Məhkəmə qərarları › İş №1(101)-752/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-752/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-752/2022 06.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsnin 18 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20.10.2017-ci il tarixdə cəzası 2 il azadlıqdan məhrum etmə cəzasına endirilərək, cəza müddəti bitdiyindən cəzaçəkmə müəssisəsindən azad olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr endirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 28 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun qanunsuz olaraq narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı başlanmış mübahisə gedişində ilk əvvəl təpiklə Zərərçəkmiş şəxs baş nahiyəsindən, ardınca işlətdiyi nalayiq ifadələr səbəbindən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı ilə qəsdən sonuncunun sol sağrı nahiyəsindən ardıcıl olaraq beş dəfə zərbə vurub ona sol sağrı nahiyəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmişkəsilmiş yaraları, sol gözaltı və sağ qulaqarxası nahiyələrin dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin nahiyənin daxilə nüfuz edərək böyük piyliyin zədələnməsinə və daxili qanaxmaya səbəb olan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmişi tanımamış, zərərçəkmiş şəxs onu söydüyünə gərə onu bıçaqla vurmuşdur. Belə ki, Şahid1 hadisəyə qədər bir aya yaxın imiş ki, tanımışdır. 28 oktyabr 2021-ci il tarixdə Ehtimalla zəngləşdikdə Ehtimal dostu Fəridin Rusiya Federasiyasından qayıtdığını, birlikdə gedib dostu Fəridlə görüşməyi təklif etmişdir. O da razılaşmışdır. Həmin gün saat təxminən 18 radələrində metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında görüşmüşlər. Həmin yerə Ehtimal Fərid adlı dostu ilə gəlmişdir. Ehtimal Fəridlə ona yaxınlıqda yerləşən çay evlərinin birinə getməyi tapşırıb, özünün də bir azdan tanışı Vüsal adlı şəxslə onların yanına gələcəyini deyib getmişdir. O, Fəridlə birgə yaxınlıqda yerləşən çay evlərinin birinə gəlib söhbət etmişdir. Təxminən 30-40 dəqiqə sonra Ehtimal Vüsal adlı tanışı ilə birgə çay evinə gəlib onlarla birgə bir masa axrasında əyləşmişlər. Ehtimal telefonla kimləsə danışmış və onlara bildirmişdir ki, telefonla özünün istifadəsi üçün qurudulmuş marixuana sifariş etmişdir. Narkotik vasitəni almaqdan ötrü metronun “H.Aslanov” stansiyası yaxınlığına getməli olduğunu demişdir. Onlar, yəni, o, Ehtimal, Fərid və Vüsal taksi ilə metronun “H.Aslanov” stansiyası yaxınlığına gəlmişlər. Yolda gedərkən Ehtimal Müşfiq adlı şəxsə 50 manat pul müqabilində yarım kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana sifariş verdiyini, Müşfiqin də, Azər adlı şəxsin vasitəsi ilə həmin narkotik vasitəni təşkil etdiyini demişdir. Ehtimal narkotik vasitəni almaq üçün pulunun olmadığını, bu səbəbdən narkotik vasitəni pulsuz ələ keçirmək istədiyini demiş və Fəriddən 50 manat pul verməyini xahiş edib bildirmişdir ki, həmin pulu narkotik vasitənin satışını həyata keçirən şəxsə nümayiş etdirib ondan narkotik vasitəni göstərməsinə nail olacağını, həmin şəxs narkotik vasitəni göstərdiyi təqdirdə onu fikrindən yayındıraraq narkotik vasitəni əlindən dartmaqla ələ keçirəcəyini, bundan sonra həmin 50 manatı Fəridə geri qaytaracağını demişdir. Onlar da Ehtimalın dedikləri ilə razılaşmışlar. Onlar “H.Aslanov” metrosansiyasının yaxınlığına gəldikdən sonra, Ehtimal Fəriddən 50 manat pul almış, tək metrostansiya yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısına gəlmişdir. Onlar isə kənardan onun hərəkətlərini izləməyə başlamışlar. Ehtimal sonradan adlarını bildiyi Müşfiq və adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs yaxınlaşmış, onlar bir neçə dəqiqə söhbət etdikdən sonra birgə taksi avtomobilinə əyləşib hərəkətə başladıqda, onlar narahatçılıq keçirib, taksi avtomobilinin arxası ilə hərəkətə başlamışlar. Bu vaxt Ehtimal istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” vasitəsi ilə sms yazaraq “kvadratlar" deyilən yer istiqamətdə gəlmələrini tapşırmışdır. Bundan sonra, o, Fəridlə birgə həmin istiqamətə getmişlər. Həmin gün saat 22 radələrində “kvadratlar” adlanan yerə çatıb, məhəllələrin birinə daxil olduqda, Ehtimalın həmin məhəllədəki qarajlar arasında Azər adlı şəxslə söhbət etməsini görmüşdir. Onlar Ehtimala yaxınlaşdıqda, Ehtimal Azərin sağ qolundan tutub, onun əlində sıxaraq saxladığı kibrit qutusunu almağa çalışmışdır. Bu zaman Azərin ayağı büdrədiyindən, Azər üzü üstə yerə yıxılmış, həmin vaxt Fərid Ehtimala yaxınlaşmış, həmçinin Azərin əlindən tutub barmaqlarını aralıyaraq əlinin içində saxladığı narkotik vasitəni almaq üçün ona köməklik etməyə başlamışdır. O, Azərin təpiklə baş nahiyəsindən yüngül zərbələr vurmuşdur. Həmin vaxt Ehtimal Azərin əlində sıxaraq saxladığı içərisində narkotik vasitə olan kibrit qutusunu almağa nail olduğundan, onlara qışqıraraq qaçmalarını demişdir. Bu vaxt onlar Azərdən kənarlaşıb, qaçmaq istədikdə, Azər ünvanlarına nalayiq ifadələr işlətmişdir. O, Azərə əsəbləşib geriyə qayıdaraq üzərində gəzdirdiyi bıçaqla Azərin arxa nahiyəsindən ardıcıl 5 dəfə zərbə vurmuşdur. Bundan sonra Ehtimal, Vüsal və Fəridlə birgə hadisə yerindən uzaqlaşmışlar. Onlar birgə metronun “H.Aslanov” stansiyası qarşısına gələrək marşurut avtobusuna əyləşib, metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində gəlmişlər. Metronun “Xalqlar Dostluğu” stansiyası qarşısına çatdıqda, onlar sağollaşaraq ayrılmışlar. Onlar ayrılan zaman Ehtimal Azərin əlindən aldığı narkotik vasitəni özündə saxlamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əvvəlcədən Azəri bıçaqla vurmaq kimi məqsədi olmamış, Azər söyüş söydüyü üçün o, Azəri baçaqla vurmuşdur. Azərin nalayiq söyüş söyməsi ona pis təsir etdiyindən, o, əsəbləşərək Azəri bıçaqla vurmuş, söyüşə görə Azəri cəzalandırmaq istəmişdir. Azəri onu söydüyü üçün vurduğundan, ona görə özünü qismən təqsirli bilir. Hadisə təxminən 3-5 dəqiqəyə yaxın davam etmişdir. Həmin ərazi yaşayış yerindən kənar imiş, ona görə də münaqişəni görə biləcək kənar şəxs olmamışdır. Bıçaq həmişə onun üzərində olmuşdur. O, bıçağı özünü qorumaq üçün üzərində gəzdirmişdir. Onun düşmənləri çoxdur, ona görə bıçaq üzərində olmuşdur. Məhkəmə baxışы zamanı Zərərçəkmiş şəxs istifadəsində olduğu qeyd olunan ***- ***-**-** və ***-***-**-** saylı mobil telefonlarına dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə sms xəbərdarlıq məlumatı göndərilmiş, telefon danışıqları aparılmış, lakin, zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməkdən yayınmış, buna görə də Zərərçəkmiş şəxs məcburi gətirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarı çıxarılmış, qərar icra olunması üçün aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə göndərilmiş, lakin, buna baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Göstərilənlərə əsasən proses iştirakçıları Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadənin elan edilməsinə etiraz etməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, əvvəllər müxtəlif ardıcıllıqla törətdiyi oğurluq, soyğunçuluq və narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 177, 180 və 234-cü maddələri ilə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə qəbul etmiş, həmin narkotik vasitəni o, müxtəlif yerlərdən, tanımadığı şəxslərdən almış, hadisədən təxminən 2 ay əvvəl metronun “Xalqlar Dostluğu” yaxınlığında təsadüfən Müşfiq adlı şəxslə tanış olmuş, tanışlıq zamanı Müşfiqin narkotik vasitə istifadəçisi olduğunu öyrəndiyi üçün, həmin vaxt ona istifadəsi üçün özündə olan narkotik vasitə qurudulmuş marixuanadan az miqdarda vermiş, bu minvalla aralarında tanışlıq yaranmış, bundan sonrakı vaxtlarda arabir Müşfiqlə zəngləşərək görüşmüş, 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Müşfiq ona zəng edərək, tanışı üçün narkotik vasitə təşkil etməsini xahiş etmiş, həmin ərəfələrdə özündə dəqiq miqdarını bilmədiyi, təxminən yarım kibrit qutusu narkotik vasitə olduğu üçün, eyni zamanda həmin narkotik vasitənin tanımadığı şəxsdən 50 manata aldığı üçün, elə həmin qiymətə, yəni, 50 manat müqabilində narkotik vasitənin satışını təşkil edə biləcəyini demiş, Müşfiq razılıq verib, görüşmək barədə təklif etdikdə, həmin gün saat 21 radələrində H.Aslanov metrostansiyası yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısında görüş təyin etmiş, həmin gün saat təxminən 21 radələrində qeyd edilən ünvana gəldiyində, Müşfiqin artıq həmin ünvanda onu gözlədiyini görmüş, ona yaxınlaşıb, hal-əhval etdikdən sonra, o, həmin ərəfədə onlara yaxınlaşmış əvvəllər tanımadığı Ehtimal adlı şəxsi onunla tanış edərək, narkotik vasitəni məhz həmin şəxsin alacağını demiş, bundan sonra Ehtimala ünvanlanıb, narkotik vasitənin alqı-satqısını həyata keçirməyi təklif etmiş, Ehtimal isə olduqları yerdə çoxsaylı insan olduğunu deyib, bundan imtina edərək, alqı-satqını daha gizlin yerdə etməyi təklif etmiş, həmin ərəfədə istintaq əhəmiyyəti kəsb etmədiyi üçün adını qeyd etməkdən imtina etdiyi tanışı ilə kvadratlar deyilən ərazidə görüş təyin etdiyi üçün, həmin ünvana getməyi qərarlaşıb, bunun üçün taksi avtomobili saxlatmış, daha sonra Ehtimal və Müşfiqi taksi avtomobilinə dəvət edib, onunla gəlmələrini demiş, onlar birgə taksi avtomobilinə əyləşib “Kvadratlar” deyilən yer istiqamətdə qısa bir məsafə qət etmiş, həmin yerə çatdıqda artıq tanışının dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia Optima” markalı avtomobildə onu gözlədiyini görüb, taksi avtomobilini saxladıb, orada avtomobildən düşmüş, bundan sonra tanışına yaxınlaşıb, ona borc olaraq 200 manat pul vermiş, ardınca geri qayıdıb Müşfiq və Ehtimala yaxınlaşaraq, narkotik vasitənin alqısatqısını həyata keçirmək üçün məhəllə arası yola dəvət etmiş, həmin gün artıq saat 22 radələri olarmış, onlar məhəllələr arası yola daxil olduqda, ətrafda heç kimin olmadığını görüb, özündəki narkotik vasitənin alqı-satqısını həyata keçirməkdən ötrü Ehtimaldan pulunu istəmiş, Ehtimal isə cibindəki 50 manat pulu nümayiş etdirib, narkotik vasitəni ona təqdim edəcəyi halda pulu verəcəyini demiş, o, isə Ehtimalın narkotik vasitəni götürdükdən sonra, qaçaraq pulunu verməyəcəyindən şübhələnib, bundan imtina etmiş, bu minvalla aralarında sözlə mübahisə yaranmış, sonda Ehtimal ilk əvvəl özündə olan 50 manat pulu verməklə razılaşdığından alqı-satqını həyata keçirib özündə olan kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı ona vermiş, bundan sonra ondan uzaqlaşıb, yoluna davam etmək istəyirmiş ki, Ehtimal onu səsləyib, narkotik vasitəni istəmədiyini deyərək, narkotik vasitəyə görə verdiyi pulu geri tələb etmiş, o, hər hansı xoşagəlməz halın qarşısının alınmasından ötrü Ehtimalın pulunu qaytarıb, özünə aid narkotik vasitəni ondan götürərək, həmin ünvandakı qarajlar istiqamətdə hərəkətini davam etdirmiş, həmin zaman Ehtimalın yanında olan əvvəllər tanımadığı adlarını sonradan öyrəndiyi Fərid və Sucəddin adlı şəxslərlə birgə arxası ilə gəlib onu saxlamış, Ehtimal ona yaxınlaşan kimi sağ əlindən tutub dartaraq, əlində saxladığı narkotik vasitəni almağa cəhd etmiş, bu zaman müvazinətini itirdiyindən yerə yıxılmış, həmin zaman Sucəddin təpiklə baş nahiyyəsindən zərbələr endirməyə başlamış, Fərid də, əlində saxladığı kibrit qutusunda olan narkotik vasitəni almaqdan ötrü Sucəddinə köməklik edib, əlini açmağa çalışmış, təxminən 1-2 dəqiqə davam edən münaqişədən sonra taqətini itirdiyindən əlini açmış, bu vaxt Ehtimal narkotik vasitəni götürməyə nail olub, tanışlarına “qaçın” deyə qışqırmış, bundan sonra onların hər üçü ondan kənarlaşmış, onlar kənarlaşdıqdan sonra bu hərəkətlərin qarşılığında onları nalayiq sözlərlə təhqir etmiş, bu ifadələrindən sonra Sucəddin cibindən bıçaq çıxarıb, üzərinə gələrək həmin bıçaqla sol sağrı nahiyəsindən ardıcıl beş dəfə zərbə vurmuş, daha sonra isə ona qarşı tətbiq etdiyi bıçağı özü ilə götürüb, tanışları Ehtimal və Fəridlə birgə qaçaraq oradan uzaqlaşmış, aldığı bıçaq zərbələrindən sonra sağrı nahiyəsindən qan gəldiyini görüb, yol taksi avtomobili saxladıb yaşadığı evə gəlmiş, evə gəldiyində ağrıdığını görüb X7 stansiyasına zəng vurmuş, bir neçə dəqiqə sonra TTYS-dən həkimlər gəlib, ona ilkin tibbi yardım göstərməklə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirmişlər. Тəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi məhkəmə iclasında Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Belə ki, Zərərçəkmiş şəxs 14 mart 2022-ci il tarixli ərizə yazaraq, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmясини və o, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası олмадыьыны билдирмишдир. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, narkomandır və narkotik vasitənin qurudulmuş marixuana növündən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni o, müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış. Hadisədən təxminən 2 ay əvvəl, özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana axtardığı zaman, metronun “Xalqlar Dostluğu” yaxınlığında təsadüfən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Azər narkotik vasitənin satışını həyata keçirdiyini dediyi üçün, həmin vaxt Azərdən istifadəsi üçün az miqdarda narkotik vasitə qurudulmuş marixuana almışdır. Bundan sonra Azərlə aralarında tanışlıq yaranmış, sonrakı vaxtlarda ona narkotik vasitə lazım olduğunda istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Azərin istifadəsində olan hazırda yadında qalmayan mobil nömrəyə zəng vuraraq, ona müəyyən məbləğdə pul müqabilində narkotik vasitə sifariş vermişdir. Sonra Azərlə müxtəlif ünvanlarda görüşüb, narkotik vasitəni Azərdən alaraq istifadə etmişdir. Aldığı narkotik vasitənin miqdarı çox olduğu təqdirdə bir hissəsini özü istifadə edirmiş, digər hissəsini isə aldığı qiymətdən bir qədər baha qiymətə satışını həyata keçirərək qazanc əldə edirmiş. 2021-ci ilin oktyabr ayının sonlarında Azərlə növbəti görüşü zamanı narkotik vasitənin satışını həyata keçirmək üçün müştəri tapılmağında Azər köməklik göstərməyini xahiş edərək, Azərə köməklik etməyinin müqabilində ona istifadəsi üçün marixuana verə biləcəyini bildirmişdir. O, razılaşmış, narkotik vasitəyə müştəri tapacağı tədqirdə Azərə deyəcəyini bildirmişdir. 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında təxminən bir ay əvvəl “H.Aslanov” metrostansiyası yaxınlığında təsadüfən tanış olduğu Ehtimal adlı şəxs narkotik vasitə marixuana axtardığından ona həmin növ narkotik vasitənin satışını həyata keçirmiş, bu minvalla Ehtimalla aralarında tanışlıq yaranmışdır. Bundan sonrakı vaxtlarda da, bir-iki dəfə Ehtimala az miqdarda narkotik vasitənin satışını həyata keçirmişdir. Ehtimal ona zəng edərək, 50 manat pul müqabilində ona təqribən 60-70 qram narkotik vasitə qurudulmuş marixuana təşkil etməyini xahiş etmişdir. Həmin vaxt özündə narkotik vasitə olmadığı üçün, ona Azər adlı tanışının vasitəsi ilə narkotik vasitə təşkil edə biləcəyini deyib, bu barədə Azərlə danışdıqdan sonra onu məlumatlandıracağını demişdir. Ehtimalın narkotik vasitənin təşkili ilə ona müraciət etməsi barədə Azərə bildirmişdir. Azər 50 manat pul müqabilində yarım kibrit qutusu təqribən 60-70 qram narkotik vasitə qurudulmuş marixuananın satışını təşkil edə biləcəyini deyib, həmin gün saat 21 radələrində H.Aslanov metrostansiyası yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısında görüş təyin etmişdir. Həmin gün saat təxminən 21 radələrində Azərlə həmin yerdə görüşmüşlər. Bir neçə dəqiqədən sonra, Ehtimal həmin ünvana gəldikdə, Ehtimalı Azərlə tanış edərək, narkotik vasitənin alqı-satqısını məhz həmin şəxsin həyata keçirəcəyini demişdir. Bundan sonra Ehtimal olduqları yerdə çoxsaylı insan olduğunu deyib daha gizlin yerdə narkotiki ondan almasını təklif etmişdir. Belə olan halda Azər taksi avtomobili saxladıb, onları avtomobilə dəvət etmişdir. Onlar birlkdə taksiyə əyləşib “Kvadratlar” deyilən yer istiqamətdə qısa bir məsafə qət etmişlər. Həmin yerə çatdıqda Azər taksini saxladıb, avtomobildən düşərək, yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia Optima” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, bu zaman avtomobil sürücüsünə nə isə verib, geri qayıdaraq yol haqqını ödəyib, avtomobildən düşmələrini bildirmişdir. Həmin ünvanda avtomobildən düşüb, məhəllə arasına doğru gəldikdə, Ehtimal cibindəki 50 manat pulu Azərə nümayiş etdirib, Azərdən narkotik vasitəni verməsini istəmiş, Azər isə pulu götürmədən narkotik vasitəni verməkdən imtina etdiyindən aralarında mübahisə yaranmışdır. Sonda Ehtimal özündə olan 50 manat pulu Azərə verməklə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı almış, həmin ərəfədə tanımadığı 2 nəfər şəxs gələrək Ehtimala yaxınlaşmışdır. Bu zaman Ehtimal Azəri səsləyib, narkotik vasitəni istəmədiyini deyərək, narkotik vasitəyə görə verdiyi pulu geri tələb etmişdir. Azər pulu qaytarıb, narkotik vasitəni götürərək, məhəllələr arasında yerləşən qarajlar istiqamətdə hərəkətə başlamışdır. Bu zaman Ehtimal yanında olan 2 nəfər şəxslə birgə Azərin arxası ilə gedib, Azəri saxlamış, Azəri saxlayan kimi Ehtimal onun əlindən tutub, əlində saxladığı narkotik vasitəni almağa cəhd göstərmişdir. Artıq onlar arasında münaqişə başladığından, münaqişənin ona da toxunacağından ehtiyat edərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Səhəri gün, yəni 29 oktyabr 2021-ci il tarixdə onu polis əməkdaşları tutmuş və polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Azəri bıçaqla vurmuşdur. Polis bölməsində onu, Ehtimal, Fərid və Vüsalı bir neçə gün müvəqqəti saxlama təcridxanasında saxlamışlar. O, 4 gün orada qaldıqdan sonra, cərimə ödəmiş və onu buraxmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Müşfiq Rzayev bildirmişdir ki, o, iynədən istifadə etmir. Onu saxlayan Rizvan müəllim olmuşdur. Ona vəkil də təqdim olunmuşdur. Üzərinə axtarış da keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Bunu da protokollaşdırmışlar. Onu və Ehtimal, Fərid və Vüsalı onunla birgə polisə aparmışlar. Ehtimalı da polisdə saxlamışlar, Ehtimalı neçə gün saxlamalarını bilmir. Sonra o, 400 manat cərimə ödədikdən sonra onu buraxmışlar. Cəriməni kimə ödədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şahidlərdən Şahid3 təxminən bir ilə yaxındır ki, tanıyır. Fərid onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs ilə təxminən hadisədən 1 ay əvvəl təsadüfən tanış olmuşdur. X9 Federasiyasından qayıtdığından Fəridlə görüşmək barədə razılaşmışlar. Həmçinin, Sucəddin də görüşmək barədə təklif etdiyi üçün, onlar çay evlərinin birində oturmaq barədə razılaşmış və 28 oktyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Fərid və Sucəddinlə görüşmək üçün gedərkən tanışı Vüsal ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Vüsalı metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında gözlədiyini demişdir. Təxminən 30-35 dəqiqə sonra Vüsal gəlmişdir. Vüsala tanışları Fərid və Sucəddinin onları artıq çay evində gözlədiklərini deyib, Vüsalla birgə “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən çay evlərindən birinə gəlib, Fərid və Sucəddinlə görüşərək, onlarla birgə bir masa arxasında əyləşib çay içib söhbətləşən ərəfədə, Müşfiq adlı şəxsə zəng edərək Müşfiqdən istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini xahiş etmişdir. Müşfiqi təxminən 1 aya yaxın imiş ki, narkotik vasitənin satışını təşkil edən şəxs kimi tanımışdır. Müşfiq bir-iki dəfə ona narkotik vasitə qurudulmuş marixuana təşkil etmişdir. Hadisə günü də Müşfiqə narkotik vasitənin təşkili ilə bağlı müraciətindən sonra Müşfiq 50 manat pul müqabilində Azər adlı tanışının vasitəsi ilə ona yarım kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana təşkil edəcəyini deyib, narkotiki harada və nə vaxt veriləcəyi barədə ona əlavə məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Müşfiq təkrar onunla əlaqə saxlayaraq, həmin gün saat 21 radələrində metronun “H.Aslanov” stansiyası yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısında görüş təyin etmişdir. Bundan sonra, o, bu barədə tanışlarına məlumat verib, öz istifadəsi üçün narkotik vasitə marixuana almaqdan ötrü metronun “H.Aslanov” stansiyası yaxınlığına getməli olduğunu demişdir. Fərid, Sucəddin və Vüsal onunla birgə gəlmək istədiklərini bildirmişlər. O, Sucəddin, Vüsal və Fəridin onlarla getməsinə razı olmuşdur. Bundan sonra onlar yol taksi avtomobli ilə metronun “H.Aslanov” stansiyası yaxınlığına gəlmişlər. Yolda gedərkən o, Sucəddin və Fəridlə danışmışdır ki, narkotik vasitəni pul vermədən ələ keçirsinlər. Planına əsasən pulu olmadığı üçün o, narkotik vasitəyə görə razılaşdıqları 50 manat pulu narkotik vasitənin satışını həyata keçirən şəxsə nümayiş etdirib ondan narkotik vasitəni ona göstərməsinə nail olmalı, həmin şəxs narkotik vasitəni göstərdiyi tədqirdə onun fikrini yayındırıb narkotik vasitəni əlindən dartıb alaraq qaçmalı imiş. Bu barədə tanışları Fərid və Sucəddinə desə də, Vüsala bu barədə heç nə bildirməmişlər. Onlar “H.Aslanov” metrosansiyasının yaxınlığına gəldikdən sonra, Fəriddən 50 manat pul alıb, tək halda metrostansiya yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısına gəlmişdir. Orada Müşfiqin onu gözlədiyini görüb ona yaxınlaşmışdır. Həmin vaxt Müşfiq yanında olan sonradan adını öyrəndiyi Azər adlı şəxsi işarə edib, narkotik vasitənin satışını həmin şəxsin həyata keçirəcəyini demişdir. Həmin vaxt o, Azərlə görüşdükdə, söhbət etdikləri yerdə insan toplusu olduğundan planlaşdırdığı əməli həmin yerdə həyata keçirə bilməyəcəyini düşünüb, Azərdən alqı-satqını daha sakit yerdə etməyi təklif etmişdir. Azər təklifi ilə razılaşıb, yol taksi avtomobili saxlatdırmış və o, Müşfiqlə birgə avtomobilə əyləşmişdir. Həmin vaxt “Whatsapp” vasitəsi ilə Sucəddinə sms yazıb, taksi avtomobilinin arxası ilə gəlməsini tapşırmışdır. Onlar taksi avtomobili ilə “Kvadratlar” deyilən yer istiqamətdə qısa bir məsafə qət etmişlər və Azər taksi avtomobilini saxlatdırmışdır. Məhəllə arasına doğru gəldikdə, o, cibindəki 50 manat pulu Azərə nümayiş etdirib, Azərdən narkotik vasitəni verməsini istəmişdir. Azər isə pulu götürmədən narkotik vasitəni verməkdən imtina etdiyi üçün, məcbur olub 50 manat pulu verməklə kibrit qutusunda olan narkotik vasitə olan marixuananı Azərdən almışdır. Həmin ərəfədə artıq Fərid və Sucəddinin ona çatdıqlarını gördükdə, planlaşdırdığı işi həyata keçirməkdən ötrü Azəri səsləyib, narkotik vasitəni istəmədiyini deyərək, pulunu qaytarmasını istəmişdir. Azər pulu qaytarıb, narkotik vasitəni ondan götürərək, məhəllələr arasında yerləşən qarajlar istiqamətdə irəlilədikdə, o, Fərid və Sucəddinlə birgə Azərin arxası ilə gəlib saxlamışlar. Həmin vaxt o, Azərin əlindən yapışıb narkotik vasitəni əlindən almağa çalışdıqda, Azər üzü üstə yerə yıxılmışdır. Bu zaman Fərid ona yaxınlaşıb, həmçinin Azərin sağ əlindən tutub barmaqlarını aralıyaraq, əlinin içində saxladığı narkotik vasitəni almaq üçün köməklik etməyə başlamışdır. Sucəddin isə Azərin narkotik vasitənin satışı ilə məşğul olması səbəbindən, Azəri cəzalandırmaq üçün təpiklə baş nahiyyəsindən yüngül zərbələr vurmağa başlamışdır. Bir neçə dəqiqə sonra Azərin əli boşaldığı üçün, Azərin əlində saxladığı 01 ədəd kibrit qutusunu almağa nail olmuş və tanışlarına oradan qaçmalarını demişdir. Onlar Azərdən kənarlaşıb qaçmaq istədikləri vaxt Azər onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Həmin zaman Sucəddin əsəbləşib cibindən bıçaq çıxarıb Azəri işlətdiyi söyüşlərə görə cəzalandırmaqdan ötrü Azərin üzərinə gedib bıçaqla Azərin axra nahiyyəsindən ardıcıl bir neçə dəfə zərbə vurmuşdur. Azəri vurarkən işlətdiyi nalayiq ifadələrə görə etdiyini deyib ondan kənarlaşmışdır. Azərdən kənarlaşdıqdan sonra Vüsalın yaxınlıqda onları gözlədiyini görüb, Vüsalı da, səsləyərək birgə hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Hadisə yerindən uzaqlaşdıqdan sonra kibrit qutusunu açıb, içərisinə nəzər yetirdikdə, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğuna əmin olmuşdur. Narkotik vasitəni gələcəkdə istifadə etməkdən ötrü özü ilə götürmüşdür. Səhəri gün o, tək Azərdən ələ keçirdiyi narkotik vasitə olan marixuananı çəkmək yolu ilə istifadə etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, pulu göstərib narkotiki alandan sonra pulu verməməyi baradə avtomobildə gedərkən planlaşdırmışdır. Avtomobildə onunla olan uşaqlar da onun planıyla razılaşmışlar. Onu Xətai RPİ-nin 36-cı PB-də inzibati qaydada 25 sutka saxlamışlar. Narkotik vasitə 60-70 qram olmamış, kibrit qutusunun yarısı qədər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən bir ilə yaxındır ki, tanıyır. 28 oktyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində təhsil aldığı universitetdən çıxdıqdan sonra, o, Ehtimala zəng vuraraq metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında görüşmək barədə razılaşmışdır. Həmin ünvanda Ehtimalla görüşdükdə, Ehtimal tanışı Fərid adlı şəxsin yaxınlarda Rusiya Federasiyasından qayıtdığını və hazırda Sucəddin adlı şəxslə birgə kafedə əyləşdiyini deyib, onlarla görüşməyi təklif etmişdir. Onun Fərid və Sucəddinlə münasibəti olmasa da, onları Ehtimalın tanışları kimi şifahi olaraq tanımışdır. Buna görə də, razılaşıb Ehtimalla birgə metrostansiya yaxınlığında yerləşən çay evlərinin birinə gəlmişdir. Çay evinə gəldikdə Fərid və Sucəddinlə görüşüb onlarla birgə bir masa axrasında əyləşib çay içib söhbətləşməyə başlamışlar. Həmin ərəfədə Ehtimal mobil telefonu vasitəsi ilə kimləsə danışıb, danışığını bitirdikdən sonra, özünün istifadəsi üçün qurudulmuş marixuana almaq üçün metronun “H.Aslanov” stansiyası yaxınlığına getməli olduğunu demişdir. O da Ehtimalla birgə gəlməyi təklif etdikdə, Ehtimal onun onlarla getməyinə razı olmasa da, onun təkidindən sonra onlarla getməyinə razılaşmışdır. Bundan sonra onlar birgə, yəni, o, Fərid, Sucəddin və Ehtimal yol taksi avtomobili ilə metronun “H.Aslanov” stansiyası yaxınlığına gəlmişlər. Oraya gəldikdə, Ehtimal yarım kibrit qutusu qurudulmuş marixuananı 50 manat pul müqabilində almaq üçün razılaşdığını deyib, həmin narkotik vasitəni almaq üçün Fəridddən 50 manat borc pul almış, eyni zamanda qısa zamanda pulu qaytaracağını deyib, hər hansı narahatçılıq doğurmamaq üçün, onlara metronun qarşısında qalmaqlarını tapşırmışdır. Özü isə onlardan bir qədər kənarlaşıb, metrostansiya yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısına gələrək, orada sonradan adını öyrəndiyi Müşfiq və Azər adlı şəxslərlə görüşmüşdür. Onlar bir neçə dəqiqə söhbətləşdikdən sonra, birgə taksi avtomobilinə minərək uzaqlaşmışlar. Ehtimal taksi avtomobilinə mindikdən bir neçə dəqiqə sonra, Sucəddin və Fərid qəflətən metro istiqamətdə qaçaraq hərəkətə başlamışlar. Nə baş verdiyini bilməsə də, artıq onlarla birgə gəldiyi üçün, o da onların arxaları ilə getmişdir. O, bir qədər yubanıb, “Kvadratlar” deyilən əraziyə gəlib çatdıqda, Azər adlı şəxsin üzü üstə yerə uzanıqlı vəziyyətdə olub, Ehtimalın Fəridlə birgə Azərin sağ əlində saxladığı kibrit qutusunu dartaraq əlindən almaq istəməsinin, Sucəddinin isə Azərin sol yan tərəfində ayaq üstə durub təpiklə onun baş nahiyyəsindən zərbələr vurmasının şahidi olmuşdur. Müşfiq adlı şəxsi isə ümumiyyətlə həmin ətrafda görməmişdir. Həmin ərəfədə Ehtimal Azərin əlində saxladığı kibrit qutusunu almağa nail olduqda, hər üçü ondan kənarlaşmışdır. Bu zaman Azər onların ünvanına nalayiq ifadələr səsləndirdiyindən, Sucəddin cibindən bıçaq çıxarıb Azərin üzərinə gedib, bıçaqla onun arxa nahiyyəsindən ardıcıl bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra onlar birgə hadisə yerindən qaçaraq, “H.Aslanov” metrostansiyasının qarşısına, oradan isə avtobusa əyləşib, birgə metronunun “Xalqlar Dostluğu” stansiyasına gəlmişlər. Yolda gələrkən Ehtimal Azərin əlindən aldığı kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, Ehtimal onun uşaqlıq dostudur, aralarında daim yaxşı münasibətlər olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamış, Vüsal və Sucəddin adlı şəxsləri isə Ehtimalın dostları kimi şifahi olaraq tanımış, onlarla bilavasitə görüşü hadisə gününə, yəni, 28 oktyabr 2021-ci il tarixə təsadüf etmiş, qeyd etmiş ki, məktəbi bitirdikdən sonra, özünə münasib iş tapa bilmədiyi üçün, işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, orada fərdi qaydada ticarətlə məşğul olmuş, lakin son vaxtlarda RF-da işləri uğursuz olduğu üçün, orada iş fəaliyyətini dayandıraraq təkrarən Bakı şəhərinə qayıtmış, Bakı şəhərinə gəldikdən bir neçə gün sonra, Ehtimalla zəngləşib, görüşmək barədə təklif etmiş, onlar danışıb, həmin gün saat 18 radələrində metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında görüşmək barədə razılaşmış, həmin gün saat 18 radələrində metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında Ehtimalla görüşdükdə, o, yanında olan Sucəddin adlı şəxslə onu tanış edib, onunla birgə metrostansiya yaxınlığında yerləşən çay evlərinin birinə getməyi tapşırmış, belə ki, özünün də qısa aradan sonra tanışı Vüsal adlı şəxslə birgə gəlib, onlara qoşulacağını demiş, Ehtimalın deməsindən sonra o, Sucəddinlə birgə yaxınlıqda yerləşən çay evlərinin birinə gəlib, masa arxasında əyləşərək söhbətləşməyə başlamış, təxminən 30-40 dəqiqə sonra Ehtimal Vüsal adlı tanışı ilə birgə çay evinə gəlib onlarla birgə bir masa axrasında əyləşmiş, onlar çay içib söhbətləşən ərəfədə Ehtimal mobil telefonu vasitəsi ilə kimləsə danışıb, danışığını bitirdikdən sonra, özünün istifadəsi üçün qurudulmuş marixuana sifariş etdiyini, narkotik vasitəni almaqdan ötrü metronun H.Aslanov stansiyası yaxınlığına getməli olduğunu demiş, onlar da, Ehtimalla birgə gəlməyi təklif etdikdə, Ehtimal o və Sucədddinin gəlməsinə razılıq versə də, Vüsal tələbə olduğu üçün ona etiraz etmiş, lakin Vüsal onlarla gəlmək barədə təkid etdiyindən sonda razılaşmış, bundan sonra onlar birgə, yəni o, Sucəddin, Vüsal və Ehtimal yol taksi avtomobili ilə metronun H.Aslanov stansiyası yaxınlığına gəlmiş, yolda hərəkətdə olduqları zaman, Ehtimal Müşfiq adlı şəxsə 50 manat pul müqabilində yarım kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana sifariş verdiyini, Müşfiqin də, Azər adlı şəxsin vasitəsi ilə həmin narkotik vasitəni təşkil etdiyini bildirmiş, lakin narkotik vasitəni almaq üçün pulunun olmadığını, bu səbəbdən narkotik vasitəni talama yolu ilə ələ keçirmək istədiyini demiş, bundan sonra ona ünvanlanıb, ona 50 manat pul verməyi xahiş etmiş, belə ki, həmin pulu narkotik vasitənin satışını həyata keçirən şəxsə nümayiş etdirib ondan təşkil etdiyi narkotik vasitəni ona göstərməsinə nail olacağını, həmin şəxs narkotik vasitəni ona göstərdiyi təqdirdə fikrindən yayındıraraq narkotik vasitəni əlindən dartmaqla ələ keçirəcəyini, bundan sonra həmin 50 manatı ona geri qaytaracağını demiş, o da, Ehtimalın dedikləri ilə razılaşıb, hər hansı xoşagəlməz halla qarşılaşmaması üçün hərəkətləri barədə onları məlumatlandırmasını xahiş etmiş, bu minvalla H.Aslanov metrosansiyasının yaxınlığına gəldikdən sonra, Ehtimal ondan 50 manat pulu götürüb, tək halda metrostansiya yaxınlığında yerləşən “Manqal Dönər” adlı kafenin qarşısına gəlmiş, onlar isə şübhə doğurmamaq üçün kənarda qalıb, onun hərəkətlərini izləməyə başlamış, həmin ünvana gəldikdə, Ehtimal sonradan adlarını öyrəndiyi Müşfiq və Azər adlı şəxslərə yaxınlaşmış, onlarla bir neçə dəqiqə ərzində söhbət etdikdən sonra, birgə taksi avtomobilinə əyləşib hərəkətə başlamış, həmin vaxt onlar narahatçılıq keçirib, taksi avtomobilinin arxası ilə hərəkətə başlamış, bu vaxt Ehtimal istifadəsində olan xatırlamadığı mobil nömrədən Sucəddinin istifadəsində olan mobil nömrəyə “Vhatsapp” mobil tətbiqi vasitəsi ilə sms yazaraq “kavdratlar” deyilən yer istiqamətdə gəlməklərini tapşırmış, bundan sonra o, Sucəddinlə birgə qaçaraq həmin istiqamətdə hərəkətə başlamış, Vüsal isə özünü itirib, baş verənlərdən anlayışsız olduğu üçün, yeriyərək arxaları ilə gəlmiş, həmin gün saat 22 radələrində artıq “kvadratlar” adlanan yerə çatıb, məhəllərin birinə daxil olduqda, Ehtimalın həmin məhəllədəki qarajlar arasında Azər adlı şəxslə söhbətləşməsinin şahidi olmuş, dərhal Ehtimala yaxınlaşdıqlarında, Ehtimal Azərin sağ qolundan tutub, onun əlində sıxaraq saxladığı kibrit qutusunu almağa çalışmış, Azər Ehtimalla tutuşan ərəfədə ayağı büdrədiyindən üzü üstə yerə yıxılmış, həmin vaxt o, Ehtimala yaxınlaşıb, Azərin sağ əlində sıxaraq sağladığı kibrit qutusunda olan narkotik vasitəni almaqdan ötrü ona köməklik göstərib, əlini aralamağa çalışmış, Sucəddin isə Azərin başının üstündə durub, onun narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı cəzalandırmaqdan ötrü təpiklə baş nahiyyəsindən yüngül zərbələr vurmuş, həmin ərəfədə Ehtimal Azərin sağ əlində sıxaraq saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu almağa nail olduğundan onlara “qaçın” deyə qışqırmağa başlamış, bu vaxt onlar Azərdən kənarlaşıb, qaçmaq istədikdə, Azər ünvanlarına nalayiq ifadələr işlətmiş, belə olan halda Sucəddin əsəbləşib cibindən bıçaq çıxarıb Azəri işlətdiyi söyüşlərə görə cəzalandırmaqdan ötrü onun üzərinə gedib, bıçaqla onun axra nahiyyəsindən ardıcıl bir neçə dəfə zərbə vurmuş, eyni zamanda bu hərəkəti işlətdiyi nalayiq ifadələrə görə etdiyini deyib, ondan kənarlaşmış, o, Azərdən kənarlaşdıqdan sonra Vüsalın yaxınlıqda onları gözlədiyini görüb, onu da səsləyərək birgə hadisə yerindən qaçaraq uzaqlaşmış, hadisə yerindən uzaqlaşdıqdan birgə avtobus vasitəsi ilə metronun “Xalqlar Dostluğu” stansiyası qarşısına gəlmiş, həmin ünvana gəldikdə, onlar görüşərək, ayrılmış, Ehtimal Azərin əlindən aldığı narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün özündə saxlamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin елан олунмуш ифадясини və şahidлярин ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 36-cı PB-nin məsul növbətçisi, polis mayoru Vüqar Həsənovun 29 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, 28.10.2021-ci il tarixdə, 3 saylı Şəhər Klinik Xəstəxanasından daxil olmuş məlumatda 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında bıçaq zərbəsi nəticəsində kəsilmişdeşilmiş yarası ilə xəstəxanaya daxil olduğu bildirilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “baxış keçirmə və götürmə” haqqında 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş üzərində zədə izləri və qanabənzər ləkələr olan 01 ədəd cins şalvar 3 saylı Şəhər Klinik Xəstəxanasından götürülmüşdür. Cinayət işinin 55-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “baxış keçirmə və götürmə” barədə 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq - tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itələnmiş, tiyənin sol üzündə “440C Stell” yazısı, sağ üzündə “Grand Way” və zavod emblemi həkk edilmiş, dəstəyinin əsası metaldan hazırlanmış, üzəri taxta materialdan olan 01 ədəd bıçağı istintaq orqanına təqdim edərək, 28 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində “kvadratlar” deyilən ərazidə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı həmin bıçağı ona qarşı tətbiq etməklə, qəsdən bıçaqla onun sağrı nahiyyəsindən beş dəfə zərbə vurduğunu bildirmişdir. Cinayət işinin 58-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 noyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 noyabr 2021-ci il tarixli “əşyanın tanımaya təqdim edilməsi” haqqında protokolun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş eyni növdən olan oxşar formalı əşyalar sırasından Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi üzərində “440C Stell”, “Grand Way” sözləri və zavod emblemi həkk edilmiş 01 ədəd bıçağı formasından və digər əlamətlərindən tanıyaraq, hadisə zamanı sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs məhz həmin bıçağı ona qarşı tətbiq edərək, bıçaqla onun sol sağrı nahiyyəsindən ardıcıl beş dəfə zərbə vurub ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 133-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 noyabr 2021-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, hadisə ilə bağlı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini tam surətdə təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və X5 rayon şöbəsinin 19.11.2021-ci il tarixli 1144 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin daxilə nüfuz edərək böyük piyliyin zədələnməsinə və daxili qanaxmaya səbəb olan bir ədəd, daxilə nüfuz etməyən dörd ədəd (cəmi beş ədəd) deşilmiş-kəsilmiş yaraları, sol gözaltı və sağqulaqarxası nahiyələrin dərialtı hematomaları, sağ dirsəyin və sol əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlərdən sol sağrı nahiyəsinin daxilə nüfuz edərək böyük piyliyin zədələnməsinə və daxili qanaxmaya səbəb olan bir ədəd, daxilə nüfuz etməyən dörd ədəd (cəmi beş ədəd) deşilmiş-kəsilmiş yaraları iti uca və kənara malik əşyanın (bir və daha çox bıçağın), digər xəsarətlər isə bərk küt əşya (lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 28.10.2021-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcələrinə görə sol sağrı nahiyəsinin daxilə nüfuz edərək böyük piyliyin zədələnməsinə və daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, həmin nahiyənin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaraları, sol gözaltı və sağ qulaqarxası nahiyələrin dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sağ dirsəyin və sol əlin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 116-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X6 03 fevral 2022-ci il tarixli 06/MKTŞ- 2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvarın arxa səthinin sol yarısında beş ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. Cinayət işinin 121-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X6 04 fevral 2022-ci il tarixli 13/20222-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A /ll/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə A /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs söyüş söyməsinə görə vurmuşdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə təqsirləndirilən şəxsin verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlunun cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 fevral 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 109-115-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsnin 18 dekabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsnin hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20.10.2017-ci il tarixdə cəzası 2 il azadlıqdan məhrum etmə cəzasına endirilərək, cəza müddəti bitdiyindən cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2021-ci il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinə könüllü olaraq gələrək, özündə olan bıçaqla Zərərçəkmiş şəxs bıçaq zərbələri yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarında göstərilir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsində asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 42-ci vərəqəsində olan 04 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 51-55-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli 4(011)-482/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən 01 ədəd ov bıçağı, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd cins şalvar məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğlunun cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən 01 ədəd ov bıçağı, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd cins şalvar məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar