Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-749/2023 02.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: ”Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2019-cü il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Astara rayonu, S.Vurğun küçəsi, ev 327-də qeydiyyatda olmaqla, ünvan 5-də yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,136 qram narkotik vasitə heroin əldə əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə bağlı daxil əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 oktyabr 2022-ci il tarixdə saat 19:50 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əyinində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,136 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, narkotik vasitə olan heroinin istifadəçisidir. Narkotiki Kubinkadan ayrı-ayrı şəxslərdən əldə etmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında yenə Kubinkadan tanımadığı şəxsdən 50 manat pulun müqabilində bir büküm heroin əldə etmişdir ki, istifadə etsin. Həmin bükümdən bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Lakin elə həmin gün saat 20 radələrində yaşadığı evin yaxınlığında, yəni Xətai rayonu, M.Hadi küçəsində olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Bakı şəhəri, Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan şübhələndiklərini və onlarla birlikdə idarəyə getməyi təklif etmişlər. O da buna etiraz etməmiş və həmin əməkdaşlarla birlikdə Xətai RPİ-nin 36-cı PB-nə getmiş, orada təhqiqatçı ona hüquq və vəzifələrini izah edərək müdafiəçi təqdim etmiş, bundan sonra isə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmiş, baxış zamanı cins şalvarının sağ yan cibindəki bükümü təqdim etmiş, həmin bükümdə heroin olduğunu, tutulduğu gün 50 manat pula Kubinkadan əldə etdiyini bildirmişdir. Ona qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, baxışla əlaqədar tərtib olunmuş protokolu könüllü və sərbəst olaraq imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin CAÜ baş əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bölmənin xidməti ərazisinə aid olan Xətai rayonu, M.Hadi küçəsində yaşamış və narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxs kimi tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmaqla qrupa rəhbər o, qrupun üzvü isə həmkarı bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin edilmişlər. Məlumat əsasında keçirdikləri tədbir zamanı xx.xx.2022-ci il tarixdə saat 19.50-də Xətai rayonu M.Hadi küçəsində yaşadığı ünvandan bir qədər aralıda saxlayıb özlərini ona təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə getmiş və orada onu bölmənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxslə müvafiq prosessual hərəkətlər aparmış, onun üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişdir. Həmin baxışda o və həmkarı Şahid2 da iştirak etmişlər. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və sonuncu cins şalvarının sağ yan cibindən sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə kakosun olmasını, həmin kakosu «Kubinka» adlanan yerdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və imzalanmış, həmçinin baxışla əlaqədar tərtib olunmuş protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs də sərbəst və könüllü olaraq imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı həmkarı Şahid1 daxil olmuşdur. Məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna o dja daxil olmuş və həmin gün saat 19.50-də keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu M.Hadi küçəsində saxlayıb özlərini ona təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə getmiş və orada onu bölmənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxslə müvafiq prosessual hərəkətlər aparmış, onun üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişdir. Həmin baxışda o və həmkarı Şahid2 da iştirak etmişlər. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və sonuncu cins şalvarının sağ yan cibindən sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə kakosun olmasını, həmin kakosu «Kubinka» adlanan yerdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və imzalanmış, həmçinin baxışla əlaqədar tərtib olunmuş protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs də sərbəst və könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu, üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarşı tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:50 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Xətai RPİ-nin 36cı PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 oktyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü könüllü çıxararaq təqdim etmiş, həmin bükümdə heroin olduğunu, bu maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında «Kubinka» adlı yerdən tanımadığı şəxsdən 50 manata əldə edib üzərində daşıdığın bildirmişdir. Narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və imzalanmış, baxışla əlaqədar tərtib olunmuş protokol baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, protokola qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxə qismində cəlb olunmuşi Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 6/5729 saylı rəyindən müəyyn olulur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının DİN-nin zərflər üçün « 151»-li dairəvi möhür əksi, « Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,136 qram olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6253 saylı rəyindən müəyyən olunuri ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixatriya Xəisəxanası» X7 12418 saylı, xx-xx.2022-ci il tarixli məktubundn müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin 101-14822 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, hal hazırkı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəini müəyyən etmək məqsədi ilə ********** saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 2,086 qram çəkidə bir bükümdə narkotik vasitə heroin Bakı şəhər Xətai RPİ-nin sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 21-1-3-2282/7 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata düşmədiyi üçün o, cəzasını çəkməmiş, onun axtarışı barədə xxxx.2022-ci il tarixli qərar icra olunması üçün Bakı şəhəri Xəta i RPİ-nə göndərilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə cəzasınının çəkilməmiş hissəsi, yəni 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxsun əməlində residiv yoxdur, lakin CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habeə külli miqdarına görə İ siyahısında qeyd edilmişdir ki, narkotik vasitə heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdardır, 2 qram və yuxarı həddi isə külli miqdar hesab edilir. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülümüş nakrotik vasitə heroinin təmiz çəkisi 2,136 qram olmaqla külli miqdardan artıqdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülümüş narkotik vasitə heroini şəxsi istifadəsi üçün ədlə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülümüş nakotik vasitə heroinin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcə kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs üzərindən aşkar olunmış nakotik vasitə heroinin satış məqsədi ilə əldə etməməsini təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Republikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,086 qram narkotik maddə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD diski cinayət cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər ”Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər ”Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,086 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul ”Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-749/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-749/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver