Məhkəmə qərarları › İş №1(101)-751/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-751/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-751/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi yeni məhəllədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi yeni məhəllədə, yaşadığı küçədə yüngül dərəcəli sərxoş vəziyyətdə evinə gedən qonşusu Zərərçəkmiş şəxs yaxınlaşaraq saçını əli ilə tutub digər əlindəki silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını onun sol körpücük nahiyəsinə dirəyib, üstündəki əl çantasını və pullarını tələb edərək Zərərçəkmiş şəxs sol körpücük altı nahiyəsinin kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində anası Həqiqət ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada tikintidə fəhlə işləmiş, mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, Türkanə və ailəsi ilə onun heç bir ədavəti və düşmənçiliyi olmamış, onu sadəcə qonşu kimi tanımışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 12-13 radələrində yaşadığı evdə spirtli içki qəbul etmiş, saat təxminən 13 radələrində o, evdən çıxıb xatırlamadığı yerə getmişdir. O, evdən çıxan zaman üzərində mətbəx bıçağı olmuş, saat təxminən 18 radələrində yaşadığı küçədə yerləşən ət dükanından ət alıb evə qayıtmış, evlərinə yaxınlaşan zaman polis əməkdaşlarını yaşadığı evin yaxınlığında görmüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb onu avtomobilə mindirərək Qobu polis Bölməsinə aparmışlar. O, polis bölməsində olduğu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bilmişdir. Polis bölməsində o, üzərində olan bıçağı polislərə təqdim etmişdir. Həmin günü o, içkili olsa da, Zərərçəkmiş şəxs boğazına bıçaq sıxıb ondan əl çantasını və pulunu tələb etməmişdir. O, həmin vaxtı içkili olduğundan heç bir hərəkətini xatırlamamış, əlində olan mətbəx bıçağını nə məqsədlə götürdüyünü də bilmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə yaşayır, Bakı şəhəri, Nizami metro stansiyasının yaxınlığında yerləşən “Aura” qadın salonunda saç ustası işləyir. Təqsirləndirilən şəxs da onunla eyni küçədə qonşuluqda yaşayır. Anar spirtli içki aludəçisi olmaqla mütəmadi olaraq yaşadığı ünvanda səs-küy salır, onunla onların münasibətləri elə də yaxşı olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə işdən çıxıb evə getmiş, saat təxminən 18 radələrində yaşadığı Atyalı yaşayış massivində küçə ilə evinə gedən zaman qonşusu Anarla qarşılaşmışdır. O, yerində dayanıb Anarın getməyini gözləmiş, sonra küçə ilə bir qədər getdikdə yenə Anar onun qarşısına çıxmışdır. Həmin vaxtı Anar sərxoş olmuş və ona yaxınlaşıb hara getdiyini soruşmuşdur. O da Anara qonşusu olduğunu bildirmiş, həmin vaxtı Anar əlini belinə qoyub bir qədər yerində dayanmış, bir neçə saniyədən sonra əlində olan bıçaqla onun üstünə gəlmişdir. Anar onun əlində olan telefonunu vurub yerə salmış, sonra onun saçından tutaraq əlində olan bıçağı onun boğazına sıxmışdır. Bundan sonra Anar ona əl çantasını açmağını demiş, həmin vaxt onun əl çantası yerə düşmüşdür. Anar onun saçından tutaraq bıçağı onun boğazına sıxdığı üçün o da əyilib yerdən çantasını götürə bilməmişdir. Həmin vaxtı küçədə oynayan tanımadığı uşaq onları görmüş, Anarın hərəkətlərinə uşaq güldüyü üçün Anar əsəbləşmiş, o da imkan taparaq uca səslə qışqırmışdır. Bu zaman onu qarşılamaq üçün gələn qayınatası Vahid səsini eşidib onun yanına tərəf qaçaraq gəlmiş, bundan başqa Anar qonşuların da onlara tərəf gəldiyini görüb onu buraxaraq oradan qaçmışdır. Həmin vaxtı küçədə olan polis əməkdaşları Anarı saxlayıb əlində olan bıçağı alaraq onu zərərsizləşdirib polis bölməsinə aparmışlar. Bundan sonra o da bununla bağlı Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi quldurluq hərəkəti təxminən 5-10 dəqiqə davam etmiş, Anarın onun boğazına sıxdığı bıçağın izlər onun boğazında da qalmışdır. Təqsirləndirilən şəxs bıçağı onun boğazına sıxan zaman ondan əl çantasını və pul istəmiş, həmin vaxtı ətrafda heç kim olmamış, ancaq küçədə bir az aralıda qonşular olmuşdur. O, qışqırdıqdan sonra qonşular oraya gəlmiş, qonşuluqda yaşayan Fəqani və Mahirə də Anarın ona qarşı etdiyi hərəkətləri gördüklərini sonradan ona bildirmişlər. O, Anardan hazırda da şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə anket məlumatında göstərilən ünvanda yaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs onunla eyni küçədə qonşuluqda yaşayır, Anar spirtli içki aludəçisidir və mütəmadi olaraq yaşadığı ünvanda səs-küy salır. Anarla onların yaxın münasibətləri olmamış, Zərərçəkmiş şəxs onun gəlinidir, o Bakı şəhərində saç ustası işləyir. Türkanə hər gün işdən təxminən saat 18-19 radələrində çıxdığı üçün o da hər gün Türkanənin qabağına çıxmaq üçün yaşadığı küçədən bir qədər aralıda avtobus dayanacağına gedir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı Atyalı yaşayış massivində yerləşən evdən çıxaraq gəlini Türkanəni qarşılamağa getmişdir. Həmin vaxt o, küçənin tinindən dönən zaman qonşuluqda yaşayan Anarın gəlini Türkanənin boğazına bıçaq sıxdığını görmüş, onlar ondan təxminən 40-50 metr aralıda olmuşlar. Bundan sonra o, Türkanə və Anara tərəf iti sürətlə getməyə başlamış, bu zaman Anarın, Türkanənin boğazına bıçaq sıxdığı yerin qarşısında olan evdən iki azyaşlı uşağın çıxdığını görmüşdür. Həmin vaxtı Anarın Türkanəni buraxıb uşaqlara tərəf gedərək onlara qışqırmış, ancaq nə dediyini o, eşitməmişdir. Bundan sonra gəlini Türkanə uca səslə qışqırmağa başlamış, həmin vaxt qonşuluqda yaşayan Fəqani də oraya gəlmiş, Anar artıq onların onlara yaxınlaşdıqlarını görüb qaçmağa başlamışdır. Anar bir qədər qaçdıqdan sonra polis əməkdaşları onu tutaraq əlindəki bıçağı alaraq onu zərərsizləşdirərək polis bölməsinə aparmışlar. O da gəlini Türkanəni sakitləşdirib evinə aparmış, sonra Türkanə ona bildirmiş ki, Anar onun boğazına bıçaq sıxaraq ondan pul tələb etmiş və telefonunu vuraraq yerə atmışdır. O, Anarın Türkanənin boğazına bıçağı sıxdığını görən vaxtı ətrafda tanımadığı qonşular da olmuş, ancaq Türkanə qışqıran zaman qonşusu Fəqaninin onlara yaxınlaşdığını görmüşdür. Anar gəlini Türkanənin boğazına bıçaq sıxan zaman nəyisə dediyini görsə də, aralarında 40-50 metr məsafə olduğu üçün Anarın nə dediyini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, bacısı ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onunla eyni küçədə qonşuluqda yaşamışdır. Anar spirtli içki aludəçisi olmuş və mütəmadi olaraq yaşadığı ünvanda səs-küy salmışdır. Anarla münasibətləri olmamış, ailə üzvlərini də tanımamış, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Atyalı yaşayış massivində azyaşlı oğlu Elnuru evə çağırmaq üçün küçəyə çıxmışdır. Oğlu Elnuru küçədə görüb yanına getmiş, bu zaman oğlu Elnur ona küçənin aşağı hissəsindən səs gəldiyini demişdir. O, da oğlu Elnurun əlindən tutub həmin istiqamətə getmiş, bir qədər getdikdən sonra küçədə ondan təxminən 30 metr məsafə aralıda qonşuluqda yaşayan Anarın digər qonşusu Türkanənin boğazına bıçaq sıxdığını görmüşdür. Həmin vaxtı Anar Türkanəyə nəyisə demiş, ancaq aralarında məsafə olduğu üçün Anarın nə dediyini eşitməmişdir. Bundan sonra o və azyaşlı oğlu qorxduğu üçün oğlu Elnurun əlindən tutaraq evə aparmışdır. Aradan bir qədər keçdikdən sonra Anarı polislərin tutub apardığını eşitmiş, o, Anar Türkanənin boğazına bıçağı sıxdığını görən vaxt ətrafda tanımadığı qonşular olmuş, ancaq Türkanənin qayınatası Vahid və sonradan adını bildiyi qonşusu Fəqaninin onlara yaxınlaşdığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır, lakin heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onunla eyni küçədə qonşuluqda yaşamış, Anar spirtli içki aludəçisi olmaqla mütəmadi olaraq yaşadığı ünvanda səs-küy salmışdır. Anarla münasibətləri olmamış, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Atyalı yaşayış massivində yerləşən evində olmuşdur. O, həmin vaxt qışqırıq səsi eşitmiş, dərhal evdən küçəyə çıxmış, küçədə qonşuluqda yaşayan Anarın digər qonşu Türkanənin sinəsinə bıçaq sıxdığını görmüşdür. Türkanə ilə Anar onun evindən təxminən 40-50 metr məsafə aralıda olmuşlar. O, Türkanə ilə Anara tərəf qaçmış, bu zaman Anar Türkanəni buraxıb qaçmağa başlamışdır. O Türkanəyə yaxınlaşmış və Türkanənin sinəsində qan olduğunu görmüşdür. Türkanə qorxduğu üçün halı pisləşmiş, bundan sonra o və Vahid Anarın arxası ilə qaçmışlar. Onlar bir qədər getdikdən sonra Anarı polislərin tutaraq zərərsizləşdirərək polis bölməsinə apardıqlarını görmüşlər. O, Anar Türkanənin boğazına bıçağı sıxdığını görən vaxt ətrafda tanımadığı qonşuluqda yaşayan şəxslər olmuş, həmin vaxtı Anar Türkanəyə nəyisə dediyini görsə də, aralarında 40-50 metr məsafə olduğu üçün Anarın nə dediyini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, 2020-ci ildən polis leytenantı rütbəsi ilə xidmət edir. 01 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində bölmənin əməliyyat müvəkkili Şahid5 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni məhəllədə xidmətdə olduqları zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində bıçaq qaçdığını görmüşdür. Həmin vaxt onun arxası ilə də tanımadığı şəxslər qaçırmış, bu zaman o və Cavid Anarı saxlayaraq zərərsizləşdirib Qobu polis bölməsinə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs qarşısını kəsərək, əlində olan bıçağı onun sinəsinə sıxıb pul tələb etməsi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5 da Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 2085 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət – sol körpücükaltı nahiyənin kəsilmiş yarası – iti kənara malik olan alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. (iş vərəqə 26) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 2273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 133-134) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 535- 2020/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (iş vərəqə 128-130) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən adsız küçədə baş vermişdir. (iş vərəqə 23-25) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. (iş vərəqə 83-85) İş materiallarında olan “üzləşdirmə” protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1 və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişlər. (iş vərəqə 157-165) Beləliklə məhkəmə, iş üzrə toplanmış sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq etməməsi, onun üzərinə bıçaq çıxarmaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil, məsuliyyətdən boyun qaçırmağa yönəldilmişdir və iş materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, eləcə də digər mötəbər sübutlarla təkzib olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 08 ay 27 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 127.1-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir (xx.xx.2017-ci il tarixli Qanuna əsasən). Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-in 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarında olan Abşeron rayonu Hökməli qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində 02 il sınaq müddəti tətbiq edilməklə təyin olunmuş şərti məhkum etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il 01 ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutla bağlı məsələni müzakirə edərək, belə hesab edir ki, iş üzrə maddi sübut – Abşeron rayon Pİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(012)-530/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 105-108) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhəri Vəkil bürosunun hesabına 480 (dörd yüz səksən) manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş şərti məhkum etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il 01 ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Abşeron rayon Pİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhəri Vəkil bürosunun hesabına 480 (dörd yüz səksən) manat miqdarında pul ödənilsin Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar