Məhkəmə qərarları › İş №1(101)-751/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-751/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-751/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X7, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1 hüquqi varisi X3 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə (CM-76.6.2, 67.1; 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4) təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı olan 1(002)-117/2024 saylı cinayət işi üzrə onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilərək məhkəmədən gizləndiyi üçün barəsində 03 iyun 2024-cü il tarixli qərarla axtarış elan olunmasına baxmayaraq məhkəmədən yayınmaqda davam edib icarəyə götürdüyü **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən həmin rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarının icrası həvalə olunmuş Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 Hafıs oğlunun, xidməti vəzifəsinin icrası ilə bağlı «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 10-cu bəndi və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 4-cü bəndinə əsasən, «GPRS» vasitəsi ilə onun idarə etdiyi **-HX-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobilin Suraxanı rayonunun Binə qəsəbəsinin ərazisində hərəkətdə olduğunu müəyyən edərək 06 iyul 2024-cü il tarixdə, saat 17 radələrində "Mersedes C Klass” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə gəlib **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xidməti vəzifələrinin icrası ilə məşğul olan, Suraxanı rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin əməkdaşları polis baş inspektoru, polis baş leytenantı Şahid3 və polis inspektoru, polis baş serjantı Qurban zadə Qurban Valeh oğlunun köməkliyi ilə idarə etdiyi «Toyota Prius» markalı avtomobili saxladaraq yaxınlaşıb özünü təqdim edib polis əməkdaşı olduğunu bildirərək axtarış qərarını təqdim edən Zərərçəkmiş şəxs1 Hafıs oğlu xüsusi vasitə olan əl qolu bağlama vasitəsi ilə onun qollarını bağladıqdan sonra o, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaq əvəzinə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə onlara zor işlətməklə müqavimət göstərərək mühərriki işlək vəziyyətdə olan idarə etdiyi «Toyota Prius» markalı avtomaşına əyləşib həmin yerdən naməlum istiqamətdə uzaqlaşdığını görən əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 dövlət yol polisi əməkdaşları ilə birlikdə onu təqib edərək tutub saxlamağa cəhd göstərmələrinə baxmayaraq o, polis əməkdaşlarının «saxla» işarəsinə tabe olmamaqla xidmətdə olan polis əməkdaşlarından yayınmağa nail olduqdan sonra avtomaşını saxlayıb əlində olan əl qolu bağlama vasitəsini açaraq polis əməkdaşlarının təqibindən yayınmaq və gizlənmək məqsədi ilə əynində olan paltarlarını dəyişib avtomaşınında olan hərbi kamuflaj dəstə aid köynək və şalvarı geyinərək piyada tanışı Taləddin Rəhimovun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evinə yaxınlaşan zaman Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsinin əməliyyat müvəkkilləri vəzifələrində xidmət edən-polis baş leytenantı Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 əməliyyat-axtarış tədbirlərinə cəlb edib, onların iştirakı ilə birgə əməliyyat axtarış tədbilərini davanı etdirərək 07 iyul 2024-cü il tarixdə, saat 00:15 radələrində həmin ünvanda onu gözləyən əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin qarşısında onu hərbi formada görüb tanıyaraq digər polis əməkdaşa rım səsləyib köməyə çağıraraq ona yaxınlaşaraq onu tutmaq istədiyini görüb polis əməkdaşı Zərərçəkmiş şəxs1 qarşı fiziki zor tətbiq etməklə aktiv müqavimət göstərmiş və qanunazidd hərəkətlərinin davamı olaraq qəsdən öldürmək məqsədi ilə sağ əlində o qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyizavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli olmaqla deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs1 döş nahiyəsinə zərbə ilə vuraraq döş boşluğuna nüfuz etməklə ürəyi zədələvən canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətinə malik o kəskin daxili qanitirmə ilə nəticələnməklə zərərçəkmiş şəxsin ölümü ilə birbaşa səbəbli əlaqəsi olan bir ədəd deşilmiş-kəsilmiş yarasından və sağ bazunun səthi kəsilmiş yarasından ibarət, sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik bir ədəd xəsarətlər yetirmiş, köməyə gəlmiş həmin vaxt mülki geyimdə olan Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 polis əməkdaşları olduqlarını və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı qanunazidd hərəkətlərinin qarşısını alaraq onu tutub saxlamaq istədiklərini bilib onlara qarşı da fiziki zor tətbiq etməklə aktiv müqavimət göstərmiş və polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılarkən polis əməkdaşları Zərərçəkmiş şəxs3 sol əlin İİ barmağının səthi kəsilmiş yarası,Zərərçəkmiş şəxs2 sağ əlin arxa səthinin sıyrıqlarından ibarət hər iki halda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür, bununla da o, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən fiziki zor tətbiq etməklə müqavimət göstərmiş, qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir və zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədr onun özünü qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə zamanı 4 nəfər polis əməkdaşı olmuşdur, lakin o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilməmiş və heç kimi öldürmək niyyəti olmamışdır. Əvvəlcədən də, kimisə öldürmək üçün heç bir hazırlıq görməmişdir. Onu saxlayan şəxslər mülki geyimdə olduqlarından özünü qorumaq üçün onlara xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Qaradağ rayon Məhkəməsindəki iş üzrə axtarışda olmağını bilməmişdir. Bu hadisə baş vermədən əvvəl də, polis əməkdaşları onu saxlamışlar və mərhum da həmin polislərin arasında olmuşdur. Baş vermiş hadisədən peşmandır. Hadisə vaxtı neçə zərbə vurmağını xatırlamır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, əvvəllər oğurluq cinayət hadisələri törətdiyinə görə 5 dəfə məhkum olunmuşdur, ümumilikdə 15 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Sonuncu dəfə isə törətdiyi oğurluq cinayətinə görə Qaradağ RPİ- nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılaraq baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə məhkəmə baxışından yayındığı üçün barəsində axtarış elan olunmuşdur. 06 iyul 2024-cü il tarixdə təxminən saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Kardon Zavod yolunda Binə qəsəbəsi istiqamətində hərəkətdə olarkən hazırda dövlət qeydiyyat nömrəsini xatırlamadığı yol patrul xidməti avtomobili ona saxla işarəsi etdiyindən avtomobili yolun sol kənarında saxlamışdır. O, avtomobildən düşərək yol patrul xidməti əməkdaşına yaxınlaşıb əlini uzadaraq salam verib hansı səbəbdən ona saxla işarəsi verdiklərini soruşmuşdur. Bu zaman yol patrul xidməti əməkdaşı onun sağ əlini tutaraq saxlamışdır. Həmin vaxt onların yanında “Mercedes” markalı başqa bir mülki avtomobil saxlayaraq avtomobildən 2 nəfər mülki geyimli şəxs düşüb ona yaxınlaşmışlar. Şəxslərdən biri özünü polis əməkdaşı olduğunu bildirib barəsində axtarış elan edildiyindən Qaradağ RPİ-nə getməli olduğunu deyərək hər iki əlini xüsusi vasitə olan əl-qol bağlayıcı ilə bağlamışlar. Yol patrul xidməti əməkdaşı ona avtomobildə olan şəxsi əşyalarını götürməsini və avtomobili duracağa aparacaqlarını söyləmişlər. Bundan sonra o, şəxsi əşyalarını götürmək üçün avtomobilin sürücü oturacağına əyləşmişdir. Yol patrul xidməti əməkdaşı əl qandalından tutaraq maşına doğru əyilmiş, bir nəfər isə içəridən kəmərindən tutmuşdur. Onun fikri polis əməkdaşlarından yayınmaq olmuşdur. Ona görə də ani vəziyyətdən istifadə edib avtomobili işlək vəziyyətə gətirən zaman hibrid mühərrikli olduğundan hərəkətə gətirərək polis əməkdaşlarının yanından uzaqlaşmışdır. Yol patrul xidməti avtomobili və polis əməkdaşlarının olduğu “Mercedes” markalı avtomobil ilə onu təqib etmişlər. O, Binə qəsəbəsi, Südçülük sovxozunun içərisində ara yollar ilə beton yol adlanan magistral yol istiqamətində hərəkət edərək irəliləmişdir. Təxminən 10 dəqiqə polis əməkdaşları onu təqib etsələr də, o, yayınmağı bacarmışdır. Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində ara küçələrdə avtomobili saxlayaraq avtomobilində olan bıçaqla xüsusi vasitə olan əl-qol bağlayıcını qollarından açaraq yolun kənarına atmışdır. Daha sonra əynində olan göy rəngli cins şalvarı və ağ rəngli zolaqlı köynəyi çıxarıb avtomobildə olan, bir neçə il əvvəl Tərtər rayonunda tanımadığı şəxsdən əldə etdiyi hərbi geyim formasını geyinmişdir. Geyim əşyalarını və əlində olan bıçaqla açdığı qandalı tanımadığı sahədə atmışdır. Daha sonra polis əməkdaşlarından yayınmaq məqsədi ilə avtomobili yaxınlıqda yolun kənarında saxlayıb piyada Südçülük sovxozu ərazisinə doğru gəlmişdir. Həmin gün gecə saatlarına kimi gözləmişdir. Geyim əşyalarını və qandalı atmasına səbəb avtomaşın yolun kənarında tapıldığı təqdirdə polis əməkdaşlarında dəlil olmamasını demişdir. 15 il məhkum həyatı yaşadığına görə kifayət qədər təcrübəsi olmuşdur. Südçülük sovxozu ərazisində polis əməkdaşlarının onu axtarmamasmdan əmin olduqdan sonra 06 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixə keçən gecə saat 00 radələrində çox zaman gecələdiyi dostu Talehin ailə üzvləri, yəni qızı, bacısı və anası ilə birlikdə yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə tərəf getmişdir. Belə ki, Talehin bacısı Ülviyyə ilə bir-birilərini istəməklə uzun müddət tanışlıqları olmuşdur. Həmin günü yolda gələn zaman yol üzərində yerləşən meyvə-tərəvəz satılan yerdən iki ədəd alma almış və avtomobildən götürdüyü bıçaqla almanı doğrayaraq yemişdir. Talehgilin yaşadığı fərdi yaşayış evinin qarşısına çatdıqda bir nəfər mülki geyimli, qaranlıq olduğundan üzünü tam görə bilmədiyi şəxs ona yaxınlaşıb salam verərək ondan alışqan istəmişdir. O. alışqanı verdikdə həmin şəxs onun orada yaşayıb- yaşamadığım soruşmuşdur. O, qonaq olduğunu, ara-sıra ora gəlib-getdiyini demişdir. Bundan sonra həmin şəxs adını soruşduqda o, adının Mehman olduğunu bildirmişdir. Həmin vaxt mülki geyimli şəxs onun sol qolundan tutaraq “odur, odur” deyərək qışqırmış, Talehin yaşadığı fərdi yaşayış evinin qapısından daha 2 nəfər mülki geyimli şəxs çıxaraq üzərinə gəlmişlər. O, artıq polis əməkdaşları olduqlarını başa düşərək əlbəyaxa olmuşlar. Həmin vaxt avtomobildən götürdüyü bıçaq sağ əlində olmuşdur, onu yerə yıxdıqda sağ tərəfində olan, alışqan istəyən şəxs onu sərbəst buraxaraq kənara yıxılmış və kömək istəmişdir. O, həmin vaxt yerə yıxılan şəxsi bıçaqla vurduğunu başa düşmüşdür. Lakin həmin şəxsə hansı nahiyələrdən bıçaqla vurduğunu xatırlamamışdır. Daha sonra hadisə yerinə əlavə kömək çağırılmış və post patrul xidməti avtomobili ilə polis şöbəsinə aparılmışdır. Bıçaq hadisə yerində olmaqla əməkdaşlar tərəfindən götürülmüşdür. O, polis əməkdaşlarına müqavimət göstərməsinə səbəb kimi yaxalanmaq istəməməsi, məhkumluq həyatı yaşamaqdan artıq yorulduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, yol patrul xidməti əməkdaşları ona saxla işarəsi verən zaman əynində göy rəngli cins şalvar, ağ rəngli zolaqlı köynək, qəhvəyi rəngli yay ayaqqabısı olmuşdur. İlkin olaraq polis əməkdaşlarından yayınaraq Binə qəsəbəsi, Südçülük sovxozunda ara küçələrdə “Toyota Prius" markalı avtomobili saxlamış, əynində olan göy rəngli cins şalvarı və ağ rəngli zolaqlı köynəyi çıxarıb avtomobildə olan, bir neçə il əvvəl Tərtər rayonunda tanımadığı şəxsdən əldə etdiyi hərbi geyim formasını geyinmişdir. Geyim əşyalarını və əlində olan bıçaqla açdığı qandalı tanımadığı sahədə atmışdır. Əynində olan ayaqqabını isə dostu Talehgilin yaşadığı fərdi yaşayış evinin qarşısında polis əməkdaşları ilə əlbəyaxa olan zaman ayağından çıxardaraq orada qalmışdır. Hadisə günü polis əməkdaşını vuraraq qətlə yetirdiyi bıçağı isə təxminən 7-8 il bundan əvvəl “Sədərək” ticarət mərkəzində hazırda xatırlamadığı mağazadan 23 manata almışdır. Həmin bıçaq da hadisə baş verən yerdə, yəni dostu Talehin yaşadıqları fərdi yaşayış evinin qarşısında qalmışdır. Belə ki, həmin bıçaqla polis əməkdaşı Zərərçəkmiş şəxs1 vurandan sonra hadisə yerində əlindən düşmüşdür. Həmin vaxtı orada olan polis əməkdaşları tərəfindən saxlandığından bıçağı götürə bilməmişdir. Həmin bıçağın tiyəsi metal rəngli olmaqla üzərində 5 ədəd mişar kimi dərinlik vardır, tiyəsinin üzərində rus dilində /Pantera/ sözü lehimlənmişdir. Dəstəyi taxta materialdan dalğavari qəhvəyi rəngli olmaqla üzərində 2 ədəd bərkidici ilə bəkidilmişdir. Dəstəyinin başlığında dairəvi metal rəngdə halqa vardır. Hadisə vaxtı orada təxminən 3-4 nəfər polis əməkdaşından başqa kimlərin olmasını xatırlamır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, axtarışla bağlı tədbiri mərhum qurmuş və şəxsin yerini müəyyən etmişdir. Hadisədən əvvəl mərhum bir dəfə təqsirləndirilən şəxsi saxlasa da, onun əlindən qaçmışdır. İkinci əməliyyatda kömək məqsədilə iştirak etmiş, təqsirləndirilən şəxsin avtomobilinin yerini müəyyən etmişlər. Şəxs saxlanılarkən isə o mərhuma hücum etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən üzərlərində polis jiletkası olmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində ən ağır cəza təyin olunmasını xahiş edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmaqla polis baş leytenantıdır. 06 iyul 2024-cü il tarixdə Qaradağ rayonunda xidməti ərazidə xidmətdə olduğu zaman saat 18:00 radələrində bölmənin əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 onları iş qrupunda yazaraq Binə qəsəbəsi ərazisində axtarışda olan Təqsirləndirilən şəxs saxlanılmasından ötrü köməklik lazım olduğunu bildirmişdir. Bundan sonra o və bir neçə digər əməkdaş Binə qəsəbəsi ərazisinə yollanmışlar. Binə qəsəbəsi ərazisində axtarışda olan Təqsirləndirilən şəxs axtarmışlar. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərmiş və “Toyota Prius” markalı avtomobili idarə etmişdir. Fəxrəddin onlardan öncə Təqsirləndirilən şəxs saxlamağa çalışsa da, sonuncu avtomobilə minib qaçmışdır. Bundan sonra Mehmanın idarə etdiyi “Toyota Prius” markalı avtomobilin əsl sahibini müəyyən etdikdən sonra həmin şəxs Mehmanın icarəsində olan avtomobilin tez-tez Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu adlanan ərazidə olduğunu onlara bildirmişdir. Həmin əraziyə gedərək Mehmanı axtarmışlar. Ünvanda qapını döydükdə adını sonradan bildikləri Ülviyyə adlı şəxs qapını açmış, sonuncuya Mehmanın şəkilini göstərib onu tanıyıb-tanımadığını soruşmuşlar. Ülviyyə Mehmanı tanıdığını və onların evinə gəlib gedən şəxs olduğunu demiş və onlar evə daxil olub Mehmanı axtarsalar da, sonuncunun evdə olmadığını görmüşlər. Evdə Ülviyyədən başqa qardaşı Taləddinin, onun az yaşlı qızı Sevil olmuşdur. Taləddin evdə yatmış vəziyyətdə olmuşdur. Fəxrəddin Mehman gələrkən görməməsi üçün xüsusi formalı polis əməkdaşlarını geri göndərmiş, evdə o, Fəxrəddin və bölmədə CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs2 qalmışlar. Onlardan başqa Fəxrəddinin sürücüsü Elçin də orada olmaqla Fəxrəddinin maşınını idarə etmək üçün gəlmişdir. O, Əli və Fəxrəddin evdə gözləməklə Mehmanın evə gələcəyini düşünmüşlər. Təxmini 15 dəqiqə keçmiş saat 00:20 radələrində Fəxrəddin telefonla danışmaq üçün evdən çölə çıxaraq bir neçə saniyə sonra Fəxrəddinin “burdadır gəlib” deyə qışqırıq səsini eşidib dərhal özü də çölə çıxmışdır. Məhəllədə Mehmanın ondan təxmini 3 metr məsafədə Fəxrəddin isə, Mehmandan təxmini 1 metr aralıda olduğunu görmüşdür. Hava çox qaranlıq və küçədə işıq olmamışdır. O, Fəxrəddinlə birgə dərhal Mehmanı saxlamaq üçün üzərinə doğru getmişlər. İlk öncə Fəxrəddin, ardınca isə o, Mehmana çatmışdır. O, Mehmanın sol əli tərəfindən, Fəxrəddin isə sağ əli istiqamətində yaxınlaşmış, çatan zaman Mehmanın sağ əlini qaldırıb Fəxrəddinə zərbə vurmasının şahidi olmuşdur. Lakin qaranlıq olduğu üçün Mehmanın əlində bıçaq olmasını ilk öncə dəqiq müəyyən edə bilməmişdir. Fəxrəddin tərəfindən Mehman əvvəl saxlanılan onun əlindən qaçarkən qolunda olan əl qol bağlayıcı vasitə ilə Fəxrəddini vurduğunu düşünmüşdür. O, həmin vaxt Mehmanın sol qolunu burub yerə yıxmış, Fəxrəddin isə sağ qolunu burmuşdur. Yerdə Mehmanın əllərini bağlamağa çalışan zaman anidən Fəxrəddinin taqətdən düşmüş və arxaya çəkilib “Mehman məni nə iləsə vurdu” sözlərini demişdir. Fəxrəddinə baxdıqda üzərinin bütün qan olduğunu görmüş, Mehmana tərəf geri çöndükdə əlində bıçaq olduğunun şahidi olmuşdur. Həmin vaxt Fəxrəddin Mehmanı ilk saxlayan zaman zərbəni bıçaqla sonuncuya vurduğunu öyrənmişdir. Bundan sonra Elçin və Əli gələrək Mehmanın əlindən bıçağı almaq istəsələr də sonuncu müqavimət göstərməyə davam etmiş, Mehmandan bıçağı almaq istəyən zaman sonuncu tərəfindən onun sol əlinə xəsarət yetirilmişdir. Qonşular da evdən çıxaraq hadisəyə şahid olmuşlar. Bundan sonra Elçin və Əlinin köməkliyi ilə Mehmanı saxlamışlar. Həmin vaxt Fəxrəddin qan içində kənara yıxılmışdır. Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım gəldikdə Fəxrəddin hərəkətsiz vəziyyətdə olmuş və sonuncunu avtomobilə mindirib aparmışlar. Hadisə vaxtı üzərində mavi cins şalvar və qara köynək olmuş, şalvarı isə qana bulaşmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 Gülhüseyn oğlu ifadəsində bildirmişdir ki, hadisə yerində təqsirləndirilən şəxs maşını atıb getmişdir. Hadisə zamanı onu ilk olaraq mərhum tutsa da, təqsirləndirilən şəxs qaşmaq üçün ona xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs hadisə zamanı ona da xəsarət yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində ən ağır cəza təyin olunmasını xahiş edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 Gülhüseyn oğlu ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə polis leytenantıdır.06 iyul 2024-cü il tarixdə Qaradağ rayonunda xidməti ərazidə xidmətdə olduğu zaman saat 18:00 radələrində bölmənin əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 iş qrupunda yazaraq Binə qəsəbəsi ərazisində axtarışda olan şəxsin saxlanılmasından ötrü köməklik lazım olduğunu bildirmişdir. Bundan sonra o, və bir neçə digər əməkdaş Binə qəsəbəsi ərazisinə yollanaraq Binə qəsəbəsi ərazisində axtarışda olan Təqsirləndirilən şəxs axtarmışlar. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərməklə “Toyota Prius” markalı avtomobili idarə etmişdir. Fəxrədddin onlardan öncə hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında saxlamağa nail olmuş, sonuncunun əlini xüsusi vasitə olan əl qol bağlayıcı ilə bağlasa da, həmin vəziyyətdə Mehman Fəxrəddinin əlindən idarə etdiyi avtomaşınla yayınmağa müvəffəq olmuşdur. Hətta həmin vaxt Fəxrəddinin yanında sürücü kimi işləyən Elçin də xəsarət almışdır. Mehmanın idarə etdiyi “Toyota Prius” markalı avtomobilin əsl sahibini müəyyən etdikdən sonra, həmin şəxs Mehmanın icarəsində olan avtomobilin tez-tez Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə olduğunu demişdir. Onlar həmin ünvana gedərək ünvanda Mehmanı axtarmışlar. Ərazidə qapını döydükdə adını sonradan bildikləri Ülviyyə adlı şəxs qapını açmış, sonuncuya Mehmanın şəkilini göstərib, tanıyıb-tanımadığını soruşmuşlar. Ülviyyə Mehmanı tanıdığını və evə gəlib gedən şəxs olduğunu demiş, bundan sonra onlar evə daxil olub Mehmanı axtarsalar da, onun evdə olmadığını görmüşlər. Evdə Ülviyyədən başqa qardaşı Taləddinin və onun az yaşlı qızı Sevil olmuş, Taləddin evdə yatmış vəziyyətdə olmuşdur. Fəxrəddin daha sonra Mehman gələrkən görməməsi üçün xüsusi formalı polis əməkdaşlarını geri göndərmiş, evdə Fəxrəddin, o və bölmədə CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs3 qalmışlar. Onlardan başqa Fəxrəddinin sürücüsü Elçin də orada olmaqla Fəxrəddinin maşınım idarə etmək üçün gəlmişdir. O, Əli və Fəxrəddin evdə gözləməklə Mehmanın evə gələcəyini düşünmüşlər. Təxmini 15 dəqiqə keçmişdir ki, saat 00:20 radələrində Fəxrəddin telefonla danışmaq üçün evdən çölə çıxmaqla bir neçə saniyə sonra Fəxrəddinin “burdadır gəlib” deyə qışqırıq səsini eşitmiş, həmin vaxtı o, evin arxasını güdmüş, Səbuhi dərhal çölə çıxmışdır. Evin arxasından fırlanıb onlar tərəfə gəldikdə X4 saxlamağa çalışdıqlarını görmüşdür. Fəxrəddin yerdə Mehmanın əllərini bağlamağa çalışan zaman anidən Fəxrəddinin taqətdən düşərək arxaya çəkilib “Mehman məni nə iləsə vurdu" sözlərini dediyini görmüşdür. Fəxrəddinə baxdıqda onun üzərinin bütün qan olduğunu görmüş, dərhal Mehmanın üzərinə Səbuhiyə köməyə yaxınlaşmışdır. Fəxrəddinin sürücüsü Elçin də gələrək birlikdə Mehmanı saxlamağa çalışmışlar. Mehman aktiv hərəktələrlə müqavimət göstərməklə sonuncunun əlində bıçaq olmasının şahidi olmuşdur. Səbuhi Mehmanın əlindən bıçağı almağa nail olmuş, qonşular da evdən çıxaraq hadisənin şahidi olmuşlar. Mehmanı Elçin və Səbuhinin köməkliyi ilə saxlamışlar. Həmin vaxt Fəxrəddin qan içində kənarda yıxılmışdır. Ünvanına gəldikləri Ülviyyə evdən parça gətirməklə Fəxrəddinə ilkin yardım göstərməyə çalışmışdır. Mehman aktiv hərəkətləri ilə müqavimət göstərən zaman əynində olan ayaqqabısı hadisə yerində çıxmış, Elçin sonuncunun şalvarının belinə bağlanmış bıçaq kabrosunu çıxararaq kənara yerə atmışdır. Mehmanın üzərində olan bıçaq hadisə yerində qalmışdır. Məlumat əsasında hadisə yerinə gələn təcili yardım hərəkətsiz vəziyyətdə olan Fəxrəddini avtomobilə mindirib aparmışlar. Hadisə vaxtı üzərində tünd göy köynək və tünd göy rəngli cins şalvar olmuşdur. Hadisə günü şalvarı yerdə süpürləşən zaman diz hissəsindən çırıldığına görə xatırlamadığı sahədə atmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 hüquqi varisi X3 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxs barəsində ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 hüquqi varisi X6 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Fəxrəddin ilə 2011-ci ildə nikaha daxil olmuş və birgə nikahlarından 2014-cü il təvəllüdlü Hafıs adlı oğlu doğulmuşdur. Fəxrəddin uzun müddət DİO-da müxtəlif vəzifələrdə xidmət etməklə 2023-cü ildən Qaradağ RPİ-nin 10-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə Fəxrəddin həmişəki qaydada səhər tezdən saat 09 radələrində işə getmişdir. xx.xx.2024-cü il tarixə keçən gecə Fəxrəddinin sürücüsü Elçin zəng çalaraq Fəxrəddinin xidməti vəzifəsini yerinə yetirən zaman bıçaqla vurularaq qətlə yetirilməsi barədə məlumat vermişdir. Həmin günü gecə saatlarında Fəxrəddinin meyiti müayinə olunması üçün Suraxanı rayon məhkəmə tibbi ekspertizasına aparılmışdır. Sonradan məlum olmuşdur ki, Fəxrəddin Qaradağ rayon məhkəməsinin qərarı ilə axtarışda olan Təqsirləndirilən şəxs axtarışına getmişdir. Fəxrəddin özü maşın idarə etmədiyinə görə özünə məxsus avtomaşını idarə edən sürücüsü Elçin Fəxrəddin ilə birgə işə getmişlər. Suraxanı rayonu Binə ərazisində axtarışda olmuş Mehman adlı şəxsi tutan zaman sonuncu üzərində olan bıçaqla Fəxrəddinin ürək nahiyəsindən vuraraq qətlə yetirmişdir. Hadisə ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, Mehman ilə Fəxrəddinin hər hansı formada münasibətləri və ya şəxsi ədavətləri olmamışdır. Bundan başqa eşitdiyinə görə Fəxrəddin həmin günü günorta saatlarında Mehmanın idarə etdiyi avtomaşını idarə edən zaman saxlayaraq yaxalamış və əlini qandallamışdır. Lakin nədənsə Mehman maşınına minib Fəxrəddindən yayınaraq gizlənmişdir. Fəxrəddin də həmin günü gecə radələrinədək evə gəlməmiş, əlaqə saxlayan zaman işdə problem olduğundan evə gec gələcəyini bildirmişdir. Mehman Fəxrəddinin əlindən yayındığına görə Fəxrəddin narahat qalaraq Mehmanı həmin günü saxlamaq istəmişdir. Fəxrəddin işinə məsuliyyətli olduğuna görə xidmətinə çox ciddi yanaşan şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, hadisə vaxtı çöldən səslər gəlmiş və çölə çıxanda hadisə baş verdiyini bilmiş və polis əməkdaşlarının xahişi ilə təcili yardıma yolu başa salmışdır ki, hadisə yerinə tez gəlsinlər. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 06 iyul 2024-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdə olan zaman küçədən kişi və qadın qışıqırıq səsləri gəldiyini eşitmişdir. Bu vaxt yaşadığı evin darvazasının qapısının döyüldüyünü eşidib qapını açmış, təxminən 12-13 yaşlı qonşuluqda yaşayan qız uşağı ona “əmi tez köməyə gəl köməyə adam vurublar” deyə çağırmışdır. O, dərhal darvazadan çölə çıxaraq təxminən 20-25 metr aralıda səs gələn tərəfə qaçmışdır. Yaxınlaşan zaman mülki geyimli bir nəfər, adının sonradan Əli olduğunu bildiyi polis əməkdaşı ondan bir nəfər şəxsi tutmaq üçün kömək istəmişdir. Əlinin yanında polis əməkdaşı olduğunu bilmişdir. Üç nəfər polis əməkdaşı bir nəfər hərbi geyimdə olan şəxsi tutduqlarını, qonşu qadının dizləri üzərində isə yaralı vəziyyətdə olan bir nəfəri görüb qışqıraraq qardaşı Mirəlini köməyə çağırmışdır. Qonşu qadın hadisə yerində həmin 12-13 yaşlı qıza evdən dəsmal və su gətirməyi demişdir. Həmin uşaq evə qaçaraq evdən dəsmal gətirmiş, qadın həmin dəsmalı dizləri üstə uzanmış polis əməkdaşının yarasının üzərinə qoyub saxlamışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım həkimləri və polis əməkdaşları gəlmişlər. Yaralı polis əməkdaşını təcili yardım maşınına mindirərkən sonuncunun artıq can verdiyini görmüşdür. Polis əməkdaşları isə tutduqları şəxsi hadisə yerindən maşına mindirib aparmışlar. Hadisə günü hərbi geyimdə olan şəxsi əvvəllər görməmişdir, birinci dəfə hadisə günü görmüşdür. Hadisə yerində o, qardaşı Mirəli, qonşu qadın, azyşlı qız və polis əməkdaşları olmuşlar, başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, hadisə günü qışqırıq səslər eşitmiş və hadisə yerinə çatdıqda bir nəfər şəxsin yerdə olduğunu görmüşdür. Yerdə yatan şəxs yaralı olmuş, üzərində qan izləri olmuşdur. İbtidai araşdırma zamanı Şahid5 ifadəsində göstərmişdir ki, 06 iyul 2024-cü il tarixdə saat təxminən 23.30 radələrində evin həyətində olduğu zaman yaxınlıqda yaşayan qardaşı Mirmahmudun onu səsləyərək küçədə dava olmasını və köməklik etməsini qışqırmışdır. Dərhal küçəyə çıxmış, küçənin o biri başında bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu və 3 nəfər şəxsin isə hərbi geyimdə olan bir nəfər kişini tutaraq saxladıqlarını görmüşdür. Qardaşı Mirmahmud qabaqda o. da arxasınca həmin şəxslər istiqamətində kömək məqsədi ilə qaçmışlar. Üç nəfər şəxsin tuıub saxladıqları hərbi geyimli şəxs ağ saçlı, orta yaşlı olmuşdur, şəxsi tutub saxlayanlar isə mülki geyimdə olmaqla özlərinin polis əməkdaşları olduqlarını bildirib, digər polis əməkdaşını bıçaqla vurduğunu və köməklik göstərmələrini bildirmişlər. Bıçaqla vurulan şəxsin qan içində qonşu qadının dizləri üstündə olduğunu görmüşdür. Polis əməkdaşları bıçaqla vuran şəxsi tutaraq zərərsizləşdirməyə çalışsalar da həmin şəxs müqavimət göstərmişdir. Bıçaqla vurulan polis əməkdaşı çoxlu qan itirdiyinə görə qonşu qadın hadisə yerində yanında olan 12- 13 yaşlı qız uşağına evdən dəsmal və su gətirməyi demişdir. Həmin uşaq evə qaçaraq evdən dəsmal gətirmiş, qadın həmin dəsmalı dizləri üstə uzanmış polis əməkdaşının yarasının üzərinə qoyub saxlamışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları gəlmişlər. Yaralı polis əməkdaşını təcili yardım maşınına mindirən zaman artıq can verdiyini görmüşdür. Polis əməkdaşları isə tutduqları şəxsi hadisə yerindən maşına mindirib aparmışlar. O, hadisənin necə baş verdiyinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, saat 6 radələrində ona polis əməkdaşları tərəfindən zəng gəlmiş və maşınının harada olmasına dair GPS məlumatları polis əməkdaşlarına vermişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Mehmanın əvvəllər məhkum olunmasını və axtarışda olmasını bilməmişdir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ildən hal-hazıra kimi fərdi qaydada özünə məxsus "Toyota Prius" markalı ** HX *** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomaşınla taksilik edir. Həm rəsmi sənədlə, həm də "Bolt’' taksi şirkəti ilə də qeydiyyatdan keçməklə taksi fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini dolandırır. Belə ki, taksi fəaliyyətindən də əlavə olaraq özünə məxsus maşını müraciət edən şəxslərə gündəlik 20 manat müqabilində idarə etmə etibarnaməsi ilə icarəyə verir. 2024-cü ilin fevral ayında çoxdan maşınını gündəliyə götürən şəxslərdən biri ona Mehman adlı şəxsin işə ehtiyacı olduğunu, işləmək istədiyini bildirmişdir. Bundan sonra o, razılaşmış, Mehman maşını gündəliyə icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs özü də ona kasıb olduğunu, dolanmaq imkanı olmadığını bildirdiyinə görə şəxsiyyəti barədə maraqlanmamış, sonuncunun yaşlı olduğunu düşünüb köməklik məqsədi ilə maşını ona vermişdir. xx.xx.2024-ci ildən xx.xx.2024-cü il tarixə kimi maşın gündəlik Mehmanda olmuşdur. Beş ay ərzində Mehman ilə aralarında hər hansı bir hadisə və ya problem baş verməmişdir. Yalnız maşını idarə edən zaman cərimələr olduqda Mehman ödəmişdir. Ümumilikdə 300 manat məbləğində olan cəriməni ödəməmişdir. Lakin Mehman gündəlik 20 manat pulu ona ödəmişdir. Həmçinin maşını icarə verən zaman özü də GPRS vasitəsi ilə maşına nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 19 radələrində polis əməkdaşları ona zəng edərək maşının harada olduğunu soruşmuşlar. O, GPRS vasitəsi ilə maşının saat 17.00-dan Zığ şossesi Bakı-Suraxam ərazisində yerləşən GOLF meydançası tərəfdə olduğunu demişdir. Polis əməkdaşları həmin əraziyə yaxınlaşarkən maşının sahibsiz park edildiyini görüb Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. Həmçinin polis əməkdaşı maşının son bir həftə ərzində daha çox hansı ərazidə olduğunu soruşduqda o, maşının son 7 gündə olduğu konunıu göndərmişdir. Həmin vaxt nə baş verdiyini soruşduqda ona qəza olduğunu bildirmişlər. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə internet sosial şəbəkədə hadisə barədə məlumat almışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus maşını idarə edən zaman GPRS vasitəsi ilə gördüyü ünvanda Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılan zaman sonuncunu bıçaqla vuraraq öldürmüşdür. Bildiyinə görə Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin qərarı ilə axtarışda olmuşdur, həmçinin uzun müddət məhkumluq həyatı yaşamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, yalnız maşını verən günü onu görüb tanımış və başqa şəxsiyyəti ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 Hafıs oğlunun sürücüsü işləmişdir. Fəxrəddin 1 il 2 ay idi ki, qeyd edilən PŞ- də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Fəxrəddin ona oğurluq hadisəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin axtarış qərarının icrası ilə bağlı Suraxanı rayonu ərazisinə getmələrini bildirmişdir. Onlar Mehmanın icarəyə götürüb taksi kimi sürdüyü maşının GPRS vasitəsilə harada olduğunu öyrəndikdən sonra Suraxanı rayonu, Binə qəsəbəsi istiqamətində “Mersedes C Klass” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərək maşının Binə qəsəbəsində olduğu istiqamətdə hərəkət etmişlər. Mehmanın idarə etdiyi maşın qarşıda hərəkətdə olmuş, əks yolda DYPŞ-ə məxsus avtopatrul hərəktdə olduğunu görüb dərhal polis əməkdaşlarına Təqsirləndirilən şəxs axtarışda olduğunu və idarə etdiyi “Toyota Prius” markalı metal rəngli avtomaşını saxlamalarını xahiş etmişlər. DYPŞ-nin əməkdaşları əks istiqamətdə Toyota Prius markalı avtomaşının arxası ilə hərəkət edib Mehmanın idarə etdiyi avtomaşını saxlamış, Mehman maşından düşən zaman Fəxrəddin dərhal onlara yaxınlaşmış, o, arxada maşından düşüb yanında dayanmışdır. Fəxrəddin xidməti vəsiqəsini Mehmana təqdim edərək, ona barəsində olan Qaradağ rayon məhkəməsinin axtarış qərarını elan edərək xüsusi vasitə olan əl qol bağlama vasitəsilə Mehmanın hər iki qolunu qandallamaqla Mehmanı öz idarə etdikləri avtomaşına əyləşdirmişlər. DYPŞ-nin əməkdaşları onlara Mehmanın maşınında hər hansı bir əşya ola biləcəyini və maşından düşürüb Mehmanın özünün video kamera çəkilişi vasitəsilə təqdim etməsi üçün təkrar maşınına əyləşdirməli olmalarını bildirmişlər. O, Fəxrəddinə kömək edərək Fəxrəddin Mehmanı öz maşını tərəfə hərəkət etdirib, maşına əyləşdirmişdir. O, öz növbəsində polislərə kömək etmək məqsədi ilə maşına doğru əyilərək əli ilə Mehmanın əlinə bağlanmış qandaldan tutmuş, həmin vaxt sol əli ilə Mehmanın qolunda olan qandalından, sağ əli ilə isə sürücü tərəfdən maşının açıq vəziyyətdə olan qapısından tutmuşdur. Bu vaxt Mehman hər iki qolu qandallı vəziyyətdə maşını dərhal işə salıb yola düşmüşdür. Həmin maşın hibrid olduğundan maşının işlək vəziyyətə düşməsi hiss olunmamış, çünki maşın səssiz işə düşmüşdür. Mehman maşını hərəkətə gətirən zaman onun bir əli qandalda, bir əli maşında sallanmış vəziyyətdə bir qədər ayaqla qaçmışdır. Mehman sonra maşının sürətini artırdıqdan sonra 40-50 metr qaçan zaman o, artıq müvazinətini itirib üzü üstə yerə yıxılmaqla hər iki əlinin iç səthindən və hər iki diz nahiyələrindən xəsarətlər almışdır. Mehman maşını idarə edərkən DYPŞ əməkdaşları onun ardınca avtopatrulla hərəkət edib Mehmanı tutub saxlamağa cəhd göstərsələr də sonuncu onlardan yayma bilmişdir. Məhlələr arası Mehman maşınla onlardan qaçmağa nail olmuş, sonradan Zərərçəkmiş şəxs1 özü Mehmanın yerini təyin elmiş və onlar Binə qəsəbəsinə yollanmışlar. Həmin ərəfədə 10-cu PŞ-nin digər iki əməkdaşı əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 gəlmişlər. X15 qəsəbəsindəki fərdi yaşayış evlərindən birində olduğunu bilib qapını döymüşlər. Qapını bir qadın açaraq Mehmanın onlarda olub olmamasını soruşmuşlar. Həmin qadın Mehmanın onlarda olmadığını, səhər saatlarında onların evindən çıxdığını bildirmişdir. Daha sonra o, Əli, Səbuhi və Fəxrəddin Mehmanın gələcəyini düşünərək evdə onu gözləmişlər. Təxminən 15 dəqiqə keçmişdir ki, saat 00:20 radələrində Fəxrəddin telefonla danışmaq üçün evdən çölə çıxmış və bir neçə saniyə sonra Fəxrəddinin “burdadır gəlib” deyə qışqırıq səsini eşitmişdir, Səbuhi dərhal çölə çıxmışdır. Fəxrəddinin qışqırıq səsinə o, da dərhal çölə çıxmış və çölə çıxanda Mehmanın onunla Səbuhidən təxmini 3 metr məsafədə olduğunu görmüşdür. Fəxrəddin də, Mehmandan təxmini 1 metr aralıda olmuşdur. Hava çox qaranlıq olduğundan küçədə işıqlandırma olmamışdır. Səbuhi və Fəxrəddin dərhal Mehmanı saxlamaq üçün üzərinə doğru getmişlər, ilk öncə Fəxrəddin, ardınca da Səbuhi çatmışlar. Səbuhi Mehmanın sol əli tərəfindən, Fəxrəddin isə sağ əli istiqamətində Mehmana yaxınlaşmışlar. Fəxrəddin çatan zaman Mehmanın sağ əlini qaldıraraq Fəxrəddinə zərbə vurmasının şahidi olmuşdur. Lakin qaranlıq olduğu üçün Mehmanın əlində bıçaq olmasını ilk öncə dəqiq görməmişdir. Günorta vaxtı Mehmanı saxlamaq istəyən zaman əlində qandalla qaçdığına görə həmin qandalla da Fəxrəddini vurduğunu düşünmüşdür. Səbuhi həmin vaxt Mehmanın sol qolunu buraraq yerə yıxmış və yerdə olan zaman əlində olan bıçağı əli ilə kənara tullamışdır. Fəxrəddin də Mehmanın sağ qolunu burmuşdur. Yerdə Mehmanın əllərini bağlamağa çalışan zaman anidən Fəxrəddinin taqətdən düşdüyünü görmüşdür. Fəxrəddin arxaya çəkilən zaman “Mehman məni nə iləsə vurdu” deyə bildirmiş və Fəxrəddinə baxdıqda onun üzərinin bütün qan olduğunu görmüşdür, Əli də Mehmanı saxlamağa çalışmışdır, lakin Mehman aktiv hərəkətləri ilə müqavimət göstərib təkrar qaçmaq istəmişdir. Həmin vaxtı bıçağın kabrası Mehmanın şalvarının belində olmuşdur. O, sonuncunun belində olan kabradan çıxara biləcəyi nə iləsə əməkdaşları vura biləcəyinü düşünərək əli ilə kabranı dartıb kənara tullamışdır. Lakin kabramn içi boş olmuşdur, məlum olmuşdur ki, Mehman üzərində olan bıçağı həmin kabrada saxlamışdır. Mehmanın əynində olan ayaqqabılar hadisə vaxtı müqavimət göstərən zaman əynindən çıxmışdır. O, Səbuhi ilə Əliyə kömək etmək üçün Mehmanın üzərinə getmiş, daha sonra qonşular da evdən çıxaraq hadisəyə şahid olmuşlar. Bundan sonra Mehman taqətini itirən zaman əlini əl qol bağlama xüsusi vasitə ilə qandallamışlar. Həmin vaxt Fəxrəddin qan içində kənarda yıxılmışdır. Hətta Mehmanın yaşadığı evdən qadın əlində parça gətirib Fəxrəddinə kömək etməyə çalışmışdır. Onlar təcili tibbi yardıma məlumat vermişlər, təcili yardım gələrkən Fəxrəddini hərəkətsiz vəziyyətdə avtomobilə mindirib aparmışlar. O. TTYS-nın maşını ilə getmiş, hadisə yerinə gələn polis əməkdaşları Mehmanı polis bölməsinə aparmışlar. Hadisə zamanı o, xəsarət almış və hadisə vaxtı əynində olan geyim əşyalarını istintaqa könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilərək tədqiq edilmiş Şahid7 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, qeyd olunan ünvanda qardaşı Taləddin Rəhimov, anası X10, qardaşı Taləddinin qızları Ülkər Rəhimova və Sevil Rəhimova ilə birlikdə yaşayır. 06 iyul 2024-ci il tarixdən evdə qardaşı Taləddin, o və Talədinin kiçik qızı Sevil olmuşlar. Axşam saat 00.00 radələrində evə mülki formalı şəxslər gələrək polis əməkdaşları olmalarını bildirib özlərini təqdim edərək Mehman adlı şəxsin evdə olub- olmamasım soruşmuşlar. Mehman qardaşı Taləddinin dostu olaraq daimi evlərinə gəlib getmiş, arabir evdə də gecələmişdir. O, həmin vaxt polis əməkdaşlarına Mehmanı tanımasını desə də sonuncunun onlarda olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları evi və həyəti axtarmışlar. Üç nəfər polis əməkdaşı evə daxil olmuş, sonra isə mərhum Zərərçəkmiş şəxs1 telefonla danışmaq üçün məhəlləyə çıxmışdır. Digər tanımadığı polis əməkdaşı isə evinə arxasına keçdiyini və Mehman oradan gələ biləcəyini demişdir. Bir nəfər də küçədə mülki şəxs dayanmışdır. Təxminən 5-10 dəqiqə keçmiş “məni vurdu tutun onu” deyə qışqırıq səsi eşitmişlər. Həyətdə olan, Mehmanı gözləyən digər polis də dərhal çölə qaçmışdır. O, da Sevil ilə çölə çıxdıqda polis əməkdaşının Mehmanla yerdə əlbəyaxa olduğunu, Mehman altda, polis əməkdaşı isə üstündə olmaqla Mehmanın əlini buraraq əlinə qandal vurmağa çalışdığının şahidi olmuşdur. İki nəfər polis əməkdaşı Mehmanı saxlamağa çalışsalar da, sonuncunu saxlaya bilməmişlər, Fəxrəddin bir qədər keçmiş “kömək edin məni vurdu” deyə qışqırdıqda məhəllənin arxasından digər polis əməkdaşı yaxınlaşmışdır. Polis əməkdaşları ilə gələn bir nəfər isə kənarda durmuşdur, sonradan həmin şəxsin Fəxrəddinin sürücüsü işlədiyini öyrənmişdir. Fəxrəddin kömək istəyəndən sonra sürücüsü də müdaxilə edərək Mehmanı saxlamağa çalışmışlar. Fəxrəddinin paltarı qan içində olmuşdur, Fəxrəddin ayaq üstə müvazinətini saxlaya bilməmiş, o, əlləri ilə sonuncunu tutub saxlamağa kömək etmək istəsə də gücü çatmadığından Fəxrəddin arxası üstə yerə yıxılmışdır. Digər 3 nəfər isə Mehmanı tutub saxlamışlar. O, Sevili evə su və polisin yarasının üzərinə dəsmal gətirmək üçün göndərmişdir. Sevil çay dəsmalı, üz mələfəsi, balış üzü və suyu gətirib kömək çağırmaq üçün qonşuya qaçmışdır. Bu vaxt adlarını bilmədiyi iki nəfər qonşu kişilər hadisə yerinə gələrək təcili tibbi yardıma zəng çalaraq məlumat vermişlər. Təcili yardım gəldikdə həkimlər artıq polis əməkdaşının öldüyünü bildirmişlər. O, Mehmanı ilk dəfə idi ki, hərbi formada görmüşdür, Mehman onların evinə heç vaxt xəbər etmədən gəlməmiş, yalnız hadisə günü ünvana xəbərsiz gəlmiş və onun nə səbəbə hərbi formada gəlməsini bilməmişdir. Polis əməkdaşları onlara gələndən sonra məlum olmuşdur ki, Mehman Qaradağ rayon məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. Hadisəyə ondan başqa ünvanda olan polis əməkdaşları və qonşuda yaşayan sonradan gələn kişilər və qardaşı qızı Sevil şahidi olmuşlar. Hadisədən sonra qardaşı Taləddini axtarsalar da sonuncu evdən qaçıb getmişdir. Taləddinin hansı səbəbə evdən qaçmasını bilməmiş, sonuncunun bu hadisə ilə heç bir əlaqəsi olmamışdır. Taləddin özü də əvvəllər məhkumluq həyatı yaşamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2012-ci ildən Azərbaycan Respublikası DİO-da xidmət edir, 2021 -ci ildən isə Suraxanı rayon DYP-də baş inspektor vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətləri yolda xidməti təşkil etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixdə Şahid2 ilə birgə xidmətdə olmuş, saat 16:40 radələrində ** YP *** dövlət qeydiyyat nömrəli avtomaşınla Suraxanı rayonu, Binə qəsəbəsi, Karton zavod yolunda Dəmir yolu reysini keçərkən qarşıdan gələn “Mercedes” markalı nəqliyyat vasitəsinin onlara tərəf səslənərək saxlamalarını bildirmişdir. Həmin mülki maşında olan şəxslərdən biri vəsiqəsini göstərib Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyatçısı Zərərçəkmiş şəxs1 olduğunu bildirməklə yanında adını bilmədiyi mülki geyimli bir nəfər də olmuşdur. Fəxrəddin ** HX *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobildə olan şəxsin axtarışda olduğunu bildirməklə həmin avtomobili saxlamaqda kömək etmələrini xahiş etmişdir. Həmin avtomobilin qabaqda hərəkət etdiyini deyərkən o, dərhal ilk döngədən geri dönüb Toyota Prius markalı avtomobilə çataraq saxlaması barədə göstəriş vermişdir. Toyota Prius markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sağa çəkib hərəkətini saxlamış, onlar da avtomobili saxlayaraq maşından düşmüşlər. Mehman avtomobildən düşərək ona tərəf sakit və normal yaxınlaşmış, əlini uzadıb salam vermişdir. O, da əlini tutub salam verən zaman Mehman polis əməliyyatçısının onlara tərəf qaçdığını görmüşdür. Mehman əlini onun əlindən çəkib uzaqlaşmaq istəsə də o, sonuncunun əlini bərk sıxmaqla buraxmamışdır. Fəxrəddin onlara yaxınlaşıb öz xidməti vəsiqəsini təqdim edərək Qaradağ RPİ-nin 10-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini və Qaradağ rayon məhkəməsinin Mehman barəsində olan axtarış qərarını ona elan edərək Mehmanı saxlayaraq sonuncunun hər iki qoluna qandal vurmuşdur. Bundan sonra Mehman avtomobilində şəxsi əşyaları olduğunu dedikdə Fəxrəddin avtomobildən əşyaları götürməsinə icazə vermişdir. Polis əməliyyatçısı Fəxrəddin avtomobilə yaxınlaşaraq sürücü tərəfdən qapını açıb sürücüyə “nəyin var nəyin yox götür gedək” deyə bildirmişdir. Əməliyyatçının yanında olan digər mülki geyimli şəxs avtomobilin sürücüsü Mehmanın kəmərindən tutaraq sonuncu ilə birgə avtomobilə yaxınlaşmışlar. Saxlanılan Mehman maşının sürücü oturacağına əyləşmiş, bir qədər əlini uzadıb ilk öncə saxlanc yerinə baxırmış kimi görünmüş yaratmış, avtomobil hibrid olduğundan işlək vəziyyətdə olması bilinməmişdir. Mehman anidən əlini sürətlər qutusuna atıb maşını hərəkətə hazır vəziyyətə gətirmiş və dərhal qaza basaraq avtomobili hərəkət etdirməyə başlamışdır, xidmət yoldaşı polis baş serjantı YPX-nin inspektoru Şahid2 avtomobilin sərnişin oturacağına tərəfdə olan qapısına əlini uzadıb qapını açıb içəri oturmaq istəsə də, avtomobil hərəkət etdiyindən otura bilməmişdir. Mehmanın yanında olan mülki şəxs sonuncunun qolunu buraxmamış, avtomobilin qapısı açıq vəziyyətdə müəyyən məsafədə qaçaraq yıxılmış, bir qədər sürünmüş, lakin yıxıldığından əlini buraxmışdır. Mehmanın əli qandallı olduğundan onlar dərhal xidməti avtomobilə əyləşib təqib etsələr də çata bilməmişlər, Mehman avtomobili çox surətlə və təhlükəli idarə etmişdir, yolda bir neçə dəfə qəza şəraiti yaratmış, sonra torpaqlıq yola daxil olaraq gözdən itmişdir. Bir qədər avtomobili axtarsalar da tapa bilməmişlər. Polis əməliyyatçısı isə öz şəxsi maşını ilə axtarmış, bu barədə çağırış vasitəsilə öz rəhbərliyinə məruzə edərək Mehman adlı şəxsin qaçdığını bildirmişlər. Bundan sonra öz xidməti ərazilərinə daxil olaraq xidmətə davam etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs ilkin olaraq tabesizlik və müqavimət göstərməmiş, sonuncu əşyalarını götürmək bəhanəsi ilə avtomobilə əyləşəndən sonra avtomobili hərəkətə hazır vəziyyətə gətirib qaçmışdır. Mehmanın hər iki əli bir birinə qandallı vəziyyətdə, əynində göy cins şalvar, ağ rəngli qısaqol köynək, ayağında qəhvəyi rəngli sandal (pasanoşka) olmuşdur. Mehmanı saxlayan zaman üzərində və ya avtomobilində bıçaq olmasını görməmiş, bu barədə dəqiq heç nə deyə bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilərək tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 315-ci maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3, 315 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələr ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 120.2.3 və 315-ci maddələrindən həmin məcəllənin 120.2.3, 315 və 228.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, hadisə baş verən ünvan Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozu,nömrəsiz ünvanda yerləşən X2 məxsus fərdi yaşayış evinin darvazasının qarşısıdır.Darvazadan 2.70 aralıda,torpaq üzərində müxtəlif yerlərdə və müxtəlif ölçülərdə qana bənzər ləkələr vardır.Həmin qana bənzər yerdən 1 metr sol tərəf istiqamətdə sellofan kulok üzərində qana oxşar maye vardır. Hadisə yerində,torpaq üzərində sellofandan 1 metr sağ tərəf istiqamətdə isə bir cüt ayaqqabı (çəkələt),ayaqqabıdan 30 sm aralıda isə 1 ədəd açıq halda olan cib bıçağı vardır.Bıçağın tiyəsinin üzərində qana bənzər ləkələr müşahidə olunur.Bıçaqdan 70 sm sol tərəf istiqamətdə isə 1 ədəd qara rəngli bıçaq kaburası vardır.Taləttin Rəhimovun həyətinə baxış keçirilən zaman yerə tullanmış vəziyyətdə 1 ədəd odeyal,1 ədəd mələfə, 1 ədəd dəsmal aşkar olundur.Həmin odeyal,mələfə və dəsmal üzərində qana bənzər ləkələr vardır. Hadisə yerinə baxış zamanı torpaq üzərində olan qan ləkələri,01 ədəd bıçaq, 01 ədəd kabura, 01 ədəd odeyal, 01 ədəd mələfə və 01 ədəd dəsmal cinayət təqib üzrə əhəmiyyətli hesab edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinin foto şəkilləri protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, təşrih masası üzərində arxası üstə kişi cinsli meyit uzadılmışdır.Əynində olan paltarları: mavi rəngli qısa qol köynək,ağ rəngli mayka,bel hissəsində qara rəngli kəməri olan qara rəngli cins şalvar,göy rəngli alt paltarı,bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corab.Cibləri boşdur.Üst paltarlar tünd qırmızı rəngli qan və qan laxtaları ilə çirklənmişdir.Eləcə də şalvarın ön və arxa səthi tozludur,palçıqlıdır,ayaqqabının altı palçıqlıdır,sol ayaqqabı tayının altında qana bənzər ləkərə vardır.Mavi köynəyin sol yan səthində bir-birinə yaxın yerləşmiş biri-biri ilə üst-üstə düşən 4.3 sm və 1.2 sm uzunluqlarında iki ədəd zədələr vardır.Zədələr səviyyəsində köynəyin lifləri kəsilmişdir.Eləcə də maykanın sol yan səthində 2.5 sm uzunluğunda eyni xarakterli zədə vardır.Meyit kişi cinsli olub üzdən baxdıqda 35-40 yaşlarına uyğun gəlir.Boyunun uzunluğu 175 sm-dir.Düzgün bədən qurluşlu,kafi qidalıdır.Meyitin dəri örtüyü solğundur,rəngi avazımışdır.Döş qəfəsinin sol yan səthi və sağ bazunun dəri örtüyü tünd qırmızı rəngli qana bulaşmışdır.Əl ilə yoxladıqda meyit soyuqdur.Meyit ləkələri bədənin arxa səthində yerləşərək soloğun-bənövşəyi rəngdədir.Təzyiq etdikdə rəngi itir,10-15 saniyədən sonra rəngi bərpa olunur.Yoxlanılan əzələ qruplarında meyit qacıması inkişaf etmişdir.Başında qara rəngli baş tükləri vardır.Gözləri bağlıdır.Gözləri açıldıqda bəbəklərin diametri 5 smdir.Qüzehli qişa tünd-qəhvəyi rəngdədir.Əllədikdə burun sümüyü tamdır.Patoloji hərəkətlilik müəyyən olunmur.Ağzı yarımaçıqdır.Ağzı tam açıldıqda məlum oldu ki,yuxrı və aşağı çənədə təbii dişlər vardır.Dil ağız boşluğuna sərbəst yerləşmişdir.Hər iki xarici qulaq keçəcəyində yad cisim və ifrazat yoxdur.Boyunu düzgün inkişaf etmişdir.Boyn nahiyyəsini əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən olunmur.Döş qəfəsi silindirik formada və simmetrikdir.Əllədikdə qabırğalarda,kürək və onurğa sütunu əyriliklərində patoloji hərəkətlilik qeyd edilmir.Qarının forması düzdür.Qabırğa qövsü səviyyəsində yerləşmişdir.Xarici cinsiyyət üzvləri kişi tipli olub,düzgün inkişaf etmişdir.Arxa keçəcək bağlı və ətraf dərisi təmizdir.Əllədikdə sağ yuxarı və hər iki aşağı ətraf sümükləri tamdır.Patoloji hərəkətlilik müəyyən edilmir.Xəsarətləri: Döş qəfəsinin sol aşağı bayır səthində köndələn yerləşmiş 3.3x0.8 sm ölçüdə kənarları hamar,bucaqlarından biri iti digəri küt, divarları tünd qırmızı rəngli qansızmalı,mənfəzində tünd qırmızı rəngli qan laxtası olan yara var.Yara döş boşluğuna nüfuz edir.Yara kanalı öndən arxaya,bayırdan mərkəzə doğrudur.Yara kanalının uzunluğu təxminən 11 sm-dir.Sağ bazunun orta-a.ağı 1/3-nin ön iç səthində mənfəzində tünd qırmızı rəngli qan laxtası olan kənarları hamar,bucaqlarından biri iti digəri küt,divarları tünd qırmızı rəngli qansızmalı 2x1 sm ölçüdə yara vardır.Eləcə də həmin yara ilə eyni səviyyədə sağ bazunun ön-bayır səthində 6x0.2 sm ölçüdə kənrları hamar,bucaqları epidermisin zədələnməsi ilə müşayiət olunan səthi yara var.Meyitin xarici müayinəsi zamanı digər xəsrətlər müəyyən edilmədi. Meyitin əynində olan 01 ədəd mayka, 01 ədəd şalvar, və 01 ədəd köynək cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqlar götürülmüşdür. xx.xx.2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan hərbi geyim forması köynək və şalvardan ibarət olmaqla yaşıl rəngin müxtəlif çalarlarındandır. Köynək uzunqol olmaqla 5 ədəd tünd yaşıl rəngli düymədən ibarətdir. Köynəyin iki ədəd yan və iki ədəd eyni düymə ilə bağlanan döş cibləri vardır.Köynəyin boyun hissəsində qanabənzər ləkələr vardır.Köynəyin ön sğ yan və aşağı səthində zədələr vardır.Şalvar yaşıl rəngin müxtəlif çalarlarındandır.Şalvarın öndən 3 ədəd tünd yaşıl rəngli plastik düymə ilə ilgəyə bağlanır.Şlavarın iki ədəd yan,iki ədəd eyni düymə ilə bağlanan arxa,ayaqların yan səthində iki ədəd eyni düymə ilə bağlanan cibləri vardır.Şalvarın arxa hissəsində zədə vardır. xx.xx.2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaqla idarə etdiyi ** HX *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı maşının olduğu ərazi Bakı şəhəri, Suraxanı rayonu,Binə qəsəsbəsi istiqamətində yolun kənrında hərəkətsiz vəziyyətdə olmuş və qapıları açıq vəziyyətdə aşkar olunmuşdur.Avtomobildə 77HX 172 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomaşının Şahid4 adına dair qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsinə dair nəqliyyat vasitəsinin istifadə edilməsinə dair 21 fevral 2024-cü il tarixli etibarnamə vərəqəsi aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid7 yaşadığı ünvanda onlara məxsus hadisə vaxtı istifadə etmiş olduğu çay dəsmalı, üz mələfəsi və balış üzü götürülmüşdür. xx.xx.2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 məxsus hadisə vaxtı əynində 01 ədəd qısaqol “Cardoza” markalı köynək və 01 ədəd “Jacob Cohen” markalı cins şalvarı götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli “Massimo Dutti” markalı qısaqol köynək və 01 ədəd “Bonvinant” markalı şalvarı könüllü şəkildə təqdim etmişdir.Təqdim edilmiş 01 ədəd şalvara baxış zamanı müəyyən edildi ki,üzərində qanabənzər ləkə vardır.Təqdim edilmiş 01 ədəd köynək üzərində gözlə görünə biləcək zədə yoxdur. xx.xx.2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki,Şahid3 mobil telefonu vasitəsi ilə qeydiyyata alınmış görüntüləri CD diskə köçürməklə istintaqa təqdim etmişdir. xx.xx.2024-cü il tarixli əşyalara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilmiş bıçaqların içərisindən hadisə vaxtı istifadə etməklə zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi bıçağı-cinayətin alətini tanıyaraq göstərmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 73 saylı xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs1 Flalis oğlunun meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Daxili orqanlarda kəskin azqanlılıqla müşayiət olunan döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən ürəyi zədələyən bir ədəd, sağ bazunun ön-iç səthinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları və sağ bazunun ön-bayır səthinin bir ədəd səthi kəsilmiş yarası. Xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş varalar deşici uca, kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdi r, elə e ə də təhqiqata təqdim edilmiş bıçağın təsirindən törənə bilərdi. Səthi kəsilmiş vara isə kəsici kənara malik əşyanın və va alətin təsirindən törənmişdir, təhqiqata təqdim edilmiş bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilərdi. Dərəcəsinə görə, döş boşluğuna nüfuz edən ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara canlı şəxslərdə sağlamlığa AGİR zərərvunnamn əlamətinə malik olmaqla onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətinə malikdir, səthi kəsilmiş yara isə canlı, şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli deyildir. Ölümünə səbəb döş qəfəsinin sol asası bayır səthinin döş boşluğuna nüfuz edən ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin ınevitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətləri yəni deşilmiş kəsilmiş yaraları, səthi kəsilmiş yaranı alarkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Lakin xəsarətlərin yerləşmə yerlərinə və xarakterlərinə görə həmin xəsarətləri alarkən, xəsarət yetirən şəxslə üz-üzə olmaqla ayaqüstü vəziyyətdə ola bilərdi. Meyitdən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 482/2024-MTBŞ saylı xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Hafıs oğlunun ABO sistemi üzrə qan qrupu: A /İİ/, Zərərçəkmiş şəxs2 sistemi üzrə qan qrupu: A /İİ/, Zərərçəkmiş şəxs3nin ABO sistemi üzrə qan qrupu: B /İİ{//şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən/, Şahid1 sistemi üzrə qan qrupu: B /İİİ/, Təqsirləndirilən şəxs sistemi üzrə qan qrupu: O /İ/ şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus cins şalvar, qısaqol köynək, mayka, Təqsirləndirilən şəxs məxsus hərbi geyim forması- köynək, şalvar, Zərərçəkmiş şəxs3 məxsus cins şalvar, ‘'Şahid7 qının hadisə vaxtı istifadə etmiş olduğu” balış üzlüyü, əl-üz dəsmalı, çay dəsmalı, hadisə yerindən götürülmüş sellofan paket, bir cüt yay ayaqqabısı və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri A- beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Lakin bu ləkələrdə A/ll/ qruplu Zərərçəkmiş şəxs2 qanının olması da ABO sistemi üzrə inkar olunmur/ əgər onda hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarət olubsa/. Ləkələrdə 0.41/ qruplu ləqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında və hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarət olduğu təqdirdə mümkündür. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə B/lll/ qruplu Zərərçəkmiş şəxs3 və Şahid1 qanlarının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynək, Şahid1 məxsus şalvar, qısaqol köynək, Zərərçəkmiş şəxs3 məxsus qısaqol köynək və bir ədəd bıçaq kaburası üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 347-2024/MTKŞ saylı xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə- kriminalistik tədqiqlərinə, qərarın təsviri hissəsində olan iş haqqında məlumatlara, iş materiallarına və ekspertiza qarşısında qoyulmuş suallara əsasən, aşağıdakı nəticəyə gəlirəm: Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 Hafıs oğluna məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində, sol döş nahiyəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və kafi dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və məhrum Zərərçəkmiş şəxs1 Flafis oğluna məxsus köynəyin və maykanın üzərində olan zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətlərə malik olan digər alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim olunmuş və məhrum Zərərçəkmiş şəxs1 Hafıs oğluna məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində, sol döş nahiyəsində olan 01 (bir) ədəd zədə onun bədənində müəyyən edilmiş döş qəfəsinin sol aşağı bayır səthinə döş boşluğuna nüfuz edən ürəyi zədələyən bir ədəd eyni xarakterli yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə gəlirlər. Zərərçəkmiş şəxs1 meyitinin sağ bazu nahiyəsində müəyyən edilmiş hər iki yara ona məxsus geyim əşyalarında əks olunmamışdır, bu da bədənin həmin nahiyələrinin geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində heç bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus köynəyin ön sağ döş cibinin üzərində sağ yan və aşağı səth tikişi üzrə küt yaranma mexanizminə malik və köynəyin sağ döş çibinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi vardır. Bu zədənin müxtəlif şəraitlərdə, eləcə də qarşılıqlı dava-dalaş nəticəsində əmələ gəlməsinin mümkünlüyü istisna olunmur. Təqsirləndirilən şəxs məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik olan və şalvarın arxa səthinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd cırılma zədəsi vardır. Təqsirləndirilən şəxs məxsus köynəyin və şalvarın üzərində aşkar olunmuş zədələrin müxtəlif şəraitlərdə, eləcə də qarşılıqlı dava-dalaş nəticəsində əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Şahid1 məxsus şalvarın hər iki ayaqlıqlarının dizlik nahiyələrinə küt yaranma mexanizminə malik və şalvarın müvafiq nahiyələrinin hər hansı əşyaya (əşyalara) ilişib dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 ədəd cırılma zədələri vardır. Qeyd edilən zədələrin müxtəlif şəraitlərdə, eləcə də qarşılıqlı dava-dalaş nəticəsində əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Səbuhi Nəsirova məxsus köynəyin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində heç bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 512 saylı xx.xx.2024cü il tarixli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs3 sol əlin İİ barmağının səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik əşyanın və ya alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 513 saylı xx.xx.2024cü il tarixli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 sağ əlin arxa səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 514 saylı xx.xx.2024cü il tarixli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs burunun, sağ yanağın, döş qəfəsinin sol yan səthinin sıyrıqları, sağ qulaq seyvanının qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs xəsarətləri alarkən bədəninin müxtəlif duruş və qarşılıqlı vəziyyətlərində ola bilərdi. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 519 saylı xx.xx.2024cü il tarixli rəyindən qeyd olunmuşdur ki, Şahid1 hər iki əlin ovuc səthinin və hər iki diz oynağı nahiyyəsinin sıyrıqları müəyyən edildi.Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, özünün dediyi xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələri ilə tam təqsirli bilməməsinə dair ifadəsinə, tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, hüquqi varisin və şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri (məhkəmə istintaqı və ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri), zərərçəkmiş şəxslərin, hüquqi varisin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən (hökmdən) görünür ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə isə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə (CM-76.6.2, 67.1; 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4) təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən (CM-120.2.3 - xüsusilə ağır) cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını müəyyən edir və bu halı onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sonuncu hökmə əsasən, yəni Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli isə 07 iyul 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli xx.xx.2024-cü il tarixdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin sayını, onların hər birinin, həmçinin hüquqi varisin də şikayətçi olmasını, təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsinə dair mövqelərini (tələblərini) və işin digər hallarını, bundan əlavə cəzanı ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Surxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasının bir hissəsini Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 56.2-ci maddəsinə görə xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə 2 gün tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)- 117/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı Rayon Prokurorluğunun saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi hadisə yerindən götürülmüş dəstəyi qatlanmayan 01 ədəd bıçaq, hadisə vaxtı istifadə edilmiş balış üzlüyü, əl-üz dəsmalı və çay dəsmalı, hadisə yerindən götürülmüş sellofan paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs1 üzərində olan (əynində olmuş) qısaqol köynək, mayka və cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisinə və ya qohumlarına qaytarılmalı, Zərərçəkmiş şəxs3 məxsus cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus hərbi geyim forması köynək, şalvar və bir cüt yay ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya qohumlarına qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-117/2024 nömrəli hökmünə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)- 117/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək) tutulduğu 02 gün müddət ona hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 19 (on doqquz) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə (tutulma - xx.xx.2024-cü il tarixdən) müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Prokurorluğunun saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi hadisə yerindən götürülmüş dəstəyi qatlanmayan 01 ədəd bıçaq, hadisə vaxtı istifadə edilmiş balış üzlüyü, əl-üz dəsmalı və çay dəsmalı, hadisə yerindən götürülmüş sellofan paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə vaxtı Zərərçəkmiş şəxs1 üzərində olan (əynində olmuş) qısaqol köynək, mayka və cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisinə və ya qohumlarına qaytarılsın (verilsin), Zərərçəkmiş şəxs3 məxsus cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılsın (verilsin), Təqsirləndirilən şəxs məxsus hərbi geyim forması köynək, şalvar və bir cüt yay ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya qohumlarına qaytarılsın (verilsin). İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi yardıma görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar