Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-750/2021 30.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni hazırlayaraq saxlamışdır. Belə ki, o, 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Xaçmaz rayonunun Ləcət kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində məlum olmayan mənbədən əldə etdiyi 33 ədəd çətənə bitkisinin toxumlarından 09 ədədini dibçəklərdə, 24 ədədini isə torpaqda əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə külli miqdarda, yəni ümumilikdə 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, həmin çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 640,0 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana hazırlayıb 01 ədəd plastmas vedrənin içərisinə yığaraq həyətyanı torpaq sahəsində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:45-də Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan 33 ədəd yaş vəziyyətdə ümumi çəkisi 15710,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi 640,0 qram təşkil edən narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən arabir narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Xaçmaz rayonunun Ləcət kəndində yerləşən dəmir yolu stansiyasında, yerdən bir ədəd siqaret qutusu tapmış, onu açıb baxanda içərisində çətənə bitkisinin toxumları olduğunu görmüş, həmin toxumları əkməklə onlardan şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana əldə etməyi fikirləşmiş və bu məqsədlə çətənə toxumlarını götürüb yaşadığı evə gətirmişdir. Bundan sonra həmin toxumlardan 24 ədədini həyətyanı torpaq sahəsində yerdə, 09 ədədini isə plastmas qablarda əkmiş və toxumlar cücərib əmələ gələndən sonra onlara qulluq edərək yetişdirmişdir. Sonradan yetişən çətənə bitkilərinin hissələrini toplayıb qurutmaq üçün bir ədəd plastmas vedrəyə yığaraq həyətyanı torpaq sahəsində, elə çətənə bitkilərini əkib-becərdiyi yerdə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə olduğu zaman Yalama PB-nin əməkdaşları evlərinə gələrək ona yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib becərməsi barədə polis bölməsinə məlumat daxil olduğunu və həmin məlumatı yoxlamaq üçün video çəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da yaşadığı evin həyətyanı torpaq sahəsində həqiqətən narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və ora baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən özünün və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı onun həyətyanı torpaq sahəsində əkib yetişdirdiyi 09 ədədi plastmas qabda, 24 ədədi isə torpaq sahəsində-yerdə olmaqla ümumilikdə 33 ədəd narkotik tərkibli çətənə bitkilsi, həmçinin qurutmaq üçün 01 ədəd plastmas vedrəyə yığıb saxladığı çətənə bitkisi hissələri aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşlarından biri bu barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törətdilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə Xaçmaz RPŞ-nin Yalama PB-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış, bölmənin sahə rəisi Şahid2, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X8 və o özü qrupun tərkibinə daxil edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq üçün Yalama PB-nin sahə polis nəfəri Şahid3 və baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 dəvət ediləndən sonra həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış keçirməyə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər, narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və onları həyətyanı torpaq sahəsinin sağ yan hissəsinə apararaq orada 09 ədəd müxtəlif rəngli və ölçülü dibçəklərdə, həmçinin torpaq sahəsində yerdə əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkiləri və 01 ədəd plastmas vedrənin içərisinə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini təqdim etmiş, dibçəklərdə və torpaq sahəsindəki bitkilərin narkotik tərkibli çətənə bitkiləri, vedrənin içərisindəki kütlənin isə çətənə bitkilərinin yarpaqları olduğunu bildirmişdir. O, həmçinin çətənə bitkilərini özünün istifadəsi üçün əkib-becərdiyini və vedrənin içərisindəki kütləni də çətənə bitkilərindən toplayaraq şəxsi istifadəsi üçün saxladığını demişdir. Baxışda iştirak edən aqronom Şahid4 aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldıldığını, suvarıldığını və aqrotexniki qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Bundan sonra hər dibçəkdə 01 ədəd olmaqla 09 ədəd, torpaq sahəsində isə 24 ədəd olmaqla ümumilikdə 33 ədəd çətənə bitkisi bir-bir köklərindən torpaqdan çıxarılmış, çətənə bitkiləri və içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 01 ədəd plastmas vedrə ayrı-ayrılıqda 05 ədəd qara rəngli böyük ölçülü polietilen torbalara qablaşdırılaraq möhürlənmişdir. Daha sonra faktla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi polis nəfəri Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmədə dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1la eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 cinayət işinin 103-104-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, “xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı X4 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz RPŞ-nin Yalama PB-nə dəvət olunmuşdur. X2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demiş və həmin baxışda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və bundan sonra həmin tarixdə saat 21 radələrində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları polis kapitanı Şahid2, polis kapitanı Şahid1, polis serjantı Şahid3 və X7la birlikdə qeyd olunan ünvana getmişdir. Həmin ünvanda onları bir şəxs qarşılamış, həmin şəxsin Təqsirləndirilən şəxs olması orada ona məlum olmuş, şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış keçirməyə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər, narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və bundan sonra onları həyətyanı torpaq sahəsinin sağ yan hissəsinə apararaq orada 09 ədəd müxtəlif rəngli və ölçülü dibçəklərdə, həmçinin torpaq sahəsində yerdə əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri və 01 ədəd plastmas vedrənin içərisinə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini təqdim etmiş, dibçəklərdə və torpaq sahəsindəki bitkilərin narkotik tərkibli çətənə bitkiləri, vedrənin içərisindəki kütlənin isə çətənə bitkilərinin yarpaqları olduğunu bildirmişdir. O, həmçinin çətənə bitkilərini şəxsi istifadəsi üçün özünün əkib-becərdiyini və vedrənin içərisindəki kütləni də çətənə bitkilərindən toplayaraq şəxsi istifadəsi üçün saxladığım demişdir. Polis əməkdaşları ona aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların hansı növ bitkilərə aid olmasını və onlara aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etməyi təklif edəndə o, həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirmişdir. Onların dibləri yumşaldılmış, suvarılmış və digər aqrotexniki qulluqlar göstərilməklə becərilmiş vəziyyətdə olduğuna görə aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra hər dibçəkdə 01 ədəd olmaqla 09 ədəd, torpaq sahəsində isə 24 ədəd olmaqla ümumilikdə 33 ədəd çətənə bitkisi bir-bir köklərindən torpaqdan çıxarılmışdır. Çətənə bitkiləri və içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 01 ədəd plastmas vedrə ayrıayrılıqda 05 ədəd qara rəngli böyük ölçülü polietilen torbalara qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra faktla bağlı X7 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi polis nəfəri Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır”. Cinayət işinin 15-ci vərəqlərində olan protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ev Xaçmaz rayonu Ləcət kəndində yerləşməklə birmərtəbəli fərdi yaşayış evidir və həmin evə aid həyətyanı torpaq sahəsi 0,10 hektardır. Baxış keçirməyə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər, narkotik vdsazasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları həyətyanı torpaq sahəsinin sağ yan hissəsinə dəvət edərək orada 09 ədəd müxtəlif rəngli və ölçülü dibçəklərdə, həmçinin torpaq sahəsində yerdə əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkiləri və 01 ədəd ağ rəngli plastmas vedrənin içərisinə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini təqdim edərək dibçəklərdə və torpaq sahəsindəki bitkilərin narkotik tərkibli çətənə bitkiləri, vedrənin içərisindəki kütlənin isə çətənə bitkilərinin yarpaqları olduğunu, çətənə bitkilərini şəxsi istifadəsi üçün özünün əkib-becərdiyini və vedrənin içərisindəki kütləni də çətənə bitkilərindən toplayaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkiləri nəzərdən keçirib onların əkilib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və aqrotexniki qulluq göstərilməklə əkilib-becərildiyini bildirmiş, bundan sonra əvvəlcə dibçəklərdə, sonra isə torpaq sahəsində əkilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılmış və cərgə ilə yerə düzülərək sayılmışdır. Dibçəklərdə əkilmiş bitkilərin sayı 09 ədəd, torpaq sahəsində əkilmiş bitkilərin sayı isə 24 ədəd olmaqla Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən ümumilikdə 33 ədəd çətənə bitkisinə oxşar bitki aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş bitkilərdən 16 ədədi 01 ədəd qara polietilen torbaya, 10 ədədi 02 ədəd ağızağıza keçirilmiş qara rəngli polietilen torbaya, 04 ədədi 02 ədəd ağız- ağıza keçirilmiş qara rəngli polietilen torbaya, 03 ədədi 02 ədəd ağız-ağıza keçirilmiş qara rəngli polietilen torbaya və içərisində bitki kütləsi olan plastmas vedrə isə 01 ədəd qara rəngli polietilen torbaya qablaşdırılaraq orta hissələrindən skoçla bağlanıb möhürlənmiş və götürülmüşdür. Cinayət işinin 16-cı vərəqində olan, aqronomu Şahid4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 09 ədədi dibçəklərdə, 24 ədədi isə torpaq sahəsində əkilib-becərilmiş vəziyyətdə olmaqla 15 ədəd 1,5 metr, 16 ədəd 1,0 metr, 02 ədəd isə 20 sm hündürlüklərdə olmaqla ümumilikdə 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi və bitkilərin becərildiyi ərazidə qurudulmaq üçün 01 ədəd plastmas vedrənin içərisinə yığılmış yarpaq aşkar edilmiş, həmin bitkilərin dibləri suvarılmış və aqrotexniki qaydada qulluq göstərilməklə becərilmişdir. Cinayət işinin 63-cü vərəqində olan protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:45-dən saat 21:30-dək Xaçmaz rayonunun Ləcət kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin videogörüntüləri qeydə alınmaqla cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd CD diskə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə «HP» markalı stolüstü kompüter vasitəsi ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, sahə rəisi, polis kapitanı Şahid2, sahə polis nəfəri, polis serjantı Şahid3 və Xaçmaz Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsindən ötrü qeyd olunan ünvana gedilir. Orada Təqsirləndirilən şəxs polis əməkdaşlarım qarşılayır. X2 yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkilib- becərilməsi barədə məlumat olduğunu, buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirir və bununla bağlı hüquq və vəzifələrini izah edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmir və polis əməkdaşlarını evin həyətinə dəvət edir. Baxış keçirməyə başlamamışdan əvvəl X7 tərəfindən Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər, narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları həyətyanı torpaq sahəsinə apararaq orada dibçəklərdə, həmçinin torpaq sahəsində yerdə əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkiləri və 01 ədəd plastmas vedrənin içərisinə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini təqdim edir. Bildirir ki, dibçəklərdə və torpaq sahəsindəki bitkilər narkotik tərkibli çətənə bitkiləri, vedrənin içərisindəki kütlə isə çətənə bitkilərinin yarpaqlarıdır. O, həmçinin həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün özünün əkibbecərdiyini və vedrənin içərisindəki kütləni də çətənə bitkilərindən toplayaraq şəxsi istifadəsi üçün saxladığım bildirir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkilərin çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldıldığını, suvarıldığını və aqrotexniki qulluq göstərilməklə əkilib-becərildiyini bildirir. Bundan sonra dibçəklərdə və torpaq sahəsində əkilmiş bitkilər aqronom Şahid4 tərəfindən bir-bir köklərindən torpaqdan çıxarılır və cərgə ilə yerə düzülərək sayılır. Dibçəklərdə əkilmiş bitkilərin sayı 09 ədəd, torpaq sahəsində əkilmiş bitkilərin sayı isə 24 ədəd olmaqla ümumilikdə 33 ədəd çətənə bitkisi aşkar olunur. Daha sonra aşkar edilmiş bitkilər və içərisində bitki kütləsi olan plastmas vedrə ayrı-ayrılıqda iri ölçülü qara rəngli polietilen torbalara qablaşdırılır. Bitkilərdən 16 ədədi 01 ədəd torbaya, 10 ədədi 02 ədəd ağızağıza keçirilmiş torbaya, 04 ədədi 02 ədəd ağız-ağıza keçirilmiş torbaya, 03 ədədi 02 ədəd ağız-ağıza keçirilmiş torbaya və içərisində bitki kütləsi olan plastmas vedrə isə 01 ədəd torbaya qablaşdırılaraq skoçla bağlanır və möhürlənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, onları şəxsi istifadəsi üçün əkib yetişdirdiyini, həmçinin vedrənin içərisindəki kütləni də çətənə bitkilərindən toplayaraq şəxsi istifadəsi üçün saxladığını etiraf edir. Cinayət işinin 49-51-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/495 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada 01 (bir) ədəd plastmas vedrənin içərisində təmiz çəkisi - 640,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş dörd ədəd orta hissələrindən skoçla bağlanmış qara rəngli polietilen torbalarda yaş vəziyyətdə, ümumi sayı 33 (otuz üç) ədəd, ümumi çəkisi 15710,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 105-106-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2587 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-83 və 129-137-ci vərəqlərində olan qərarlardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 640,0 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və yaş halda ümumi çəkisi 15710,0 qram olan 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin videogörüntüsü köçürülmüş 01 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitənin 0,05 qramının, çətənə bitkilərinin 1,65 qramının tədqiqatlara sərf edilməklə istifadə olunması nəzərə alınmış, qalan 639,95 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və yaş halda 15708,35 qram çəkidə 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri ayrı-ayrılıqda 01 (bir) ədəd kağız torbaya və 04 (dörd) ədəd qara rəngli polietilen torbalara qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 12-ci hissəsinin b bəndinə görə 2500 qram narkotik vasitə olan qurudulmayan marixuana külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və iş üzrə digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni və qeyd olunan sənədləri ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 26 və 77-78-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 113-117-ci vərəqlərində olan doğum haqqında şəhadətnamələrdən və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2 nəfər azyaşlı uşaöı var, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və müsbət xarakterizə olunur. Himayəsində azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olmaması, əməlindən səmimi peşiman olması, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddətə cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli bugündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Xaçmaz RPŞ-də saxlanılan 639,95 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və yaş halda 15708,35 qram çəkidə 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə məsrəfini təşkil edən 66,46 AZN (altımış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı fərdi fəaliyyət göstərən vəkil X9 müdafiə etmiş və vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatı 40 (qırx) saat, vəkilə ödənilməli haqq 240 (iki yüz qırx) manat təşkil edir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi təqsirləndirilən şəxsin müdafiəsi ilə əlaqədar 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün 240 (iki yüz qırx) manat, Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, tutularaq saxlanıldığı 2 gün təyin edilən cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 3(üç) il 11(on bir) ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 66,46 AZN (altımış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Xaçmaz RPŞ-də saxlanılan 639,95 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və yaş halda 15708,35 qram çəkidə 33 (otuz üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün 240 (iki yüz qırx) manat, Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-750/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-750/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver