Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-751/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla, şübhəli şəxs qismində həbsdə olduğu 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırkı iş üzrə 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 iyun 2023cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti məlum olmayan “Behzat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Behzat” adlı şəxsin göstərişinə əsasən külli miqdarda - 2007,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 995,5 qram çəkidə narkotik vasitə tiryəki müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 08 iyun 2023-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki mavi rəngli selofan torbanın içərisindən 1 bükümdə təmiz çəkisi 2007,3 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 995,5 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan bir gün qabaq “WhatsApp” vasitəsi ilə bir nəfər ona yazmış və narkotik vasitə olduğunu demişdir. Həmin şəxs ona iranlı adı ilə yazmış, amma polis bölməsində onun iranlı olmadığını bilmişdir. Onunla iyun ayının 6-sı üçün narkotik almaq barədə danışmış, danışığa görə həmin şəxsə 200 manat pul verməyi, sonuncunun isə narkotikin yerini ona deyəcəyi, onun da həmin narkotiki deyilən yerdən götürəcəyi barədə razılaşmışlar. Həmin şəxs ona bank kartının şəklini atmış, o da, həmin karta 200 manat pul köçürmüşdür. Bundan sonra o, iranlının dediyi yerə getmiş, lakin həmin yerdə heç nə olmamışdır. Həmin yerin şəkillərini çəkib iranlıya göndərmişdir ki, burada heç nə yoxdur. İranlı ona cavab olaraq, yəgin ərazini süpürən şəxslərin götürdüyünü deyib, ona narahat olmamağı, yenə konum və şəkil atacağını bildirmişdir. O da, deyilənlərlə razılaşmışdır. İyun ayının 8-də səhər saat 10-11 arası iranlı kimi tanıdığı şəxs telefonla onu yığmış, ona Nəsimiyə getməyi tapşıraraq şəkil və konum atacağağını demişdir. O da, qonşusu Cavidə belə bir şey olduğunu deyərək, narkotiki gedib götürməyi təklif etmiş, Cavid problem olmadığını bildirmişdir. Onlarla bir yerdə qardaşı da olmuş, qardaşını yolda düşürməli olmuşlar. Onlar birlikdə həmin yerə getmiş, orada da heç nə olmamışdır. Oradan qayıdanda polis işçiləri gəlmiş, onları tutub idarəyə aparmışlar. İdarədə Valeh müəllimin yanına aparmışlar, otağa girəndə üstündə heç nə olmadığını, nəyə görə onu tutub gətirdiklərini soruşmuş, Valeh müəllim ona ancaq qardaşını buraxacağını və ona belə yaxşılıq edəcəyini bildirmişdir. Qardaşı otağa gəlmiş, onun telefonunu vermişlər və qardaşı getmişdir. O, özlərinin necə olacağını soruşmuş, ona rəis müavini gələndən sonra onları da buraxacaqlarını demişlər. Həmin söhbətin üstündən 3-4 saat keçəndən sonra Valeh müəllim gəlmişdir. Ona demişdir ki, Cavidi şofer kimi rəsmiləşdirəcəklər, bu şərtlə ki, o, videoçəkiliş zamanı 200 manat dəyərində narkotikin qoyulduğunu və həmin narkotiki gedib götürdüyünü etiraf etməlidir. O, buna razı olmamış, ona işgəncə vermişlər. Sonra Ruslan adlı əməliyyatçı onun yaşadığı evə gedib 3 kq narkotiki evindən çıxaracağını deyərək ona hədə-qorxu gəlmiş, o da, polis əməkdaşlarının təsiri və təzyiqi altında 3 kq narkotik vasitəni boynuna götürmüş, videoçəkiliş zamanı da həmin narkotiklərin özünə məxsus olduğunu etiraf etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin gün onun qardaşını idarədən buraxmışlar. Onu günorta vaxtı idarəyə gətirmişlər. Videoçəkiliş onun döyülməsindən sonra həyata keçirilmişdir. O, Bakı İstintaq təcridxanasına gətiriləndən sonra 45 gün aclıq etmişdir. Xəsarətləri ilə bağlı istintaq vaxtı ekspertiza keçirilməmişdir. O, 08 iyun 2023-cü il tarixdə tutulmuşdur. Onunla birlikdə saxlanılan Cavid adlı sürücünün narkotiklərə heç bir aidiyyəti olmadığına görə həmin gün buraxılmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə aludəçisidir. Əvvəllər analoji maddə ilə məhkum olunmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan zaman istifadəsində olan mobil telefon vasitəsilə əvvəllər sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Behzat” adlı şəxslə danışmış, sonuncu ona bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində 2 kiloqram narkotik vasitə heroin və bir kiloqram tiryək vardır, həmin narkotikləri götürüb ona məlumat versin, daha sonra Behzatın dediyi yerə satış üçün çatdırdısın. Hətta Behzat bildirmişdir ki, oradan o, 200 qram heroini özü üçün götürə bilər. Ucuz qiymət təklif etdiyindən onun hazırda xatırlamadığı bank hesabına 200 manat pul köçürmüşdür. Bundan sonra o, qonşuluqda yaşayan Şahid3 xahiş etmişdir ki, onu Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsinə aparsın. Onun xahişi ilə Cavid razılaşmış, onu pul müqabilində Mərdanov Qardaşları küçəsi, 41/47 saylı ünvana gətirmişdir. Belə ki, həmin ünvanda özünü ona Behzat kimi təqdim edən şəxs bükülü vəziyyətdə olan narkotik vasitələrin qoyulduğu ünvanı və yeri telefonda olan mobil tətbiqi vasitəsilə vurğulamışdır. 08 iyun 2023-cü il tarixdə saat 15:30-da ünvan 5 ünvana çatdıqda Şahid3 xahiş etmişdir ki, onu avtomobildə gözləsin və onun yanına yenidən qayıdaraq gedəcəkdir. Bundan sonra o, göy rəngli selofan torbada narkotik vasitəni götürüb Şahid3 avtomobilinə əyləşdikdə özlərini polis əməkdaşı kimi təqdi edən üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışlar. Onu və Şahid3 qanunsuz olaraq narkotik vasitələrin döriyyəsində şübhəli olduqları üçün Nəsimi rayon Polis idarəsinə gətirmişlər. Hüquqlarının müdafiəsi üçün öz xahişi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Polis İdarəsində olduğu zaman üzərinə videoçəkilişdən istifadə etməkə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonradan polis idarəsinə gəlmiş mütəxəssisin və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir əşyanın olub-olmaması, olduğu halda təqdim etməyi təklif olunduqda, Behzat adlı şəxsin qeyd etdiyi yerdən əlidə edərək saxladığı 1 ədəd selofan torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra üzərimdə heç nəyin olmadığını bildirmiş və onun əynində olan paltarlara baxış keçirilmiş, lakin digər əşya və ya maddə aşkar edilməmişdir. Ardınca onunla birlikdə saxlanılan Şahid3 üzərinə vəklin iştirakı ilə baxış keçirilsə də, heç bir şey aşkar edilməmişdir. Narkotik əldə etməsi barədə Şahid3 heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqi 111-114). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin istintaq zamanı ona təsir və təzyiq göstərildiyini, ona görə də həmin protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilmiş şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs əlində selofan bağlama ilə maşına yaxınlaşanda onlar tərəfindən saxlanılmış və idarəyə gətirilmişdir. Saxlanılan vaxt Elnur özü könüllü etiraf etmişdir ki, narkotik vasitəni tanımadığı İran vətəndaşı ona konum atmaqla göndərmiş, o da, həmin konumla gəlib narkotik vasitələri qoyulmuş yerdən götürmüşdür. Verilən sualları cavablandıran Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, keçirilmiş əməliyyat tədbirində üç nəfər polis əməkdaşının iştirak etdiyini, həmin şəxs barəsində əvvəllər onlarda hər hansı məlumat olmadığını, taksi sürücüsünün həmin vaxt maşında əyləşib Elnuru gözlədiyini, onların Elnuru saxlamasını taksi sürücüsünün də gördüyünü, Elnurun əlində olan selofanın içində iki böyük bağlamanın olduğunu və həmin bağlamalardan birinin digərinə nisbətən daha boyük olduğunu, bağlamaların birinin təxminən 900 qram-1 kiloqrama yaxın, digərinin isə təxminən 2 kiloqram olduğunu, saxlanılan vaxt Elnurun ailə üzlərinə tutulmağı barədə məlumat verilməsini xahiş etdiyini, buna görə də onların Elnurun qardaşına məlumat verdiyini, həmin gün qardaşının idarəyə gəldiyini və onun tərəfindən qəbul edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid5 08 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilməsi, üzərinə şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroin və tiryək aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş tədbirdə əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs onun qonşusudur. Əvvəllər də taksi lazım olanda Elnur dəfələrlə ona müraciət etmiş, o da, taksi kimi Elnuru dediyi ünvanlara aparmışdır. Lakin həmin vaxtlarda həmin vaxtlarda Elnurun heç bir qanunsuz hərəkətlərini görməmişdir. 08 iyun 2023-cü il tarixdə Elnur yenə də qonşu kimi ona müraciət etmiş, şəhərə getmək lazım olduğunu, bir dostundan götürəcəyi əşya olduğunu bildirərək onu həmin ünvana aparmağı xahiş etmişdir. O, Elnurla onun dediyi ünvana getmiş, ora çatandan sonra o, maşında gözləmişdir. Elnur maşından düşüb harasa getmiş, o isə, Elnuru maşında gözləmişdir. Daha sonra maşından düşüb bir siqaret çəkmiş, sonra gəlib maşına oturmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşmış, onu da saxlayıb polis idarəsinə gətirmişlər. İdarəyə gətiriləndən sonra ona məlum olmuşdur ki, Elnurun əlində olan bağlamanın içərisində narkotik vasitələr aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid3 bildirdi ki, Elnur getdiyi yerdən qayıdıb gələndə əlində başqa bir selofan torba, çantaya bənzər nəsə olmuşdur. O, maşında oturmuş, Elnur da gəlib maşına oturandan sonra polis işçiləri maşına yaxınlaşmışlar. Həmin vaxt onların yanında kənar şəxs olmamış, Elnurun qardaşı sonradan gətirilmişdir. O, Elnurla saxlanılanda onların yanında üçüncü şəxs olmamışdır. Saxlanılan zaman Elnur heç bir narazılıq etməmiş, sonradan da onun narazılıq etdiyini görməmişdir. Polis əməkdaşları onları saxlayanda saat 4-5 radələri olmuşdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. Hadisə günü onlar Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsindən çıxaraq şəhərə gəlmiş və 30-40 dəqiqəyə hadisə yerinə çatmışlar. Onları saxlayanda üç ya dörd polis əməkdaşı olmuş, həmin vaxt o, maşının içərisində oturmuş vəziyyətdə olmuşdur. Elnur getdiyi yerdən qayıdıb maşına gələndə əlində çantaya bənzər nəsə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılanda sonuncunun qardaşı orada olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı X1 ifadəsində bildirdi ki, hadisə vaxtı o, qardaşı Elnurla birlikdə getmişdir. Belə ki, onun həyat yoldaşı 5 nömrəli xəstəxanada işlədiyindən və səhər anası ilə işə getdiyindən, günorta o, gedib həyat yoldaşını işdən götürüb evə gətirir. Hadisə günü də o, qardaşı Elnurun qonşu ilə danışdığını və onun maşını ilə şəhərə getdiyini görmüş, özünün də həyat yoldaşını gətirmək üçün gedəcəyini bildirmiş və birlikdə şəhərə gəlmişlər. Hadisə yerinə çatandan sonra o, maşında qalmış, qardaşı ilə Cavid isə maşından düşmüşlər. Onlar maşından təxminən 15- 20 metr aralaşdıqda, polis əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Sonra hamısını idarəyə gətirmişlər, idarədə onlara qarşı bir az əl-qol atmışlar. Daha sonra polis işçiləri qardaşı Elnurla nəsə danışmış, onun özünü isə həmin dəqiqə buraxmışlar. Polis işçiləri tərəfindən saxlanılarkən qardaşının əlində sumka və ya bağlama olmamışdır. Onun özü də CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, qardaşı Elnurun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qarşısında aparılmış əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd bağlamada təmiz çəkisi 2007,3 qram (2 kq 7,3 qr) narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 995,5 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 71-75). Məhkəmə-kimyəvi ekspertizasının 09 iyun 2023-cü il tarixli 6/3265 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 2007,3 qram (2 kq 7,3 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 995,5 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının nərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqi 86-87). İbtidai istintaq orqanının 09 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2007,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 995,5 qram çəkidə narkotik vasitə tiryək, habelə sonuncuya məxsus “Xiaomi Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2007,1 qram çəkidə heroin və 995,3 qram çəkidə tiryək, həmçinin mobil telefon məsul saxlanc üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 124-125). Ambulator məcburi-narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli 4473 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 168- 169). Cinayət işinə əlavə edilmiş «Respublika Psixatriya Xəstəxanası» publik hüquqi şəxsə və 2 saylı Kliniki Psixiatriya xəstəxanasına göndərilmiş sorğulara verilmiş cavablardan görünür ki, Təqsirləndirilən şəxs son on ildə qeyd olunan xəstəxanalarda müayinə və müalicədə olmamışdır (cild 1, iş vərəqi 165-166). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmiş, sonuncunun narkotik vasitəni satış məqsədilə əldə etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 167). İstintaq zamanı Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş və istifadəsində olan mavi rəngli “Xiaomi Redmi” markalı mobil telefona sonuncunun və müdafiəçi Telman Əliyevin iştirakı ilə baxış keçirilmişdir. Mobil telefonun “votsapp” mobil tətbiqinə baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazılarının və mesajların olması müəyyən edilmişdir. Belə ki, qeyd olunan tətbiqdə adı “Araz Otaay” kimi qeyd olunan şəxslə +**********54 saylı mobil nömrə ilə sahibi ilə 28 may 2023-cü il tarixdən etibarən danışması müəyyən olunur. Danışıqlar zamanı “Araz Otay»la danışıq zamanı narkotik vasitələrin respublika ərazisində tapılmadığı, habelə bir çox şəxslərə narkotik göndərilməsi ilə bağlı pul verib, lakin həmin şəxslərin onu aldadaraq narkotik vasitələri ona göndərməməsi qeyd edilir. Həmçinin həmin şəxslə danşıq zamanı “Araz” adlı şəxslə narkotik vasitələrin göndərilməsi ilə danışıqlar aparılır. Habelə artıq göndərilən narkotik vasitələrin keyfiyyətinin zəif olması ilə bağlı danışıqlar aparılır. Bundan başqa danışıqlar zamanı “Araz” adlı şəxsin ona çoxlu sayda narkotik vasitələr göndərməsi və onların satışı ilə bağlı danışıqlar aparılması, o cümlədən “Araz” adlı şəxsin onun mobil tətbiqinə narkotik vasitələrin qoyulduğu yeri göstərən müvafiq şəkillərin göndərilməsi, sonuncunun hesabına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi müəyyən olunur. Mobil telefonda adı “Araz Otaay” kimi qeyd olunan şəxslə danışıqlar zamanı müxtəlif şəxslərə narkotik vasitələrin satmasını təsdiq edən səs yazıları, habelə həmin narkotiklərin keyfiyyətinin zəif olmasını özündə göstərən səs yazıları və yazışmalar müəyyən olunmuşdur. Bundan başqa, həmin sosial tətbiq proqramına adı “ebrahimibehzad6561” adı ilə qeyd olunan + **********35 saylı mobil nömrə sahibi ilə danışıqda sonuncu ilə danışıq zamanı götürmüş olacağı narkotik vasitələri satıb pulunu göndərəcəyini, and içərək onun göndərdiyi narkotik vasitələri satıb pulunu yollayacağı videoları, habelə həmin şəxsin külli miqdarda narkotik vasitələrin yerlərini qeyd edib işarələyərək şəkillərinin ona göndərilməsi, satıb pulunu verməsinə dair çoxsaylı səs yazışmaları öz əksini tapmışdır. Qeyd olunan proqramda “Baba Ataş” adı ilə yazılan +**********08 saylı mobil nömrə istifadəçisi olan danışıq zamanı sonuncu ilə narkotik vasitələrin göndərilməsi və satışından əldə olunan pulun sonuncunun hesabına göndərilməsi ilə bağlı səsli yazışmalar öz əksini tapmışdır. Bundan başqa mobil tətbiqdə adı “Xırda Qaqaş” kimi qeyd olunan +**********52 saylı mobil nömrə istifadəçisi adı altında olan şəxslə danışıq zamanı narkotik vasitələrin göndərilməsi və satılması ilə bağlı danışıqlar, habelə aralarında satılacaq narkotik vasitənin pulunun göndərilməsinə dair məlumatlar öz əksini tamışdır. Habelə +**********26 saylı mobil nömrə istifadəçisi ilə olan dialoq mətnlərdə sonuncu şəxslə narkotik vasitənin satılması, həmçinin göndərilib götürülməsi ilə bağlı ünvanlar və satışına dair səs yazıları və yazışmalar müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu hər hansı məlumat verməkdən imtina edərək həmin şəxsləri tanımadığını və yalnız mobil telefonda danışaraq narkotik vasitələri göndərdiklərini, daha sonra isə həmin narkotik vasitəni əldə edib satışını həyata keçirdiyini qeyd etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 117-119). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə dəfələrlə azadlıqdan məhrum edilmiş, sonuncu dəfə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 69.3-cü maddəsi tətbiq olunmaqla 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 24 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin tələbnaməməyə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Xəzər rayon Polis İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi 08 iyul 2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinə göndərilmişdir (cild 1, iş vərəqi 146-148, 150- 158). Cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla, şübhəli şəxs qismində həbsdə olduğu 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(003)-602/2023 saylı göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin çıxardığı 30 noyabr 2023-cü il tarixli hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, mobil telefonla iranlı kimi özünü təqdim edən şəxslə danışıb ondan istifadəsi üçün narkotik istədiyini və sonuncunun kartına 200 manat pul atdığını, 2023-cü il iyun ayının 8-də iranlı kimi tanıdığı şəxsin təklifi ilə qonşusu Cavid adlı şəxsin taksi maşınında Nəsimi rayonu ərazisinə getdiyini, onlarla bir yerdə qardaşının da olduğunu, birlikdə həmin yerə getdiklərini və iranlının “konum” atdığı yerdə heç nə olmadığını, oradan qayıdanda polis işçilərinin onları tutub idarəyə apardıqlarını, həmin vaxt üstündə heç nə olmadığını, ona ancaq qardaşını və sürücünü buraxacaqlarını bildirdiklərini, ona isə videoçəkiliş zamanı 200 manat dəyərində narkotikin onun üçün qoyulduğunu və həmin narkotiki gedib götürdüyünü etiraf etməli olduğunu dediklrini, buna razı olmadığına görə ona işgəncə verildiyini, sonra onun yaşadığı evə gedib 3 kq narkotiki evindən çıxaracaqlarını deyərək ona hədə-qorxu gəlindiyini, polis əməkdaşlarının təsiri və təzyiqi altında 3 kq narkotik vasitəni boynuna götürdüyünü, videoçəkilişin onun döyülməsindən sonra həyata keçirildiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin maddələri «Behzat» adı ilə tanıdığı İran vətəndaşından sonuncunun dediyi yerlərə satış məqsədilə çatdırmaq üçün götürdüyünü, oradan 200 manata özünün istifadəsi üçün 200 qram heroin götürə biləcəyini dediyini, o da, həmin təkliflə razılaşıb Behzatın konum atdığı yerə gedib narkotik vasitələr olan şeroini və tiryəki götürdüyünü və hadisədən xəbərsiz Cavid adlı qonşusunun maşınına minmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitələri polis əməkdaşlarına təqdim etdiyini, saxlanılan zaman və polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona onun özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən “votsapp” mobil tətbiqində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazılarının və mesajların olması müəyyən edilmişdir. Belə ki, qeyd olunan tətbiqdə adı “Araz Otaay” kimi qeyd olunan +**********54 saylı mobil nömrə ilə sahibi ilə 28 may 2023-cü il tarixdən etibarən tutulduğu vaxtadək danışması müəyyən olunmuş, danışıqlar zamanı Təqsirləndirilən şəxs “Araz Otay»la narkotik vasitələrin respublika ərazisində tapılmadığı, habelə bir çox şəxslərə narkotik göndərilməsi ilə bağlı pul verib, lakin həmin şəxslərin onu aldadaraq narkotik vasitələri ona göndərməməsini qeyd etmişdir. Həmçinin həmin şəxslə danşıq zamanı “Araz” adlı şəxslə narkotik vasitələrin göndərilməsi ilə danışıqlar aparılır. Habelə artıq göndərilən narkotik vasitələrin keyfiyyətinin zəif olması ilə bağlı danışıqlar aparılır. Bundan başqa, danışıqlar zamanı “Araz” adlı şəxsin ona çoxlu sayda narkotik vasitələr göndərməsi və onların satışı ilə bağlı danışıqlar aparılması, o cümlədən “Araz” adlı şəxsin onun mobil tətbiqinə narkotik vasitələrin qoyulduğu yeri göstərən müvafiq şəkillərin göndərilməsi, sonuncunun hesabına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi müəyyən olunmuşdur. Mobil telefonda adı “Araz Otaay” kimi qeyd olunan şəxslə danışıqlar zamanı müxtəlif şəxslərə narkotik vasitələrin satmasını təsdiq edən səs yazıları, habelə həmin narkotiklərin keyfiyyətinin zəif olmasını özündə göstərən səs yazıları və yazışmalar aşkar edilmişdir. Bundan başqa, həmin sosial tətbiq proqramına adı “ebrahimibehzad6561” adı ilə qeyd olunan + **********35 saylı mobil nömrə sahibi ilə danışıqda götürmüş olacağı narkotik vasitələri satıb pulunu göndərəcəyi, and içərək onun göndərdiyi narkotik vasitələri satıb pulunu yollayacağı videoları, habelə həmin şəxsin külli miqdarda narkotik vasitələrin yerlərini qeyd edib işarələyərək şəkillərinin ona göndərilməsi, satıb pulunu verməsinə dair çoxsaylı səs yazışmaları öz əksini tapmışdır. Qeyd olunan proqramda “Baba Ataş” adı ilə yazılan +**********08 saylı mobil nömrə istifadəçisi olan danışıq zamanı sonuncu ilə narkotik vasitələrin göndərilməsi və satışından əldə olunan pulun sonuncunun hesabına göndərilməsi ilə bağlı səsli yazışmaların olması müəyyən edilmişdir. Bundan başqa mobil tətbiqdə adı “Xırda Qaqaş” kimi qeyd olunan +**********52 saylı mobil nömrə istifadəçisi adı altında olan şəxslə danışıq zamanı narkotik vasitələrin göndərilməsi və satılması ilə bağlı danışıqlar, habelə aralarında satılacaq narkotik vasitənin pulunun göndərilməsinə dair məlumatlar öz əksini tamışdır. Habelə +**********26 saylı mobil nömrə istifadəçisi ilə olan dialoq mətnlərdə sonuncu şəxslə narkotik vasitənin satılması, həmçinin göndərilib götürülməsi ilə bağlı ünvanlar və satışına dair səs yazıları və yazışmalar müəyyən olunmuşdur. İstintaq zaanı qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu hər hansı məlumat verməkdən imtina edərək həmin şəxsləri tanımadığını və yalnız mobil telefonda danışaraq narkotik vasitələri göndərdiklərini, daha sonra isə həmin narkotik vasitəni əldə edib satışını həyata keçirdiyini qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş mobil telefonun votsap tətbiqində narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı yazışmaların olması və həmin yazışmaların aparıldığı mobil nömrələrin əksəriyyətinin İran mobil operatoruna məxsus nömrələr olması müəyyən edilmişdir. Bu isə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını və saxlanılarkən aşkar olunmuş narkotik vasitələrin məhz satış məqsədilə əldə olunduğunu təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin istifadəsində olduğunu iddia etdiyi 055 268-10-10 saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə anten əhatə dairələrinin əldə edilməsi barədə vəsatət qaldırsa da, həmin gün şəxsin üzərində məhz qeyd olunan mobil nömrə olması təsdiq edilmədiyinə görə qeyd olunan vəsatət təmin olunmamışdır. Bu zaman məhkəmə iclasında Elektron Məhkəmə sistemindəki məlumatlardan istifadə edilməklə yoxlama aparıldıqda müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində müxtəlif mobil operatorlara məxsus 7 nömrə olmuş, lakin həmin nömrələrin arasında müdafiə tərəfinin iddia etdiyi 055 268-10-10 saylı mobil nömrə mövcud olmamışdır. Bütün bunlar isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan vəsatəti qaldarmaqla müdafiə tərəfi məhkəməni obyektiv həqiqətdən yayındırmaq məqsədi güdmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iranlının konum atdığı ünvanda narkotik vasitələri aşkar edə bilməməsi və maşına mindikdən sonra polis əməkdaşları tərəfindən saxlanılarkən əlində və üzərində hər hansı narkotik vasitə olmaması, həmin narkotik vasitələrin polis idarəsində polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər nəticəsində ona verilib boynuna götürülməsinə məcbur edilməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən qardaşı Təvəkkül Ələkbərovun da onlarla birlikdə olması və qeyd olunan halları qardaşının da təsdiq edə biləcəyi barədə gətirdiyi dəlillərlə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 həmin halları təsdiq etməmiş, Elnurun getdiyi yerdən qayıdıb gələndə əlində başqa bir selofan torba, çantaya bənzər nəsə olduğunu, həmin vaxt o, maşında oturduğunu, Elnurun da gəlib maşına oturandan sonra polis işçilərinin maşına yaxınlaşıb onları saxladıqlarını, həmin vaxt onların yanında kənar şəxsin, o cümlədən Elnurun qardaşının da olmadığını, saxlanılan zaman Elnurun heç bir narazılıq etmədiyini, əlində selofan bağlama olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinə uyğun ifadə versə də, məhkəmə kollegiyası həmin sübutu qiymətləndirərkən onların yaxın qohum olmalarını və bütün ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin qeyd olunan halı mübahisələndirmədiyini nəzərə alır. Məhkəmə bunlarla yanaşı hesab edir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerində bilavasitə iştirak etmiş Şahid3, həmçinin təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid5, Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı birbiri ilə uyğun gələn ifadələr verdiyindən, həmin ifadələr başqa sübutlarla təkzib edilmədiyindən hazırkı iş üzrə mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin qaldırdıqları bütün mümkün vəsatətlər təmin olunmuş, lakin həmin vəsatətlər üzrə əldə edilmiş cavablarda Təqsirləndirilən şəxs təqsirsizliyini sübut edən hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı məhkəmədə gətirdiyi dəlillər də yoxlanılmış, lakin bu hal da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı İstintaq təcridxanasından Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın surəti məhkəməyə təqdim olunmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş və tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət izləri aşkar edilməmiş, həmçinin yoxlanılan şəxs tərəfindən şikayət daxil olmamışdır. Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun məhkəməyə ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna məlumat daxil olmadığından müvafiq araşdırma aparılmamışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, özünün fiziki və psixoloji təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri «Behzat» adı ilə tanıdığı İran vətəndaşından sonuncunun dediyi yerlərə satış məqsədilə çatdırmaq üçün götürdüyünü, «Behzat”ın ona narkotiklərin üzərindən öz istifadəsi üçün 200 qram heroin götürə biləcəyini deməsini, o da, həmin təkliflə razılaşıb «Behzat»ın konum atdığı yerə gedib narkotik vasitələr olan şeroini və tiryəki götürdüyünü səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin narkotik vasitə heroin və tiryək olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara qablaşdırılmasını, həmçinin aşkar edilmiş narkotik maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 24 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla, şübhəli şəxs qismində həbsdə olduğu 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökm 22 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, həmin iş üzrə 12 aprel 2023-cü ildən 14 aprel 2023cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli 4473 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2007,1 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 995,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Xiaomi Redmi» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, 01 sentyabr 2023-cü il tarixdə cinayət işi məhkəməyə daxil olduqdan sonra 17 yanvar 2024-cü il tarixədək olan dövrdə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 20 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Müdafiəçi1 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmə əsasən təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həmin iş üzrə 12 aprel 2023-cü ildən 14 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2007,1 qram çəkidə narkotik vasitə heroin, 995,3 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Xiaomi Redmi» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-751/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-751/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver