Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-748/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Verdiktum” Vəkil Bürosunun vəkili X2 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 30 avqust 2001-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Muğan prospekti, döngə 4, ev 3-də qeydiyyatda olan, 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 2001-ci il tarixdə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, M.Əsədov küçəsi, ev 12-də qeydiyyatda olan, 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirərək quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq birlikdə 02 noyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Təqsirləndirilən şəxs2 küçəsi 2 ünvanının qarşısına getmiş, həmin vaxt yaxınlıqdan keçən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşısını kəsib maddi yardım adı ilə ondan 50 qəpik nağd pulu aldıqdan sonra, sonuncudan yenə də pul verməsini tələb etdikdə, Zərərçəkmiş şəxs başqa pulunun olmadığını bildirdikdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 əlində olan bıçağı hücuma məruz qalmış Zərərçəkmiş şəxs boğazına dayayaraq ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmiş və əlini Zərərçəkmiş şəxs cibinə salaraq onun cibindən 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən, dəyəri 360 manat təşkil edən «Samsung A3» markalı mobil telefonu və dəyəri 35 manat təşkil edən telefonun qidalandırılması üçün istifadə olunan «Hoco» markalı poverbankı götürərək Təqsirləndirilən şəxs1 verdikdən sonra hadisə yerini tərk edərək, ümumilikdə Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı zərəçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib bildirdi ki, hadisədən təxminən 2 ay əvvəl Nizami rayonu, Babək prospektində yerləşən avtomobil təmiri sexlərindən birində rəngsaz köməkçisi işləmiş, işlərin çoxluğu ilə əlaqədar adətən işdən gec çıxmışdır. Hadisə günü də, yəni 01 noyabr 2021-ci il tarixdə, saat təxminən 23:50 radələrində iş yerindən çıxaraq metronun «Neftçilər» stansiyasının yaxınlığında dostu ilə görüşmüş, bir qədər gəzdikdən sonra saat təxminən 02:30 radələrində, artıq 02 noyabr 2021-ci il tarixə keçən gecə dostu onu idarə etdiyi avtomobillə Nizami rayonu ərazisində yerləşən «Laçın» Ticarət Mərkəzinin qarşısına gətirmişdir. O, avtomobildən düşüb piyada metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində getmiş, metro stansiyasını keçib xalasının yaşadığı Təqsirləndirilən şəxs2 küçəsi istiqamətində yoluna davam etmişdir. Metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığından keçən zaman 3 nəfər tanımadığı şəxslərin orada dayanıb söhbət etdiyini görmüşdür. O, həmin şəxslərin yanından keçərək təxminən 2-3 dəqiqə piyada yol getdikdən sonra kiminsə onu arxadan çağırdığını eşidib dayanmışdır. Onu çağıran şəxs metronun qarşısında söhbət edən 3 nəfərdən biri, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 olmuşdur. İbrahim ona çatdıqdan təxminən 15 saniyə sonra sonuncu ilə dayanıb söhbət edən oğlanlardan biri də, digər Təqsirləndirilən şəxs1 onlara yaxınlaşmışdır. Üçüncü şəxs onlara yaxınlaşmadığınıdan onu ümumiyyətlə tanımamışdır. Yaxınlaşanların hər ikisi təxminən 20-25 yaşlarında olmuşlar. Təqsirləndirilən şəxs1 ondan üzərində pul olub-olmadığını soruşmuş, o isə üzərində 50 qəpik pulu olduğunu bildirib, həmin oğlanların heç də xoş olmayan niyyətlə ona yaxınlaşdıqlarını başa düşüb, 50 qəpiyi cibindən çıxararaq həmin oğlana uzatmışdır. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra sözlərinə davam edib pula ehtiyacları olduğunu, pulu varsa əlavə olaraq onlara pul verməsini istəmişdir. O isə, üzərində başqa pul olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 şalvarının arxa cibindən bıçaq çıxararaq onun boğazına yaxınlaşdırmış və sakit qalmağını deyərək əlini onun şalvarının cibinə salmışdır. Şalvarının cibində olan bir ədəd «Samsung A3» markalı mobil telefonunu və «Hoco» markalı mobil telefona enerji doldurmaq üçün istifadə etdiyi poverbankı çıxararaq Təqsirləndirilən şəxs1 vermişdir. O, oğlanlardan mobil telefonunu və poverbankı geri istəsə də, oğlanlar onun sözlərinə əhəmiyyət verməyib uzaqlaşmışlar. Qorxu və təhlükə içərisində olduğundan onların ardınca getməmiş, gözləməyib geri qayıdaraq yenidən metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığına gəlmiş, orada xidmət aparan polis əməkdaşlarını gördükdə onlara hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları onu da maşina alıb dərhal xidməti avtomobilə onun qarşısını kəsən oğlanların getdiyi istiqamətə yollanmışlar. Az sonra onların hər ikisi küçədə saxlanılarkən bir qaça bilmiş, lakin sonradan o da tutulmuşdur. Bundan sonra o, Nizami RPİ-nin 24-cü PŞ-nə gedib hadisə barədə ərizə yazmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə zamanı heç bir xəsarət almamışdır. İstintaqın gedişində özünə məxsus «Samsung A3» markalı mobil telefon, «Hoco» markalı poverbank onun özünə qaytarılmışdır. «Samsung A3» markalı mobil telefonu hadisədən təxminən bir ay əvvəl kreditlə 360 manata, «Hoco» markalı poverbankı həmin ərəfədə nağd olaraq 35 manata, mobil telefonun üzərində olan ***-***-**-** GSM nömrə kartını isə 5 manata almışdır. Hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Cibində olan 50 qəpiyi könüllü olaraq verdiyindən maddi ziyan kimi qəbul etməmişdir. Qarşısını kəsən şəxslərdən yalnız İbrahimin əlində bıçaq olduğunu görmüş, Təqsirləndirilən şəxs1 əlində bıçaq və ya digər əşya görməmişdir. Qarşısını kəsən zaman boğazına dayanmış bıçaq İbrahimin əlində olmuş, qəhvəyi rəngli taxtaya bənzər tutucağı olan qatlanan cib bıçağı olmuşdur. Onun qarşısını kəsən iki nəfərlə bir qədər əvvəl söhbət edən üçüncü şəxs ona yaxınlaşmamış və ona qarşı törədilən hadisəni görməmişdir, çünki o, oğlanların söhbət etdiyi yerdən aralanmışdır. Həmin ərazi döngədən sonra qaranlıq ərazi olduğundan üçüncü şəxs onları görməmişdir. Zərərçəkmiş şəxs ifadəsini bitirdikdən dərhal sonra məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş şəxs zamanı Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsi yerində yoxlanılarkən sonuncu ibtidai istintaq mərhələsində ilk olaraq verdiyi və hətta məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları yenə də təsdiq edərək hadisə yerində əyani şəkildə də göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən fotoşəkillər çəkilmiş və həmin şəkillər müvafiq protokola əlavə edilmişdir (iş vərəqə: səh.20-22). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə, ibtidai istintaq mərhələsində olduğu kimi, özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında mənfi və ya müsbət hər hansı münasibət olmamışdır. Digər Təqsirləndirilən şəxs2 onunla birlikdə əsgəri xidmətdə olmuşdur. O, İbrahimlə telefon əlaqəsi saxlayıb 28 oktyabr 2021-ci il tarixdə iş axtarmaq məqsədilə birlikdə Bakı şəhərinə gəlmişlər. Heç bir iş tapa bilməyib Sabirabad şəhər sakinləri, Bakı şəhərində tələbə olan Nadir və Miraslan adlı şəxslərin kirayə yaşadıqları, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən fərdi həyət evində gecələmişlər. 01 noyabr 2021-ci il tarixdə Sabirabad şəhərində qonşuluqda yaşayan Şahid1 onunla əlaqə saxlayıb iş axtarmaq üçün Bakı şəhərinə gəlmək istədiyini demiş, o da cavab olaraq Bakı şəhərində olduğunu bildirmiş, Müşviqlə Bakıda görüşə biləcəyini demişdir. Həmin gün axşam saatlarında Müşviq də Bakıya gəlmiş, onlar görüşmüş və birlikdə İbrahimin müvəqqəti gecələdiyi evə getmişlər. Yemək yedikdən sonra, artıq 02 noyabr 2021-ci il tarixə keçən gecə, saat təxminən 02 radələrində o, Müşviq və İbrahim birlikdə evdən çıxıb bir qədər gəzmək və siqaret almağı fikirləşmişlər. Onlar birlikdə Qara Qarayev prospektinə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına gəlmiş, orada siqaret köşkündən bir neçə ədəd siqaret alıb çəkmişlər. Onlar siqaret çəkən zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi zərər çəkmiş şəxs piyada onların yanından keçib getmişdir. Həmin vaxt İbrahim onlardan aralanıb Elçinin arxasınca getmişdir. İbrahim Elçinin arxasınca bir qədər getdikdən sonra o da İbrahimin dalınca getmiş, Müşviq isə olduğu yerdə qalmışdır. O, və İbrahim hər ikisi Elçindən pulunun olub-olmadığını soruşmuşlar. Elçin 50 qəpik pulu olduğunu demiş və həmin 50 qəpiyi ona vermişdir. Həmin vaxt İbrahim sağ əlində olan bıçağı Elçinə nümayiş etdirərək sol əli ilə onun ciblərini axtarmağa başlamış, ilkin olaraq Elçinin cibindən mobil cihazları qidalandırıcı poverbank tapmış və götürüb ona vermişdir. Bundan sonra İbrahim Elçinin digər cibindən onun mobil telefonunu götürmüş və telefonu da ona vermişdir. Sonra onlar Elçindən aralanıb qaçmağa başlamışlar. Onlar Müşviqin yanına gəlmiş və ona onların dalınca gəlməsini demişlər. Müşviq onlara çatdıqdan sonra onlar Müşviqə heç nə bildirməmiş, evə gedəcəklərini demişlər. Həmin yerdən bir qədər aralandıqdan sonra bir avtomobil onların yanında dayanmış, avtomobildən düşən polis əməkdaşları onları saxlayıb Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikdə onlar heç bir müqavimət göstərmədən onlarla getmişlər. Orada Zərərçəkmiş şəxs qarşı etdiklərini etiraf etmiş və əldə etdikləri əmlakı polisə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 Ramil oğlu ifadəsinin yekununda göstərdi ki, Sabirabad şəhər sakinləri olan Müşviq, Nadir və Miraslan adlı şəxslər onların həmyerliləri olmuş, məlum cinayətin törədilməsində onların heç bir rolu olmamışdır. O, və İbrahim Zərərçəkmiş şəxs heç bir hədə qorxu gəlməmiş və xəsarət yetirməmişlər. O, saxlanılan zaman üzərindən bıçaq aşkar olunmamış, onun üzərində heç bir bıçaq olmamışdır. Zərərçəkmiş şəxs qarşı tətbiq olunan həmin bıçaq İbrahimdə olmuş və sonuncudan da götürülmüşdür. Saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir zor tətbiq edilməmişdir. Onların əvvəlcədən kiməsə qarşı quldurluq etmək, kiminsə əmlakını qanunsuz olaraq ələ keçirmək kimi bir planları olmamışdır. Tutduğu əməldən son dərəcə peşiman olmuşdur. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 da ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 Ramil oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib bildirdi ki, onunla birlikdə əsgəri xidmətdə olmuş Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlayıb 28 oktyabr 2021-ci il tarixdə iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmişlər. Heç bir iş tapa bilməyib Sabirabad şəhər sakinləri, Bakı şəhərində tələbə olan Nadir və Miraslan adlı şəxslərin kirayə yaşadıqları, Bakı şəhərinin Nizami rayonu ərazisində, Babək prospektində yerləşən fərdi həyət evində gecələmişlər. 01 noyabr 2021-ci il tarixdə Arif Sabirabad şəhərində sonuncu ilə qonşuluqda yaşayan Şahid1 da Bakı şəhərinə gələcəyini ona demişdir. Həmin gün axşam saatlarında Arif Müşviqi qarşılamış və birlikdə gecələdikləri evə gəlmişlər. Bir qədər yemək yedikdən sonra 01 noyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixə keçən gecə, saat təxminən 02 radələrində o, və Arif evdən çıxıb bir qədər gəzməyi və siqaret almağı təklif etmişlər. Onlar və Müşviq birlikdə evdən çıxıb Qara Qarayev prospektinə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına gəlmiş, orada siqaret köşkündən bir neçə ədəd siqaret alıb çəkmişlər. Həmin vaxt Arif Bakı şəhərinə gələrkən yol pulu kimi 60 manat borc aldığını bildirmiş və həmin pulu təcili olaraq qaytarmaq lazım olduğunu demişdir. Ariflə aralarında olan ilkin razılaşmaya görə, gecə saatlarında qarşılarına çıxan istənilən şəxsin qarşısını kəsib pullarını almağı planlaşdırmış, lakin bu barədə o özü Müşviqə bir söz deməmişdir. Arifin isə bu barədə Müşviqə bir söz deyib-demədiyindən məlumatı olmamışdır. Onlar siqaret çəkən zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi zərər çəkmiş şəxs onların yanından keçib getmişdir. O, Ariflə aralarında olan razılaşmaya əsasən Elçinin arxasınca qaçmış və qarşısını kəsmişdir. Arif də onun arxasınca qaçaraq gəlib arxa tərəfdən Elçinə yaxınlaşmışdır. Onlar hər ikisi Elçindən pulunun olub-olmadığını soruşmuşlar. Elçin 50 qəpik pulu olduğunu demiş və həmin 50 qəpiyi Arifə vermişdir. O, sağ əlində olan bıçağı Elçinə nümayiş etdirərək sol əli ilə ciblərini axtarmağa başlamışdır. İlkin olaraq Elçinin cibindən mobil telefonlar üçün qidalandırıcı rolunu oynayan poverbank tapmış və götürüb Arifə vermişdir. Bundan sonra Elçinin digər cibindən onun mobil telefonunu götürmüş və onu da Arifə vermişdir. Bundan sonra onlar Elçindən aralanıb qaçmağa başlamış və Müşviqin olduğu yerə çatdıqda ona da onların dalınca gəlməsini demişlər. Müşviq onlara çatdıqdan sonra onlar bir qədər hadisə yerdən aralandıqda bir avtomobil onların yanında dayanmış, avtomobildən düşən polis əməkdaşları olmuş, sonuncular onları maşina oturdub Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Polis əməkdaşları onları avtomaşına mindirərkən cibində olan taxta dəstəkli, düymə ilə açılıb bağlanan bıçağı, Elçindən aldığı mobil telefonu və telefonun qidalandırıcı poverbankını polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərdi ki, hadisə zamanı onlar Zərərçəkmiş şəxs qarşı heç bir hədə-qorxu gəlməmiş və ona xəsarət yetirməmişlər. Sadəcə əlində bıçağı mümayiş etdirərək onun ciblərini axtarmışdır. Baş vermiş hadisədə Müşviqin heç bir rolu olmamış, ümumiyyətlə məlumatsız olmuşdur. Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsində məqsəd Arifin həmin əşyaları satıb 60 manat borcunu ödəmək istəməsi olmuşdur. Onlar saxlanılarkən polis əməkdaşları tərəfindən onlara heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikdə onlar heç bir müqavimət göstərmədən polis şöbəsinə getmişlər. Tutduğu əməldən son dərəcə peşiman olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda keçirilmiş ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərbəst ifadələri yerində yoxlanılarkən sonuncular ibtidai istintaq mərhələsində ilk olaraq verdikləri, sonradan ibtidai istinqaın gedişində və hətta məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları yenə də təsdiq edərək hadisə yerində əyani şəkildə də göstərmişlər. İfadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən fotoşəkillər çəkilmiş və həmin şəkillər müvafiq protokollara əlavə edilmişdir (iş vərəqə: səh.93-95, 107-109). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq mərhələsində sərbəst ifadələrində ilk olaraq verdikləri, sonradan isə məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları - cinayət hadisəsinin törədilməsində hər birinin iştirakının dərəcəsi barədə göstərdiklərini tam olaraq yenə də təsdiqləyərək əməllərini səmimi etiraf etmişlər (iş vərəqə: səh.167-170). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olaraq Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs özünə qarşı törədilmiş quldurluq cinayətinin törədilməsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin iştirakının dərəcəsi barədə göstərdiklərini sonuncuların üzünə qarşı bir daha tam olaraq təsdiqləmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə üzlərinə qarşı deyilənləri inkar etməyib əməllərini səmimi etiraf etmişlər(iş vərəqə: səh.171-173, 174-176). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin X5 5-ci Polis Bölüyünün polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 02 noyabr 2021-ci il tarixdə, saat təxminən 03 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində dislokasiya üzrə piyada xidmət apararkən bir nəfər, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi zərər çəkmiş şəxs ona və onunla birlikdə xidmət aparan polis əməkdaşları Şahid3 və Şahid4 yaxınlaşaraq iki nəfər şəxs şəxsin onun boğazına bıçaq dayayaraq üzərində olan mobil telefonunu və poverbankını əlindən alaraq qaçdıqlarını bildirmişdir. Elçin həmin şəxslərin əlamətlərini onlara təsvir etmiş və onlar Zərərçəkmiş şəxs də özləri ilə götürüb dərhal ərazini gəzərək həmin şəxsləri axtarmağa başlamışlar. Verilən əlamətlərə uyğun iki-üç nəfər şəxsi Babək prospektində yerləşən “Modern Hospital”ın yaxınlığında görmüş və həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslər onları görən kimi qaçmağa başlamış, onlar həmin şəxsləri təqib edib ikisini yaxalamış, biri isə qaça bilmişdir. Bundan sonra onlar 2451 çağırışlı avtopatrul maşını ilə əlaqə saxlamış və həmin yerə dəvət etmişlər. Avtopatrul maşını gəlmiş və onlar yaxalanan hər iki şəxsi maşına mindirib Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Orada həmin şəxslərin birinin Təqsirləndirilən şəxs1, digərinin isə Şahid1 olduğunu öyrənmiş, raport tərtib edərək həmin şəxsləri PŞ-nə təhvil vermişlər. Onlar saxlanılan şəxsləri polis şöbəsinə aparan zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxslə bir nəfərin boğazına blçaq dayayaraq cibində olan mobil telefon və poverbankını əlindən aldıqlarını etiraf etmişdir. Həmin vaxt saxlanan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mobil telefonu və pover bankının İbrahim adlı digər qaçan şəxsin üzərində olduğunu və yerini göstərə biləcəyini demişdir. Sonra 24-cü PŞ-nin əməliyyat qrupuna kömək məqəsdilə onlar həmin şəxsi götürüb yaşadıqları Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının arxa hissəsindəki evə getmişlər. Evə yaxınlaşan zaman həmin şəxsi bayırda görmüş və 24-cü PŞ-nin əməliyyatçıları ilə birlikdə onu da saxlayıb 24-cü PŞ-nə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus mobil telefonu və poverbankı, həmçinin cinayətin aləti olan bir ədəd bıçağı polisə təhvil vermişdir. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 hadisəyədək tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X5 5-ci Polis Bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 ifadələrində məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha tam olaraq təsdiq etmişlər. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən sonuncunun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmədə elan olunmaqla tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə, axşam saat təxminən 18 radələrində iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmiş, Bakıda müvəqqəti yaşayan, Sabirabad şəhərindən olan qonşusu Təqsirləndirilən şəxs1 və onunla birlikdə kirayə yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Axşam yeməkdən sonra, gecə saat təxminən 02 radələrində Arif və İbrahim evdən çıxıb bir qədər gəzməyi və siqaret almağı təklif etmişlər. O, onlarla birlikdə evdən çıxmış və birlikdə Qara Qarayev prospektinə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına gəlmişlər. Orada siqaret köşkündən bir neçə ədəd siqaret alıb çəkmişlər. Bundan sonra Arif ona bir qədər gözləməyi tapşırıb, bir müddətdən sonra gələcəklərini demiş və İbrahimlə birlikdə ondan aralanıb getmiş və onun gözündən itmişlər. Təxminən 5-6 dəqiqə keçmiş Arif və İbrahim geri qayıtmışlar. Onlar çatan kimi evə getməyi təklif etmişlər. Onlar üçü birlikdə Arif və İbrahimin kirayə yaşadıqları evə tərəf getdikdə bir avtomobil onların yanında dayanmışdır. Avtomobildən düşən polis əməkdaşları onları Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Şahid1 tədqiq olunan həmin ifadəsində əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hara getdiklərini bilməmişd, o, onların ayaqyoluna getmələrini düşünmüşdür. O, Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 əlində bıçaq görməmişdir. Lakin onları saxlayıb polis şöbəsinə aparan zaman İbrahimin üzərindən bıçaq aşkar olunmuşdur. Onlar saxlanılarkən polis əməkdaşları tərəfindən onlara heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikdə onlar heç bir müqavimət göstərmədən polis şöbəsinə getmişlər (iş vərəqə: səh.33-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan canlı şəxsin tanınmaya təqdim edilməsi protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda eyni cinsdən olan şəxslərlə birlikdə tanınmaları üçün Zərərçəkmiş şəxs təqdim olunmuş, sonuncu ayrı-ayrılıqda keçirilmiş istintaq hərəkəti zamanı təqdim edilən şəxslərin arasında təqsirləndirimlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərərək həmin şəxslərin ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxslər olduğunu bildirmiş, yəni ona qarşı quldurluq cinayəti törətmiş şəxsləri tanımışdır. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, qeyd olunan istintaq hərəkəti aparılarkən qanun pozuntusuna yorl verilməmişdir (iş vərəqə: səh.35-37, 38-40). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi barədə 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd “Samsung A3” markalı mobil telefon eyni növdən olan əşyalar arasında Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş, sonuncu tanınmaya təqdim edilən əşyalar arasında özünə məxsus olan “Samsung A3” markalı mobil telefon tanıdığını və həmin mobil telefonun quldurluq nəticəsində talanmış özünə məxsus əmlak olduğunu bildirmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, qeyd olunan istintaq hərəkəti aparılarkən qanun pozuntusuna yorl verilməmişdir (iş vərəqə: səh.132-135). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməballistik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 3/1850 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd (Təqsirləndirilən şəxs1 götürülmüş) bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xasiyyətə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: səh.204). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 3/1849 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd (Təqsirləndirilən şəxs2 götürülmüş) bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xasiyyətə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: səh.207). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 9/8087 rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş «Samsung A3» markalı mobil telefonun və mobil telefonun qidalandırılması üçün istifadə olunan «Hoco» markalı poverbankın istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 195,0 manat müəyyən edilir (iş vərəqə: səh.210). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 964 nömrəli rəyindən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: səh.212-213). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 2725 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xətəliyin ələmətləri aşkar olunmamışdır, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədərkən xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hövsələsizlik, hirslilik, emosional oyanıqlıq, tez özündən çıxmaq, eqosentrizm, konfliktə meyillilik, inadkarlıq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 əqli və psixi imkanlarına görə hadisə baş verən vaxt öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur (iş vərəqə: səh.215-217). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 2726 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs2 döyüşlər zamanı keçirilmiş stressin «Posttravmatik stress pozuntusu» (F 43.1) aşkar olunur. Qeyd olunan «Posttravmatik stress pozuntusu» psixotik əlamətlər müşayiət olunmadığından həmin psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 inadkarlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. O, sensor-persepktiv proseslərinin fərdi xüsusiyyətlərinə görə hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malikdir (iş vərəqə: səh.219-222). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd «Samsung A3» markalı mobil telefon və telefonun qidalandırılması üçün istifadə olunan «Hoco» markalı poverbank iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin özünə təhvil verilmişdir (iş vərəqə: səh.223, 225). Bundan başqa, ibtidai istintaq orqanının yenə də 11 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli tutacağı olan, qatlanan, düyməli bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir (iş vərəqə: səh.226-227, 296). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq cinayətini törətmələri mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə tərəfindən, onlara istinad olunan həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 6cı bəndində göstərilir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 15-ci bəndində qeyd olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməmiş və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vərəqə: səh.184). Lakin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 16 oktyabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (iş vərəqə: səh.185-186). Hazırkı işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu baxılan iş üzrə cinayət hadisəsinin törədilməsindən əvvəl ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu Şirvan şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən təyin edilən bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin başa çatması ilə əlaqədar qeydiyyatından çıxarıldığı tarixdən - yəni 16 oktyabr 2019-cu il tarixdən hesablanmış, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyi üçün məhkumluğu 16 oktyabr 2020-ci il il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, hər iki təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətmələri nəzərə alınmalı, sosial ədalətin bərpası, onların islah olunması, həm təqsirləndirilən şəxslərin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hər iki təqsirləndirilən şəxsə cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli onların 02 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulduqları və 04 noyabr 2021-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldıqları tarixdən, yəni 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, hər iki təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli tutacağı olan qatlanan düyməli bıçaq məhv edilməli; - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd «Samsung A3» markalı mobil telefonun və telefonun qidalandırılması üçün istifadə olunan «Hoco» markalı poverbankın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 178,00 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 89 (səksən doqquz) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli tutacağı olan qatlanan düyməli bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd «Samsung A3» markalı mobil telefonun və telefonun qidalandırılması üçün istifadə olunan «Hoco» markalı poverbankın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - 178,00 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 89 (səksən doqquz) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-748/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-748/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver