Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-752/2020 15.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçiər: Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə, xx xxxx 1987-ci il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonunun Oxud kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə, ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan yeznəsi Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə olarkən, anası Şahid1 saat 23 radələrində rəsmi nikah bağlamadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs mübahisə yaratması və sonuncunun zorakılıq etməsi barədə ona telefonla məlumat verməsindən sonra, o, Zərərçəkmiş şəxs əvvəllər də mütəmadi olaraq onu, anası Şahid1, bacısı Şahid2 və sonuncunun azyaşlı qız övladını nalayiq ifadələrlə təhqir etməsi, habelə anasına qarşı zorakılıq etməsi səbəbindən hiddətlənərək bacısı Şahid2 əri, yəni yeznəsi Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən səbəblərdən qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, həmin niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə, saat 03 radələrində anası Şahid1 yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən ünvansız fərdi yaşayış evinə gələrək, orada lüt vəziyyətdə çarpayıda yatan Zərərçəkmiş şəxs oyadaraq sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətlərini həyata keçirmək üçün evin mətbəx otağından bıçaq götürdükdə, sonuncu həmin bıçağı onun əlindən almağa nail olub evdən çıxaraq qəsəbə daxili yol istiqamətində qaçmış, həmin vaxt Təqsirləndirilən şəxs2 onunla həmrəy olduğunu nümayiş etdirib Zərərçəkmiş şəxs təqib edərək evin qarşısında tutub saxlamış, bu zaman o Zərərçəkmiş şəxs yaxınlaşaraq bir neçə dəfə yumruqla vurmuş, sonuncu əlindəki bıçaqla Təqsirləndirilən şəxs2 dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib yenidən qaçmağa nail olaraq həmin evin qarşısından keçən yolun yuxarı hissəsinə tərəf hərəkət etsə də, Təqsirləndirilən şəxs2 qəsəbə daxili keçən əsas yol istiqamətində Zərərçəkmiş şəxs çataraq sonuncunu saxlayıb təpik və yumruqla zərbələr vurmaqla müqavimətini sındırmış, həmin vaxt o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs müqavimətini sındırmasından istifadə edib sonuncunun bədənin müxtəlif nahiyələrinə əli və ayağı, habelə daş parçaları ilə zərbələr vurduqdan sonra, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi ağrılar və iztirablar yetirdiklərini dərk və arzu edərək yerdən mişar daşı götürüb Zərərçəkmiş şəxs üzərinə bir neçə dəfə ataraq sonuncuya Ramil Şamilovla birlikdə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızması, sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin, sol ayağın İ barmağının arxa səthinin səthi əzilmiş yarası, sağ qulaq seyvanı və sağ gicgah-çənə oynağı nahiyəsinin sıyrıqlı qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrıqlı qançır-şişkinliyi, şənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin tış səthinin və sol baldır nahiyəsinin qançırları, alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ kürək nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, bel nahiyəsinin sol yarısının, sağ sağrı və bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin fasiləli sıyrıqları, sağ almacıq nahiyəsinin, alt dodağın, boyun nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol kürək nahiyəsinin, bel nahiyəsinin, hər iki bud nahiyəsinin, hər iki baldır nahiyəsinin, hər iki ayaq pəncəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları, sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançırı və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən qəlpəli və xətti sınıqları ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar, dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı piy toxumasına qansızmalar, sağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı kimi yetirdiyi çoxsaylı xəsarətlərdən burun sümüklərinin, sol Vİİ-Vİİİ qabırğaların, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları ilə əlaqədar inkişaf edən travma şoku Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, o bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 , xx.xx.2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində onlara qonaq gəlmiş qaynı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən, qayınanası Şahid1 saat 23 radələrində rəsmi nikah bağlamadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs mübahisə yaratması və sonuncunun zorakılıq etməsi barədə Təqsirləndirilən şəxs1 telefonla məlumat verməsindən sonra, Zərərçəkmiş şəxs əvvəllər də onun arvadı Şahid2 və azyaşlı qız övladını nalayiq ifadələrlə təhqir etməsi, qayınanası Şahid1 zorakılıq etməsi, eləcə də qaynı Təqsirləndirilən şəxs1 mütəmadi təhqir edərək alçaltması səbəbindən hiddətlənərək sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən səbəblərdən qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, həmin niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 03 radələrində sonuncu ilə birlikdə Şahid1 yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən ünvansız fərdi yaşayış evinə gəlmiş, Təqsirləndirilən şəxs1 orada lüt vəziyyətdə çarpayıda yatan Zərərçəkmiş şəxs oyadaraq, sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətlərini həyata keçirmək üçün evin mətbəx otağından bıçaq götürdükdə, sonuncu həmin bıçağı Təqsirləndirilən şəxs1 əlindən almağa nail olub evdən çıxaraq qəsəbə daxili yol istiqamətində qaçmış, həmin vaxt o, Təqsirləndirilən şəxs1la həmrəy olduğunu nümayiş etdirib, Zərərçəkmiş şəxs təqib edərək evin qarşısında tutub saxlamış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq bir necə dəfə yumruqla vurmuş, sonuncu əlindəki bıçaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib yenidən qaçmağa nail olaraq həmin evin qarşısından keçən yolun yuxarı hissəsinə tərəf hərəkət etsə də, o, qəsəbə daxili keçən əsas yol istiqamətində Zərərçəkmiş şəxs çataraq sonuncunu saxlayıb təpik və yumruqla zərbələr vurmaqla müqavimətini sındırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs müqavimətini sındırmasından istifadə edib sonuncunun bədənin müxtəlif nahiyələrinə əli və ayağı, habelə daş parçaları ilə zərbələr vurduqdan sonra, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, sonuncuya xüsusi ağrılar və iztirablar yetirdiklərini dərk və arzu edərək edərək yerdən mişar daşı götürüb Zərərçəkmiş şəxs üzərinə bir neçə dəfə ataraq sonuncuya onunla birlikdə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızması, sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin, sol ayağın İ barmağının arxa səthinin səthi əzilmiş yaralarısı, sağ qulaq seyvanı və sağ gicgah-çənə oynağı nahiyəsinin sıyrıqlı qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrıqlı qançır-şişkinliyi, şənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin tış səthinin və sol baldır nahiyəsinin qançırları,alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ milbilək oynağı nahiyəsinin, sağ kürək nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, bel nahiyəsinin sol yarısının, sağ sağrı və bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin fasiləli sıyrıqları,sağ almacıq nahiyəsinin, alt dodağın, boyun nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol kürək nahiyəsinin, bel nahiyəsinin, hər iki bud nahiyəsinin, hər iki baldır nahiyəsinin, hər iki ayaq pəncəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları, sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançırı və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən qəlpəli və xətti sınıqları ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar, dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı piy toxumasına qansızmalar, sağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı kimi yetirdiyi çoxsaylı xəsarətlərdən burun sümüklərinin, sol Vİİ-Vİİİ qabırğaların, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları ilə əlaqədar inkişaf edən travma şoku Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, o bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Şəki rayonunun Kiçik Dəhnə kəndində atası ilə yaşayır. Anası və atası 2009-cu ildə ayrılıblar. Anası Binəqədi rayonu Yuxarı Sulutəpə qəsəbəsində, 313 nömrəli məktəbin yaxınlığında fərdi evdə tək yaşayırdı. Təxminən bir ildir ki, anası Elşən adlı şəxslə birlikdə yaşayırdı. Əvvəl elə bilirdi ki, onlar rəsmi qaydada ailə həyatı qurub. Ancaq sonradan başa düşdü ki, qeyri-rəsmi şəkildə birgə yaşayırlar. Atası ilə birlikdə Şəkidə yaşamağıma baxmayaraq, 2-3 aydan bir gəlib anasına baş çəkirdi. Bir müddət anası ilə qaldıqdan sonra, təzədən Şəkiyə qayıtdı. Bacısı Şahid2 Təqsirləndirilən şəxs2lə ailə həyatı qurub. Onlar Xəzər rayonunun Türkan qəsəbəsində yaşayırlar. Anası Elşənlə bir evdə yaşadığına görə qonşuların ona münasibəti yaxşı deyildi. Elşən anasına başqa kirayə evdə yaşamağı təklif eliyib, amma anası razılaşmadığına görə elə həmin vaxtdan Elşən evdən çıxıb getmişdi, amma arada gəlib qalırdı. Elşən anasına həyətlərində olan evin tikintisinə 5000 manat pul xərclədiyini deyib və pulunugeri istəyib. Anası da Elşənə evi özü tikdiyini deyirdi. xx xxxxxx 2019-cu ildə o Şəkidə olanda Elşən ona zəng elədi və dedi ki, Sulutəpədə onu biabır edəcəyini, bacısının balasını qaçırdacağını bildiridi. Elşən hər dəfə spirtli içki içəndə ona zəng edib, təhqiramiz sözlər işlədirdi. Sonuncu dəfə bacısının uşağına qarşı pis hərəkət eliyəcəyini dediyi üçün Elşənə dedi ki, gəlib onunla görüşəcək. xx xxxxxx 2019-cu ildə o Şəki rayonundan çıxıb saat 14 radələrində Türkan qəsəbəsinə, bacısının evinə getdi. O Türkan qəsəbəsində olan zaman anası bacısı Xəyaləyə zəng edib və onların telefon danışığından, Elşənin yenidən anasının evinə gəldiyini və anasını təhqir etdiyini eşitdi. Sonra telefonu bacısının əlindən alaraq, özü anası ilə danışdı, anası Elşənin son zamanlar yaşadığı evə gəlib onu söydüyünü, döydüyünü dedi, elə həmin gün də Elşən anasının evinə gedərək, anasını təhqir edərək döyüb. Buna görə anası ona Raminlə birlikdə gəlməklərini, Elşəni qorxudub evdən getməsi üçün qulağını burmaqlarını istədi. Həmin günü saat 18 radələrində Elşənə zəng elədi və harada olduğunu soruşduqda, Elşən ona dedi ki, axşam anasının yanında olacaq. xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində o Raminlə birlikdə Elşənlə söhbət eləmək üçün Sulutəpə qəsəbəsinə, anasının evinə getdi. Hadisə günü bir qədər spirtli içki qəbul etmişdi, Raminin spirtli içki qəbul edib etmədiyi isə yadında deyil. Taksi ilə Raminlə birlikdə Sulutəpə qəsəbəsinə gedəndə, Raminə dedi ki, evin qarşısında gözləsin, evə girib özü Elşənlə söhbət edəcək. Onların məqsədi onunla söhbət edib, başa salmaq idi, qətiyyən öldürmək deyildi, onunla üzbəüz danışmağa məcbur idi, dəfələrlə Binəqədi rayonu 40-cı Polis Bölməsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdı. Hadisə günü o evə girəndə anası çay içirdi, Elşən isə yataqda üzərinə yorğan örtüb yatmış vəziyyətdə idi. Ramin isə evə daxil olmadı. Elşənin ayağına təpik vurub qalxmasını istədi. Birinci mübahisələri evin içində yarandı. Elşən yataqdan qalxan kimi nalayiq ifadələr işlədərək, ona yumruq atdı, ancaq yumruq ona dəymədi. Cavab olaraq o Elşənin sifət nahiyəsinə yumruq vurdu. Həmin vaxt Elşənin əynində paltar yox idi. Otaqda olanda Elşənlə tutuşdu və bir-birilərinə yumruqla qarşılıqlı şəkildə zərbə vurdular. Elşənin onu təpiklə vurması nəticəsində stolun yanında yerə yıxıldı. Elşən çılpaq şəkildə otaqdan çıxmaq istədi, amma ayağı taxtaya ilişib yerə yıxıldı. Həmin vaxtı o Elşəni vurmaq məqsədi ilə otaqda əl-üz yuma yerinin altında olan siyirməli şkafı açıb qara dəstəyi olan meyvə bıçağını götürdü, Elşən əlində bıçağı görüb yerdən qalxaraq küçəyə doğru qaçdı. O təxminən evin girişindən 5-6 metr kənarda Elşəni tutub saxladı, Ramin isə onları aralamağa çalışırdı. Bundan sonra Elşən yenidən qaçdı və kömək çağırmağa başladı. Lakin, Elşən küçənin tinində yenidən yerə yıxıldı, bu dəfə də ona çatdı və onu tutub saxladı. Bıçağın tiyəsini aşağı doğru tutub Elşənin sifətinə yumruqla vurdu. Bu zaman anası qışqıraraq “öldürməyin” dedi və onların yanına gəldi. Ramin isə anasına “ay xala, öldürmürük, paltarını geyinsin” dedi. O Elşəndən “sən idin mənim anama, bacıma söyən?” soruşdu, o isə inkar elədi. Elşəni təhqir elədi və ona dedi ki, sən bilmirdin, səni əvvəl axır tapacaq. Daha sonra yumruqla sinəsinə vurdu. Elşən yenidən qaçmağa başlayıb “ay Sulutəpə camaatı, qoymayın adam öldürürlər” dedi. Ramin yenə Elşənin arxası ilə qaçıb qışqırmamasını dedi. Bu zaman Elşənin ayağı qaz borusuna ilişdi və yerə yıxıldı. O da Elşənə çatıb təpiklə sifətinə vurdu. X5 ayağa qaldırıb ondan “sən idin mənim qızımı oğurlamaq istəyən” soruşdu. Elşən belə demədiyini bildirəndə onun qarın nahiyəsinə bir dəfə təpiklə vurdu və zərbədən Elşən yerə yıxıldı. Bundan sonra sol əli ilə Elşənin boyun nahiyəsini tutub sıxdı, sağ əlində olan bıçaqla vurmaq istədikdə o, əlindən tutub bıçağı aldı. Sonra o yerdən daş parçası götürüb Elşənə doğru atdı və daş onun başına dəydi. O Elşənə təpiklə vurmaq istədikdə o, bıçağı ona doğru tutdu və həmin vaxt Ramin qabağa keçdiyindən bıçaq Raminin bədəninə dəydi. Bundan X5n qollarından tutub onu kənara itələdi. Ramindən qan gəldiyini görəndə yerdən mişar daşının bir parçasını götürüb Elşənə atmaq istədikdə, Elşən qaçdı. Təxminən 5-10 metr irəlidə, Ramin yenidən Elşəni tutdu. Elşən Raminə yalvararaq dedi ki, bir dəqiqə məni burax sözüm var. Ramin Elşəni buraxdıqda o yerdən daş götürüb Elşənə doğru atdı. Daşın Elşənin başına dəyməsi nəticəsində yerə yıxıldı. Həmin vaxt anası da onların arxasıca gəlirmiş və anasının əlində göy rəngli cins şalvar, qara ayaqqabı var idi. Sonra Elşən yenidən qaçmağa başladı və təxminən 10-15 metr irəlidə Ramin onun kürək nahiyəsinə təpiklə vurdu. Zərbənin təsirindən Elşən üzü üstə yerə yıxıldı. O Elşənin yanına çatıb onu vurmaq üçün yerdə daş axtarmağa başladı. Bu zaman Elşən yenidən “ay camaat kömək edin” deyib qaçdı. Ramin yenidən Elşəni tutdu və o artıq onun əlində bıçaq görmədi. Bu zaman Elşənin boynundan tutub yerə yıxdı və ondan “sən idin mənim anamı, bacımı söyən, sən idin mənim bacımın qızını qaçırtmaq istəyən” soruşdu. Həmin vaxtı Ramin Elşənin belinə iki dəfə yumruqla vurdu. Elə bu zaman anası əlində paltarla “öldürməyin” deyərək onlara tərəf gəldi. Elşəni boynundan tutub altına fırlatmaq istədikdə onun altında qaldı. Elşən qəfildən ayağa qalxıb sağ çiyninə təpik vurdu və çiyin nahiyəsi daşa dəydi. Elşən yenidən qaçmaq istədikdə o ona çatıb, arxadan ayağına təpiklə vurdu. Elşən yıxıldı, başı küçədə dayanan “Mersedes” markalı avtomobilinin arxa yük hissəsinin altına girdi. Elşənin başı avtomobilin arxa hissəsinin altında olan zaman yerdən daş parçalarını götürüb onun başına atdı. Bu zaman Ramin yanına çatıb “öldü, daha vurma” dedi. Anası onların arxasında huşunu itirib, yerə yıxıldı. Raminin qanaxması olduğundan ona anası ilə birlikdə evə getmələrini dedi. Ramin Elşənin arxa nahiyəsinə təpik vurub nalayiq ifadə işlədərək evə tərəf getməyə hazırlaşdıqda o yerdə olan mişar daşını götürüb Elşənin sağ ayağının aşağı hissəsinə vurdu və onun sağ ayağı qırıldı. Ramin bunu görüb ona vurmamağımı dedi. Buna baxmayaraq o Elşənin qırıq ayağına təpiklə vurdu. Ramin anasını yerdən qaldırdı və evə getdilər. Həmin vaxt evlərinin həyətində kirayə yaşayan Ülviyyə və yoldaşı Rüfət onları gördülər və danışılanları eşitdilər. O anasına Rüfətə eşitdirmək üçün “bundan sonra mənə pis baxan oğlanlar, indi görsünlər ki, analar nə oğul doğur” ifadəsini işlətdi. Sonra o anasının telefonunu götürüb Raminə Elşənin şəklini çəkib qayıdacağını bildirdi. O Elşənin yanına çatdıqda, onun yanında kimsə yox idi. Elşən sürünərək avtomobilin altından çıxıb avtomobilin sol arxa qapısının qarşısında yerdə arxası üstə uzanmışdı. O mişar daşını götürdü və daşı Elşənin sol ayağına atdı, nəticədə sol ayağı da sındı. Elşənin sifətinə 2-3 dəfə təpik də vurdu. Sonra yenidən mişar daşını götürüb Elşənin sinəsinə atdı və ayağı ilə onun sinəsinə zərbələr vurdu. Həmin vaxt Elşənin ağzından qan gəldi. Bundan sonra o Elşəni hadisə yerində qoyaraq evə getdi. Anası Raminin yarasının üzərinə əski qoyurdu. Ülviyyə və Rüfət də orada idi. Anası ona “nahaq onu o vəziyyətə saldız” dedi. Bundan sonra yenidən Elşənin yanına qayıtdı. Elşən hadisə yerində idi və hələ ölməmişdi. Həmin vaxt o avtomobilin yaxınlığında evin divarının yanında qara rəngli, metal başlıqlı kəmər gördü. Həmin kəməri iki əli ilə tutub Elşənin boğazına keçirtdi və ayağıyla Elşənin boyun hissəsindən basıb kəmərlə Elşəni boğmağa başladı. Elşənin xırıltısı kəsiləndən sonra kəməri buraxdı və kəmərin dəmir hissəsi ilə onun başına 2 dəfə vurdu. Evə qayıdanda evlərində qonşuları Ülviyyə, Rüfət də var idi. Sonra Raminlə birlikdə evdən çıxdılar və onun telefonu ilə taksi sifariş verdilər, taksi gecikdiyinə görə küçədə bir az piyada yeridilər və 313 nömrəli məktəbin yaxınlığında iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb hara getdiklərini soruşduqda, onlar şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra polislər onları buraxdılar. Onlar Sulutəpə qəsəbəsinin girişində taksiyə minib Türkan qəsəbəsinə bacısı Xəyalənin yaşadığı evə getdilər. Evə çatdıqda Raminin köynəyi qan olduğuna görə bacısı qorxdu və bacısına Elşəni öldürdüyünü dedi və ona narahat olmamasını hər şeyi öz boynuna götürəcəyəni bildirdi. Saat 06 radələrində o dənizkənarı milli parka gəldi və təxminən 2 saat sonra, bacısı ona zəng edərək, polislərin onu axtardığını dedi. Sonra o Binəqədi RPİ-in 40-cı PB-nə getdi. Sonuncu dəfə Elşəni avtomobilin sol arxa qapısının yanında uzanıqlı vəziyyətdə görmüşdür. Nə o nə də ki, Ramin Elşəni avtomobilə qoymamışdılar, onun hansı şəraitdə avtomobilə qoyulması barədə məlumatı yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2009cu ildə Şahid2 ilə öz istəyi ilə ailə həyatı qurmuşdur və birgə nikahdan 2 azyaşlı övladları var. Təxminən 8 ay əvvəl qayınanası Şahid1 Elşən adlı şəxslə qeyri rəsmi ər-arvad münasibətlərində bir yerdə yaşadığını bildi. Elə ilk gündən qayınanasına Elşənin yaxşı insana oxşamadığını demişdi. Qayınanasının yaşadığı ev arvadı Xəyalənin adına idi və Elşən həmin evi öz adına keçirtmək istədiyindən təxminən 4 aydır ki onunla mütəmadi mübahisə edirdi. O hər dəfə qayınanasının yanına gedəndə Elşən atasını və ailə üzvlərini təhqir edərək, nəyə görə evinə gəldiyii soruşurdu. Arvadına “səni kişisiz, balalarıvı isə yetim qoyacam” məzmununda mesajlar yazmışdı. 2019-cu ilin avqust ayında Elşən ona zəng edərək qızı, həyat yoldaşı haqqında nalayiq ifadələr işlədirdi. Heç vaxt onunla görüşüb söhbət etməmişdi. Uşaqları olduğu üçün bunu etmək istəmirdi. Elşən arvadının qardaşı Təqsirləndirilən şəxs1 ilə də daim mübahisə edirdi. xx xxxxxx 2019-cu il tarixdə Allahverdi yaşadığı evə gəldi və onlar bir yerdə spirtli içki qəbul etdilər. Yaşadığı evdə olan zaman Allahverdi Elşənin anasını, bacısını və bacısı uşaqlarını söydüyünə görə daha boğaza yığıldığını dedi. Həmin vaxtı o Elşənin həm arvadının, həm də ki, azyaşlı qızının ünvanına dediklərini Allahverdiyə bildirdi. xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində qayınanası Nəzakət arvadı Xəyalənin mobil telefonuna zəng etdi və Allahverdi ilə danışdılar. Danışığı qurtardıqdan sonra Allahverdi ona Elşənin qayınanasıgildə olduğunu və yenə qayınanasını təhqir etdiyini dedi. Allahverdi təklif etdi ki, birlikdə qayınanasının Sulutəpə qəsəbəsindəki evinə getsinlar. Elşənin hərəkətlərindən bezib əsəbləşdiyi üçün Allahverdi ilə razılaşdı. Sonra Allahverdi mobil telefon vasitəsi ilə taksi sifariş etdi. Taksidə Allahverdi əsəbi olduğu üçün Elşəni döyəcəyini dedi. Taksi sürücüsü yolda olduqları vaxt danışıqlarına qulaq asdıqdan sonra “taksidə 3 nəfərsiz, sizinlə bir yerdə şeytan da gedir, həmin adamı öldürəcəksiz, getməyin, taksidən düşməsəniz sizi Türkana pulsuz qaytararam” dedi. Qayınanasının yaşadığı evdən bir küçə yuxarıda taksidən düşdülər və o taksi sürücüsünə pul verdiyi üçün bir az ləngidi. Qayınanasının yaşadığı evin həyətinin qapısı açıq vəziyyətdə idi. Həyətə daxil olduqda Elşən çılpaq vəziyyətdə çölə qaçırdı, Allahverdi də onun arxasıca. Qayınanasından nə baş verdiyini soruşduqdan sonra o da onların arxasıca getdi. Allahverdi qayınanasının evinin yaxınlığında yerləşən buruğun yanında onu saxladı və bir-birinə üz nahiyəsinə yumruqla zərbə vurdular. O onları ayırmaq üçün aralarına girdikdə üzbəüz olan vaxt Elşən bıçaqla onun sol qabırğasına tərəf vurdu. O özünü itirdi və Elşənə “Elşən məni bıçaqladın?” deyə soruşdu. O, səhvən Allahverdi yerinə onu vurduğunu dedi. Həmin vaxtı qayınanası da onların yanında idi və əlində geyimlər var idi. Elşən lüt olduğundan, qayınası onu geyindirməklərini istədi. Lakin nə o nə də ki, Allahverdi bunu etmədilər. Zərbələrdən sonra Elşən yenidən qəsəbənin əsas yoluna tərəf qaçdı. Qarşıda sola döndükdən sonra Allahverdi Elşənə çatarkən, ayağı sürüşdüyündən Elşən yenidən yıxıldı. Allahverdi bir neçə dəfə Elşənin başına təpiklə zərbə vurdu. Qayınanası huşsuz vəziyyətdə qalmışdı və buna görə o onu ayağa qaldırıb onunla birlikdə evə tərəf yola düşdülər. Yaralandığı üçün də özünü itirmişdi, bir müddət sonra Allahverdi də evə gəldi. Allahverdinin Elşənin ayağını mişar daşıyla sındırmasını və boğmasını görməmişdir. O Elşəni evdən qaçarkən gördükdə o, çılpaq vəziyyətdə idi. Elşənin nə vaxt qara rəngli köynək geyindiyini bilmir, lakin onlar buruğun yanından düşərkən, Nəzakətin əlində qara rəngli köynək və şalvar var idi. Nə o, nə də ki, Allahverdi Elşəni avtomobilə qoymamışlar, Elşənin hansı şəraitdə avtomobilə qoyulması barədə məlumatı yoxdur. Evə qayıtdıqda qayınanası yaranı sarıdı. Sonra Allahverdi ilə birlikdə taksi ilə yaşadığı evə qayıtdı. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yuxudan oyandı və həmin vaxt Allahverdi artıq evdə yox idi. Sonra Binəqədi rayon polis idarəsinin işçiləri yaşadığı ünvana gələrək onu polis bölməsinə dəvət etdilər. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməməsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini və eyni zamandada telefon vasitəsi ilə də məlumat verərək, proseslərə gələ bilməyəcəyini nəzərə alıb, təqsirləndirilən şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Sonuncu 1994-cü ildə ailə həyatı qurmuş və evlilikdən 3 övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs arvadı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qardaşı təxminən 5 ildir ki, Bakı şəhərində kirayə yaşamış və sürücü qismində işləyərək, daim özü maddi ehtiyaclarını ödəmişdir. Hadisədən sonra qardaşının təxminən 2 ildir ki, Nəzakət adlı xanımla bir yerdə yaşadığını bilmişdir. Zərərçəkmiş şəxs Nəzakətlə, eləcə də sonuncunun ailə üzvləri ilə münasibətləri barədə məlumatı olmamışdır. Qardaşı spirtli içki qəbul etmiş, lakin narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs ölməsi barədə tanışları vasitəsi ilə bilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə, saat 03 radələrində Nəzakətin oğlu Allahverdi və yeznəsi Ramin Zərərçəkmiş şəxs ilə bir-birlərini təhqir etmələri səbəbindən mübahisə edərək Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni yaşayış massivi ünvanında, qəsəbə daxili yolda dəfələrlə mişar daşı ilə zərbə endirərək qardaşını qəddarlıqla öldürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hal-hazırda məhkəmə zalında gördüyü təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində evində yatan zaman, həyətimdə saxladığı iti hürməsini eşidib yuxudan ayıldı. Yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağının pəncərəsini açdı və bir nəfər şəxsin “sən mənim qızımı qaçırırsan, ay Cəlilabadlı?”, “ay Dıbış, sən gəl bura”, “ay Cəlilabadlı, sən çıx get, oğraş” ifadələrini işlətməsini eşitdi. Lakin hava qaranlıq olduğundan həmin şəxsi görmədi. Bir müddət sonra səslər kəsildi və təzədən yatdı. Saat 08 radələrində telefonuna zəng gəldi və adətən avtomobilini evinin qarşısında küçədə üzü aşağı saxlayan qonşusu Etibar ağlaya-ağlaya “Xanlar əmi, evdəsən, qurban olum, maşınımın yanına gəlmişəm, içində meyit var” dedi. Etibarın zəngindən sonra küçəyə çıxdı və ətrafa göz gəzdirdikdə Etibarın avtomobilinin şüşələrinin, daxili hissəsinin və ətrafındakı yer örtüyünün qan içərisində olduğunu gördü. Qapıları örtülü vəziyyətdə olan avtomobilin sol ön qapısının pəncərəsindən içəri baxmaqla, sükan arxasında başı qapının pəncərəsinə söykənmiş halda, əynində tünd rəngli mayka olan üzü qan içində kişi cinsli meyit gördü. Artıq Etibar “102” xidmətinə zəng edib məlumat vermişdi və bir neçə dəqiqə ərzində 40-cı PB-nin polis əməkdaşları hadisə yerinə gəldilər. Sonra təcili tibbi yardım həkimləri gəldi və həkim əlində əlcəklə ön sağ qapını açıb kişinin nəbzini yoxladıqda öldüyünü bildirdi. Səhhətində problemlər olduğundan hadisə zamanı evindən çölə çıxmamışdı, yalnız evinin ikinci mərtəbəsindən baxdı, həmin hissədən yalnız küçə görünürdü, Etibarın avtomobili bir qədər aşağıda, evinin darvazasından 5-6 metr məsafədə idi, pəncərədən həmin yer görünmürdü, o yalnız küçədən gələn səsləri eşitdi, həmçinin həmin vaxtı kimsə ilə söhbət etmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hal-hazırda məhkəmə zalında gördüyü təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. Etibarnamə ilə istifadəsində olan “Mercedes Benz” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Ondan başqa heç kim həmin maşını idarə etmir. Qeyd olunan avtomobili adətən yaşadığı evin arxa tərəfində, qəsəbə daxili yolda saxlayır. Avtomobilin sürücü qapısının kilidi işləmədiyindən, nəqliyyat vasitəsini bağlı vəziyyətdə saxlamamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində evə gəldi və avtomobili yaşadığı evin arxa tərəfində saxladı. Bundan sonra dəfələrlə həyətə çıxmağına baxmayaraq münaqişə səsləri eşitmədi. xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində istifadəmdə olan avtomobilə yaxınlaşdıqda, nəqliyyat vasitəsinin sol qabaq qapısının şüşəsinin, qapının üstünün qan olmasını gördü. Həmin vaxtı o qorxduğuna görə evə qayıtdı və yenidən avtomobilə yaxınlaşdıqda, sürücü oturacağında başı qapı tərəfə söykənmiş vəziyyətdə olan kişi cinsi şəxsi müşahidə etdi. Qeyd olunan şəxsin üz nahiyəsi qan içində idi və həmin şəxsi tanımadı. Həmin vaxtı qonşusu Şahid6 zəng edərək, idarə etdiyi avtomobildə meyitin olduğunu dedi. Sonra avtomobilimdə üzərində zorakılıq əlamətləri olan meyitin olması barədə “102” xidmətinə məlumat verdi. Avtomobilin ətrafında üzərində qana bənzər izlər olan mişar daşı, şalvar müşahidə etdi, nəqliyyat vasitəsinin yanında kimsə yox idi, evinin yaxınlığında mübahisə səsləri eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nəzakət adlı qadına məxsus evdə arvadı Şahid4 ilə birlikdə kirayə yaşayır. Nəzakət əvvəllər tək yaşayırdı, onun evinə köçdükdən bir neçə ay sonra isə Elşən adlı şəxslə birlikdə yaşamağa başladı. Elşəni tanımırdı, hərdən spirtli içki qəbul etdiyini bilirdi. xx xxxxxx 2019-cu il tarixdə işdən gəlib yatmışdı. Gecə yoldaşı onu səs-küy gəldiyini deyərək oyatdı. Saat təxmini 02-03 radələri idi. O əynini geyindi, yoldaşıyla birlikdə çölə çıxdı, ancaq həyətdə heç kim yox idi. O çölə göz gəzdirmək üçün darvazadan çölə çıxdı, ancaq yenə heç kimi görmədi. Yoldaşıyla birlikdə evə girdi. Təxminən yarım saat sonra, həyətdə Nəzakətin, Allahverdinin və Raminin səslərini eşitdi və həyətə çıxdı. Ancaq yoldaşına çölə çıxmağa icazə vermədi, ona evdə qalmasını dedi. Allahverdi anası Nəzakətə “Elşənin başını, ayaqlarını daşla vurub qırmışam” deyirdi. Ramin isə “Elşən mənə sənin qızımı qaçırdıb zorlayacam deyirdi, heç bir ata bu sözü götürə bilməz, ona görə də yaxşı oldu” dedi. Allahverdi anası Nəzakətə “Mən namusum üstündə Elşəni o hala salmışam, polislər gəlsə, mən başımla cavabdehem. Hər şeyi mən etmişəm, hər şeyi boynuma götürəcəm” dedi. Bundan sonra Allahverdi ilə Ramin Nəzakətə “Dur gedək, Türkanda bizdə qal” desələr də, Nəzakət onlara etiraz etdi və getmək istəmədi. Nə mən, nə də yoldaşım Ülviyyə Elşənin meyitini görmədik. Daha sonra onlar da evə geri qayıtdılar. Söhbət əsnasında Raminin nə səbəbdən bıçaqlandığı barədə nə Allahverdi, nə də Ramin özü heç nə demədi. X3, onun yoldaşını, qızını da nalayiq ifadələrlə təhqir etdiyini eşidirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü Zərərçəkmiş şəxs öldürülməsində təqsiri olmamasına dair ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-in Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 163 №-li ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - Baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən qəlpəli və xətti sınıqları ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar;-Dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı piy toxumasına qansızmalar;-Sağ baldır sümüklərinin açıq sınığı;-Sol baldır sümüklərinin qapalı sınığı;- Burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları;-Sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları;-Üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma;-Alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızma;-Sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin, sol ayağın İ barmağının arxa səthinin səthi əzilmiş yaraları;-Sağ qulaq seyvanı və sağ gicgah-çənə oynağı nahiyəsinin sıyrıqlı qançırı;-Sol dirsək oynağı nahiyəsinin sıyrıqlı qançır-şişkinliyi;-Çənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin tış səthinin və sol baldır nahiyəsinin qançırları;-Alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ mil- bilək oynağı nahiyəsinin, sağ kürək nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, bel nahiyəsinin sol yarısının, sağ sağrı və bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin fasiləli sıyrıqları;-Sağ almacıq nahiyəsinin, alt dodağın, boyun nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol kürək nahiyəsinin, bel nahiyəsinin, hər iki bud nahiyəsinin, hər iki baldır nahiyəsinin, hər iki ayaq pəncəsinin sıyrıqları. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar, dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı toxumaya qansızmalar, sağ baldır sümüklərinin sınıqları ilə müşayiət olunan sağ baldır nahiyəsinin əzilmiş-cırılmış yarası hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları, sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançırı hər biri ayrıayrılıqda dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər, üst çənədə solda 2ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma, alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızma, çənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin və sağ əlin tış səthinin qançırları insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Digər xəsarətlər isə Zərərçəkmiş şəxs ayaqüstü və yerə yıxılmış vəziyyətlərində bütöv və hissələrə bölünmüş mişar daşı ilə endirilmiş zərbələrin təsirindən və bu zərbələrin təsirindən onun yerdəki nahamar səthli küt əşyalara (ola bilsin mişar daşlarına) sürtünməsi (dəyməsi) nəticəsində əmələ gələ bilərdilər.Zərərçəkmiş şəxs ölümünə səbəb burun sümüklərinin, sol Vİİ-Vİİİ qabırğaların, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları ilə əlaqədar inkişaf edən travma şoku olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2019-cu il, saat 11.30-da başlanmışdır) 6-8 saat əvvəl baş vermişdir.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin səthi əzilmiş yaralan, sol əlin ovuc səthinin və sağ əlin tış səthinin qançırları özünü müdafiə nəticəsində əmələ gələ bilərdilər.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq o, xəsarətləri yetirən şəxslə (və ya şəxslərlə) müxtəlif qarşılıqlı duruş vəziyyətlərində (əsasən yerdə uzanmış vəziyyətdə) olmuşdur.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsir edici maddələr aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 2208 №-li ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər sağ bazu oynağı nahiyəsinin qançırı, sağ alın qabarı nahiyəsinin şişkinliyi və sıyrığı sol baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.Sonuncunun bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə insan bədənin hissələri ilə (yumruq, təpik və s.) ilə yetirilə bilərdilər.Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 2210 №-li ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin səthi kəsilmiş yarası kəsici əşyanın (alətin), sol almacıq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni döş qəfəsinin səthi kəsilmiş yarası bıçağın tiyəsinin kəsicitəsirindən, sol almacıq nahiyəsinin qançırı isə bərk küt əşya ilə, ola bilsin ki, daş parçası ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdilər.Təqsirləndirilən şəxs2 bədən səthində mübarizə və özünü müdafiə nəticəsində yarana biləcək hər hansı bir xəsarət aşkar olunmamışdır.Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla üzbəüz vəziyyətdə ola bilərdi.Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 31826 №-li məhkəmə-lifli ekspertizasının rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, Şahid1 yaşadığı Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, Yeni yaşayış massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış keçirilən zaman götürüldüyü qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd xalatın, 01 ədəd şalvarın, 01 ədəd alt paltarının, 01 ədəd corabın; hadisə yerinə baxış keçirilən zaman götürüldüyü qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd corabın, 01 ədəd kəmərin; meyitə baxış zamanı götürüldüyü qeyd edilən 01 ədəd köynəyin; Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin; Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd şalvarın, 01 ədəd sviterin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, meyitə baxış zamanı götürüldüyü qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Bundan başqa tədqiqata təqdim edilmiş, meyitə baxış zamanı götürüldüyü qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Şahid1 yaşadığı Binəqədi rayonu, Yuxarı sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, Yeni yaşayış massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış keçirilən zaman götürüldüyü qeyd edilən 01 ədəd xalatın tərkib liflərinə uyğun gəlirlər. Həmçinin tədqiqata təqdim edilmiş, meyitə baxış zamanı götürüldüyü qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən tapılmış qara rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 32090 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus şalvarın, gödəkcənin üzərində olan “a” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. Təqsirləndirilən şəxs1 aid, meyitin əynində götürülmüş, axtarış zamanı götürülmüş paltarlar üzərində zədələr aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş şalvarın üzərində olan (a) zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə, cırılma zədəsidir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 953/2019MTBŞ №-li məhkəmə-bioloji ekspert rəyindən müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfabeta/İ/, Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu - Abeta/İİ/, Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu-Balfa/İİİ//, Şahid1 ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/-dir. Ekspertizaya təqdim olunmuş «hadisə yerindən» 06 ədəd çubuqlu pambıq tamponları götürülmüş ləkələrdə, «hadisə yerinin müayinəsi zamanı» 08 ədəd çubuqlu tamponlara, 05 ədəd tənzif kəsiyinə götürülmüş ləkələrdə, Təqsirləndirilən şəxs2 məxsus şalvar, sviter, Təqsirləndirilən şəxs1 məxsus palto, «axtarış zamanı götürülmüş» şalvar, hadisə yerindən götürülmüş idman şalvarı, kəmər və Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «hadisə yerinə baxış zamanı» 05 ədəd çubuqlu pambıq tampona götürülmüş ləkələrdə/1,3-6 saylı çubuqlar/, «hadisə yerinin müayinəsi zamanı» 7 ədəd çubuqlu pambıq tamponlara götürülmüş/7,8,10-14 saylı çubuqlar/ləkələrdə, 04 ədəd tənzif kəsiyinə /9-11,13 saylı tənzif kəsiyi/ götürülmüş ləkələrdə, Təqsirləndirilən şəxs2 məxsus şalvar, Təqsirləndirilən şəxs1 məxsus palto, hadisə yerindən götürülmüş idman şalvarı, kəmər və Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə yerindən 2 saylı çubuqlu tampona götürülmüş ləkədə, hadisə yerinin müayinəsi zamanı 3 saylı çubuqlu tampona, 14 saylı tənzif kəsiyinə götürülmüş ləkələrdə «A» və «H» antigenləri alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 və Şahid1 məxsus ola bilər. /əgər onlarda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanlarında müşayiətçi «H» antigeni varsa/.Təqsirləndirilən şəxs2 məxsus sviter və «axtarış zamanı» götürülmüş şalvar üzərindəki ləkələrdə isə «B» və «H» antigenləri alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs2 məxsus ola bilər/ əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında müşayiətçi «H» antigeni varsa/. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs1 məxsus şalvar, axtarış zamanı götürülmüş xalat, 02 ədəd corab, trusik, hadisə yerindən götürülmüş gödəkcə və 01 ədəd daş parçası üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 20/112R №-li məhkəmə-genetik ekspertizasının rəyindən müəyyən edilir ki, “2” və “3” saylı çöplü pambıq tamponları, “14” saylı tənzif tampon və Zərərçəkmiş şəxs əynində olmuş “01” ədəd köynək üzərində olan qan nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 217 nömrəli ekspert rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, İsmayıİov Allahverdi Alay oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 217 saylı rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hövsələsizlik, tez özündən çıxmaq, eqosentrizm, inadkarlıq, kinlilik, impusivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik, hərəkət və davranışı aqressiv olmuşdur. Həmin halın yaranması qətlə yetirdiyi Zərərçəkmiş şəxs onun ailə üzvlərini davamlı olaraq təhqir etməsi səbəbindən onun hərəkətlərini özünə qarşı sayğısızlıq, hörmətsizlik kimi qəbul etməsi qıcıqlandırıcı amil kimi iştirak etmiş, hadisə zamanı davranışının əsas motivini təşkil etmiş, cinayət əməlini törədərkən fərdi-psixi xüsusiyyətləri fonunda (Hövsələsizlik, tez özündən çıxmaq, eqosentrizm, inadkarlıq, kinlilik, impusivlik) psixi-emosional halını şərtləndirmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 218 nömrəli ekspert rəyindən müəyyən edilir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 218 saylı rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs2 inadkarlıq, özünü müdafiə etməyə meyllilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müşahidə olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb, hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını iş üzrə cəzasını yüngülləşdiriən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində xüsusi fəallıq iştirak etməsinin cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunun “maddi sübutlar otağinda saxlanilan, Şahid1 yaşadığı ünvanda axtarış aparılan zaman götürülmüş 1 ədəd gödəkcə, Zərərçəkmiş şəxs aid şəxsiyyət və sürücülük vəsiqələri, “Kapitalbank”a məxsus ödəniş qəbzləri, hökumət ödəniş portalından çıxarılmış qəbz, “Kapitalbank”a məxsus plastik kartları, “Baku” kart, Cəlilabad rayonu, Qarakazımlı kənd İƏDÜ nümayəndəliyindən verilmiş arayış, 1 manat əskinaslardan ibarət olmaqla cəmi 4 manat məbləğində pul, Cəlilabad rayon məhkəməsinin Zərərçəkmiş şəxs barəsində baxılan inzibati xəta haqqında iş üzrə qərarı, vizit kartı, “Narmobile” aid mobil telefon nömrəsi yerləşən kart, 3 ədəd kağız parçası, 2 ədəd sonuncuya məxsus fotoşəkillər, 1 ədəd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qırmızı rəngli alt tumanı, 1 ədəd qara rəngli corab, 1 ədəd açıq gəhvəyi rəngli damalı formada uzunqol köynək ,1 ədəd qırmızı rəngli üzərində kəpənək naxışları olan zolaqlı formada qadın xalat, meyitə baxış zamanı götürülmüş 1 ədəd köynək, hadisə yerinə baxış zamanı götürülmüş 10 (on) ədəd əl-barmaq izi, 1 ədəd kəmər, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində qana bənzər izlər olan mişar daş, 1 ədəd qara rəngli corab, ümumilikdə 20 ədəd qana bənzər nümunə, nəcis kütləsindən 1 ədəd nümunə, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd uzunqol ağ rəngli köynək və 1 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd ön hissəsi zəncirbəndlə bağlanan qara rəngli gödəkcə, 1 ədəd boz rəngli üzərində qara naxışları olan sviter və 1 ədəd göy rəngli cins materialdan olan şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1 və 132.0.2-ci maddələrinə əsasən dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 273.32 (iki yüz yetmiş üç manat 32 qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və və Binəqədi rayon prokurorluğunun “maddi sübutlar otağinda saxlanilan, Şahid1 yaşadığı ünvanda axtarış aparılan zaman götürülmüş 1 ədəd gödəkcə, Zərərçəkmiş şəxs aid şəxsiyyət və sürücülük vəsiqələri, “Kapitalbank”a məxsus ödəniş qəbzləri, hökumət ödəniş portalından çıxarılmış qəbz, “Kapitalbank”a məxsus plastik kartları, “Baku” kart, Cəlilabad rayonu, Qarakazımlı kənd İƏDÜ nümayəndəliyindən verilmiş arayış, 1 manat əskinaslardan ibarət olmaqla cəmi 4 manat məbləğində pul, Cəlilabad rayon məhkəməsinin Zərərçəkmiş şəxs barəsində baxılan inzibati xəta haqqında iş üzrə qərarı, vizit kartı, “Narmobile” aid mobil telefon nömrəsi yerləşən kart, 3 ədəd kağız parçası, 2 ədəd sonuncuya məxsus fotoşəkillər, 1 ədəd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qırmızı rəngli alt tumanı, 1 ədəd qara rəngli corab, 1 ədəd açıq gəhvəyi rəngli damalı formada uzunqol köynək ,1 ədəd qırmızı rəngli üzərində kəpənək naxışları olan zolaqlı formada qadın xalat, meyitə baxış zamanı götürülmüş 1 ədəd köynək, hadisə yerinə baxış zamanı götürülmüş 10 (on) ədəd əl-barmaq izi, 1 ədəd kəmər, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində qana bənzər izlər olan mişar daş, 1 ədəd qara rəngli corab, ümumilikdə 20 ədəd qana bənzər nümunə, nəcis kütləsindən 1 ədəd nümunə, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd uzunqol ağ rəngli köynək və 1 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd ön hissəsi zəncirbəndlə bağlanan qara rəngli gödəkcə, 1 ədəd boz rəngli üzərində qara naxışları olan sviter və 1 ədəd göy rəngli cins materialdan olan şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1 və 132.0.2-ci maddələrinə əsasən dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. İş üzrə ekspertiza xərci təşkil edən 273.32 (iki yüz yetmiş üç manat otuz iki qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-752/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-752/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver