Məhkəmə qərarları › İş №1(101)-752/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-752/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-752/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 25 oktyabr 2001-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 21-də kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayının ortalarında qardaşı Şahid5 məhlədə uca səslə danışıb söyüşlər işlətməsi səbəbindən haqlı iradlar bildirməsindən xəbər tutub Zərərçəkmiş şəxs bu hərəkətini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, başqa mənbədən əldə etdiyi bıçaqla silahlanaraq niyyətini həyata keçirməkdən ötrü 25 sentyabr 2020-ci il tarixdə saat 18:50 radələrində Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə gələrək sonuncu ilə birlikdə söhbət etmək bəhanəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 80 nömrəli tam orta məktəbin sağ tərəfində yerləşən məişət tullantılarının atıldığı zibillik sahəsinə gəlmiş, həmin vaxtı qardaşının ünvanına işlətdiyi ifadələrlə bağlı aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçağı çıxardıb nümayiş etdirdiyindən özünü müdafiə etməkdən ötrü ona aktiv müqavimət göstərən Zərərçəkmiş şəxs qəflətən ayağının büdrəyərək arxası üstə yerə yıxılması nəticəsində cinayətkar niyyətini başa çatdırmağa məqam yarandığını anlayaraq qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla sonuncunun bədən səthinə ardıcıl zərbələr vuraraq, ona döş sümüyünün zədələnməsinə səbəb olan döş qəfəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sağ əlin İV-V barmaqlarının açıcı vətərlərinin zədələnməsinə və qeyd olunan barmaqlarda hərəkət məhdudluğuna səbəb olan sağ said nahiyəsinin 1 (bir) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, sağ tərəfli hemopnevmotoraksa (döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qara ciyərin zədələnməsinə səbəb olan döş nahiyəsinin 1 (bir) ədəd, qarın boşluğuna daxilə nüfuz edən 1 (bir) ədəd ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar ümumilikdə 4 (dörd) xəsarətlər yetirmiş, bu zaman hadisə yerinə gəlmiş Şahid4 onun qolunu burub cinayətkar əməllərini davam etdirməsinə mane olduğu üçün bıçağı hadisə yerində atıb qaçdığından, eləcə də, Zərərçəkmiş şəxs vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq, orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan edilən ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə bıçaqlamamış, onun məqsədi Məhəmmədlə söhbət edib qardaşı ilə arasında baş vermiş narazılığı aydınlaşdırmaq olmuşdur. Məhəmməd isə onun qardaşının ünvanına işətdiyi sözlərə görə ondan üzr istəmək əvəzinə onunla da kobud danışdığı üçün aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Məhəmməd onu əvvəlcə təpiklə, sonra isə kəllə ilə vurduğundan Məhəmmədə gücünün çatmayacağını görüb özünü müdafiə etməkdən ötrü onu bıçaqlamışdır ki, Məhəmməd ondan əl çəksin. Bıçağı da hadisə yerində atıb qaçmışdır, heç kim onun əlindən bıçağı almamışdır. Hadisə zamanı bərk əsəbi və həyəcanlı olmuş, Məhəmmədin ona əvvəlcə təpik, sonra isə kəllə zərbəsi vurmasını görüb ondan əl çəkməsi üçün ona xəsarət yetirmişdir. Ona dəqiq neçə bıçaq xəsarəti yetirdiyini xatırlamır. Hadisə onların ikisinin arasında baş vermişdir. Törətdiyi əməldən peşimandır. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs istintaq zamanı 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM- in 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, özünü müdafiə etmək üçün bıçaqlamışdır. 25 sentyabr 2020-ci il tarixdə doğum günü olduğu üçün qardaşı Sadiqlə birlikdə təxminən saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkordun binaları” adlanan ünvana gəlmişlər. Həmin gün onlar dostları İlkin, Taleh və Nihatla görüşüb birlikdə yaxınlıqda yerləşən çay evinə getmiş, bir qədər əyləşib çay içdikdən, söhbət etdikdən sonra o, İlkin və Taleh Bakıxanov parkında gəzməyi qərara almışlar. Qardaşı Sadiq və dostu Nihat isə öz işlərinin dalınca getmişlər. Parkda gəzən zaman Taleh ona onların qonşu məhəlləsində yaşayan Məhəmməd adlı şəxsin qardaşı Sadiqin ünvanına səni ayağından sallayaram ifadəsi işlətdiyini bildirmişdir. O, buna qədər Məhəmməd adlı şəxsi tanımamış və onun kim olmasından xəbəri olmamışdır. Ümumiyyətlə Taleh ona bu barədə məlumat verənə qədər onun Məhəmmədlə qardaşı Sadiq arasında nə kimi narazılığın olmasından xəbəri olmamışdır. Sadiq özü də ona bu barədə heç bir məlumat verməmişdir. Talehin danışdıqlarından öyrənmişdir ki, bir neçə gün əvvəl Sadiqlə birlikdə Məhəmmədgilin məhləsinə getmiş, məhlədə bir qədər uca səslə danışıb zarafatlaşan zaman Məhəmməd qardaşı Sadiqə yaxınlaşıb ona öz iradını bildirmiş, bu zaman aralarında yaranmış sözlü mübahisə zamanı qardaşının ünvanına “səni ayağından sallayaram” ifadəsini işlətmişdir. X9 sonradan barışmaları barədə də ona bir söz deməmişdir. Məhəmmədin qardaşı barədə dediyi bu sözlər ona çox pis təsir etmiş və o, onun hansı səbəb görə qardaşının ünvanına belə bir sözlər işlətməsini aydınlaşdırmaq üçün Taleh və İlkinlə birlikdə Məhəmmədgilin məhləsinə gəlmişdir. Həmin vaxtı təxminən saat 18:30 radələri olmuş, onlar məhləyə daxil olan zaman Məhəmməd həyətdə olan skamyada əyləşmişdir. O, əvvəlcə Talehə bildirmişdir ki. Məhəmmədi söhbət etmək üçün yanına çağırsın. Lakin Taleh bundan imtina etdiyi üçün özü Məhəmmədə yaxınlaşmış və ona özünü təqdim edib, hansı səbəbə görə qardaşı Sadiqin ünvanına belə bir ifadə işlətməsini soruşmuşdur. Məhəmməd isə cavabında “əcəb etmişəm, sən qardaşının yerinə mənimlə söhbətə gəlmisən?” deyə cavab vermiş, Məhəmmədin onunla da kobud danışdığını görüb Məhəmmədə kənara məktəbin yanında olan qəbristlanlığa tərəf çəkilməyi təklif etmişdir. Məhəmməd onunla razılaşmış və onlar dal-qabaq saat 19 radələrində Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 80 nömrəli tam orta məktəbin sağ tərəfindəki zibillik sahəyə gəlmişlər. Həmin ünvana çatan zaman orada Məhəmməddən hansı səbəbə görə qardaşının ünvanına “səni ayağından sallayaram” ifadəsi işlətdiyini soruşmuş, Məhəmməd isə buna görə üzr istəmək əvəzinə onunla kobud danışıb “səni də ayağından sallayaram’ deyib ünvanına söyüş işlətmişdir. Buna görə də onlar əlbəyaxa olmuş, əvvəlcə Məhəmməd ona təpik atmış, ondan boyca hündür olduğu üçün bu zərbəsi sinəsindən dəymişdir. O, həmin zərbədən sonra bir qədər geri getmiş və gödəkçəsinin sağ cibində saxladığı bıçağı çıxartmışdır ki, bəlkə bıçağı görüb qorxub qaçar. Lakin Məhəmməd əksinə onun üstünə gəlib bıçaq saxladığı əlini tutmuş və həmin vaxtı onlar dartışdıqlarından bıçaq onun sağ qolunu bilək hissədən kəsmişdir. Bundan sonra Məhəmməd ona kəllə zərbəsi vurmuş və onun bu zərbəsindən sonra onun başı zibil qablarının əhatə olunduğu hasara dəymişdir. O, artıq əsəbləşdiyindən nə etdiyini bilməmiş və buna görə də onu itələyib ayağının büdrədiyini görüb, əlində olan bıçaqla onun qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi vurmuşdur ki, ondan əl çəksin. O, Məhəmmədə təxminən 2-3 zərbə endirmişdir ki, bir nəfər tanımadığı buruq saçlı oğlanın yaxınlaşdığını görüb növbəti zərbələri endirmədən bıçağı atıb hadisə yerindən qaçıb getmişdir. Bir qədər gəzişdikdən sonra yenidən hadisə yerinə gəlmişdir ki, Məhəmmədin harada olması ilə maraqlansın. Lakin həmin vaxtı ətrafda heç kim olmamışdır. O, hadisədə istifadə etdiyi bıçağın orada qaldığını görüb götürmüş və evlərinə tərəf getmiş, yolda isə bıçağı xatırlamadığı ünvanda tullamışdır. Həmin gün qorxduğu üçün ailə üzvlərindən heç kimə cinayət törətməyi barədə məlumat verməmişdir. Yalnız axşam tərəfi qardaşı ilə danışıb Məhəmmədi bıçaqladığını demişdir. Sonra isə anasıgil bundan xəbər tutmuşlar. Sonradan polis əməkdaşları onların yaşadığı ünvana gəlib onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Onun Zərərçəkmiş şəxs bıçaqla vurmaq, öldürmək məqsədi olmamış, nədə ki, bu cinayəti əvvəlcədən planlaşdırmamışdır. Ümumiyyətlə onunla heç bir ədavəti olmamışdır. Sadəcə qardaşı Sadiqin ünvanına işlətdiyi ifadəni aydınlaşdırmaq istədiyi üçün onunla görüşmüş və görüş zamanı Məhəmməd bir qədər də kobud danışaraq əcəb etmişəm deyib onun özünün də ünvanına söyüş işlətmişdir. O da bundan əsəbləşib onunla dalaşmış və dava zamanı ona gücünün çatmadığını görüb bıçaqla vurmuşdur ki, ondan əl çəksin. O, Məhəmmədi bıçaqlayanda məqsədi özünü qorumaq olmuşdur. Kuryer işlədiyi üçün arada lazım gəldiyindən daim üstündə bıçaq olmuşdur, Bıçağı işi ilə əlaqədar üzərində gəzdirmiş, başqa bir məqsədi olmamışdır. Hadisə zamanı bərk əsəbi və həyəcanlı olmuş, Məhəmmədin ona əvvəlcə təpik, sonra isə kəllə zərbəsi vurmasını görüb ondan əl çəkməsi üçün ona xəsarət yetirmişdir ki, özünü qorusun. Ona dəqiq olaraq neçə xəsarət yetirdiyini xatırlamır. Hadisə onların ikisinin arasında baş vermişdir. Taleh və İlkin adlı dostları da onların arxalarmca gəlsələr də onlar hadisə zamanı müdaxilə etməmiş, hər ikisi də kənardan dayanıb baş verənləri müşahidə etmişlər. Yalnız sonradan digər məhlə uşaqları da gəlib çıxmışlar. Hadisənin şahidi olmuş şəxslər barədə heç bir məlumatı yoxdur. Hadisə zaman istifadə etdiyi bıçaq açılıbbağlanan olmuş, dəstəyi taxta və tiyəsi isə metaldan olub qara rəngə boyanmışdır. Bıçağın uzunluğu təxminən 8-10 sm olmuşdur. Həmin bıçağı hadisədən sonra hara atdığını xatırlamır. Əynində ağ rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qolsuz gödəkçə olmuşdur. Evə gələndən sonra köynəyinin söküldüyünü görüb zibilliyə tullamışdır. Zərərçəkmiş şəxs bıçaqla vuran zaman o, səsini çıxartmamış, onun yanında heç kim olmamışdır. Məhəmmədə bıçaq zərbələri vuran zaman arxası üstə yerə yıxılmış vəziyyətdə olmuşdur. Sonradan ətrafa başqa şəxslərin yığışdıqlarını görsə də, kim olduqlarını bilmir. Onlar heç bir müdaxilə etməmiş, hadisənin başqa şahidi olmuş şəxsləri tanımır. Mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, heç bir psixi xəstəliyi yoxdur, heç bir xəstəxanada qeydiyyatda deyildir. Onu bu cinayətə heç kim təhrik etməmiş, ümumiyyətlə cinayət törətmək, kimisə bıçaqlamaq fikiri olmamışdır. Bu cinayəti özünü müdafiə etmək üçün törətmişdir. Hadisə zamanı Məhəmmədi heç kim dartmamış, ona kəllə zərbəsi vurandan sonra özü onu itələdiyi üçün geri getmiş və bu zaman Məhəmmədi bıçaqlamışdır. Mehrac adlı şəxsin bıçağı onun əlindən alması barədə deyilənlərlə razı deyil, bıçağı özü yerə atmışdır. Hadisə vaxtı kiminsə onu dartmağını dəqiq xatırlamır. Etdiyi əməldən peşimandır, istəməzmiş ki, belə bir hadisə baş versin. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Şahid5 təxminən sentyabr ayının ortalarından tanımışdır. Buna qədər onunla heç bir əlaqəsi, münasibəti olmamışdır. Onun qardaşı Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. Təxminən sentyabr ayının ortalarında saat 21-22 radələrində məhlədə olan zaman sonradan adlarını öyrəndiyi Sadiq və Taleh adlı şəxslərin məhlədə dayanıb söyüş söydüklərini, məhlədə yaşayan uşaqların isə onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. O, özü də onlara yaxınlaşıb kim olduqlarını, hansı səbəbə görə məhəllədə söyüş işlətdiklərini soruşmuş və buna görə iradını bildirmişdir. Taleh və Sadiq adlı şəxslər onun yaxınlaşdığını görüb, sən kimsən deyib, məhllədən uzaqlaşmışlar. Həmin gün aralarında heç bir dava olmamışdır. Səhəri gün saat 17:00 radələrində o, məhəllədə əyləşən zaman Sadiq və Taleh yenidən həyətə gəlib onunla görüşmüşlər. Həmin vaxtı onların yanında tanımadığı başqa uşaqlar da olmuşdur. Onlar birlikdə əyləşib söhbət etmiş, o, Sadiqə izah etmişdir ki, məhlədə dayanıb uca səslə söyüş söymək düzgün hərəkət deyil. Sadiq də onun bu iradlarını qəbul etmiş və buna görə ondan üzr istəmiş, sonra isə çıxıb getmişlər. Sonradan nə Sadiq, nədə ki, Talehlə əlaqəsi olmamışdır. 25 sentyabr 2020-ci il tarixdə saat 17:00 radələrində o, məhəllərində oturacaqda əyləşib telefonla oynayan zaman Taleh və yanında iki nəfər şəxsin həyətə daxil olduqlarını görmüşdür. Həmin şəxslərdən biri, sonradan adını öyrəndiyi Səməd, ona tərəf tərs-tərs baxaraq getdi. O, Səmədin bu hərəkətinə önəm verməmişdir. Bir qədər keçmiş Səməd adlı səxs yenidən məhləyə daxil olaraq ona yaxınlaşmış və özünü Sadiqin qardaşı kimi təqdim edib onu söhbət etmək üçün yanına çağırmışdır. O da buna etiraz etməmiş və onlar birlikdə söhbət edə-edə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 80 nömrəli məktəbin yaxınlığındakı zibilxanaya tərəf qalxmışlar. Söhbət zamanı Səməd onu Sadiqə ağıl verməkdə günahlandırıb yaxınlıqda yerləşən qəbristanlığa getməyi təklif etdi. O da əvvəlcə buna etiraz etməmiş, lakin ora çatan zaman Səmədin şalvarının cibindən açılıb-bağlanan bıçaq çıxartdığını görüb dayanmış və ona qəbristanlığa getməyəcəyini demişdir. Həmin vaxtı o, tək olmuş, Səmədin yanında isə Taleh və İlkin adlı dostları var idi. Səməd ona bir daha qəbristanlığa getməyi təklif etdi. O isə cavabında Səmədə bıçağı yığışdırmasını, söhbəti varsa, olduqları yerdə edə biləcəklərini demişdir. Onun bu sözündən sonra Səməd ona qarşı kobud şəkildə nəlayiq ifadələr işlədərək hünərin çatmır, bıçağı boğazına soxaram deyərək bıçağı açıq vəziyyətdə ona tərəf atdı. Həmin vaxtı bıçaq Səmədin sağ əlində idi. O da bıçaq dəyməsin deyə özünü bir qədər geri çəkib Səmədi özündən aralamaqdan ötrü ona təpik atmışdır. Bu zərbədən sonra Səməd yolun kənarında dayanmış “Mercedes” markalı avtomaşına dəyib, yenidən onun qarşısına qayıtdı. Səməd bıçağı cibinə qoyub bir daha ona təklif etdi ki, gedib qəbristanlıqda söhbət etsinlər. İlkin də ona bunu təklif etdi. O isə kəskin etiraz etdiyi üçün Səməd yenidən bıçağı cibindən çıxardıb ikinci dəfə sol əlində olan bıçaqla onu vurmağa cəhd etdikdə o, sağ əli ilə onun bilək nahiyəsindən tutub Səmədi kəllə ilə vurmuşdur. Bu zaman bıçağın tiyəsi onun sağ əlini said hissədən kəsmişdir. Səməd kəllə zərbəsi alsa da Səmədin arxasında hasar olduğundan bir o qədər də ondan aralanmamışdır. Buna görə də özünü müdafiə etmək üçün sol əli ilə Səmədə yumruq vurub onu özündən uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxtı İlkin və Talehdən hansısa biri onu arxadan tutub dartdı və buna görə də o, zibil yeşiklərinin yanında olan hasara arxası üstə söykənik vəziyyətdə yıxılmışdır. O, qalxmağa cəhd edərkən Səməd sağ əlində saxladığı bıçaqla onun qarınına ardıcıl olaraq dörd zərbə endirdi. Bu zərbələrdən sonra o, arxası üstə yerə yıxılmışdır, lakin özünü toparlayıb ayağa qalxmaq istədikdə Səməd əlindəki olan bıçağı onun boğazına tərəf tuşlayıb onu vurmaq istədiyini görmüşdür. Bu zaman dostu Mehrac qaçaraq arxadan Səmədin qolunu burub bıçağı onun əlində aldı. Bundan sonra Səməd, Taleh və İlkin qaçıb getdilər. Arxadan gələn məhəllə uşaqları köməkləşib onu yerdən qaldırıb yaxınlıqda yerləşən “Stimul Hospitala” apardılar. Həkimlərin vaxtında tibbi yardımı nəticəsində onun həyatı xilas olunmuşdur. Səməd onu öldürmək məqsədi ilə bıçaqlamışdır. Əgər Mehrac vaxtında müdaxilə edib, bıçağı Səmədin əlindən almasaydı o, daha çox zərbə vurub onu öldürəcəkdi. Bıçağı da Səməd məhz ona zərbə endirməyə cəhd edən zaman Mehrac onun qolunu burub əlindən almışdır. Onu ya Taleh, ya da İlkin yerə yıxıb. O da bu səbəbdən yerə yıxıldığı üçün Səməd imkan tapıb onu bıçaqlamışdır. Həm Taleh, həm də İlkin Səmədin əlində bıçaq olduğunu görmüşlər. Səmədin bıçağı haradan əldə etdiyini bilmir. Həmin bıçaq təxminən 10 sm uzunluğunda olmuşdur. Bıçağı Mehrac özü Səmədi tutub onun əlindən alaraq hadisə yerində atmışdır. Onlar xəstəxanaya gedəndən sonra bıçağı hadisə yerindən kimin götürdüyünü bilmir. Taleh və İlkin də məsuliyyətə cəlb olunmalıdırlar. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 təxminən bir il olar ki, həyətə tez-tez gəlib-gedən şəxslər kimi tanımış, həmin vaxtdan da aralarında dostluq münasibəti yaranmışdır. Aralarında mehriban münasibətləri olmuşdur. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında, dəqiq yadında qalmayan tarixdə, axşam saat 19-20 radələrində o, Sadiqlə birlikdə evlərinin yaxınlığında yerləşən qonşu məhəlləyə getmişlər. Məhlədə yaşayan həmyaşıdları ilə görüşüb söhbət etmiş, söhbət zamanı bir-birləri ilə zarafat etmişlər. Sadiqin zarafatları həmin məhlədə yaşayan uşaqların xoşuna gəlməmiş və buna görə də Sadiqlə onlar arasında zarafatla bağlı narazılıq yaranmışdır. Həmin vaxtı zarafat əsnasında Sadiq söyüş işlətmişdir. Bunu eşidən kimi həmin məhlənin sakini Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, Sadiqə məhlədə qadın uşaq olduğunu deyib ondan söyüş söməməyi tələb etdi. Sadiq isə cavabında ondan kim olduğunu, lazım gələrsə onunla söhbət edə biləcəyini dedi. Məhəmməd də yaşca Sadiqdən böyük olduğu üçün ona sən kimsən mən səninlə söhbət edim, səni ayağından sallayaram dedi. Bu sözdən sonra Sadiq Məhəmmədə görüşəcəklərini bildirdi. Həmin gün onlar arasında heç bir dava-dalaş olmdı. Səhəri gün o və Sadiq yenidən həmin məhləyə gəlmiş və məhlədə olan uşaqların yanında Sadiqlə Məhəmməd sakit şəkildə söhbət etdilər. Söhbət zamanı Sadiq öz səhvini qəbul edib, bir gün əvvəlki davranışına görə Məhəmmədən üzr istəmiş və bununla da onlar arasında olan söz-söhbət bağlanmışdır. Səmədin onlar arasında olan söhbətdən necə xəbər tutmasını bilmir. Onunla Səməd arasında bu barədə heç bir danışıq olmamışdır. O, Məhəmmədi üzdən tanısa da, şəxsi tanışlığı olmamışdır. Buna görə də necə bir insan olmasından xəbəri yoxdur. Yalnız həmin məhləyə arabir gəlib-gedən zaman görmüşdür. Onunla Məhəmməd arasında heç bir ədavət olmamışdır. Bildiyinə görə əvvəllər Məhəmmədin Səmədlə də heç bir tanışlığı, ədavəti olmamışdır. 25 sentyabr 2020-ci il tarixdə günorta radələrində o, dostları İlkin, Nihat, Sadiq və Səmədlə görüşüb evlərinin yaxınlığında yerləşən çay evində çay içmişlər. Həmin gün Səmədin doğum günü idi. Səmədin kefı yaxşı idi. Sadiqlə Məhəmməd arasında baş vermiş sözlü mübahisə ilə bağlı aralarında heç bir danışıq olmadı. Bir qədər əyləşdikdən sonra o, çay evindən çıxmış, Sadiq “Akkord” binaları adlanan yerə, Nihat isə iş yerinə getdilər. O, İlkin və Səməd birlikdə Bakıxanov qəsəbəsində yerləşən parka gəzməyə getmişlər. Parklda gəzə-gəzə Məhəmmədgilin məhlələrinə gəlmişlər. Məhəlləyə daxil olan zaman Məhəmmədin həyətdə olan oturacaqda əyləşdiyini görmüşlər. Səməd ona get Məhəmmədi çağır mənim onunla söhbətim var dedi. O isə cavabında bu məsələyə qarışmadığını, çağıra bilməyəcəyini dedi. Bundan sonra Səməd özü Məhəmmədə yaxınlaşaraq onu yanına çağırmışdır. X10 arasında söhbətdən xəbəri olmadığı halda onu çağırmamasını və bu məsələyə qarşmamasını deməsinin səbəbini bilmir. Məhəmməd ona yaxınlaşdıqda Səməd ondan soruşdu ki, sən mənim qardaşıma səni ayağından sallayaram demisən? Məhəmməd də cavabında bəli, qardaşının əvəzinə mənimlə söhbətə gəlmisən dedi. Bundan sonra onlar Səmədin təklifi ilə söhbət etmək üçün birlikdə kənara çəkildilər. O və İlkin isə kənardan dayanıb onların söhbətlərinə müdaxilə etməmişlər. Bundan sonra onlar Yavər Əliyev küçəsində yerləşən 80 nömrəli tam orta məktəblə üzbəüz yolun əks tərəfindəki məişət tullantılarının atıldığı zibilliyin yanına gedib orada dayanmışlar. Səməd Məhəmmədə qəbristanlığa getməyi təklif etdi, Məhəmməd bundan imtina edib olduqları yerdə söhbət etməyi təklif etdi. Səməd Məhəmmədə hansı səbəb görə onun qardaşı Sadiqlə kobud danışdığını bildirib irad tutdu və onlar arasında mübahisə yarandı. Mübahisə zamanı onlar birbirlərinin ünvanına nalayiq sözlər işlədib söyüşlər söydülər. Səməd belindən bıçaq çıxardaraq nümayiş etdirdi. Məhəmməd ona bıçağı cibinə qoy deməsi ilə Səməd həmin bıçağı yenidən cibinə qoydu. Bundan sonra onlar əlbəyaxa oldular. Məhəmməd Səmədin sinəsinə təpik atdı. Bu zərbədən sonra Səməd yenidən bıçağı çıxardı, Məhəmməd bunu görüb ona kəllə vurdu. Onun bu zərbəsindən sonra Səmədin başı arxa tərəfdən zibilliyin əhatə olunduğu hasara dəydi. Onlar hər ikisi də bir-birinə yumruq zərbələri atırdılar. Qəflətən Məhəmməd büdrədi və arxası divara tərəf yerə əyildi. Səməd də bunu görüb sol əlində olan bıçaqla Məhəmmədin qarın nahiyəsindən ardıcıl olaraq bir neçə bıçaq zərbəsi endirdi. Səmədin əlindən bıçağı kimin aldığını, ona növbəti zərbələri endirməyə kimin mane olduğunu xatırlamır. Zərbələrdən sonra Səməd qaçıb getdi. O da evə getmişdir. Bıçaq isə hadisə yerində qaldı. Hadisədən bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlib onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Səmədin Məhəmmədə bıçaq zərbələri yetirməkdə məqsədinin onu öldürmək fikrində olub-olmadığını bilmir. Səmədin bıçağı üzərində nə məqsədlə gəzdirdiyini bilmir. Səmədə Məhəmmədi bıçaqlamaqda kömək olmamışdır. X11 bıçaqlayacağını gözləməmişlər. Sadəcə dalaşacaqlarını fikirləşmişlər. Səmədin Məhəmədin üzərinə bıçaq çıxardığını gördükləri halda Səmədin Məhəmədi bıçaqlayacağını niyə gözləmədiklərini bilmir. Sonradan kiminsə müdaxilə edib Səmədə növbəti zərbələri vurmağa maneçilik edib-etmədiyini xatırlamır. Bu hadisədə onun heç bir iştirakı olmamışdır. O, Məhəmmədi arxadan tutmamış, onu dartmamışdır. Mehrac adlı şəxsin Səmədin qolunu burub, bıçağı ondan almasını xatırlamır. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 təxminən dörd ildir tanıyır. Həmin vaxtdan da aralarında dostluq münasibəti yaranmışdır. O, həmin vaxt Bakıxanov qəsəbəsində yaşamışdır. Sadiq və Səməd qardaşları da tez-tez onların evinin yaxınlığında yerləşən kompyuter salolununa gəlirdilər. Zərərçəkmiş şəxs Bakıxanov qəsəbəsində yaşayan şəxs kimi üzdən tanımış, Məhəmməd yaşca ondan böyük olduğuna görə onunla münasibəti olmamışdır. 2020-ci ilin sentyabr ayının ortalarında X5 məhəlləsinə gedib, səs-küy salmış, Məhəmməd də buna görə ona iradını bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə olmuşdur. Səhəri gün onlar yenidən Məhəmmədin yaşadığı məhəlləyə gedib Sadiq Məhəmmədlə barışmışlar. 25 sentyabr 2020-ci il tarixdə günorta radələrində Bakıxanov qəsəbəsinə gəlib dostu Talehlə görüşmüşdür. Onlar birlikdə bir qədər gəzişdikdən sonra Səməd, Sadiq qardaşları və dostları Nihat da ora gəldilər. Həmin gün Səmədin doğum günü idi. Səməd mehriban şəkildə gülüb danışırdı. Həmin vaxtda Sadiqlə Məhəmməd arasında baş vermiş mübahisə ilə bağlı aralarında heç bir danışıq olmamışdır. Bir qədər əyləşdikdən sonra birlikdə çay evindən çıxmışlar. Sadiq “Akkord” binaları adlanan yerə, Nihat isə iş yerinə getdi. O, Taleh və Səməd birlikdə Bakıxanov qəsəbəsində yerləşən parka gəzməyə getmişlər. Parkda gəzən zaman Taleh Səmədə bildirdi ki, bir neçə gün əvvəl onun qardaşı Sadiqlə onlarla qonşu məhlədə yaşayan Məhəmməd adlı şəxs arasında narazılıq olmuş, sözlü mübahisə zamanı Məhəmməd Sadiqə səni ayağından asaram dediyini bildirdi. Bundan sonra onlar birlikdə gəzə-gəzə Məhəmmədgilin məhlələrinə gəlmişlər. Məhləyə daxil olan zaman onlar Məhəmmədin həyətdə olan oturacaqda əyləşdiyini görmüş, bu zaman Səməd Talehə get Məhəmmədi çağır mənim onunla söhbətim var dedi. Taleh isə bu məsələyə qarışmadığını, çağıra bilməyəcəyini dedi. Bundan sonra Səməd özü Məhəmmədə yaxınlaşaraq onu yanına çağırdı. Məhəmməd ona yaxınlaşdıqda, Səməd ona bildirdi ki, sən mənim qardaşıma səni ayağından sallayaram demisən? Məhəmməd də cavabında bəli, səhv etdiyi üçün demişəm, qardaşının əvəzinə mənimlə söhbətə gəlmisən deyə sual etdi. Bundan sonra onlar söhbət etmək üçün birlikdə kənara çəkildilər. O və Taleh isə kənardan dayanıb onların söhbətlərinə müdaxilə etməmişlər. Bundan sonra onlar dal-qabaq Yavər Əliyev küçəsində yerləşən 80 nömrəli tam orta məktəbə tərəf gedib, məktəblə üzbəüz yolun əks tərəfindəki məişət tullantılarının atıldığı zibilliyin yanında dayanmışlar. Səməd Məhəmmədə qəbristanlığa getməyi təklif etsə də, Məhəmməd bundan imtina etdi və olduqları yerdə söhbət etməyi təklif etdi. Səməd kobud şəkildə, yəni söyüşlə Məhəmmədə müraciət edib ondan hansı səbəbə görə onun qardaşı Sadiqlə kobud danışdığını soruşdu. Onların arasında mübahisə yarandı. Mübahisə zamanı Səməd belindən bıçaq çıxardaraq nümayiş etdirdi və sonra isə Məhəmmədin bıçağı cibinə qoy deməsi ilə həmin bıçağı yenidən cibinə qoydu. Bundan sonra onlar əlbəyaxa oldular. Məhəmməd Səmədin sinəsinə təpik atdı. Bu zərbədən sonra Səməd yenidən bıçağı çıxardı, Məhəmməd bunu görüb ona kəllə zərbəsi vurdu. Onun bu zərbəsindən sonra Səmədin başı zibilliyin ətrafındakı hasara dəydi. Onlar əlbəyaxa oldular. Qəflətən Məhəmməd büdrədi və divara tərəf yerə əyildi. Səməd bunu görüb, əlindəki bıçaqla Məhəmmədin qarın nahiyəsindən ardıcıl olaraq bir neçə zərbə vurdu. O və Taleh aralıda dayanıb davanı müşahidə etmişlər və davaya müdaxilə etməmişlər. Səməd Məhəmmədə ən azı iki-üç bıçaq zərbəsi vurdu. O, bunu görüb məktəbə tərəf baxmış, yenidən başını çevirəndə artıq Səmədin əlində olan bıçağın yerə düşdüyünü, özünün isə qaçdığını görmüşdür. O, bıçağı onun əlindən kimin aldığını, ona növbəti zərbələri endirməyə kimin mane olduğunu görməmişdir. Səməd qaçıb getdiyi üçün özü də qorxudan oradan evə getmişdir. Bıçaq isə hadisə yerində qalmışdır. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı evə gəlib onu Sabunçu RPİ-nin 13-cü PBnə aparmışlar. O, Məhəmmədin Sadiqə kobud nə dediyini bilmir. Eşitdiynə görə Sadiq ucadan söyüşlə danışdığı üçün Məhəmməd ona irad tutub. Dalaşmanın səbəbkarı Məhəmməd deyil, Səməd idi. O, Səmədin Məhəmmədə bıçaq zərbələri yetirməkdə məqsədinin onu öldürmək olub-olmadığını bilmir. Səmədin hadisədə istifadə etdiyi bıçağı üzərində nə məqsədlə gəzdirdiyini bilmir. Səməd Məhəmmədi bıçaqla vuran zaman Məhəmməd yarım yıxılı vəziyyətdə olmuşdur, onu kim yıxdığını bilmir, buna baxmayaraq Məhəmməd müqavimət göstərməyə çalışırdı. O, zərbələri görən kimi qorxudan başını məktəbə tərəf çevirmişdir. Sonradan baxanda artıq Səmədin qaçmasının şahidi olmuşdur. Buna görə də onları kimin ayırdığını, Səmədə növbəti zərbələri vurmasına kimin mane olduğunu bilmir. Sonradan məhəllə uşaqları da gəlib çıxdılar. Mehrac adlı şəxsi tanımır, hadisə vaxtı Səmədin qolunu burub, bıçağı ondan almasına dair deyilənlər barədə heç nə xatırlamır. Şahid5 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər Bakıxanov qəsəbəsində “Stimul Hospitalın” arxa tərəfində yaşayan şəxs kimi tanısa da, onunla münasibəti, yaxınlığı olmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında saat 18:00 radələrində dostu Talehin Nina adlı qıza görə Məhəmmədin məhəllə uşağı ilə arasında mübahisəsi olmuşdur, lakin o, həmin oğlanın adını bilmir. Onlar həmin vaxtı həyətdə dayanıb söhbət etmişlər. Talehlə həmin şəxs sözlə mübahisə etdiklərindən səs-küy yaranmışdır. Məhəmməd onlara yaxınlaşıb, məhəllədə mübahisə etməmələrini, səs-küyə son qoymalarını tələb etdi. O, Məhəmmədən kim olduğunu soruşduqda Məhəmməd onunla kobud danışaraq səni ayağından asaram dedi. O, sakitçilik olsun deyə ona cavab qaytarmamış və Talehi götürüb həmin məhlədən uzaqlaşmışdır. Səhəri gün yenidən Talehlə birlikdə həmin məhəlləyə getmiş və o, Məhəmmədlə görüşüb bir gün əvvəl baş verənlərə görə üzrxahlıq etmiş, bundan sonra söhbətə son qoymuşlar. Onun Məhəmmədlə arasında heç bir dava olmamışdır. Bundan sonrakı günlərdə o, Məhəmmədi görməmiş, onunla arasında olan anlaşılmazlıqla bağlı da qardaşı Səmədə heç bir məlumat verməmişdir. 25 sentyabr 2020-ci il tarixdə qardaşı Səmədin doğum günü olduğu üçün saat 13:00 radələrində onlar birlikdə Bakıxanov qəsəbəsinə gəlib, Y.Əliyev küçəsində yerləşən çay evinə getmişlər. Həmin vaxtı dostları İlkin, Taleh, Nihat birlikdə əyləşib çay içib, söhbət etmişlər. Həmin vaxtı onunla Məhəmməd arasında baş vermiş söhbətlə bağlı heç bir danışıq olmamışdır. Təxminən saat 14:00 radələrində onlar çayxanadan çıxmış və sevdiyi qıza baş çəkməkdən ötrü “Akkordun” binaları adlanan yerə getmişdir. Qardaşı Səməd isə İlkin və Talehlə birlikdə Bakıxanov parkında gəzməyə getmişlər. Buna görə də aralarında nə kimi söhbətin olmasından xəbəri olmamışdır. Təxminən 18:00 radələrində o, evə qayıdan zaman dosları ona zəng vurub Səmədin kimisə bıçaqlaması barədə məlumat vermişlər. O, evə qayıdanda Səmədi evdə görmüşdür. Səmədin üst başı normal idi, yalnız köynəyinin çiyin nahiyəsindən cırıldığını görüb səbəbini soruşduqda onun adam bıçaqlaması barədə deyilənlərin yalan olduğunu dedi. Bir müddət sonra Səmədin artıq həyəcanlandığını görüb bir daha ondan nə baş verdiyini soruşduqda, Səməd ona Məhəmməd adlı şəxsi bıçaqla vurduğunu bildirdi. Səmədin dediyinə görə Məhəmmədin onunla kobud danışıb, ayağından asacağını bildirməsi barədə məlumatı ona Taleh demiş, o da bundan əsəbləşib Məhəmmədlə Y.Əliyev küçəsində yerləşən 80 nömrəli məktəbin yaxınlığında görüşmüşdür. Görüş zamanı Məhəmməd Səmədlə də kobud danışıb onu itləmiş, bu zaman Səmədin başı divarın tininə dəymişdir. Bundan sonra Səməd əsəbləşib ona bıçaqla xəsarət yetirdiyini dedi. O, özü şəxsən hadisənin şahidi olmamış, hadisənin necə və hansı şəraitdə baş verdiyini də qardaşı Səməddən öyrənmişdir. Hadisədən sonra Taleh və İlkinlə də əlaqəsi olmamışdır. Sonradan polis əməkdaşları onların ünvanına gəlib Səmədi və onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Məhəmmədin onunla kobud danışmasını da, hadisə baş verən günü Taleh Səmədə demişdir. Onlar birlikdə çay içən zaman bu söhbətlə bağlı aralarında heç bir danışıq olmamışdır. Onlardan ayrılandan sonra Taleh qardaşı Səmədə baş verənləri danışmışdır. Səməd də bundan əsəbləşib Məhəmmədlə söhbətə getmişdir. O, qardaşının Məhəmmədi bıçaqlamasında məqsədinin nə olduğunu bilmir. Onunla bir yerdə olduğu müddətdə üstündə bıçaq olmasını görməmişdir. Səmədin istifadə etdiyi bıçağı hara atmasından da məlumatı yoxdur. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı Sadiq, habelə İlkin və Taleh adlı şəxsləri üzdən tanısa da, onlarla yaxın münasibəti olmamışdır. O, onları avara insanlar kimi tanımışdır. Buna görə də heç vaxt onlarla dostluq etməmişdir. Məhəmmədi isə qonşu məhlədə yaşayan şəxs kimi tanımış, heç vaxt pis hərəkətinin şahidi olmamışdır. Özü bütün günü işdə olduğu üçün Məhəmmədlə Sadiqgilin arasında nə kimi söz-söhbətin olmasından xəbəri olmamışdır. Hazırda da, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. O, axırda gəlib hadisə yerinə çatanda görmüşdür ki, Səməd Məhəmmədə bıçaq zərbələri vurur. O, tez qaçıb özünü onlara yetirmişdir. Bu zaman o, Səmədin bıçağı Məhəmmədin boğaz nahiyəsinə tuşladığını görüb, növbəti zərbəni endirməsin deyə onun sağ qolunu tutub burmuş və bu səbəbdən bıçaq yerə düşmüşdür. Bundan sonra Səməd, İlkin və Taleh oradan qaçaraq getdilər. Sonra da köməkləşib Məhəmmədi xəstəxanaya aparmışlar. Səmədin əlini buran zaman bıçaq yerə düşmüş, sonradan başı Məhəmmədə qarışdığı üçün bıçağı hadisə yerindən kimin götürdüyünü bilmir. Bıçağı tam xatırlamasa da, təxminən 10 sm uzunluğunda olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 bir neçə il olar ki, onların həyətinə tez-tez gəlib-gedən şəxslər kimi tanımış, onlar ondan yaşca böyük olduqları üçün münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs da qonşu məhlədə yaşayan şəxs kimi tanıyır, onun özü ilə də heç bir tanışlığı olmamış, sadəcə üzdən tanımışdır. Məhəmmədlə Səməd və Sadiq arasında nə kimi münasibətinin olmasından da xəbərsizdir. 25 sentyabr 2020-ci il tarixdə saat 18:50 radələrində məhlədə olan zaman məhlə uşaqlarının kütlə halında 80 nömrəli məktəbə tərəf getdiklərini görüb, maraqlı gəldiyi üçün özü də həmin ünvana getmişdir. Ora çatanda görmüşdür ki, məktəbin sağ tərəfindən yerləşən zibillik sahədə Məhəmmədlə Səməd arasında sözlü mübahisə gedir. Həmin vaxtı məhlələrində yaşayan Taleh və onun dostu İlkin adlı şəxslər də onlardan bir neçə metr aralıda dayanıb mübahisəyə baxırmışlar. O, aralıdan dayanıb özü də onların mübahisələrinə baxmağa başlamışdır. Görmüşdür ki, bir qədər söhbət etdikdən sonra Səməd cibindən bıçaq çıxartmış və bu zaman Məhəmməd onu təpiklə vurmuşdur. Sonra isə Səmədin bıçağı saxladığı sağ əlindən tutub ona kəllə zərbəsi endirmiş və bu zaman onlar dartışmağa başlamışlar. Məhəmmədin sağ qolunun kəsildiyini görmüş, qolu kəsilən kimi Məhəmməd qışqırmış və geriyə çəkilmək istədikdə ayağı büdrəyib yarı yıxılmış vəziyyətdə qalmışdır. Səməd isə dərhal əlində olan bıçaqla onun bədən səthinə bir neçə zərbə endirmişdir. Zərbələri endirən zaman onlarla qonşu məhlədə yaşayan Mehrac adlı şəxs onlara tərəf qaçaraq səhv etmirsə vurub bıçağı Səmədin əlindən yerə salmışdır. Bundan sonra Səməd hadisə yerindən üzü Bakıxanov stansiyasına tərəf qaçmışdır. Ətrafda olan şəxslər köməkləşib Məhəmmədi yerdən qaldırmışlar və onu “Stimul Hospitala” aparmışlar. O, hadisə vaxtı özü də bərk qorxmuş, buna görə də kənarda dayanıb baş verənləri izləmiş, onlara müdaxilə etməmişdir. Məhəmməd gedəndən sonra isə özü də evə getmişdir. O, Səmədin Məhəmmədi hansı səbəb görə bıçaqla vurduğunu, onlar arasında nə kimi söz-söhbətin olmasını dəqiq bilmir. Məhəmmədlə Sadiq arasında da nə kimi söz- söhbətin olmasından xəbərsizdir. Hadisə baş verən zaman Məhəmmədi arxadan kiminsə dartmasının şahidi olmamış, belə bir hal baş verməmişdir. İlkin və Talehin hadisədə heç bir iştirakları olmamış, hadisə zamanı Səmədə heç bir köməklik etməmiş, özləri də onun kimi kənardan dayanıb hadisəni müşahidə etmişlər. Məhkəmədə elan edilib araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 80 nömrəli məktəbin sağ tərəfində olan yolda baş vermişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 1512 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağtərəfli hemopnevmotoraksa (döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qara ciyərin zədələnməsinə səbəb olan bir ədəd vədöş və qarın boşluqlarının daxilə nüfuz edən iki ədəd, döş sümüyünün zədələnməsinə səbəb olan döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sağ əlin İV-V barmaqlarının açıcı vətərlərinin zədələnməsinə və qeyd olunan barmaqlarda hərəkət məhdudluğuna səbəb olan sağ said nahiyəsinin bir ədəd (ümumilikdə 4 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmiş, xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 25 sentyabr 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ tərəfli hemopnevmotoraksa (döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qara ciyərin zədələnməsinə səbəb olan döş bir ədəd və qarın bir ədəd boşluqlarının daxilə nüfuz edən iki ədəd deşilmiş kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş sümüyünün zədələnməsinə səbəb olan döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sağ əlin İV-V barmaqlarının açıcı vətərlərinin zədələnməsinə və qeyd olunan barmaqlarda hərəkət məhdudluğuna səbəb olan sağ said nahiyəsinin bir ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, xarakter və lokalizasiyasına görə xəsarətlər müxtəlif şəraitlərdə alına bilər, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Məhkəmədə elan edilib araşdırıllmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə protokolundan görünür ki, onlar istintaqın ilkin mərəhələsində hadisənin baş vermə şəraiti və halları ilə bağlı verdikləri ifadələrini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ilə Şahid2 arasında, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə protokollarından görünür ki, onlar əvvəlki ifadlərində hadisənin baş vermə şəraiti ilə bağlı göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış hadisə kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair 07.12.2020-ci il tarixli, 899/2020- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O/H/İ/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O/H/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilməsi müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair 27.11.2020-ci il tarixli, 575-MTKŞ/2020 N-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 06 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 14 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək maddi sübut kimi tanınaraq saxlanlması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış hadisə ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 oktyabr 2020-ci il tarixli 2036 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqdarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində 25 sentyabr 2020-ci il tarixdə saat 18:50 radələrində X6 öldürmək məqsədi ilə deyil, özünü müdafiə etmək məqsədi ilə bıçaqlaması, hadisə zamanı əsəbi olması, bu cinayəti qabaqcadan planlaşdırmaması, hadisə baş verən zamanı bıçağı onun əlindən kiminsə almaması, növbəti zərbələri vurmağa heç kimin maneçilik törətməməsi, özünün bıçağı hadisə yerində atıb qaçması barədə göstərdiyi xüsusatları öz müdafiəsi üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirərək ittihamı təsdiq edən sübutlarla tam təkzib olunduğu qənəaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X2, habelə hadisənin şahidləri olmuş Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, üzləşdirmə protokolları ilə tam şəkildə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir tanışlığı, ədavəti, mübahisəsi olmamış, hadisədən bir neçə gün əvvəl qardaşı Şahid5 Zərərçəkmiş şəxs əsaslı irad bildirməsindən xəbər tutub, artıq hər iki şəxsin aralarında olan narazılıqla bağlı sonradan görüşüb barışmalarına baxmayaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs məhləsinə gələrək onu söhbət etmək bəhanəsi ilə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 80 nömrəli məktəbin yaxınlığındakı zibillik sahəsinə gətirmiş, qardaşının ünvanına səsləndirdiyi Səni ayağından sallayaram ifadəsini cüzi səbəb kimi bəhanə edərək bu məzmunda aralarında baş vermiş mübahisənin təşəbbüskarı olaraq qabaqcadan özü ilə götürüb üzərində gəzdirdiyi bıçağı cibindən çıxardaraq əvvəlcə nümayiş etdirmiş, Zərərçəkmiş şəxs bunu görüb özünü müdafiə etmək üçün aktiv müavimət göstərdikdə bıçaqla əvvəlcə onun qolunu kəsmiş, sonra da qanunsuz hərəkətlərini dayandırmaq əvəzinə yenə də cinayətkar hərəkətlərini davam etdirib növbəti zərbələri vurmaq üçün məqam gözləmiş, həmin an Zərərçəkmiş şəxs başqa səbəbdən büdrəyib arxası üstə yıxılmasını görən kimi onu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaqdan ötrü onun bədən səthinə ardıcıl zərbələr vurmuşdur. Bu zaman Şahid4 vaxtında müdaxilə edib onun qolunu buraraq bıçağı yerə saldığından, eləcə də, Zərərçəkmiş şəxs ətrafda olan şəxslərin köməkliyi ilə vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq, orada ixtisaslı tibbi yardım göstərildiyindən həyatı xilas olunmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olması hadisə zamanı sonuncuya bədəninin müxtəlif nahiyələrindən həyati əhəmiyyətli orqanlarının da zədələnməsinə səbəb olmuş 4 ədəd deşilmişkəsilmiş xəsarətlər yetirməsi barədə məhkəmə tibbi ekspertizasının rəyi, habelə həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması barədə məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ttiham olunduğu cinayət əməlini törətməsini onun özünün ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, baxış, götürmə protokolları, iş üzrə təyin edilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materilları ilə sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs X4 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kimi qiymətləndirib onun əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsini əsaslı sayır. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002cü il 12 dekabr tarixli «Qəsdən adam öldürmə işləri Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarında formalaşdığı hüquqi mövqeyə görə də əsaslıdır. Həmin qərarın 6-cı bəndində götərilmişdir ki, heç bir səbəb olmadan və ya cuzi səbəbdən hər hansı bəhanə ilə başqasını həyatdan məhrum edərsə bu kimi hərəkətləri xuliqanlıq niyyəti ilə adavm öldürmə kimi qiymətləndirilir. Bundan başqa istintaq orqanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun hərkətlərini əlavə olaraq ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə törətdiyi kimi göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində həmin halların olması öz təsdiqini tapmadı. Əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mübahisə etmək üçün əvvəlcə qəbrstanlığa getməyi təklif etməsi, bundan imtina olunduqda, mübahisəni məişət tullantılarının atıldığı yerdə davam etdirməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan « ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə» sözlərini çıxarılması qənaətinə gəlib həmin ifadəni ittihamdan xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən, anlaqlı vəziyyətdə, qununla müyyən edilmiş yaş həddinə görə cinayətin subyekti olub törətməsi qənaətinə gəlir və onun bu əmələ görə qanunla nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə edilməsi mümkün olan əmlak müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs oğluna «Fides» vəkil burosunun vəkili X7 tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də hər saat 6 (altı) manat hesablanmaqla ona 150 (yüz əlli) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsi üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmlş cinayət işinin materiallarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu rayon prokurorluğunun saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, ilk dəfə xüsusilə ağır cinayətə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 30 oktyabr 2020-ci il tarixdə onun barəsində qətimkan tədbiri qismində həbs seçilməsi müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin mateiallarından görünür ki, Təqsirləndirilən şəxs subaydır, əvvəllər məhkum olumamışdır, 10 nömrəli Mənzil İstismar sahəsindən verilən xasiyyətnamə ilə müsbət xarakterizə olunur. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya təsir edən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs hüquqi yardım edilməsi ilə bağlı Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər kollegiyasının Hüquqi yardım və Tədris Mərəkzinin hesabına 150 (yüz əlli) manat ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu rayon prokurorluğunun saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar