Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-749/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il martın 06-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda 8,466 qram və 12,357 qram, ümumilikdə 20,823 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşımaqla üzərində saxlamış, 2021ci il noyabrın 09-da saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi, döngə 7, ev 101 ünvanının yaxınlığında saxlanaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda 8,466 qram və 12,357 qram, ümumilikdə 20,823 qram təmiz çəkidə, yəni külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, arabir narkotik vasitə və psixotrop maddə istifadə edib onların satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində qanunla qadağan edilən heç bir əşya olmamışdır. Videoçəkiliş zamanı ondan aşkar edilmiş psixotrop maddə metamfetamini cibinə onu tutan polis əməkdaşları qoymuşlar. Firuz adlı iranlını tanımır. Ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalamış, bu haqda hər hansı bir rəsmi orqana şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri Xəzər rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldıqda onlar 2021-ci il noyabrın 09-da saat 20:30-da ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görməklə yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunanda sonuncu əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxarmaqla təqdim etmiş, içərisində psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddəni sosial şəbəkədə tanış olduğu Firuz adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 2021-ci il noyabrın 09-da əvvəlcədən təyin edilən yerdən götürdüyünü, sonradan onları müəyyən ünvanlara qoymaq müqabilində ona narkotik vasitə veriləcəyini bildirmişdir. Bükümlər zərfə qoyularaq möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanarkən və üzərində şəxsi axtarış aparılan vaxt hər hansı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili vəzifəsində işləmiş polis baş leytenantı Şahid3 Şahid1 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə 2021-ci il noyabrın 09-da saat 20:30-da ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanarkən gətirildiyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində şəxsi axtarış aparıldıqda üzərindəki iki ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim etdiyini, orada olanlardan birinin arxadan qulağına pıçıldayaraq həmin maddəni guya Firuz adlı iranlıdan alıb sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağı qarşılığında öz istifadəsi üçün narkotiklə təmin olunacağını deməsini bildirdiyindən həyəcanlı olduğuna görə belə etdiyini, həqiqətdə isə bədənində şiddətli ağrılar olduğundan psixotrop maddə metamfetamini göstərilən tarixdə günorta saatlarında Buzovna qəsəbəsində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi üçün aldığını sonradan bildirdiyini, onun kimi narkomanlarla mesajlaşsa da sonunculara narkotik pay verdiyini, lakin satmadığını, yazışmalardakı «patı» və «daş» sözlərinin metamfetamin, «kola» və «torpaq» sözlərinin heroin, «ot» sözünün isə marixuana olmasını, ümumiyyətlə narkotiklərin satışı ilə məşğul olmadığını, ona qarşı hər hansı fiziki və psixi təzyiq tətbiq olunmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 33-34, 47-48, 57-59, 68-70 və 143-145). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il noyabrın 09-da tərtib etdiyi raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə-295-008- 21 №li əmrindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2021-ci il 16 noyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri Xəzər rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il noyabrın 09-da saat 20:30da ünvan 2 ünvanın yaxınlığında saxlanmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2ci Polis Şöbəsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4, 7-8, 11 və 94). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 09 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun qardaşı X6 məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 28). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 09 noyabr tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd bükümü, idman gödəkcəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 42 manatı, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd siqaret qutusunu çıxararaq təqdim edib bükümlərin içərisindəki psixotrop maddə metamfetamini Firuz adlı İran İslam Respublikasının vətəndaşından əvvəlcədən təyin olunan yerdən götürdüyünü, məqsədinin göstərilən maddələri müəyyən ünvanlara qoymaqla əvəzində öz şəxsi istifadəsi üçün narkotik vasitə almaq olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq tətbiq edilmədiyini bildirmiş, pul və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmış, «Samsung» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, habelə aşkar edilən bükümlər zərfə qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 30-32). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 10 noyabr tarixli 6/4974 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar olan bir ədəd kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda 8,466 qram və 12,357 qram, ümumi təmiz çəkisi 20,823 qram olan ağ rəngli kristallik maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonrakı qalığı 20,723 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 39-41). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd bükümü, idman gödəkcəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 42 manatı, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd siqaret qutusunu çıxarmaqla təqdim edərək bükümlərin içərisindəki psixotrop maddə metamfetamini Firuz adlı İran İslam Respublikasının vətəndaşından əvvəlcədən təyin olunan yerdən götürdüyünü, məqsədinin həmin maddələri müəyyən ünvanlara qoyub əvəzində öz şəxsi istifadəsi üçün narkotik vasitə almaq olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq tətbiq edilmədiyini bildirməsi, pulun və siqaret qutusunun Təqsirləndirilən şəxs qaytarılması, «Samsung» markalı mobil telefonun və şəxsiyyət vəsiqəsinin, habelə aşkar edilən bükümlər zərfə zərfə qablaşdırılmaqla götürülməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 46). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 11 noyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 50-51). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2021-ci il 11 noyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 09dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 66-67). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 81). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 2021-ci il 25 noyabr tarixli 057-8093-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 86). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2009-cu il 09 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci, 177.2.3.cü və 180.1.-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə və 3.000 manat cərimə cəzalarına məhkum olunmaqla 2009-cu il noyabrın 27-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2009-cu il 26 noyabr tarixli qərarına əsasən 02 ay 09 gün şərti olaraq cəzadan vaxtından əvvəl azad edilmiş, Bakı Hərbi Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 32.4, 312.1.-ci maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 95-96). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 30 dekabr tarixli 5379 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunsa da hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 107-108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 14 yanvar tarixli 438 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 115). İş materiallarındakı Xəzər Rayonu İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 18 yanvar tarixli 13 №-li xasiyyətnamədən və eyni tarixli 93 №-li arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, bağ evi 2/248-2/249/1248-1249 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailəsi 1991-ci il 11 avqust təvəllüdlü arvadı X2, övladları 2012-ci il 18 sentyabr təvəllüdlü X3, 2017-ci il 17 yanvar təvəllüdlü X4 və 2018-ci il 04 oktyabr təvəllüdlü X5 ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 116-117). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 yanvar tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 11 yanvar tarixli BKC/LGL-58/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə 2021-ci il oktyabrın 31-də saat 02:15-də «Yetim biraz pati tapmisam yarisini vere bilerem sene» məzmunlu mesajın gəlməsi müəyyənləşdirilmiş, çıxarışlar protokola, CD diski cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 118 və 120- 126). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 yanvar tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 13 yanvar tarixli AZF/LGL-41/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə 2021-ci il oktyabrın 12-də saat 00:25-də «Qaqaş, mənə 25m pul birazda patı düzüb qoşa bilərsən???Birazda torpaq nəyə güc çatsa» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il oktyabrın 17-də saat 19:15-də «Qaqaş 10d torpaq, 1daş lazımdı pulu neqdi prosda atam mənə nəyə verirdin o qiymətə imkan var vəziyyəti i bilirəm ocun isdemirem» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il oktyabrın 19-da saat 18:19-da «Yar daw 30 manat qardawsen» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il oktyabrın 25-də saat 07:58-də «ata wehere gedirem birazdan sen indi neciye diyirsen mende diyim birde kola da varsa onda onunda qiymetini di birde ki usdumde 10 nuq var seherden de cekmemiwem oturerdim sene mene ozume daw verersen?ne qalar axsam ya seher oturerem» və 2021-ci il oktyabrın 25-də saat 13:30-da «ata sen mene torpagin birde dawin qiymetini di neciye vereceysen mende bilim senin canivi yiyerem bir iki defe qardawiva el tut sonra yaxsi olacaq gozduyurem bidene cavab yazda» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il oktyabrın 29-da saat 14:19-da «buzovna yolundayam 25 manat üstümdədi torpaq lazimdiye qaqaş zəng vururam odboy gedir» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 03-də saat 01:32-də «Ata 10 torpaq 4dene daş günde 100m vericem sene emele geler bathram yetim» məzmunlu və ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 03-də saat 21:49-da «Qardaşim imkan varsa açardinda brat mən çatiramda uje bayaq danişdime səniyşn Nicad bikgəhdən yari torpaq 10luq daş» məzmunlu mesajların göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 2021-ci il oktyabrın 12-də saat 00:38-də «Yetim duzeler gor imkan varsa torpagi 20 den verersen pulunu cunku borcum var catmir» məzmunlu mesajın yollanması müəyyən edilmiş, çıxarışlar protokola, CD diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 119 və 127-142). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 23 yanvar tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyənləşdirilməsi üçün hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 20,723 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 146-154). İş materiallarında olan 2022-ci il 23 yanvar tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon və iki ədəd sim kart sonuncunun qardaşı X6 təhvil verilmişdir (1-ci cild, iş vərəqi 157). İş materiallarında olan 2022-ci il 29 yanvar tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 164). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 2022-ci il 20 aprel tarixli 21-1/3-5206/4 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 32.4, 312.1.-ci maddələri ilə təqsirli bilinib məhkum olunduğu 3.000 manat miqdarında cərimə cəzasını ödəməkdən qəsdən boyun qaçırdığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019-cu il 11 iyul tarixli qərarına əsasən 3.000 manat miqdarında cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, sonuncunun cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni arabir narkotik vasitə və psixotrop maddə istifadə edib onların satışı ilə məşğul olmaması, tutularkən üzərində qanunla qadağan edilən heç bir əşya olmaması, videoçəkiliş zamanı ondan aşkar edilmiş psixotrop maddə metamfetamini cibinə onu tutan polis əməkdaşlarının qoyması, Firuz adlı iranlını tanımaması, ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalaması barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla yaşayış yeri üzrə barəsində şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 83.3.2.-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla da məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunu ödənilmiş hesab edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı 20,723 qram çəkidə qalığı məhv edilməli, bir ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 120 manat və 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il noyabrın 09-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il noyabrın 09-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 120 manat və 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin yerinə anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı 20,723 qram qram çəkidə qalığı məhv edilsin, bir ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-749/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-749/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver