Məhkəmə qərarları › İş №1(101)-751/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-751/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-751/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, ailəli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram külli miqdarda narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram külli miqdarda psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri: 3,317qram, 2,260 qram, 3,766 qram, 1,990 qram, 4,054 qram, 3,279qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713qram, 1,808 qram, 3,478 qram, 3,750 qram, 1,996qram, 3,090qram, 2,067qram, 3,003qram, 1,164qram, 2,730qram, 1,888 qram, 3,767qram, 1,727 qram, 1,932 qram, 1,367qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, qanunsuz olaraq üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi evinə daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində cinayətdən xəbəri olmayan oğlu Şahid5 ağ rəngli sellofan torbanı evdən götürərək ona verməsini telefon vasitəsilə bildirmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oğlu Şahid5 içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bilmədiyi sözü gedən ağ rəngli sellofan torbanı atası Təqsirləndirilən şəxs vermək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi FF marketin yaxınlığında olarkən saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əlində olan ağ rəngli paketin içərisində 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri: 3,317qram, 2,260 qram, 3,766 qram,1,990 qram, 4,054 qram, 3,279qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713qram, 1,808 qram, 3,478qram, 3,750 qram, 1,996qram, 3,090qram, 2,067qram, 3,003qram, 1,164qram, 2,730qram, 1,888 qram, 3,767qram, 1,727 qram,1,932 qram, 1,367qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. O, narkotik vasitənin istifadəçisi olmuşdur. Saxlanılan gün işdə olarkən istifadə etdiyi narkotik vasitə olan marixuananın və telefonunun evdə olduğunu xatırlamış və oğlu Fəridə zəng etmişdir ki, torbada olan marixuananı FF marketin yanına gətirsin. Lakin oğlu Fərid torbada marixuana olduğunu bilməmişdir. O, FF marketin yanına çatan zaman qonşular ona oğlu Fəridin polis tərəfindən tutulduğunu demişlər və o, könüllü olaraq bölməyə gedərək təslim olmuşdur. Bölmədə üzərinə axtarış və çəkiliş keçirilmiş, lakin üzərindən heç bir şey çıxmamışdır. Polis əməkdaşlarının fərziyəsinə görə guya onların evinin 3-cü axtarışı zamanı narkotik vasitə çıxmış, lakin bu doğru olmamışdır. O, narkotik vasitənin istifadəçisi olmuş, satışı ilə məşğul olmamışdır. Bölmədə onun üzərindən heç nə çıxmamışdır. O, narkotik vasitəni Balaxanı qəsəbəsindən Şahin adlı şəxsdən 80 manata almışdır. Həmin kulyokun içərisində bir qutu marixuana olmuşdur. Polis əməkdaşları oğlu Fəridi onun gözü qarşısında və onu oğlunun gözü qarşısında döymüşlər. Onlara şiddət göstərildiyi üçün sənədlərə imza çəkmişdir. Onda cəmi 1 kibrit qutusunda 2 qram marixuana olumuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi oğlu Şahid5 saxlanılan zaman üzərindən ona məxsus cəmi 1 kibrit qutusunda 2 qram marixuananın aşkar olunması, qeyd olunan küllü miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verməsi, narkotik vasitələrin yalnız istifadəçisi olması və satışı ilə heç vaxt məşğul olmamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı 04 sentyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, özünə məxsus Mercedes markalı avtomobil ilə taksi olaraq fəaliyyət göstərir. Narkotik vasitə olan marixuana, heroin və metamfetamini təxminən 10 ildir qəbul edir. Təxminən bir ay əvvəl İran İslam Respublikasının tanımadığı vətəndaşının danışdıqları kimi 28 May metrosu tərəfdə yerə atdığı narkotik vasitəni oradan götürmüşdür. Həmin narkotik vasitənin müqabilində həmin adını bilmədiyi İran İslam Respublikası vətəndaşına 1400 manat pul vermişdir. Aldığı narkotik vasitələr 100 qram qurudulmuş marixuana olmuşdur. Həmin marixuananı öz istifadəsi üçün almışdır. Həmin marixuananı təxminən 30 qramını bir neçə gün ərzində siqaret kimi çəkərək istifadə etmişdir. Qalan 70 qram marixuananı yaşadığı evin həyətində olan əl damına qoymuşdur. 1 qutu qurudulmuş marixuana isə evdə yataq yerinin yanında sellofana qoyulmuş vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən günorta saatlarında dənizə gedərkən narkotik qəbul etmək məqsədilə düşünmüşdür ki, evdən götürüb özü ilə dənizə aparsın. Bu məqsədlə tanımadığı bir şəxsin telefonu ilə özünə məxsus evdə olan telefonuna zəng vurmuşdur. Oğlu Fərid telefonu götürmüşdür. Fəridə demişdir ki, «yatağımın yanında rəfin üstündə olan sellofanı çıxar FF marketin yanın». Lakin sellofan torbanın içərisində marixuana olduğunu deməmişdir. Fərid həmin torbada narkotik vasitə olduğunu bilməmişdir. O, Zabrat qəsəbəsində evinin yaxınlığında olan FF marketə çatmamış polis əməkdaşları onu tutmağa çalışdıqları üçün qaçıb getmiş, sonra eşitmişdir ki, oğlu Fəridi tutublar və ona verməli olduğu marixuana üzərindən aşkar olunmuşdur. Sonra 15-ci bölməyə getmişdir. Bölmədə üzərində videoçəkiliş ilə axtarış keçirmişlər və heç nə aşkar olunmamışdır. Bölmədə bildirmişdir ki, «Fərid həmin marixuananı mənə verməli idi, mən ondan xahiş etdim ki mənə məxsus torbanı mənə versin, lakin içərisində nə olduğunu demədim». Bölmədə ona təzyiq olmuşdur ki, guya oğlu Fəridin torbada narkotik olduğunu bildiyi barədə ifadə versin. Lakin oğlu bu barədə heç nə bilməmişdir. Oğlu Fərid heç vaxt narkotik vasitəyə əlini belə uzatmamışdır. Fəriddən ümumiyyətlə metamfetamin və heroin aşkar olunmamışdır. Onları bölmədə üzərinə qoymuşlar. Belə ki, onda ümumiyyətlə 70 qram marixuana olmuşdur. Bir kibrit qutusu Fəriddən aşkar olunmuş, qalanlarını isə polis əməkdaşları həyətindən əl damından aşkar ediblər. Qalan heroin və metamfetamindən ümumiyyətlə xəbəri yoxdur. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021 -ci il tarixdə Şahid5 narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Fərid adlı şəxslə xarici əlamətlərinə uyğun olan şəxsə Sabunçu rayonu, Zabrat qəsəbəsi, «FF» marketin yanında yaxınlaşmışlar. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 15-ci PB-nə gətirmşlər. 15-ci Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ev 26 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi fərdi evdə yaşayan Şahid5dur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid5 heç bir etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 əlində olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddəni, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitələrin atası Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs yaşadıqları evdə həmin narkotik vasitələri nə məqsədlə saxladığını bilmədiyini, sonuncunun ona zəng edərək Zabrat qəsəbəsində yerləşən FF marketin qarşısına gətirməsini xahiş etdiyini bildirmişdir. Şahid5 təqdim etdiyi həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddə, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkttik maddə olan heroinə bənzər maddələr qablaşdırılaraq üzəri möhürlənmiş və tərtib olunmuş protokol imzalanaraq təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Elxan adlı şəxslə xarici əlamətlərinə uyğun olan şəxsə Sabunçu rayonu, Zabrat qəsəbəsi, yaşadığı evin yaxınlığında yaxınlaşmış və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 15-ci PB-nə gətirmişlər. 15-ci Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1977-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya maddə, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilmiş oğlu Şahid5 tutularkən üzərində aşkar olunmuş ağ rəngli sellofan torbanın içərisində 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddənin, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngii kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddənin atası Təqsirləndirilən şəxs məxsus olmasını bildirməsi və oğlu Fəriddən aşkar olunmuş narkotik vasitələrin kimə məxsus olması barədə sualına “bəli” cavabı verərək həmin narkotik vasitələrin Fəridə deyil, ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Zabrat yaşayış massivində yaşayır və güləş üzrə Milli komandanın üzvüdür. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır, 2-ci kurs tələbəsidir. 02 sentyabr 2021-ci il tarixdə 15-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmışdır. 15-ci bölmənin əməliyyatçıları ona və atasına etmədikləri cinayət əmlini üzərlərinə götürmələrini bildirərək onlara hədə-qorxu gəlmiş, şiddət və təzyiqlər etmişlər. 12 nəfər əməliyyatçı onu atasının, atasını isə onun gözü qarşısında döymüşlər. Halbuki həmin cinayət əməlini nə o, nə də atası törətməmişlər. Onların etdiyi şiddət nəticəsində barmağı əyri bitmiş, çənəsi isə yarılmışdır. Polis əməkdaşları atasına yıxılaraq zədə aldığını, ona isə güləşdə zədə aldığını deməklərini bildirmişlər. Onun və atasının polis bölməsində verdikləri ifadə təzyiq altında olmuşdur. Polis əməkdaşları 02 sentyabr 2021-ci il tarixdə yaşadıqları evə daxil olaraq babasının telefonunu və evdə olan 700 dollar pulu götürmüşlər. O marketin qarşısında saxlanılan zaman atasının tapşırığına əsasən evdən balaca kulyok çıxartmışdır. Həmin kulyoku bölmədə açan zaman içindən bir ədəd kibrit qutusu çıxmışdır. Polis əməkdaşları onunla birgə anasını da bölmədə saxlamışlar və anasını buraxmaq üçün onlardan 5.000 manat pul vəsaiti almışlar. Videoçəkiliş zamanı çıxan narkotik vasitələr polis tərəfindən qoyulmuşdur. Bununla belə ibtidai istintaq zamanı14 yanvar 2022-ci il tarixdə müdafəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Şahid5 fərqli ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Atası fərdi qaydada özünə məxsus Mercedes markalı avtomobil ilə taksi olaraq fəaliyyət göstərir. 03 sentyabr 2021 -ci il tarixdə təxminən günorta saatlarında evdə olarkən atası evdə olan öz telefonunu unutduğu nömrədən yığmışdır. Atasının telefonunun zəng çaldığını eşidib götürmüş və zəng vuranın atası olduğunu eşitmişdir. Atası bildirmişdir ki, «mənim otağımda ağ rəngli sellofan torba var, götür FF marketin qabağına çıx gəlirəm». Bunları deyib telefonu söndürdüyü üçün sellofan torbada nə olduğunu soruşa bilməmişdir. O atasının otağına daxil olmuş və içərisinə baxmadan sellofan torbanı götürüb evdən çıxmışdır. Atası ilə görüşüb sellofan torbanı atasına vermək üçün FF marketə yaxınlaşırmış, lakin atası gəlməmişdir. Daha sonra polis əməkdaşları onu saxlayıb 15-ci PB-nə aparmışlar. Polis bölməsində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və bildirilmişdir ki, izahatı belə verməlisən. Şəxsi axtarış zamanı üzərindən qeyd olunan sellofan və içərisində narkotik vasitələr aşkar olunmuşdur. Ümumiyyətlə narkotik vasitə və ya içki, siqaretin nə olduğunu bilmir. Özü idmançıdır və Azərbaycanın bayrağını yarışlarda qaldırır. Müxtəlif medalları var. Bölmədə polis əməkdaşlarına dəfələrlə demişdir ki, torbada nə olduğunu bilməmişdir. Lakin onu döyərək təzyiq göstərmişlər və bildirmişlər ki, çəkiliş zamanı etiraf etməlidir. O yenə də razılaşmayanda yenə də döyməyə davam edirmişlər. Ona görə də çəkiliş vaxtı məcbur olub yalandan demişdir ki, sellofan torbada narkotik vasitə olmasını bilmişdir. Məhkəmədə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, sentyabr ayının 2-si saat 10-11 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs evdə olmamış, evdə o və böyük oğlu Fərid olmuşlar, kiçik oğlu isə məşqdə olmuşdur. Həmin vaxt yoldaşının telefonu evdə qalmış, o öz telefonuna zəng edən zaman Fərid zəngi açmışdır. Oğlu Fərid atasının ona yatağ otağına girməsini və orada balaca kulyok ilə telefonu götürərək evlərindən 100 metr məsafədə olan FF marketə gətirməyini ona dediyini bildirmişdir. Oğlu Fərid çölə çıxandan 5 dəqiqə sonra qapı döyülmüş, o, qapını açmış və mülki formada iki nəfər olduğunu görmüşdür. Onlar ona qaz idarəsindən olduqlarını demişlər və o, qapını açan zaman onu itələmişlər və evə daxil olmuşlar. Onlar yoldaşının harada olmasını soruşmuşlar, o, Elxanın harada olmasını bilmədiyini onlara demişdir. Həmin vaxt o, Fəridin “məni burax” deyə qışqırdığını eşitmiş və 12 nəfərin oğlunun əlini bağlayıb dizləri ilə onun kürəyindən vurub maşına saldıqlarını görmüşdür. Onlar onun saçını yolmuşlar və evi dağıtmışlar. Polis əməkdaşları onu döyərək ağ rəngli Niva markalı avtomobillə salaraq bölməyə aparmışlar. Oğlu Fəridi bölmənin qarşısında düşürərək döyə-döyə ikinci mərtəbəyə istintaq şöbəsinin rəisi Tural müəllimin yanına aparmışlar. Onu isə koridorda saxlamışlar və yoldaşının gələcəyi təqdirdə onu buraxacaqlarını demişlər. Təqsirləndirilən şəxs FF marketin yanına gələn zaman oğluna zəng etmiş və Fərid hadisəni atasına demişdir. 1 saat keçməmiş yoldaşı Təqsirləndirilən şəxs bölməyə gəlmiş, Emin adlı şəxs yoldaşının əlini bağlayaraq ona yumruq vuraraq ikinci mərtəbəyə qaldırmışdır. Onlar oğlu Fəridi gözünün qarşısında döyə-döyə sənədə imza çəkdirmişlər. Polis əməkdaşları ondan 5000 manat pul vəsaiti istəmişlər və həmin 5000 manat pulu onun anası polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları oğluna vəkilin onun üzünə nə olduğunu soruşan zaman məşqdə olduğunu deməyini bildirmişlər. Polis əməkdaşları evinə basqın edərək 950 ABŞ dolları, J2 markalı telefonu və şəxsiyyət vəsiqəsini götürmüşlər. Emin onunla prinsipə düşdüyü üçün Təqsirləndirilən şəxs ağır maddə ilə ittiham veriləcəyini ona demişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3858 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət Şahid5... » yazısı olan kağız zərfdəki 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 13,561 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 4,914 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/883 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Şahid5..» olan kağız paketi açdıqda içərisində 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri: 1)3,317qram, 2)2,260 qram, 3)3,766 qram, 4)1,990qram, 5)4,054 qram, 6)3,279qram, 7)3,070 qram, 8)1,510 qram, 9)1,324 qram, 10)1,625 qram, 11)2,233 qram, 12)3,713qram, 13)1,808 qram, 14)3,478 qram, 15)3,750 qram, 16)1,996qram, 17)3,090qram, 18)2,067qram, 19)3,003qram, 20)1,164qram, 21)2,730qram, 22)1,888 qram, 23)3,767qram, 24)1,727 qram, 25)1,932 qram, 26)1,367qram, 27)3,646 qram, 28)3,238 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 70,870 qramdır. Tədqiqata təqdim olunmuş 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda oian marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli 5096 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli “CD-R diskinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Anar Kərimov, Şahid2, Şahid1 və müdafiəçinin iştirakı ilə Şahid5 üzərinə xidməti otaqda şəxsi axtarış keçirilmiş, Şahid5 hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilmişdir. Şahid5 heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulmuşdur. Şəxsi axtarış zamanı Şahid5 əlində olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddəni, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkttik maddə olan heroinə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitələrin atası Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs yaşadıqları evdə həmin narkttik vasitələri nə məqsədlə saxladığını bilmədiyini, sonuncunun ona zəng edərək Zabrat qəsəbəsində yerləşən FF marketin qarşısına gətirməsini xahiş etdiyini bildirmişdir. Şahid5 təqdim etdiyi həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddə, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkttik maddə olan heroinə bənzər maddələr qablaşdırılaraq üzəri möhürlənmiş və tərtib olunmuş protokol imzalanaraq təsdiq olunmuşdur. Bundan başqa cinayət işininə əlavə edilmiş 04 sentyabr 2021-ci il tarixli “CD-R diskinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Anar Kərimov tərəfindən Şahid4, Şahid3 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz maddə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilmiş oğlu Şahid5 tutularkən üzərində aşkar olunmuş ağ rəngli sellofan torbanın içərisində 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddənin, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddənin atası Təqsirləndirilən şəxs məxsus olmasını bildirməsi və oğlu Fəriddən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olubolmamasıbarədə sualına “bəli” deyə cavab verərək, həmin narkotik vasitələrin Fəridə deyil, ona məxsus olmasını təsdiq etmişdir. Bundan başqa cinayət işininə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus *** *** ** **, 055 *** ** ** saylı mobil nömrələrə daxil olan və çıxan SMS mətnlərinin əks olunduğu 30 dekabr 2021ci il tarixli Bakcell MMC-dən daxil olmuş “Diskə baxış” protokolundan görünür ki, xx-xx-2021-ci il tarixdə saat 09:46:14-də **********50 nömrədən **********04 nömrəyə “Men sence nese olan gece sehere yuxusuz qalir ay emsi beyem mende kola olsa senen atkaz eliyerem ozum balamin cani werefsiz anari axtariram geceden drazn”, xx-xx-2021-ci il tarixdə saat 23:43:13-də **********24 nömrədən **********04 nömrəyə “Elxan usaxlar meni axır teli ac şey yaxşı şey deyil ya deyiş başqas”, xx-xx-2021-ci il tarixdə saat 22:43:37-də **********89 nömrədən **********04 nömrəyə “Eraz bir kelme sez sorushtumki imkan var 20 pati geturmaya cavab verabilmirsan?”, xx-xx-2021cl tarixdə saat 00:57:04-də **********69 nömrədən **********04 nömrəyə “Emsi parpres gotumey olar”, xx-xx-2021-ci il tarixdə saat 04:42:23-də **********49 nömrədən **********04 nömrəyə “Dayi senen xebrt cixmad mene 1 qram patpres lazimdi”. Məhkəmə şahidlər Şahid5 və X1 məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahidlər Şahid5 və X1 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Belə ki, cinayət işinin materiallarında olan 15 dekabr 2021-ci il tarixli X5 ilə Şahid5 arasında müdafiəçinin iştirakı ilə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq dövründə üzləşdirmə zamanı Şahid5 bölmədə polis işçiləri tərəfindən döyüldüyünü, selofanda narkotik vasitələr olduğunu əvvəlcədən bildiyini etiraf etməyə məcbur edildiyini bildirməsinə baxmayaraq, polis əməkdaşlarının ondan həmin sellofanı götürəndə içinə nə isə əlavə etmələrini görmədiyini bildirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan 15 dekabr 2021-ci il tarixli Şahid1 ilə Şahid5 arasında müdafiəçinin iştirakı ilə keçirilmiş üzləşdirmə protokolundan da görünür ki, üzləşdirmə zamanı Şahid5 bölmədə polis işçiləri tərəfindən döyüldüyünü, selofanda narkotik vasitələr olduğunu əvvəlcədən bildiyini etiraf etməyə məcbur edildiyini bildirməsinə baxmayaraq, polis əməkdaşlarının ondan həmin sellofanı götürəndə içinə nə isə əlavə etmələrini görmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şahid5 aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması və onların ayrı-ayrılıqda xırda bükümlərdə olması, həmçinin iş materiallarında olan SMS yazışmaları və digər sübutlar Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsi və saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin cavab məktubundan görünür ki, Şahid5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,451 qram narkotik vasitə heroin, qalıq qalmış 4,774 qram psixotrop maddə olan metamfetamin və qalıq qalmış 69,470 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk və SMS mətnlərini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 203 (iki yüz üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,451 qram narkotik vasitə heroin, qalıq qalmış 4,774 qram psixotrop maddə olan metamfetamin və qalıq qalmış 69,470 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk və SMS mətnlərini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar