Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-748/2020 17.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, müdafiəçi Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 17 » sentyabr 2020-ci il Bakı şəhərində xx.xx.1985-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Hacallı kəndində qeydiyyatda olan, Binəqədi rayonu, Çiçək qəsəbəsi YYS- də yerləşən nömrəsiz ev ünvanında yaşamış,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu Çiçək qəsəbəsinə gedən yolun kənarında qonşusu Zərərçəkmiş şəxs onun kirvəsi Şahid2 arvadı barəsində nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşısına gələrək mübahisəni aydınlaşdırarkən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə şüşə butulka və yerdən götürdüyü dəmir parçası ilə qəsdən vuraraq ona-sol göz qapaqlarının hematoması və sağ gözaltı nahiyəsinin qançırı, burun əsasının səthi kəsilmiş və çənə nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, açıq kəllə-beyin travması, baş beyinin yüngül əzilməsi, sol təpə sümüyünün yerdəyişən sınığı və pnevmosefaliya ilə müşayiət olunan sol təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində qonşusu Mübariz və kirvəsi Asif Sadiqovla Bakı Beynəlxalq Avtovağzalında görüşüb söhbət etdikdən sonra o, Asif və Mübarizə işlədiyi, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən tikintiinşaat sektoruna gördüyü işə görə qalmış məvacibini götürmək üçün birlikdə getməyi təklif etmişdir. Onlar birlikdə işlədiyi tikinti-inşaat zonasına gedib özünə məxsus məvacibini almışdır. Həmin gün saat 15 radələrində onlar birlikdə yaşadıqları məhəlləyə gedib “Hökməli dairəsi”nin yaxınlığında yerləşən “Hökməli kafesi”ndə yeyib-içsinlər. Asif onlara evə gedəcəyini və sonra onların yanına qayıdacağını bildirmişdir. O, qonşusu Mübarizlə birlikdə “Hökməli kafe”sinə gedib orada qonşusu Şahid1ya zəng edərək onu da oturduqları kafeyə yeyib-içməyə dəvət etmişdir. O, Mübariz, Bəhruz, Asif və onun azyaşlı oğlu Murad da onlarla bir stol arxasına əyləşib yemək sifariş vermişlər, yemək yeyərək 1 ltirə yaxın araq içmişlər. Onunla Mübarizlə arasında sözlə mübahisə yaranmış, mübahisəni ətarfdakı insanlar duymasın deyə onlar ikisi kafedən bayıra çıxmışlar. O, əsəbi halda Mübarizi kafenin çölündə qolundan tutub “get otur yerinə!” sözünü deyərək itələmiş, Mübariz içkili olduğuna görə müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Həmin vaxt Asif Mübarizi yerdən ayağa qaldırmış, Bəhruz isə onun qarşısına keçərək sakitləşdirməyə çalışmışdır. Sonra onlar birlikdə kafedən çıxıb Çicək qəsəbəsinə getmişlər. Yolun yarısında Asif ona “o, nə sözdür Mübarizə danışmısan ?!”, arvadımın əxlaqsızdığını harada görmüsən sualını vermiş, həmin vaxt o, Asifə kim deyir bunu sualını verdikdə, Asif ona həmin sözü Mübarizin ona söylədiyini demişdir. O, həmin vaxt özü də bilmədən Mübarizin üstünə yürüyüb onun sifətindən bir dəfə yumruq zərbəsi vurmuş Mübariz həmin yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Asif, Mübariz tərəfə yüyürüb onu yerdən qaldırmağa çalışanda o, Asifin də sifətindən bir dəfə sillə vurmuşdur. Sonra Mübariz, Asif və onun azyaşlı oğlu Murad avtobus dayanacağına gedib avtobus gözdəməli olmuşlar. O, isə Bəhruzla birlikdə evlərinə getmişlər. Təxminən 20 dəqiqədən sonra Mübariz, qardaşı oğlu Şahid3la birlikdə onun yaşadığı evə gedərək həyətin giriş qapısını döymüş bayıra çıxan azyaşlı oğlu Elgündən onu soruşmuşlar. Elgün isə onun Bəhruzgildə olduğunu Mübarizə bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində o, Bəhruzgildə olanda istifadəsində olan mobil telefonuna Mübarizdən zəng gəlmiş, Mübariz onu telefonda təhqir edərək söyməyə başlamış və ona “kişisənsə bayıra çıx!” sözlərini demişdir. O, telefonu söndürüb bayıra çıxmışdır. Həmin vaxt Mübariz Firdovsi ilə qəflətən onun üstünə yürüyüb yaxınlaşaraq əl-qol atmışlar. O, onların iki nəfər olduğunu görüb özünü müdafiə etmək üçün yerdə olan şüşə butulkanı götürüb yaxın məsafədən Mübarizin baş nahiyyəsinə tullamış, butulka Mübarizin başına dəyərək qırılmış və həmin zərbədən Mübarizin başı qanamışdır. Bəhruz yaşadığı evindən bayıra çıxıb Mübarizi onun yanından kənarlaşdıraraq sakitləşdirməyə çalışmışdır. Mübariz yenə onu təhqir edərək söymüş, o, yerdən balaca, təxminən 30-40 sm uzunluğunda olan dəmir parçasını götürüb Firdovsini və sonra Mübarizi vurmuş, dəmir parçasını xatırlamadığı yerə tullamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 9 ay olar ki, Binəqədi rayonu Çiçək qəsəbəsində qonşusu olaraq tanıyır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, Elməddinlə və onun kirvəsi Şahid2la Bakı Beynəlxalq Avtovağzalında görüşərək birlikdə Badamdar qəsəbəsində yerləşən Elməddinin iş yerinə getmişlər. Elməddin işlədiyi yerdən aylıq maaşını aldıqdan sonra onlar həmin gün birlikdə saat 15 radələrində Binəqədi rayonu, Hökməli qəsəbəsinə gəlmiş, Elməddinin təklifi ilə onlar birlikdə “Hökməli dairəsi”nin yaxınlığında yerləşən kafedə yeyib-içmiş, Elməddin qonşusu Şahid1ya da zəng edib onu da kafeyə dəvət etmişdir. O, Elməddin, Asif və Bəhruzla birlikdə həmin əyləşdikləri kafedə təxminən 1 ltirə yaxın araq içmişlər. O, kafedə olan zaman Elməddinlə şəxsi münasibətləri ilə bağlı aralarında mübahisə yaranmış, onlar digər şəxslərə maneçilik olmasın deyə kafedən bayıra çıxmış, aralarında yaranmış sözlə mübahisədə Elməddin onu itələyərək yerə yıxmış həmin vaxt Asif tez yürüyərək onu yerdən ayağa qaldırmış Bəhruz isə Elməddini sakitləşdirməyə çalışmışdır. Sonra onlar kafedən çıxıb evlərinə getmişlər. Həmin vaxt o, söz gəlişi Asifə demişdir ki, Elməddin onlara demişdir ki, Asifin arvadı fahişədir. Həmin vaxt Asif Elməddin tərəfə gedərək ona bu nə sözdür danışmısan sualını vermiş, Elməddin isə ondan nə söz danışdığını soruşanda Asif təkrar olaraq Elməddinə Mübarizin ona dediyi sözü təkrar etmişdir. Həmin vaxt Elməddin Asifə bunu kim deyir sualını vermiş, Asif isə həmin sözü Mübarizin dediyini söyləmişdir. Elməddin onun üstünə yürüyərək sifətindən bir dəfə yumruqla zərbə vurmuş o, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Asif onu yerdən ayağa qaldırmağa kömək etdikdə Elməddin Asifində sifətindən bir dəfə sillə vuraraq onu da yerə yıxmışdır. X4 sakitləşdirərək aralayıb bir az kənara aparmışdır. O, da yerdən qalxaraq Asifin arxasınca avtobusa minərək evə getmişdir. O, evdə güzgünün qarşısına keçmiş və sifətinin yaralandığını görmüşdür. Həmin vaxt qardaşı oğlu Şahid3 ona yaxınlaşaraq nə baş verdiyini soruşmüş, o, isə qonşusu Elməddinlə dalaşdığını söyləmiş və bunun hesabını Elməddindən alacağını demişdir. Sonra o, Firdovsi ilə Elməddindən hesab sormaq üçün onların evlərinin həyətinin giriş qapısını əli ilə döymüş, qapıdan çölə çıxan Elməddinin oğlundan atasını çağırmağını demişdir. Elməddinin oğlu ona atasının qonşuluqda yaşayan Bəhruzgildə olduğunu demişdir. Sonra o, Elməddinin istifadəsində olan mobil telefonuna zəng edərək onu söyərək küçəyə çıxmasını tələb etmişdir. O, Bəhruzgilin evlərinin həyət qapılarının qarşısında dayanıb Elməddini səsləyərək qapıya çıxmasını bildirmiş, Elməddin bayıra çıxaraq onunla birlikdə bir az kənara çəkilmişlər. Həmin vaxt o, Elməddindən onu niyə vurduğunu soruşmuş, Elməddin isə cavabında, ona Asifin arvadı barəsində onun adından yalan danışdığı sözün üstündə vurduğunu demiş, onların arasında yenidən mübahisə yaranmış o, Elməddinin üstünə yürüyüb vurmaq istədikdə Elməddin yerdən şüşə butulkanı götürüb onun başından vurmuş, butulka başında qırılaraq yerə tökülmüş və zərbədən başı qanamışdır. Bəhruz bayıra çıxaraq Elməddinin qoluna girib evinə tərəf aparmış, o, yenə Elməddini söyəndə Elməddinin arxadan iri addımlarla onun üstünə gəlib Firdovsinin başından, sonra isə onun başına zərbə vurmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində əmisi Mübarizin evində olan zaman Mübarizin üst-başının qanın içində evə daxil olduğunu görmüş, Mübarizin Elməddinlə oturub yeyib-içdikdən sonra evə gələn zaman yolda aralarında mübahisə baş verdiyini, Elməddinin onu döydüyünü bildirmişdir. Mübariz Elməddindən bunu belə vəziyyətə saldığının hesabını verəcəyini dedikdə o, əmisnin içkili olduğunu görərək Mübarizi sakitləşdirməyə çalışmış və ona səhər saatlarında gedib Elməddinlə ayıq-başa söhbət edəcəyini bildirmişdir. 2-3 dəqiqədən sonra o, Mübarizin evi tərk edərək küçəyə çıxdığını bilib, əyinini geyinib Mübarizin arxasınca çölə çıxmış, Mübarizin Elməddingil tərəfə getdiyini başa düşüb, Elməddingilin evləri tərəfə gedib Mübarizin Elməddinlə evlərinin qarşısında mübahisə etdiyini görmüşdür. Onun, Mübariz və Elməddinə yaxınlaşmağına təxminən 20-25 metr qalanda Elməddinin Mübarizin başından şüşə butulka ilə zərbə vurduğunu görmüşdür. O, tez Elməddinə yaxınlaşıb onu sakitləşdirərək aralamağa çalışanda qonşuluqda yaşayan Bəhruzu onları aralamağa köməklik etmək üçün çağırmışdır. O, əmisi Mübarizin qolundan tutub yaşadıqları evə doğru aparanda Mübariz söyüş söydüyünə görə Elməddin araxadan onlar tərəfə iri addımlarla gəlib əlində dəmir parçası ilə onun, sonra isə Mübarizin başına vurmuşdur. Mübarizlə birlikdə yaşadıqları evlərinə gedərək 103 xidməti olan X5 zəng edib yardım çağırıb və çağrışa gələn həkimlər onları Bakı şəhəri KTM-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində qonşuları Elməddin və Mübarizlə Bakı Beynəlxalq Avtovağzalında görüşüb bir qədər söhbət etdikdən sonra onlar Elməddinin təklifi ilə birlikdə “Hökməli dairəsi”nin yaxınlığında yerləşən kafeyə yemək-yeməyə getmişlər. Həmin vaxt Elməddin digər qonşusu olan Bəhruzun da istifadəsində olan mobil telefonuna zəng edərək onu da kafeyə birlikdə yemək yeməyə dəvət etmişdir. O, həmin vaxt Elməddin və Mübarizə oğlu Muradı Xırdalan şəhərinə aparcağını və ona geyim əşyaları aldıqdan sonra yolüstü kafeyə gələcəyini demişdir. Sonra o, oğlu Muradla birlikdə Elməddin, Bəhruz və Mübarizin “Hökməli dairəsi”nin yaxınlığında yerləşən kafeyə gəlib və orada dörd nəfərə bir ltir araq içmişlər. Saat 17 radələrində yaşadıqları evləri istiqamətinə hərəkət edəndə, Mübariz, Elməddin barəsində ona, “sən oturub durduğun adamı tanı o, sənin və sənin ailən haqqında pis-pis sözlər danışır”. O, Mübarizə Elməddinin onun haqqında nə kimi söz danışır sualını verəndə, Mübariz ona: “Elməddin deyir ki, Asifin arvadı əxlaqsızdır”. Sözünü demişdir. O, həmin vaxt üzünü Elməddinə tutub danışılan sözə aydınlıq gətirməsini istəmiş Elməddin isə ona o, sözü kim-deyir? sualını verəndə Mübariz həmin vaxt Elməddinə cavab verərək həmin sözü dediyini söyləmişdir. Həmin vaxt Elməddin qəflətən Mübarizə yaxınlaşıb sifətindən bir dəfə yumruqla zərbə vurmuş Mubariz isə həmin zərbənin təsirindən yerə yıxılmışdır. O, Mübarizi yerdən qaldırmaq istəyəndə Elməddin bir sillə də onun sifətindən vuraraq onları söyməyə başlamışdır. Bəhruz həmin vaxt Elməddini aralayıb biraz kənara aparmaq istəyəndə əynində olan isti gödəkcəsinin cibinin cırıldığını görmüşdür. Sonra onlar aralaşaraq evə getmək üçün avtobus dayanacağına getmiş dayanacaqda olan zaman Mübariz ona yaxınlaşıb Elməddini söymüşdür. Sonra o, oğlu Muradla birlikdə qəsəbə avtobusuna minərək evinə getmiş və baş vermiş hadisələrdən xəbəri olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 26\278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər- açıq kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, sol təpə sümüyünün yerdəyişən sınığı, və pnevmosefaliya ilə müşayiət olunan sol təpə nahiyyəsinin əzilmiş yarası, sol göz qapaqlarının hematoması, və sağ gözaltı nahiyyənin qançırı bərk küt əşyanın və ya əşyaların təsirindən burun əsasının səthi kəsilmiş yarası və çənə nahiyyəsinin kəsilmiş yarası isə iti kənarlı əşyanın və ya əşyaların təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X3 müraciət etdiyi xx.xx.2020-ci il saat 21:20dən bir qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən açıq kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, sol təpə sümüyünün yerdəyişən sınığı, və pnevmosefaliya ilə müşayiət olunan sol təpə nahiyyəsinin əzilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aidir, digər xəsartlər isə hə ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayab xəsarətlərə aid edildikdən dərəcələri təyin olunmur.Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sınmış butulka və dəmir parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən sol göz qapaqlarının hematoması və sağ gözaltı nahiyyənin qançırı küt əşya ilə (yumruqla) yetirilmiş iki zərbənin baş beyin əzilməsi, sol təpə sümüyünün sınığı ilə müşayiət olunan sol təpə nahiyəsinin əzilmiş yarası, bərk küt əşyaya (dəmir parçası və.s) ilə yetirilən bir zərbə nəticəsində burun əsasının səthi kəsilmiş yarası və çənə nahiyyəsinin kəsilmiş yarası isə sınmış şüşə butulka ilə yetirilən ən azı bir zərbə nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlər isə qısa zaman kəsiyində yetirildiyindən onların əmələ gəlmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 qəsdən sağlamlığa yüngül zərər yetirməklə fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq hissəvi xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-748/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-748/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver