Məhkəmə qərarları › İş №1(101)-753/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-753/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-753/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 3cü Nərimanov döngəsi, ev 6/4-də qeydiyyatda olan və ünvan 3-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs haqqında icraat ayrılmış başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 oktyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında həmin şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 15 ədəd bükümdə ümumi təmiz çəkisi 5,177 qram olan külli miqdarda narkotik vasitə heroin, 09 ədəd bükümdə ümumi təmiz çəkisi 0,901 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən “Nicat” marketin yaxınlığına daşımış, 13 oktyabr 2021-ci il tarixdə, saat 03:00-da həmin ünvanda Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılıb Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilərək şəxsi axtarış zamanı çiynindən asdığı üzərində «Serious» yazısı olan qara rəngli çantadan açılıbbağlanan ağ rəngli lampanın içərisində 15 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,342 qram, 0,316 qram, 0,352 qram, 0,355 qram, 0,346 qram, 0,341 qram, 0,339 qram, 0,346 qram, 0,342 qram, 0,350 qram, 0,297 qram, 0,349 qram, 0,347 qram və 0,331 qram, ümumi təmiz çəkisi 5,177 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,005 qram, 0,113 qram, 0,151 qram, 0,182 qram, 0,102 qram, 0,082 qram, 0,100 qram, 0,093 qram və 0,073 qram, ümumi təmiz çəkisi 0,901 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroininin və psixotrop maddə olan metafetaminin istifadəçisidir. Təxminən 5 ildir ki, həyat yoldaşından rəsmi olaraq ayrılmış, yetkinlik yaşına çatmış 3 övladı var, onlar anaları ilə birlikdə yaşayırlar. Saxlanılmamışdan əvvəl istifadəsində olan nəqliyyat vasitəsi ilə taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. 09 oktyabr 2021-ci il tarixdə, saat təxminən 20:00 radələrində o, yaşadığı Mehdiabad qəsəbəsindəki «Rahat» marketin yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün bir büküm heroin almışdır. Həmin şəxsdən əldə etdiyi narkotik vasitə olan heroini çiynindən asılan özünə məxsus əl çantasında gizlətmişdir. 13 oktyabr 2021-ci il tarixə keçən gecə saat 03 radələrində idarə etdiyi «Tofaş» markalı avtomobillə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən ərazisində «Nicat» marketin yanından keçəndə maşını saxlamış və su almaq məqsədilə marketə girmək istəyəndə bir neçə nəfər mülki geyimli şəxs onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitə ilə bağlı şübhəli olduğunu deyib onlarla Polis Şöbəsinə getməyini təklif etmiş, o da etiraz etmədən onlarla birlikdə 4-cü Polis Şöbəsinə gəlmişdir. Həmin vaxt o, narkotikin vasitənin təsiri altında olmuşdur. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, çiynindən asdığı üzərində «Serious» yazısı olan qara rəngli əl çantasında saxladığı heroini təqdim etmişdir. İbtidai araşdırma zamanı onun üzərindən açılıb-bağlanan işıq lampasının içərisinə qoyulmuş cəmi 24 büküm heroin və metafetamin aşkar edilmişdir. Lakin ona yalnız bir büküm heroin məxsus olmuşdur. Bunu da məhkəmədə etiraf edir. Onu da qeyd etmək istəyir ki, polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmiş, sadəcə ondan aşkar olunmuş qanunsuz əşyaların miqdarı artırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımış, heç bir ədavəti və düşmənçiliy olmamışdır. Ona ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və daha sonra ondan, şöbənin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədəndə yerləşən «Nicat» marketin yaxınlığında saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirilmiş, və təhqiqatçıya təfil verilmişdir. Təhqiqatçı tərəfindən müvafiq prosessual hərəkətlər aparıldıqdan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs da çiynindəki üzərində «Serious» yazısı olan qara rəngli əl çantasının içərisindən ağ rəngli lampanı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs özü həmin lampanın üst şüşəsini açıb içərisində olan 09 ədəd kağız bükümləri və 15 ədəd şəffaf selofan bükümləri təqdim edib bildirmişdir ki, kağız bükümlərdəki «patı və ya şüşə» deyilən metafetamin, selofan bükümlərdə isə «kakos» deyilən heroindir. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsi soruşulduqda o, həmin maddələri Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120 manata alaraq üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Zərfin üzərini və protokolu Təqsirləndirilən şəxs könüllü heç bir təzyiq olmadan imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmədə həqiqətə uyğun olmayan ifadə verir, onun üzərindən bir büküm heroin deyil, baxış zamanı videoçəkilişlə təsdiq olunmuş heroinə bənzər 15 büküm və metafetaminə bənzər 09 büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı şöbəyə sonuncunun narkotik vasitələri əldə etməsi və istifadə etməsi barədə məlumatın daxil olması ilə əlaqədar keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdir. Məlumat həmkarı Şahid1 daxil olmuş, o isə əməliyyat qrupun üzvü olmuşdur. Əməliyyataxtarış tədbirləri nəticəsində 13 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədəndə yerləşən «Nicat» marketin yaxınlığında saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı Təhqiqatçı tərəfindən müvafiq prosessual hərəkətlər aparılaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil dəvət edilmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs da çiynindəki üzərində «Serious» yazısı olan qara rəngli əl çantasını açaraq içərisindən ağ rəngli lampanı çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs özü həmin lampanın üst şüşəsini açıb içərisində olan 09 ədəd kağız bükümləri və 15 ədəd şəffaf selofan bükümləri stolun üstünə qoymuş və demişdir ki, kağız bükümlərdəki «patı və ya şüşə» deyilən metamfetamin, selofan bükümlərdə isə «kakos» deyilən heroindir. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsi soruşulduqda o, həmin maddələri Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120 manata alaraq üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, onlar, o cümlədən Təqsirləndirilən şəxs zərfin üzərinə imza etmişlər. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokolu da Təqsirləndirilən şəxs imzalamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadəsi tam deyil, ondan həm 15 büküm heroin, həm də 9 ədəd büküm metafetaminə bənzər maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqəi RPİ-nin 4-cü PŞ-nin rəisinə ünvanlanan 13.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq mütəmadi olaraq üzərində narkotik vasitələri və psixotrop maddələr gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqəi RPİ-nin 4-cü PŞ-nin rəisinə ünvanlanan 13.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən «Nicat» marketin yaxınlığında saxlanılaraq Binəqəi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış videoçəkilişlə aparılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zaman Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli əl çantasının içərisindən 09 ədəd siqaret kağızına bükülmüş ümumi çəkisi 0.901 qram psixotrop maddə metafetaminə bənzər və 15 ədəd şəffaf selofana bükülmüş ümumi çəkisi 5.177 qram narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 110-120 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 13.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13.10.2021-ci il tarixli, 6/4547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №173» möhür əksi, «…Şübhəli şəxs…Təqsirləndirilən şəxs…» və s. yazılar, imzalar olan kağız paketdəki 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,342 qram, 0,316 qram, 0,352 qram, 0,355 qram, 0,346 qram, 0,341 qram, 0,339 qram, 0,346 qram, 0,342 qram, 0,350 qram, 0,297 qram, 0,349 qram, 0,347 qram, 0,331 qram, ümumi təmiz çəkiləri 5,177 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,005 qram, 0,113 qram, 0,151 qram, 0,182 qram, 0,102 qram, 0,082 qram, 0,100 qram, 0,093 qram, 0,073 qram, ümumi təmiz çəkiləri 0,901 qram ağ rəngli, kristall şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metafetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 10.01.2022-ci il tarixli, 110 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 13.12.2021-ci il tarixli, 2966 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1. və 21.3.-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” 14.10.2021ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etdi. Təqsirləndirilən şəxs qara rəngi üzərində “Serious” yazısı olan əl çantasının içərisindən ağ rəngli lampanı çıxardaraq lampanın üst şüşəsini çıxardıb onun içərisində kağız və salafan bükümləri təqdim edir və bildirir ki, salafan bükümlərdə olan maddə “kakos” adlanan heroindir, kağız bükümlərdə olan maddə isə “patı” və ya “şüşə” adlanan metamfetamindir. Təhqiqatçı bükümləri sayaraq 15 ədəd salafan büküm, 9 ədəd isə kağız büküm olduğunu müəyyən edir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparırlar, lakin başqa heç bir əşya tapılmır. Təqsirləndirilən şəxs suala cavab olaraq bildirir ki, həmin bükümləri Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 110-120 manata almışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə və psixotrop maddə metafetaminə oxşar maddələr olan bükümləri ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Məhkəmədə elan edilib araşdırılmış 16.12.2021-ci il tarixli protokoldan müəyən olunur ki, "xxxx" MMC-dən götürülmüş CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs adına və istifadəsində olan 055 364 93 47 saylı mobil nömrəyə (daxil olan və həmin nömrədən çıxan) onun müxtəlif şəxslərlə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən mesajlar aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 07.02.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 5,027 qram narkotik vasitə heroin və 0,811 qram psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə bükümlərini içərisində gizlətdiyi bir ədəd ağ rəngli lampa Bakı şəhər B inəqədi RPİ-də məsul saxlanca verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız bir büküm heroini əldə edib daşımasında təqsirli bilməsi və həmin heroini şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ittiham olunduğu əməli tam etiraf etməsinə dair ifadələri ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 5,177 qram, psixotrop maddə metafetamin ümumi təmiz çəkisi 0,901 qram olmaqla külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,027 qram narkotik vasitə heroin və 0,811 qram psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə bükümlərini içərisində gizlətdiyi bir ədəd ağ rəngli lampa məhv edilməli, cinayət işinin materiallarfna əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski, «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən 1 ədəd “CD” diski cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi Təqsirləndirilən şəxs götürülmüş tədqiqatlardan sonra qalıq qalmış 5,027 qram narkotik vasitə heroin və 0,811 qram psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli lampa məhv edilsin, cinayət işinin materiallarına əlavə edilsiş 1 ədəd DVD və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar