Məhkəmə qərarları › İş №1(101)-75/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-75/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-75/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə3, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə1, X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Quliyeva- X6 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Yardımlı rayonunun Dəşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmə yolu ilə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında tanışı X9 valyuta alqısatqısından yaxşı qazanc əldə edəcəyinə, həftəlik sonuncuya yaxşı qazanc verəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq hissə-hissə olmaqla 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü küçəsində yerləşən marketdə həmin dövr üçün milli pul vahidi ilə 8500 manata bərabər 5000 ABŞ dolları, sonra isə yenə həmin ünvanda 2019-cu ilin yanvar ayında həmin dövr üçün milli pul vahidi ilə 2550 manata bərabər 1500 ABŞ dolları, 2019-cu ilin fevral ayında həmin dövr üçün milli pul vahidi ilə 13600 manata bərabər 3000 və 5000 ABŞ dolları, sonuncu dəfə isə 2019-cu ilin martaprel aylarında ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin 10 saylı filialında isə həmin dövr üçün milli pul vahidi ilə 9350 manata bərabər 5500 ABŞ dolları pulu ələ keçirib vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X9 ümumilikdə 34000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 İran İslam Respublikasından ölkəyə gətirdikləri kimyəvi yuyucu vasitələrin gömrük rəsmiləşdirilməsini həyata keçirib sataraq, əldə olunacaq gəlirdən sonuncuya hər yük maşını üçün 1000-1500 manat qazanc verəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 ünvan 4 ünvanında yerləşən ofisdə həmin dövr üçün milli pul vahidi ilə 32300 manata bərabər 19000 ABŞ dolları pul alıb, həmin məbləğdə pulun 5100 manatını hissə-hissə qaytarıb etibar qazanaraq 27200 manat pulu ələ keçirdikdən sonra 09 fevral 2022-ci ildə yenidən ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs4 20000 manat pul alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 47200 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü "xxxx" MMCnin rəhbəri kimi təqdim edib "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 əvvəllər də müxtəlif toyuq məhsulları alıb dəyərinin bir hissəsini ödəməklə etibarını qazanaraq, habelə sonuncuya 09 aprel 2022-ci il tarixli, 203 saylı alqı-satqı müqaviləsini təqdim edərək, Zərərçəkmiş şəxs1 09 aprel 2022-ci ildə hər kiloqramı 2.85 qəpikdən olmaqla, çəkisi 9.432 kiloqram olan 26882 manat dəyərində 2-ci sort paket toyuqları, 10 aprel 2022-ci ildə hər kiloqramı 2.75 qəpikdən olmaqla, çəkisi 18.296 kiloqram olan 50314 manat dəyərində 2-ci sort açıq toyuqları, 11 aprel 2022-ci ildə isə hər kiloqramı 2.85 qəpikdən olmaqla çəkisi 9.960 kiloqram olan 28386 manat dəyərində, ümumilikdə 105582 manat dəyərində toyuqları ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin anbarından götürüb həmin toyuqları sataraq 58912 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra, 46670 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 46670 manat xeyli miqdar maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 889, məhəllə 82/1110 ünvanında yerləşən «Kapital Bank»ın Gənclik filialından 18 aprel 2022-ci il tarixdə Belarusiya Respublikasına göndərdiyi maddi vəsait hesabına Belarusiya Respublikasından ölkəyə gətirilən 20 ton toyuq hissələrinin yəni toyuq filesinin kiloqramını 6 manat 95 qəpiyə, yəni 139000 manata alacağına dair yalan vəd verib inandırmaqla aldadıb, etibardan sui-istifadə etməklə 26 aprel 2022-ci il tarixli, 203 saylı alqı-satqı müqaviləsini Zərərçəkmiş şəxs1 həmin tarixdə Bakı şəhərində təqdim etməklə, sonuncu ilə aralarında formalaşdırdığı etibarlılıq münasibətlərindən istifadə edərək 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 20 ünvanında yerləşən soyuducu anbarından qeyd olunan 20 ton toyuq filesini təhvil alıb, ələ keçirdikdən sonra həmin tarixdə qeyd olunan 20 ton toyuq filesini, Zərərçəkmiş şəxs1 məlumatı olmadan sonuncudan aldığı qiymətdən daha ucuz qiymətə, yəni 5 manat 50 qəpiyə tanışı Şahid2 Ataş oğluna Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 20 ünvanında yerləşən soyuducu anbarın qarşısında təhvil verib, sonuncudan hissə-hissə olmaqla aldığı 82000 manat pulu və 28000 manat dəyərində “KİA FORTE” MİNİK markalı **-BT-*** markalı avtomaşını Şahid8 adına sənədləşdirərək ələ keçirib Zərərçəkmiş şəxs2 139000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Onun məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs1 şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanmış 26 aprel 2022-ci il tarixli müqavilə, eyni zamanda onun xəbəri və marağı olmadan, heç bir marağı əhatə etməyən müqavilə imzalayıb və müqaviləyə uyğun olaraq toyuq məhsulunun (file olmayan, gecbişən göy paketdə bütöv toyuq) alqı-satqısı rəsmi qaydada, yəni qaimə faktura ilə (28 aprel 2022-ci il tarixli, 350484 saylı qaimə faktura ilə rəsmi olaraq elektron vergi sistemində təsdiqlənən) həyata keçirilmişdir.Şirkəti şirkətə olan borcunun onunla heç bir əlaqəsinin olmadığı nəzərə alınmadan ona ittiham elan edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və direktoru Samir Mustafayev "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibinin istəyinə uyğun olaraq müştərilərə paylanmışdır. Qaimə fakturalardan göründüyü kimi, Zərərçəkmiş şəxs1 şirkətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verdiyi gec bişən toyuq məhsulunun qiymətindən baha real bazar qiymətinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onların istəyinə uyğun olaraq onların müştərilərinə satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Samir Mustafayevin ifadəsi alınmadan, Kommersiya Məhkəməsinin mübahisəsi olan iki şirkətin müqavilə öhdəliklərini təkzib edən saxta ittiham elan edilmişdir (cild 2, iş vərəqə 151-154). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Rəvanı Şahid7 və Şahid9 adlı şəxslərin vasitəsilə 2022-ci ilin mart aylarında tanımışdır. Azad və Mahir ona əvvəllər “Megastore”da birgə işlədikləri Rəvan adlı şəxsin qida məhsulları alıb-satdığını bildirmişdirlər. Azad və Mahir pul qazanmaq istədikləri üçün Rəvanı onunla tanış etmişdirlər. O, Azad və Mahirə pul qazanmaq istədikləri təqdirdə onlara müəyyən qiymətə məhsullar verməsini daha sonra onların həmin məhsulları istədikləri qiymətə sata biləcəklərini, məsələn 2.75 manata açıq toyuğu, 2.85 manata isə paketdə olan toyuqları satdığını bildirmiş, Rəvanla toyuq məhsulları barədə danışıqlar etmişdir. O, həmin ərəfədə 500-600 ton miqdarında Belarusiyadan müxtəlif növdə toyuq məhsullarını idxal etmiş, idxal etdiyi məhsulların qaimələri də olmuşdur. Toyuq məhsullarının alqı-satqısına dair müqavilə Təqsirləndirilən şəxsla bağlansa da müqavilənin imza qrafasında Samir Mustafayevin adı qeyd edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus olduğunu, şirkətin bütün səlahiyyətlərinin onda olduğunu, barəsində cinayət işi olduğuna görə həmin şirkətin alqısatqı yolu ilə xalası oğlu Samir Mustafayevə dövr edildiyini qeyd etmişdir. 09 aprel 2022-ci il tarixdə Rəvan 203 saylı müqaviləyə möhür vuraraq imza atmış və ona təqdim etmişdir. Birinci müqavilə üçün elektron qaimə hazırlamaq istəyərkən müqavilədə bank rekvizitlərinin və VÖEN məlumatlarının olmadığını görmüş, bu barədə Rəvana məlumat vermiş, sonuncuya müqavilənin yenilənməli olduğunu qeyd etmiş, 26 aprel 2022-ci il tarixdə ikinci müqaviləni bağlamışlar, həmin müqavilədə həm imza, həm möhür, həm də bank rekvizitləri qeyd edilmişdir. Hər iki ilk müqaviləni Rəvan özü imzalamışdır. Şirkətin möhürü Rəvanın özündə olmuşdur. Nizamnaməsinə uyğun olaraq "xxxx" şirkəti qida məhsullarının satışı ilə məşğul olmuşdur. Onlar xarici dövlətdən ölkə ərazisinə idxal edilən məhsulların satışını həyata keçirmişlər. Şirkətin rəhbəri olaraq Təqsirləndirilən şəxsla müqaviləni o bağlamış, lakin məhsulların bir hissəsinin pulunu, yəni 139000 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 vermişdir. O, Zərərçəkmiş şəxs2 şəriki olan Rafiqə zəng edərək əldə etdikləri toyuq filesini 6 manat 95 qəpiyə Rəvan adlı şəxsin almaq istədiyini bildirmiş və Rafiqin razılığı ilə məhsulu Rəvana vermişdir. Azərbaycan Respublikasına idxal olunan və Təqsirləndirilən şəxs satılan məhsulları Zərərçəkmiş şəxs2 görmüşdür. Qaimə fakturalarda Təqsirləndirilən şəxs satdığı məhsulun qiyməti 2.75 AZN olmuşdur. O, Rəvana 07 aprel 2022-ci il tarixdə 26 882 manat, 08 aprel 2022-ci il tarixdə 50 314 manat, eyni tarixdə 28 386 manat, daha sonra 600 manat, 11 aprel 2022-ci il tarixdə 20 000 manat, 13 aprel 2022-ci il tarixdə 3 000 manat, 21 aprel 2022-ci il tarixdə 2 000 manat, 25 aprel 2022-ci il tarixdə 5 000 manat, 27 aprel 2022-ci il tarixdə 20000 manat və 4900 dollar, ümumilikdə 105582 manat dəyərində ikinci sort toyuqdan məhsul vermiş, həmin məbləğdən 58912 manat pul məbləği Rəvan tərəfindən ona ödənilmiş, 46670 manat borcu qalmışdır. Rəvan pulları Elvira xanım vasitəsi ilə “Mirvari” restoranında, sonuncu 20000 manat pul məbləğini isə Pərviz adlı şəxs vasitəsilə ona çatdırmışdır. Təqsirləndirilən şəxs Şahid8 ortağı kimi təqdim etmişdir. Geridə qalan 4900 dolların 2500 dolları sürücüyə verilmiş, 2400 dollar onlara manatla verildiyindən onu dollara çevirmişlər.Toyuq filesinə görə razılaşdırılmış pul məbləğini sonradan verəcəyini bildirdiyi üçün qaiməni hazırlaya bilməmişdir. Zərərçəkmiş şəxs2 onun puluna aldığı məhsulu Rəvana satdığından xəbəri olmuşdur. Onların arasında bağlanan heç bir müqavilədə məhsulun toyuq filesi olması və qiymətinin 5 manat 79 qəpik təşkil etməsi qeyd edilməmişdir. Müqavilənin tərkib hissəsini təşkil edən razılaşdırmalar qaimələr şəklində olmuş, şirkət tərəfindən məhsul satışı ilə bağlı bağlı vergi orqanına hesabat təqdim edilmişdir. Onların şirkətinin anbarı olmuşdur. Onun Rəvana təhvil verdiyi məhsulların qeydiyyatı anbarda aparılmış, həmin məhsulların təhvil və təslim sənədləri olmuşdur. 139000 manatlıq toyuq filesinin Rəvan tərəfindən satılması ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin məhsulun Rəvan tərəfindən satışı ilə bağlı qarşı tərəf qalan borc məbləğini 28000 manatlıq “Kia Forte” markalı maşını Şahid8 adına keçiməklə əvəzləşdirmişdir. Toyuq filesinin qiyməti 6 manat 95 qəpik olmaqla toyuğun qiymətindən baha olmuşdur. Toyuq filesi həmin vaxt şirkətin balansında görünmədiyi üçün onu toyuq adı ilə qaimələşdirmişlər. Balansda toyuq çox olduğu üçün file elektron qaimədə toyuq kimi qeyd edilmişdir. O, Rəvanla şəxsi münasibətlərinə güvənərək toyuq filesini sənədləşdirmədən toyuq adı ilə qeyd etmişdir. Müqavilə ümumi şəkildə bağlanılmış, digər şərtlər məhsul göndərildikcə ümumi razılaşdırma ilə həyata keçirilmişdir. Məhsullara elektron qaimə yazıldığı andan onlardan vergi tutulmuşdur. O da məhsulların pulunu sonradan alacağına görə elektron qaiməni pul aldıqca tərtib etməyi düşünmüşdür. Ondan alınan məhsullar aşağı qiymətə satıldığı üçün aldadıldığını başa düşmüşdür. May aylarında Rəvan pulları ödəmədiyi andan etibarən aidiyyəti üzrə şikayət etməyə başlamışdır. X2 verilən kodda məhsulların saxlanma yeri kimi “Sab” şirkəti göstərilmiş, həmin məhsulları qeyd olunan ünvanda saxlamışdır. 20000 kiloqram toyuq budu “Sab”ın soyuducusuna verilmiş, toyuq budlarının “Sab”ın anbarına daxil olması barədə sənədlər olmuş, toyuq filesi isə soyuducuya verilmədən Rəvana təqdim edilmişdir. Toyuq filesinin Rəvana verilməsini təsdiq edəcək ancaq şahid ifadələri mövcud olmuşdur. Qaimə fakturalarının bağlanma vaxtları olduğu üçün(yəni həmin vaxt bitdikdən sonra ödəmə həayata keçirmək olmur) məhsullar verildikdən bir neçə gün sonra qaimə fakturaları kəsilmişdir. "xxxx" MMC ilə arasında bağlanmış müqavilənin predmeti kimi toyuq və toyuq məhsulları qeyd edilmişdir. Əlindəki məhsulların bəzilərini kassaya vurub vermişdir. Birinci müqavilədə rekvizitlər olmadığı üçün müqaviləni geri qaytarmışdır ki, yeni rekvizitlər əlavə edilərək müqavilə qaytarılsın. Toyuq filesinin və toyuğun qiyməti fərqli olmuşdur. Müqavilədə toyuq və toyuq məhsulları verilməsi göstərilsə də Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı Rəvana əslində toyuq filesi verilmişdir. Toyuq filesi üçün Zərərçəkmiş şəxs2 412000 manata yaxın pul almışdır. Rəvan ümumi olaraq 139000 manat toyuq filesindən, 46 670 manat isə toyuq məhsullarına görə pul verməli olmuşdur. Rəvana Zərərçəkmiş şəxs2 pulu ilə aldığı toyuq məhsulları “Zəhmət Ruzi”nin anbarına daxil olmamışdır. Həmin məhsullar Bakıdakı soyuducuya sənədsiz daxil olmuşdur. Rəvanla ortaq dostları olduğu üçün ona inanmış, məhsulları sonuncuya qaiməsiz vermişdir. Müqaviləni ona Rəvan təqdim etmiş, toyuq filesini isə o, Rəvanın özünə vermişdir. İbtidai istintaq dövründə imzaların Samirə aid olmaması və Rəvana aid olmasını təsdiq edəcək sənəd olmuşdur. Müqaviləni ibtidai istintaqa təhvil verərkən müqavilənin saxta olmasını bilməmişdir. Pərvizi Rəvana görə gecə vaxtı toyuq filesini təhvil verərkən tanımış, toyuq filesinin idxal qiyməti bir kiloqram üçün 6 manat 10 qəpik təşkil etmiş, satış qiymətini 6 manat 95 qəpiyə danışmışdır. Sonradan toyuqların aşağı qiymətə satılmasını eşitmiş, Rəvan ona Pərvizin şəriki olduğunu bildirmiş, Pərviz də toyuqların pullarını Rəvana ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, o, Rəvanı qonşu olaraq tanımış, Rəvangil onların evinin yaxınlığında market işlətmiş, həmin marketdə Rəvanın anası, qardaşı və ailə üzvləri işləmişlər. Rəvan özü Rəşid Behbudov küçəsində iki nəfər işçi ilə bir ofisdə işləmişdir. Rəvanın anası onun avtomobilini satmasını bilmiş, oğlunun dollar alqı-satqısı ilə məşğul olmaq istədiyini qeyd edərək birgə işləməyi təklif etmişdir. İşin mahiyyəti barədə Rəvandan maraqlandıqda sonuncu ona pulu banka qoyduqdan sonra həmin pulla onlayn şəkildə dollar alıb satdığını bildirmişdir. Rəvan ona ortaq olmağı təklif etmiş, o, həmin zaman avtomobilini 15 000 manata satması səbəbindən əlində pul olduğu üçün sonuncu ilə razılaşmışdır. Rəvan ona pulları "xxxx"a qoyub evdən onlayn alış-veriş edəcəyini bildirmişdir. Rəvan ona pulların batmayacağını, nə vaxt lazım olsa iki gün öncədən ona demək şərtilə pulları qaytara biləcəyini bildirmişdir. Bir müddət Rəvan dediyi vaxtlarda pulları ona qaytarmış, bir müddət sonra pulun gecikdiyini gördükdən sonra Rəvandan pulun verilməsinin niyə gecikdiyini soruşmuş, Rəvan ona “euro” pul vahidinin dəyərinin düşdüyünü və bütün gücünü həmin məzənnəyə pul yatırımına sərf etdiyini, ona ay sonu pulu ala biləcəyini bildirmişdir. Ayın sonu Rəvan onu aldatmağa başlamış, onun telefon zənglərinə cavab verməmişdir. O, Rəvanın atasına bu barədə məlumat verdikdə narahat olmamasını, hər şeyin düzələcəyini bildirmişdir. O, ümumilikdə Rəvana 20000 dollar pul vermişdir. O, pulların bir hissəsini Rəvana 8500 manat qismində, qalan hissəsini isə dollar şəklində vermişdir. Rəvan ona verdiyi pulların batma təhlükəsinin olmadığını bildirmişdir. Əvvəllər o, Rəvandan həftənin hər sonuncu günü 300 dollar pul almışdır. 20000 dollardan ümumi olaraq o, 8000 dollar qazanc əldə etmişdir. Rəvan ona sonradan 20000 dollardan gələn qazancın 12 faizini ayın sonu ona verəcəyini bildirmişdir. Rəvandan pulunu istədiyi üçün polisə şikayət etmişdir. O, pulları Rəvana verərkən hansısa sənəd imzalamamışdır. 20000 dollar pul vəsaiti Rəvana 2018-ci ilin oktyabr, noyabr aylarında 2 ay müddətində hissələr şəklində yəni ayrı–ayrı vaxtlarda 8500 manat, 5 000 dollar, 1500 dollar, 3000 dollar, 5500 dollar məbləğində olmaqla verilmişdir. O, pulları Rəvangilə sahibliklərində olan dükanda vermişdir. Sonuncu 5500 dolları "xxxx"da Rəvana vermiş, Rəvan ona həmin pulu adına rəsmiləşdirdiyini bildirmişdir. 3-4 gün sonra bankdan əldə etdiyi məlumata əsasən adına heç bir hesab olmadığı bildirilmişdir. O, pulları Rəvandan nağd şəkildə almış, pulları Rəvandan alan zaman qeyd dəftərinə verdiyi və aldığı pulu qeyd etmişdir. Hazırda həmin qeyd dəftəri Rəvanın anasındadır. Rəvanla ibtidai istintaq zamanı aralarında üzləşmə aparılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Vüqar adlı şəxs vasitəsilə Rəvanı tanımışdır. Əvvəllər sonuncuya avtomobil satmış və pulunu almışdır. Rəvanı tanıdıqdan 6 ay sonra pula ehtiyacı olduğu üçün ona 19000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Həmin puldan ona cəmi 3000 dollar geri qaytarılmışdır. Rəvan ilk əvvəl borclu olduğu məbləği qaytarsa da, sonradan pulları geri qaytara bilməmişdir. Ona verdiyi pulun üzərində artıq pul qaytarılacağını bildirildiyindən borca pul vermişdir. Sonradan ona yenidən 20000 manat borc vəsaiti təqdim etmişdir. 20000 manat borcu Rəvan ondan İrandan satış üçün məhsul gətirilməsi üçün istəmişdir. Həm 19000 dollar, həm də 20000 manat pul vəsaitinin verilməsi üçün aralarında borc müqaviləsi bağlanmışdır. 19000 ABŞ dolları məbləğində verilmiş puldan sonuncu tərəfindən ona ümumilikdə 3000 dollar pul geri qaytarılmışdır. Müqavilə bağlandıqdan iki il sonra Rəvandan şikayətçi olmuşdur. Rəvanın borclarını qaytarmasına dair Polis İdarəsindən məlumat aldıqdan sonra o da ərizə ilə Polis İdarəsinə müraciət etmişdir. Səhv etmirsə, sənəddə borcun qaytarılması tarixi səhv qeyd edilmişdir. Müqavilə bağlamağı Rəvana özü təklif etmiş, borc müqaviləsinin bəndlərinin nümunəsini internetdən götürmüşdür. Rəvana verdiyi pula görə konkret ona nə qədər məbləğ qaytarmalı olması danışılmamışdır. Anarı Rəvana borca pul verdikdən sonra tanımışdır. Zərərçəkmiş şəxs1 ona Rəvandan şikayət etdiklərini bildirdikdən sonra sonuncu da Rəvandan şikayət etmişdir. Rəvanla onun ortaqlığı olmasa da, Rəvan pulları qaytaracağı təqdirdə onunla ortaq iş görməyi fikirləşmişdir. İbtidai istintaq zamanı Rəvanla üzləşməsi olmamışdır. Müstəntiqə ifadə verərkən pulları Rəvana borc şəklində verdiyini bildirmişdir. Rəvana 19000 dollar verdikdən sonra 3000 dolları geri qaytarılmış və sonradan müqaviləni yeniləyərək həmin müqavilədə borcu 16000 dollar olaraq qeyd etmişlər. Hal-hazırda Rəvanın ona 20000 manat və 16000 dollar məbləğində borcu vardır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Rəvan adlı şəxsi 2-3 ilə yaxındır ki, tanışı Vüqar vasitəsi ilə tanımışdır. Belə ki, tanışı Vüqar Rəvanla birlikdə onun yanına gələrək bildirmişlər ki, yaxın adamıdır, iş görmək istəyir. Lakin, pulu olmadığı üçün maşınını satır. İmkan olsa Rəvana köməklik göstərməyini istəmişdir. Ona bildirmişdir ki, bu şərtlərlə kömək edə bilər ki, Rəvan özünə məxsus «Lexsus LS460» markal, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun adına keçirsin.Bundan bir neçə gün sonra Rəvan həmin avtomaşını onun adına sənədləşdirmiş, həmin avtomaşına görə ona 12000 manat pul vermişdir. Həmin maşın onun adına olsa da, maşın Rəvanın istifadəsində olacaqdı.Həmin avtomaşının dəyəri həmin dövrdə 18000 manat olmuşdur. Razılaşma belə olmuşdur ki, Rəvan işlərini həll etdikdən sonra ona verdiyi 12000 manatı qaytaracaq və maşını yenidən onun adına sənədləşdirəcək.Bu razılıqdan sonra Rəvana və onun tanışı Elviraya sürmək üçün etibarnamə vermişdir. Rəvanla avtomaşının sənədləşdirilməsi üçün X26 İdarəsinə getdikdə söhbət zamanı bildirmişdir ki, bir xanım tanışı var, onu öz yanında işə götür, orada təmizlik işlərinə baxsın. Elə bir işçiyə ehtiyac olduğu üçün onunla razılaşmış və o, Elvira adlı xanıma zəng vurub ona ofisinin ünvanını başa salmışdır. Elvira ertəsi gündən ofisdə işə başlamış, yazı yazmaq, təmizlik işlərinə baxmışdır. Ona hər ay 400-500 manat pul maaş vermişdir. Elvira orada işlədiyi müddətdə mühasibatlıq və kompüter kurslarına getmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Elvira və Rəvan bildirmişlər ki, İran İslam Respublikasından yuyucu kimyəvi vasitələri gətirib satmaqla məşğul olacaqlar və onu inandırmışlar ki, onların mallarının gömrük rüsumlarını qarşıladığı təqdirdə həmin gətirilən hər bir maşına görə 1000-1500 manat pul verəcəklər. Onların bu səmimiyyətlərinə inanıb onların təklifləri ilə razılaşmış və onlara etibar etmişdir. Lakin ehtiyatı saxlamaq üçün onlara bildirmişdir ki, bu işə görə hər hansısa bir girov qoysunlar. Bundan sonra onlara 19000 ABŞ dolları mələğində pul vermiş və həmin pula görə Rəvana özünə məxsus “Mercedes Viano” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün onun adına baş etibarnamə vermiş, avtomaşını götürmüşdür.Hissə-hissə olmaqla 2022-ci ilin fevral aymadək Rəvanla Elvira ona 3000 ABŞ dolları pul qaytarmışlar.Həmin avtomaşını öz yaşadığı evin qarajında saxlamış, bundan bir müddət sonra Elvira ofisdə yaxınlaşaraq avtomaşının ustalıq işi olduğunu, avtomaşını düzəltdirib gətirəcəklərini bildirmişdir. Elviradan maşını götürüb neçə gün ərzində qaytaracağını soruşduqda o, 5 gün ərzində məsələni həll edəcəklərini bildirmiş, bundan əlavə Rəvan da Elviranın dediklərini təsdiq edib onu inandırmış və bundan sonra həmin maşını onlara təhvil vermişdir. Lakin onlar vəd verdikləri 5 gün keçməsinə baxmayaraq maşını gətirməmişlər. 2022-ci ilin fevral ayının 04-də həmin maşına görə götürdükləri 19000 ABŞ dolarına görə qalıq olan 16000 ABŞ dollarına dair Elvira Rəvanla onun arasında müqavilə hazırlamış və onu inandırmışlar ki, həmin 16000 ABŞ dollar pulu 3 ay ərzində qaytaracaqlar və ona görə də, tərtib olunmuş müqaviləni imzalamışdır.Bundan bir neçə gün sonra, yəni 09 fevral 2022-ci il tarixdə Rəvanla Elvira guya İrandan mallarının gəldiyini və həmin malları keçirmək üçün əlavə olaraq 20000 manat pul lazım olduğunu bildirmişlər.Onlara inanıb 20000 manat pulu öz ofisində vermiş və Elvira tərəfindən tərtib olunmuş borc müqaviləsini imzalamışdır.Ondan sonra onlar verdikləri vədə əməl etmədikləri üçün dəfələrlə zəng edib maşını və ya onlara verdiyi 47200 manat pulu istəsə də onlar pulu qaytarmaqdan boyun qaçırmışlar.Elviraya Rəvana maşını gətirməsini deməsini bildimiş, o, isə yalandan onunla danışmadığını, dalaşdıqlarını demişdir. Lakin, həmin vaxtlarda təsadüfən onların yazışmalarını və telefon danışıqlarını eşitmişdir. Elvira onun bütün dediklərini Rəvana demişdir. Sonradan Elviranı işdən çıxarmış, Rəvanla isə əlaqələri kəsilmişdir. Sonradan Rəvan tutulduğumu bilmişdir. Zərərçəkmiş şəxs4 həmçinin qeyd etmişdir ki, aldadılmağında Elvira Rəvanla birlikdə hərəkət etmiş, yəni onlar daim əlbir olmuşlar.Ondan bir müddət sonra Elvira zəng vuraraq Polis İdarəsindən hər hansısa bir zəng gəlsə açmamağını, Polis İdarəsinə gedib izahat verməməyini istəmişdir. Təqsirləndirilən şəxsla aralarında bağladıqları müqaviləni Elvira hazırlamış, sonradan həmin müqaviləyə diqqətlə baxdıqda görmüşdür ki, həmin müqavilədə tarixlər səhv qeyd olunmuşdur. Zərərçəkmiş şəxs4 daha sonra qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusat, yəni 2022-ci ilin aprel ayının əvvəllərində Nərimanov rayonu ərazisində yerləşən «Diamond» restoranında verilən iftar süfrəsində Rəvan, Elvira, Anar, Sahib, Emin, Şahinlə o da olmuş, həmin vaxt Elvira və Rəvan Zərərçəkmiş şəxs1 aldıqları toyuqları Ədliyyə Nazirliyinə satacaqlarını bildirmişlər. Sonradan bilmişdir ki, Elvira və Rəvan Zərərçəkmiş şəxs1 orada yalan vəd vermişlər. (cild 1, iş vərəqə 20-23) Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri izah edərkən bildirmişdir ki, cinayət işi materiallarında olan ifadələrin altındakı imzalar ona məxsusdur. “Lexus” markalı avtomobili Vüqar adlı şəxsin dostundan almış, həmin avtomobili dostuna etibarnamə əsasında sürməsi üçün vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, tekstil biznesi ilə məşğul olur. 2022-ci ilin aprel ayının əvvəllərində tanışı Rafiq adlı şəxs tanışlarının toyuq məhsullarının satışı ilə məşğul olduqlarını, həmin işdən yaxşı gəlir əldə etmənin mümkünlüyü barədə onu məlumatlandırmışdır. Rafiq həmin biznes fəaliyyəti ilə məşğul olmaq üçün Anarı və onu yaşadığı yerin yaxınlığındakı kafeyə dəvət etmişdir. Toyuq məhsullarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmaq üçün “Kolorit” restoranında görüş təyin edilmiş, həmin görüşdə Anar, Emin, Həsən, Əhməd, Rafiq iştirak etmişlər. Anarla tanış olduqdan sonra sonuncu biznes planını təqdim etmişdir. Anar "xxxx" firması vasitəsilə toyuq məhsullarının satışı ilə məşğul olduğunu qeyd etmiş, Belarusiyadan gətirilməsi gözlənilən məhsulların satılması üçün onlara verəcəklərini bildirmişdir. Anardan toyuq məhsullarının satışı ilə əlaqədar biznes fəaliyyətində risklərin olub-olmamasını soruşduqda sonuncu bu biznes fəaliyyətinin təhlükəsiz olmasını, Rafiqin adına firma yaratmalarını və kredit götürüb bu işə başlamalarını təklif etmişdir. İki gün sonra Rafiq ona zəng edərək Anarın toyuq məhsullarının bazarda qiymətinin yüksəldiyini və yaxşı gəlir əldə etmək üçün əlverişli şərait yarandığını, təcili pul tapıb bu işə başlamalı olduqlarını bildirmişdir. Qeyd edilən biznesə investisiya qoymaq üçün banka müraciət etmişlər. Lakin bankdan cavab gəlmədiyinə görə tanışlarından borc pul əldə edərək Rafiqlə birlikdə Nərimanov rayonundakı “Kapital Bank” vasitəsilə "xxxx" şirkətinin hesabına 83682 ABŞ dolları köçürmüşdür. 6-7 gün sonra ona məhsulların ölkə ərazisinə gətirildiyi bildirilmişdir. Bundan sonra gömrük xərci ilə bağlı 46400 dollar pul vəsaiti Anarın hesabına köçürülmüşdür. Əldə edilən razılaşmaya əsasən məhsulun satışından alınması gözlənilən gəlirin 80 faizi Rafiq və ona, 20 faizi isə Anara verilməli olmuşdur. Əvvəl toyuq filesinin bir kiloqramını 6 manat 60 qəpiyə satmağı planlaşdırsalar da, 3-4 gün sonra Rafiq ona zəng edərək Anarın toyuq budunun bir kiloqramını 4.05 manata, toyuq filesini isə bir kiloqramını 7.05 manata almaq istəyən olduğunu bildirmişdir. Əvvəldən onlar Anara məhsulları ödənişi nağd şəkildə təklif edən şəxsə satılmasına razı olduqlarını bildirmişlər. Toyuq filesi ölkəyə idxal olunduqdan sonra Rafiq ona zəng edərək çayxanaya gəlməsini və Anarın pulu ora gətirəcəyini bildirmişdir. Anar onlarla çay içərkən məhsulu almaq istəyən olduğunu və ödənişi götürüb gələcəyini bildirərək getmiş, sonra Rafiq onun yanında pula görə Anara zəng etsə də Anar pulu sabah gətirəcəyini bildirmişdir. Lakin həmin günün səhəri də toyuq filesinin satılmasından əldə edilmiş vəsait onlara verilməmişdir. Anar onlara məhsulların anbara daxil edilmədən Rəvan adlı şəxsə verildiyini bildirmişdir. Həmin məhsulların alışına Anar hər hansı formada vəsait qoymamışdır. Aralarında olan razılaşmaya əsasən əslində həmin məhsullar Rafiqə verilməli olmuşdur. Lakin məhsullar ölkə ərazisinə gələn gün heç anbara, hətta soyuducuya da qoyulmadan Anarın dediyinə görə Rəvan adı şəxsə verilmişdir. Bundan sonra Emin, Anar, Həsən, o və Rafiq bulvarda çayxanada görüşmüşlər. Anar Eminin yanında onlara toyuğun pulunun hesaba köçürüldüyünü, 81000 manatın ona beşinci gün ödəniləcəyi barədə məlumat vermişdir. 81000 manat toyuq budunun pulu olmuşdur. 3-4 gün sonra Anar 8500 dollar pul vəsaitini əlbəəl, 5000 manatı isə kart hesabına köçürməklə Rafiqə müvafiq ödənişlər etmişdir. Sonradan görüşüb Anardan pulu tələb etdikdə Anar ona ixtisasca müəllimə olan şəriklərinin olduğunu, pulun həmin şəxs tərəfindən ödəniləcəyini bildirmişdir. Həcər adlı xanımla görüşmüş, Həcəri ödənilməli olan məbləğin hissə-hissə verilməsi barədə xahişinə etiraz etməmişdir. Bundan sonra Anargillə görüşmüş və Anardan filenin pulunu istədikdə Anar onu aldatmadığını, toyuq budunun pulunun vaxtında ödənildiyini bildirərək 2-3 gündən sonra fileyə görə də ödənişin də veriləcəyini qeyd etmişdir. Lakin toyuq filesinə görə ödənişin verilməsində gecikmələr yaşanmışdır. Bu işlə bağlı ümumilikdə 286690 manat ona zərər vurulmuşdur. Rəvanı tanımamış, malların ölkə ərazisinə idxal edildikdən sonra kimə verilməsini yalnız sonradan Anarın dediklərinə əsasən bilmişdir. Ölkə ərazisinə 7 yük avtomobili gəlməli imiş, hər yük avtomobilinə görə ona 8000 -10000 -12000 manat xeyir qalmalı imiş. Toyuq məhsullarını şəxsən görməmişdir. Gömrük bəyannamələrində toyuq məhsulları kimi file və bud qeyd edilmişdir. Anargilin işi ancaq toyuq məhsullarını çatdırmaq olmuşdur. Rəvanla bağlı bu vaxta kimi maraqlanmamış, buna səbəb pulları Anara verməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2la birlikdə Emin və Anar adlı şəxsin şirkəti vasitəsilə toyuq filesi sifariş etmişdir. Anar ona toyuq filesini satdığını və satışdan 139000 manat pul götürəcəyini bildirmişdir.Toyuq filesinin bir kiloqramının 6.95 manata nağd qaydada satılması barəsində aralarında razılıq olsa da, konkret kimə satılmasına dair danışıqları olmamışdır. Ölkə ərazisinə idxal edilən toyuq filesini görə bilməmiş, həmin məhsul onların razılıqları olmadan satılmışdır. Anar əvvəl onlara artıq toyuq filesini satdığını və axşam pulu götürüb gələcəyini bildirsə də onlara hər hansı ödəniş olunmamış, daha sonra ödənişin onun bank hesab nömrəsinə köçürüldüyünü qeyd etsə həmin məlumatın da yalan olması ortaya çıxmışdır. Anar onlara toyuq budunu soyuducuya boşaltdığını, toyuq filesini isə satdığını bildirmişdir. Rəvanın adını sonradan eşitmiş, eşitdiyinə görə Anar toyuq filesini Rəvana satmışdır. Anardan pulu istədikdə o, pulun Rəvanda olduğunu onlara bildirmişdir. Pulu Anara verdikləri üçün Rəvan onlara maraqlı olmamışdır. Anardan Polis İdarəsinə pularının geri qaytarılması üçün şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, əvvəllər "xxxx" şirkətində maliyyə direktoru olmuş, sonradan o da həmin şirkətə 20 000-30 000 manat yatırım etməklə Anarla birgə ortaq şəklində Belarusiyadan toyuq məhsullarının ölkə ərazisinə idxal edilərək satılması işi ilə məşğul olmuşdur. Həmin vaxtlarda Anar Rəvana toyuq məhsulları satmışdır. Rəvanın onlara 46000 və 139000 manat məbləğində borcu olmuşdur. 46000 manat əvvəlcədən Rəvanın onunla Anara toyuq məhsulunun alışından ödəmədiyi pul vəsaitini təşkil etmişdir. 139000 manat isə Zərərçəkmiş şəxs2 məxsus pul vəsaiti hesabına əldə edilmiş toyuq məhsullarının satışına görə Rəvan tərəfindən nağd qaydada ödənilməsi barədə razılaşdırılmış pul məbləğidir. Rəvan Zərərçəkmiş şəxs2 məxsus toyuq məhsulunu satacağı müştərinin adını açıqlamamış, toyuq məhsulunu satıb pulunu səhər saat 6-da verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan bu günkü tarixə qədər pul ödənilməmiş olaraq qalmışdır. 139000 manatlıq məhsulun satıldığı hal-hazırda adını xatırlamadığı şəxs pulun Rəvana verildiyini bildirmişdir. Həmçinin əldə etdiyi məlumata əsasən həmin toyuq məhsulu Rəvana satılan qiymətdən 20-30 % aşağı qiymətə satılmışdır. 139000 manatlıq toyuq məhsulunun satışı ilə əlaqədar Rəvanla telefon vasitəsilə danışmışdır. Rəvanın toyuq məhsullarını aşağı qiymətə satmasını Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Pərviz adlı şəxs demişdir. Toyuq məhsulunun satış qiyməti Rəvanla şifahi qaydada 1 kiloqramının qiyməti 2 manat 80 qəpik, 2 manat 90 qəpik kimi müəyyənləşdirilmişdir. Ödənişin nağd qaydada ediləcəyi razılaşdırıldığından toyuq məhsulu Rəvana təhvil-təslim aktı olmadan verilmişdir. Onun Rəvanla danışığı yalnız 139000 manatlıq toyuq məhsulunun satışına görə Rəvan tərəfindən ödənilməyən pul vəsaiti ilə bağlı olmuşdur. 139000 manat vəsait Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Toyuq məhsullarının Rəvana verilməsi barədə Zərərçəkmiş şəxs2 Anar özü məlumat vermişdir. X22 məhsulları qiymət fərqi ilə almaq istədiyini bildirmişdir. Qaimə fakturalarda filelər toyuq məhsulu kimi qeyd edilmişdir. Qaimə fakturada toyuq məhsulunun 1 kiloqramının qiymətinin qeyd olunub-olunmamasından məlumatı yoxdur. “Mirvari” adlı kafedə görüş zamanı Rəvan "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətin ona məxsus olmasını bildirmişdir. Müqavilənin özünü görmüş, elektron qaimə mühasib tərəfindən tərtib olunmuşdur. Qiymət barədə araşdırma apararkən bazara ucuz “Belarus” toyuq filesi məhsulu çıxarılmasına dair məlumat almışdır. Qiymət araşdırması aparılması həmin vaxt əllərində olan başqa məhsulların qiymətinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Həmin məhsulun öz şirkətləri tərəfindən idxal edilən məhsul olmasını həm qutuların xüsusiyyətlərindən, həm də toyuq filesinin qeyd edilən dövrdə baha olması səbəblərindən başa düşmüşdür. Ehtimal edir ki, Rəvan 139000 manat dəyərində olan toyuq filesinin topdan satışını həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Aslan oğlu ifadə verərək göstərmişdir ki, Rəvanı uzun müddət toyuq məhsulları alqı-satqısını həyata keçirən şəxs kimi tanımış, onunla alqı-satqı münasibətlərində olmuşdur. “Hicaz” broylerdə işləyən zaman Rəvan ona kənd toyuğu satmaq istədiyini bildirmiş, Rəvanı bibisioğlu Pərviz adlı şəxslə əlaqələndirmişdir. Rəvan kənd toyuqlarını Pərvizə satdığına görə Pərvizin Rəvana borcu yaranmışdır. Həmin dövrdə o, istifadəsində olan “Kia Cerato” markalı avtomobili satmağı planladığından Pərviz ona avtomobilin satışından əldə olunan pulu Rəvana olan borcunun bağlanması üçün ona verilməsini xahiş etmişdir. Elvira adlı şəxs “Babək” prospektində həmin avtomobilə gəlib baxmış, avtomobilin 28000 manata satılması barədə razılıq əldə etmişlər. Bundan bir gün sonra notarius vasitəsilə avtomobil Elvira adlı şəxsin adına keçirilmışdir. 28000 manat pul vəsatinin 20000 manatını bibisioğlu Pərvizə borc vermişdir. Pərviz də həmin pulla Rəvana olan borcunu ödəmişdir. Pərvizin Rəvana nə qədər pul borclu olduğunu bilməmiş, Pərvizə pulu verərkən onun pulu öz borcuna verəcəyindən əmin olmuşdur. Toğrul adlı şəxs Pərvizin müştərisi olmuşdur. Özü kənd toyuğunun satışı ilə məşğul olmamışdır. Baş verən hadisədən sonra Zərərçəkmiş şəxs1 tanımışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 Aslan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fiziki şəxs kimi fərdi işlə məşğul olur, bir neçə ildir ki, Pəvriz Fərəcovu tanıyr, bir rayondan olmaqla aralarında yaxşı münasibətləri vardır.Dəqiq tarixi xatırlamadığı 2022-ci ilin aprel aynın axırlarında Pərviz zəng vurub bir maşın, 20 tona yaxın toyuq filesi satmaq istədiyini, ona müştəri tapmaqda köməklik etməyini xahiş etmiş, bununla əlaqədar tanışı, toyuq satışı işinə baxan Toğrul ilə Pərvizi calaşdırmış, onlar öz aralarında alış-veriş etmişlər. Pərviz ondan Toğrulun necə adam olmasını, ona etibar edə biləcəyini soruşmuş, ona demişdir ki, Toğrulu yaxşı tanıyır, ona etibar etmək olar.Toğrul ilə yaxşı münasibəti olduğuna görə Pərvizə demişdir ki, o sənin pulunu vaxtında verməsə, mən cavabdehəm. Bundan sonra Pərviz 20 tona yaxın toyuq filesini Toğrula satmış, Torğrul filenin pulunu vaxtında çatdırmamış, malın sahibi Rəvan isə Pəvizdən pulunu tələb etdiyi üçün Pərvizin Rəvana olan 28000 manat borcuna görə özünə məxsus «Kia Forte» marklı, 77-FT- 180 dövlət qeydiyyat nişanlı maşını Rəvana verəsi olmuş, Rəvan Elvira adlı bir qadınla gəlib maşına baxıb bəyənmişlər və bundan sonra maşını etibarnamə ilə həmin qadına vermiş, ondan bir neçə gün sonra Toğruldan maşının pulunu almış, aralarında heç bir borc qalmamışdır. Şahid5 həmçinin göstərmişdir ki, Pərvizlə Toğrulu tanış etməkdə heç bir marağı olmamış, sadəcə olaraq Pərviz dostu olduğu üçün və Toğrulu da yaxşı tanıdığı üçün ona kömək etmək məqsədi ilə onu Toğrul ilə tanış etmiş, Toğrulun da Pərvizi aldatmaq niyyəti olmamış, aldığı malın pulunu vaxtında çatdıra bilmədiyi və Rəvan isə pulunu tələb etdiyinə görə öz maşınını pulun əvəzində ona vermişdir (cild 2, iş vərəqə 16- 18). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Rəvandan kənd toyuqları alıb satmışdır. Bildiyinə görə Anar xaricdən məhsullar gətirib satmışdır. Xatırlamadığı tarixdə ölkə ərazisinə toyuq məhsulları gətirilmişdi. Çəkisi təxminən 20 ton təşkil edən həmin toyuq məhsullarını Rəvandan alıb Baksoyuducuya aparmışdır. Aldığı məhsulla Anarın əlaqəsi olmamışdır. Anar həmin alverdə bilmədiyi şəxslərin arasında vasitəçilik etmişdir. Rəvan məhsulu ona verdikdən sonra məhsulların pullarını Rəvana vermişdir. Həmin məhsulları gec olduğu üçün soyuducuya yerləşdirə bilməmişlər. Alqı-satqı zamanı Anarın da orada nə üçün olduğunu bilməmişdir. Məhsulları soyuducu bağlı olduğu üçün Rəvandan götürə bilməmişdir. Gömrük məntəqəsinin qarşısında heç kimə məhsul verməmişdir. Rəvandan 25000 dollara kənd toyuğu almış, həmin gün ondan toyuq filesi almamışdır. Polis əməkdaşı onu Polis İdarəsinə çağıraraq Anar və Rəvan arasında borc söhbətinin olduğunu bildirmiş və ifadə verərkən Anar da orada olmuşdur. Səhv etmirsə Polis İdarəsinə bir dəfə getmiş və Rəvanla üzləşməsi olmamışdır. 25000 dollar pul vəsaiti onun özünə məxsus olmuşdur. Gecə Xəyala ona pul lazım olduğunu bildirmiş, Xəyal da avtomobili satıb ona pul vermişdir. Anar istintaq dövründə ona təsir etmiş və demişdir ki, pulunu Rəvandan ala bilməmişdir. Anar həmçinin Rəvanı qanuni tərəfdən tutdura bilmədiyini bildirmişdir. Gömrükdən toyuq məhsullarını Anar özü avtomobili ilə gətirmişdir. Anardan öncə Rəvanı tanımışdır. Rəvan özü ona toyuq məhsulunun olduğunu bildirmişdir. Anarı ilk dəfə Rəvandan toyuq məhsulu alarkən Baksoyuducunun yanında görmüşdür. Məhsulları soyuducunun həyətinə salsa da soyuducu bağlı olmuşdur. Həmin gün 25000 dollar məbləğində pul vəsaiti səhər saatlarında, 6000 dollar məbləğində pul vəsaiti axşam saatlarında tərəfindən Anarın iştirakı olmadan Rəvana verilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fiziki şəxs kimi kiçik bizneslə məşğul olur. Təxminən bir il olar ki, Təqsirləndirilən şəxs tanıyır, bu ilin aprel ayının 27-də Rəvan zəng vurub demişdir ki, toyuq məhsulu var, onların satışını təşkil etmək, müştəri tapmaq lazımdır.Bununla əlaqədar görüş zamanı Rəvan demişdir ki, gələn mal, yəni file gömrükdədi, həmin malı gömrükdən çıxarmaq üçün 20000 manat pul verilməlidir. Rəvan filenin bir kilosunu 6 manata demişdir.Rəvana 20000 manat pulu gömrükdə, Qaradağ rayonu, Şıxov tərəfdə vermiş, özü maşında gözləmiş, təxminən bir saatdan sonra Rəvan gəlib, demişdir ki, indi mal gömrükdən çıxacaq.Bir qədərdən sonra TİR maşın gömrükdən çıxmış, həmin maşının dalınca Lökbatan dairəsinə qədər gəlmişlər, orada həmin maşından sonradan Anar adlı şəxs düşüb, kənarda Rəvanla söhbət etmiş, maşından 2 kaset file götürüb Rəvanın maşınına qoymuş, sonra isə TİR maşına əyləşib «Ulduz» metrosunun yaxınlığında yerləşən «Bakxolodelnik»ə gəlmişdir, Anar isə Rəvanın maşınına əyləşib, haraya getmələrini bilməmişdir. TİR maşını həyətə saldıqda demişlər ki, artıq gecdir, maşın qalsın, səhər soyuducuya boşaldarsan. Onda sürücü etiraz edib bildirmişdir ki, gözləyə bilməz, maşına başqa mal vurub getməlidir və ona görə də tələb etmişdir ki, maşın təcili olaraq boşaldılsın.Ona görə də zəng vurmuş, Rəvan Anarla gəlmişdir. Anar demişdir ki, «mənim malıma dəyməyin», onda Anara demişdir ki, 20000 manat pul vermiş, bundan əlavə, 166 taksi xitmətini dəvət etmiş, fəhlə qrupu gəlib, onlara 490 manat pul ödəməlidir, pulunu qaytarsınlar.Anar isə bildirmişdir ki, “sən narahat olma, sənin pulun asandır”, kənara çəkilib Rəvanla danışmış, sonra Rəvanı kiminləsə danışdırmış, razılaşdıqdan sonra Anar və Rəvan demişlər ki, maşını boşalt, apar. Bundan sonra TİR maşınından 20 tona yaxın fileni yük taksisinə yükləyib Xırdalanda yerləşən 166 xidmətinin dayanacaq məntəqəsinə aparmış, orada səhərə kimi maşında qalmış, səhəri gün fileni satmaq üçün tanışı Xəyala zəng vurmuş, o da onu Toğrul ilə calamış, onunla filenin qiymətini 6 manat 20 qəpiyə danışmışlar və fileni «Meyvəli»yə aparmışdır.Orada o, fileyə baxıb demişdir ki, mal suludur, ona görə də həmin qiymətə razılaşmamış, 6 manata götürəcəyini bildirmiş, bununla əlaqədar zəng vurub bu barədə Rəvana demiş, sonuncu da demişdir ki, həmin qiymətə ver. Beləliklə filenin bir kilosunu 5 manat 50 qəpikdən alıb, Toğrula 6 manatdan satmışdır.Gömrük rüsumunu ödəmək üçün Rəvana 20000 manat, malı ölkəyə gətirən TİRa 4200 manat pul verdiyi üçün Rəvana 85800 pul verməli idi. Rəvana həmin malı satıb bir həftə ərzində pulunu verəcəyini demiş, o, da razılaşmış, Toğruldan hissə-hissə pulu aralaraq Bakı şəhərinin müxtəilf yerlərində görüşərək pulu Rəvana vermiş, bundan sonra Rəvana 28000 manat borcu qamış, Toğrul da pulu gecikdirdiyi üçün onlarla aralarında mübahisə yaranmış, Xəyalı tanıdığı üçün pula cavabdehlik onun olduğundan 28000 manat borcun əvəzində Xəyala məxsus «Kia Forte» markalı maşını vermək qərara gəlmişlər.Rəvan və Elvira həmin maşına baxıb bəyənmişlər və həmin maşını Xəyaldan götürmüşlər, bununla da filenin borcunu tam olaraq Rəvana ödəmiş, Toğrulun ona borcu qalmamışdır.Malın pulunu hissə-hissə Rəvana verdiyi ərəfədə əvvəllər tanımadığı İbrahim adlı şəxs yaxınlaşaraq bildirmişdir ki, fileni guya onun anası ölkəyə gətirib, Anar onlara qarşı dələduzluq edib malı ələ keçirmişdir.Anarı tanımadığı, alış-verişi Rəvanla etdiyini İbrahimə bildirmiş, Rəvanın telefon nömrəsini İbrahimə vermiş, onların nə danışdıqlarını bilməmiş, ondan sonra İbrahim demişdir ki, «sən malı sat, biz Rəvanla və Anarla məsələmizi həll edəcəyik».Həmin malı tam olaraq satmış, onlarla heç bir iş birliyi olmamışdır (cild 2, iş vərəqə 13-15). İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti onunla izah etmişdir ki, ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından ifadələrində Rəvandan aldığı toyuq məhsulunun toyuq filesi kimi yazılmasına etiraz etməmişdir. Belə ki, o, Polis İdarəsində səhərdən axşama qədər saxlanılmışdır. Bundan başqa məhkəməyədək tərtib edilmiş dindirmə protokollarını oxumadan imzalamışdır. Verilən suallara cavab olaraq qeyd etmişdir ki, Rəvan tərəfindən satılan məhsullar Belarusiyadan idxal olunan kənd toyuğu məhsulları olmuşdur. 28000 manata isə təxminən 10 ton toyuq məhsulu almağın mümkün olmasını qeyd etmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsdən “Kia Cerato” markalı avtomobil alan zaman tanış olmuş, həmin avtomobil bir nəfər xanımın mülkiyyətində olmuşdur. Həmin avtomobili etibarnamə ilə alıb 3-4 gündən sonra başqa şəxsin adına keçirmişdir. Avtomobil üçün 20500 manat pul ödəmiş, başqa şəxsin adına keçirmək üçün etibarnamə almışdır. Avtomobilin satışı zamanı Elvira adlı şəxs də orada olmuşdur. Etibarnaməni ona Elvira adlı şəxs vermiş və ona avtomobilin sahibinin Rəvan olduğu barədə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllələrində dükan işlətmiş, evlərinə zəruri olan hər şeyi Rəvanın dükanından əldə etmişlər. 2018-ci ildə qardaşı Tariyel avtomobilini sataraq Rəvanla iş görəcəyini ona bildirmişdir. Tariyel həmçinin Rəvanla onlayn qaydada dollar alqı-satqısı ilə məşğul olacaqları barəsində məlumat vermişdir. 2018-ci ildə 8500 manat pul qardaşı tərəfindən Rəvana sonuncunun işlətdiyi dükanda verilmişdir. Sonradan qardaşı Tariyel Rəvana ümumilikdə 20000 dollar pul verdiyini demişdir. Özü yalnız 8500 manatın Rəvana verildiyinin şahidi olmuşdur. Qardaşı Rəvanla ortaqlıq etmiş, Rəvan Tariyelə hər həftə ona ödədiyi pul vəsaitinə görə 300 dollar verəcəyini bildirmişdir. Qardaşına ümumilikdə nə qədər pul verilməsini bilməsə də Rəvanın 2-3 həftə qardaşına həftədə 300 dollar pul verməsini bilir. Lakin ödənilmiş pul vəsaitinə görə Rəvan tərəfindən qardaşına gəlir verilməsinin hansı tarixdən etibarən dayandırılmasından məlumatsızdır. Tariyel istifadəsində olan avtomobilin satılmasından əldə olunan pul vəsaitini Rəvana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, avtomobil almaq üçün ətrafındakı tanışlara müraciət etdikdə Rəvan ona məsləhətli avtomobilin olduğunu bildirmişdir. Rəvanın məsləhəti üzrə Xəyal adlı şəxsdən “Kia Forte” markalı həmin avtomobili bəyənərək Xətai rayonunda yerləşən notariatda etibarnamə ilə əldə etsə də sonradan avtomobildə aşkar edilən müəyyən nasazlıqlar səbəbindən aldığı şəxsə qaytarmaq istəmişdir. Xəyal adlı şəxs avtomobili ona ideal vəziyyətdə verildiyini bildirərək qaytarılmasının mümkünsüzlüyün bildirdikdən sonra qeyd edilən nəqliyyat vasitəsini başqa bir şəxsə satmışdır. Rəvanla heç bir iş birliyi olmamışdır. Xəyal və Rəvanın münasibətlərindən xəbəri olmamış, onu Rəvanın vasitəsilə tanımışdır. Avtomobilin qiymətini alarkən öyrənmiş, pulu Xəyal adlı şəxsə vermişdir. Notarius vasitəsilə avtomobilin onuna adına keçirilməsi prosesində o, Xəyal və Rəvan iştirak etmiş, Rəvanın onunla notariusa nə üçün gəldiyini bilməmişdir. Rəvan tərəfindən ona avtomobil alması üçün hər hansı formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə əvvəllər “Sarı Market”, hazırda “Mega Store” mağazalar şəbəkəsində işləmiş, hər ikisinin vəzifəsi mağaza müdiri olmuşdur. Sonralar həmin mağazalar dəyişdirildiyi üçün işdən çıxmalı olmuş, Təqsirləndirilən şəxs kiminlə iş birliyində olmasından xəbəri olmamışdır. Anarı dostu Azadın vasitəsilə tanımış, Azadla daha əvvəldən tanış olmuşdur. Azad Anarın toyuq satışı ilə məşğul olduğunu, ona toyuqların bazarda satılmasına kömək etməsini xahiş etmişdir. O da həmin məhsulların satışı üçün Rəvana müraciət etmişdir. 3-4 gün sonra Rəvan məhsulları sata bilməyəcəyini bildirmişdir. Bir müddət sonra Anar ona məlumat verərək Rəvanla artıq toyuq məhsulları satışını həyata keçirmələri barədə məlumat vermişdir. Anar və Rəvanın arasında olan alverdən xəbəri olmamış, Anar Rəvanın ona 20000 manatdan yuxarı borcu olduğunu bildirmişdir. Anar dediyinə görə həmin borc toyuq alqı-satqısına görə yaranmışdır. Anarın satdığı toyuqların hansı növdə olmasından məlumatı olmamışdır. Bildiyi qədər Anar toyuq filesi yox ancaq toyuq satmışdır. Anar və Rəvan arasında olan müqavilədən məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 adlı şəxsi dostu Azadın vasitəsi ilə iki il bundan əvvəl tanımış, Rəvan adlı şəxslə isə 2019-cu ildə «Sarı market»də iş yoldaşı kimi tanış olmuş, Rəvan «Sarı market»dən çıxdıqdan sonra öz şirkətini açmış və xammal alıb satmaqla məşğul olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 xarici ölkədən Azərbaycanda satmaq üçün toyuq gətirdiyini bilmişdir, onun həmin toyuqları satmaq üçün müştəri axtardığını bildikdə ona təklif etmişdir ki, iş adamı Rəvan var, onunla dostdur, özü "xxxx" adlı şirkətinin təsisçisidir, sənin mallarını sata bilər. Anar onun bu təklifi ilə razılaşmış və onları tanış etmək üçün Xətai rayonu ərazisində yerləşən «Mirvari» restoranında görüş təyin etmişlər. 2022-ci ilin mart ayının sonlarında «Mirvari»də özü, Anar, Rəvan görüş zamanı onları tanış etmiş, onlar ilk görüşdə Anarın gətirdiyi toyuq məhsullarının qiymətləri barədə danışmışlar, lakin aralarında heç bir razılaşma olmamışdır. Bundan sonra yemək yeyib ayrılmışlar. Bildiyi qədər sonradan Anarla Rəvan telefonla danışaraq razılığa gəlmişlər və aralarında müqavilə bağlamağa razılaşmışlar. Bundan sonra Anarla birlikdə Xətai rayonu ərazisində yerləşən «Nargilə» kafesinin yaxınlığında yerləşən avtoservisdə olarkən Rəvan Anara zəng edərək bildirmişdir ki, müqavilə hazırdır, görüşmək üçün Rəvan onların yanına gəlmiş, Anar Rəvanın gətirdiyi müqavilə ilə tanış olmuş və qol çəkib möhür vurduqdan sonra Rəvan müqavilənin bir nüsxəsini götürüb oradan getmişdir.24 aprel 2022-ci il tarixdə Anar zəng edərək bildirmişdir ki, Rəvanın gətirdiyi müqavilə saxtadır. İki gün keçdikdən sonra yəni 26 aprel 2022-ci il tarixdə əlaqə saxlayaraq yenidən Xətai rayonu ərazisində olan «Mirvari» restoranında özü, Anar və Rəvan görüş zamanı Rəvan yeni düzəltdiyi müqaviləni Anara təqdim etmiş, lakin bir müddət keçdikdən sonra Anar yenidən zəng edərək müqaviləyə əsasən Rəvanın pulu ödəmədiyini bildirmiş, Anarla Xətai rayonu ərazisində yerləşən «Şaurma» restoranında görüşmüş, Anarla danışdıqdan sonra Rəvana zəng edib onu da həmin restorana çağırmış, Rəvanla görüş zaman ondan pulu niyə ödəmədiyini soruşmuş, o, isə pulu ödəyəcəyini bildirmiş, Anar oraya gəldikdə ona bildirmişdir ki, ödənişi rəsmi etmək istəyir. Rəvan onunla razılaşıb bildirmişdir ki, sabah elektron qaimə yazılsın. Bundan sonra Rəvan yenə pulu ödəməkdən boyun qaçırmışdır. Anar zəng edib bunu bildirdikdə hər dəfə Rəvanı yığıb pulu ödəməsini dedikdə o, müxtəlif bəhanələrlə ödəyəcəyini bildirmişdir. Şahid9 həmçinin göstərmişdir ki, Samir Mustafayev adlı şəxsi tanımır, Anarla birlikdə Rəvanla görüşləri zamanı Rəvan həmişə tək gəlmiş, Samir Mustafayev adlı şəxs olmamışdır ( cild 2, iş vərəqə 103-104). Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 bildirmişdir ki, “Sarı Market” mağazalar şəbəkəsində Rəvanla bir yerdə işləmişdir. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımışdır. Anarın xahişi ilə onu öz avtomobili ilə 2022-ci ilin mart ayının axırlarında Rəvanla görüşmüşdür. Hər üçü birlikdə iftar etmiş, iftar zamanı içəri xanım daxil olmuş, Təqsirləndirilən şəxs həmin qadının onun işçisinin olduğunu bildirmişdir. Təxminən 30 yaşılarında olan həmin qadının adı ya “Elmira” və ya “Esmira” olmuşdur. Həmin dövrdə nə Rəvan, nə də o, mağaza müdiri olmamışdır. Rəvandan nə işlə məşğul olmasını soruşmamış, lakin Anar ona Rəvanla etməli olduğun söhbətin məzmununun toyuq məhsullarının satışı haqqında olmasını bildirmişdir. Daha sonra Anar ona zəng edərək Rəvanın ondan toyuq məhsulu aldığını, buna görə də ona pul borclu olduğunu bildirmişdir. Bu səbəblərdən Rəvanla görüşərək ona Anara olan borcunun qaytarılmasını xahiş etmişdir. Rəvan ona bu işə qarışmamağını bildirmişdir. Şahid7 məhkəmədə ona verilmiş suallara cavab verərkən qeyd etmişdir ki, Anarın avtomobili olmadığı üçün qeyd edilən ünvana onu aparmaq üçün müraciət etmişdir. Anar və Rəvan arasında söhbətin məzmunu toyuq və file məhsullarının alqı-satqısı barədə olmuşdir. Sonradan Rəvan ona Anarla aralarında olan məsələni həll etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs1 xeyli müddətdir ki, tanıyır, onunla dostluq edir.Dəqiq tarixi xatırlamadığı 2022-ci ilin mart ayının ortalarında Anarla birlikdə «Mirvari» restoranına getmiş, bir qədər sonra Təqsirləndirilən şəxs da oraya gəlib demişdir ki, iftar süfrəsi qonaqlığı verir, yemək sifariş vermiş, yemək yedikdən bir qədər sonra bir qız gəlmiş, Anar ondan həmin qızın kim olmasını soruşduqda Rəvan demişdir ki, onun adı Elviradır, aparıcı işçisidir, bütün işlərini o, aparır.Rəvan onun üçün də yemək sifariş vermiş, ondan az sonra o, Anarla oradan çıxıb getmiş, Rəvan və Elvira orada qalmışlar.Ondan sonra, təxminən aprel ayının axırları, may ayının əvvəlində Anar zəng vurub demişdir ki, Rəvan ondan toyuq götürüb pulunu vermir, Anar həmçinin demişdir ki, «sən də Rəvanı tanıyırsan, sən də ona de, mənim pulumu versin». Rəvana zəng vurub görüşmək istədiyini demiş, onunla razılaşıb “8 noyabr” küçəsində yerləşən «Şaurma №1» yeməkxanasında görüşmək qərarına gəlmişlər.O, Mahirlə oraya getmiş, Rəvan da oraya gəlmiş, Anara zəng etmiş, o da oraya gəlmişdir.Orada ona demişdir ki, “Anarla sizin ikinizi də tanıyıram, sən ondan file və toyuq götürmüsən, pulunu niyə vermirsən”, ona bu işi mehribançılıqla həll etməyi məsləhət görmüşdür. Rəvan da etiraf etmişdir ki, Anardan götürdüyü toyuq və fileyə görə ona borcu var, indi Anarın özü ilə danışıb pulu ödəyəcəkdir.Rəvan demişdir ki, sənin xətrin əzizdir, bundan sonra sən qarışma, bu işi Anarla öz aramızda həll edəcəyik.Ondan sonra Anar demişdir ki, bu məsələni elektron qaimə ilə həll edəcəyik.Ondan sonra oradan çıxmışlar, Rəvan öz maşını ilə getmiş, özü də Anarla getmişdi.Ondan bir neçə gün sonra anası vəfat etmiş, başı qarışmış, bir müddətdən sonra Anarla görüşəndə Anar demişdir ki, Rəvan yenə də onun pulunu verməyib.Ondan sonra bir daha Rəvanı görməmiş və onunla aralarında heç bir danışığı olmamışdır (cild 2, iş vərəqə 232-233). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasındakı münasibətlər barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1ı toyuq satışı ilə məşğul olan şəxs kimi tanımış, iki il əvvəl xarici ölkədən mal gətirən şəxs kimi tanış olub görüşmüdür. Ona əvvəlcədən pul ödəniş qəbul edərək mal gətirəcəyini bildirmiş, o isə qəbul etməmiş və uzaqlaşmışlar. 3-5 ay əvvəl onların şirkətinə rəsmi qaydada ödəniş ilə mal satmış, əlavə heç bir münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs1 kimlərlə alqı-satqı etdiyindən xəbərdar olmamışdır. Anar ona zəng edərək məhkəməyə dəvət olunacağını, Rəvanın həbs edildiyini, Pərvizin də məhkəmədə ifadə verdiyini bildirmiş, o isə bu işlə əlaqəsinin olmadığını qeyd etmişdir. O, Pərvizi tanımamışdır. Xəyal adlı şəxs Nicatın müdiridir. Xəyal ilə alqı-satqı münasibətləri olmuş və ondan mal almağa hazırda da davam edirlər. Xəyalın ona toyuq budu və file almağı təklif etdiyi tarixləri xatırlamır. O, Xəyalla 7 ildir ki, əməkdaşlıq edir.Ona malları hər zaman Xəyal təklif etmişdir, Zərərçəkmiş şəxs1 birbaşa mal almamışır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid10 ibtidai istintaq dövründə verdiyi izahatından görünür ki, X10 əvvəllər tanımamış, sonradan bir dəfə onunla görüşmüş, onda toyuq məhsullarının olub-olmadığını və almaq istədiyini demişdir.Anar ona “pulunu ver gətirim” demiş, o da Anara “məhsulu gətir təhvil ver sonra pulunu al” demiş, qabaqcadan pul verməmişdir. Rəvan adlı şəxsi ümumiyyətlə tanımamışdır.Tanıdığı “Hicaz” şirkətində satış müdiri işləyən Xəyal adlı şəxs ona zəng edib satış üçün toyuq filesi olduğunu bildirmiş, o da onu dostu Toğrula yönəltmiş, onlar danışmış və öz aralarında razılaşaraq alqı-satqı etmişlər. Xəyal Toğrula 20 ton toyuq məhsulları satmış və Toğrul da hiss-hissə bir neçə dəfəyə ümumilikdə Xəyala 120000 manat pul ödıəmişdir. O, heç kimdən toyuq məhsulları almamışdır. Özü ticarətlə məşğul olur. Binə Ticarət mərkəzində geyim əşyalarının satışı ilə məşğul olur (cild 1, iş vərəqə 148). İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti onunla izah etmişdir ki, izahat vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə getmiş, hansı tarixdə ifadə verdiyini xatırlamır. İfadəsində Xəyaldan toyuq filesini aldığını bildirdiyini təsdiq edir. Malları Xəyaldan nə zaman aldığını xatırlamır. Anar Rəvana nə qədər toyuq filesi satdığı, hansı malları satdığı, aralarında problem olması haqqında heç bir məlumat verməmişdir. Anar sadəcə 20 gün əvvəl Rəvanın həbs edildiyini, onun şahid qismində məhkəməyə çağırılacağını bildirmişdir. “Hicaz” şirkətinin müdiri ilə dostluğu var. Xəyal ona zəng vurduqda, Səfərlə dost olduğunu bildirmişdir. Xəyalla ilk dəfə alqısatqı barədə razılaşmadıqda, onu Toğrula yönləndirmişdir. Bir neçə dəfə malı olan şəxsləri Toğrula yönəltdiyi və onların müqavilə bağlayıb alqı-satqı etdikləri hallar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən X8 ibtidai istintaq dövründə şübhəli şəxs qismində verdiyi ifadələrdən görünür ki, Rəvanla qonşu olmuş, Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarında qardaşının yas mərasimində yaxınlaşaraq nə işlə məşğul olduğunu soruşmuş, ona heç bir işi olmadığını, fəhlə işlədiyini bildirmiş, Rəvan mobil nömrəsii götürmüş və iş tapdıqda xəbər edəcəyini demişdir. Bundan sonra Rəvan zəng edərək dəfələrlə müxtəlif yerlərdə müxtəlif işlər gördürmüş və ona uyğun da pul vermiş, getdiyi yerlərdə böyük bir TİR-da yuyucu maddələr, kabellər və müxtəlif avadanlıqlar boşaltmış, Rəvan hər getdiyi gün üçün 15-20 manat pul vermişdir. Bundan sonra bildirmişdir ki, rayonlara gedib-gəldikləri üçün rəsmi olaraq işə götürsün, əmək müqaviləsi bağlasınlar. Bundan sonra 2021-ci ilin əvvəllərində Rəvan zəng edərək təcili rayona yük boşaltmağa getməli olduqlarını və şəxsiyyət vəsiqəsini də götürməyini bildirmişdir. Onunla razılaşmış və onunla məhlələrində görüşüb, onunla birlikdə «20 Yanvar» metrostansiyası yaxınlığına gedib yükləri boşaltmışdır. Bundan sonra axşam üstü saat 5-6 radələrində Rəvan adını və ünvanını xatırlamadığı idarəyə aparmış, idarənin qarşısında Rəvan Orxan adlı şəxsə zəng vurub “əmək müqaviləsi üçün gəlmişik, Samirin vəsiqəsi də məndədir, qalxaq məsələni həll edək” demişdir. Bundan sonra Rəvanla yuxarı qalxmışlar, orada özünü Əmək və Sosial Müdafiə fondunun işçisi kimi təqdim edən Orxan adlı şəxs olmuşdur. Orxan əlində 3-4 vərəq kağızları gətirib imza etdirmiş, ondan bu kağızların nə üçün lazım olduğunu soruşduqda o, “səni rəsmi maaşlı işə götürəcəklər, sənin öz adına kartın olacaq və hər ay 480 manat məbləğində maaş alacaqsan, bu sənədləri isə həmin işin düzəlməsi üçün nazirliyə göndərəcək və təsdiq olunacaq” demişdir. Bundan sonra Rəvan onun şəxsiyyət vəsiqəsini götürmüş və xeyli bir müddət ərzində şəxsiyyət vəsiqəsi onda qalmışdır. Xeyli müddət keçdikdən sonra Rəvanın özü şəxsiyyət vəsiqəsini gətirib vermiş və Orxanın dediklərini təsdiq edərək təkrar etmişdir. Onunla qonşu olduğu üçün və onu bir neçə dəfə iş dalınca apardığı üçün ona etibarı yaranmışdır. Bundan xeyli müddət keçdikdən sonra anası ilə “Kapital Bank”ın filialına yaxınlaşmış, orada bildirmişlər ki, adına şirkət var, həmin şirkətin isə 8100 manat vergiyə borcu var. Orada “Asan Xidmət”ə getməyi məsləhət görülmüş, ora gedib maraqlandıqda bu məsələ tam təsdiqini tapmış, bundan sonra Rəvana zəng vurub bu barədə ona bildirmiş, o, isə bildirmişdir ki, «narahat olma, sənlik bir şey yoxdu», hər şeyi özü yoluna qoyacaq. Bundan sonra 2023-cü ilin yanvar ayının 2-də onu “Gənclik” metrostansiyasmda polis əməkdaşları saxlayıb bölməyə aparmışlar, orada adına olan şirkətin vergi borcuna görə saxladıqlarını demişlər.Orada dərhal Rəvana zəng edib bu barədə demiş, Rəvan öz növbəsində bu işi özü həll edəcəyini bildirsə də, sonradan ona zəng çatmamışdır. Bundan sonra anasına zəng vurub məsələni izah eləmiş, səhəri günü onu Ağsu Rayon Məhkəməsinə sanksiyaya çıxarmışlar, orada anası və Rəvan da iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, Rəvanı ora anası zorla gətirib. Orada hakim şirkətin əslən Rəvana məxsus olduğunu bilmiş və ona şirkəti onun adından çıxarmalı olduğunu bildirmişlər. Rəvan orada hakimlə razılaşsa da ondan sonra yenə onu tapa bilməmiş, bundan sonra 2023-cü ilin fevral ayının sonlarında Rəvanın bacısı Rəvanə evə dəvət etdiyi üçün onlara getmiş, orada bildirmişlər ki, Rəvanı Nərimanov polis idarəsində tutublar, şikayətçiləri var, ona görə bir müddət ortalıqda görünməməyini, hər hansısa polis əməkdaşı Rəvan barədə soruşduqda heç bir məlumat verməməsini demişlər. Bundan sonra Rəvanə telefonu uzatmış və ona telefonda danışanda bir xanım bildirmişdir ki, Rəvanın vəkilidir, Nurlana xanımdır. Nurlana xanım yenə telefonda eyni sözləri bildirib demişdir ki, Rəvan oradan çıxsın sənə də hörmət edəcək. Nurlanaya da bildirmişdir ki, adından şirkəti çıxartsınlar, onlar barədə heç bir şikayəti olmayacaq, çıxartmasa yenə şikayət edəcək. Rəvan barədə dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmiş, hər birində isə şirkəti onun adından çıxardacağına dair vədlər versə də bunu etməmişdir. Samir Mustafayev daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımamış, heç vaxt onu görməmiş, həmin müqavilədən xəbəri olmamışdır (cild 3, iş vərəqə 42-44). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi, həmin saxta sənədlərdən bilə-bilə istifadə etmə əməllərinə görə isə cinayət məsuliyyəti isə Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Həmin əməl xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə müşaiyət olunduqda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 177-ci maddəsinə dair Qeyddən görünür ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, 500000 manatdan artıq olmayan lakin məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv müzakirə edərək, cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır və Təqsirləndirilən şəxs ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində özünü təqsirli bilməməsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İttiham aktından görünür ki, təqsirləndirilən şəxsə dörd epizod ürzə dələduzluq əməllərinin törədilməsinə görə ittiham elan edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə dələduzluq əməllərinə yol verilməsi ilə əlaqədar hər bir epziod üzrə sübut edilməli olan ilk xüsusat təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsin iddia etdiyi kimi ittiham aktında göstərilən malların, vəsaitin təqdim edilib–edilməməsinin, eləcə də cinayət tərkibinin zəruri elementi olan müvafiq malların, vəsaitlərin əldə edilməsi üsulunun növünün və ya növlərinin (aldatma və ya etibardan sui istifadə etmə), həmçinin təqsirləndirilən şəxsin niyyətinin əvvəldən, yəni özgə əmlakını ələ keçirməzdən əvvəl talanmasına yönəlmiş olmasının müəyyən edilməsidir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə yolu sonuncuya məxsus ümumi dəyəri 47200 manat təşkil edən və Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 139000 manat təşkil edən əmlakının ələ keçirilməsinə dair nəticəyə gələrkən aşağıdakı sübutlara istinad edir: Zərərçəkmiş şəxs1, şahidlər Şahid4 və Şahid9 ibtidai istintaq və məhkəmə dövründə verdiyi ifadələrin təhlilindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs1 toyuq məhsulları alqısatqısı ilə məşğul olan şəxsdir və ticarət fəaliyyətini həyata keçirməsi üçün Təqsirləndirilən şəxsla Azad və Mahirin vasitəsilə tanış olmuşlar. Təqsirləndirilən şəxs sonuncuya iş adamı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 ilk alış-veriş zamanı (07 aprel 2022-ci il tarixdə) tərəfindən Təqsirləndirilən şəxs verilmiş əmlaka görə ödənilməli olan 26882 manat pul vəsaitinin 20000 manat hissəsinin malların verilməsinin ertəsi gün mühasibi kimi təqdim etdiyi Elvira adlı şəxs tərəfindən ödənilməsi Təqsirləndirilən şəxs olan etibarının formalaşmasına səbəb olmuş, bundan sonra Rəvana ayrı-ayrı vaxtlarda ümumilikdə 114633 manat məbləğində toyuq məhsulları vermiş, həmin toyuq məhsullarına görə sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 ödənilməmiş borc məbləği 46670 manat təşkil etmişdir. Ödəmələrin həyata keçirilməsi arasında zaman fasiləsinin uzun çəkməməsi, həmçinin satın alınmış məhsulun demək olar ki, yarısının ödənilməsi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs olan etibarının yüksəlməsinə səbəb olmuş, Zərərçəkmiş şəxs1 olan borcu üzrə sonuncu ödəmələrin həyata keçirildiyi gün, yəni 27 aprel 2022-ci il tarixində o, həmçinin Zərərçəkmiş şəxs2 məxsus pul vəsaiti hesabına Azərbaycan Respublikası ərazisinə idxal etdiyi, ümumi dəyəri 139000 manat müəyyənləşdirilən 20 ton toyuq filesini Təqsirləndirilən şəxs satmışdır; Bundan başqa Zərərçəkmiş şəxs1 ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında 09 aprel 2022-ci il tarixli müqavilə imzalanmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona təqdim edilməli olan pul vəsaitinin ödənilməsi barədə elektron qaimə vermək istəyəndə müqavilədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid VÖEN məlumatlarının əks olunmamasının, həmin müqavilənin fiziki şəxs tərəfindən imzalanmasına baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilməsinin şahidi olmuş, bu xüsusatlar barədə Təqsirləndirilən şəxs bildirmiş, sonuncu həmin halın aradan qaldırılması üçün 26 aprel 2022-ci il tarixdə yeni müqavilə təqdim etmiş, 28 aprel 2022-ci il tarixdə 26 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 185670 manat (185670 manat Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 46670 və Zərərçəkmiş şəxs2 məxsus əmlakın dəyərinin ekvivalenti olan 139000 manat pul vəsaitinin cəmini təşkil edir) məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi üçün elektron qaimə verilmişdir. Əslində 26 aprel 2022-ci il tarixli müqavilə Təqsirləndirilən şəxsla özü arasında 89558.32 manat dəyərində toyuq məhsulunun alqı-satqısı barəsində olmuş, qeyd edilən müqavilə üzrə 28 aprel 2022-ci il tarixə Təqsirləndirilən şəxs ona olan borcu 46670 manat təşkil etmiş, lakin 26 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 vəsaiti hesabına Belarusiya Respublikasından gətirilmiş 20 ton miqdarında toyuq filesi aralarında yeni müqavilə bağlanmadan dəyəri 139000 min manat razılaşdırılmaqla Təqsirləndirilən şəxs verildiyindən həmin pul vəsaitinin də 26 aprel 2022-ci il tarixli müqaviləyə əsaslanmaqla veriləcək elektron qaimə yolu ilə ödənilməsi planlaşdırılmışdır. Belə ki, aralarında olan danışıqlara əsasən Təqsirləndirilən şəxs tərəfindən pul ödəniləcəyi barədə Zərərçəkmiş şəxs1 məlumat verildikdə sonuncu tərəfindən elektron qaimələr tərtib edilməsi razılaşdırılmışdır; Zərərçəkmiş şəxsin ifadələrinin mötəbərliliyi yoxlanılarkən cinayət işi materiallarına əlavə edilmiş aşağıda sadalanan sənədlərlə müəyyən edilmişdir ki: - 09 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Samir Mustafayev arasında ümumi dəyəri 89558,32 manat təşkil edən alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin bank rekvizitləri bölməsi hissəsində satıcı şirkətin, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN barədə məlumatları əks olunmamışdır, bundan başqa müqavilə fiziki şəxs Samir Mustafayev tərəfindən imzalansa da hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulmuşdur (cild 1, iş vərəqə 109-112); - 26 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, 09 aprel 2022-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş eyni şərtlərlə "xxxx" X3 Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında yenidən müqavilə bağlanmış, eləcə də sonuncu müqavilədə bank rekvizitləri bölməsi hissəsində satıcı şirkətin, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmçinin VÖEN barədə məlumatları göstərilmiş və imza hissəsi direktor qismində çıxış edən Samir Mustafayev tərəfindən imzalanmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir (cild 1, iş vərəqə 113-116); -22 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məktubundan görünür ki, Belarusiya Respublikasından gətiriləcək 20004 kq dondurulmuş toyuq filesinin Azərbaycan Respublikasına gətirilməsinə etiraz etməmişdir (cild 4, iş vərəqə 28); - 28 aprel 2022-ci il tarixdə "xxxx" X3 Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət aralarında bağlanmış 26 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 185670 manat məbləğində pul ödənilməsinə dair elektron qaimə tərtib edilmişdir (cild 1, iş vərəqə 125); -İdxal olunan yeyinti məhsullarına X1 verilməsi üçün elektron ərizədən görünür ki, "xxxx" MMC tərəfindən Belarusiya Respublikasından 3334 qutuda ümumi təmiz çəkisi 40.024, 27 qram toyuq filesinin, bellər, boyunlar, bouunlu bellər, büzdümlər, və qanadların nazik ucları-dondurulmuş toyuq ayağı dörddə biri məhsullarının1 21 aprel 2022-ci il tarixə Azərbaycan Respublikasına idxal edilməsi gözlənilmişdir (cild 1, iş vərəqə 162); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət şirkətinin idxal əməliyyatları haqqında Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış İdarəetmə Sistemindən əldə edilmiş hesabatdan görünür ki, 26 aprel 2022-ci il tarixdə həqiqətən də Belarusiya Respublikasından 20004,0 kq dondurulmuş sümükdən ayrılmış toyuq filesi Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur(cild 1, iş vərəqə 175-179); -İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, toyuq məhsullarının gətirilməsi üçün zəruri olan pul məbləğini Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürmüşdür; - Hazırki epizod üzrə hər hansı prosessual statusa malik olmayan, digər epizod üzrə zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs4 2022-ci ilin aprel ayının əvvəllərində iftar süfrəsində Anar və Rəvan arasında toyuq alqı-satqısı barədə danışıqların həyata keçirildiyi, Elvira və Rəvan Anardan alacaqları həmin toyuqları Ədliyyə Nazirliyinə satacaqlarını bildirmişlər (cild 1, iş vərəqə 21-23). - Zərərçəkmiş Zərərçəkmiş şəxs1 şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırma aparılan zaman Təqsirləndirilən şəxs, tərəfindən imzalanan 07 iyul 2022-ci il tarixli iltizamda bildirmişdir ki, Zərərçəkmiş şəxs1 185670 manat dəyərində toyuq və toyuq məhsulları almış, 14 gün ərzində ödəyəcəyinə söz versə də, ödəyə bilməmiş, 13 iyul 2022-ci il tarixdə ilkin olaraq 15000 manat ödəmək şərti ilə 3 ay müddətinə borcunu tam bağlayacağına söz vermişdir. Lakin həmin müddət ərzində heç bir məbləğdə pul ödəməmişdir; -Eyni tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırma aparılan zaman izahat verərkən o, əvvəllər Zərərçəkmiş şəxs1 əldə etmiş olduğu toyuq məshullarına görə razılaşdırılmış 60000 manat pul vəsaitini tam şəkildə ödədiyini(Təqsirləndirilən şəxs həmin ifadələrində Zərərçəkmiş şəxs1 da göstərdiyi kimi malların pulunu satıldıqca ödədiyini etiraf etmişdir), "xxxx" X3 Cəmiyyətdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 185670 manat dəyərində toyuq məhsullarını(toyuq filesini)verdiyini etiraf etmiş, müqaviləni şəxsən hər iki Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə çatdırdığını, lakin toyuq məhsullarının verildiyi sahibkarlıq obyektlərindən müvafiq ödənişlərin verilməsi gecikdiyindən həmin məhsullara görə Zərərçəkmiş şəxs1 hər hansı ödəniş edilmədiyini bildirmişdir. Həmin izahatında əlavə olaraq göstərmişdir ki, toyuq məhsulları onun vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən "xxxx" MMC-yə təqdim edildiyinə görə yaranmış borc məbləğinin üç ay müdətində tərəfindən ödənilməsi öhdəliyini öz üzərinə götürür (cild 1, iş vərəqə 134-137); Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də sənədlər tədqiq edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona deyil, Samir Mustafayevə məxsus olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 hər hansı borcu olmadığını, Samir Mustafayev ilə Zərərçəkmiş şəxs1 yalnız tanış etdiyini, verilən məhsulun toyuq filesi deyil, gec bişən toyuq məhsulu olduğunu, həmin məhsulların qiymətləri arasında fərq olmaqla, toyuq filesinin daha bahalı olmasını göstərmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırma aparılan zaman 07 iyul 2022-ci il tarixdə verdiyi izahatı və iltizamın mötəbərliliyini məhkəmə iclasında təkzib edərək həmin sənədlərin ona zorla yazdırılmasını qeyd etmişdir. Məhkəmə toplanmış sübutları qiymətləndirməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus olmaması barədə təqsirləndirilən şəxsin dəlili ilə əlaqədar qeyd edir ki, X8, onun barəsində Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı şikayəti əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı izahatında göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında ona iş yeri təklif etmiş və onu tanımadığı Notariat Kontoruna aparıb sənədlərə imza etdirmiş, imza etdyi sənədlərin nə olduğunu soruşduqda Rəvan bildirmişdir ki, əmək müqaviləsi bağlanır. Bir müddət sonra kredit götürməsi üçün “Kapital Bank”a müraciət etmiş və orada məlum olmuşdur ki, onun adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, bununla bağlı Rəvana bildirsə də, heç bir nəticəsi olmamış, sonra isə onu Ağsu Rayon Məhkəməsinə çağırmışlar, onda məlum olmuşdur ki, onun adına təsis edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərlə alqı-satqı əməliyyatları aparılmış və bununla əlaqədar külli miqdarda borcu yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şikayət etməyə başlamışdır. Göründüyü kimi, X17 Sultanovun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adından tərtib edilmiş müqavilə vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus toyuq məhsullarının ələ keçirilməsi ilə əlaqədar deyil, hələ Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31707,07 manat pul vəsaitinin ödənilməsi ilə bağlı icra vərəqəsinin verilməsi səbəbindən aidiyyəti orqanlara həmin şirkətin ona məxsus olmaması barədə ərizələr yazmışdır (cild 3, iş vərəqə 192-196, iş vərəqə197-198). Samir Mustafayevin şikayəti ilə əlaqədar aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 2018-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini Arif Feyziyev adlı şəxsdən almış və həmin vaxtdan həmin şirkətdə fəaliyyətini davam etdirmişdir. Şirkətin təsisçi-direktoru həmin dövrdə özü olmuş, qida və qeyri-qida məhsullarının alınıb-satılması ilə məşğul olmuşdur. Cəmiyyətin təsisçi direktoru olduğu üçün firmanın bütün borcları ona yönəldildiyinə görə öz adının borclardan təmizlənməsi məqsədilə alqı-satqı ilə şirkəti qonşuluqda yaşayan Samir Mustafayevin adına sənədləşdirmiş, Samir Mustafayevin bundan xəbəri olmamışdır. Borcların olduğu şirkətin onun adına keçirilməsinə və borcların ona yönəldilməsinə razıdır, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif cəmiyyətlərə olan borcu özünə məxsusdur (cild 3, iş vərəqə 199-200). Bundan başqa Zərərçəkmiş şəxs1, 09 aprel 2022-ci il və 26 aprel 2022-ci il tarixli müqavilələr təqdim edildikdən sonra sonuncu müqavilənin rekvizitləri hissəsində imzaların Təqsirləndirilən şəxs tərəfindən deyil, Samir Mustafayevə məxsus olmasının səbəblərini soruşduqda Təqsirləndirilən şəxs ona Samir Mustafayevin xalası oğlu olduğunu, həmin şirkətin əsl sahibi özü olduğunu, məhkumluğu ilə əlaqədar şirkətin onun adına keçirilməsini bildirdiyini qeyd etmişdir. İş üzrə şahid qismində ifadə verən Şahid9 da təqsirləndirilən şəxsi Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim etdiyini, həmin şirkətin sahibi kimi Təqsirləndirilən şəxs tanıdıqlarını, Samir adlı şəxs haqqında hər hansı məlumata sahib olmadığını bildirmişlər (cild 2, 103- 104). Həmçinin iş materialları ilə təsdiq olunmuşdur ki, həqiqətən də müqavilən bağlanması ərəfəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə görə məhkumluğu olmuşdur. Digər tərəfdən Zərərçəkmiş şəxs1 şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırma aparılan zaman 07 iyul 2022-ci il tarixdə verdiyi izahatı və iltizamda əks edilən xüsusatları Təqsirləndirilən şəxs təkzib etsə də bu və ya digər formada təzyiqə yol verilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin izahatı və tərəfindən verilmiş iltizam ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs göstərilən izahatında Zərərçəkmiş şəxs1 olan 60000 manat borcun tərəfindən tam şəkildə ödənilməsi, 28 aprel 2022-ci il tarixli elektron qaimə üzrə ödənilməli olan 185670 manat pul vəsaitinin 26 aprel 2022-ci il tarixdə onun vasitəçiliyi ilə Samir Mustafayevə verilmiş toyuq filesinə görə ödənilməli olan məbləğ olmasını bildirsə də iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında ilk müqavilə 09 aprel 2022-ci il tarixdə bağlanılmış, həmin müqavilədə nəzərdə tutulan məhsulun növü Təqsirləndirilən şəxs dediyi kimi “file deyil”, 2-ci sort toyuq məhsulları kimi göstərilmiş, müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair rekvizitlərin yalnış göstərilməsi səbəbindən məzmununa hər hansı dəyişiklik edilmədən 26 aprel 2022-ci il tarixdə yenidən təzələnmişdir. Bundan başqa məhkəmə iclasında həmin izahat və iltizamda dediklərini təkzib etməklə Zərərçəkmiş şəxs1 tərəfindən 27 aprel tarixində Zərərçəkmiş şəxs2 pul vəsaiti hesabına alınmış və Samir Mustafayevə verilmiş toyuq məhsulunun toyuq filesi deyil, gec bişən toyuq olması barədə Təqsirləndirilən şəxs ifadələri də 26 aprel 2022-ci il tarixdə ölkə ərazisinə 20 ton miqdarda toyuq filesinin idxal olunması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətinin idxal əməliyyatları haqqında Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış İdarəetmə Sistemindən əldə edilmiş hesabatlarla təkzib edilmişdir. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq Zərərçəkmiş şəxs1 28 aprel 2022-ci il tarixli elektron qaimənin həm ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs verilmiş 2-ci sort toyuq məhsuluna görə ödənilməli olan 46670 manat borc, həm də 26 aprel 2022-ci il tarixdə hər hansı müqavilə olmadan təqsirləndirilən şəxsə verilmiş 20 ton toyuq filesi məhsuluna görə ödənilməli olan 139000 manat (139000+46670=185.670 ) pul vəsaitinə dair məbləği əks etdirməsi barədə ifadələrinin mötəbər olması barədə nəticəyə gəlir. Bundan başqa ibtidai istintaq dövründə şahid qismində dindirilərkən, habelə məhkəmə iclasında son söz deyərkən Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmünə əsasən 14 aprel 2022-ci il tarixdən cəzasını çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində olması səbəbindən Zərərçəkmiş şəxs1 iddia etdiyi kimi 27 aprel 2022-ci il tarixdə toyuq filesini bilavasitə alması imkanının olmaması barədə ifadələri də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsindən daxil olan məktubla təkzib edilir. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə üç günlük müddətdə ailə üzvləri ilə görüşmək üçün ünvan 9 ünvanına getmişdir (cild 2, iş vərəqə 65). Məhkəmə qeyd edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində 26-27 aprel 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs1 yanında Samir Mustafayevlə telefonla danışdığını bildirsə də, onun istifadəsində olan +**********44 mobil telefon vasitəsilə aparılan danışıqlarına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasya İdarəsindən götürülmüş məlumatlar olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs Samir Mustafayevlə heç bir telefon danışığı olmamışdır. Əksinə həmin tarixlərdə Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif ərazilərində olması, o cümlədən Zərərçəkmiş şəxs1 aldığı toyuq hissələrini satdığı şəxsin, yəni Şahid2 istifadəsində olan +**********79 saylı mobil telefon nömrəsi ilə 27 aprel 2022-ci il tarixdə danışıqları olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 80, iş vərəqə 141). Beləliklə məhkəmə iş üzrə toplanmış yuxarıda sadalanan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki sahiblik Təqsirləndirilən şəxs məxsus olması, istər 09 aprel 2022-ci il, istərsə də 26 aprel 2022-ci il tarixli müqavilələrin faktiki olaraq Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında bağlanması, 26 aprel 2022-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş 20 ton toyuq filesinin Təqsirləndirilən şəxs verilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 46670, Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 139000 manat məbləğində əmlakının ələ keçirilməsi işin mübahisəsiz halını təşkil edir. Təqsirləndirilən şəxs niyyətinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, onların əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olmasına dair nəticəyə gələrkən isə məhkəmə həmçinin aşağıdakı sübutlara istinad edir: İstintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu üzünə qarşı deyilənlərə heç bir səbəb göstərmədən münasibət bidirməkdən imtina etmişdir (cild 2, iş vərəqə 38- 41). İstintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu üzünə qarşı deyilənlərə heç bir səbəb göstərmədən münasibət bidirməkdən imtina etmişdir (cild 2, iş vərəqə 42-45). İstintaq zamanı keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu üzünə qarşı deyilənlərə heç bir səbəb göstərmədən münasibət bildirməkdən imtina etmişdir (cild 2, iş vərəqə 46-49). İş üzrə şahid qismində dindirilən Şahid2 və Şahid5 ifadələrindən görünür ki, Şahid2 27 aprel 2022-ci il tarixində Təqsirləndirilən şəxs 20 ton toyuq məhsulunu 1 kq üçün 5 manat 50 qəpikdən ödəmək şərtilə satın almış, tərəfindən təqsirləndirilən şəxsə, 82000 manat nağd qaydada pul vəsaiti ödənilmiş, 28000 manat borcu əvəzinə isə Şahid5 məxsus “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilmişdir; - “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Elvira adlı şəxsdən satın alan Şahid1 ifadələrində həmin avtomobilin alqı-satqısı ilə əlaqədar Təqsirləndirilən şəxsla danışdığını, sonuncunun avtomobilin Şahid8 adına olsa da faktiki sahibi özü olduğunu bildirdiyini göstərmişdir; -21 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Baş X26 İdarəsi tərəfindən göndərilmiş məktuba əlavə edilmiş “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların çıxarışından görünür ki, “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 fevral 2022-ci il tarixdə Şahid5 tərəfindən, 07 may 2022-ci il tarixdə Şahid8 tərəfindən, 22 may 2022-ci il tarixdə isə Şahid1 tərəfindən etibarnamə əsasında əldə edilmişdir (cild 2, səh 56). Məhkəmə iclasında Şahid2 verdiyi ifadə ilə məhkəməyə qədər şahid qismində dindirilmə protokollarının məzmunu arasında ziddiyyətlər olsa da məhkəmə onun ibtidai istintaq dövründən verdiyi ifadələrin mötəbər olması qənaətinə gələrək həmin ifadələrini sübut kimi nəzərə alır və qiymətləndirir. Belə ki, əvvəla Zərərçəkmiş şəxs1 Şahid2 yalnız toyuq məhsullarını 26 aprel 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs verərkən gördüyünü, sonuncu Şahid2 öz şəriki kimi qeyd etdiyini bildirmişdir. Şahid2 də məhkəmə iclasında Təqsirləndirilən şəxs aldığı toyuq məhsullarının daşındığı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs1 tərəfindən idarə edildiyini və ilk dəfə həmin gün sonuncunu tanıdığını etiraf etmişdir. Bundan başqa gah Rəvandan aldığı məhsulların Zərərçəkmiş şəxs1la əlaqəsinin olmaması, gah sonuncunun həmin məhsulun Rəvana satılmasında vasitəçilik etməsini bildirməsi barədə Şahid2 məhkəmə iclasında verdiyi ifadələri arasındakı ziddiyyətlər ibtidai istintaq dövründə şahid qismində dindirilmə protokollarının məzmunu ilə aradan qalxmışdır. Belə ki, ibtidai istinaq orqanına verdiyi ifadədən görünür ki, Şahid2 həm Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 20 ton miqdarında toyuq məhsulları verilməsi faktını təsdiq etmiş, həm də mallar təyinat yerinə gəldiyi anda soyuducu işləmədiyi üçün həmin məhsulları aparmaq cəhdi Zərərçəkmiş şəxs1 “mal mənimdir” deyə etirazı ilə qarşısı alınmış, bundan sonra Şahid2 Zərərçəkmiş şəxs1 müvafiq məhsula görə əvvəldən 20000, gecə ilə daşınması üçün 4200 manat pul ödəməsini bildirməklə, məhsulları aparmayacağı təqdirdə həmin pulun geri qaytarılmasını tələb etdikdən sonra məhsulların daşınmasına icazə verilməsini göstərmişdir. Bundan başqa Şahid2 məhkəmə iclasında həmin məhsula görə 31000 ABŞ dolları məbləğində pul vəsaiti ödədiyini göstərsə də, ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, müvafiq məhsula görə əvvəldən 20000, gecə ilə daşınması üçün 4200 manat pul ödəmiş, həmin məhsulun alınması üçün 6 manat 20 qəpiyə satılması barədə Rəvanla razılaşsalar da mal sulu olduğu üçün Rəvana həmin mala görə 5 manat 50 qəpik ödəcəyini bildirmiş, əvvəldən 24200 manat ödədiyi üçün ona 85800 manat borclu olduğunu göstərmişdir. Həmin pulun bir qismini isə xalası oğlu Şahid5 istifadəsində olan “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs yaxını olan Şahid8 adına etibarnamə ilə keçirilməsi ilə əvəzləşdirilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, həmin avtomobil 2022-ci ilin may ayının axırlarında Şahid1 tərəfindən satın alınması ilə əlaqədar sonuncu Təqsirləndirilən şəxsla danışsa da alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Rəvan notariusa sonradan adını bildiyi Elvira adlı cavan bir qadınla gəlmiş, Rəvan ona avtomobilin sənədlə Elvira adlı xanımın mülkiyyətində olduğunu, lakin faktiki olaraq özünə məxsus olduğunu qeyd etmişdir. Məhkəmə sadalanan həmin sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs və Şahid8 Şahid5 məxsus **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin pul müqabilində Şahid8 üçün alındığını və nasazlıq səbəbindən qısa zaman kəsiyində, yəni 07 may 2022-ci il tarixdə aldıqdan sonra 22 may 2022-ci il tarixdə satmalarını bildirmələri barədə ifadələrini yuxarıda göstərilən sübutlarla təkzib olunmuş hesab edir və belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs2 pul vəsaiti hesabına Belarusiya Respublikasından Azərbaycan Respublikasında 26 aprel 2022-ci il tarixdə idxal edilən və Zərərçəkmiş şəxs1 satın alınan 20 ton toyuq filesinə görə razılaşdırılmış məbləğin Şahid2 tərəfindən təqsirləndirilən şəxsə ödənilməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun vasitəsilə Zərərçəkmiş şəxs2 hər hansı pul vəsaiti ödənilməməsi onun məqsədinin əvvəldən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus əmlakın ələ keçirilməsinə yönəlməsindən ibarət olmuşdur. Məhkəmə belə qənaətə gələrkən həmçinin o hallara istinad edir ki, həmin malların satın alınma qiymətinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında razılaşmaya əsasən 139000, yəni 1 kq üçün 6 manat 95 qəpik müəyyən edilməsinə baxmayaraq Şahid2 göstərilən mallar təqsirləndirilən şəxs tərəfindən daha ucuz qiymətə yəni, bir kq üçün 5 manat 50 qəpik məbləğə satılması(139000 manata alınmış 20 ton toyuq filesinin 110000 manata, yəni 29000 manat fərqlə satılması ) və bu barədə Zərərçəkmiş şəxs1 məlumat verilməməsi, onun həmin pul vəsaitini qaytarmaq niyyətinin olmamasına dəlalət etmişdir. Lakin məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hazırkı epizod üzrə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşsa da cinayətin törədilməsi üsulu kimi Samir Mustafayevin əvəzinə imza etməklə saxta müqavilə hazırlanması və Zərərçəkmiş şəxs1 təqdim etməsi ilə əlaqədar ona CM-nin 320.1 və 320.2-ci maddəsi elan edilmiş ittiham ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələr ilə bəraət verilməldir. Əvvəla məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olan əmlak və əmlaka olan hüquqlar Təqsirləndirilən şəxs tərəfindən müqavilənin təqdim edilməsi yolu ilə deyil, Zərərçəkmiş şəxs1la aralarında mövcud olan “işgüzar münasibətlərə əsaslanan etibardan” sui-istifadə edilməsi üsulu ilə ələ keçirilmişdir. İş materiallarından görünür ki, 09 aprel 2022-ci il və 26 aprel 2022-ci il tarixli müqavilələrin təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 təqdim edilməsi yalnız ödənişlərin həyata keçirilməsi üçün qaimə tərtib edilməsi məqsədlərinə xidmət etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 məxsus 139000 manat dəyərində toyuq filesini belə verərkən yeni müqavilə bağlanmasına ehtiyac duymamış, toyuq filesi ilə 26 aprel 2022-ci il tarixli müqavilədə göstərilən toyuq məhsulunun qiyməti arasında fərq olmasına baxmayaraq aralarında olan etibarlılıq münasibətlərinə, yəni əvvəllər toyuq məhsulu satışı sahəsində ticarət əlaqələrinin, ortaq tanışlarının olması kimi hallara söykənərək hər hansı sənədə istinad edilmədən toyuq filesini Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa müqavilənin olması (saxta və ya həqiqi) yalnız zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan münasibətlərə alqı-satqı məzmunu vermək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxs müqavilənin Samir Mustafayev tərəfindən imzalansa belə sonuncu ilə deyil, məhz həmin şirkətin faktiki sahibinin Təqsirləndirilən şəxs olması məlumatından çıxış edərək onunla alqı-satqı münasibətlərinə daxil olmuşdur. Hazırki iş üzrə müəyyən edilməli olan əsas məsələ mövcud müqavilənin olub-olmamasının yoxlanılması məsələsi olmuşdur ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə verdiyi izahatında və iltizamda müvafiq müqavilənin mövcudluğu halını inkar etməmişdir. Digər tərəfdən eyni şərtlərlə iki dəfə 09 aprel 2022-ci il və 26 aprel 2022-ci tarixli müqavilələrin olması da Zərərçəkmiş şəxs1 həmin müqavilə vasitəsilə Təqsirləndirilən şəxs arasında münasibətlərin alqı-satqı şəklində aparılmasına inanması barədə ifadələrinin mötəbər sübut kimi qəbul edilməsini zəruri etmişdir. Saxta sənəddən istifadə etməklə dələduzluq cinayətinin törədilməsinə görə isə cinayət məsuliyyəti o vaxt yaranardı ki, həmin sənəd saxtalaşdırılmasaydı zərərçəkmiş şəxs özünə məxsus olan əmlakı və ya əmlaka olan hüquqları təqsirləndirilən şəxsə verməzdi. Hazırki iş üzrə isə Zərərçəkmiş şəxs1 lap əvvəldən Samir Mustafayevlə deyil, Təqsirləndirilən şəxs ilə işgüzar münasibətlərdə olmasını, həmin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olmasını düşünmüşdür. Yəni müvafiq müqavilənin kim tərəfindən imzalanması zərərçəkmiş şəxs üçün əhəmiyyət kəsb etməmiş, müqavilə ona ödənişlərin həyata keçirilməsi üçün(bank hesabı, VÖEN məlumatları) zəruri olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsası ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İş materiallarından görünür ki, istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 aprel 2022-ci il və 26 aprel 2022-ci il tarixli müqavilələrdə olan imzaların Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra olunmasını müəyyən etmək məqsədilə məhkəmə xətşünasılıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı aparılmasından ötrü həmin müqavilələrin əslinin təqdim edilməsi barədə ekspert tərəfindən vəsatət verilmişdir. Lakin həmin müqavilələrin əslini əldə edib ekspertizaya təqdim etmək mümkün olmamış və ona görə də ekspertiza təqdiqiqatı aparılaraq rəy alınması təmin edilməmişdir. Lakin bütun bunlara baxmayaraq istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 aprel 2022-ci il və 24 aprel 2022-ci il tarixli müqavilələrdə olan imzaların X8 tərəfindən deyil, Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi barədə nəticəyə gəlinmişdir və bu zaman yalnız X11 Sultanovun onu aldadaraq işə düzəltmək adı ilə şəxsiyyət vəsiqəsini alması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini onun adına sənədləşdirməsi və müqavilələri də onun adından yazması barədə ifadəsi əsas götürülmüşdür (cild 1, iş vərəqə 109-116). Məhkəmə, hökmün əsasını yalnız həqiqiliyi şübhə alınması mümkün olmayan, yoxlanılmış, yəni başqa sübutlarla birlikdə təsdiq edilən sübutlara əsaslanması, habelə bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipindən çıxış etməklə hesab edir ki, Zərərçəkmiş şəxs1 təqdim edilən müqavilə nüsxəsinin kim tərəfindən imzalanması həmin sahədə xüsusi biliklərə malik olan şəxsin ekspert rəyi ilə belə müəyyən edilə bilməməsi, Samir Mustafayevin müvafiq müqavilənin özü tərəfindən imza edilməsinin inkar edilməsi barədə ifadəsinin hər hansı digər sübutla yoxlanılmasının mümkün olmaması halı hazırki ittiham üzrə təqsirləndirilən şəxsin xeyrinə həll edilməli və ona təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə bəraət verilməlidir. Bundan başqa məhkəmə mötəbərliliyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən şübhə altına alınmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Tariel Diniyevin, Şahid6 dindirilmə protokollarını, məhkəmə iclasında verdiyi ifadələri, 04 fevral 2022-ci il tarixli və 09 fevral 2022-ci il tarixli müqavilələri sübut növü kimi nəzərə alaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 47200 manat, X9 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 34000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı ibtidai istintaq orqanın gəldiyi nəticə ilə razılaşdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs4 arasında borc müqaviləsinin olması, habelə Təqsirləndirilən şəxs tərəfindən Tariel Diniyevə sonuncudan aldığı məbləğdən müəyyən müddət gəlir ödəməsi hələ onlar arasında olan münasibətlərin mülki xarakterli olması kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla Zərərçəkmiş şəxs4 ibtidai istintaq dövründə, Tariyel Diniyevin isə həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 müqavilə təqdim edərək aldığı borcu rəsmiləşdirdiyindən, Tariel Diniyev isə əvvəllər Təqsirləndirilən şəxs az-az verdiyi məbləğdən gəlir əldə etdiyinə görə sonuncuya inanmışlar. Məhkəmə bu xüsusat üzrə bildirir ki, X24 İsmayılova məxsus əmlakı da ələ keçirərkən sonuncu ilə arasında olan münasibətlərə müqavilə bağlamaq yolu ilə alqı-satqı görüntüsü yaratmış, əvvəllər aldığı məhsulun dəyərinin bir qismini ödəməklə sonuncunun etibarını qazanmışdır. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Lakin iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə yol verilmiş epizod üzrə aralarında hər hansı müqavilə öhdəliklərinin olması halını belə inkar etmiş, nə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olduğunu, nə Zərərçəkmiş şəxs1 borcu olmasını, nə Zərərçəkmiş şəxs2 məxsus əmlakın təhvil almasını etiraf etməmiş, Zərərçəkmiş şəxs4 və Tariel Diniyevdən aldığı pul müqabilində isə hər hansı biznes fəaliyyəti ilə məşğul olması, biznes fəaliyyətinin uğursuz nəticələnməsinə dair məhkəməyə dəlil təqdim etməmişdir. Müdafiə tərəfinin əsas dəlili isə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə müdafiə hüququnun pozulması olmuşdur. Belə ki, müdafiə tərəfi iddia etmişdir ki, “şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə” 09 fevral 2023-cü il tarixli protokolda təqsirləndirilən şəxs tərəfindən “öz müdafiəçim Müdafiəçi1 gələcək. Başqa vəkildən imtina edirəm” sözləri yazılsa da həmin ifadə müstəntiq tərəfindən saxtalaşdırılaraq “öz müdafiəçim Müdafiəçi1 gələcək. Başqa vəkildən imtina edəcəm” sözləri ilə əvəz edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi olmadan tutulmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq protokolun mötəbərliliyinin yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs müdafiəçisi Teymur Babayev məhkəmə iclasında dindirilmiş, həmin protokolun məzmunu elan edilmədən ümumiyyətlə onun təqsirləndirilən şəxsə təqdim edilib-edilməməsi məsələsi, onun şübhəli şəxs qismində tutulmasında iştirak edib-etməməsi aydınlaşdırılmış, sonuncu Təqsirləndirilən şəxs təqdim edildiyini, onun iştirakı ilə tutulduğunu, Təqsirləndirilən şəxs özünün müdafiəçisi olduğunu ona bildirdiyini qeyd etmişdir. X12 həmçinin həmin xüsusat üzrə dindirilərkən vurğulamışdır ki, ondan imtina edəcəyi təqdirdə ərizə yazmalı olduğunu Təqsirləndirilən şəxs izah etmiş, təqsirləndirilən şəxs isə yalnız müdafiəçisi gəldiyi təqdirdə ondan imtina edəcəyini bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş müdafiəçi Teymur Babayevin qeyd edilən ifadələri ilə 09 fevral 2023-cü il tarixli protokolda göstərilən “öz müdafiəçim Müdafiəçi1 gələcək. Başqa vəkildən imtina edəcəm” məzmunda yazıların üst-üstə düşməsini nəzərə alaraq hesab edir ki, bu hissədə müdafiə tərəfinin dəlili təkzib edilir. Digər tərəfdən Teymur Babayev təqsirləndirilən şəxsin onun iştirakı ilə tutulduğu barədə ifadələrini əsaslandırarkən belə bir prosessual məcburiyyət tədbiri tətbiq edilmədiyi təqdirdə onun şübhəli şəxs qismində dindirilməsində iştirak etməyəcəyini bildirmişdir. Teymur Babayev həmçinin “tutulma haqqında qərarın və protokolun, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında” protokolda olan imzaların ona məxsus olmasını təsdiq edərək bildirmişdir ki, həmin sənədlər onun tərəfindən imzalanmış və təqdim edilmişdir ki, “tutulma haqqında qərarın və protokolun, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında” protokolunu imzalamışdır. Məhkəmə, Teymur Babayevin ifadələrini mötəbər sübut kimi qəbul edərək Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbirinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi normalara əsasən həyata keçirilməsi və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması barədə dəlillərinin təkzib edilməsi barədə qənaətə gəlir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Nurlana Quilyeva-Rzayevanın da müdafiə nitqində qeyd etdiyi kimi dindirilən şahidin statusunun –vəkillik fəaliyyətinin həyata keçirən şəxs olmasını nəzərə alır. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələlərində öz iradəsi ilə seçilmiş müdafiəçisinin iştirakı təmin edilmişdir ki, bu da əslində müdafiə hüququ sahəsində pozuntu olsaydı belə həmin halın aradan qalxmasına dəlalət edir. “Ekspertizası təyin edilməsi haqqında qərarın şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi haqqında” , “cinayət işi materialları ilə tanış olma haqqında” protokolda olan imzaların Teymur Babayevə məxsus olmaması barədə müdafiə tərəfinin dəlillərinə isə məhkəmə, hazırki iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Nurlana Rzayeva- Quliyevanın cinayət işi materialları ilə tanış olmasını və müvafiq protokolu imzalamasını, beləliklə də təqsirləndirilən şəxsin Cinayət-Prosessual Məcəlləsinin 284-288-cı maddələri ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsini, ekspertiza təyin edilməsi barədə qərara əsasən hər hansı ekspert rəyi verilməməsini, eləcə də həmin qərarla hazırki cinayət işi üzrə obyektiv, tam, ədalətli araşdırma aparılması üçün hər hansı əhəmiyyət kəsb edən halların müəyyən edilməməsini, müvafiq imzaların müdafiəçiyə məxsus olubolmamasına dair məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə üzrə 03 fevral 2025-ci il tarixli məhkəmə iclasında əsaslandırılmış qərar qəbul edilməsini, eləcə də təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsini, qeyd edilən halların Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən hazırki cinayət işi üzrə sübutetmə predmetinə aid olmamasını, həmin Məcəllənin 146-cı maddəsinə əsasən iş üzrə toplanmış sübutların kifayət etməsi- təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə əlaqədar müəyyən edilməli hallar üzrə mümkün sübutların həcminə nail olunmasını, yəni sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə, cinayət işi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə imkan verməsini, habelə sübutların məcmusunun toplanmasının məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) xidmət etməməli olmasını nəzərə alaraq qiymət verilməsini lüzumsuz hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 46670 manat, Zərərçəkmiş şəxs2 139000 manat, Zərərçəkmiş şəxs4 47200 manat, X9 34000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət msuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 sentyabr 2013-cü il, 19 sentyabr 2016-cı il və 12 dekabr 2019-cu il təvəllüdlü üç azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 29, 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin edilmiş cəza 02 il sınaq müddətinə şərti hesab edilmiş, 21 oktyabr 2016-cı il tarixdə cəza müddəti başa çatmış, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının çəkməsi məntəqə tipli cəzaçəkmə müəssisəsinə təyin edilmiş, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması müəyyən edilmiş, Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün 14 aprel 2022-ci il tarixdə 12 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin qeydiyyatına qəbul edilmişdir. Barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir (Cild 1, iş vərəqə 221-226, cild 2, iş vərəqə 65, cild 3, iş vərəqə 1-3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi həmin Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirici halın olmasını, habelə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, cəzaların məqsədlərinə nail olunmasının mümkünlüyü nöqteyi nəzərindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 67-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 il 8 ay 3 günlük hissəsi cari hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Həmin məcəllənin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 135-136), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 161-166). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə dair danışıq məlumatlarını özündə əks etdirən bir ədəd DVD disk, 09 aprel 2022-ci il tarixli və 26 aprel 2022-ci il tarixli 203 saylı müqavilələrin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi və mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığının müəyyən edilməsidir. Cinayət işi materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi təqdim edərək cinayət nəticəsində ələ keçirilmiş 46670 manat məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır: Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq cinayəti törədilməsi ilə bağlı sonuncuya 46670 manat ziyan vurulmasına dair nəticəyə gəldiyindən hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 46670 manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 346-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 67.5-ci maddələrinə əsasən Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının barəsində həbs qətimkan tədbiri seçilənədək çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) günlük hissəsi və əlavə cəza qismində təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi təmin edilsin. 46670 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə dair danışıq məlumatlarını özündə əks etdirən bir ədəd DVD disk, 09 aprel 2022-ci il tarixli və 26 aprel 2022-ci il tarixli 203 saylı müqavilələrin surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar