Məhkəmə qərarları › İş №1(101)-748/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-748/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-748/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1998-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu Xanəgah kəndində qeydiyyat olan, ünvan 1 ünvanında yaşayan və barəsində Qaradağ rayon məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs oğlu 28 noyabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanın arxasında şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş münaqişə zamanı sonuncuya Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsi 5 ünvanında yerləşən “İDEAL” marketin meyvə-tərəvəz bölməsindən götürməklə öz niyyətini həyata keçirmək məqsədilə üzərində saxladığı əlamətləri istintaqa məlum olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən qarın nahiyyəsindən vuraraq Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan daxili qanaxma ilə müşayiət olunan qarının sağ yan səthindən daxilə nüfuz edərək qaraciyərin, köndələn çəmbər bağırsağın və böyük piyliyin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Lökbatan qəsəbəsindən tanıyır. Son bir aylara kimi onunla münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisədən təxminən 1 ay əvvəl axşam saat 20 radələrində yaşadığı Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanında Zərərçəkmiş şəxs görüb onunla salamlaşmışdır. Həmin vaxt Mircəfəin idarə etdiyi «Mercedes» markalı **-ON-*** dövlət nömrə nişanlı avtomobili də məhəllədə olmuşdur. Komendant saatının başlanmasına az bir müddət qaldığı və o, Lökbatan qəsəbəsində yaşayan xalasıgilə getməli olduğu üçün Mircəfərdən xahiş etmişdir, onu Lökbatan qəsəbəsi 28 may küçəsində yaşayan xalasıgilə maşınla aparsın. Həmin vaxt Mircəfər ona apara bilməyəcəyini demişdir. Mircəfərdən onu aparmamağının səbəbini soruşmuş, həmin vaxt Mircəfər ona demişdir ki, əgər ailə üzvləri ilə bağlı getməlidirsə onda apara bilər, amma özünü yox. O, Mircəfərlə bu barədə söhbət edən zaman tanışı Sərxan bir neçə günlüyünə icarəyə götürüb idarə etdiyi markasını və dövlət nömrə nişanını xatırlamadığı maşınla təsadüfən onların yanına gəlmişdir. O, Sərxandan xahiş etmişdir ki, onu xalasıgilə aparsın. Sərxan da onu xalasıgilə aparmışdır. O, həmin vaxt Mircəfərə heç bir söz demədən Sərxanın maşınına əyləşib getmişdir. Həmin günün səhəri, axşam saatlarında o, Mircəfərlə telefon əlaqəsi saxlamışdır. Mircəfərdən onu maşınla aparmamağının səbəbini soruşmuşdur. Mircəfər isə ona demişdir ki, “maşın mənimdi aparmıram”. Mircəfərlə telefonda görüşüb bu məsələyə aydınlıq gətirilməsi barədə razılaşmışlır. Səhərisi gün saat 17-18 radələrində Mircəfərlə yenidən telefon əlaqəsi saxlamış, ondan harada olmasını soruşmuş və ona Lökbatan qəsəbəsində fəaliyyət göstərən “ASMED” kilinikasının qarşısına gəlməsini bildirmişdir. Mircəfər ona gələcəyini desə də onun görüş verdiyi yerə gəlməmişdir. O sonra Mircəfərlə “ASMED” kilinikasından aralıda görüşmüşdür. Həmin vaxt onun yanında Mətləb adlı dostu da olmuşdur. Mətləb Mircəfərlə onun arasında olan söhbətə müdaxilə edib əhəmiyyətsiz bir məsələyə görə mübahisə edilməsinə görə onları qınamışdır. Dostu Mətləbin müdaxiləsindən sonra Mətləblə birlikdə oradan uzaqlaşıb getmişlər. Həmin hadisədən sonra o, ümumiyyətlə Mircəfərlə rastlaşmamışdır. O təxminən 20 gün mobil telefondan istifadə etməmişdir. Lazım olduqda isə yaxın dostlarına və tanışlarına anasının istifadəsində olan mobil telefon ilə zəng edib əlaqə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evdə yuxuda olan zaman anası onu yuxudan oyadaraq dostunun onun mobil nömrəsinə zəng edərək onu axtardığını demişdir. Anası danışmaq üçün telefonu ona vermiş, o, zəng edənin Mircəfər olduğunu bilmişdir. Telefonda Mircəfər ona Lökbatan qəsəbəsində 233 nömrəli məktəbin yanında onu gözləməsini demişdir. Telefonla danışandan 2-3 dəqiqə sonra o, Mircəfərin dediyi yerdə onunla görüşmüşdür. Mircəfərin maşınına oturub Xocasən qəsəbəsinə tərəfə getmişdir. Yol boyu Mircəfərlə aralarında heç bir söhbət olmamışdır. Onlar hər ikisi Xocasən qəsəbəsində maşından düşmüşdürlər. Həmin vaxt Mircəfər ona demişdir ki, guya o, Mircəfərlə aralarında 1 ay bundan əvvəl olan söhbəti kiməsə danışmış və həmin adama demişdir ki, o, Mircəfəri söhbətə çağırmış o isə gəlməmişdir. Mircəfər sözünü bitirdikdən sonra onu yumruqla vurmuşdur. Mircəfər onu yumruqla vurduqdan sonra aralarında əlbəyaxa dava-dalaş olmuşdur. Əlbəyaxa dava dalaşdan sonra onlar sakitləşib ayrılmışdırlar. Onun əvvəllər sağ əli və sağ ayağı sındığı üçün Mircəfərlə aralarında olan əlbəyaxa döyüş zamanı Mircəfəri istədiyi kimi vura bilməmişdir. Mircəfər də bundan istifadə edib onu yumruq və baş zərbələri ilə vurmuşdur. Sonra isə Mircəfərin maşınına əyləşib yenidən Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanına gəlmişlər. Lökbatan qəsəbəsinə gələn zaman o, Mircəfərə demişdir ki, aralarında olan söhbət barədə heç kimə bir söz dəməmişdir. O, Mircəfərə irad tutmuşdur ki, niyə məsələni dəqiqləşdirmədən onunla dalaşır. Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanında olan “İdeal” marketin yanında maşından düşmüşdür. O, Mircəfərdən onu gözləməsini istəmiş və mağazaya siqaret almaq adı ilə getmişdir. Mircəfər də siqaret almaq istədiyini deyib mağazaya daxil olmuşdur. O, mağazanın meyvə bölməsinə daxil olmuş, satıcının fikrini yayındıraraq taxtanın üzərində olan bıçağı götürüb şalvarının sol tərəfinə kəmərinə ilişdirib mağazadan çıxmışdır. O, mağazadan çıxandan sonra isə Mircəfər mağazadan çıxmışdır. Onlar hər ikisi maşının yanına getmişlər. O, Mircəfərdən niyə onu yaşadığı evdən dost kimi çaığırıb sonradan onunla dalaşmasının səbəbini soruşmuşdur. Mircəfər yaxşı edirəm deyə cavab vermişdir. O, Mircəfərin sözündən sonra mağazadan götürdüyü bıçaqla bir dəfə onun qarın nahiyyəsindən vurmuşdur. Sonra isə oradan qaçıb çıxıb getmişdir. O, hadisədən sonra 1 gün Mətləbgildə, qalan günləri isə Səidə adlı bibisigildə qaldığını, törətdiyi cinayət barədə dostu Mətləbə heç bir söz demədiyini, lakin bibisi Səidəyə isə hadisə barədə məlumat verdiyini bildirmişdir. O hazırda zərərçəkmişlə barışdığını, əməlindən peşman olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Lökbatan qəsəbəsindən tanıyır. Münasibətləri normal olmuşdur. Təxminən 1 ay bundan əvvəl o, Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zahid oğlu ondan xahiş etmişdir ki, onu Lökbatan qəsəbəsi Uluxan marketin yanında yaşayan qohumun evinə aparsın. O da Şahbazla razılaşmamışdır. Sonra Şahbaz yanına gələn onun tanımadığı dostunun maşınına əyləşib çıxıb getmişdir. Həmin günün səhəri axşam saatlarında Şahbaz onunla telefon əlaqəsi saxlamışdır. Şahbaz ondan onu maşınla apamamağının səbəbini soruşmuşdur. O da Şahbaza demişdir ki, “maşın mənimdi aparmıram”. Şahbaz onunla telefonla danışan zaman ona demişdir ki, səhər görüşüb danışaraq. Şahbaz onunla telefonla danışıb görüş təyin edən zaman ona görüşəcəkləri vaxtı deməmişdir. Şahbaz onunla telefonla danışan günün səhərisi saat 17-18 radələrində yenidən telefon əlaqəsi saxlamışdır. Şahbaz ondan harada olmağını soruşmuş və ona bildirmişdir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “ASMED” kilinikasının qarşısına gəlsin. O, Şahbaza gələcəyini demiş, lakin sonuncunun görüş verdiyi yerə getməmişdir. O, Şahbazıa Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “ASMED” kilinikasından aralıda görüşmüşdür. Həmin vaxt Şahbazın yanında Mətləb adlı dostu olmuşdur. Mətləb onlar arasında olan söhbətə müdaxilə edərək, əhəmiyyətsiz bir məsələyə görə mübahisə etməmələrini bildirmişdir. Mətləbin müdaxiləsindən sonra Şahbaz Mətləblə birlikdə oradan uzaqlaşıb getmişdir. Həmin hadisədən sonra o, ümumiyyətlə Mircəfərlə rastlaşmamışdır. Sonra o eşitmişdir ki, Şahbaz aralarında olan söhbəti başqa şəxslərə olduğu kimi danışmamışdır. Şahbaz telefon işlətmədiyi üçün o, Şahbazın anasının nömrəsini tapıb zəng edib Şahbazla danışmışdır. Şahbaza 233 nömrəli məktəbin yanında onu gözlədiyini demişdir. Telefonla danışandan 2-3 dəqiqə sonra Şahbaz onun dediyi yerə gəlmiş və onlar görüşmüşlər. Şahbaz onun maşınına oturub Xocasən tərəfə getmişdir. Yol boyu Şahbazla aralarında heç bir söhbət olmamışdır. Getdikləri yer təxmini onun yadında qalmışdır. Onlar hər ikisi Xocasən qəsəbəsində maşından düşmüşdür. Həmin vaxt demişdir ki, niyə aralarında 1 ay bundan əvvəl olan söhbəti başqa şəxslərə danışmışdır. Şahbaz ona cavab vermədiyi üçün o da əsəbləşmiş və aralarında əlbəyaxa dava-dalaş olmuşdur. Əlbəyaxa dava daşdan sonra isə onlar sakitləşib ayrılmışlar. Sonra isə Şahbazla maşınına əyləşib yenidən Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanına gəlmişlər. Lökbatan qəsəbəsinə gələn zaman Şahbaz ona demişdir ki, aralarında olan söhbət barədə o heç kimə bir söz dəməmişdir. Şahbaz məsələni aydınlaşdırmadan onunla dalaşmasını irad tutmuşdur. Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yanında olan “ideal” marketin yanında maşından düşmüşdürlər. Şahbaz ona demişdir ki, siqaret alıb gəlir. Onun da siqareti qutardığı üçün o da mağazaya siqaret almaq üçün daxil olmuşdur. Həmin vaxt Şahbaz meyvə bölməsində olmuşdur. O Şahbaza əhəmiyyət vermədən mağazadan çıxmışdır. Ondan təxminən 20-30 saniyə sonra isə Şahbaz mağazadan çıxmışdır. Onlar hər ikisi maşının yanına getmişlər. Şahbaz ona demişdir ki, nəyə görə onu yaşadığı evdən dost adı ilə çağırıb onunla dalaşmışdır. O da Şahbaza “yaxşı eləyirəm” demişdir. Sonra Şahbaz kəmərindən bıçaq çıxartmış və onun qarın nahiyyəsindəndən bir dəfə vurmuşdur. Sonra Şahbaz qaçıb getmişdir. O, yaralı halda Lökbatan qəsəbəsində olan TTYS-na gəlmişdir. Həkim briqadası olmadığı üçün onu qəbul etməmişlər. O, oradan çıxanda təsadüfən uzaq qohumu olan Laçını görmüşdür. Həmin vaxt Laçın adlı qohumu maşınla olmuşdur. Laçının idarə etdiyi maşını saxlatdırıb xahiş etmişdir ki, onu həkimə aparsın. Yasamal rayonu ərazisində olan zaman onlar TTY maşınını görmüşlər və həmin TTY maşınını saxlatdırıb xahiş etmişlər ki, onalrı xəstəxanaya aparsınlar. Həmin həkim briqadası onları xəstəxanaya aparmışlar. O, hazırda Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bilmirşdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 ay, lakin onun atası Mirhəsəni isə uzun müddətdir tanıyır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən “KOLXOZ” bazarının qarşısında maşını saxlamış, bazarlıq edib yaşadığı evə getmək istəmişdir. Bu vaxt Mircəfər maşının qabaq sağ qapısını açıb maşına əyləşmişdir. Mircəfər ondan onu xəstəxanaya aparmasını xahiş etmişdir. Mircəfər hər iki əli ilə qarnının sağ tərəfindən tutmuşdur. Onun əlləri və paltarı qan içində olmuşdur. Mircəfərdən nə baş verdiyini soruşmuş, lakin həmin vaxt Mircəfər özündə olmadığı üçün onun sualına cavab verməmişdir. Yol boyu Mircəfərdən ailə üzvlərinin istifadəsində olan nömrəni istəmişdir ki, məlumat versin. Lakin Mircəfər ona ailə üzvlərinin nömrəsini verməmişdir. Sonra dayısı Rafiqə zəng edərək bıçaqla xəsarət aldığını və xəstəxanaya getdiyini demişdir. Onlar Yasamal rayonu ərazisində yerləşən “QİSMƏT” şadlıq sarayının qarşısında olan zaman TTY maşınını görmüşlər. O, idarə etdiyi avtomobili həmin maşının qarşısına sürüb saxlatdırmışdır. Maşında olan həkim heyətindən xahiş etmişdir ki, Mircəfəri xəstəxanaya çatdırsınlar. O, idarə etdiyi avtomobili “QİSMƏT” şadlıq evinin qarşısında saxlayıb TTY maşınına əyləşib 3 saylı şəhər kliniki xəstəxanasına getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bidlirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Lökbatan qəsəbəsindən 15 il olar ki, tanıyır və onunla dostluq münasibəti olmuşdur. O, hadisədən təxminən 1 ay əvvəl saat 13 radələrində axşama kimi Şahbazla bir yerdə olmuşdur. Həmin gün axşam saatlarında o, Şahbazla birlikdə Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Asmed” klinikasının qarşısına getmişdir. Həmin vaxt Şahbaz onun yanından uzaqlaşıb bir qədər irəli getmiş, Şahbazın yanına onun tanımadığı sonradan adını Mircəfər bildiyi şəxs gəlmişdir. Onlar ikisi bir qədər söhbət etdikdən sonra isə Şahbaz onun yanına gəlmiş və onlar bir yerdə yaşadıqları evə qayıtmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Şahbaz istifadəsində olan mobil nömrə ilə onunla telefon əlaqəsi saxlayaraq bıçaqla adam vurmasını və onun yaşadığı ünvana gəlməsini bildirmişdir. Təxminən 25-30 dəqiqə sonra Şahbaz onun yaşadığı evə gəlmişdir. O, Şahbazdan nə hadisə olduğunu soruşmuş, Şahbaz ona bildirmişdir ki, Mircəfər onunla telefon əlaqəsi saxlayaraq onu məhəlləyə çağırmış, sonra Mircəfərin maşınına əyləşərək Xocasən qəsəbəsinə getmişdirlər. Orada Mircəfər onu döymüş, sonra isə yenidən maşına əyləşdirərək Lökbatan qəsəbəsinə gətirmişdir. Onlar Lökbatan qəsəbəsi 233 nömrəli məktəbin yaxınlığında yerləşən “İdeal” marketə yanına çatanda Şahbaz marketə daxil olmuş, marketin meyvə bölməsindən bıçaq götürüb çölə çıxaraq Mircəfəri bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs onun yaxın dostu olduğundan və yaşda ondan böyük olduğu üçün o, hadisə və Şahbaz barədə polisə məlumat vermədiyini, o, etdiyi əməlin cinayət olduğunu bilmədiyini, Şahbaz bir gecə onun yaşadığı evdə gecələdiyini, səhəri gün çıxıb getdiyini, Şahbaz hara gedəcəyini və harada qalacağını ona demədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Təqsirləndirilən şəxs təxminən 2-3 gün onun evində qalmışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yaşadığı evə gəlib qaldığı üçün ondan hansı səbəbə gəldiyini soruşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, 2 az yaşlı övladını yaşadığı evdə Şahbazın yanında qoyub Biləsuvar rayonuna yas mərasiminə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Biləsuvar rayonunda yas mərasimində olan zaman Şahbaz onunla telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, onun yaşadığı evə gəlməmişdən əvvəl o, bıçaqla adam vuraraq cinayət törətmişdir və törətdiyi cinayət əməlinə görə polis idarəsinə getməlidir. Təqsirləndirilən şəxs cinayət törətdiyini həmin vaxt bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidləri ifadələri ilə yanaşı digər sübutlarla da öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan "şübhəli olan şəxsin tutulması haqqında" xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4 (002)-159/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4 (002)-161/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş MTE və PA birliyinin Qaradağ rayon Şöbəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 846 saylı ekspertiza rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan qarının sağ yan səthinin daxilə nüfuz edərək qaraciyərin, köndələn çəmbər bağırsağın və böyük piyliyin 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti kənara və iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks bioloji və kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 973/2020MTBŞ saylı rəyində göstərilmişdi ki,Zərərçəkmiş şəxs ABO sismeti üzrə qan qrupu :O-alfa, beta /İ/. Ekspertizaya təqdim edilən bir ədəd uzunqol könəyin və bir ədəd qolsuz mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antiqeni, həmçinin alfa və beta aqlyutininləri də alındı.Beləliklə , bu qan ləkələri O-alfa, beta/İ/qruolu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks bioloji və kriminalistik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 611-2020/MTKŞ saylı rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim olunmuş bir ədəd köynəyin və bir ədəd maykanın ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi büruzə edən küpü olan yastı tiyə tipli deşeci-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlməyə xarakterikdir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Hal-hazırda Təqsirləndirilən şəxs anlaqlıdır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkəti nəticəsində törətməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxsaya cəza təyin edərkən onun, bu hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan cəzasını yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmalı və sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri, Qaradağ rayonu icra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm çıxarıldığı bu günədək Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlandığı 03 (üç) ay 02 (iki) gün nəzərə alınıb təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının CM-nin 132-ci maddəsinin tələblərinə əsasən Qaradağ RPİ-də saxlanılan, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları 1 ədəd mayka və köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X4 444 manat (dörd yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hökm çıxarıldığı bu günədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 02 (iki) gün cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində 2 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Qaradağ RPİ-də saxlanılan, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları 1 ədəd mayka və köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X4 444 manat (dörd yüz qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar