Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-753/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 11 avqust 1982-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Tərtər rayonu, R.Mürsəlov küçəsi, ev 11-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 32.5,206.2 və 228.1-ci maddələri, xx xxx 1986-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməklə daşımış və saxlamış, həmçinin, qanunsuz olaraq odlu silahları, onların komplekt hissələrini, döyüş sursatlarını qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə kömək etməklə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Məhərrəm adlı şəxs və qeyriləri ilə odlu silah, onun komplekt hissələri və döyüş sursatlarını qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə bəxşiş kimi qəbul etməsini vəd edərək kömək etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəlləri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Məhərrəm” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Məhərrəm” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 13458,977 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2797,123 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini, həmçinin bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin kustar üsulla düzəlişlər edilməklə təyinatını itirmiş və hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyə dövlətində istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlar, bir ədəd RFSİA-171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin kustar üsulla düzəlişlər edilməklə təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “20 Yanvar” dairəsinin yaxınlığında gizlədərək bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan həmin külli miqdarda narkotik vasitə, psixotrop maddələri və bir ədəd elektron tərəzini satış məqsədi ilə qanunsuz olaraq, həmçinin odlu silahları, onun komplekt hissələrini və döyüş sursatlarını bəxşiş kimi qanunsuz olaraq əldə etməklə faktiki yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 17 nömrəli evin 3 saylı mənzilinə daşıyaraq orada gizlətməklə saxlamışdır; Təqsirləndirilən şəxs1 22 may 2020-ci il tarixdə “Məhərrəm” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayarkən sonuncudan 1098,24 qram çəkidə narkotik vasitə heroini və 519,789 qram çəkidə psixotrop maddə metamfetamini götürüb söyləyəcəyi ünvana qoyması və həmin ünvanın fotoşəklini çəkib göndərməsi barədə tapşırıq aldıqdan sonra cinayətkar sövdələşməyə əsasən qardaşı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verib qeyd olunan çəkidə narkotik vasitə heroini və psixotrop maddəni ayırıb ona vermiş, sonuncu isə həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 19.00-da qeyd olunan ünvanda saxlanılmış və baxış zamanı əlində olan qara rəngli sellofan torbanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd şəffaf polietilen bükümlərdə ayrılıqda 100,131 qram, 209,485 qram, 485 qram və 303,624 qram olmaqla ümumilikdə külli miqdarda - 1098,24 qram çəkidə narkotik vasitə heroin və 02 ədəd şəffaf polietilen bükümlərdə isə ayrı-ayrılıqda 480 qram və 39,789 qram olmaqla ümumilikdə külli miqdarda - 519,789 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür; tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 may 2020-ci il tarixdə saat 19.40-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 17, 3 saylı mənzilə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı mənzilin yataq otağında sağ tərəfdə yerləşən yataq dəstinin arxasındakı qəhvəyi rəngli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parça torbanın içərisindən 24 ədəd polietilen bağlamalarda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı ayrılıqda çəkiləri 31,717 qram, 138,211 qram, 100,062 qram, 95,972 qram, 490 qram, 56,706 qram, 28,192 qram, 200,496 qram, 41,583 qra, 147,201 qram, 8,483 qram, 16,276 qram, 985 qram, 990 qram, 965 qram, 985 qram, 960 qram, 970 qram, 990 qram, 975 qram, 990 qram, 965 qram, 980 qram, 250,838 qram olmaqla ümumilikdə külli miqdarda - 12360,737 qram olan narkotik vasitə heroin və 04 ədəd polietilen bağlamalarda ayrılıqda təmiz çəkiləri 49,540 qram, 187,794 qram, 1040 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda - 2277,334 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi, eləcə də Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə həmin tünd yaşıl rəngli parça torbanın içərisində saxladığı bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin kustar üsulla düzəlişlər edilməklə təyinatını itirmiş və hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyə dövlətində istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlar, bir ədəd RFSİA-171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin kustar üsulla düzəlişlər edilməklə təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3, 32.5,206.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəlləri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Məhərrəm” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Məhərrəm” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 13458,977 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2797,123 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “20 Yanvar” dairəsinin yaxınlığında gizlədərək bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan həmin külli miqdarda narkotik vasitə, psixotrop maddələri və bir ədəd elektron tərəzini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə faktiki yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 17 nömrəli evin 3 saylı mənzilinə daşıyaraq orada gizlətməklə saxlamışdır. Təqsirləndirilən şəxs1 22 may 2020-ci il tarixdə “Məhərrəm” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayarkən sonuncudan 1098,24 qram çəkidə narkotik vasitə heroini və 519,789 qram çəkidə psixotrop maddə metamfetamini götürüb söyləyəcəyi ünvana qoyması və həmin ünvanın fotoşəklini çəkib göndərməsi barədə tapşırıq aldıqdan sonra cinayətkar sövdələşməyə əsasən qardaşı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verib qeyd olunan çəkidə narkotik vasitə heroini və psixotrop maddəni ayırıb ona vermiş, sonuncu isə həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 19.00-da qeyd olunan ünvanda saxlanılmış və baxış zamanı əlində olan qara rəngli sellofan torbanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd şəffaf polietilen bükümlərdə ayrılıqda 100,131 qram, 209,485 qram, 485 qram və 303,624 qram olmaqla ümumilikdə külli miqdarda - 1098,24 qram çəkidə narkotik vasitə heroin və 02 ədəd şəffaf polietilen bükümlərdə isə ayrı-ayrılıqda 480 qram və 39,789 qram olmaqla ümumilikdə külli miqdarda - 519,789 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 may 2020-ci il tarixdə saat 19.40-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 17, 3 saylı mənzilə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı mənzilin yataq otağında sağ tərəfdə yerləşən yataq dəstinin arxasındakı qəhvəyi rəngli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parça torbanın içərisindən 24 ədəd polietilen bağlamalarda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı ayrılıqda çəkiləri 31,717 qram, 138,211 qram, 100,062 qram, 95,972 qram, 490 qram, 56,706 qram, 28,192 qram, 200,496 qram, 41,583 qra, 147,201 qram, 8,483 qram, 16,276 qram, 985 qram, 990 qram, 965 qram, 985 qram, 960 qram, 970 qram, 990 qram, 975 qram, 990 qram, 965 qram, 980 qram, 250,838 qram olmaqla ümumilikdə külli miqdarda - 12360,737 qram olan narkotik vasitə heroin və 04 ədəd polietilen bağlamalarda ayrılıqda təmiz çəkiləri 49,540 qram, 187,794 qram, 1040 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda - 2277,334 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etdiyini, Məhərrəm adlı şəxsin İran İslam Respublikasında yaşadığını, sonuncu öz adamları vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri ölkə ərazisinə keçirdiyini və burada da adamları vasitəsi ilə satışını həyata keçirdiyini, Məhərrəmə kömək etməkdə məqsədinin ona silahlar verməsi və göndərdiyi narkotik vasitə heroindən bir kiloqramını götürməsi olduğunu, Məhərrəmin göndərdiyi kisədən ilk əvvəl Aqilə heç nə deməsə də sonradan ona bu barədə məlumat verdiyini, Aqil bunu öyrəndikdən sonra mübahisələri olduğunu, lakin ona narahat olmamasını və verəcəyi sellofan torbaları dediyi ünvana yerləşdirib həmin ünvanların şəkillərini çəkib ona atmasını bildirdiyini, qardaşı Təqsirləndirilən şəxs2 ancaq aşkar edilən narkotik vasitə və psixtrop maddələrdən xəbəri olduğunu, ona silahlar barədə heç bir məlumat vermədiyini, narkotik vasitələr barədə məlumatı da həmin narkotik vasitələri Məhərrəm adlı şəxsin dediyi ünvanlara yerləşdirməyə kömək etməsi üçün verdiyini, Aqilə narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Məhərrəm adlı şəxsin göndərdiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, son bir iki ay olarki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Əsasən heroini və metamfetamini falqa vasitəsi ilə yandıraraq tüstüsünü iyləyirmiş. Qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil. 2019-cu ilin təxminən may ayının ortalarında səhhəti ilə əlaqədar İran İslam Respublikasına getmişdir. Bir müddət orada qaldıqda Məhərrəm adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Çox yaxşı münasibətləri yaranmış və hətta bir neçə gün onun yaşadığı evdə qalmışdır. Daha sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra Məhərrəmlə mütəmadi olaraq Vatsap proqramı vasitəsi ilə əlaqə saxlayarmış. 2020-ci ilin aprel ayının əvvəllərində Məhərrəm özünə məxsus +**********86 nömrəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəsinə Vatsap proqramı vasitəsi ilə zəng etmişdir. Məhərrəm bundan əlavə +**********88 mobil nörməsini istifadə edirmiş. Ona məxsus ***-***-**-** mobil nömrəsini isə sadəcə Vatsap üçün istifadə edirmiş. Bir qədər söhbət etdikdən sonra Məhərrəm ona Azərbaycandan bir nəfər şəxslə tanış olduğunu və həmin şəxsin vasitəsi ilə Azərbaycan Respublikasına narkotik vasitə heroin və psixotrop maddə metamfetamin keçirə bildiyini söyləmişdir. Məhərrəm ona etibar etdiyini və bu məsələdə sadəcə ona güvəndiyini bildirib bu işdə kömək etməsini istəmişdir. Ondan bu işdə necə kömək edə biləcəyini soruşduqda Məhərrəm bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz tanışları vasitəsi ilə Azərbaycan Respublikasına keçirəcək, Bakı şəhərinə gətirib hər hansı ünvana qoyduracaq və həmin ünvanın şəklini atacaqdır. Məhərrəm ondan göndərəcəyi şəkildəki ünvandan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb özündə saxlamalı olduğunu və sonradan dediyi ünvana dediyi miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoymalı olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Məhərrəmin göndərəcəyi heroindən bir kiloqramını özünə götürməli olmuşdur. Bundan əlavə Məhərrəm bir neçə dəfə ona silah şəkilləri atmış və həmin şəkilləri çox bəyəndiyi üçün razılaşmalarına görə narkotiklə birlikdə ona bir neçə silah da göndərməli olmuşdur. 17 may 2020-ci il tarixdə saat 12 radələrində Məhərrəm özünə məxsus +**********86 mobil nömrəsindən isifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və silahları göndərdiyini bildirmiş və daha sonra ona həmin narkotik vasitə və psixotrop maddələri yerləşdirdiyi ünvanın şəkilini atmışdır. Həmin şəkilə baxmış və ünvanın “20 Yanvar” metrostansiyasının çıxışında yerləşdiyini anlamışdır. Bundan sonra şəkildəki ünvana yollanmış və şəkilə əsasən həmin ünvanı tapmışdır. Həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və silahların olduğu kisə zibil qutularının yanında olmuşdur. Həmin ünvana özünə məxsus “Ford Fusion” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Həmin kisəni avtomobilinin arxa oturacağına qoymuş və dərhal oradan uzaqlaşmışdır. Həmin kisəni yaşadığı ünvan 1-ə gətirib yataq otağında yerləşən şkafına qoymuşdur. Bundan sonra Vatsap proqramı vasitəsi ilə Məhərrəmə zəng edərək kisəni götürdüyünü bildirmişdir. Məhərrəm həmin kisəni saxlamasını və o, dedikdən sonra aparıb lazımı ünvanlara qoymasını bildirmişdir. Məhərrəm ona yaxşı tanışlarının olduğunu və heç bir problem olmayacağını bildirdiyi üçün onunla razılaşmışdır. Həmin kisəni bir gün öz şkafında saxladıqdan sonra Məhərrəm ona zəng edərək həmin kisədən 100 qram heroin götürüb Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən zibil qablarının yanına qoymasını istəmişdir. Həmin kisəni açaraq oradan 100 qram çəkmiş və bir ədəd sellofana qoyaraq götürüb Məhərrəmin dediyi ünvana qoymuşdur. Bundan sonra həmin ünvanın şəkilini çəkib Məhərrəmə atmışdır. Bu qayda ilə bir neçə dəfə Məhərrəmin göstərişi ilə müxtəlif üvanlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuş və sonra şəkillərini çəkib Məhərrəmə atmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin ünvanda qardaşı Aqil ilə birlikdə yaşamışdır. Məhərrəmin göndərdiyi kisədən ilk əvvəl Aqilə heç nə deməsədə sonradan həmin kisədə narkotik vasitə və psxiotrop maddələr olması barədə ona məlumat vermişdir. Narkotik vasitələr barədə məlumatı da ona həmin narkotik vasitələri Məhərrəm adlı şəxsin dediyi ünvanlara yerləşdirməyə kömək etməsi üçün vermişdir. Aqil bunu öyrəndikdən sonra onların mübahisələri olmuş, lakin Aqilə narahat olmamasını və ona verəcəyi sellofan torbaları dediyi ünvana yerləşdirib həmin ünvanların şəkillərini çəkib ona atmasını bildirmişdir. Onlar bir qədər də mübahisə etdikdən sonra Aqil sonunda onunla razılaşmışdır. 22 may 2020-ci il tarixdə Məhərrəm ona Vatsap proqramı vasitəsi ilə zəng edərək 1 kiloqram heroini və 0,5 kiloqram metamfetamini Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən poçt qutularının yaxınlığında yerləşdirməsini istəmişdir. Bundan sonra həmin kisədən Məhərrəmin dediklərini ayırıb bir ədəd sellofan torbaya qoymuş və həmin torbanı Aqilə verərək Məhərrəmin ona dediyi ünvana yerləşdirməsini istəmişdir. Aqil onunla razılaşmış və həmin gün 18 radələrində evdən çıxmışdır. Həmin gün təxminən bir saat sonra yaşadığı mənzilin qapısı döyülmüş və qapını açdıqda Aqillə birlikdə bir neçə mülki geyimli şəxslərin də orada olduğunu görmüşdür. Həmin şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan mənzilə daxil olmaq üçün icazə istəmişlər. Mənzilə daxil olduqdan sonra ona Aqilin saxlanılan zaman əlində olan qara rəngli selofan torbanın Aqilə onun tərəfindən verildiyini söylədiyini bildirmişlər. Həmin selofan torbanın Aqilə onun tərəfindən verildiyini etiraf etmişdir. Həmin selofan torbanın içəirisində nə olması barədə isə Aqilin heç bir məlumatı olmadığını qeyd etmişdir. Həmin selofan torbanın içərisində narkotik vasitə və psixotrop maddənin olmasını bildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin narkotik vasitəni İran islam Respublikasında təxminən bir il bundan öncə tanıdığı “Məhərrəm” adlı şəxs ona göndərmiş, həmin narkotik vasitəni isə təxminən bir həftə bundan öncə 20 Yanvar dairəsi yaxınlığında götürmüşdür. Həmin Məhərrəm adlı şəxslə yalnız mobil telefonla əlaqə saxladığını qeyd etmişdir. Bundan başqa yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirərək yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Bundan sonra mənzilə girişdən sağ tərəfdə yerləşən ona məxsus yataq otağında narkotik vasitə saxladığını qeyd etmişdir. Həmin otağa daxil olduqdan sonra otağın sağ tərəfindəki yataq dəstinin arxasındakı qəhvəyi rəngli şkafın dolabını açaraq dörd rəfli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parçadan olan torbanı çıxardaraq təqdim etmişdir. Daha sonra həmin dolabdan bir ədəd gümüşü rəngli elektron tərəzini də təqdim etmişdir. Həmin torbaya polis əməkdaşı tərəfindən baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı oradan selofan paketə bükülmüş iki qara rəngli odlu silaha bənzər əşyalar, bir ədəd selofan torbanın içərisində qara rəngli silaha bənzər əşyalar, şəffaf bağlamada və selofan paketlərdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə və ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. İçərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddəyə bənzəyən kütlələr olan selofan bağlamalardan on iki ədədi bir ədəd ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmışdır. Bundan sonra on iki ədəd selofan torbada olan qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddələr və iki ədəd selofan bağlamada və iki ədəd selofan bükümdə olan maddələr və bir ədəd gümüşü rəngli elektron tərəzi ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmışdır. Həmin kisələrin üzəri möhürlənmişdir. Bundan sonra aşkar edilmiş iki ədəd, içərisində silaha bənzər əşya olan sellofan bağlamalara və bir ədəd qara rəngli, açıq halda olan silaha bənzər əşyaya baxış keçirilməyə başlanmışdır. Həmin silaha bənzər əşyaların hər biri ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Qablaşdırılmış zərflərə əlavə olaraq patronlar da polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, həmin silaha bənzər əşyaları patronları ilə birlikdə onun xahişi ilə Məhərrəmin göndərdiyini qeyd etmişdir. Ona göndərilmiş narkotik vasitələrdən “Karl Marks” dairəsi yaxınlığındakı zibil qutusunun yanına bir neçə dəfə qoyduğunu bu barədə Məhərrəmə məlumat verdiyini, bunun müqabilində isə heç bir gəlir əldə etmədiyini bildirmişdir. Bundan sonra onun iştirakı ilə həmin mənzilin digər otaqlarına da baxış keçirilmişdir. Mənzilin digər otaqlarına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Odur ki, yaşadıqları ünvanda baxış yekunlaşdıqdan sonra protokolun tərtibatı üçün şərait olmadığı üçün və üzərilərində şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə onlara hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir (1ci cild iş vərəqi 110-112). Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmiş və heç vaxt satışını həyata keçirməmişdir. Qardaşı Təqsirləndirilən şəxs1la birlikdə yaşayır və hazırda Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən köşkdə işləyir. Hər gün səhər saat 9-dan axşam saat 2-yə qədər həmin köşkdə olur. Qardaşı Kamil narkotik vasitə istifadəçisidir. Hətta bir neçə dəfə onu istifadə edərkən görmüş və buna görə mübahisələri yaranmışdır. 22 may 2020-ci il tarixdə Kamil ona bir ədəd sellofan torba vermiş və ondan həmin torbanı dediyi ünvana qoymasını istəmişdir. Kamil həmin torbanı Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən poçt qutularının yaxınlığında sakit bir yerə yerləşdirməsini istəmişdir. Kamilin səhhətində ciddi problemlər olduğu üçün Kamillə mübahisə etmirmiş. Kamildən sellofan torbanı almış və içərisinə baxmadan evdən çıxmışdır. Bir qədər getdikdən sonra Kamilin dediyi ünvana yollanarkən ətrafda çoxlu adamlar olduğu üçün Kamilə zəng edərək ətrafda çox adamın olduğunu və hətta bir neçə polisin olduğunu bildirmişdir. Bu zaman Kamil ona dərhal evə qayıtmasını bildirmişdir. Kamil ona belə dedikdə dərhal anlamışdır ki, əlindəki sellofanda nəsə problemli bir şey var. Evə tərəf gedərkən ünvan 5 ünvanda bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində əməliyyat məlumatının olduğunu bildirib qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra ilk növbədə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. Sol əlində olan qara rəngli selofan torbanı təqdim edərək içərisində isə nə olduğunu bilmədiyini və həmin selofan torbanın ona qardaşı Kamil tərəfindən verildiyini söyləmişdir. Həmin qara rəngli selofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı onun içərisində bir ədəd ağ rəngli selofan torba olduğu müəyyən edilmişdir. Həmin selofan torba açıldıqdan sonra onun içərisinə baxdıqdan sonra polis əməkdaşı bildirmişdir ki, içərisindəki narkotik vasitə olan heroinə oxşar maddədir. Bundan başqa həmin ağ rəngli selofan torbanın içərisindən bir ədəd şəffaf rəngli selofan bağlamada və bir ədəd selofan paketdə olan maddənin isə psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Həmin selofanın içərisindən aşkar edilmiş maddələr qara rəngli selofan torbaya qoyularaq polis əməkdaşı tərəfindən qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin selofan torbanı ona qardaşı Kamilin verdiyini bildirmişdir. Həmin selofan torbanı istənilən bir yerə qoyduqdan sonra bu barədə qardaşı Kamilə məlumat verməli olduğunu söyləmişdir. Bundan başqa qardaşının hal-hazırda evdə olduğunu və həmin evə də baxış keçirilməsinə heç bir etirazının olmadığını söyləmişdir. Bununla bağlı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 65 E ünvanının qarşısında aparılmış videoçəkiliş dayandırılaraq yaşadığı ünvana doğru gedilmişdir. Yaşadığı ünvanın qarşısında yenidən video çəkiliş aparılmağa başlanmışdır. Həmin mənzilin qapısı qardaşı tərəfindən açılmışdır. Həmin şəxsin qardaşı olduğunu təsdiq etmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə həmin mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra polis əməkdaşları özlərini Kamilə təqdim etdilər. Bundan sonra Kamilə Aqil saxlanılan zaman əlində olan qara rəngli selofan torbanın ona Kamil tərəfindən verildiyini söylədiyini bildirmişlər. Kamil həmin selofan torbanın Aqilə özünün verdiyini, həmin selofan torbanın içəirisində nə olması barədə isə Aqilin heç bir məlumatının olmadığını bildirmişdir. Kamil həmin selofan torbanın içərisində narkotik vasitə və psixotrop maddənin olmasını bildiyini, həmin narkotik vasitəni İran islam Respublikasında təxminən bir il bundan öncə tanıdığı “Məhərrəm” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Kamil Həmin narkotik vasitəni isə təxminən bir həftə bundan öncə 20 Yanvar dairəsi yaxınlığında götürdüyünü qeyd etmişdir. Kamil həmin Məhərrəm adlı şəxslə yanlız mobil telefonla əlaqə saxladığını qeyd etmişdir. Kamil bundan başqa yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Kamil mənzilə girişdən sağ tərəfdə yerləşən ona məxsus yataq otağında narkotik vasitə saxladığını bildirmişdir. Kamil həmin otağa daxil olduqdan sonra otağın sağ tərəfindəki yataq dəstinin arxasındakı qəhvəyi rəngli şkafın dolabını açaraq dörd rəfli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parçadan olan torbanı çıxardaraq təqdim etmiş və daha sonra həmin dolabdan bir ədəd gümüşü rəngli elektron tərəzi də aşkar edilmişdir. Həmin torbaya polis əməkdaşı tərəfindən baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı oradan selofan paketə bükülmüş iki qara rəngli odlu silaha bənzər əşyalar, bir ədəd selofan torbanın içərisində qara rəngli silaha bənzər əşyalar, şəffaf bağlamada və selofan paketlərdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə və ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. İçərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddəyə bənzəyən kütlələr olan selofan bağlamalardan on iki ədədi bir ədəd ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmışdır. Bundan sonra on iki ədəd selofan torbada olan qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddələr və iki ədəd selofan bağlamada və iki ədəd selofan bükümdə olan maddələr və bir ədəd gümüşü rəngli elektron tərəzi ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmış və kisələrin üzəri möhürlənmişdir. Bundan sonra aşkar edilmiş iki ədəd, içərisində silaha bənzər əşya olan sellofan bağlamalara və bir ədəd qara rəngli, açıq halda olan silaha bənzər əşyaya baxış keçirilməyə başlanmışdır. Həmin silaha bənzər əşyaların hər biri ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Qablaşdırılmış zərflərə əlavə olaraq patronlar da polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Kamil həmin silaha bənzər əşyaları patronları ilə birlikdə özünün xahişi ilə ona Məhərrəm adlı şəxsin göndərdiyini qeyd etmişdir. Ona göndərilmiş narkotik vasitələrdən bir neçə dəfə “Karl Marks” dairəsi yaxınlığındakı zibil qutusunun yanına bir neçə dəfə qoyduğunu, bu barədə həmin Məhərrəm adlı şəxsə məlumat verdiyini qeyd etmişdir. Bunun müqabilində isə heç bir gəlir əldə etmədiyini bildirmişdir. Bundan sonra Kamilin iştirakı ilə həmin mənzilin digər otaqlarına da baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Yaşadıqları ünvana baxış yekunlaşdıqdan sonra protokolun tərtibatı üçün şərait olmadığı üçün və üzərilərində şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə ona və Kamilə hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hal-hazırki iş üzrə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin aşkar edilməsi məqsədi ilə iş yoldaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı X2, əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, baş əməliyyat müvəkkili, polis mayoru X4 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 65 E ünvanın qarşısında gəlmişlər. Burada xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşayan şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra barəsində çıxarılmış əməliyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Eyni zamanda tədbirin video çəkilişi əsasında aparılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası CPMnin 236.4 və 236.8-ci maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbiri videoçəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidləri dəvət olunmamışdır. Bundan sonra ilk növbədə Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 sol əlində olan qara rəngli sellofan torbanı təqdim edərək içərisində isə nə olduğunu bilmədiyini və həmin sellofan torbanın ona qardaşı tərəfindən verildiyini söyləmişdir. Həmin qara rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı onun içərisində bir ədəd ağ rəngli sellofan torba olduğu müəyyən edilmişdir. Həmin sellofan torba açıldıqdan sonra onun içərisinə baxdıqda, iki ədəd şəffaf rəngli sellofan bağlamada və iki ədəd sellofan paketdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan başqa həmin ağ rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofan bağlamada və bir ədəd sellofan paketdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr müəyyən edilmişdir. Həmin sellofanın içərisindən aşkar edilmiş maddələr qara rəngli sellofan torbaya qoyularaq polis əməkdaşları tərəfindən qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin sellofan torbanı ona qardaşı Kamilin verdiyini, həmin sellofan torbanı istənilən bir yerə qoyduqdan sonra bu barədə qardaşı Kamilə məlumat verməli olduğunu söyləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qardaşının halhazırda evdə olduğunu və həmin evdə də baxış keçirilməsinə heç bir etirazının olmadığını söyləmişdir. Bununla bağlı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 65 E ünvanının qarşısında aparılmış videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvana doğru gedilmiş və həmin ünvana yaxınlaşan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın qarşısında yenidən video çəkiliş aparılmağa başlanmışdır. Həmin mənzilin qapısı Təqsirləndirilən şəxs2 qardaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1 tərəfindən açılmışdır. Təqsirləndirilən şəxs2 da həmin şəxsin onun qardaşı olduğunu təsdiq etmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə həmin mənzilə daxil olunmuşdur. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində olan qara rəngli sellofan torbanın ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini söylədiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 həmin sellofan torbanın qardaşına özünün verdiyini bildirmişdir. Həmin sellofan torbanın içəirisində nə olması barədə isə qardaşı Aqilin heç bir məlumatı olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 həmin sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddənin olmasını bildiyini, həmin narkotik vasitəni İran İslam Respublikasında təxminən bir il bundan öncə tanıdığı “Məhərrəm” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni isə təxminən bir həftə bundan öncə 20 Yanvar dairəsi yaxınlığında götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs1 həmin Məhərrəm adlı şəxslə yalnız mobil telefonla əlaqə saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 bundan başqa yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirərək yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mənzilə girişdən sağ tərəfdə yerləşən ona məxsus yataq otağında narkotik vasitə saxladığını qeyd etmişdir. Həmin otağa daxil olduqdan sonra otağın sağ tərəfindəki yataq dəstinin arxasındakı qəhvəyi rəngli şkafın dolabını açaraq dörd rəfli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parçadan olan torbanı çıxararaq təqdim etmiş və daha sonra həmin dolabdan bir ədəd gümüşü rəngli elektron tərəzi də aşkar edilmişdir. Həmin torbaya baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı oradan sellofan paketə bükülmüş iki qara rəngli odlu silaha bənzər əşyalar, bir ədəd sellofan torbanın içərisində qara rəngli silaha bənzər əşyalar, şəffaf bağlamada və sellofan paketlərdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə və ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. İçərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddəyə bənzəyən kütlələr olan sellofan bağlamalardan on iki ədədi bir ədəd ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmışdır. Bundan sonra on iki ədəd sellofan torbada olan qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddələr və iki ədəd sellofan bağlamada və iki ədəd sellofan bükümdə olan maddələr və bir ədəd gümüşü rəngli elektron tərəzi ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmışdır. Həmin kisələrin üzəri DlN-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Bundan sonra aşkar edilmiş iki ədəd, içərisində slilaha bənzər əşya olan sellofan bağlamalara və bir ədəd qara rəngli, açıq halda olan silaha bənzər əşyaya baxış keçirilməyə başlanmışdır. Həmin sellofan bağlamalardan birini açdıqda içərisində bir ədəd qara rəngli üzərində “Retay 84 FS” və RFSİA ********* yazısı olan qara rəngli silaha bənzər əşya və həmin odlu silaha bənzər əşyanın sandıqcasından beş ədəd patron, ikinci sellofan bağlamada üzərində “USA” 14640 yazısı əks olunan odlu silaha bənzər əşya həmin silaha məxsus 19 ədəd patron, bir ədəd sandıqca və sonuncu olaraq bir ədəd qara rəngli üzərində “10G45246” yazıları əks olunan qaz silahına bənzər əşyalar aşkar edilmişdir. Həmin silaha bənzər əşyaların hər biri ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Qablaşdırılmış zərflərə əlavə olaraq patronlar da götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin silaha bənzər əşyaları patronları ilə birlikdə özünün xahişi ilə ona Məhərrəm adlı şəxsin göndərdiyini qeyd etmişdir. Ona göndərilmiş narkotik vasitələrdən bir neçə dəfə “Karl Marks” dairəsi yaxınlığındakı zibil qutusunun yanına qoyduğunu və bu barədə həmin Məhərrəm adlı şəxsə məlumat verdiyini qeyd etmişdir. Bunun müqabilində isə heç bir gəlir əldə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin mənzilin digər otaqlarına da baxış keçirilmişdir. Baxış zamanı həmin mənzilin üç otaqdan bir mətbəxdən bir sanitar qovşağından ibarət olması müəyyən edilmişdir. Mənzilin digər otaqlarına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda baxış yekunlaşdıqdan sonra onların üzərində şəxsi axtarış keçirlməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baxış axşam vaxtı, qaranlıq havada, süni işıqlandırma şəraitində keçirilmiş, baxış zamanı «Xiaomi» markalı mobil telefonun videokamera funksiyasından istifadə edilməklə onun tərəfindən video çəkilişi aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 65 E ünvanın qarşısında keçirilmiş baxış 22 may 2020-ci il tarixdə saat 19:00-da başlamış 19:16-da yekunlaşmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 faktiki yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 mənzil 3 ünvanında baxış 22 may 2020-ci ii tarixdə saat 19:40-da başlanmış və 20:31-da yekunlaşmışdır. Baş İdarəyə gətirildikdən sonra Vüsal Həsənquliyev tərəfindən hər iki şəxs müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 may 2020-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində şəxsi axtarış və götürmə aparılmağa başlanılmış və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd Nokia markalı və bir ədəd Samsung markalı, mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynidə olan qara rəngli idman gödəkcəsinin yan ciblərinə, əynidəki qara rəngli idman şalvarının yan ciblərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi akar edilmişdir. Həmin mobil telefonlar və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra əlavə olaraq Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung M40” markalı mobil telefonu və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli köynəyinin döş ciblərinə, əynindəki cins şalvarın yan və arxa ciblərinə baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı «Xiaomi» markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə video çəkilişlə aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş və iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, X4 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 may 2020-ci il tarixli 6/882 nömrəli ekspert rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində : “vət. Təqsirləndirilən şəxs2.. götürülmüş” yazısı olan qara rəngli polietilen torbadaki, 04 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 1098,24 qram (1 kq 98,24 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 02 (iki) ədəd torbada, ümumi təmiz çəkisi 519,789 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; tədqiqata təqdim edilmiş, üzərində : “vət. Təqsirləndirilən şəxs1... götürülmüş” yazısı olan 02 (iki) ədəd kisədə, 12 (on iki) ədəd bağlamada, ümumi təmiz çəkisi 1354,899 qram (1 kq 354,899 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 04 (dörd) ədəd bağlamada, ümumi təmiz çəkisi 2277,334 qram (2 kq 277,334 qram) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 12 (on iki) ədəd bağlamada, ümumi təmiz çəkisi 11005,838 qram (11 kq 5,838 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır; vət. Təqsirləndirilən şəxs1 götürülmüş ümumi 24 ədəd bükümdən ibarət heroinin ümumi təmiz çəkisi 12360,737 qram (12 kq 360,737 qram) təşkil edir və həmin heroinlər, vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər; vət. Təqsirləndirilən şəxs1 götürülmüş metamfetaminlər, vət. Təqsirləndirilən şəxs2 götürülmüş metamfetaminlərlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyndirlər; heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir; qeyd: 1. Təqsirləndirilən şəxs2: heroinin ümumi təmiz çəkisi: 1098,24q, tədqiqata sərf edildi: ümumi 0,08qr, qalıq: 1098,16qr; metamfetaminin ümumi təmiz çəkisi: 519,789qr, tədqiqata sərf edildi ümumi: 0,06qr, qalıq: 519,729qr;
2. Təqsirləndirilən şəxs1: heroinin ümumi təmiz çəkiləri: 1354,899 qr və 11005,838 qr,, tədqiqata sərf edildi: 0,2 qr və 0,2 qr, qalıqlar: 1354,699 qr və 11005,638 qr; metamfetaminin ümumi təmiz çəkisi :2277,334 qr, tədqiqata sərf edildi: ümumi 0,2 qr, qalıq: 2277,134 qr.” (cild 01, iş vərəqi 92-98). İşdə olan məhkəmə-ballistik ekspertiza üzrə 23 may 2020-ci il tarixli 20/258R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 14640 N-li silah zavod üsulu ilə xarici dövlətində istehsal olunmuş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır və odlu silah hesab edilmir, lakin yuxarıda göstərilən səbəblərə görə, həmin silah öz təyinatını itirmiş və halhazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; - tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır; - tədqiqata təqdim edilmiş 19 ədəd patron zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9x19 mm Kalibrli olmaqla, həmin Kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar; qeyd: təqdim edilmiş 19 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperemental atəşlər zamanı istifadə olundu; -tədqiqata təqdim edilmiş RFSİA-171002423 N-li silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır və odlu silah hesab edilmir. Lakin yuxarıda göstərilən səbəblərə görə həmin silah hal-hazırda öz təyinatını itirmiş tapançadır, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; - Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, içərisinə 9 mm kalibrli siqnal patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod şəraitinə uyğunlaşdırılmış şəraitdə kustar üsulla hazırlanmış 6,7 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Yuxarıda göstərilən səbəbə görə atəş üçün yararsızdır; -tədqiqata təqdim edilmiş 10G45246 N-li silah, Tayvan dövlətində, zavod üsulu ilə istehsal olunmuş C-31 modelli, 4,5 mm kalibirli idman məşqləri üçün nəzərdə tutulmuş pnevmatik tapançadır və odlu silah hesab edilmir. Yuxarda göstərilən səbəbə görə həmin tapança hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır.” (1-ci cild iş vərəqi 79-91). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 19 oktyabr 2020-ci il tarixli 2889 nömrəli ekspert rəyindən görünür ki, “hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (2-ci cild iş vərəqi 169-170). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 19 oktyabr 2020-ci il tarixli 2882 nömrəli ekspert rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” (2-ci cild iş vərəqi 171-172). İşdə olan ambulator məhkəmə psixiatrik ekspertiza üzrə 16 iyun 2020-ci il tarixli, 1089 nömrəli rəyindən tgörünür ki, “Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur.” (2-ci cild iş vərəqi 163-165). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə psixiatrik ekspertiza üzrə 16 iyun 2020-ci il tarixli 1088 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur.”(2-ci cild iş vərəqi 166-168). İşdə olan “Baxış keçirilməsi və götürmə haqqında” 22 may 2020-ci il tarixli protokoldan görünür ki, əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 19.00-da qeyd olunan ünvan 7 ünvanının qarşısında saxlanılmış və baxış zamanı sol əlində olan qara rəngli sellofan torbanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada 04 ədəd şəffaf polietilen bükümlərdə ümumilikdə 1098,24 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd şəffaf polietilen bükümlərdə ümumilikdə 519,789 qram çəkidə psixotrop maddə metamfetamin, həmin tarixdə saat 19.40-dan etibarən Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə birgə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 17, 3 saylı mənzilin yataq otağında sağ tərəfdə yerləşən yataq dəstinin arxasındakı qəhvəyi rəngli dolabın birinci rəfində olan tünd yaşıl rəngli parça torbanın içərisindən 24 ədəd polietilen bağlamalarda ümumilikdə 12360,737 qram olan narkotik vasitə heroin və 04 ədəd polietilen bağlamalarda ümumilikdə 2277,334 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi, eləcə də Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə həmin tünd yaşıl rəngli parça torbanın içərisində saxladığı bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin təyinatını itirmiş və hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyə dövlətində istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlar, bir ədəd RFSİA-171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq, zavod şəraitinə uyğunlaşdırılmış şəraitdə kustar üsulla hazırlanmış 6,7 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararsız 05 ədəd patron döyüş sursatı və Tayvan dövlətində zavod üsulu ilə istehsal olunmuş C-31 modelli, 10G45246 N-li, 4,5 mm kalibirli idman məşqləri üçün nəzərdə tutulmuş texniki cəhətdən nasaz və atəş üçün yararsız, odlu silah hesab edilməyən pnevmatik tapança aşkar edilərək götürülmüşdür. İşdə olan maddi sübut kimi tanınma protokoldan görünür ki, baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (1-ci cild iş vərəqi 32-36). İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasından yerləşən xidməti otaqlardan birində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd Nokia markalı və bir ədəd Samsung markalı mobil telefonlar və sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung M40” markalı mobil telefon və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (1-ci cild iş vərəqi 61-64). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 26.05.2020-ci il tarixli 011-5722-1220 məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, 14640 N-li təyinatı dəyişdirilmiş tapançadan və 01 ədəd 9 mm kalibrli RFSİA-171002423 N-li, RETAY 84FS mod tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin ’’güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (2-ci cild iş vərəqi 28). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 13.11.2020-ci il tarixli 012-23317-1220 nömrəli məktubdan görünür ki, 9 kalibrli, 14640 №-li, 9 kalibrli «RETAY 84-FS» markalı RFSİA-171002423 №-li silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olmadığı qeyd edilmişdir. (2-ci cild iş vərəqi 138). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 18.11.2020-ci il tarixli 2/4623 nömrəli məktubdan görünür ki, 14640 nömrəli 9 mm travmatik tapançanın və RFSİA-171002423 nömrəli 9 mm-lik RETAY 84-FS modelli idman tapançasının Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket- Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. (2-ci cild iş vərəqi 139). İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 17.11.2020-ci il tarixli 15/3515 nömrəli məktubdan görünür ki, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm modeli bilinməyən, 14640 nömrəli yivli odlu silahın və Türkiyə Respublikasında zavod üsuli ilə istehsal olunmuş 9 mm RETAY 84-FS modelli RFSİA-171002423 nömrəli yivsiz odlu silahın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmədiyi qeyd edilmişdir. (2-ci cild iş vərəqi 141). İşdə olan cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 01.06.2020-ci il tarixli 007-5767-1220 nömrəli əməliyyat tapşırığına verilmiş 23.06.2020-ci il tarixli 008-2809-1220 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduqları, aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Məhərrəm” adlı şəxsdən əldə etmələri, Şükür adlı şəxsin narkotik vasitə heroini müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Məhərrəm” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin və aşkar edilmiş odlu silah, döyüş sursatı və onun komplekt hissələrinin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (2-ci cild iş vərəqi 18-20, 63). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 5(005)-463/2020 nömrəli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 22.05.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (2-ci cild iş vərəqi 61). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi protokoldan görünür ki, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (2-ci cild iş vərəqi 80-82). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (2-ci cild iş vərəqi 86-88). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (2-ci cild iş vərəqi 89-91). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (2-ci cild iş vərəqi 77-79). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (2-ci cild iş vərəqi 83-85). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qalıq çəkisi 12360,337 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 2277,134 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin təyinatını itirmiş, hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyədə istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlardan ekaspertiza tədqiqatına sərf edildikdən sonra qalan 16 ədəd patron, bir ədəd RFSİA- 171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qalıq çəkisi 1098,16 qram çəkidə narkotik vasitə heroin və 519,729 qram çəkidə psixotrop maddə metamfetamin 02 iyun 2020-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (2-ci cild iş vərəqi 21-25). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş zavod şəraitinə uyğunlaşdırılmış şəraitdə kustar üsulla hazırlanmış 6,7 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararsız 05 ədəd patron döyüş sursatı və Tayvan dövlətində, zavod üsulu ilə istehsal olunmuş C-31 modelli, 4,5 mm kalibirli idman məşqləri üçün nəzərdə tutulmuş texniki cəhətdən nasaz və atəş üçün yararsız, odlu silah hesab edilməyən pnevmatik tapança 10G45246 N-li silah maddi sübut hesab edilmədən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (2-ci cild iş vərəqi 21-25). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etməsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməklə daşıması və saxlaması, həmçinin, qanunsuz olaraq odlu silahları, onların komplekt hissələrini, döyüş sursatlarını qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə kömək etməklə əldə etməsi, saxlaması və daşıması və Salmanov Aqil İslam oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Salmanov Aqil İslam oğlunun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməli, həmin Məcəllənin daha ağır cəza nəzərdə tutan 206.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ittihamdan xaric edilməli və bütün tövsifedici əlamətlər göstərilməklə ancaq Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da, məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.1-ci maddələri ilə tövsif edilməklə ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə, Azərbaycan Respublikası CM-in 206.3.2 maddəsinin sanksiyasında azadlıqdan beş ildən səkkiz ilədək, Azərbaycan Respublikası CM-in 228.1ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi az ağır cinayətlər kategoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Salmanov Aqil İslam oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Salmanov Aqil İslam oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr) və (2-ci siyahı, psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddənin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Salmanov Kamil İslam oğlunun qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 12.360,737 qram narkotik vasitə heroin və 2277,334 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir; Salmanov Aqil İslam oğlunun qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 1098,24 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Salmanov Kamil İslam oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.1, 206.3.2-ci 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Salmanov Aqil İslam oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Salmanov Kamil İslam oğlunun və Salmanov Aqil İslam oğlunun Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Salmanov Kamil İslam oğlunun və Salmanov Aqil İslam oğlunun cəza çəkmələrinin başlanğıcı 22 may 2020-ci ildən hesablanmalıdır Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Salmanov Kamil İslam oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağıraşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 22 may 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Salmanov Kamil İslam oğlunun barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 20 may 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının 16 iyun 2020-ci il tarixli, 1088 və 1089 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 12.360,337 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 2277,134 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1098,16 qram çəkidə narkotik vasitə heroin və 519,729 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin təyinatını itirmiş, hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyədə istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlardan ekaspertiza tədqiqatına sərf edildikdən sonra qalan 16 ədəd patron, bir ədəd RFSİA-171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, “Baxış keçirilməsi və götürmə aparılmasının” videogörüntülərinin əks edildiyi 02 ədəd DVD disk və “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntülərinin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Salmanov Kamil İslam oğlundan və Salmanov Aqil İslam oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
1. Salmanov Kamil İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası 66.3-cü maddəsi tətbiq edilərək cəzaları qismən toplamaq yolu ilə Salmanov Kamil İslam oğlu qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salmanov Kamil İslam oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Salmanov Kamil İslam oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 22 may 2020-ci il tarixdən hesablansın. Salmanov Kamil İslam oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası 66.3-cü maddəsi tətbiq edilərək cəzaları qismən toplamaq yolu ilə Salmanov Kamil İslam oğluna qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salmanov Aqil İslam oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Salmanov Aqil İslam oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 22 may 2020-ci il tarixdən hesablansın. Salmanov Aqil İslam oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 12.360,337 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 2277,134 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1098,16 qram çəkidə narkotik vasitə heroin və 519,729 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd 14640 nömrəli, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş 9 mm kalibrli, modeli bilinməyən, təyinatı üzrə travmotik və qaz patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin təyinatını itirmiş, hazırda 9x19 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı daraq, 19 ədəd Türkiyədə istehsal edilmiş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı sayılan patronlardan ekaspertiza tədqiqatına sərf edildikdən sonra qalan 16 ədəd patron, bir ədəd RFSİA-171002423 nömrəli zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 9 mm kalibrli RETAY 84-FS modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançası sayılan, lakin təyinatını itirmiş, hazırda texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz odlu silah, bir ədəd RETAY 84-FS modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan, 9 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq Azərbaycan Respublikası DİN-ə təhvil verilsin, “Baxış keçirilməsi və götürmə aparılmasının” videogörüntülərinin əks edildiyi 02 ədəd DVD disk və “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntülərinin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Salmanov Kamil İslam oğlundan və Salmanov Aqil İslam oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov