zəng edərək Dubayda baş vermiş hadisə ilə bağlı qısaca məlumat vermişdir. O, Şamil və Emildən qorxduğuna görə baş vermiş hadisələr, həmçinin harada olmağı barədə şirkətin sahibinə və ailəsinə heç bir məlumat verməmişdir. O, Bakıda olanda Şamil ilə təxminən 5-10 dəfə danışmışdır. Ondan soruşurmuş ki, hər şey qaydasındadırmı, onların heç kimlə əlaqə qurmamaqlarını tapşırmışdır. Qrıqori Sergey ilə telefonda danışmış, onlar maşın kirayəsi şirkəti ilə bağlı danışmışlar. Emil onun yanına gələrək telefonu vermiş, telefonda Şamil imiş. Şamil ona demişdir ki, onları axtarırlar, İrina onları tapması üçün cəlb etdiyi adamlar Şamilin adamlarıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ilə Dubay şəhərində Şamil vasitəsi ilə tanış olmuş, sonuncunun tapşırığı əsasında özü tərəfindən bilet alınaraq Emil ilə Bakı şəhərinə gəlmiş, “Excelsior Hotel & SPA Baku” otelinə yerləşmiş, istər Emilin, istərsə də, Qrıqorinin Dubay şəhərində baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatları olmamış, həmçinin Şamil tərəfindən qeyd olunan hadisə barədə ona qəti olaraq Emilə məlumat verilməməsi tapşırılmışdır. Qriqorinin isə məlumatı yalnız Bakı şəhərinə gəldiyi zaman onun tərəfindən deyildikdən sonra olmuş, həmçinin Emilin Bakı şəhərində ona və Qriqoriyə verilmiş “Tether.to” platformasından USDT adlı kriptovalyutaya olan (ayrı-ayrılıqda 2.000.000 ABŞ dolları cəmi 4.000.000 ABŞ dolları) elektron pulqabı və Bakı şəhərində Sadiq adlı şəxs tərəfindən ona və Qriqoriyə verilmiş digər “Myguava” adlı 2 ədəd plastik kartla bağlı (ayrı-ayrılıqda 93.227,10 avro, cəmi 186.454,2 avro) məlumatı olmamış, belə ki, o, həmin kartları Şamil tərəfindən nömrəsi verilmiş Sadiq adlı şəxs tərəfindən şəxsən ona oteldə təqdim edilmişdir. Bundan başqa onlar Bakı şəhərində olarkən Emil daim onların xidmətlərində olmuş, gəzdirmiş, restoranlara və istirahət mərkəzlərinə aparmış, həmin xərclər sonuncu tərəfindən ödənilmiş, həmçinin bir müddət oteldə qaldıqdan sonra Emilin evində qonaq qalmışlar, sonuncu öz avtomobilini onların istifadələrinə vermiş və mütəmadi olaraq onlardan nə vaxt gedəcəklərini soruşurmuş. Bundan başqa bildirmişdir ki, şəxsi ehtiyacları olan paltarları, geyimləri və həmçinin bir ədəd noutbuku istifadələrində olan “Myguava” adlı plastik kartlar vasitəsi ilə əldə etmişlər. Daha sonra törətdiyi əmələ görə zərərçəkmiş şəxsdən üzr istədiyini, həmçinin ibtidai istintaq dövründə könüllü şəkildə törətdiyi əməli etiraf etdiyinin və onda olan nağd pullar barəsində ibtidai istintaq orqanına məlumat verdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən onun ifadələri təhrif edilmiş formada yazılmış, həmçinin, o, dindirilərkən tərcüməçi iştirak etməmişdir. Hazırda məhkəmə iclasında verdiyi ifadəsinin doğru olduğunu bildirərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayından Dubay şəhərində “X32 LLC” şirkəti açılmış, o, şirkətin təsisçisi kimi qeydiyyata alınmış və şirkətin işlərinə faktiki rəhbərliyi həyata keçirmişdir. Bu fəaliyyətində Təqsirləndirilən şəxs1 ona rəhbərlik etmiş, şirkətin faktiki rəhbəri isə İ.B.Yufereva olmuşdur. Onun təsisçisi olduğu şirkət isə avtomobillərin icarəsi fəaliyyətini həyata keçirmiş, şirkətə və ya müdirə məxsus pulların harada saxlanılması barədə onun heç bir məlumatı olmamışdır. 2023-cü ilin noyabr ayında o, istirahət məqsədi ilə sevgilisi ilə Taylanda getmiş. Tayland ilə Dubay arasında 6 saat fərq olduğundan Təqsirləndirilən şəxs1 ona dəfələrlə zəng etsə də, o, telefonunu aça bilməmiş, sonradan sonuncu ona mesaj göndərərək hər şeyin pis olduğunu və kiminləsə telefon əlaqə saxlamamasını bildirmişdir. O, bu mesajları oxuduqdan sonra Təqsirləndirilən şəxs1 zəng etmiş və danışıq zamanı sonuncu həyəcanlı şəkildə onunla qısa danışaraq, telefonda hər şeyi deyə bilməcəyini və görüşdükdə ətraflı danışacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Dubaya qayıtmağı barədə soruşduqda sonuncu hələ gözləməsini və bu barədə özünün ona məlumat verəcəyini bildirmişdir. 2023-cü ilin noyabr ayının 9 və ya 10-da təkrarən Təqsirləndirilən şəxs1 ona zəng edərək heç kəslə əlaqə saxlamamasını, hətta başqa ölkəyə gedə biləcəklərini, həmçinin rəfiqəsinə də heç bir məlumat verməməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona xx.xx.2023-cü ildə zəng vuraraq Bakı şəhərinə gəlmək üçün ona bilet aldığını bildirmiş o, da xx.xx.2023-cü ildə Bakı şəhərinə uçaraq, hava limanında qarşılanmış, sonra da “Excelsior” otelə getmişdir. Oteldə o, Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşduqda sonuncu Ukrayna vətəndaşının İ.B.Yuferevaya məxsus bütün pulların oğurladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs3la Bakı şəhərinə gəldikdə tanış olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 ona istifadə etməyi üçün yeni mobil telefon və sim kart vermişdir. O, sonuncuya heç bir əşyasının olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 bir neçə günə qədər hər şeyi alacağını bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs1 İ.B.Yuferevaya məxsus olan ukraynalıların ələ keçirdikləri pul vəsaitindən hər birinə 2.000.000 ABŞ dolları dəyərində USDT veriləcəyini də bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun mobil telefonuna kripto hesabı açılması üçün tətbiq yazmış və həmin hesaba 2.000.000 ABŞ dolları dəyərində kripto valyuta köçürülmüşdür. Həmçinin növbəti gün otelə Sadiq adlı şəxs gələrək ona və Antona hər birinin hesabında 93.227,10 avro dəyərində pul olan “Myguava” adlı plastik kartı təqdim etmişdir. Anton ona kartda olan pul vəsaitlərinin də İ.B.Yuferevanın ukraynalılar tərəfindən ələ keçirilmiş pul vəsaitlərindən olduğunu və onların normal yaşamaqları üçün göndərildiyini bildirmişdir. xx.xx.2023-cü ildə o, Təqsirləndirilən şəxs1 onlayn qaydada “X36 LLC” şirkəti ilə bağlı adını xatırlamadığı şəxsə etibarnamə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında BƏƏ-nin Dubay şəhərində işləməyə gəlmişdir. Bir müddət Təqsirləndirilən şəxs1 rəhbərliyi altında işləmişdir. 2022-ci ilin noyabr ayından Dubay şəhərində “X32 LLC” şirkəti açılmış və o, şirkətin təsisçisi kimi qeydiyyata alınmışdır. Şirkətin işlərinə faktiki rəhbərliyi o etmişdir. O, fəaliyyətində Təqsirləndirilən şəxs1 tabe imiş. Şirkətin faktiki rəhbəri X19 imiş. Təqsirləndirilən şəxs1 “X31 Management LLC” şirkətinin fəaliyyətini həyata keçirmiş və həmin şirkət də İrina Borisovnaya məxsus imiş. Həmin şirkətin fəaliyyəti daşınmaz əmlakın alqı, satqı və icarəsindən ibarətdir. Bundan əlavə şirkət tikinti işlərini də həyata keçirirmiş. Onun təsisçi olduğu şirkət isə avtomobillərin icarəsi ilə məşğul olurmuş. Şirkətə və ya müdirə məxsus pulların harada saxlanmasından o, məlumatsız imiş. 2023-cü ilin noyabr ayında o, istirahət məqsədi ilə Taylanda getmişdir. Taylandda olduğu müddətdə Anton onun maşın icarəsi şirkətinə gələrək onu axtarmış şəxsin mühafizə kameraları vasitəsi ilə çəkilmiş fotoşəkilini göndərmişdir. Anton həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O isə Antona həmin şəxsi tanımadığını bildirmişdir. Həmin müəssisədə işləyən Viktoriya adlı qadına zəng edərək həmin şəxsin kim olduğunu soruşmuşdur. Viktoriya ona bildirmişdir ki, həmin şəxs şirkətə gələrək avtomobillərlə maraqlanmış, bundan əlavə Antonu maraqlanaraq mobil nömrəsini istəmiş, Viktoriya da həmin mobil nömrəni vermişdir. O, Viktoriyaya tapşırmışdı ki, bir daha heç kəsə Anton barəsində heç bir məlumat verməsin. Bundan sonra Antondan həmin şəxsin kim olmasını soruşmuşdur. Anton həmin şəxsi tanımadığını, maraqlanacağını bildirmişdir. Həmin gün axşam radələrində Anton ona zəng edərək şirkətə gələrək onu maraqlanmış şəxs ilə görüşəcəyini bildirmiş və telefonunu açıq saxlamağını istəmişdir. Taylandda olduğundan Dubay ilə saat fərqi olduğundan Antonun zənglərinə cavab verə bilməmişdir. Çünki Dubay ilə Tayland arasında 6 saat fərq vardır. Səhər oyandıqda görmüşdür ki, Anton ona çoxlu sayda zəng etmiş və mesaj göndərmişdir. Anton mesajlarında hər şeyin pis olduğunu və təcili Dubaya qayıtmalı olduğunu bildirmişdir. O, bu mesajları oxuduqdan sonra Antona zəng etmişdir. Danışıq zamanı Anton həyəcanlı şəkildə baş vermiş görüş barədə məlumat vermişdir ki, həmin görüşlərdə Ukraynalılar vardır və Anton ilə onun deportasiya oluna biləcəyini, barələrində cinayət işi başlana biləcəyini bildirmişdir. Anton onunla qısa danışmış və telefon ilə hər şeyi deyə bilməcəyini, görüşdükdə qalan şeyləri də danışacağını bildirmişdir. O, Antondan Dubaya qayıtmağını soruşduqda ona bildirmişdir ki, hələ gözləsin, bu barədə özü ona məlumat verəcəkdir. 2023-cü ilin noyabr ayının 9 və ya 10-da Anton ona zəng edərək bildirmişdir ki, onlar heç kəslə əlaqə saxlamamalıdırlar, ümumiyyətlə uzun müddət heç kəslə əlaqə saxlamamalıdırlar, ola bilsin ki, başqa ölkəyə uçsunlar. Anton hətta rəfiqəsinə də heç bir məlumat verməməyini tapşırmışdır. Anton ona xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmək üçün bilet almış və xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə gəlmişdir. Hava limanında çöldə onu avtomobil gözləmişdir. Anton ona bildirmişdir ki, Bakı şəhərində hava limanında onu maşın gözləyəcəkdir. Avtomobilə əyləşdikdə orada bir nəfər sürücü var imiş. Həmin sürücü onu Bakı şəhərində yerləşən “Excelsior” adlı otelə gətirmişdir. Oteldə Anton ilə görüşmüşdür. Sonradan isə Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. O, Antondan nə baş verdiyini soruşduqda ona bildirmişdir ki, X4 məxsus bütün pulları oğurlamışdır. Anton hədələndiyi üçün həmin pulları ukraynalılara verməsini bildirmişdir. Anton bildirmişdir ki, Emil onların yanında olacaq və nəzarət edəcəkdir. O, Emil ilə Bakı şəhərinə gəldikdə tanış olmuşdur. Bilmişdir ki, Təqsirləndirilən şəxs3 onun tanışı Təqsirləndirilən şəxs1la Sultan ləqəbli Şamil adlı şəxs Dubay şəhərində tanış etmişdir. İşlərin gedişatından ona məlum olmuşdur ki, Emil Şamilin sağ əlidir, ən yaxın, ən inandığı adamdır. Dubayda İrinaya məxsus şirkətlərin 75.000.000 ABŞ dolları pul vəsaitini Şamil Edievin və onun dəstəsinin üzvləri, tanışı və Dubaydakı işi üzrə rəhbəri Anton ilə birlikdə ələ keçirildikdən sonra, əvvəlcə Anton 11 noyabr 2023-cü ildə Sofitel otedə Emillə tanış olmuş, sonra Emillə birlikdə Şamillin göstərişinə əsasən Bakıya gəlmişlər. X33 Bakı şəhərinə göndərməkdə məqsədi odur ki, Emil onun göstərişi ilə onları Bakıya aparacaq, Bakıda qalmağa yer təşkil edəcək, onları orada qoruyacaq və ən əsası isə budur ki, Emil oğurluq nəticəsində ələ keçirilmiş pulların bir hissəsinin Bakıya köçürülməsini və Bakıda onlara verilməsini təşkil etməklə leqallaşdıracaqdır. Buna görə də Anton onu da məsələdən xəbərdar etdikdən sonra Taylanddan Bakıya çağırmışdır. O, Bakıya çatdıqda Emil onu qarşılaması üçün aeroporta avtomobil də göndərmişdir. Həmin avtomobil onu Emilin təşkil etdiyi oteldə qalan Antonun yanına gətirmişdir. Yəni Emilin rolu bu imiş ki, oğurlanmış pulların bir hissəsini Şamilin göstərişi ilə qanunsuz olaraq Bakıya köçürəcəkmiş və həmin pulların izinin itirilməsi üçün həmin pulları ona və Antona verəcək, beləliklə də oğurlanmış pulların bir hissəsi bu yolla leqallaşacaqdır. Şamil bildirmişdir ki, Emil bilir ki, onlar İrinaya məxsus olan pulları oğurlamışlar və həmin oğurlanmış pulların bir hissəsini Şamil Antona vermiş və bir hissəsini də onlar Bakıda olanda onlara verəcəkdir. Emil özü də təsdiq etmişdir ki, onların həmin pul vəsaitlərini oğurlamaqlarını bilir və həmin pulların Bakı şəhərinə gətirilərək ona və Antona verilməsini təşkil edəcəkdir. Yəni demək istəmişdir ki, bu işin əsas rəhbərləri Şamil və Emildir. Onu da bildirmişdir ki, onlar Bakı şəhərində olanda Şamillə danışıqları Emil vasitəsi ilə aparmışlar, yəni Emil Şamilə danışıq aparandan sonra ona və Antona içərisində pullar olan bank kartları verilmişdir. Onun kripto hesabına kriptovalyuta köçürülmüşdür. Bundan başqa, bu məsələnin, yəni İrinanın pullarının oğurlanması, onların Bakı şəhərinə göndərilməkləri, Bakı şəhərində qalacaq yerlə təmin edilməkləri, oğurluq yolu ilə əldə olunan pulların izinin itirilməsi üçün, yəni leqallaşdırılması üçün həmin pulların bir qisminin ona və Antona verilməsi məsələsinin əsas rəhbərləri elə Şamil və Emildir. İşin gedişindən elə başa düşmüşdür ki, Şamil oğurlanmış puldan Emilə də müəyyən məbləğ veribdir, lakin təbiidir ki, həmin pulun dəqiq məbləğini o və Anton bilməmişlər. Emil Şamilin göstərişlərini icra etdiyinə görə təbiidir ki, onun bu məsələdə həm də maddi marağı olmuşdur. O, Taylandda olanda Anton bildirmişdi ki, üzərində olan bütün elektron avadanlıqlarını sındırsın, məhv etsin. O da Taylandda onları məhv etmişdir. Bakı şəhərində oteldə Anton ondan elektron avadanlıqları məhv etdiyini soruşduqda o, həmin elektron avadanlıqları Taylandda məhv etdiyini bildirmişdir. Həmin zaman Emilə zəng gəlmiş və Emil danışması üçün telefonu Antona vermişdir. Antonun kimlə danışmasını bilməmişdir. Anton həmin şəxs ilə onun Bakıya gəlməyi barədə danışırmış. Lakin o, həmin şəxslə mobil telefonda danışmamışdır. Sonra Anton ona yeni mobil telefon və sim kart vermişdir. O, Antona heç bir əşyasının olmadığını bildirmişdir. Anton isə bir neçə günə hər şeyi alacağını bildirmişdir. Anton ona ayrıca otaq vermişdir. Antondan yenidən nələr baş verməsini soruşduqda ona bildirmişdir ki, ukraynalılar onları çirkli pulların yuyulmasında ittiham etmişlər. Buna görə də onların istəyi ilə İrina Borisovnaya məxsus bütün pulları ukraynalılara vermişdir. Danışıq zamanı Anton bildirmişdir ki, İrina İuferevaya məxsus olan ukraynalıların ələ keçirdikləri pul vəsaitindən hər birinə 2.000.000 ABŞ dolları dəyərində USDT veriləcəkdir. Anton onun mobil telefonuna kripto hesab açılması üçün tətbiq yazmış və onun hesabına 2.000.000 ABŞ dolları dəyərində USDT köçürülmüşdür. Həmin zaman Anton ona bildirmişdir ki, bir neçə gün sonra onlara bank kartı veriləcəkmiş və onun içərisində pul vəsaiti olacaqdır. Bir neçə gün sonra onun və Antonun adına “Myguava” adlı bank kartı göndərilmişdir. Həmin kartın kodu 5373 6120 2943 5518 imiş. Həmin kart avro məzənnəsi ilə açılmış və içərisində 100.000 ABŞ dolları dəyərində avro məzənnəsi ilə pul var imiş. Anton ona bildirmişdir ki, kartda olan pul vəsaitləri də İrina İuferevanın ukraynalılar tərəfindən ələ keçirilmiş pul vəsaitlərindəndir və onların normal yaşamaqları üçün göndərilmişdir. Onların gündəlik həyatında Emil daim yanında olurdu. 20 noyabr 2023-cü il tarixində o, Antonun onlayn qaydada “X36 LLC” şirkəti ilə bağlı adını xatırlamadığı şəxsə etibarnamə vermişdir. Bundan sonra həmin şirkət başqa şəxsin adına keçmişdir. Qeyd etmişdir ki, Anton ona bildirmişdir ki, onlara başqa ad və familya ilə Meksika vətəndaşına məxsus pasport veriləcəkdir. Həmin pasport vasitəsilə onlar başqa ölkəyə gedə biləcəklər və ukraynalılar onları tapa bilməyəcəkdir. Təxminən 3 həftə “Excelsior” adlı oteldə qaldıqdan sonra onlar Emilə məxsus evə köçmüşlər. Çünki Anton kiminsə artıq onları axtarırdığını ona bildirmişdir. Buna görə də onlar oteldən çıxmışlar və Emilə məxsus evə köçmüşlər. Həmin evə köçdükdən sonra Anton bildirmişdir ki, onlara Meksika yox Ukrayna dövlətinə məxsus pasportlar veriləcəkdir. Hətta bununla əlaqədar hal-hazırda xatırlamadığı yerdə fotoşəkil də çəkdirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhərinə Antonun tapşırığı əsasında sonuncunun aldığı bilet vasitəsi ilə gəlmiş, Şamili tanımadığını və Təqsirləndirilən şəxs3lə isə yalnız Bakı şəhərində “Excelsior Hotel & SPA Baku” otelində tanış olmuşdur. Həmçinin bildirmişdir ki, Dubay şəhərində baş vermiş oğurluq hadisəsi ilə bağlı yalnız Bakıya gəldikdən sonra Anton tərəfindən ona deyilmiş, bundan başqa Emilin Bakı şəhərində ona və Antona verilmiş kriptovalyuta və digər iki kartla bağlı məlumatı olmamış, onlar Bakıda olarkən sonuncu daim onların xidmətlərində olmuş, gəzdirmiş, restoranlara və istirahət mərkəzlərinə aparmış, həmin xərclər sonuncu tərəfindən ödənilmiş, həmçinin bir müddət oteldə qaldıqdan sonra Emilin evində qonaq qalmışlar, sonuncu öz avtomobilini onların istifadələrinə vermiş və mütəmadi olaraq onlardan nə vaxt gedəcəklərini soruşurmuş. Həmçinin şəxsi əşyaları alarkən Anton tərəfindən verilmiş plastik kartdan istifadə etdiyini bildirmişdir. Daha sonra törətdiyi əməli məcburiyyət qarşısında qalaraq etdiyini, onun vasitəsi ilə 25 milyondan çox pul keçirilsə də həmin pullarda heç bir əksiklik olmadığını, hər zaman düzgün işlədiyini və başqasının pulunun marağında olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən ilkin ifadəsi təzyiq altında alınmış, o, natamam orta təhsillidir və 4-cü sinifə kimi rus sektoru olan məktəbdə oxumuş, ilkin imzaladığı sənədləri məzmunu ilə tanış olmadan imzalamış, onun ilkin ifadəsi təhrif edilmiş formada tərcüməçinin və müdafiəçinin iştirakı olmadan alınmış, onun 17 yanvar 2024-cü il tarixində saxlanılmasına baxmayaraq barəsində şübhəli şəxs qismində tutulma haqqında protokol 23 yanvar 2024-cü il tarixində tərtib edilmiş, ifadəsini rus dilində vermiş və tərcüməçini yalnız barəsində həbs qətimkan tədbiri seçilərkən birinci instansiya məhkəməsində görmüşdür. Hazırda məhkəmə iclasında verdiyi ifadəsinin doğru olduğunu bildirərək göstərmişdir ki, cinayət işi üzrə əvvəlki ifadələrini təsdiq etmir, heç bir cinayət xarakterli işlərdə iştirak etməmişdir. Belə ki, təxminən il yarıma yaxın müddətdir ki, Sultan ləqəbli, Ediev Şamil ilə dostluq münasibətləri var. Sonuncu ilə ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Sultan BƏƏ-nin Dubay şəhərində və Rusiya Federasiyasının Moskva şəhərində yaşamış və özünün biznesi olmuşdur. Sultan tanış olduqları ilk müddətlərdə Bakı şəhərinə gəlmişdir. xx.xx.2023-cü ildə o, istirahət etmək məqsədi ilə Dubaya getmiş, oraya getdikdə Sultan ilə görüşmüşdür. Görüş zamanı Sultan ondan dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1 Bakı şəhərinə apararaq 5 gün müddətində qonaq etməyi və onu gəzdirməyi xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1la Dubayda qaldığı otelin yanında görüşmüş, lakin onunla ətraflı tanışlığı hava limanında olmuşdur. Anton Bakıda olan zaman ona dostunun Taylanddan gələcəyini və onun da öz yanında qalmağı üçün şərait yaratmasını xahiş etmişdir. O da Antona razılıq vermiş, lakin onun dostunu hava limanında qarşılaya bilməyəcəyini və qarşılanması üçün başqa adamı göndərəcəyini bildirmişdir. Təxminən 1 ay yarım müddətdə Anton və Qriqori “Excelsior Hotel & SPA Baku” otelində qalmışlar. Həmin müddət ərzində Bakıda o, onları şəhərin turistik yerlərini gəzdirmiş, restoranlara və hamamlara aparmışdır. Sonradan görəndə ki, onların getmək məsələləri uzanır, onun isə otelin pulunu vermək imkanı yoxdur, məcbur qalıb onları atasının evinə yerləşdirmişdir. 2024-cü ilin yanvar ayında o, restoranda olarkən Anton ona zəng edərək bildirmişdir ki, qaldıqları evin işıqları sönmüş, o da restorandan gedib dərhal işıqları təmir etdirmişdir. Sonra yenidən restorana qayıtmış, bir müddət sonra Anton yenidən ona zəng edərək qapını kimlərinsə döydüyünü bildirmişdir. O, yenidən evə qayıtmış və orada polis əməkdaşlarının olduğunu görmüş, hansı səbəbdən orada olduqlarını soruşduqda polislər Anton və Qrıqori barəsində cinayət işinin olduğunu və Polis İdarəsinə getmələrini bildirmişlər. Sonradan o, özündə olan açarla qapını açmış, polislər Anton və Qrıqorini Polis İdarəsinə aparmışlar. Sonradan o, özü də nə olmasını öyrənmək məqsədilə idarə etdiyi maşınla Polis İdarəsinə getmişdir. Ümumiyyətlə, Dubayda hansı hadisələrin baş verməsi ilə bağlı heç bir məlumatı olmamış, orada baş verən hadisələrlə bağlı heç kim ona heçnə deməmiş, Anton və Qrıqori Bakıda pul leqallaşdırması ilə bağlı onunla heç bir söhbət etməmiş, sonuncuların kriptovalyuta, həmçinin içərisində pul olan bank kartlarını əldə etmələrindən heç bir məlumatı olmamışdır. Əgər onların pullarının olması barədə məlumatı olsaydı onların yerinə otelin pulunu verməzdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Dubaydan Bakıya qayıdacağı tarix və təyyarə bileti bəlli olduğundan həmin tarixdə Hava limanında Anton özü bilet alaraq Bakıya onunla birgə gəlmişdir. Bakı şəhərində o, Antona və Qriqoriyə mobil telefonlar almış, daimi olaraq onların xidmətlərində durmuş, gəzdirmiş, restoranlara və istirahət mərkəzlərinə aparmış, həmin xərcləri yalnız özü çəkmişdir. Amma Anton və Qriqori şəxsi əşyalarını özləri almışdır. Həmçinin Anton və Qrıqoridən mütəmadi olaraq nə vaxt gedəcəklərini soruşurmuş. Bundan başqa istər Dubayda olan oğurluq hadisəsi ilə bağlı, istərsə də, Bakı şəhərində Antona və Qriqoriyə verilmiş kriptolyuta və hesabların pul vəsaitlərinin olan digər iki kartla bağlı ümumiyyətlə məlumatı olmamış, bu faktlar məhkəmə iclasında digər təqsirləndirilən şəxslərin ifadələri ilə də təsdiq edilmişdir. Həmçinin bildirmişdir ki, ittiham əsasını təşkil edən və tək sübut hesab edilən 12 noyabr 2023-cü il tarixində saat 13:06:55-də onunla arvadı X22 arasında olan SMS yazışması onun qız övladının bankda olan hesabından həyat yoldaşının adına olan vəkalətnamə əsasında pul çıxararaq ona verilməsi olmuşdur və həmin pulun bankda olması ilə bağlı 23 noyabr 2021-ci il tarixli müqavilə vardır. Həmin müqavilə təsdiq edir ki, o, Bakıya qayıdandan sonra pul vəsaiti az olmuş və bu səbəbədn həyat yoldaşından Anton və Qriqoriyə xidmət göstərmək üçün pul istəmişdir. Daha sonra barəsində heç bir təqsiri olmadığını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi etirafedici ifadəsi və Təqsirləndirilən şəxs2 təqsirli olmaması barədə özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, DVD disklərdə olan "xxxx" MMC-yə məxsus kartlar üzrə hesab məlumatları, “Tether.to” platformasından USDT adlı kriptovalyutaya olan (ayrı-ayrılıqda 2.000.000 ABŞ dolları cəmi 4.000.000 ABŞ dolları) elektron pulqabı və “Myguava” adlı 2 ədəd plastik kartla bağlı (ayrı-ayrılıqda 93.227,10 avro, cəmi 186.454,2 avro) məlumatlar, “whatsapp” ani mesajlaşma tətbiqindən çıxarışlar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməlinin tamah niyyəti ilə mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması və tamah niyyəti ilə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının CM-in 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X6 yerləşən avtomobillərin icarəsi fəaliyyəti ilə məşğul olan “Ridrive” adlı şirkətlər ona məxsusdur. Həmin şirkətlərin qanuni təmsilçisi Təqsirləndirilən şəxs2 olmuşdur. Şirkətin işlərini Dubayda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həyata keçirmişlər. Sonunculara onun tərəfindən şirkətlərin fəaliyyət dairəsinə investisiya olunması üçün nağd pullar verilmişdir. Təxminən ayrı-ayrı vaxtlarda o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 110.000.000 ABŞ dollar ekvivalentində dirhəmlə nağd pul verməsinə baxmayaraq həmin pulun ancaq 11.000.000 ABŞ dolları miqdarında hissəsi istifadə edilmişdir. Dubayın Marina və Midas küçəsində yerləşən şirkətlərə məxsus evlərdə saxlanılan ümumilikdə 75.000.000 ABŞ dolları miqdarında pul vəsaiti isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digər şəxslər tərəfindən oğurlanaraq ələ keçirilmişdir. Pulu ələ keçirdikdən sonra həmin pulları kriptovalyutaya konversiya edərək, həmçinin qanunsuz üsullarla köçürərək leqallaşdırmışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 şirkətin hüquqi sahibi olduğu üçün tanımadığı şəxsə etibarnamə verərək həmin şirkəti də ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işçiləri olmuşlar, sonuncuların rolu və vəzifələri onun tərəfindən şirkətlərə investisiya edilən pul vəsaitlərini şirkətin xeyrinə istifadə etmək, avtomobil icarəsi istiqamətində investisiyanı həyata keçirmək olmuş, lakin sonuncular investisiya məqsədilə ayrılmış pulları ələ keçirmişlər. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxs İ.B.Yufereva məhkəmə iclasında Təqsirləndirilən şəxs3 tanımadığını və məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayından etibarən hazırkı iş yeri olan "xxxx" MMC-də işləmişdir. 2023-cü ilin noyabr ayında şirkətin əsas rəhbəri Orxan Nəsibov mobil telefon vasitəsilə ona zəng edərək 2 ədəd bank kartı sifariş olunduğunu və həmin bank kartlarını Bakıda Təqsirləndirilən şəxs1 adlı şəxsə təhvil verməli olduğunu bildirmişdir. Qısa müddət sonra onun nömrəsini Təqsirləndirilən şəxs1 vermişlər. Böyük ehtimalla nömrəsini sonuncuya Orxan Nəsibov vermişdir. Bundan sonra kuryer vasitəsilə İngiltərədəki şirkətlərindən Türkiyə Respublikası vasitəsilə ona 2 ədəd bank kartı təqdim edilmişdir. Onların İngiltərədə “Hartomes Limited” adlı şirkəti yerləşmiş, həmin şirkətin fəaliyyət dairəsi xarici müştərilərin öz bank hesablarından pul köçürmələri, həmçinin pulların kriptovalyutaya çevrilməsi, həmçinin bank hesablarından pul köçürərək kriptovalyuta əldə edilməsindən və digər xidmətlərdən ibarət olmuşdur. Həmin şirkət fiziki olaraq kartları hazırlamış, onlar isə şirkətin göstərişi ilə məlumatları sistemə yükləmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlamış, o, sonuncuya 2 ədəd bank kartı təhvil verəcəyini bildirmiş və sonuncudan watsapp proqramı vasitəsi ilə harada olduğunu soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 ünvanını ona bildirmiş və o, 2023-cü ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Excelsior” otelin barında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə görüşmüş, 2 ədəd bank kartını Orxan Nəsibovun tapşırığı ilə Təqsirləndirilən şəxs1 adlı şəxsə təhvil vermiş və kartın mobil tətbiqini telefona yükləmək və necə istifadə etmək lazım olduğuna dair onlara kömək etmişdir. Bundan sonra onların yanından uzaqlaşmış, bir müddət sonra kriptovalyutanın avroya çevirilməklə sonuncuların kartlarına köçürülməsi ilə bağlı sifariş gəlmiş və onlar da həmin əməliyyatı həyata keçirmişlər. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, pullar kriptovalyuta şəklində gəldiyindən onlar həmin pulların hansı mənbədən gəldiyini, kim tərəfindən və hardan əldə edildiyini bilməmişlər. Digər pul növlərində pulların mənbəyini müəyyən etmək mümkün olsa da, pullar kriptovalyuta şəklində olarkən bu mümkün olmamışdır. Kriptovalyuta elektron pulqabında yığılmış, pulqabının parolu olmuş və daha sonra həmin kriptovalyutalar digər pul növlərinə çevrilmişdir. Bundan başqa bildirmişdir ki, o, Təqsirləndirilən şəxs3, Şamil Ediev və Sergey Sergeyev adlı şəxsləri tanımır və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMC-də işləmiş, 2024-cü ilin əvvəlindən etibarən isə şirkətin təsisçisi və şirkətdə 10% payı olmuşdur. "xxxx" MMC isə 2024-cü ildə təsis edilmiş, həmin şirkətdə də 5% pay sahibi və şirkətin təsisçisi olmuşdur. Həmçinin qeyd olunan 2 şirkətin də direktoru olmuşdur. "xxxx" MMC şirkəti informasiya texnologiyaları sahəsində, "xxxx" MMC şirkəti isə elektron pul təşkilatı fəaliyyəti göstərməsi üçün nəzərdə tutulsa da, hazırda lisenziyası olmadığı üçün heç bir fəaliyyət göstərmir. 2023-cü ilin noyabr ayında Rusiya Federasiyasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elektron formada "xxxx" MMC-nin İngiltərədəki şirkətinə mobil tətbiq üzərindən müraciət edərək, müvafiq anket məlumatlarını təsdiq edən sənədlərini tətbiq vasitəsilə göndərərək müraciət etmişlər. Həmin müraciət əsasında sonuncuların adına 2 ədəd “myguava” bank kartı açılmışdır. Həmin kartlar İngiltərədəki şirkətdə yaradılmışdır. Həmin şirkətin rəhbəri həmin dövrdə Orxan Nəsibov, hazırda isə Kamal Həsənov olmuşdur. Orxan Nəsibov bank kartlarını "xxxx" MMC-nin işçisi Şahid1 göndərərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsini istəmişdir. Şahid1 da O.Nəsibovun tapşırığı ilə həmin bank kartlarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərində təqdim etmişdir. Bank kartlarının yaradılması, onun içərisinə pul köçürülməsi və həmin şəxslərə təqdim edilməsi ilə bağlı o, hər hansı göstəriş verməmiş, bu adi pul köçürmə prosesi olmuş, pullar “Hartomes Limited” şirkəti vasitəsilə qeyd edilən şəxslərin kartlarına köçürülmüşdür. Bank kartlarının içərisinə təqribən 186 min avro həcmində pul yüklənmiş, həmin pullar kriptovalyuta şəklində olduğu üçün mənbəyini müəyyən etmək mümkün olmamışdır. Hazırda həmin 2 ədəd bank kartları bloklanmış və içərisində olan təqribən 140.000,0 min avro həcmində pul vəsaiti hesablarda qalmışdır. Təqsirləndirilən şəxs3, Şamil Ediev, Sergey Sergeev, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımamışdır. Həmin pulların ilkin mənbəyi haqqında isə məlumatı olmamış, kriptovalyutadan konversiya edilərək gəldiyi üçün həmin pulların mənbəyini müəyyən etmək mümkün deyil. Ümumiyyətlə 2023-cü ilin noyabr ayından hazırkı dövrədək xarici ölkə vətəndaşlarına, xüsusən də Rusiya Federasiyasının vətəndaşlarının adlarına bank kartları verilməsi, kriptovalyuta köçürülməsi əməliyyatları olmamışdır. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC və "xxxx" MMC kartların hazırlanması ilə məşğul olmamış, həmin xidməti İngiltərədəki şirkət həyata keçirmişdir. Həmçinin kart üçün mobil tətbiqdən qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları və üz oxuma tələb olunmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2013-cü ildə Bakı şəhərində “Bentley” Bakı Mərkəzindən “Bentley Continental GT Speed” markalı minik avtomobilini 130.000 ABŞ dollarına almış və həmin avtomobili 9 il müddətində idarə etmişdir. Avtomobil özünə məxsus olmuşdur. Lakin 9 ildən sonra həmin avtomobilin ili artıq köhnə olduğu üçün satmaq qərarına gəlmişdir. Buna görə “Bentley” Bakı Mərkəzinə müraciət edərək həmin avtomobilin satılmasında ona kömək etmələrini xahiş etmişdir. Həmin mərkəzdə ona məxsus avtomobili elan saytında öz adlarından yerləşdirərək, avtomobili almaq istəyən müştəri tapmışlar. Həmin müştərinin sonradan Təqsirləndirilən şəxs3 olduğu ona məlum olmuşdur. O, həmin şəxsi əvvəldən tanımamış, onunla ümumiyyətlə heç vaxt rastlaşmamış, ilk dəfə avtomobilin satışı zamanı həmin şəxsi tanımışdır. Təqsirləndirilən şəxs3 ona məxsus “Bentley Continental GT Speed” markalı minik avtomobilini 50.000 ABŞ dolları qarşılığında almışdır. O, pulu aldıqdan sonra Təqsirləndirilən şəxs3 adına baş etibarnamə vermişdir. Lakin sonradan sonuncu həmin avtomobili öz adına keçirməmişdir. Hətta onun yüksək məbləğdə bir neçə inzibati cəriməsi olduğuna görə məhkəmədə müəyyən çətinliklər yaranmışdır. Sonradan o, avtomobilin ona məxsus olmadığını, Təqsirləndirilən şəxs3 satdığını bildirmiş və buna görə də həmin cərimələri sonuncunun özü ödəmişdir. O, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, sadəcə ona özünə məxsus “Bentley” markalı **-EA-*** qeydiyyat nişanlı avtomobilini 50.000 ABŞ dollarına baş etibarnamə ilə satmış, bundan başqa Təqsirləndirilən şəxs3 ilə aralarında heç bir əlaqə olmamışdır. O, həmin avtomobili baş etibarnamə ilə Təqsirləndirilən şəxs3 2022-ci ilin may ayında satmış, ilkin olaraq baş etibarnamə ilə avtomobili alıb, sonradan öz adına keçirməli olsa da, bildiyinə görə sonuncu hələ də avtomobili öz adına keçirməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs3 arvadı Z.F.Əhmədova ifadəsində göstərmişdir ki, uşaqlarının gələcək təminatı üçün 2021-ci ilin yanvar ayında Emillə bankda hesab açaraq pul yerləşdirmək qərarına gəlmişlər və həmin pul məbləğini böyük qızlarının adına açılmış hesaba yerləşdirmişlər. Bununla bağlı aralarında müqavilə bağlamışlar. Emilin qonaqları burda olarkən Emil həmin pulu qonaqlara xərcləmək üçün götürmək istəmiş və qızları xaricdə oxuduğu üçün ona etibarnamə verdiyindən ondan da imza çəkərək razılıq verməsini istəmişdir. Lakin o, Emilə etiraz edərək imza atmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sms yazışmaları da məhz bununla bağlı olmuşdur. Cinayət işinin İ cild 158-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 76-80-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İV cild 85-90-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İV cild 201-206-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin V cild 190-195-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 1 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin Vİ cild 9-10-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin Vİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 176-177-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 87-98-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İV cild 93-96-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İV cild 196-200-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin V cild 196-200-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin Vİ cild 9-10-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin Vİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 215-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 99-104-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İV cild 80-84-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İV cild 207-212-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin V cild 184-189-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 1 ay, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin Vİ cild 9-10-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin Vİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 149-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli tərcüməçinin təqdim edilməsi haqqında protokoldan ki, tərcüməçi X10 şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim olunmuş və sonuncunun tərcüməçiyə etirazı olmamışdır. Cinayət işinin İ cild 178-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli tərcüməçinin təqdim edilməsi haqqında protokoldan ki, tərcüməçi X10 şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim olunmuş və sonuncunun tərcüməçiyə etirazı olmamışdır. Cinayət işinin İ cild 207-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli tərcüməçinin təqdim edilməsi haqqında protokoldan ki, tərcüməçi X10 şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim olunmuş və sonuncunun tərcüməçiyə etirazı olmamışdır. Cinayət işinin İ cild 34-cü vərəqəsində olan arayışdan görünür ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı izahatları alınan Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatlarına əlavə etdikləri içərisində kriptovalyuta formasında pul vəsaitləri olduğunu bildirdikləri 2 ədəd “Ledger” markalı xüsusi yaddaş kartları araşdırma materialına əlavə edilmişdir. Cinayət işinin İ cild 44-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 2 ədəd xüsusi yaddaş kartlarına baxış keçirilərək xx.xx.2023-cü ildə saat 14:03-də “f4172447a8707794c3e949ea0516fb60374abea679d2b78adc528f923ca8262” saylı tranzaksiyayla 99.994 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 14:05-də “680b5eab1677523c461e183901fd6341ef5ecd969e6974b91ad8f6d46e364934” saylı tranzaksiyayla 499.870,09 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 14:07-də “8e31491c90db3be19a4f433b3460b**********71e9116ef2ad8dc1bae5b62b5” saylı tranzaksiyayla istintaqa məlum olmayan məbləğdə pul vəsaitinin, xx.xx.2023-cü ildə saat 14:10-da “80e48907186af80f85fa82314a837176e578fc536c6b8269af955ddd9431c150” saylı tranzaksiyayla 499.970,08 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 14:29-da “de88daf2f4375eb5da261412e8d3ae725534a8b8fd3c497070409bc4fe4573cf” saylı tranzaksiyayla 499.970,08 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə saat 20:26-da “cf37e130363a71246d2fcbe210da81b12911b21ef52455862e90a4c6e457053f” saylı tranzaksiyayla 21.664 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 20:41-də “f04582f74b5181d719d3ff36b**********a5592c1c451e28a511d0a14275a17” saylı tranzaksiyayla 100.018 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 20:58-də “3e6ba5a2e8bfa3cedf2135fece363f37b2b9b3a8b3a10ec363e2e0392ba3e0d0” saylı tranzaksiyayla 499.992,71 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 21:00-da “019e34779b2d80ab3abf11bd45ee759d7f4f8158b9bb55b90d2ae36576f7f11f” saylı tranzaksiyayla istintaqa məlum olmayan məbləğdə pul vəsaitinin, xx.xx.2023-cü ildə saat 21:01-də “07d1342a5442fadace4a603e46ceae1fd2733616ff49810f9f46bbcbd8887b66” saylı tranzaksiyayla 500.168,63 ABŞ dolları, xx.xx.2023-cü ildə saat 21:02-də “6ae2e1b**********335d16626f8882efbee5d13fea6bfe9a99d81fce82d1a43” saylı tranzaksiyayla 500.168,63 ABŞ dolları pul vəsaitlərinin köçürülməsi, xüsusi yaddaş kartlarında müvafiq olaraq 1.998.072,96 ABŞ dolları və 1.979.621,92 ABŞ dolları məbləğində pul vəsaitlərinin olması müəyyən edilmişdir. Cinayət işinin İ cild 81-85-ci vərəqələrində olan “whatsapp” ani mesajlaşma tətbiqindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid1 arasında olan smslərdə Təqsirləndirilən şəxs1 “myguava” plastik kartlarının onlara nə vaxt, harada veriləcəyini soruşmuş, Şahid1 həmin plastik kartları onların qaldığı “Excelsior” oteldə təhvil verəcəyini bildirmişdir. Cinayət işinin İİİ cild 133-cü vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində anten əhatə dairəsi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən “Excelsior” otelin ərazisində, bundan başqa şəhərin digər mərkəzi küçələrində, yəni Nəsimi rayonu, Neftçilər prospekti, Təzə Bulvar ərazisi və digər ərazilərdə əks olunmuşdur. Cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş, barəsində şübhəli şəxs statusuna xitam verilmiş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2023-cü ildə saat 15:01:55 və 15:32:52-də Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Excelsior” otelin ərazində müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr ərzində smslərində "xxxx" ödəniş portalından həmin portalda qeydiyyatdan keçməklə bank kartının aktivləşməsinin təsdiq mesajları və portal vasitəsilə, yəni “myguava” kartı vasitəsilə müxtəlif vaxtlarda edilmiş ödənişlərin hesabatı müəyyən edilmişdir. Cinayət işinin İİİ cild 159-cu vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sms çıxarışlarında 12 noyabr 2023-cü il tarixdə saat 13:06:55-də arvadı X22 tərəfindən «Esli ya podpiwu dokument, moi deti ostanutsa ne a chem! Elədə biz o pula deymirik, ama o menim uwaqlarimin garantiyasidi. Sonra da get Dubaya orda …. sene bir dene dagistanan ….. versinler, o da sene uwaq dogsun, galsin onlara??? Bizde 20 ildi zulm chekek ki, axirda ... galag?» məzmununda mətn mesajı göndərilmişdir. Cinayət işinin İ cild 96-97-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli etibarnamədən görünür ki, zərərçəkmiş şəxs İ.B.Yufereva həmin tarixdə Aleksandr Skliankinə onu təmsil etməsi üçün etibarnamə vermişdir. Cinayət işinin İ cild 145-146-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Aleksandr Skliankin zərərçəkmiş şəxs İ.B.Yuferevanın nümayəndəsi qismində dindirilmişdir. Cinayət işinin V cild 5-7-ci vərəqələrində olan X5 Dubay Əmirliyinin Baş Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli 128604/2024 saylı arayışından görünür ki, xx.xx.2024-cü ildə BƏƏ vətəndaşı X1 Əhməd əl-Qasım Rusiya vətəndaşı İ.B.Yufereva adından Vanuatu vətəndaşı Təqsirləndirilən şəxs1, Vanuatu vətəndaşı Sergey Sergeev və Ukrayna vətəndaşı Oleksandr Jukova qarşı əl Barşa Polis İdarəsində təhvil verilmiş pul vəsaitlərini və ya istiqrazları mənimsəmək, onlar üzərində haqqı olan şəxslərə zərər vurmaq (etibardan sui-istifadə) ittihamı ilə 9011/2024 saylı cinayət işi qaldırılmış və cinayət işi Baş Prokurorluqda 10756/2024 nömrəsi ilə qeydə alınaraq davam edir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş Dubay Hökümətinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ikinci təqsirləndirilən şəxs Sergey Sergeyevə qarşı yaşayış sahəsindən oğurluq cinayətinə görə cinayət iddiasının irəli sürülməsinə əsasların olmaması qəbul edilsin, ikinci Təqsirləndirilən şəxs1 və üçüncü təqsirləndirilən şəxs Aleksandr Jukovun həbsi və gətirilməsi üçün göndərilsin, onlar həbs ediləndən dərhal sonra prokurorluğa məlumat verilsin. Cinayət işinin V cild 39-66-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 5373 6120 2914 3823 nömrəli və 5373 6120 2943 5518 nömrəli “Myguava” adlı plastik kartlar, Təqsirləndirilən şəxs1 və Şahid1 arasında olan “whatsapp” ani mesajlaşma tətbiqindən çıxarışlar, xx.xx.2024-cü il tarixli sənədlərə baxış protokolu və protokola əlavə edilmiş çıxarışlar, 02 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmış və iş üzrə digər maddi sübutlar 2 ədəd “Ledger” adlı xüsusi yaddaş kartları, 1 ədəd “Lenovo” markalı kompyuter Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 229-232-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “X37 Rover Minik” markalı, **-GL-*** dövlət nömrə nişanlı, “KİA Carnival Minik” markalı, **- EF-*** dövlət nömrə nişanlı və “Bentley Continental GT Speed Minik” markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 buraxılış ili 2022-ci il, “KNANC81BBN6183854” ban nömrəli, “KİA Carnival Minik” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci ildə əldə etmiş və buraxılış ili 2022-ci il, “SALKA9B73PA031180” ban nömrəli, “X37 Rover Minik” markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü ildə əldə etmişdir. Cinayət işinin V cild 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin V cild 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cild 244-245-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş zərərçəkmiş şəxs İ.B.Yuferevanın ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi deyildir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 31 nömrəli qiymətli kağızlarla alqı-satqı haqqında müqavilədən görünür ki, X7 adına BOKT "xxxx" QSC-də açılmış bank hesabına 500.000 manat məbləğində pul yerləşdirilmişdir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxs3dur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPMin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi, digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan Guavapay” MMC-yə məxsus kartlar üzrə hesab məlumatları, “whatsapp” ani mesajlaşma tətbiqindən olan çıxarışlar, “Myguava” adlı 2 ədəd plastik kartda olan pul hesabına dair məlumatlar, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun tamah niyyəti ilə mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması və tamah niyyəti ilə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının CM-in 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Digər Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması və tamah niyyəti ilə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının CM-in 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olması cinayətlərini törətməsini etiraf etməsə də, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan Guavapay” MMC-yə məxsus kartlar üzrə hesab məlumatları, “whatsapp” ani mesajlaşma tətbiqindən olan çıxarışlar, “Myguava” adlı 2 ədəd plastik kartda olan pul hesabına dair məlumatlar, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələrinə əsasən həmin Məcəllənin 193-1.1 və 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən xeyli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 206-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 206-1.1-ci və 206- 1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə - min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri könüllü etiraf etməsini, gənc olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməli və əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 gənc olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməli və əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmçinin məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu, digər təqsirləndirilən şəxslər, zərəçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə olan əməli Məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikasının CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edir. Belə ki, “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli 6 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının CM-in 193-1-ci maddəsi cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayətinin subyektləri qismində yalnız pul vəsaitinin (digər əmlakın) cinayət yolu ilə əldə olunduğunu bilib leqallaşdırma üzrə hərəkətləri törətmiş (predikativ (yaxud “əsas cinayət”) cinayətə aidiyyatı olmayan) şəxsləri deyil, həm də sonradan leqallaşdırma üzrə hərəkətləri yerinə yetirən, onların törədilməsində iştirak edən predikativ cinayəti törətmiş şəxslərin özlərini, eləcə də predikativ cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etmiş fiziki şəxsləri də nəzərdə tutur. Həmin qərara əsasən Azərbaycan Respublikasının CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyalarına əsasən leqallaşdırma birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyektiv cəhətinin mütləq əlamətləri qismində təsbit edilən hallar – şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi və Azərbaycan Respublikasının CM-in 193-1.1.1, 193.1.1.2-ci maddələrində təsbit edilən hərəkətləri həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə törətməsi onun cinayət məsuliyyəti daşımasının zəruri şərtləri olmaqla, cinayət prosesi gedişində Azərbaycan Respublikasının CPM-in 139.0.2ci maddəsinə və digər müddəalarına əsasən sübuta yetirilməlidir. Həmçinin həmin qərara əsasən predikativ cinayətin törədilməsində iştirak etməyən şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi onun predikativ cinayət haqqında təfərrüatlı məlumata malik olmasını, o cümlədən hansı cinayət olmasını, kim tərəfindən törədilməsini bilməsini ehtiva etmir. Kifayətdir ki, leqallaşdırmanı törədən şəxsin pul vəsaitinin və yaxud digər əmlakın cinayət yolundan başqa digər yolla əldə olunmadığını bilməsi sübuta yetirilmiş olsun. Hazırkı cinayət işi üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs3 və digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istər Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan pul vəsaitlərinin talanmasından, istərsə də Bakı şəhərində digər təqsirləndirilən şəxslərin “Tether.to” platformasından USDT adlı kriptovalyuta olan elektron pulqabından ümumiyyətlə məlumatı olmamışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hava limanında özünə aldığı təyyarə bileti ilə Təqsirləndirilən şəxs3la Bakı şəhərinə gəlməsinin səbəbi Dubay şəhərində sonuncunun tanışı Sultanın ondan 5 gün müddətində Təqsirləndirilən şəxs1 Bakı şəhərində qonaq etməsi və onu gəzdirməsi barədə xahişi olmuşdur. Bundan başqa məhkəmə iclasında digər təqsirləndirilən şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs3 Bakı şəhərində daim onların xidmətində olmuş, onları gəzdirmiş, restoranlara və istirahət mərkəzlərinə aparmış, həmin xərcləri də yalnız özü çəkmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin, yəni həmin pul vəsaitlərinə dair leqallaşma cinayətinin obyektiv cəhətini təşkil edən konversiya, köçürülmə, yaxud ondan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi hərəkətləri ilə bağlı birbaşa və ya dolyayı yolla heç bir faktiki hərəkətlər etməmişdir. Məhkəmə hesab edir ki, Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan pul vəsaitlərinin talanması Azərbaycan Respublikasının CM-in 193- 1-ci maddəsinə münasibətdə predikativ cinayət olduğuna görə Təqsirləndirilən şəxs3 həmin cinayətdən məlumatının olmaması, həmçinin həmin pul vəsaitlərinə dair hər hansı bir leqallaşma hərəkətlərini etməməsi onun Azərbaycan Respublikası CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin subyekti olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli 6 nömrəli qərarının 25 və 26-cı bəndlərində ifadə edilmiş hüquqi mövqeyə əsasən Cinayət Məcəlləsinin 193-1.2-ci maddəsində nəzərdə tutulmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” və 193-1.3.1-ci maddəsində təsbit olunmuş “mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)” kimi müvafiq olaraq cinayəti ağırlaşdıran və xüsusilə ağırlaşdıran əlamətlər tətbiq edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin Vİİ fəslinin (“Cinayətdə iştirakçılıq”) müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 20 aprel 1999-cu il tarixli qərarları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup şəxs” formasına verilmiş təfsirə görə leqallaşdırma cinayətinin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi dedikdə, qabaqcadan (cinayətin obyektiv cəhətinin icrasına başlanana qədər) cinayətin birlikdə törədilməsi barədə razılaşmış iki və daha çox şəxsin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin (vahid leqallaşdırma prosesinin elementlərinin) yerinə yetirilməsində qəsdən birgə iştirakı (birgə icraçılıq) başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarına əsasən “Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun muddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşagıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uygün olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 leqallaşdırma cinayətini törərtməsi, yaxud həmin cinayətin törədilməsində bu və ya digər şəkildə iştirakı, belə iştirakda qəsdi ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. İbtidai istintaq orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihamların leqallaşdırma ilə bağlı hissələrinin təhlili göstərir ki, ona qarşı bu hissədə ittihamlar yalnız mütəşəkkil dəstə tərəfindən cinayət törədilmə qənaətinə görə irəli sürülmüşdür. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Dubay şəhərində baş vermiş oğurluq cinayətində Təqsirləndirilən şəxs3 iştirakının olmaması işin mübahisəsiz halıdır, bütün iştirakçılar bu halı məhkəmə iclasında təsdiq etmişlər, həmçinin leqallaşdırmanı sifariş verən, onu həyata keçirən şəxslər və şirkətlər məhkəmə islasında müəyyən edildiyindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin Təqsirləndirilən şəxs3 tərəfindən leqallaşdırılması işin faktiki hallarında qeyd olunan faktlarla tamamilə təkzib olunur. Həmçinin məhkəmə iclasında cinayət işinin materialları ilə təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X25 nəğd vəsaitlərin leqallaşdırılması işini peşəkarcasına bilmiş və fəaliyyətlərinin bir hissəsi məhz bununla bağlı olmuş, oğurlanan pullar da Dubay şəhərində xüsusi kirayələnmiş evlərdə dəmir seyflərdə saxlanan pullar olmuşdur. Ona görə cəmi dörd sinif, yəni natamam orta təhsil almış, yazıb oxumağı bacarmayan Təqsirləndirilən şəxs3 pul vəsaitlərini leqallaşdırmasını təşkil etməsi ağlabatan, məntiqli və realizəsi mümkün deyildir. Nə Təqsirləndirilən şəxs1, nə X15, nə də hazırda Dubay şəhərində istintaqa cəlb edilmiş Şamil Edievin Təqsirləndirilən şəxs3 pul vəsaitinin leqallaşdırılması ilə bağlı məsləhətlərinə ehtiyacları olmamışdır. Məhkəmə hesab edir ki, adi kənar müşahidəçini belə bu ittihama inandırmaq mümkün deyil. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş və ittihamın əsasını təşkil edən 12 noyabr 2023-cü il tarixində saat 13:06:55-də Təqsirləndirilən şəxs3 arvadı X22 tərəfindən göndərilmiş sms mətni məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, «Esli ya podpiwu dokument, moi deti ostanutsa ne a chem! Elədə biz o pula deymirik, ama o menim uwaqlarimin garantiyasidi. Sonra da get Dubaya orda …. sene bir dene dagistanan (qız) versinler, o da sene uwaq dogsun, galsin onlara??? Bizde 20 ildi zulm chekek ki, axirda (pulsuz) galag?» məzmununda sms yazışması Təqsirləndirilən şəxs3 qız övladının bankda olan hesabından həyat yoldaşının adına olan etbarnamə əsasında həmin pulun çıxarılaraq ona verilməsi olmuşdur. Həmin hesabda olan pul vəsaiti isə 23 noyabr 2021-ci il tarixli müqavilə əsasında bank hesabına qoyulmuşdur. Bu da onu bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs3 Bakıya qayıddıqdan sonra onda pul vəsaiti olmamış və məcbur qalıb həyat yoldaşından övladının adına qoyulmuş pul vəsaitini istəmişdir. (İİİ cild, i/v 159). Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılmasında iştirak etməsi ilə bağlı ilkin etirafedici izahatları kobud pozuntularla əldə edildiyindən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, o, rusdilli olmaqla, orta məktəbin rus bölməsində 4-cü sinifədək ibtidai təhsil almış, azərbaycan dilində danışa, yaza və oxuya bilmir. Cinayət işi materialarından görünür ki, onun ilkin izahatları azərbaycan dilində yazılmış, oxudulmuş və imzalanmışdır. Onun izahatı xx.xx.2024-cü il tarixində alınsa da, tərcüməçi xx.xx.2024-cü il tarixində təyin edilmişdir. Ona müdafiəçi xx.xx.2024-cü il tarixində təqdim edilsə də, dindirmə protokolarına tərcüməçiyə geri tarixə imza etdirilmişdir. Vəkillə təmin olunduqdan sonra həmin sübutların həqiqət olmamasını təsdiq etmək üçün dəfələrlə vəsatətlər (vəkilin iştirakı ilə təkrar dindirilmə, üzləşdirmə aparılması və.s) verilsə də, həmin vəsatətlər təmin edilməmişdir. Ona görə təqsirləndirilən şəxsin ilkin etirafı mötəbər sübut kimi qəbul edilmədiyindən və eyni zamanda həmin etiraf yuxarıdakı bəndlərdə sadalanan digər sübutlarla təkzib edildiyindən ittihamın əsasını təşkil edə bilməz. Beləkliklə, məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 hərəkətləri, yəni “dostu Şamilin xahişi ilə Təqsirləndirilən şəxs1 Bakıya gətirilməsi, Bakıda onun Antonu “Excelsior Hotel & SPA Baku” otelində yerləşdirməsi, bir gün sonra Qriqoriinin Bakıya gələrək onun tərəfindən həmin oteldə yerləşdirilməsi, Bakı şəhərində Anton və Qriqorini gəzdirməsi, restoranlarda və istirahət mərkəzlərində onları qonaq etməsi, sonuncuların bir müddət oteldə qaldıqdan sonra, imkanının olmaması səbəbindən öz evinə qonaq aparması, öz avtomobilini onların istifadəsinə verməsi” faktları onun mütəşəkkil dəstənin üzvü kimi onun məqsədləri ilə əhatə olunan cinayət törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs3 nə pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilib leqallaşdırma üzrə hərəkətləri törətmiş, nə sonradan leqallaşdırma üzrə hərəkətləri yerinə yetirmiş, nə də ki, predikativ cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı, icraçı qismində iştirak etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2023-cü il tarixli 6 nömrəli qərarının 16-cı bəndinə əsasən hətta Təqsirləndirilən şəxs3 pul vəsaitlərinin cinayət yolundan başqa digər yolla əldə olunmadığını bilsə belə, onun tərəfindən heç bir leqallaşma hərəkətləri aparılmadığı üçün “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması” cinayətinin subyeki hesab edilə bilməz. Lakin məhkəmə, hazırkı cinayət işi üzrə irəli sürülmüş ittihamlara dair hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, Təqsirləndirilən şəxs3 Dubay şəhərində yerləşən istintaqla müəyyən edilməyən ünvanlarda saxlanılan pul vəsaitlərinin talanmasından xəbərinin olmaması, həmçinin həmin pul vəsaitlərinə dair hər hansı bir leqallaşma hərəkətini etməməsi onun Azərbaycan Respublikası CM-in 193-1.3.1, 193-1.3.2 və 206- 1.3-cü maddələrində nəzərdə tutulmuş əməllərinin subyekti olmasını istisna etsə də, onun Bakı şəhərində olarkən “Excelsior Hotel & SPA Baku” otelində Anton və Qriqorinin Sadiq adlı şəxslə görüşərək hər birinin hesablarında 93.227,10 avro məbləğində pul vəsaiti olan 2 ədəd plastik kartını əldə etmələri, sonra isə həmin kartlardan şəxsi ehtiyacları üçün istifadə etmələri Təqsirləndirilən şəxs3 pul vəsaitinin cinayət yolundan başqa digər yolla əldə olunmadığını bilməsi faktını və “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” hərəkətlərini görməsini istisna etmir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmin qərara əsasən nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs3 istinad edilən faktlar, yəni cinayətin və cinayət nəticəsində əldə edilmiş əmlakın örtbasdır edilməsi, həqiqi mənbəyini gizlədilməsi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerləşmə, mühafizə və gizlənməsini təmin etməklə vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitinin leqallaşdırılması faktları iş materiallarına əsasən sübut olunmasa da, qeyd olunan davranışlar ittihamda nəzərə alındığından Təqsirləndirilən şəxs3 hərəkətsizliyi, yəni “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” cinayətinin törədilməsini bilərək xəbər verməməsi onun əməlinin Azərbaycan Respublikasının CM-in 307.1-ci maddəsinə tövsif edilməsinə imkan verir. Belə ki, Təqsirləndirilən şəxs3 Anton və Qriqorinin Sadiq adlı şəxslə görüşərək hər birinin hesablarında 93.227,10 avro məbləğində pul vəsaiti olan 2 ədəd plastik kartını əldə edərək leqallaşdırma hərəkətlərini etmələrini bilmiş və bu ağır cinayət əməli barədə müvafiq hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə xəbər verməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərindən ümumiyyətlə məlumatının olmaması barədə ifadəsini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında həmin hissədə verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və bu ifadələr cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Aleksandr Skliankin nümayəndəsi qismində zərərçəkmiş şəxs İ.B.Yuferevanın adından dindirilmişdir(İ cild i/v 145-146). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər şahid qismində çağırıla və dindirilə bilməzlər. Həmin Məcəllənin 126.3-cü və 126.5-ci maddəsinə əsasən müvafiq olaraq zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, həmin protokol sübut sayıla bilməz və mümkün olmayan sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 himayəsində 1 az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-in 307.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək, ümumilikdə 01 (bir) il 03 (üç) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət 01 (bir) günə 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası tam əhatə edildiyindən cəzası çəkilmiş hesab olunmalı və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikasının CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü madd əsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına əsasən 1. Azərbaycan Respublikası CPM-in 139-cu maddə sinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində ə ldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. 2. Azərbaycan Respublikası CPM-in 299.3.2-ci maddə sinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhk əmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləy ən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nə ticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması v ə qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. 3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi m əsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikasının CM-in 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan 2 ədəd “Ledger” xüsusi yaddaş kartının içərisində olan 1.998.072,96 (bir milyon doqquz yüz doxsan səkkiz min yetmiş iki) ABŞ dolları 96 (doxsan altı) cent, 1.979.621 (bir milyon doqquz yüz yetmiş doqquz min altı yüz iyirmi bir) ABŞ dolları 92 (doxsan iki) cent zərərçəkmiş şəxsə qaytarılsın və “Myguava” adlı 02 ədəd plastik kartların içərisində hər birində ayrılıqda olan 64.740 (altmış dörd min yeddi yüz qırx) avro 97(doxsan yeddi) cent və 76.690 (yetmiş altı min altı yüz doxsan) avro 20 (iyirmi) cent olmaqla həmin dövrün məzənnəsinə uyğun olaraq manat hesabı ilə ümumilikdə 254.576 (iki yüz əlli dörd min beş yüz yetmiş altı) manat 10 (on) qəpik məbləğində pul vəsaitinin kimə məxsus olması və mənbəyi müəyyən olunmadığından, cinayət törədilərkən istifadə edilmiş alət və vasitə, cinayət yolu ilə əldə edilmiş pul vəsaiti (gəlir) olması nəzərə alınmaqla xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs3 mülkiyyətində olan buraxılış ili 2022-ci il, “SALKA9B73PA031180” ban nömrəli, “X37 Rover Minik” markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobilin, buraxılış ili 2022-ci il, “KNANC81BBN6183854” ban nömrəli, “KİA Carnival Minik” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobilin və istifadəsində olan buraxılış ili 2009-cu il, “SCBZ63W6AC064133” ban nömrəli, “Bentley Continental GT Speed Minik” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs3 mülkiyyətində olan buraxılış ili 2022-ci il, “SALKA9B73PA031180” ban nömrəli, “X37 Rover Minik” markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobil sonuncunun mülkiyyətinə xx.xx.2023-cü ildə keçmiş, buraxılış ili 2022-ci il, “KNANC81BBN6183854” ban nömrəli, “KİA Carnival Minik” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobil sonuncunun mülkiyətinə xx.xx.2022-ci ildə keçmiş və istifadəsində olan buraxılış ili 2009-cu il, “SCBZ63W6AC064133” ban nömrəli, “Bentley Continental GT Speed Minik” markalı, **- EA-*** dövlət nömrə nişanlı avtomobili isə sonuncu tərəfindən 2022-ci ilin may ayında əldə edərək etibarnamə əsasında idarə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 mülkiyyətində və istifadəsində olan qeyd olunan avtomobillər hazırkı iş üzrə cinayət hadisəsi törədilən zamandan (2023-cü ilin noyabr ayından) əvvəl, yəni müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2022-ci il və 2022-ci ilin may ayında əvvəlki tərəfindən əldə edildiyinə görə həmin avtomobillər cinayət yolu ilə əldə olunmuş əmlak hesab oluna bilməz və onların üzərinə qoyulmuş həbs qanunsuzdur. Azərbaycan Respublikasının CPM-in 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma tətbiqindən çıxarışlar, 14 oktyabr 2024-cü il tarixli sənədlərə baxış protokolu, protokola əlavə edilmiş çıxarışlar və 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “Lenovo” markalı kompyuter sahibinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs», Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2 maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 206-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206- 1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2 maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 206-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X16 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixindən hesablansın. X12 barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. X12 barəsində təyin edilmiş əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 23 yanvar 2024-cü il tarixindən 24 aprel 2025-ci il tarixinədək, yəni 1 (bir) il 3 (üç) ay 1 (bir) gün həbsdə saxlanıldığı müddət 1 (bir) günə 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablansın və təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası tam əhatə edildiyindən cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi “whatsapp” ani mesajlaşma tətbiqindən çıxarışlar, 14 oktyabr 2024-cü il tarixli sənədlərə baxış protokolu, protokola əlavə edilmiş çıxarışlar və 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd “Lenovo” markalı kompyuter sahibinə təhvil verilsin. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan 2 ədəd “Ledger” xüsusi yaddaş kartının içərisində olan 1.998.072,96 (bir milyon doqquz yüz doxsan səkkiz min yetmiş iki) ABŞ dolları 96 (doxsan altı) cent, 1.979.621 (bir milyon doqquz yüz yetmiş doqquz min altı yüz iyirmi bir) ABŞ dolları 92 (doxsan iki) cent zərərçəkmiş şəxsə qaytarılsın və “Myguava” adlı 02 ədəd plastik kartların içərisində hər birində ayrılıqda olan 64.740 (altmış dörd min yeddi yüz qırx) avro 97(doxsan yeddi) cent və 76.690 (yetmiş altı min altı yüz doxsan) avro 20 (iyirmi) cent olmaqla həmin dövrün məzənnəsinə uyğun olaraq manat hesabı ilə ümumilikdə 254.576 (iki yüz əlli dörd min beş yüz yetmiş altı) manat 10 (on) qəpik məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilsin. İbtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs3 mülkiyyətində olan buraxılış ili 2022-ci il, “SALKA9B73PA031180” ban nömrəli, “X37 Rover Minik” markalı, **-GL-*** dövlət nömrə nişanlı, buraxılış ili 2022-ci il, “KNANC81BBN6183854” ban nömrəli, “KİA Carnival Minik” markalı, **-EF-*** dövlət nömrə nişanlı və istifadəsində olan buraxılış ili 2009-cu il, “SCBZ63W6AC064133” ban nömrəli, “Bentley Continental GT Speed Minik” markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X12 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar