Məhkəmə qərarları › İş №1(101)-750/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-750/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-750/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: X7, Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlu və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçilər: “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçilər: X22 və X20 iştirakı ilə açıq məhkəmə iclasında, xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan müəyyən olunur ki, o bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq edib və qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə bir qrup şəxs halında 05 fevral 2024-cü il tarixdə saat 21:20-də ünvan 3 ünvanda yerləşən «Qarabağ Playstation» oyun zalına gələrək Şahid1 sevgilisi Şahid4 ilə tanışı X8 arasında baş vermiş mübahisə ilə bağlı sonuncuya qarşı kobudluq edərkən, oyun zalında müştəri qismində olan Nərmin Qazzayevanın tanışlarından Əfqanistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 buna irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, ictimai yer olan həmin oyun zalında Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 ilə mübahisə edib, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən üzərində olan bıçaqdan silah qismində istifadə etməklə zor tətbiq edib Alillah Ansarının tanışı Zərərçəkmiş şəxs2 boyunun yuxarı 1/3-nin arxa səthinin 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı- ayrılıqda, həm də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirən zaman, qrupun digər üzvü Şahid1 də yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə qəsdən vurub zor tətbiq etməklə sonuncuya sol yanaq nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Bundan başqa o, ittihama əsasən tanışları Şahid1, Şahid2, və Şahid3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 mart 2024-cü il tarixdə saat 05 radələrində Şahid1 dəvəti ilə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evə qonaq gəlmiş və hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 əli ilə başından, Şahid2 tərəfindən yumruqla sifətinin sol nahiyəsindən, Şahid3 tərəfindən sillə ilə sifətindən, kəllə ilə alın nahiyəsindən vurub Zərərçəkmiş şəxs3 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın cinayət hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs3 hədələyərək basqın edib, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 500 manat dəyərində **********04950 İmei kodlu “İphone 11” markalı mobil telefonu və 01 ədəd orta bazar qiyməti 120 manat təşkil edən ağ rəngli, üzərində “A2700 523 mAh” yazıları olan qulaqcığın alınmasına nail olub ələ keçirməklə, ümumilikdə 620 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, onunla eyni ittihama görə təqsirləndirilən şəxslər olan Orxan Mehdiyev, Şahid2 və Şahid3 tanıyır. Həmçinin bu iş üzrə zərərçəkmiş şəxs qismində keçən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlu və Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, o, Orxan, Vahid və Ülvi dostdurlar. Zərərçəkmiş şəxs3 isə Orxanın tanışıdır. Digər əfqanlı olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlu və Zərərçəkmiş şəxs1 barda baş vermiş hadisə zamanı tanımışdır. Belə ki, o dostu Orxanın dəvəti ilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospektində yerləşən «Qarabağ Playstation» oyun zalına Orxanın tanışı Fidan adlı qadının çağırışı əsasında getmişlər. Belə ki, Fidan Orxana zəng edib bildirmişdir ki, həmin zalda Nərmin adlı qızla mübahisə edir, ona kömək etmək lazımdır. Orxanla həmin zala daxil olduqdan sonra Orxan həmin Nərmin adlı qıza yaxınlaşaraq sonuncudan Fidanla nə işi olduğunu soruşmuş, elə bu zaman onlara Nərminin əfqanlı tanışı olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb Nərmini müdafiə etmiş və bu zaman Orxanla Zərərçəkmiş şəxs1 arasında dava başlamış, o, Orxanın üzərinə daha 2 nəfər əfqanlının gəlməsini görərək davaya müdaxilə edərək Orxanı qorumağa çalışmışdır. Dava zamanı onlar və əfqanlılar bir-birinə əlləri ilə zərbələr endirmiş, onda bıçaq olmamış, bıçaqla heç kəsə xəsarət yetirməmiş, həmçinin Orxanın da əlində bıçaq görməmiş, Orxanın bıçaqla əfqanlılara xəsarət yetirməsini də görməmişdir. Oyun zalına gələn polis əməkdaşları Orxanı saxlamış, lakin o, oradan qaçıb uzaqlaşdığı üçün polislər onu saxlaya bilməmişlər. Orxan saxlanılsa da sonradan buraxıldığı üçün onunla görüşməyi davam etmişdir. 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə geçən gecə Orxangilə getmiş, orada Şahid2 və Şahid3 görmüşdür. Bir azdan ora Orxanın tanışı olan Zərərçəkmiş şəxs3 da gəlmişdir. Hamısı birlikdə söhbət etdikləri zaman Ülvi telefonu olmadığı üçün Həsəndən instaqram sosial şəbəkəsinə baxmaq üçün telefonu istəmiş, Həsən də telefonunu ona vermişdir. Bir azdan sonra Həsən telefonu istədiyi üçün Ülvi telefonu ona geri qaytarmışdır. Bir müddət sonra Ülvi yenidən Həsəndən telefonu istəyərək almış, Həsən ondan telefonu geri istədikdə aralarında mübahisə düşmüş, Ülvi Vahidə bildirmişdir ki, Həsənin telefonunda Vahidin istədiyi qızla Həsənin şəkilləri vardır. Vahid əsəbləşərək Həsənə «mənə qardaş, sevdiyim qıza isə bacı deyirdin, bu nə məsələdir» deyərək Həsəni evdən çölə çıxarmış, onunla birlikdə Ülvi də çölə çıxmışdır. Bayırda nə baş verməsini bilməmişdir. Ona görə ki, həmin vaxt o evdə yatmışdır. O, Həsənin kimlər tərəfindən döyülməsini görməmiş, özü Həsənə əl vurmamış, mübahisədən sonra Ülvi və Vahid evdən çıxıb getmişlər. Sonra bilmişdir ki, Ülvi gedəndə Həsənin telefonun da aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Siyəzən rayonu Siyəzən şəhəri 6 saylı lisey-məktəbin 11-ci sinifində təhsil alır. Şahid1 2022-ci ilin yay aylarından, təxminən həmin dövrlərdən Orxanın dostları olan Şahid2 və Təqsirləndirilən şəxs tanımış, Şahid3 isə tanımamışdır. Orxanla dostluq münasibətləri yarandığı üçün Siyəzəndən Bakı şəhərinə valideynlərinin yanına gələndə Orxanla görüşür, bəzən onun evində gecələyirdi. Sonuncu dəfə 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Orxan telefonla mesaj yazıb, onu yaşadığı evə qonaq dəvət etmiş, o da taksi ilə Orxanın yaşadığı evə getmişdir. Bunun üçün atasından icazə almışdır. Orxangildə Orxana görə tanıdığı, Vüsal, Vahid və Ülvini görmüşdür. 24 mart 2024-cü il tarixdə saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 05 radələrində Ülvi ondan “İphone 11” markalı mobil telefonunu “İnstagram” sosial şəbəkəsinə baxması üçün istəmiş, o da telefonu Ülviyə vermişdir. Ülvi bir qədər telefonuna baxdıqdan sonra qəsdən telefonu kilidə salmış və sonra ondan telefonun kilidin şifrəsini soruşmuş, lakin o, telefonun şifrəsini demədiyi üçün həmin şifrəni bilən Orxan şifrəni Ülviyə demiş, bundan sonra Ülvi öz başına telefonuna daxil olaraq qalereyada olan şəkillərə baxmağa başlamış, o isə buna etiraz edərək Ülvi ilə mübahisə etmiş, bundan sonra orada olan şəxslər onu evin həyətinə çağırıb onunla mübahisə etmişlər. Həyətdə bir daha Vahid və Vüsala Ülvinin düzgün hərəkət etmədiyini deyib iradını bildirərkən qəflətən Vahid yumruqla bir neçə dəfə onun sifətinin sol tərəfindən vurmuşdur. Bundan sonra sakitləşib yenidən evə qayıtmışlar. Evdə olduğu zaman təxminən 10 dəqiqədən sonra Ülvi ona yaxınlaşıb, sataşmaq məqsədi ilə «telefonu istəyirsən?» deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyəsindən vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yatmış, bu hadisəni görməmişdir. Qıc olma xəstəliyi olduğu üçün huşunu itirmiş, ayıldıqda telefonunu Ülvidən istəmiş, lakin Ülvi telefonu verməmiş və ona polisə desə onun üçün pis olacağı ilə hədələmişdir. Bundan sonra o, Orxangildən çıxıb getmiş, mobil telefonu isə Ülvidə qalmışdır. Ülvi həmçinin onun əl çantasının içərisində olmuş “Airpods” markalı qulaqcıqlarını da götürmüşdür. Baş vermiş hadisə barədə valideynlərinə bir söz deməmiş, üzündə və başında olan xəsarətlər barədə onlara açıqlama verməmişdir. Lakin bibisi oğluna hadisə barədə danışmış və sonuncu Orxan Mehdiyevə zəng edərək telefonla qulaqcıqlarını geri tələb etmişdir. Lakin Orxan əşyalarını qaytarmadığı üçün hadisə barədə 3 gün sonra atasına məlumat vermiş, atası da DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onu atası ilə birlikdə polisə dəvət edib izahatını almışlar, sonra polislərlə birlikdə Orxan Mehdiyevgilə gedərək qulaqcıqları oradan götürmüş, lakin telefon Ülvidə olduğu üçün polis əməkdaşları Ülvini tapıb saxladıqdan sonra sonuncunun qohumları telefonun dəyərini ödəmişlər. Qeyd etmək istəyir ki, polis idarəsindən onun məhkəmə tibbi ekspertizasına göndərmişlər. Ekspertizaya atası ilə birlikdə getmiş, orada bədənində olan xəsarətlər qeyd olunmuş, ekspert rəyi ilə tanışdır. Həmin rəylə razıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır, lakin başqa iş üzrə məhkum olunmuş Şahid1 «Orik» ləqəbli şəxs kimi tanımışdır. Belə ki, o, uzun müddət Bakı şəhərində yaşadığı üçün şəhərdə Orxanla rastlaşmış, onunla tanış olmuş, normal münasibətləri olmuşdur. 05 fevral 2024-cü il tarixdə saat 21:00-da dostları, iki qardaş olan Şahid6 və Aliullah ilə birlikdə, Şahid6 ad gününü qeyd etmək üçün Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalına getmişdir. Təxmininən 30 dəqiqə playstation oyun zalında oynadıqdan sonra saat 21:20-də girişdə qapının yanında yerləşən kassaya ödəniş edib çıxarkən dostu Aliullahın qiyabi olaraq tanıdığı «Orik» ləqəbli, yəni Şahid1lə üzbəüz durub söhbət etdiyini, ani bir zamanda mübahisə yarandığını və Orxanın Aliullahı yumruqla vurduğunu görmüş, Aliullahı vuran Orxana yaxınlaşdıqda Orxanın yanında olmuş, tanımadığı şəxs bıçaqla birinci onun belindən, daha sonra isə boynundan vurmuşdur. Onu vuran şəxsi görməmiş, yalnız sonradan Ansari Aliullah ona bildirmişdir ki, Orxanın hadisə yerində olmuş dostu Vüsal adlı şəxs ona bu xəsarətləri yetirmişdir. Həmin vaxtı ətrafda çoxsayda tanımadığı şəxslər toplaşdığı üçün Vüsal və Orxan qorxub “Qarabağ Playstation” oyun zalını tərk etmişlər. Vüsalgili tutmaq üçün dostları da onların arxasınca qaçmış, özü isə yaxında olan aptekə gedib yara binti alaraq yarasını sarımışdır. Şahid1 polislər oyun zalının yaxınlığında yaxalamış, lakin Vüsal adlı şəxs qaçıb getmişdir. Hal-hazırda Vüsalın atası müalicəsi ilə bağlı bütün xərcləri ona ödəmiş, bu səbəbdən Təqsirləndirilən şəxs və Şahid1lə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. “Qarabağ Playstation” oyun zalında hadisəni əks etdirən videogörüntü ona nümayiş edilmişdir. Həmin görüntüdə özünü arxadan qaçan zaman görüb tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin hadisə zamanı mübahisə etdiyi Şahid1 tanıyır. Belə ki, qardaşı Şahid6 ad gününü qeyd etmək məqsədi ilə dostu Adnanla birlikdə Bakı şəhəri Səbail rayonu «Tarqovi» adlanan ərazidə gəzməyə çıxmışlar. Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmışdırlar. Onlarla birlikdə oyun oynamaq üçün plastation kluba getmək qərarına gəlib 05 fevral 2024-cü il tarixdə saat 21:00-da Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ” plastation oyun zalına getmişlər. Təxminən 30 dəqiqə oyun oynadıqdan sonra qapının girişində yerləşən kassada ödənişi edib çıxarkən qiyabi tanıdığı «Orik» ləqəbli şəxsin, yəni Orxan Mehiyevin obyektə daxil olduğunu, ani bir zamanda qardaşı ilə üzbəüz dayanıb mübahisə etməyə başladığını görmüşdür. Nə baş verdiyini başa düşmədiyi üçün yaxınlaşıb maraqlandıqda Orxan üzərinə gəlib qəflətən sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Buna görə də Orxanın üzərinə gedib onun istiqamətində bir neçə yumruq atmışdır. Bu zaman Orxanın tanışları arxadan yaxınlaşıb gödəkçəsindən tutub dartaraq onu yerə yıxmışlar. Yerdə olarkən ona bir neçə yumruq vurmuşlar. Həyəcanlı olduğu üçün vuran şəxsləri tanıya bilməmişdir.Daha sonra qardaşı onun döyüldüyünü görüb yaxınlaşıb həmin şəxsləri kənarlaşdırmışdır. Adnana bıçaqla xəsarət yetirildiyini və xəsarət yetirən şəxsi görməmişdir. Ətrafa çoxsayda şəxslər toplaşdığı üçün oradan getmişlər. Yalnız bu zaman dostu Adnanın belindən qan gəldiyini, bıçaqlandığını görmüş, həmin şəxslərin arxasınca küçəyə çıxdıqda Orxan əlində tutduğu bıçağı onlara nümayiş etdirmişdir ki, onlar onların arxasınca gəlməsin. Ehtiyat edib onun üzərinə getməmiş, qardaşı Şahid6 da Adnanın bıçaqlandığını görüb Orxangili qorxuzmaq üçün yerdən daş parçası götürüb onları vuracağını bildirmişdir. Bu zaman Orxangildə daşı görüb qorxub qaçmışlar. Onlar isə Orxangilin arxasınca qaçmış, yaxınlıqda olan polis əməkdaşları Orxanı saxlamış, lakin Adnana xəsarət yetirən sonra adını bildiyi Vüsal adlı şəxs qaça bilmişdir. Ona yalnız Orxan yumruqla vuraraq xəsarət yetirmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs3 isə onun doğma oğludur. Oğlu yetkinlik yaşına çatmayandır, Siyəzəndə litseydə təhsil alır, o isə Siyəzən neftdə işləyir. Yoldaşı və digər uşaqları isə Bakı şəhərində yaşayırlar. Oğlu Həsən arasıra anası və bacıları ilə görüşmək üçün Bakı şəhərinə gəldikdə onlarla birlikdə bir evdə qalır. Sonuncu dəfə «Novruz Bayramı» münasibəti ilə bağlı məktəblərdə tətil olduğu üçün Həsən 19 və ya 20 mart 2024-cü il tarixdə anası və bacıları ilə görüşmək məqsədilə Bakı şəhərinə gəlmişdir. O isə həmin müddətdə Siyəzən şəhərində qalmış, buna baxmayraq tez-tez oğlu və arvadı ilə əlaqə saxlayıb hal-əhval tuturdu. 26 mart 2024-cü il tarixdə arvadı ona zəng edib oğlu Həsənin 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə keçən gecə evdə olmadığını, 24 mart 2024-cü il tarixdə evə səhər saatlarında gəldiyini, gələrkən halsız vəziyyətdə, sifətində xəsarət izləri olduğunu, özünü narahat hiss etdiyini, istifadə etdiyi «İphone11» markalı mobil telefonu əlindən alındığını, telefonuna zəng çatmadığını bildirdi. O, bundan narahat olub Bakı şəhərinə gəlmiş və oğlu Həsənlə görüşüb ondan nə baş verdiyini soruşmuşdur. Həsən bu zaman bildirdi ki, tanışı Şahid1 onu yaşadığı evə qonaq dəvət etmiş, orada ümumi tanışları, Fidan, Ülvi, Vüsal, Vahidlə görüşmüş, səhər satlarına kimi orada birlikdə olmuş, Ülvi adlı şəxs Vahidlə birlikdə ona fiziki zor tətbiq edib 01 ədəd «İphone11» markalı mobil telefonunu və 01 cüt «Airpods» markalı qulaqcığını əlindən zorla alıb geri qaytarmamışlar. Həsənin vəziyyətini, onun teztez qusduğunu görüb hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra oğlu ilə birlikdə polis idarəsinə dəvət olunmuş, polislər oğluna xəsarət yetirən şəxsləri saxlamış, Şahid1 evindən oğluna məxsus qulaqcıqları aşkar edib qaytarmışlar. Təhqiqatçının qərarı ilə oğlu barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, oğlunun bədənində olan xəsarətlər orada öz əksini tapmışdır. İstintaq gedişatında oğlunun telefonunun dəyəri tam ödənilmiş, bu səbəbdən onun və oğlunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. 05 fevral 2024-cü il tarixdə saat 21 radələrində Vüsalla «Sovetskidə» olduqları zaman sevgilisi olan Fidan adlı qız telefonuna messaj yazaraq «Qarabağ Playstation» oyun zalında olduğunu, Nərmin adlı qızla mübahisə etdiyini bildirərək köməyə gəlməsini xahiş etmişdir. Dərhal taksi ilə Vüsalla birlikdə həmin oyun zalına getmişlər. Həmin zala gəldikdə Fidanla Nərmin adlı qızın mübahisə etdiklərini görmüşdür. Nərmindən nə səbəbdən Fidanla dalaşdığını soruşan zaman əfqanlı Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuş və davamlı şəkildə üzərinə gəldiyi üçün onu yumruqla sifətindən vurmuşdur. Həmin vaxt 4 nəfər əfqanlı ona yaxınlaşaraq adlarını sonra bildiyi Aliullah və onun qardaşı Şahid6 onu vurmuşlar. Əfqanlılarla dava etmiş, dava zamanı görmüşdür ki, Vüsalı da əfqanlılar vurub yerə yıxmışlar. Həmin dava-dalaş təxminən 10 dəqiqə çəkmiş və həmin dava-dalaş zamanı o bicaq istifadə etməmişdir. Oyun zalına dəvət olunmuş polislər onu saxlamış, lakin Vüsal oyun zalını tərk etdiyi üçün onu saxlaya bilməmişlər. Orada o, xəsarət aldığı üçün polis bölməsində izahat verdikdən sonra sərbəst evinə buraxılmışdır. İkinci epizod üzrə bildirir ki, 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində dostları Vüsal,Vahid və Ülvi onun təklifi ilə yaşadığı evə qonaq gəlmişlər. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində dostu olan Zərərçəkmiş şəxs3 zəng edərək bildirmişdir ki, valideyinləri ilə dalaşmış, qalmağa yeri yoxdur,bir neçə gün onun evinində qaımağa icazə istəmişdir. Həsən onun evinə daim gəlib-gedən şəxs olduğu üçün, Həsənə onun evinə gəlməsini təklif etmiş, Həsən də onun evinə gəlmişdir. Saat 03-04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu istəmiş, Həsən etiraz etməmiş və telefonunu Ülviyə vermiş, lakin Ülvi instaqrama girib baxdığı zaman telefonu geri tələb etmiş Ülvi də telefonu onun özünə qaytarmışdır. Bu vaxt Təqsirləndirilən şəxs yatmış və Ülvi ilə Həsənin mübahisəsini görməmişdir. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən də telefonu Ülviyə vermişdir. Az sonra Həsən telefonunu Ülvidən geri qaytarmasını xahiş etsə də, Ülvi ondan incikli şəkildə telefona baxmağa qoymadığını demiş, Ülvi ilə Həsən arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ülvi bildirmişdir ki, bəs Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmiş, çünki Həsən Vahidə hər zaman qardaş, onun sevdiyi qızı isə bacı deyə çağırırdı. Buna görə Vahid əsəbləşib Həsəni həyətə dəvət etmişdir. Həmin vaxt həyətə o və yuxudan oyanmış Vüsal da çıxmış, o və Vüsal mübahisə edən Ülvi ilə Həsənə iradlarını bildirmiş və evə daxil olmalarını təklif etmişdir. Orada nə o, nə də ki, Vüsal Həsənə qarşı fiziki zor tətbiq etməmişlər. Sadəcə onları ayırıb onlara irad tutmuşlar. Həsənlə Vahid arasında həyətdə mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Sonradan Vahidin özündən eşidib bilmişdir ki, o, həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur, şəxsən bunun şahidi olmamışdır. Təxminən saat 05-06 radələrinədək Həsən Ülvidən telefonunu istəsə də Ülvi telefonu qaytarmamışdır. X29 telefonu ala bilməyəcəyini başa düşüb evdən çıxıb getmişdir. Ülvi isə Vüsal ilə birlikdə bir qədər sonra çıxıb getmişdirlər. Ülvi onun yanında Həsəni vurmamış, Həsən özü ekran kilidinin şifrəsini Ülviyə vermişdir.Şəxsən o Həsəni vurmamış və Həsəni uşaqlar tərəfindən vurulmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Orxan Mehdiyevin vasitəsilə tanımış, bu səbəbdən Vüsalla yoldaşlıq münasibətləri olmuşdur. Şahid3 onun dostudur, həmçinin bu iş üzrə Zərərçəkmiş şəxs3 Orxanın dostu kimi tanımışdır. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Orxanın yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs3 Orxanın evinə qonaq gəlmişdir. Həsən Orxangilin evinə gəlib-gedən şəxs olmuşdur. Həsən gələndə evdə o, Ülvi, Vüsal, və Orxan olmuşlar. Saat 03-04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu baxıb qaytaracağını deyib istəmiş, Həsən etiraz etməyərək telefonu Ülviyə vermişdir. Ülvi telefona baxdıqdan sonra Həsənə qaytarmışdır. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən də telefonu Ülviyə vermişdir. Sonra o, digər otağa keçib oturub öz telefonuna baxarkən, Ülvi ilə Həsən arasında telefon üstündə mübahisə yaranmışdır. Onların olduğu otağa keçdikdə görmüşdür ki, Ülvi ilə Həsən arasında mübahisə ciddiləşir. Ülvi əsəbi halda bildirmişdir ki, bəs Həsən başqa şəxslərin yanında onun sevdiyi qızı sevdiyini deyir. Bu söz ona çox pis təsir etmiş, çünki Həsən ona hər zaman qardaş, sevdiyi qızı isə bacı deyə çağırırdı. Buna görə əsəbləşib Həsəni həyətə dəvət etmişdir. Ülvinin və onun Həsənlə mübahisələrini Təqsirləndirilən şəxs görməmişdir. Belə ki, sonuncu həmin vaxt yatmışdır. Həyətdə bir iki dəfə sillə ilə Həsənin sifətindən vurmuşdur. Həmin vaxtı həyətə Orxan, Vüsal və Ülvi çıxıb onları aralamışlar. Həsənlə onun arasında həyətdə mübahisə və onun Həsəni vurması təxminən 3-4 dəqiqə davam etmişdir. Təxminən 05-06 radələrinədək Həsən Ülvidən telefonunu istəsə də, Ülvi telefonu qaytarmamışdır. X29 telefonu ala bilməyəcəyini başa düşüb evdən çıxıb getmişdir. Ülvi isə Vüsal ilə birlikdə bir qədər sonra çıxıb getmişdir. Sonradan bilmişdir ki, Həsən Ülvidən polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Orxan Mehdiyevin tanışıdır. Şahid2 onun dostu, Zərərçəkmiş şəxs3 isə Şahid1 dostudur. 23 mart 2024-cü il günorta saatlarından 24 mart 2024-cü il saat 11-12 radələrinədək Şahid1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evdə qonaq olmuşdur. Onunla birlikdə evdə Şahid1, dostları Şahid2 və Təqsirləndirilən şəxs olmuşlar. Sonradan Zərərçəkmiş şəxs3 da gəlmişdir. Birlikdə evdə oturub söhbət edib vaxtlarını keçirmişlər. 24 mart 2024-cü il tarixdə təxminən saat 2-də Təqsirləndirilən şəxs yatmış, otaqda baş vermiş hadisələrdən xəbəri olmamışdır. Belə ki, saat 03-04 radələrində evdə oturub söhbət edərkən Həsənə məxsus «İphone11» markalı mobil telefonu İnstaqrama baxmaq üçün istəmiş, Həsən etiraz etmədən telfonu ona vermişdir.Birazdan sonra Həsən telefonu istədiyi üçün ona qaytarmış, lakin telefon lazım olduğu üçün yenidən ondan telfonu istəmiş, telefona baxdığı zaman Həsən yenidən telefonu istədiyi üçün əsəbləşib onunla mübahisə etmiş və telfonu verməyəcəyini bildirmişdir.Bu zaman aralarında heç bir dava-dalaş olmamışdır.X25 sevdiyi qıza onu sevdiyini deməsinə görə mübahisələri düşmüş, Həsənlə Vahid həyətə çıxıb dalaşmışlar,O isə Həsənə telfonu qaytarmamış, əsəbi halda Orxan gildən Vahidlə birlikdə çıxıb getmiş, Həsənin telefonun isə Nərimanov metrostansiyasının yanında qırıb atmışdır.Telefonun dəyərini Həsənə odəmiş, onunla barışmışdır. Lakin o bunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxsləri isə tanımır. 05 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 6 ünvanında yerləşən «Qarabağ Playstation» oyun zalında Vüsalgili o çağırmamışdır. Onlar öz aralarında dalaşıblar. Kimin kimi vurmasını görməmişdir. 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində tanışı Orxanın təklifi ilə dostları Vüsal, Ülvi və Vahidlə Orxanın yaşadığı evə qonaq getmişdir. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Orxan Həsənlə telefon vasitəsi ilə əlaqə saxladıqda Həsən bildirmişdir ki, valideyinləri ilə dalaşıb qalmağa yeri yoxdur. Orxan da təklif etmişdir ki, onun evinə gəlib qalsın. Bu təklifdən sonra Həsən də gəlmişdir. Həsən Orxanın evinə gəlib-gedən şəxs olmuşdur. Həsən gələndə evdə o, Ülvi, Vüsal, Vahid və, Orxan olmuşdurdar. Saat 03-04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu baxıb qaytaracağı deyib istəmişdir. Həsən etiraz etməmiş və telefonu Ülviyə vermiş, Ülvi telefona baxdıqdan sonra Həsənə qaytarmışdır. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən telefonu inanıb Ülviyə vermişdir. Bir qədər keçdikdən sonra Həsən telefonunu Ülvidən geri qaytarmasını xahiş etsə də, Ülvi «vermirəm nə edəssən» demişdir. Hiss etmişdir ki, Ülvi ilə Həsən arasında mübahisə ciddiləşir. Həmin vaxt Təqsirləndirilən şəxs yatmış, o isə telefonla oynamışdır. O, səhər tezdən evlərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ansarı Şahid6 Məhəmmədəmin oğlu ifadəsində göstərmişdir ki, ad gününü qeyd etmək məqsədi ilə qardaşı Aliullah və dostu Adnanla birlikdə oyun oynamaq məqsədilə 05 fevral 2024-cü il tarixdə saat 21:00-da Səbail rayonu Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ” plastation oyun zalına getmişlər. Təxminən 30 dəqiqə oyun zalında oynadıqdan sonra qapının girişində yerləşən kassada ödənişi edib çıxarkən «Orik» ləqəbli, yəni tanışı Şahid1 obyektə daxil olduğunu görmüşdür. Həmin vaxtı zalın işçisindən qulaqcıq istədikdə Orxan ona nəsə dediyini zənn edib üstünə qışqırmışdır. Bunu görən qardaşı Aliullah Orxanın yanına gedib nə üçün onunla bu tərzdə danışdığını soruşmuş, Orxan isə heç bir səbəb olmadan qardaşını yumruqla vurmuşdur. Qardaşının döyüldüyünü görüb Orxanın yumruqla başına vurmuşdur. Bu zaman Orxanın yanında olmuş dostu onu vurmaq istəsə də, zərbə ona dəyməmişdir. Adnan mübahisəyə müdaxilə edərək Orxanı vurmuşdur. Çox sayda tanımadığı şəxslər toplaşdığından və və hər tərəfdən onları vurduqları üçün nə baş verdiyini tam başa düşməmişdir. Lakin qardaşının yerdə olduğunu üzərində kiminsə olduğunu görüb, onlara yaxınlaşıb qardaşının üzərində olmuş şəxsi kənara dartmışdır. Daha sonra digər müştərilərin və obyekt sahibinin narahatlığına səbəb olduğu üçün kənar şəxslərin köməyi ilə Orxan və yanında olmuş şəxslər obyektdən kənarlaşdırılmışdır. Onların arxasınca küçəyə çıxdıqda Orxan və dostu pilləkəndən yuxarıda dayanıb adını sonradan bildiyi Vüsal adlı tanışı əlində tutduğu bıçağı göstərərək onları “Qarayevka” adlanan bağa çağırmışdır. Adnana baxdıqda həmin şəxslərin üzərində hadisə zamanı bıçaq olduğunu demişdir. Bu zaman Vüsal əlində olan bıçaqla Adnanın üzərinə hüçüm edərək həmin bıçaqla Adnanın bel və boyun nahiyəsinə zərbə endirmiş, Adnanın belindən və boynundan qan gəldiyini görmüşdür. Qorxuzmaq üçün yerdən daş parçası tapıb həmin şəxslərin üzərinə qaçmış, onlar da əlində daş olduğunu görüb qorxub qaçmışlar. Qaçmaqlarına baxmayaraq Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində polis avtopatrulu ilə üzbəüz gəlmişlər, həmin vaxtı Orxan dayansa da, digər dostu dayanmayıb qaçıb getmişdir. Onu gözdən itirməmək üçün qaçıb tutaraq yerə yıxmış, bu zaman belindən bıçaq yerə düşmüşdür. Həmin şəxsi saxlamaq istəsə də saxlaya bilməmişdir. Bıçağı götürüb polisə təhvil vermək üçün bıçağın düşdüyü yerə qayıtdıqda bıçağı tapa bilməmişdir. Baş vermiş hadisə zamanı şəxsən xəsarət almamışdır. Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmışdırlar. Onlarla birlikdə oyun oynamaq üçün plastation kluba getmək qərarına gəlib 05 fevral 2024-cü il tarixdə saat 21:00-da Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ” plastation oyun zalına getmişlər. Təxminən 30 dəqiqə oyun oynadıqdan sonra qapının girişində yerləşən kassada ödənişi edib çıxarkən qiyabi tanıdığı «Orik» ləqəbli şəxsin, yəni Orxan Mehiyevin obyektə daxil olduğunu, ani bir zamanda onunla mübahisə etməyə başlamışdır. Qardaşı yaxınlaşıb maraqlandıqda Orxan üzərinə gəlib qəflətən sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Bu zaman Orxanın tanışları arxadan yaxınlaşıb gödəkçəsindən tutub dartaraq qardaşını yerə yıxmışlar. Yerdə olarkən qardaşına bir neçə yumruq vurmuşlar. O, qardaşının döyüldüyünü görüb yaxınlaşıb həmin şəxsləri kənarlaşdırmışdır. Adnana bıçaqla xəsarət yetirildiyini və xəsarət yetirən şəxsi görməmişdir. Ətrafa çoxsayda şəxslər toplaşdığı üçün oradan getmişlər. Yalnız bu zaman dostu Adnanın belindən qan gəldiyini, bıçaqlandığını görmüş, həmin şəxslərin arxasınca küçəyə çıxdıqda Orxan əlində tutduğu bıçağı onlara nümayiş etdirmişdir ki, onlar onların arxasınca gəlməsin. Ehtiyat edib onun üzərinə getməmiş, Adnanın bıçaqlandığını görüb Orxangili qorxuzmaq üçün yerdən daş parçası götürüb onları vuracağını bildirmişdir. Bu zaman Orxangildə daşı görüb qorxub qaçmışlar. Onlar isə Orxangilin arxasınca qaçmış, yaxınlıqda olan polis əməkdaşları Orxanı saxlamış, lakin Adnana xəsarət yetirən sonra adını bildiyi Vüsal adlı şəxs qaça bilmişdir. O, Vüsalın əlində bıçaq görməmiş, Adnana kim xəsarət yetirdiyini görməmişdir. Onu Vüsal, qardaşını isə Orxan vururdu. Artıq onlar Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, halhazırda hərbi xidmətdədir, ondan əvvəl isə Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 6 ünvanında yerləşən “X30” adlı internet oyun klubunda kassir işləmişdir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs tanıyır. Sonuncu onun kassir işlədiyi “X30” adlı internet oyun klubuna müştəri kimi gəlib-getmişdir. 05 fevral 2024-cü il tarixdə saat 21:15 radələrində işdə olan zaman üç nəfər adlarını bilmədiyi xarici vətəndaşlarla Vüçsal Səfərlinin və yanında olan birneçə şəxsin mübahisə etdiklərini, sonra isə Təqsirləndirilən şəxs həmin xarici vətəndaşlardan biri ilə əlbəyaxa olduğunu görərək klubun digər işçiləri ilə birlikdə Vüsalın əllərindən tutaraq klubdan bayıra çıxarmışlar ki, dava-dalaş davam edilməsin. Bu zaman Vüsalın əlində bıçaq gördüyünü xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəni müstəntiqə heç bir təzyiq olmadan vermiş, ifadəsinin əvvəlini oxumuş, sonda isə ifadəsini oxuması və təsdiq etməsi barədə qeyd yazmaqla imza etmişdir. Həmin ifadədə göstərmişdir ki, hadisə zamanı işlədiyi kluba gələn xarici vətəndaşlar və yerli vətəndaşlar arasında dava olmuş, o və onunla birlikdə işləyən iş yoldaşları Riad, Firudun və orada tanımadığı kompyuterdə oyun oynayan müştərilər ilə birlikdə onları ayırıb çölə çıxartmışlar. Həmin hadisə vaxtı sonradan adı ona məlum olan Vüsal adlı şəxsin əlində cib bıçağı olmuş, o və müştərilərdən biri ilə onu tutub klubdan çölə çıxartmışdır ki, kimisə vurmasın. Hadisədən təxminən 3 saat sonra işlədiyi kluba hadisə vaxtı dava-dalaş edən uşaqların yanında olan qızlardan biri Sevda adlı qız yenidən kluba tək kompyuterdə oyun oynamağa gəlmişdir. Sevda ona bildirmişdir ki, həmin dava-dalaş edən uşaqlar klubdan çıxdıqdan sonra küçədə də dava dalaş etmişdirlər və dava zamanı Orxan adlı şəxsin yanında olan Vüsal adlı şəxs xarici vətəndaşlardan birini bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Həmin xarici vətəndaş aldığı xəsarətdən sonra huşunu itirib yerə yıxılıb və oradan keçən şəxslər onu 39-cu PB-yə aparmışdırlar. Sonrada polis əməkdaşları dava-dalaşda iştirak edən şəxsləri müəyyən edərək polis bölməsinə aparmışdırlar. Bu ifadəsini qismən təsdiq edir. Yəni, Vüsalın əlində bıçaq görməsini təsdiq etmir. Qalan hissədə ifadəsi həqiqətə uyğundur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə, yəni qulduruluq əməlində təqsirliliyi məhkəmə baxışı zamanı təsdiqini tapmamış, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham isə öz təsdiqini taparaq tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsilə ittihama dair məsələlər: Belə ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, 3 gün əvvəl X16, Vahid və Ülvi adlı şəxslər onu döyərək mobil telefonunu əlindən adlmışdırlar. Bununla bağlı qanuni tədbir görülməsini xahiş edir (cild 1, i/v 11). Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə ünvan 7 ünvandan yerləşən fərdi yaşayış evində baş vermişdir. Fərdi yaşayış evinin həyətində giriş qapısı taxta materialdandır, həyətə girişdə sağ tərəfdə sanitar qovşaq (hamam-tualet) yerləşir. Həyətə giriş qapısı ilə üzbəüz evə giriş qapısı mövcuddur. Evə daxil olduqda 3x4 metr ölçüdə dəhliz-mətbəx yerləşir, qapıdan sağ tərəfdə paltaryuyan maşın, rakovina, paltaryuyan maşının qarşısında masa, masanın ətrafında stullar vardır. Dəhliz-mətbəxdən irəli keçdikdə 4x4 metr ölçüdə otaq yerləşir. Otaqda giriş qapısı ilə üzbəüz uzaq küncdə paltar şkafı, şkafın sağ tərəfində çarpayı, qapıdan sağ tərəfdə divan, divanın qarşısında jurnal masası vardır. Baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, i/v 12). Məhkəmədə elan edilib araşdırılmış “əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, protokol Zərərçəkmiş şəxs3 və Şahid2 iştirakları ilə tərtib edilmiş, Şahid2 könüllü olaraq “Airpords” markalı qulaqcığı təqdim etmiş, Qanuni nümayəndə1 təqdim olunan qulaqcığı nəzərdən keçirib, rənginə, üzərində olan yazılara görə tanıyıb, qulaqcığın ona məxsus olduğunu bildirmişdir. “Airpord” markalı qulaqcığ iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, i/v 18). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə veridiyi ilkin izahatından müəyyən olunur ki, Mehdiyev Orxan “Vhatsapp” mobil tətbiqi vasitəsilə 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 mesaj yazaraq onlarda qalmasını təklif etmişdir. O qeyd olunan yerə getmiş, orada Orxana görə tanıdığı Vüsal, Ülvi və Vahid adlı şəxslərində orada olduğunu görmüşdür. Həmin gün saat 05 radələrində Ülvi ondan ona məxsus olan “İphone 11” markal mobil telefonu istəmişdir ki, “İnstagram” sosial şəbəkəsinə girsin. Telefonu şifrədən çıxararaq Zərərçəkmiş şəxs3 ona vermişdir, Ülvi biraz telefona baxdıqdan sonra telefonu bilərəkdən şifrəyə salmış, Həsəndən şifrəni istəmişdir. Zərərçəkmiş şəxs3 buna etiraz etsədə, Orxan Mehdiyev şifrəni bildiyi üçün şifrəni Ülviyə bildirmiş, Ülvi şəxsi şəkillərimə baxaraq pozmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs3 telefonu Ülvidən tələb etmiş, lakin o telefonu geri qaytarmamışdır. Buna görə otaqda Ülvi və Orxanla sözlə mübahisə etmişlər. Daha sonra Vahid və Vüsal Zərərçəkmiş şəxs3 evin həyətinə çıxarmışlar, o onlarada Ülvinin düz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 söhbət edən zaman Vahid onun sifətinin sol tərəfindən bir neçə dəfə yumruqla vurmuşdur, Vüsal isə heçnə etmədən onlara baxmış, sonradan ayırmağa çalışdırdı. Evə girmiş telefonu yenidən Ülvidən istədikdə, Ülvi birdaha qaytarmaqdan imtina etmişdir ( cild 1, i/v 19-20). Məhkəmədə elan edilib araşdırılmış “yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ilkin izahatında verdiyi xüsusatları təsdiq edərək, müstəntiqin “atanızın DİN-nin 102 xidmətinə zəng edib Orxan və Vüsal adlı şəsxlər tərəfindən içkinizə naməlum maddə atılaraq “İphone 11” markalı mobil telefonunzun əlindən alındığı barədə və Vüsal adlı şəxsin hərəkətlərinin hadisə zamanı nədən ibarət olması” sualına cavab olaraq, zərərçəkmi şəxs Zərərçəkmiş şəxs3 cavabı isə “hadisədən 2-3 gün sonra Orxan Mehdiyev mənə “İnstagramda” hədə-qorxu dolu mesajlar yazmışdır, hadisə barədə atam Hüseynağaya deməmişəm. O da mənim ilk günlərdə halımın pis olmasını, döyüldüyüm üçün və qusduğumdan atam mənim halımı nəzərə alıb bu cür məlumat vermişdir. Mən şəxsən atama Orxan və Vüsal adlı şəxslərin içkimə naməlum maddə atdıqlarını deməmişəm, Vüsal adlı şəxs kənarda dayanıb baxmış və əlavə olaraq Ülvi və Vahidi məndən aralamağa çalışırdı” bunlardan ibarət olmuşdur ( cild 1, i/v 109-113). Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi “İnstagram” sosial şəbəsi ilə aparılmış və A4 formatında olan kağız üzərinə printer vasitəsi ilə çap edilmiş SMS yazışmalarına baxış keçirilmişdir. Baxış zamanı Orxan-orik_003» adlı «İnstaqram» sosial şəbəkə səhifəsindən «Qabağıma çıxma, səni «nalayiq ifadə» qoru özünü, soxacam qara «nalayiq ifadə»», nalayiq ifadələrlə görüşə dəvət etmək məzmununda SMS mesajları olduğu müəyyən edilmişdir (cild 1, i/v 115). Məhkəmədə elan edilib araşdırılmış şahid Qanuni nümayəndə1 xx.xx.2024-cü il tarixli dindirilməsi protokolundan müəyyən olunur ki, Ülvi və Vahid adlı şəxslər oğlu Zərərçəkmiş şəxs3 “İphone 11” markalı mobil telefonu və 01 cüt “Airpords” qulaqcığı əlindən alıb geri qaytarmayıblar. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs şahid qismində xx.xx.2024cü il tarixli dindirilməsi protokolundan müəyyən olunur ki, Həsən təxminən xx.xx.2024-cü il tarixdə 01 radələrində Orxangilin evinə gəlmişdir. Onlar oturub bir qədər söhbət etmiş, o yorğun olduğu üçün divanda oturduğu vəziyyətdə yatmışdır. Hadisənin şahidi olmamış, durduqdan sonra baş vermiş hadisəni orada olan şəxslərdən eşitmişdir ( cild 1, i/v 136- 138). Məhkəmədə elan edilib araşdırılmış 29 mart 2024-cü il tarixli “Tutma haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməktdə şübhəli bilinərək tutulmuşdur (cild 1, i/v 149). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha göstərək, hadisə zamanı yatdığını, hadisənin şahidi olmadığını, hadisəni Vahid, Orxan və Ülvidən eşitmişdir ( cildi 1, i/v 157- 159). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzün qarşı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 5 radələrində Ülvi məndən istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olub baxıb qaytaracağı adı ilə istəmişdir. O telefonu ekran kilidindən çıxarıb Ülviyə vermişdir. Ülvi biraz onun telefonuna baxandan sonra onun telefonunu qəsdən ekran kilidinə salmış və ondan kilidin şifrəsini deməyini istəmişdir. Həsən isə ona buna görə etiraz etmiş və telefonun özünə məxsus olduğunu bildirmişdir. X33 yaxınlaşmış və Orxan onun telefonunun kilidindən xəbəri olmuşdur. Orxan kilidin şifrəsini Ülviyə demiş, Ülvi telefonu kiliddən çıxararaq onun şəxsi şəkillərinə baxaraq pozmağa başlamışdır. O telefonunu tələb etdikdə Ülvi qaytarmamışdır. Bu səbəbə görə otaqda Ülvi və Orxanla sözlə mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu evin həyətinə çıxarmışlar, onlara bu məsələ ilə bağlı iradını bildirmişdir. O söhbət edən zaman Vahid ona yumuruq, Vüsal ona sillə vurmuşdur. Daha sonra evə daxil olmuşlar, 10 dəqiqə sonra Ülvi ona yaxınlaşmış, kinayə ilə “telefonunu istəyirsən?” deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. O huşunu itirmiş, özünə gəldikdən sonra yene telefonunu tələb etmiş, Ülvi isə verməmişdir. Ülvi həmçinin əl çantasının içərisindən onun “Airpords” –da götürmüş və polisə deyəcəyi təqdirdə daha pis olacağı ilə hədələmişdir. Telefonun üzlüyünü və daxilində olan ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona qaytarılmışdır. Həmin gündən bu günədək Orxan ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə hədə-qorxu məzmunlu smslər yazır. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona 650 manat dəyərində maddi ziyan dəymişdir. Ülvi və Vahid ona fiziki zor tətbiq etmələri nəticəsində xəsarət almışdır. Vüsalda onun başından bir-iki sillə vurmuşdur. Zərərçəkmiş şəxs3 sözlərinə qarşılıq olaraq Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində o Orxanın dəvəti ilə onun yaşadığı evə qonaq getmişdir. Orada Şahid2, Ülvini və Fidanı görmüşdür. Həmin vaxt Orxanın anası evdə olmamışdır. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 da Orxanın yaşadığı evə gəlmişdir. O yorğun olduğunda yatmış və saat 10 radələrində oyanmışdır. Həmin vaxt Həsəndən başqa adları yuxarıda qeyd olunanlar və Orxanın anası evdə idi. Ona məlum olmuşdur ki, Ülvi Həsənin “İphone 11” markalı mobil telefonunu alıb özündə saxlamışdır. Ülvinin deməsinə görə buna səbəb Həsənin onun sevdiyi və Orxanın sevdiyi qızla ayrı-ayrılıqda onların xəbəri olmadan əlaqə saxlamağı olmuşdur. O Ülvi və Həsən arasında olan mübahisənin şahidi olmamışdır. (cild 1, i/v 174-176). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-176/2024 nömrəli xx.xx.2024-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o məhkəmə zalında həbsdən azad edilmişdir (cild 2, i/v 24-28). Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 29- 30). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 12 aprel 2024-cü il tarixli 1/1600 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 5 ildə qeyd olunan xəstəxanaya stasionar müalicə üçün müraciət etməyibdir (cild 2, i/v 63-64). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Sumqayıt Tibb Mərkəzi” X23 18-1-66/2-699-2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ərazi poliklinikasının psixatrik kabinetinə və Sumqayıt Narkoloji Dispanserə müraciət etməyib və qeydiyyatda yoxdur (cild 1, i/v 65). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası» X28 22 aprel 2024-cü il tarixli 5032 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adı qeyd olunan xəstəxanada müalicədə olmayıb (cild 2, i/v 66). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X28 22 aprel 2024-cü il tarixli xx/xx-4679 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adı qeyd olunan mərkəzdə müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdə ambulator məcburi tibbi yoxlamadan keçmişdir (cild 2, i/v 68). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin12-ci PB-nin 1/2- 1220 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3, Zərərçəkmiş şəxs3 narkotik maddələrin alqı-satqısı ilə məşğul olmalarını, habelə Zərərçəkmiş şəxs3 qarşı soyğunçuluq cinayət əməlini törətmələrinin şahidlərini, hadisə barədə məlumatı olan şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 3, i/v 31). Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 25 iyun 2024-cü il tarixli BKC/LGL-7900/24 nömrəli məktubuna əlavə olunmuş məlumatlardan müəyyən olunur ki, 22 mart 2024-cü il saat 08:07:51-dən 24 mart 2024-cü il saat 14:25:20-dək ünvan 8 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə1 adına qeydə alınmış ***-***-**- ** mobil nömrə **********04950 İmei kodlu mobil telefonda istifadə olunmuşdur (cild 3, i/v 55-57). Məhkəmədə elan edilib araşdırılmış “məcburi gətirmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib məcburi qaydada Sabunçu RPİ-nin İŞ-nə gətirilməlidir (cild 3, i/v 66). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli 670 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs3 sol gözün ağlı qişasına qansızma ilə müşayəit olunan sol gözyuvasıətraf nahiyənin, sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddəti 24 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə xəsarətlərdən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 3, i/v 105- 107). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 may 2024-cü il tarixli 9/2461 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın istifadədə olması nəzərə alınmaqla orijinal olduğu halda 2024-cü ilin mart ayına olan orta bazar qiyməti 120,00 manat, orijinal olmadığı halda təxminən 15,00 manat müəyyən olunur (cild 3, i/v 107-109). Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 01 aprel 2024-cü il tarixli 2039A nömrəli rəyindən müəyyən olunur ki, Səfərli X10 və Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Səfərli X12 xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 3, i/v 110-11). Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaların 01 aprel 2024-cü il tarixli 846 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri və psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməli, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, qeyd edilən fərdi-psixi xüsusiyyətlərin göstərilən hadisə zamanı hər hansı mühüm təzahürü müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman o, öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs göstərilən hadisədən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Psixi inkişafı normaya uyğun olmaqla, o, törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz xeyrinə ifadə verməyə, yalan danışmağa, uydurmağa meyillilik müşahidə edilmədi (cild 3, i/v 116-119). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 01 aprel 2024-cü il tarixli 848 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona qarşı törədilmiş cinayət hadisəsi zamanı öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında həyəcan, gərginlik yarana bilərdi. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Psixi inkişafı normaya uyğundur, ona qarşı törədilmiş cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərində öz xeyrinə ifadə verməyə, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi (cild 3, i/v 120- 123). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 və təqsirləndirilən şəxs Şahid3 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Şahid3 üzünə qarşı bildirmişdir ki, Ülvi ondan istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olmaq üçün istəmişdir. Telefonu qəsdən ekran kilidinə salıb şifrəni ondan öyrənmək üçün ona deməsini istəmiş, demədiyini görüb Həsənin mobil telefonun ekran kilidini bilən Orxandan öyrənmişdir. Ülvi telefona daxil olaraq şəxsi şəkilləri silməyə başlamışdır. Telefonu geri qaytarmağı tələb etdikdə o verməmişdir. Ülvi və Orxanla sözlü mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu həyətə çıxarmış, onlarla söhbət edən zaman qəflətən Vahid ona yumruq zərbəsi endirmiş, Vüsal isə sillə ilə başından vurmuşdur. Evə daxil olduqdan 10 dəqiqə sonra Ülvi ona sataşmaq məqsədilə “telefonu istəyirsən?” sualını vermiş, daha sonra sifətinin ilk olaraq sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur və o huşunu itirmişdir. Ayıldıqdan sonra Ülvidən yenidən telefonu tələb etsədə o geri qaytarmamışdır. Ülvi həmçinin onun əl çantasında olmuş “Airpords” markalı qulaqcıqlarıda götürmüşdür. Telefon üzlüyünü və daxilində olmuş ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona geri qaytarılmışdır.Konkret olaraq Şahid2 yumruqla bir neçə dəfə sifətinin sol tərəfindən, Təqsirləndirilən şəxs başından iki dəfə sillə, Ülvi sifətimin sağ tərəfindən iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. Orxan isə Ülvigili müdafiə etməklə, onun təqsirli olduğunu kobud şəkildə sübut etməyə çalışıb, mübahisə etmişdir. Sonradan o başa düşmüşdür ki, bu məsələ Ülvi, Vüsal, Orxan və Vahid tərəfindən əldə olunmuş razılaşma əsasında edilmişdir ki, onu qorxuzub telefonu əlindən alsınlar. Ülvinin isə yalan ifadə verdiyini, məsuliyyətdən yaxa qurtarmaq üçün belə etdiyini bildirmişdir. Qulaqcığıda ondan götürən Ülvi olmuşdur. Zərərçəkmiş şəxs3 üzünə qarşı təqsirləndirilən şəxs Şahid3 bildirmişdir ki, Vahid Həsənə məxsus “İphone 11” markalı mobil telefonu qəsdən əlindən götürüb ona vermişdir. Telefonu ona verməyinin səbəbini bilmir. Bundan sonra Vahidlə Həsən arasında mübahisə yaranmışdır. Həmin vaxt ona bildirmişdir ki, Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmişdir. Buna görə Vahid əsəbləşib Həsəni həyətə çıxarmışdır. Onlar, yəni Orxan, Fidan, Vüsal və Orxan evdə qalmışdır. Sonra həyədə mübahisə səslərini eşidib həyətə çıxmışdır. Həsənlə Vahid arasında dava 3-4 dəqiqə davam etmişdir. Vahid həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur. Həsən telefonu ondan istəsədə o telefonu ona verməmiş və bildirmişdir ki, telefonu ondan Vahid almışdır, ondan tələb etsin. Həsən telefonunu ala bilməyəcəyini anlayıb, dəqiq xatırlamadığı tarixdə çıxıb getmişdir. Vüsal və o bir müddət sonra evdən çıxıb getmişlər. Telefonu istifadə etsəm tutula biləcəyimdən ehtiyyat edib, onu sındırıb atmışdır. Telefonun içərisində olan mobil nömrəni evdə olarkən Həsənə vermişdir. Həsənə zor tətbiq etməmiş, onu vurmamışdır. Həsəni vuran Vahid olub. X19 alaraq ona vermişdir. Vüsal isə yatmışdı, soradan səs-küyə oyanıb mübahisə etməməyi bildirmişdir. Həsəni kəllə ilə vurmamışdır (cild 3, i/v 219-221). Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1460/2025-ci il tarixli hökmü ilə quldurluq əməlinə görə məhkum edilmiş və qanuni qüvvəyə minmiş hökmü ilə məhkumlar Şahid1, Şahid2 və Şahid3 barəsində CM-nin 181.2.1-ci maddəsi ilə bəraət verilmiş, yalnız Şahid3 Zərərçəkmiş şəxs3 Hüseynğa oğluna qarşı törədilmiş talama əməli CM-nin 180-ci maddəsilə soyğunçuluq kimi qiymətləndirilərək ona bu maddə ilə cəza təyin edilmişdir. Yuxarı instansiya məhkəməsinin bu epizodla bağlı hüquqi mövqeyi preyudisial xarakter daşımaqla Təqsirləndirilən şəxs işi üzrə eyni epizod üzrə də məcburidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il 1 nömrəli qərarından müəyyən olunur ki, 1-ci bənddə göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 6-cı bəndindən müəyyən olunur ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 və şahid qismində dindirilmiş şəxslərin məhkəmə istintaqı zamanı və məhkəməyədək icraatın ilkin araşdırılması zamanı verdikləri ifadə və izahatları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsilə təqsirli bilinməsinə yol vermir. Belə ki, zərərçəkmiş şəxsin qanuni numayəndəsi hesab edilmiş atası Qanuni nümayəndə1 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək “3 gün əvvəl tanışları Orxan və Vüsal adlı şəxslər tərəfindən döyülməsi və “İphone 11” markalı mobil telefonun əlindən alınması” barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 isə xx.xx.2024cü il tarixli qanuni nümayəndəsinin iştirakı ilə yazdığı ərizəsində xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Orxan, Vahid və Ülvi adlı şəxslərin onu döyməsi və telefonun əlindən almasını göstərmiş, Təqsirləndirilən şəxs isə ümumiyyətlə adını çəkməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində qeyd olunan əməli törətməsi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs3 ilkin izahat və ifadələrilə, eləcədə Təqsirləndirilən şəxs ilə birgə bu epizod üzrə “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədildiməsi” ittihamı verilmiş şəxslər Şahid1, Şahid2 və Şahid3 və həmin hadisə zamanı orada olan Şahid4 ifadələri ilə təkzib edilir. Belə ki, adları qeyd olunan şəxslər ifadələrində göstərmişlər ki, Ülvi və Həsən aralarında baş vermiş mübahisəyə Ülvinin agressivliyini nəzərə alaraq müdaxilə etmədiklərini, hətta Təqsirləndirilən şəxs kənarda durduğunu, Şahid2 isə verdiyi ifadə də onu göstərmişdir ki, o Zərərçəkmiş şəxs3la evin həyətində söhbət edən zaman özünün Həsəni sifətinin sol tərəfindən bir neçə dəfə yumruqla vurmuş, Vüsal isə heçnə etmədən onlara baxmış, sonradan isə onları ayrımağa çalışmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında xx.xx.2024-cü il tarixdə üzləşdirmədə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə qarşı Vahid və Vüsalnan bayırda olan zaman Vahidin bir neçə dəfə yumruqla sifətinin sol tərəfindən vurması, davamında isə Vüsalın zərərçəkmiş şəxsin başından iki sillə vurmasını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ifadəsi ilə razı olmadığını, onu vurmadığını göstərmişdir. Məhkəmə baxışı zamanı isə zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini inkar edərək Təqsirləndirilən şəxs ona fiziki zor tətbiq etmədiyini, hadisə zamanı evdə yatmış olduğunu göstərmiş, həmçinin hadisədə iştirak etmiş və ya şahidi olmuş bütün şəxslər məhkəmə iclaslarında Zərərçəkmiş şəxs3 qarşı törədilmiş talama cinayəti zamanı Təqsirləndirilən şəxs yatdığını təsdiqləmişlər. Əlavə olaraq Zərərçəkmiş şəxs3 götürülmüş 01 ədəd “İphone” markalı mobil telefonla bağlı Şahid3 məhkəmə istintaqı zamanı bildirmişdir ki, o Həsənin telefonunu Nərimanov metrostansiyasının yanında qırıb atmış, 01 ədəd “Airpords” markalı qulaqcığa dair məsələdə “əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, protokol Zərərçəkmiş şəxs3 və Şahid2 iştirakları ilə tərtib edilmiş, Şahid2 könüllü olaraq “Airpords” markalı qulaqcığı təqdim etmiş və saxlanılması üçün zərərçəkmiş Qanuni nümayəndə1 qaytarmışdır. Bu ifadə və protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinin məzmununda göstərilmiş əməllər aid edilə bilməz, çünki həmin maddənin dispozisiyasında göstərilmiş “əmlak” Zərərçəkmiş şəxs3 telefonu və qulaqcığıdır, bu əşyalarla bağlı məsələr yuxarıda qeyd edilən sənədlərdə öz əksini tapmış, yəni ki, mobil telefon Şahid3 tərəfindən ələ keçirilmiş və sonradan sındırılmış, qulaqcıq isə Şahid2 tərəfindən qaytarılmışdır.Belə olan halda Təqsirləndirilən şəxs əməlində qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etməsi hərəkətləri mövcud olmamışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinə dair ittihamında ziddiyətli mövqedən çıxış edərək, onun bu əməli törətməsinə dair əsaslı sübutlar təqdim etməmişdir. İbtidai istintaq orqanı sadəcə Zərərçəkmiş şəxs3 “Vüsal və Vahidlə evdən kənarda olan zaman, Vahidin onun üzünün sol tərəfində yumruq vurmasını, Vüsalın isə onun başından iki sillə vurmasına” dair bir cümlədən ibarət ifadəyə əsaslana bilməz, nəzərə alsaq ki, məhkəməyədək icraatın başlanığıcında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs barəsində, ona qarşı zorakılıq etməsilə bağlı heç bir izahat və ifadə bildirməmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində zərərçəkmiş şəxsin ifadəsində dəyişikliyin edilməsi, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ona qarşı heç bir zorakılıq etməməsinə dair ilkin ifadəsinə oxşar ifadə verməsi şübhələri təqsirləndirilən şəxsin xeyrinə yozulmalı, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən isə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Əlavə olaraq nəzərə alınmalıdır ki, məhkəmə-psixoloji ekspertizasının 01 aprel 2024-cü il tarixli 848 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun hesab edilməklə, Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərində öz xeyrinə ifadə verməyə, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsini əsas götürərək cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmasını, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməsini nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə onu da qeyd etmək istəyir ki, ibtidai istintaqın gedişinin ilkin mərhələlərində və məhkəmə istintaqı zamanı ifadə vermiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs barəsində verdikləri ifadələri həqiqəti əks etdirməklə, zərərçəkmiş şəxsin “Təqsirləndirilən şəxs də onun başına iki sillə vurmasına” dair ifadəsi təhrif olunmuş ifadə sayılmaqla, həqiqi olmayan kimi qiymətləndirməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilə bilər. Məhkəmə nəzərə alır ki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu maddənin məzmunu və mənasına əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanılması, sübutların yoxlanılması və sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının CPM-nin 143-145-ci maddələrin tələbləri pozularaq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etmə ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun təqsirsiz olması nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittihama dair məsələlər: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin məsul növbətçisi, polis mayoru Saleh Zahidov tərəfindən tərtib edilərək həmin bölmənin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:30-da DİN-nin 102 xidmətindən ********** saylı məlumat daxil olmuşdur ki, Sultanzadə Sevil zəng etmiş və Sahil m/s yaxınlığında naməlum şəxsin bıçaqlanması barədə məlumat vermişdir (cild 2, i/v 121). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ünvan 10 ünvanında yaşayan Əfqanıstan vətəndaşı X9 ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Səbail rayonu Bül-Bül prospektində yerləşən “Qarabağ” playstation oyun zalında tanımadığı şəxs tərəfindən boynundan və belindən bıçaqlanmışdır (cild 2, i/v 122). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 52də yaşayan Əfqanıstan İslam Respublikası vətəndaşı X1 ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Səbail rayonu Bül-Bül prospektində yerləşən “Qarabağ” playstation oyun zalında “Orik” ləqəbli qiyabi tanıdığı şəxs tərəfindən döyülmüş, döyüldüyü hadisədə dostu X14 bıçaqlanmışdır (cild 2, i/v 127). Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 6 ünvanında, avtomobil yolunun solunda pilləkənlərlə aşağı endikdə zirzəmidə yerləşən “Qarabağ” adlı playstation oyun obyektidir. Qapıdan içəri daxil olduqda, kassanın yanında 14 nömrəli masanın yanı ümumi zaldır. Obyektdə girişdən solda kassa və solda yerləşən oturacaq, televizor, playstation oyun aparatı və oyun idarəetmə çubuğu yerləşir. Obyektə 1 saylı Poliklinikanın həyətindən, arxa girişdən daxil olmaq üçün ehtiyyat yanğın qapısı mövcuddur. Arxa tərəfdə kabinetlər yerləşir. “Qarabağ” playstation klub Sahil metrosu ətrafında “Beer point” pubun solunda “Aysel” ətriyyat mağazası ilə üzbəüz yerləşir (cild 2, i/v 133-134). Məhkəmədə elan edilib araşdırılmış “video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində saat 21:19-da bir qrup üzləri görünməyən şəxs Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalının içərisində, girişdən sağda, ödəniş etmək üçün nəzərdə tutulmuş kassanın yanında toplaşmışdır. Bir neçə şəxs arasında mübahisə yaranmış, kim tərəfindən deyilməsi məlum olmasada nalayiq ifadələr işlədilmiş, saat 21:20-də tərəflərdən biri digərinə yumruq atmış, nəticədə qarşılıqlı bir neçə nəfər bir-birinə zor tətbiq etmiş, saat 21:22-də digər şəxslərin müdaxiləsi ilə h əmin şəxslər obyektdən kənarlaşdırılmışdır (cild 2, i/v 137). Həmin video görüntü məhkəmə baxışı zamanı da nümayiş edilməklə tədqiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 fevral 2024-cü il tarixli 60 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlunin bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, həmin xəsarətlər 05 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, həm də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 2, i/v 141-143). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 fevral 2024-cü il tarixli 61 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs1nin bədəni üzərində müəyyən edimliş xəsarət - sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, 05 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 2, i/v 144-146). Məhkəmədə elan edilib araşdırılmış “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2, ona təqdim edilən 4 nəfər şəxsin fotoşəkillərini nəzərdən keçirib 2 (iki) nömrəli şəkildə olan şəxsi, yəni Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək bildirmişdir ki, baş vermiş hadisə zamanı əlində olan bıçaqla onun bel və boyun nahiyyəsinə vuraraq bədən xəsarəti yetirən şəxsdir. (cild 2, i/v 196-197). Məhkəmədə elan edilib araşdırılmış “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostları Şahid6 və Aliullah ilə birlikdə “Qarabağ Playsatiton” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Şahid1 guya Şahid6 ona sataşmaq məqsədi ilə ona söz atdığını bəhanə göstərib mübahisə və davadalaş yaratmışdır. Orada həmin vaxt çox adam olmuşdur. Orxanın Vüsaldan başqa tanışının həmin şəxslər arasında olması barədə məlumatı yoxdur. Çünki Orxanın ümumiyyətlə tanışlarının kim olmasını bilmir. Vüsalın isə hadisə zamanı bıçaqdan istifadə etdiyi üçün başa düşmüşdür ki, o Orxanın tanışıdır. Ona bıçaqla vurub xəsarət yetirən Vüsal olmuşdur (cild 3, i/v 2-5). Məhkəmədə elan edilib araşdırılmış “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, X5 ifadəsində xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostları ilə birlikdə “Qarabağ Playsatiton” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Şahid1 guya Şahid6 ona sataşmaq məqsədi ilə ona söz atdığını bəhanə göstərib mübahisə və dava-dalaş yaratmışdır. Orada həmin vaxt çox adam olmuşdur. Orxanın Vüsaldan başqa tanışının həmin şəxslər arasında olması barədə məlumatı yoxdur. Çünki Orxanın ümumiyyətlə tanışlarının kim olmasını bilmir. Vüsalın isə hadisə zamanı bıçaqdan istifadə etdiyi üçün başa düşmüşdür ki, o Orxanın tanışıdır. Adnana bıçaqla xəsarət yetirən Vüsal olmuşdur. Həmin vaxt Orxanın əlində başqa bıçaq görmüşdür. Orxan bıçağı əlində tutub nümayiş etdirirdi (cild 3, i/v 7-10). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin ********* nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 3, i/v 242). Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir (cild 4, i/v 1-2). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlunun və təqsirləndirilən şəxs Şahid1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da dostları Şahid6 və Aliullah ilə birlikdə oyun oynamaq üçün Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. 30 dəqiqə oyun zalında oynadıqdan sonra saat 21:20-də girişdə qapının yanında yerləşən kassaya ödəniş edib çıxarkən dostu Aliullahın qiyabi olaraq tanıdığı “Orik” ləqəbli, yəni Orxan Mehtievlə üzbəüz durub söhbət etdiyini, ani bir zamanda mübahisə yarandığını və Orxanın Aliullahı yumruqla vurduğunu görmüşdür. Onlara yaxınlaşdıqda Orxanın yanında olmuş, tanımadığı , sonradan adını bildiyi Vüsal adlı şəxsin bıçaqla birinci onun belindən, daha sonra isə boynundan vurmuşdur. Ətrafda adam çox olduğundan onlar qorxub getmişlər. O yaxında olan apteke getmiş, yara binti alaraq yarasını sarımışdır. Şahid6 eşidib bildiyinə görə “Qarabağ Playstation” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Orxan Mehdiyev guya Şahid6 ona sataşmaq məqsədilə söz atdığını bəhanə edib mübahisə və dava-dalaş salmışdır. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Şahid1 məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşısını kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Şahid6 qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyi başqa şəxsdə onu vurmuşdur. Bu zaman yanında olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra oradan getmək istəyəndə Şahid6 yerdən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır. (cild 4, i/v 63-64). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs Şahid1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, qardaşı Şahid6 ad gününü qeyd etmək məqsədi ilə dostu Adnanla birlikdə “Tarqovi” adlanan ərazidə, Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmış, onlarla birlikdə oyun oynamaq üçün xx.xx.2024-cü il tarixdə saat 21:00-da Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. Təxminən 30 dəqiqə sonra “Orik” ləqəbli, Şahid1 obyektə daxil olduğunu, ani bir zamanda qardaşı ilə üzbəüz dayanıb mübahisə etməyə başladığını görmüşdür. Bununla bağlı yaxınlaşıb Orxandan maraqlandıqda, o qəflətən üzünün sol tərəfindən yumruqla vurmuşdur. Buna görə Orxanın üzərinə gedib onun istiqamətində bir neçə yumruq atmışdır. Daha sonra Orxanın tanışları onu yerə yıxıb bir neçə yumruq zərbəsi ona vurmuşlar. Həmin şəxslər küçəyə çıxmış, küçədə olan zaman Orxanın əlində olan bıçağı nümayiş etdiyini görmüşdür. Ehtiyyat edib onun üzərinə getməmiş, dostu Adnanın belindən qan gəldiyin görmüşdür. Adnan bıçaqlandığını görüb yerdən daş götürüb onları qorxuzmaq istəmiş, onlar isə qaçmışlar. Şahid6 eşidib bildiyinə görə “Qarabağ Playstation” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Orxan Mehdiyev guya Şahid6 ona sataşmaq məqsədilə söz atdığını bəhanə edib mübahisə və dava-dalaş salmışdır. Təqsirləndirilən şəxs əlində olan bıçağa tam diqqət yetirə bilməmiş, onu təsvir etməkdə çətinlik çəkir. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Şahid1 məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirmişdir. Konkret olaraq Vüsal bıçaqla Adnanı vurmuş, Orxan isə ona yumruqla zərbələr endirib xəsarət yetirmişdir. Hadisə zamanı Orxanın əlində bıçaq görmüş, Orxan bıçağı göstərərək nümayiş etdirirdi. Təqsirləndirilən şəxs Şahid1 isə Zərərçəkmiş şəxs1 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşısını kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Şahid6 qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyi başqa şəxsdə onu vurmuşdur. Bu zaman yanında olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra oradan getmək istəyəndə Şahid6 yerdən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır (cild 4, i/v 65-67). Məhkəmədə elan edilib araşdırılmış şahid Ansarı Şahid6 Məhəmmədəmin oğlunun və təqsirləndirilən şəxs Şahid1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, ad gününü qeyd etmək məqsədi ilə qardaşı Aliullah və dostu Adnanla birlikdə “Tarqovi” adlanan ərazidə, Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmış, onlarla birlikdə oyun oynamaq üçün xx.xx.2024-cü il tarixdə saat 21:00-da Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. Təxminən 30 dəqiqə sonra “Orik” ləqəbli, Şahid1 obyektə daxil olmuşdur. Həmin vaxt zal işçisindən qulaqcıq istədikdə Orxan səhv anlayıb üstünı qışqırmışdır. Bunu görən qardaşı Aliullah Orxanın yanına gedib ondan niyə bu tərzdə danışdığını soruşmuşdur. Orxan isə heç bir səbəb demədən qardaşını vurmuşdur. Qardaşının döyüldüyünü görüb Orxanın başından yumruqla vurmuşdur. Onları güclə küçəyə çıxardıqdan sonra Orxanın yanında dayanmış, adını sonradan bildiyi Vüsal adlı şəxs Adnanın üzərinə hücum çəkərək bel və boyun nahiyyəsindən zərbə endirmiş, Adnanın belindən və boynundan qan gəldiyini görmüşdür. Vüsalgil qorxusundan qaçıb getmişlər. Qaçmaqlarına baxmayaraq Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində polis avtopatrulu ilə üzbəüz gəlmişdirlər, Orxan dayansada tanışı dayanmamış, qaçıb getmişdir. Onu gözdən itirməmək üçün qaçıb tutaraq yerə yıxmış, bu zaman sonuncunun belindən bıçaq yerə düşmüşdür. Həmin şəxsi saxlamaq istəsə də saxlaya bilməmişdir. Bıçağı götürüb polisə təhvil vermək üçün bıçağın düşdüyü yerə qayıtdıqda bıçağı tapa bilməmişdir. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Şahid1 məsuliyyətdən yayınmaq üçün yalan danışır. Adnana bıçaqla xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs, Aliullaha yumruqla zərbələri endirən isə Orxan olmuşdur.Təqsirləndirilən şəxs Şahid1 isə Ansarı Şahid6 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşısını kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Şahid6 qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyi başqa şəxsdə onu vurmuşdur. Bu zaman yanımda olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra orada getmək istəyəndə Şahid6 yedən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır (cild 4, i/v 68-70). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin 49- 1/2-19392 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü tarixdə keçirilmiş Əməliyyat-Axtarış Tətbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq MSY-yə təhvil verilmişdir (cild 4, i/v 46). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixdə saat 18:00-da tərtib edilmiş “axtarışda olanın tutulması barədə” protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü tarixdə keçirilmiş Əməliyyat-Axtarış Tətbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-yə təhvil verilməsi üçün həmin idarənin 12-ci PŞ-nə gətirilmişdir (cild 4, i/v 47). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-606/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, həqiqətən polis əməkdaşlarının çağırışlarına məhəl qoymamasını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 4, i/v 159-163). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin üzünə qarşı Adnana bıçaqla xəsarət yetirənin Vüsal olduğunu bildirmişdir (cild 4, i/v 178-179). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Zəkriyyə oğlu təqsirləndirilən şəxsin üzünə qarşı Vüsalın həmin vaxt onun sol tərəfində dayandığını və həmin vaxt o görmüşdür ki, onun belindən və boynundan bıçaq xəsarəti almışdır. Konkret olaraq Vüsalın onu vurduğunu bilmir, dostlarının bıçaqla onu vurub xəsarət t onun hazırda məsuliyyətdən yaxa qurtarmaqdan ötrü həqiqətə uyğun olmayan ifadə verdiyini, Adnana bıçaqla xəsarət yetirənin Vüsal olduğunu bildirmişdir (cild 4, i/v 178-179). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarınından müəyyən olunur ki, 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndənə müvafiq olaraq məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Plenum qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndinə müəyyən edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşayiət edilməklə törədildikdə, təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 11-cu bəndindən müəyyən olunur ki, xuliqanlıq hərəkətləri davam etdirilərək, xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsüf olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona bu maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham təqsirləndirilən və zərərçəkmiş şəxslərin, o cümlədən şahidlərin ifadələri ilə, eksperti rəyləri, baxış protokolları və cinayət işinin digər materialları ilə sübuta tam yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosseual Məcəlləsinin 42.2.4.cü maddəsində qeyd olunanları, yəni şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutların toplanılmadığını və ya toplanmış sübutların onun təqsirsizliyini təsdiq etdiyini nəzərə alaraq, həmin məcəllənin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddəsinə münasibətdə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət hökmü, həmin məcəllənin 221.3-cü maddəsilə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən həmin şəxs azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətində həbs və ev dustaqlığında olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsi ilə ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın 1(101)-657/2025 nömrəli “13” may 2025-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü üzrə qanuni sahibinə qaytarılması və məhkəmə xərcinin digər təqsirləndirilən şəxslərdən tutularaq dövlət nəfinə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir.Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 109,5 (yüz doqquz tam onda beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 1017 (min on yeddi) (225+792) manat məbləğində pul köçürülməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 350-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın 1(101)-657/2025 nömrəli “13” may 2025-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü üzrə qanuni sahibinə qaytarılması və məhkəmə xərcinin digər təqsirləndirilən şəxslərdən tutularaq dövlət nəfinə ödənilməsi nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 1017 (min on yeddi) manat pul Bakı şəhəri “Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar