Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-751/2023 22.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, müdafiəçi- Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-751/2023 nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X7 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə tam əməl edilmədiyini, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatların ibtidai istintaq zamanı gözlənilmədiyini, təqsirləndirilən şəxsin müdafiə hüququnun, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblərin pozulduğunu, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənədin əsli və ya təsdiq olunmuş surətinin cinayət işinin materiallarına əlavə edilmədiyini, cinayət işinin 12-ci vərəqəsində olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “VMAS” elektron axtarış sistemində təqsirləndirilən şəxsin soyadının “Hüseyinov”, adının “Cavid”, atasının adının isə “Abdulla” kimi qeyd edildiyini, lakin müxtəlif tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolunda, “Əməlin tövsif edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsə həbs qətimkan tədbirinin seçilməsi barədə” vəsatət və təqdimatda, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarda, “Cinayət işinin materiallarından ayrıca icraatda cinayət işinin ayrılması haqqında” qərarda, “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında” qərarda, “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə” protokolda, “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda, təsdiq edilmiş ittiham aktında və müşayiət məktubunda, şəxsin həbsdə saxlanılma müddətinin uzadılması haqqında təqdimatda, eləcə də cinayət işinin materiallarında olan digər qərar və protokollarda təqsirləndirilən şəxsin soyadı “Hüseyinov” olduğu halda, “Hüseynov” kimi qeyd edildiyini, həmçinin təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-413/2022 nömrəli hökmündə də onun şəxsiyyəti barədə məlumatın həqiqətdə olduğu kimi, yəni “Təqsirləndirilən şəxs” kimi yazıldığını, iş materiallarında olan ekspert rəyinə münasibətdə qalıq narkotik vasitənin miqdarı 9,290 qr olduğu halda, ittiham aktının arayış hissəsində həmin çəkinin 9,220 qr yazıldığını, nəticədə ittiham aktının tərtibi qaydasının kobud pozulduğunu, həmçinin, cinayət işində olan prosessual qərar və istintaq hərəkəti protokollarının sıra ardıcıllığı ilə nömrələndiyini, prosessual hərəkətlərin həyata keçirildiyi tarixlər arasından uzun müddət keçməsinə baxmayaraq, nömrələnmənin ard-arda aparıldığını, yəni prosessual sənədlərin (qərar və istintaq hərəkətlərinin protokollarının) qeydiyyata alınmasının xx.xx.2022-ci il tarixli prosessual sənəddə 005452-dən başlayıb xx.xx.2023-cü il tarixli prosessual sənəddə 005488 rəqəmi ilə başa çatmaqla, ardıcıl olaraq həyata keçirildiyini, nəticədə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğunu (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmadığını bildirib, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərarın çıxarılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddətinin 1 (bir) ay müddətinə uzadılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi şifahi vəsatətlə məhkəməyə müraciət edərək, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən sənədin olmadığını, yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məlumat bazasından çıxarışın olduğunu, həmin çıxarışda da təqsirləndirilən şəxsin soyadının “Hüseyinov” kimi qeyd edildiyini, təqsirləndirilən şəxslə fərdi söhbət zamanı da sonuncu soyadının “Hüseyinov” olduğunu söylədiyini, lakin cinayət işinin əksər sənədlərində onun soyadının “Hüseynov” kimi yazıldığını, nəticədə ittiham aktının düzgün tərtib olunmadığını bildirib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, belə qərara gəlir ki, dövlət ittihamçısı X7 və Müdafiəçi vəsatətləri təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.3 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması məsələsinin aydınlaşdırılmaması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), habelə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298.5-ci maddəsinə əsasən, cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, 1 cilddən ibarət olan cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə, ittiham tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə həmin Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. Göründüyü kimi, qanunverici orqan təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbiri seçildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinin materiallarına isə təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti belə əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, cinayət işinin 12-ci vərəqəsində olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “VMAS” elekton axtarış sistemindən çıxarışdan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin soyadı “Hüseyinov”, adı “Cavid”, atasının adı isə “Abdulla”-dır. Lakin xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda, xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul olunması barədə” qərarda, həmin tarixli “Şübhəli şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında” protokolda, “Diskə baxış keçirilməsi haqqında” protokolda, “Şübhəli şəxsin dindirilməsi” protokolunda, “Əməlin tövsif edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsə hüquq və vəzifələrin izah ediməsi barədə” bildirişdə, “İttihamın elan edilməsi barədə” protokolda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında” protokolda, “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda, “Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsə həbs qətimkan tədbirinin seçilməsi barədə” vəsatət və təqdimatda, “Həbs qətimkan tədbiri seçilərkən məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında” protokolda, “Ambulator məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında” qərarda, “Təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi haqqında qərarla tanış olması barədə” protokolda, xx.xx.2022-ci il tarixli “Əməliyyat tapşırığında”, xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokolda, xx.xx.2022-ci il tarixli “Şahid1 dindirilməsi” protokolunda, xx.xx.2022-ci il tarixli “Şahid2 dindirilməsi” protokolunda, xx.xx.2022-ci il tarixli “Şahid3 dindirilməsi” protokolunda, xx.xx.2022-ci il tarixli “əməliyyat tapşırığına cavab” məktubunda, xx.xx.2022-ci il tarixli “Texniki rabitə vasitələrindən ötürülən məlumatların ələ keçirilməsi barədə” vəsatət və təqdimatda, xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin köçürülməsi haqqında” qərarda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7658 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin köçürülməsi haqqında” qərarda, həmin tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarda, “Cinayət işinin materiallarından ayrıca icraatda cinayət işinin ayrılması haqqında” qərarda, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında” qərarda, həmin tarixli “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə” protokolda, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda, həmin tarixli “Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərarda, “Maddi sübutun saxlanca verilməsi barədə” məktubda, təsdiq edilmiş ittiham aktında və müşayiət məktubunda, şəxsin həbsdə saxlanılma müddətinin uzadılması haqqında təqdimatda və cinayət işinin materiallarında olan digər sənədlərdə təqsirləndirilən şəxsin soyadı “Hüseyinov” olduğu halda, “Hüseynov” kimi yazılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.1-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilməlidir. Göründüyü kimi, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “VMAS” elekton axtarış sistemindən çıxarışa əsasən, təqsirləndirilən şəxsin soyadı “Hüseyinov” olduğu halda, cinayət işinin əksər sənədlərində onun soyadının “Hüseynov” kimi qeyd edilməsi, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini istisna etmiş, təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsini mümkünsüz etmişdir. Həmçinin, qeyd edilməlidir ki, cinayət işinin 114-cü vərəqində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-413/2022 nömrəli hökmündən görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə də təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumat həqiqətdə olduğu kimi, yəni “Təqsirləndirilən şəxs” qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.8.2-ci maddəsinə əsasən, müstəntiq ittiham aktına maddi sübutlar və onların saxlanıldığı yer barədə arayışı əlavə edir. Cinayət işinin 49-50-ci vərəqlərində olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5138 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, 0,150 qr narkotik vasitə ekspert tədqiqatına sərf olunduqdan sonra 9,290 qr narkotik vasitə qalıq kimi qalmışdır. Lakin ittiham aktının arayış hissəsinin 2-ci bəndində isə ekspert tədqiqatından sonra qalıq çəkinin 9,220 qr olması qeyd edilmişdir. Göründüyü kimi, ittiham aktının arayış hissəsində səhvə yol verilərək düzgün olmayan məlumat əks etdirilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əlavə edilməməsi, soyadının düzgün qeyd olunmaması, habelə ittiham aktının arayış hissəsində düzgün olmayan məlumatın göstərilməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.2.3-cü maddəsinə əsasən, ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Habelə, ittiham aktının tərtibi zamanı cinayət-prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hallar cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmadığını göstərir. Bundan başqa, cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində toplanılmış əməliyyat tədbirinin keçirilməsinə dair materiallar qanuniliyinin yoxlanılması məqsədilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 098-10936-1222 nömrəli məktubla göndərilmiş, lakin həmin məhkəmənin müvafiq qərarı cinayət işinin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən, əldə edilmiş materiallar həmin Məcəllənin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Keçirilmiş əməliyyat tədbirinin qanuniliyinin yoxlanılması ilə əlaqədar məhkəmə nəzarəti qaydasında qəbul edilmiş məhkəmə qərarı cinayət işinin materiallarında olmadığına görə, məhkəmə həmin əməliyyat tədbirinin sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşır. Bundan əlavə, cinayət işinin materialları öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, cinayət işində olan prosessual qərar və istintaq hərəkətlərinin protokolları sıra ardıcıllığı ilə nömrələnmiş, yəni prosessual hərəkətlərin həyata keçirildiyi tarixlər arasından uzun müddət keçməsinə baxmayaraq, nömrələnmə ard-arda aparılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərar, xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar, “Vəkilin dəvət edilməsi haqqında” qərar, “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokol, “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokol”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-6-cı maddələrinin izah edilməsi haqqında” protokol, “Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokol, “Şübhəli şəxsin tutulması haqqında” protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında” qərar, “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” qərar, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” qərar, “Baxış keçirilməsi barədə” protokol 005450-dən 005464-dək, xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin ekspertin rəyi ilə tanış edilməsi haqqında” protokol, “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərar 005465 və 005466, xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul olunması barədə” qərar, “Şübhəli şəxsi cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında” protokol, “Diskə baxış keçirilməsi haqqında” protokol, “Şübhəli şəxsi dindirmə” protokolu, “Əməlin tövsif edilməsi haqqında” qərar, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar, “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokol, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-6-cı maddələrinin izah edilməsi haqqında” protokol, “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolu, “Təqsiləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərar, “Ambulator məhkəmə-narkoloji ekspertizası təyin etmək haqqında” qərar, “Təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərarla tanış olması haqqında” qərar 005467-dən 00”5479-dək, 16 sentyabr 2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokol 005480, 25 sentyabr 2022-ci il tarixli “Şahid1 dindirilməsi protokolu” 005481, xx.xx.2022-ci il tarixli “Şahid2 dindirilməsi protokolu” 005482, xx.xx.2022-ci il tarixli “Şahid3 dindirilməsi protokolu” 005483, xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərar, “Cinayət işinin materiallarından ayrıca icraatda ayrıca cinayət işinin ayrılması haqqında” qərar 005484 və 005485, xx.xx.2023-cü il tarixli “Ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış etdirilməsi barədə” protokol, “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə” protokol 005486 və 005487, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokol, “Təqsiləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərar isə 005488 və 005489 saylı nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə, bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi) Azərbaycan Respublikası Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Hazırki iş üzrə görünür ki, prosessual sənədlərin (qərar və istintaq hərəkətlərinin protokollarının) qeydiyyata alınması xx.xx.2022-ci il tarixli prosessual sənəddə 005452-dən başlamaqla, xx.xx.2023cü il tarixli prosessual sənəddə 005489 rəqəmi ilə başa çatmış, ardıcıl olaraq həyata keçirilmişdir. Bu hal məhkəmədə sənədlərin cinayət-prosessual qanunvericiliyin tələbləri əsasında qeydiyyata alınmadığı şübhəsini yaradır. Belə ki, təxminən 4 ay müddətində şöbənin və ya müstəntiqin icraatında yalnız 1 cinayət işinin olması ağlabatan deyil. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların əldə edilməsinə dair normaları kobud və aradan qaldırıla bilməyən formada pozulmuşdur. Bu hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Bundan əlavə, ittiham aktından görünür ki, həmin ittiham aktı 11 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 112-ci maddəsinə əsasən, prokurora etiraz həmin Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli “Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” və xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsi cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında” protokollarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror kimi Bakı şəhəri Suraxanı rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elgiz Qənizadənin adı göstərilmiş, sonradan isə Bakı şəhəri Suraxanı rayon prokuroru Rəşid Mahmudova etiraz məsələsi istintaq orqanı tərəfindən həll edilməmiş, aydınlaşdırılmamışdır. Bu hal isə onu göstərir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinin tələbi pozulmuş, yəni məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması məsələsi aydınlaşdırılmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin sair pozulması hallarına da yol verilmişdir. Belə ki, cinayət işinin 101 və 102-ci vərəqlərində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinə və Respublika Psixiatriya Xəstəxanası X10 ünvanlanmış məktublarda ********* nömrəli cinayət işinin X5 barəsində istintaq edildiyi qeyd olunmuşdur, halbuki həmin nömrədə olan cinayət işi materiallara əsasən, Təqsirləndirilən şəxs barəsindədir. Bundan başqa, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Nokia 1200” markalı mobil telefonu təqdim etmişdir. xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin “Nokia 1200” markalı mobil telefona müstəntiq tərəfindən baxış keçirilmişdir. Lakin həmin “Nokia 1200” markalı mobil telefonun sonrakı taleyinin necə olması (hər hansı şəxsə qaytarılması, maddi sübut hesab edilməsi və ya digər formada) cinayət işinin materialları ilə müəyyən edilmir. Bundan əlavə, yuxarıda qeyd edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Lakin istintaq orqanı həmin mobil nömrə ilə bağlı hər hansı tədbir görməmiş, iş materiallarında olan hər hansı sənədə istinad edilmədən, mənbəyi iş materiallarına əsasən bəlli olmayan ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olduğu qənəatinə gələrək, müvafiq dövr üzrə həmin mobil nömrəyə dair məlumatların ələ keçirilməsinə dair vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5138 nömrəli ekspert rəyində ümumi təmiz çəkisi 0,411 qram ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentlərinin aşkar edilmədiyi göstərilsə də, Təqsirləndirilən şəxs barəsində olan “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın təsviri hissəsində müvafiq maddə də qeyd edilmişdir. Beləliklə, məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğuna (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması aydınlaşdırılmadan həyata keçirildiyinə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), eləcə də cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmadığına görə, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən nöqsanlar əlavə araşdırma zamanı aradan qaldırılmalı, eləcə də keçirilmiş əməliyyat tədbirinin qanuniliyinin yoxlanılması ilə əlaqədar məhkəmə nəzarəti qaydasında qəbul edilmiş məhkəmə qərarı cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaqın aparılması zərurətininin olduğunu, dövlət ittihamçının vəsatətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 22 mart 2022ci il tarixədək uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısı və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 22 mart 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.3, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 22 mart 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-751/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-751/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver