Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-748/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, X7 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və və rusazərbaycan dilləri üzrə tərcüməçilər X4 və X1 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10, mənzil 16 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 mart 2023-cü il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 3,198 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın ərazisinə daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 23:00-da ünvan 1 ünvanın qarşısında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 01:25-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdar ümumi təmiz çəkisi 3,198 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, gedib təsadüfən «Nizami» metrostansiyasının yaxınlığına toplaşan narkotik istifadəçilərinə qoşulmuş və narkotik vasitələrdən istifadə edən şəxsə çevrilmişdir. O, adətən az miqdarda metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Növbəti dəfə narkotik vasitə əldə edə bilməsi üçün 13 mart tarixdə, gecə saat 23:00 radələrində ona daxil olan zəng əsasında üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi Qabil adlı şəxslə görüşmüşdür. O, Qalibin nömrəsini əzbər bilməmiş, lakin özünün nömrəsi 010 ***-**-** olmaqla Azercell MMC-yə məxsus olmuşdur. Tutulan vaxt da həmin nömrədən istifadə etmişdir. O, Qabilin təklifi ilə Zərgərpalan küçəsindəki “Grand” otelin arxasında görüşməyə razılaşmışdır. O, Qabillə əvvəllər də bir necə dəfə görüşmüş və ondan özünün istifadəsi üçün narkotik vasitə almışdır. Narkotiklə bağlı onun digər şəxslərlə münasibəti olmamışdır. O, özü İçəri şəhərdə turizm şirkətində bələdçi işləmiş, gündəlik qazancım minimum 50 AZN olmuşdur. Orada narkotik vasitə istifadə etdiyi ev olmuş, o, Qabillə həmin evdə tanış olmuşdur. Qalib axırıncı dəfə onunla danışmış və onu tutdurmuşdur. Tutulandan sonra o, Qabilin izini belə, görməmişdir. Belə ki, o, Qabillə görüşən zaman ona polis əməkdaşları yaxınlaş, qoluna qandal vurub, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. O, naməlum şəxslə görüşən zaman və polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis onu saxlayan zaman onun üzərində bir ədəd telefon, 3 azn pul və 1 siqaret olmuşdur. BMCMİ-də onu saxlayan polislər onu döyərək xəsarət yetirmiş, sənədlərə belə qol çəkdirilmiş, ittihamda göstərilən narkotik vasitəni boynuna götürməyə məcbur etmişlər. O, sənədlərə qol çəkəcəyinə söz verdikdən sonra onu təhqiqata təhvil vermişlər. Onun üzü aşağı vəziyyətdə olduğundan konkret olaraq ona kim tərəfindən xəsarətlər yetirildiyini görməmişdir. İşdə adı şahid kimi keçən polis əməkdaşı Şahid1 da ona işgəncə verilərkən otaqda olmuşdur. O, döyüləndən sonra razılaşmış, vəkillə tərcüməci sonradan gəlmişlər. O, İstintaq Təcridxana yerləşdirilərkən xəsarətlə bağlı məlumat vermiş, o, tibbi müayinədən keçmiş, üzərindəki xəsarətləri qeydə alınmışdır. Prokurorluq əməkdaşı və ekspert təcridxanaya gəlmiş, orada dindirilmiş və o, orada da eyni sözləri onlara demişdir. Ona işgəncə verən şəxsləri o, üzdən tanımış, onlar özlərini əməliyyatçı kimi təqdim etmişdilər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona təhqiqatçı, müstəntiq tərəfindən təzyiqlər olmamışdır. O, sanksiyaya getməzdən əvvəl prokurorun qəbulunda olmamış, o, «banditizm»dən birbaşa sanksiyaya aparılmışdır. Məhkəmədə hakim ondan təzyiqlər barədə soruşmuşdur. Lakin o, hələ məhkəməyə çıxarılmazdan əvvəl o, hədələnmiş, ona təzyiq olduğunu deyəcəyi təqdirdə, yenidən «Banditizm»ə aparılacağı bildirilmişdir. Amma hakim özü onun xəsarətlərini görmüş və prokurora nəzərə almağı tapşırmışdır. O, ancaq nakorik vasitədən istifadə etmiş, satışı ilə məşğul olmamışdır. Ona polis tərəfindən nə deyilmişsə, o da deyilənləri təsdiqləmişdir. O, Elçin adlı şəxsi tanımamış, hər şeyi, o cümlədən ifadələrini təzyiq altında vermiş və imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 14 mart 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkoloji dispanserdə qeydiyyatda olmuşdur. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. 2021-ci ilin may ayında Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində ittihamın mahiyyəti üzrə göstərdi ki, 13 mart 2023cü il tarixdə yaşadığı ünvan 2 ünvanından öz şəxsi işləri ilə məşğul olmaq üçün çıxmış, həmin gün saat təxminən 15 radələrində təsadüfən anket məlumatlarını bilmədiyi “Elçin” adlı şəxslə görüşmüşdür. Həmin vaxt Elçin ona 50 manat pul müqabilində bir büküm narkotik vasitə olan «kakos» vermişdir. Bundan əvvəl də bir neçə dəfə də onunla görüşüb ondan narkotik vasitə almışdır. Hərdən elə olmuşdur ki, tanımadığı digər şəxslərdən də narkotik vasitə əldə etmiş və həmin vaxt da, yəni əvvəllər də onun Elçinə əldə etdiyindən pay kimi verdiyini bildirmişdir. 13 mart 2023-cü il tarixdə, saat 23:00-da ünvan 1 ünvanın yaxınlığında olarkən 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onun anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi olaraq hazırda da üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə getmişdir. Polis İdarəsində tərcüməçi və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd siqaret qutusunu və 3 manat pulu, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Micromax” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 13 mart 2023-cü il tarixdə günorta saatlarında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, aldığı maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar edilmiş siqaret qutusuna baxış keçirilmiş və həmin vaxt siqaret qutusunun içərisindən hər hansı əşya aşkar edilməmişdir. Eyni zamanda şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Micromax” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 3 manat pul və 01 ədəd siqaret qutusu özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir (iş vərəqə: 73-75, 93-95). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 13 mart 2023cü il tarixdə DİN-nin BMCMİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin gün saat 23:00 radələrində Yasamal rayonu, Zərgər Palan küçəsi 100 saylı ünvanın qarşısında olmuş və Təqsirləndirilən şəxs oxşar şəxs orada saxlanılmışdır. Tədbirdə ondan başqa əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da iştirak etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edildi. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən həm gecə saatları olduğundan və həm də şərait olmadığından onun üstünə baxış keçirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəl gözləmə otağında saxlanılmış, sonra təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd siqaret qutusunu və 3 manat pulu, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Micromax” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 13 mart 2023-cü il tarixdə günorta saatlarında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusuna baxış keçirilmiş və həmin vaxt siqaret qutusunun içərisindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs barəsində dəfələrlə əməliyyat məlumatı daxil olmuş, lakin onun narkotik vasitələri alıb kiməsə satdığını konkret müəyyənləşdirə bilməmişlər. Təqsirləndirilən şəxsin döyülməsi, ona xəsarətlər yetirilməsi barədə göstərdikləri doğru deyildir. Onu döyən, xəsarət yetirən olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb idarəyə gətirilərkən onun üzərində xəsarət izləri əvvəlcədən olmuş, onun gözünün altı tünd rəngdə olmuşdur. O, Təqsirləndirilən şəxs saxlayarkən gözünün altındakı xəsarəti görmüşdür. Lakin bədənində heç nə görməmiş, Ruslan özü bədən xəsarətləri ilə bağlı onlara heç nə deməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları Şahid3 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 mart 2023-cü il tarixdə, saat 23:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən DİN-nin BMCMİ-nə gətirilmiş, üzərinə saat 01:25-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə şübhəli maddəni çıxarıb təqdim etmiş, həmin maddə götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 13 mart 2023-cü il tarixdə, günorta saatlarında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, aldığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, lakin heç kimə satmadığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 40- 43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə aşkar edilmiş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 3,198 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan 3,198 qram heroinin 0,05 qram hissəsi ekspertiza tədqiqatına sərf edildilmiş, 3,148 qram hissəsi qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir (iş vərəqə: 52-56). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2023-cü il tarixli, 2535 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs ekspertlər tərəfindən müayinə olunarkən son 1 il ərzində psixotrop maddə olan metamfetamindən və 5 il ərzində arabir narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir (iş vərəqə: 177-178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən götürülmüş açıqlamalardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlar və sms yazışmaları haqqında CD diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 15 noyabr 2022-ci il tarixdə, saat 19:12:41-də **********21 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan “ Brat valla ikimizin cani direm kola catmadi az oldu draznit saxladi” məzmunda SMS yazışmaları aşkar edilmişdir (iş vərəqə: 153-155). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz çəkisi 3,198 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,148 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlar və sms yazışmaları haqqında olan bir ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 126-128, 153-155, 206-220). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 28 mart 2023-cü il tarixli əməliyyat tapşırığının 01 iyun 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. O cümlədən aşkar edilmiş narkotik vasitənin mənbəyini və Təqsirləndirilən şəxs ifadələrində adını çəkdiyi “Elçin” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 167). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 13 mart 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməs haqqında” həmin qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: 124-125). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 206-219). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3,198 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən iki dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, ilkin məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil sms əlaqələrinin olması, Təqsirləndirilən şəxs narkotik asılılığının opioidlər qrupunqa aid olan narkotik vasitələrlə deyil, psixisotimulyator qrupuna aid olan maddələrlə əlaqəli olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılan sms yazışmalarının mətnindən görünür ki, 15 noyabr 2022-ci il tarixdə, saat 19:12:41-də **********21 saylı mobil nömrə abonentinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə göndərdiyi sms-də, sms-i göndərən abonentin aldığı narkotik vasitənin miqdarının az olması səbəbindən həmin narkotik vasitəni istifadə etmiş şəxsə az təsirindən bəhs olunur. Həmçinin Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının tədqiqi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs psixisotimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar edilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunan maddə psixisotimulyator qrupuna deyil, opioidlər qrupunqa daxil olan heroin narkotik vasitəsidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına, psixisotimulyator qrupuna aid maddələr isə Respublika ərazisində dövriyyəsi qadağan edilən İİ siyahıya daxildirlər. Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarpakterli sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki və psixoloji təsirlər nəticəsində, o cümlədən döyülməklə, ona qarşı işgənecələr verilməklə, bədən xəsarətləri yetirməklə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi, ona bədən xəsarətləri yetirilməsi barədə müraciətləri məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş rəsmi cavablarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ çiyin nahiyəsində 1 sm ölçüdə əzilmiş yara, sağ gözaltı və sağ göz qapağı nahiyəsində 2 sm ölçüdə bönövşəyi yara müşahidə edilmişdir. İşdə olan, Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçadan görünür ki, sonuncu müəyyən olunan xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 14 mart 2023-cü il tarixli məhkəmə-tibb eksperizası təyin etmək barədə qərarına əsasən keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 15 mart 2023-cü il tarixli 107/MEŞ saylı rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs sağ qaş qövsünün sıyrığı və gözaltı nahiyənin qançırı xəsarətləri aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri 15 mart 2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 4-5 gün əvvələ, yəni ən azı 11 mart 2023-cü il tarixə uyğun gəlir və müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs saxlanılarkən BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı 15 mart 2023-cü il tarixli məlumatına əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, Nərimanov rayon prokurorluğunun araşdırması ilə əlaqədar prokurorluğun 01 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin olunmaqla keçirilmişdir. Məhkəmə-tibb ekspertizanın 25 may 2023-cü il tarixli, 619 saylı rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izinin aşkar olunmadığı, lakin xx.xx.2023-cü il tarixdə BİT-ə daxil olarkən ilkin tibbi müayinə zamanı müəyyən olunan sağ çiyin nahiyəsinin səthi yarası, gözaltı və göz qapağının qançırı xəsarətlərinin küt əşyanın təsirindən törənməsi, yetirilmə müddətinin şəxsin dediyi 13 mart 2023-cü il tarixə uyğun gəlməsinin mümkünlüyü, dərəcəsi təyin olunmayan xəsarətlərə aid olması müəyyən edilmişdir. 25 may 2023-cü il tarixli, 619 saylı rəy digər araşdırma materialları ilə müqayisəli təhlil edilmiş və Nərimanov rayon prokurorluğunun 25 may 2023-cü il tarixli qərarına əsasən fakt təsdiqini tapmadığından toplanmış araşdırma materialları üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nərimanov rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən BMCMİnin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı yoxlama materialları öyrənilərkən araşdırmanın tam, hərtərəfli və obyektiv araşdırılmadığı qənaətinə gəlinmiş və prokurorluğun araşdırmanın nəticəsi olaraq qəbul edilmiş 25 may 2023-cü il tarixli qərarı ləğv edilərək əlavə araşdırma aparılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda aparılmış əlavə araşdırma ilə əlaqədar prokurorluğun 14 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-tibb ekspertizası təyin olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizanın 20 iyul 2023-cü il tarixli, T511/2023 saylı rəyindən isə görünür ki, məhkəmə-tibb ekspertizası zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır, xx.xx.2023-cü il tarixdə BİT-ə daxil olarkən ilkin tibbi müayinə zamanı müəyyən olunan sağ çiyin nahiyəsinin səthi yarası, gözaltı və göz qapağının qançırı xəsarətləri küt yaranma mexanizminə malik olmaqla müxtəlif şəraitlərdə yarana bilərdilər, xəsarətlər tibbi kitabçada tam təsvir edilmədiyindən (ölçüsü, rəngi, forması) onların yaranma müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir, istər birlikdə və ya istərsə də ayrı-ayrılıqda dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 04 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs saxlanılarkən BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması fakt təsdiqini tapmadığından toplanmış araşdırma materialları üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə görə təkrarən rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində ilk olaraq obektiv müayinə aparılmaqla keçirilmiş məhkəmə tibb-ekspertizasının 15 mart 2023-cü il tarixli 107/MEŞ saylı rəyində sonuncunun müəyyən olunan bədən xəsarətlərini saxlanıldığı gün yox, saxlanılmazdan 2-3 gün əvvəl aldığı göstərilmişdir. Lakin sonrakı iki tədqiqat zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizanın ikinci - 25 may 2023-cü il tarixli, 619 saylı rəyində qeyd olunduğu kimi, müəyyən olunan xəsarətlərin yetirilmə müddəti yalnız təqsirləndirilən şəxsin özünün deməsi əsasənda 13 mart 2023-cü il tarixə uyğun gəlməsinin göstərilməsi ehtimal olunmuşdur. Ən nəhayət, üçüncü - 20 iyul 2023-cü il tarixli, T511/2023 saylı rəyindən isə görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamış, xx.xx.2023-cü il tarixdə BİT-ə daxil olarkən ilkin tibbi müayinə zamanı müəyyən olunan xəsarətlərin yaranma müddəti barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. İstər məhkəməyədək icraat mərhələsində, istər Təqsirləndirilən şəxs saxlanılarkən BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması faktı ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılması zamanı və istərsə də məhkəmə baxışı zamanı dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları Şahid3, Şahid2 və Qurbanov X2 Ruslan Əli oğlu ona qarşı təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması faktını təkzib etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət çıxıldıqdan sonra üzərində iki il üç ay dörd gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin amnistiya haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cəzası 01 il azaldılmış və 01 noyabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün o, qeydiyatdan çıxarılmış, lakin Təqsirləndirilən şəxs yeni cinayəti törətdiyi 13 mart 2023-cü il tarixə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi onun barəsində cinayətlərin residivini yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4. və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2023-cü il tarixli, 2535 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2023-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,198 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 3,148 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,198 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 3,148 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-748/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-748/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver