Məhkəmə qərarları › İş №1(101)-752/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-752/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-752/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Ağa-Zəki qızının və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, 7 noyabr 1990-cı ildə Lənkəran rayonu, Portiliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 20 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatmış), məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, üzərlərində saxlamaqla daşımışdırlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib satışını həyata keçirtmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri əldə edəcəyinə və onun iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş, həmin cinayət əməllərini həyata keçirtmək üçün Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,513 qram, 0,408 qram, 0,501 qram, 0,563 qram, 0,509 qram, 0,402 qram, ümumi təmiz çəkisi 3,45 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 0,334 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, bundan sonra Təqsirləndirilən şəxs2 razılaşmaya əsasən 1 ədəd bükümdə 0,402 qram narkotik vasitə heroini özündə saxlayaraq, 6 bükümdə olmaqla ümumi çəkisi 3,048 qram təşkil edən külli miqdarda narkotik vasitə heroni və 1 ədəd bükümdə təmiz çəkisi 0,334 qram təşkil edən psixotrop maddə metamfetamini satışını həyata keçirtmək üçün ona vermiş, o, satış məqsədilə qanunsuz olaraq əldə edilmiş 1 ədəd bükümdə olan psixotrop maddənin satışını həyata keçirtmək üçün kiçik bükümlərə bölməklə 7 ədəd bükümlərdə qablaşdırmaqla, habelə 6 ədəd bükümdə olan ümumi çəkisi 3,048 qram təşkil edən narkotik vasitəni üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən DİN-nin Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 16 may 2023-cü il tarixdə saat 14:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq, Səbail RPİ-nə dəvət edilmiş və həmin gün saat 15:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən eynək qabının içərisində 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,513 qram, 0,408 qram, 0,501 qram, 0,563 qram, 0,509 qram, ümumi təmiz çəkisi 3,048 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,023 qram, 0,030 qram, 0,057 qram, 0,042 qram, 0,045 və 0,108 qram, ümumi təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2, 16 may 2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Səbail rayonu İçəri Şəhər qoruğunun qarşısında saxlanılaraq, Səbail RPİ-nə dəvət edilmiş və həmin gün saat 19:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının cibindən 1 ədəd siqaret qutusunun içərisində 1 ədəd bükümdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələrlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən təmiz çəkisi 0,402 qram olan edən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz əldə edib, üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları onu saxlayıb Səbail RPİ-nin inzibati binasına gətirmişlər. Saxlanılan zaman üzəridə 1 qram heroin, 0,7 qram isə metamfetamin olmuşdur. Polis idarəsində polis əməkdaşlarının təzyiqi nəticəsində o, ittiham aktında qeyd edilən narkotik vasitələri şəxsi axtarış zamanı özünə məxsus olduğunu demişdir. Onları saxladıqdan sonra Səbail RP-nin 9-cu Polis Bölməsinə aparmamışlar. İbtidai istitnaq zamanı onu hədələyib təhqir etdiklərindən məcbur olub narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərində 1 qram heroin və 0,7 qram metamfetamin olmuşdur, polis əməkdaşları tərəfindən çəkiləri artırılmışdır. Onu polis idarəsində döyməsələr də, sadəcə 1-2 şillə vurmuşlar. Fiziki yox, psixoloji təsir etmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234.1-ci maddələri ilə məhkum olunmuş, 6 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, özü bir neçə müddətdir narkotik istifadəçisidir və Təqsirləndirilən şəxs2 da narkotik istifadəçisi olduğunu, satışı ilə məşğul olduğunu bilmişdir. O, özü bir neçə dəfə Toğruldan narkotik aldıqdan sonra razılaşmışdırlar ki, Toğrul narkotik vasitə və heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamini iranlı tanışından əldə edəcək, o, həmin narkotikləri satmaqda kömək edəcək, əvəzində Toğrul ona qazancdan pul verəcək və öz istifadəsi üçün narkotik verəcəkdir. Bu minivalla o, bir neçə dəfə Toğrulun ona verdikləri narkotik vasitələri ayrı-ayrı şəxslərə satmış və həmin qazancdan Toğrul ona pul vermiş, bəzən də şəxsi istifadəsi üçün özünə narkotik götürmüşdür. 15 may 2023-cü il tarixdə Toğrul ona bildirmişdir ki, iranlı tanışından bir neçə büküm heroin və bir büküm metafemtamin götürüb onları satmaq lazımdır. O, razılıq verdikdən sonra həmin gün İçəri Şəhərdə «Qoşa Qala» qapısının yanında Toğrulla görüşmüş, Toğrul ona 6 ədəd bükümdə narkotik vasitə heroin və 1 bükümdə metamfetamin vermişdir. Onların razılaşmalarına görə, həmin “malları" satdıqdan sonra pulunu Toğrula verməli və oradan öz qazancını da götürməli olmuşdur. Heroin xırda bükümlərdə olduğu üçün o, həmin vəziyyətdə saxlamış, lakin metamfetamin nisbətən böyük bükümdə olduğu üçün o, həmin bükümü xırda bükümlərə bölərək 7 büküm etmiş, üzərində saxlayaraq daşımışdır ki, istəyən olsa satsın. 16 may 2023-cü il tarixdə saat 14 radələrində Səbail rayonu İçəri Şəhər qoruğunun qarşısında olan zaman iki nəfər mülki geyimdə tanımadığı şəxs ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra Azərbaycan Respublikası DİN-nin Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində və satışında şübhəli olduğu üçün onu Səbail RPl-nə dəvət etmişlər. Həmin vaxtı onun üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarına etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə yollanmışdır. Polis əməkdaşlarının xidməti avtomobilində yol gedərəkən yolda həmin polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində saxladığı, içərisində narkotik vasitə heroin olan bükümləri özündə kənara atmağa imkan tapmadığı üçün üzərində saxlamışdır. Səbail RPl-nin 9-cu Polis Bölməsində xidməti otaqların birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. O, vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet varsa, könüllü şəkildə təqdim etməsini təklif etmişlər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan krem rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd qara rəngli mavi zəncirbəndli eynək qabını könüllü olaraq masanın üzərinə qoymuşdur. Həmin eynək qabı açılaraq içərisinə baxdıqda, içərisində narkotik vasitə olan heroini və metamfetamin olan bükümlər sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 15 may 2023-cü il tarixdə tanışı Toğrul adlı şəxsdən satıb birlikdə gəlir əldə etmək məqsədilə almışdır. O, əvvəllər tanışı Toğruldan narkotik vasitələr əldə edərək satmış və Toğrula müəyyən məbləğlərdə satışdan pul vermişdir. O, saxlanılarkən, Polis İdarəsinə aparılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir psixi və fiziki təzyiq olunmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etməklə, onu Səbail rayon Polis İdarəsinə dəvət etmişlər, yalnız Polis idarəsinin inzibati binasında xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı və videoçəkiliş aparılmaqla, şəxsi axtarış keçirilmişdir. Onun üzərində aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa o, yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. O, həqiqətən üzərindən aşkar olunan narkotik vasitələri Toğruldan almış, lakin həmin vaxtı o, Toğrula pul verməmiş, satışdan əldə olunan pulu qazanc olaraq böləcəkdi. O, təhqiqat araşdırılması zamanı üzərinə şəxsi axtarış aparılarkən, nə dediyini tam xatırlamamış, çünki həyəcanlı olmuş, ola bilsin, həmin vaxt fikrini düzgün ifadə etməmişdir. Onun narkotik vasitə istifadə etməsini və satışını təşkil etməsini ailə üzvləri bilməmiş, o, bu barədə heç kimə deməmişdir (cild 1 , iş vərəqə 119-121). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə Rövşənlə “tarqoviy” adlanan ərazidə yerləşən “Mcdonalds” restoranın qarşısında görüşməli idi. “Malakan” bağının yanında olanda Rövşənə zəng edib harada olduğunu soruşarkən, ona “Mcdonalds” restoranın qarşısında olduğunu bildirmişdir. O, “Mcdonalds” restoranın qarşısına gəlmiş, Rövşən zəng etdikdə ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq adının Murad olub-olmadığını soruşmuşlar. Onlara adının Toğrul olduğunu dedikdə onu qollarından tutaraq “Qoşa Qala qapılarının” yanına kimi ünvanına nalayiq ifadələr işlədib döyə-döyə aparmışlar. Oradan avtomobilə əyləşdirib Səbail RPİ-nin inzibati binasına gətirmişlər. İttiham aktında Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirildiyi bildirilsə də, onları həmin polis bölməsinə aparmamışlar. Üzərinə şəxsi axtarış keçirilmiş və qanunsuz heç bir əşya tapılmamışdır. Polis əməkdaşları Rövşəni narkotik vasitələrini satmaqda ittiham etsələrdə, onlara Rövşəndən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, lakin heç vaxt özünün narkotik vasitələrin satışı ilə məşğul olmamıdığını demişdir. 0,4 qram narkotik vasitəni təqdim edib siqaret paçkasının içərisinə qoymağını və videoçəkiliş vasitəsilə keçiriləcək şəxsi axtarış zamanı təqdim etməyini bildirmişlər. İbtidia istintaq zamanı Səyyarə xanım da onu vəkili olmuş, həmin vaxtı o da orada olmuşdur. Səyyarə xanım inzibati binaya gələnə kimi onu orada döymüşlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmağı təklif etmişlər, o da məcbur olub onlarla razılaşmışdır. Şəxsi axtarış keçirilmiş, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Həmin gün axşam saat 23:30 radələrində yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Səbil RPİ-dən 5 avtomobil vasitəsilə yaşadığı evə doğru gəlmişlər. Polis əməkdaşları yaşadığı evə daxil olub axtarmağa başlamışlar. O, digər otaqda olanda polis əməkdaşlarından biri evin girişində şkafdan “kərpici” göstərib narkotik vasitə aşkar olduğunu bildirmişlər. Həmin kərpicin içini kəsib üstünü möhürləmişlər. Bu zaman polis əməkdaşları ilə arasında dava-dalaş başlamışdır. Daha sonra Səbail RPİ-nin MSY-də evə baxış zamanı yaranmış mübahisəyə görə onu döymüşlər. Mobil telefonu vasitəsilə başına o qədər vurmuşlar ki, telefonun ekranı sınmışdır. Onu Bakı İstintaq Təcridxanasına gətirdikdən bir neçə gün sonra orada özünü öldürməyə cəhd edərək ayaqqabı ipi ilə özünü asmaq istəmişdir. Daha sonra müstəntiq yaşadığı evdən aşkar olunmuş kərpicin ekspert torpaq olduğunu bildirmiş və anasından “muştuluq” adı altında 300 manat pul almışdır. İttiham aktında iran vətəndaşından 23 manata narkotik vasitə alıb 20 manata satdığı qeyd edilmişdir. Lakin 23 manata aldığı narkotik vasitəni onun 20 manata satmağı çox gülməlidir. Bütün bu faktlar ittiham əsassız olduğunu göstərir. 15 may 2023-cü il tarixdə Rövşənə 7 büküm narkotik vasitə vermiş, 1 büküm narkotik vasitəni isə öz üzərində saxladığı qeyd olunub, həmin 1 büküm narkotik vasitə 16 may 2023-cü il tarixdə saxlanılarkən üzərində olduğu qeyd olunmuşdur. Əgər onun üzərində 1 büküm narkotik vasitə olsaydı, narkotik vasitə istifadəçisi olduğundan ondan isitfadə edərdi. Şəxsi axtarışdan sonra onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağı barədə söz versələr də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham etmişlər. Onu mülki geyimli 3 nəfər polis əməkdaşı saxlayıb adının Murad olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs1 narkotik vasitə almaq üçün onunla görüşəcəkdi. Müstəntiqi 18 may 2023-cü il tarixdə Səbail rayon Prokurorluğunun inzibati binasında görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirdiklərindən sənədlərə oxumadan imza etmişdir. Müstəntiqə ifadə verməmişdir. Təqsirləndirilən şəxs1la arasında üzləşdirmə olmamışdır. 18 may 2023-cü il tarixdən bu yana müstəntiqi görməmişdir. Əvvəllər məhkum olunmuşdur. Saxlanılarkən ona təzyiq olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmaqla razılaşmışdır. Anası qanunsuz həbs edilməyilə bağlı Ombudsmana və Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Yaşadığı evdən aşkar olunan əşyanın ekspertiza nəticəsində torpaq olduğu müəyyən edilmişdir. O, qanunsuz ittiham olunmağa dözə bilməyib 28 may 2023-cü il tarixdə özünü öldürməyə qərar vermişdir. Təcridxanada özünü asdığını yeməy gətirən dustaq görüb işçilərə xəbər vermişdir. Onu təcridxananın tibbi-sanitariya hissəsinə yerləşdirib oradan Müalicə Müəssisəsinə aparmışlar. Təcridxanada özünü asarkən kamerada olan dustaqların 14 nəfər “gəzinti meydançasına” çıxmış, biri isə yatırmışdır. Onun başına və müxtəlif bədən nahiyələrinə xəsarət yetirmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Bir müddətdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitələri qəbul edir, təxminən bir il yarım olar, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan özünü “Əli” kimi təqdim edən şəxslə söhbət zamanı ona narkotik vasitələrin satılması ilə məşğul olmasını bildirmiş, o, öz növbəsində müxtəlif vaxtlarda «Əli» adlı şəxsdən öz şəxsi istifadəsi və satışının həyata keçirilməsi üçün sifariş etmişdir. Həmin narkotik vasitələrin satışında ona Rövşən adlı şəxs köməklik göstərmiş, belə ki, o, yuxarıda qeyd edilən şəxsdən narkotik vasitəni əldə edərək Rövşənə satması üçün vermiş, Rövşən də satıb onun qazanc olaraq pulunu vermişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən 7 ədəd büküm heroin, 1 ədəd bükümdə metamfetamin olmaqla, ümumilikdə 8 bükümə ümumilikdə 184 manat məbləğində pul ödəməklə əldə etmiş, bundan sonra Rövşənlə əlaqə saxlayaraq satmaq üçün narkotik vasitə və metamfetamin olduğunu bildirmişdir. Rövşən əvvəllər də onda olan «malların» satışına kömək etmiş, qazancı bölmüşlər. O, narkotik vasitələrdən 1 ədəd bükümünü öz şəxsi istifadəsi üçün əynində olan idman gödəkçəsinin cibinə qoymuşdur ki, bədənində ağrıları olduğunda istifadə etsin. O, 15 may 2023-cü il tarixdə 7 ədəd bükümü satmaq üçün «Qoşa Qala» qapısının yanında Rövşənə vermiş, səhəri gün üzərindən olan narkotik vasitəni «Winston» adlı siqaret qutusunun içərisinə, onu da əynində qara rəngli idman gödəkçəsinin sol yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Səbail rayonu N.Rəfibəyli küçəsi «McDonalds» restoranın qarşısında dayanan zaman tanımadığı şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxslər Səbail RPİ-nin NMB-nin polis əməkdaşlarıdırlar. Polis əməkdaşları onu Səbail RPİ-yə dəvət etmişlər, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmişlər. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəklişlə şəxsi axtarış və götürmə aparılması ona bildirilmiş, o da, öz növbəsində buna etiraz etməmişdir. Çəkiliş başladıqdan sonra ona üzərində olan qeyri-qanuni əşya və predmeti könüllü təqdim etməyi təklif olunmuş, o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən «Winston» adlı siqaret qutusunu və qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələri olan «HonorX8» markalı mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoyaraq təqdim etmişdir, ağ rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra orada aşkar edilmiş narkotik vasitə hesab edilən heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və DİN-nin 51 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra ona yaşadığı ünvanda narkotik vasitələrin olubolmaması ilə bağlı sual verildikdə, o, yaşadığı ünvanda narkotik vasitənin olmadığını bildirmiş, polis əməkdaşları ona yaşadığı mənzildə baxış keçirilməsi təklifini etmişlər, o, yaşadığı mənzildə baxış keçirilməsinə etiraz etməmiş, etiraz etmədiyinə görə bu barədə ərizəsi qəbul olunmuşdur. Daha sonra o, həmin əməkdaşlarla birgə onların xidməti avtomobili ilə yaşadığı ünvana yollanmışlar, ünvana çatdıqda polis əməkdaşlarına məlum olmuşdur ki, həmin ünvan ünvan 7nvandır, ünvan dəqiqləşdirildikdən sonra yaşadığı evə polis əməkdaşları, eləcə də hüquqlarının müdafiəsi üçün təqdim edilmiş müdafiəçi ilə birlikdə mənzilə daxil olmuşlar. İlk öncə dəhlizdə olan ayaqqabıların yığılması üçün nəzərdə tutulmuş şkafa, daha sonra mətbəxə baxış keçirilmiş, lakin hər hansı bir qeyriqanuni əşya aşkar edilməmişdir. Daha sonra mətbəxin yanında olan yataq otağına daxil olduqda 2 ədəd çarpayının olması, onun yatdığı çarpayının üzərində olan döşəyin altından gümüşü kağızlar və içərisində narkotik vasitəyə bənzər maddənin izləri olan şəffaf sellofanlar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra dəhlizdə olan taxta şkafa baxış keçirilən zaman həmin şkafın üzərindən göy rəngli üzəri yapışqan skoçla bükülmüş içərisində qəhvəyi rəngi spesifik iyə malik olan bağlama aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun yaşadığı mənzilindən aşkar edilərək götürülmüş bağlamanın, sellofan bükülünün və gümüşü kağızların nə olmasını barədə ondan soruşduqda, bağlamanın ona aid olmadığını, lakin digər aşkar edilmiş sellofan bükülünün və gümüşü kağızların ona aid olmasını, eləcə də, həmin sellofan bükülünün içərisində narkotik vasitəni istifadə etdiyini, boş sellofanı və gümüşü kağızları döşəyin altına qoyduğunu bildirmişdir. Bundan sonra yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə hesab edilən heroin sellofan torbaya digər sellofanı və gümüşü kağızları şəffaf sellofana bükülərək polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və DİN-in 51 saylı möhürü ilə möhürlənmişdir. O, aldığı narkotik vasitə olan heroinin bir hissəsini bədənində ağrıları olduğu üçün öz şəxsi istifadəsi üçün, qalan hissəsini isə Rövşən adlı şəxsin vasitəsi ilə sataraq birlikdə qazanc əldə etmək məqsədi ilə əldə etmişdir. Narkotik vasitə olan heroini ona satan şəxsin İran İslam Respublikasının vətəndaşı, adının Əli olmasını bilmiş, lakin Əlini tanımamış, eləcə də, anket məlumatları ona məlum olmamışdır. O, həmin şəxsi görmədiyi üçün xarici görünüşü barədə heç nə deyə bilməmiş, hər dəfə eyni şəxsdən narkotik vasitə hesab edilən heroini eyni şəxsdən almışdır. O, saxlanılarkən, Polis İdarəsinə aparılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir psixi və fiziki təzyiq olunmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etməklə onu Səbail rayon Polis İdarəsinə dəvət etmiş, yalnız həmin Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Onun narkotik vasitə istifadə etməsini və satışını təşkil etməyini ailə üzvləri bilməmiş, o, bu barədə heç kimə deməmişdir (cild 1, iş vərəqə 133-136). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail RPİ-nin KTQ-nin inspektor kriminalisti vəzifəsində çalışır. O yalnız şəxsi axtarış zamanı videoçəkiliş vasitəsilə qeydiyyatı aparmışdır. Təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etməmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən hadisəni təfərrüatlı şəkildə xatırlamır. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış zamanı videoçəkiliş Səbail RPİ-nin inzibati binasında həyata keçirilmişdir. Nizami metrostansiyasının yaxınlığında yerləşən yaşayış evində videoçəkiliş aparmamışdır. Təqsirləndirilən şəxslərlə əlaqədar yalnız şəxsi axtarış zamanı videoçəkilişi həyata keçirdiyini xatırlayır. Hadisənin üzərindən uzun müddət keçdiyindən və analoji işlərin çoxluğu ilə əlaqədar bəzi halları xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verib-vermədiyini xatırlamır. İfadədə qeyd edilən sözlərin onun tərəfindən deyilib-deyilmədiyini xatırlamır. İfadəsini oxuduqdan sonra imzalamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nə Rövşən adlı şəxsin Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər qoruğu ərazisində narkotik vasitələrin qanunsuz qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Daxil olmuş məlumat barədə Polis İdarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Səbail RPİ-nin rəisi, polis mayoru Çinar Nuriyev, NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər qoruğunun qarşısında Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nə dəvət edilmişdir. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncuya üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq həmin vaxtı əynində olan sarımtıl rəngli şalvarının sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, əynində olan krem rəngli gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli mavi zamoklu eynək qabını masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin eynək qabı açıldıqda içərisində 10 ədəd ağ sellofana, 2 ədəd gümüşü kağıza və 1 ədəd yaşıl rəngli sellofana bükülmüş bükülülər olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi və satış məqsədilə xx.xx.2023-cü il tarixdə Toğrul adlı tanışından hər birini 20 manat pulun müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə 11 ədədinin içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddələr, 2 ədəd bükümün içərisində ağ rəngli kristal şəkilli maddələr olması aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 13 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Bundan sonra «Toğrul» adlı şəxsin şəxsiyyətinini və yerinin müəyyən edilərək təhqiqat şöbəsinə təmin edilməsinə dair verilmiş tapşırıqla əlaqədar 16 may 2023-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər qoruğunun qarşısında zahiri görünüşcə «Toğrul» adlı şəxs şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin 7 noyabr 1990-cıi İldə Lənkəran rayonu, Port-lliç şəhərində anadan olmuş, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 11 ünvanında qeydiyyatda olan, ünvan 12yan Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Polis İdarəsinin İnzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncuya üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən “Vinston” adlı siqaret qutusunu və əynində olan qara rəngli idman şalvarının cibindən 1 ədəd «Honor X8» markalı mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunun içərisinə baxdıqda 9 ədəd siqaret və 1 ədəd ağ sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olan büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən bir bükümü 23 manat olmaqla ümumilikdə 184 manat pulun müqabilində 8 ədəd büküm aldığını, həmin bükümlərdən 7 ədədini Rövşən adlı şəxsə satmaq məqsədilə verdiyini, digər 1 ədəd bükümü isə öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofanın içərisinə baxdıqda qəhvəyi rəngli, tozşəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriliməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 Səbail RPl-nə ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 99 ünvanına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən qəbul edilmiş «mənzildə axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən həmin ünvana yollanmışlar. Axtarış və götürmə başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 və bütün iştirakçılar prosessual hərəkətin aparılması video çəkilişdən istifadə olunacağı barədə xəbərdar edilmişdir. Şübhəli şəxs və iştirakçılar tərəfindən bununla bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunu bu barədə qərarla tanış edib mənzilində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilində hər-hansı bir qeyri-qanuni əşyanın olmamasını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla mənzildə axtarış aparılmağa başlanmışdır. Mənzildə olan yataq otağındakı çarpayının üzərində olan döşəyin altından gümüşü kağızlar və içərisində narkotik vasitəyə bənzər maddənin izləri olan şəffaf sellofanlar aşkar edilərək götürülmüşdür. Daha sonra dəhlizdə olan taxta şkafa baxış keçirilən zaman şkafın üzərindən göy rəngli, üzəri yapışqan skoçla bükülmüş, içərisində qəhvəi rəngli maddə olan bağlama aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bağlamanın ona aid olmadığını, digər aşkar edilmiş sellofan bükülü və gümüşü kağızların özünə aid olmasını, eləcə də, həmin sellofan bükülünün içərisində narkotik vasitəni istifadə etdiyini, boş sellofanı və gümüşü kağızları döşəyin altına qoyduğunu bildirmişdir. Aşkar edilmiş 1 ədəd üzərindən göy rəngli üzəri yapışqan skoçla bükülmüş, içərisində narkotik vasçitəyə bənzər maddə olan büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilində axtarış və götürmə aparılmasına dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 221-225). Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilərək ifadələri elan olunmuş Şahid2 və Şahid4 Şahid3 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 218-220 və 226-229). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid3 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 213-217). Cinayət işinin materiallarında olan 17 may 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir (cild 1, iş vərəqə 103-106). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 16 may 2023-cü il tarixli protokoldan görünür ki, 16 may 2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, İçərişəhər qoruğunun qarşısında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq həmin vaxtı əynində olan sarımtıl rəngli şalvarının sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, əynində olan krem rəngli gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli mavi zəncirbəndli eynək qabını masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin eynək qabı açıldıqda içərisindən, 10 ədəd ağ rəngli polietilen bükümlər, 1 ədəd yaşıl rəngli polietilen büküm və 2 ədəd gümüşü rəngli kağız bükümlər aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, şəxsi İstifadəsi və satış məqsədilə xx.xx.2023-cü il tarixdə Toğrul adlı tanışından hər birini 20 manat pulun müqabilində aldığını bildirir. Həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə, ağ rəngli polietilen bükümlərdən 4 ədədinin, 1 ədəd yaşıl rəngli bükümün və gümüşü rəngli kağız bükümün 1 ədədinin içərisindən qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddələr; ağ rəngli polietilen torbaların 6 ədədinin və gümüşü rəngli kağız bükümün 1 ədədinin içərisindən ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 13 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalandı. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriliməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalandı. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və içərisində baxış keçirilməsinə dair görüntülər olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 may 2023cü il tarixli protokoldan görünür ki, həmin disk «DVD-R» formatlıdır. Disk üzəri gümüşü rəngdədir, diskin üzərində «Verbatim» yazısı vardır. Həmin diskdə cəmi 1 (bir) ədəd olmaqla 947 MB həcmli «00037» adlı «Video (MP4) (,mp4)» formatlı faylın olması müəyyən olundu. Həmin fayla baxış keçirən zaman, Səbail RPl-də inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izahat olunduqdan sonra Təqsirləndirilən şəxs1 «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq həmin vaxtı əynində olan sarımtıl rəngli şalvarının sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, əynində olan krem rəngli gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli mavi zamoklu qabı masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin eynək qabı açıldıqda içərisində 10 ədəd ağ sellofana, 2 ədəd gümüşü kağıza və 1 ədəd yaşıl rəngli sellofana bükülmüş bükülülər olması aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin bükümlərin İçərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi və satış məqsədilə xx.xx.2023-cü il tarixdə Toğrul adlı tanışından hər birini 20 manat pulun müqabilində aldığını bildirir. Həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə 11 ədədinin içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddələr, 2 ədəd bükümün içərisində ağ rəngü kristal şəkilli maddələr olması aşkar edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 13 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanır (cild 1, iş vərəqə 102). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 16 may 2023-cü il tarixli protokoldan görünür ki, 16 may 2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Səbail RPİ- nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, İçərişəhər qoruğunun qarşısında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPl-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Toğrul Əsəkərovu şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən «Vinston» adlı siqaret qutusunu və əynində olan qara rəngli idman şalvarının cibindən 1 ədəd «Honor X8» markalı mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoydu. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunun içərisinə baxdıqda 9 ədəd siqaret və 1 ədəd ağ sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olan büküm aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən bir bükümü 23 manat olmaqla ümumilikdə 184 manat pulun müqabilində 8 ədəd büküm aldığını, həmin bükümlərdən 7 ədədini Rövşən adlı şəxsə satmaq məqsədilə verdiyini, digər 1 ədəd bükümü isə öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofanın içərisinə baxdıqda qəhvəyi rəngli, tozşəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə olması aşkar edildi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalandı. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriliməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalandı. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və içərisində baxış keçirilməsinə dair görüntülər olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 63-65). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 may 2023cü il tarixli protokoldan görünür ki, həmin disk «DVD-R» formatlıdır. Disk üzəri gümüşü rəngdədir, diskin üzərində «Verbatim» yazısı vardır. Həmin diskdə cəmi 1 (bir) ədəd olmaqla 881 Mb həcmli «00039» adlı «Video (MP4) (.mp4)» formatlı faylın olması müəyyən olundu. Həmin fayla baxış keçirən zaman, Səbail RPİ-də inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izahat olunduqdan sonra Təqsirləndirilən şəxs2 «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən «Vinston» adlı siqaret qutusunu və əynində olan qara rəngli idman şalvarının cibindən 1 ədəd «Honor X8» markalı mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoyur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunun içərisinə baxdıqda 9 ədəd siqaret və 1 ədəd ağ sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olan büküm aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən bir bükümü 23 manat olmaqla ümumilikdə 184 manat pulun müqabilində 8 ədəd büküm aldığını, həmin bükümlərdən 7 ədədini Rövşən adlı şəxsə satmaq məqsədilə verdiyini, digər 1 ədəd bükümü isə öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofanın içərisinə baxdıqda qəhvəyi rəngli, tozşəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə olması aşkar edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriliməsinə dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanır (cild 1, iş vərəqə 100). Cinayət işinin materiallarında olan “mənzildə axtarış və götürmə aparılması haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunu bu barədə qərarla tanış edib mənzilində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olundu. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilində hər hansı bir qeyri-qanuni əşyanın olmamasını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla mənzildə axtarış aparılmağa başlandı. Mənzildə olan yataq otağındakı çarpayının üzərində olan döşəyin altından gümüşü kağızlar və içərisində narkotik vasitəyə bənzər maddənin izləri olan şəffaf sellofanlar aşkar edilərək götürüldü. Daha sonra dəhlizdə olan taxta şkafa baxış keçirilən zaman şkafın üzərindən göy rəngli, üzəri yapışqan skoçla bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan bağlama aşkar edilərək götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bağlamanın ona aid olmadığını, digər aşkar edilmiş sellofan bükülü və gümüşü kağızların özünə aid olmasını, eləcə də, həmin sellofan bükülünün içərisində narkotik vasitəni istifadə etdiyini, boş sellofanı və gümüşü kağızları döşəyin altına qoyduğunu bildirdi. Aşkar edilmiş 1 ədəd üzərindən göy rəngli üzəri yapışqan skoçla bükülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalandı. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya və ya sənəd aşkar edilmədi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilində axtarış və götürmə aparılmasına dair protokol tərtib olunaraq iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalandı. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və içərisində baxış keçirilməsinə dair görüntülər olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 68-71). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 may 2023cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri gümüşü rəngdədir, diskin üzərində «Verbatim» yazısı vardır. Həmin diskdə cəmi 01 (bir) ədəd olmaqla 2,31 GB həcmli «00040» adlı «Video (MP4) (.mp4)» formatlı faylın olması müəyyən olundu. Həmin fayla baxış keçirən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 99 ünvanında iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən qəbul edilmiş «mənzildə axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən həmin ünvanda axtarış və götürmə başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 və bütün iştirakçılar prosessual hərəkətin aparılması videoçəkilişdən istifadə olunacağı barədə xəbərdar edilir. Şübhəli şəxs və iştirakçılar tərəfindən bununla bağlı şikayət və ya etiraz daxil olmur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunu bu barədə qərarla tanış edib mənzilində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilində hər-hansı bir qeyri-qanuni əşyanın olmamasını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla mənzildə axtarış aparılmağa başlanır. Mənzildə olan yataq otağındakı çarpayının üzərində olan döşəyin altından gümüşü kağızlar və içərisində narkotik vasitəyə bənzər maddənin izləri olan şəffaf sellofanlar aşkar edilərək götürülür. Daha sonra dəhlizdə olan taxta şkafa baxış keçirilən zaman şkafın üzərindən göy rəngli, üzəri yapışqan skoçla bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan bağlama aşkar edilərək götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bağlamanın ona aid olmadığını, digər aşkar edilmiş sellofan bükülü və gümüşü kağızların özünə aid olmasını, eləcə də, həmin sellofan bükülünün içərisində narkotik vasitəni istifadə etdiyini, boş sellofanı və gümüşü kağızları döşəyin altına qoyduğunu bildirir. Aşkar edilmiş 1 ədəd üzərindən göy rəngli üzəri yapışqan skoçla bükülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya və ya sənəd aşkar edilmir (cild 1, iş vərəqə 101). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, «Honor X8» markalı mobil telefonun ön hissəsi qara, arxa hissəsi isə parıltılı gümüşü rənglidir. Telefon aparatının ekran qoruyucu hissəsində əlavə şüşə örtük vardır. Həmin örtüyün aşağı sağ və sol, həmçinin yuxarı sağ və sol hissəsində kiçik zədələr aşkar edilir. Telefonun arxa hissəsində qoruyucu örtük (kaburo) yoxdur. Telefonun arxa hissəsinə «HONOR» və «Made in China» yazıları həkk olunmuşdur. Telefon aparatında «Whatsapp», «İnstagram», «Telegram» və tətbiqlərdə iş üçün əhəmiyyət kəsb edən hər-hansı bir məlumat və fayllar müəyyən olunmadı. Telefon aparatında “Qalareya” bölməsində içərisində narkotik vəsilələr olması ehtimal edilən sellofan bükümlər olan fotoşəkilləri, həmin bükümlərin elektron tərəzi üzərində foto şəkilləri və həmin bükümlərin qoyulduğu müxtəlif ərazilərin sonradan şəkil üzərində işarələnmiş halda foto şəkilləri, həmçinin narkotik vasitələrin tərəzi üzərində çəkisinin ölçülərkən çəkilmiş video faylları aşkar edildi. Bundan başqa telefon aparatında iş üçün əhəmiyyət kəsb edən hər-hansı bir məlumat və fayllar müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 məxsus «Honor X8» markalı mobil telefon aparatının “Qalareya” bölməsində olan qeyd olunan 24 ədəd foto şəkil və 2 ədəd video fayl protokola əlavə edilməsi üçün 1 ədəd diskə köçürüldü (cild 1, iş vərəqə 137). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 18 may 2023cü il tarixli protokoldan görünür ki, həmin diskdə «VİD_20230823_121729» və «VİD_20230823_133647» adlı, «Video (MP4) (.mp4)» formatlı cəmi 02 (iki) ədəd faylvardır. «VİD_20230823_121729» adlı faylın 30 saniyədən ibarət 74.4 Mb həcmli video görüntü olması müəyyən olundu. Həmin görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 1 ədəd sellofan bükümdə" olan «patı» kimi səsləndirdiyi maddəni otaqda döşəmənin üzərində olan elektron tərəzinin üzərinə qoymaq çəkisini 1,90 qram olmasını, çəkisinin az olmasını qeyd edərək həmin maddəni ona satan «Əli» adlı şəxsə mesaj ötürür. «VİD_20230823_133647» adlı faylın həmin fayl 2 dəqiqə 51 saniyədən ibarət 412 Mb həcmli video görüntü olması müəyyən olundu. Həmin görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 1 ədəd sellofan və kağız bükümdə olan özünün «mal» kimi səsləndiyi bükülünü elektron tərəzinin üzərinə qoymaq çəkisinin 16,71 qram olmasını, həmin maddəni kağızın içərisindən çıxarıb yenidən tərəzinin üzərinə qoyduqda çəkisinin 14.72 qram olmasını, çəkisinin az olmasını qeyd edərək həmin maddəni ona satan «Əli» adlı şəxsə mesaj ötürür. Həmin DVD-R formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (cild 1, iş vərəqə 145). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefon aparatı «Samsung A10s» markalı, «SM-A107F/DS» modellidir. Mobil telefonun ön hissəsi qara, arxa hissəsi isə göy rənglidir. Telefon aparatının ekran qoruyucu hissəsində əlavə şüşə örtük vardır. Həmin örtüyün aşağı sağ və sol, həmçinin yuxarı sağ hissəsində zədələr aşkar edilir. Telefonun arxa hissəsində qara rəngli, elastik materialdan qoruyucu örtük (kaburo) vardır. Telefonun arxa çəkiliş kamerasının və və arxa hissəsinin üzərində çoxsaylı cızıqlar mövcuddur. Telefonun arxa hissəsinə «SAMSUNG» yazısı həkk olunmuşdur. Telefon aparatında “Qalareya” bölməsində, «WhatsApp», «İnstagram», «Telegram» və digər tətbiqlərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmadı (cild 1, iş vərəqə 122). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 6/2859 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №51» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...» yazısı və imzalar olan zərfdəki 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,513 qram, 0,408 qram, 0,501 qram, 0,563 qram, 0,509 qram, ümumi təmiz çəkisi 3,048 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,023 qram, 0,030 qram, 0,057 qram, 0,042 qram, 0,045 qram və 0,108 qram, ümumi təmiz çəkisi 0,334 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №51» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,402 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №51» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş...» yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1190 qram açıq sarımtıl rəngli tozşəkilli maddə kütləsinin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə kütləsi narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №51» dairəvi möhür əksi olan bükümdəki şəffaf polietilen kəsiklərinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmin bükümdəki gümüşü folqa hissələrinin üzərində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər (Qeyd: 1. Təqsirləndirilən şəxs1: heroinin ümumi təmiz çəkisi 3,048 qram, tədqiqata sərf edildi 0,18 qram, qalıq 2,868 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,334 qram, tədqiqata sərf edildi 0,07 qram, qalıq 0,264 qram. 2. Təqsirləndirilən şəxs2: heroinin təmiz çəkisi 0,402 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,352 qram, cild 1, iş vərəqə 83-87). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 7 avqust 2023-cü il tarixli 5027 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1ndə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 232-233). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 31 iyul 2023-cü il tarixli 4851 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2ndə psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 230-231). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 23 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubundan və tibbi kitabçaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilmiş, müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol saidin ön səthində çox saylı köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 18 may 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilmiş, müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol said nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bundan əlavə təcridxanada saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs2 özünü öldürməyə cəhd edərək xəsarət alması barədə Tibb sanitar hissəsinə məlumat daxil olmamış və o, Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilməmişdir (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,868 qram olan narkotik vasitə heroin, 0,264 qram olan psixotrop maddə metafetamin, həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 0,352 qram olan narkotik vasitə heroin, ona məxsus “Honor X8” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, bundan əlavə Təqsirləndirilən şəxs2 məxsus “Honor X8” markalı mobil telefondan götürülmüş 2 ədəd videogörüntünün olduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 253-274). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin 1 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 5.11.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzasından azad edilmişdir (cild 1, iş vərəqə 185-187və 196-203). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli az ağır cinayət hesab edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan 16 avqust 2023-cü il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmünün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 4 (gün) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həmin hökm 6 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cild 1, iş vərəqə 234-237, cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2023cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmaqla çıxılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 20 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 189 və 191-194). Təqsirləndirilən şəxs2 törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 155-156). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 173- 174). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 53). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 175- 176). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,868 qram olan narkotik vasitə heroin və 0,264 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 0,352 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Honor X8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs2 məxsus “Honor X8” markalı mobil telefondan götürülmüş 2 ədəd videogörüntünün olduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 2 (iki) gün müddət hazırda ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,868 qram olan narkotik vasitə heroinvə 0,264 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 0,352 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Honor X8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -Təqsirləndirilən şəxs2 məxsus “Honor X8” markalı mobil telefondan götürülmüş 2 ədəd videogörüntünün olduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar