Məhkəmə qərarları › İş №1(101)-754/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-754/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-754/2023 04.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1 və X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, X3 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Əli” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, sonuncu tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan qrup üzvünün vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində istintaqa məlum olmayan yerdə 1005,0 qram çəkidə külli miqdarda narkotik vasitə-heroinin əvvəlcədən qoyulması təşkil edildikdən sonra o, “Əli” adlı şəxsin tapşırığı ilə 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda külli miqdarda, təmiz çəkisi 1005,0 qram narkotik vasitə-heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 167 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki, üzərində “Original Levis” yazısı olan, göy rəngli sellofanın içərisindən bir ədəd bükümdə, yapışqan lentlə bağlanmış təmiz çəkisi 1005,0 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, tutulmazdan əvvəl “İnstagram” sosial şəbəkəsindən tanıdığı “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ondan narkotik vasitə istəyib-istəmədiyini soruşduqda, 5 uşağı olduğuna görə narkotik vasitələri almağa pulunun çatmadığını, pulsuz verdiyi təqdirdə istədiyi barədə yazışdıqdan təxminən 10-15 gün keçdikdən sonra, yəni 14 sentyabr 2022-ci il tarixdə “Əli” adlı şəxs “Whatsapp” tətbiqi vasitəsilə ona 5 qram heroin yollayacağını deyib narkotik vasitənin yerləşdiyi yerin şəklini göndərmişdir. Bundan təxminən 1 saat sonra o, “Bolt” şirkətindən taksi sifariş edib oğlunu atasının yaşadığı ünvana apardıqdan sonra göndərilən ünvana gedərək “Akay” adlı avtoservisin yaxınlığında yerləşən yarımtikilinin yanından aşağıya doğru istiqamətlənib narkotik vasitəni axtardığı zaman 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayıb özlərini təqdim etmədən qolunu burub avtomobilə əyləşdirərək polis şöbəsinə apardıqdan sonra orada həmin polis əməkdaşlarına onu buraxmalarını dedikdə, səbrli olmasını, sənədləri imzaladıqdan sonra buraxacaqlarını söyləmişlər. O, hansısa sənədi imzaladıqdan sonra növbətçi hissənin yanında yerləşən bağlı yerə gətirilmiş, orada olan polis əməkdaşı kiminləsə telefonla danışıb 1 saat narkotik vasitə axtardıqdan sonra bağlama gətirmiş və ona videoçəkiliş olacağını, videoçəkiliş zamanı həmin bağlamanı nümayiş etdirməli olduğunu, videoçəkilişdə narkotik vasitənin özünə məxsusluğunu bildirdikdən sonra azadlığa buraxılacağını söylədikdə razılaşaraq videoçəkilişdə həmin bağlamanı özününkü kimi təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq tutulduqdan təxminən 2-3 ay əvvəl narkotik vasitədən istifadə etməyə başladığını, “İnstagram” sosial şəbəkəsində və “Whatsapp” tətbiqi vasitəsilə “Əli” adlı şəxslə latın qrafikası ilə yazışdığını, mobil telefonda yazı bölməsində yazmağı bacarsa da, əl ilə yaza bilmədiyini, polis bölməsində sənəd imzalayan zaman polisə oxuya bilmədiyini desə də, buna məhəl qoyulmadığını, şöbəyə aparıldıqdan sonra “Əli” adlı şəxs ona “götürdün?” deyə mesaj yazdıqda, əməliyyatçının ona “cavab ver ki, götürdüm, başqa heç nə demə” deyə cavablandırmasını tələb etdiyini, o isə həmin polis əməkdaşına narkotik vasitəni götürmədiyini söylədiyini, “Əli” adlı şəxs ona ən azı 5-10 qram olmaqla yolladığı narkotik vasitə olan bağlama sement kisəsinin altında olduğuna görə çəkisindən məlumatsız olduğunu, həmin bağlamanı götürmək istəyəndə balaca ölçüdə olmasını gördüyünü, lakin götürə bilmədiyini, polis şöbəsinə daxil olduqdan 15 dəqiqə sonra üzərinə videoçəkiliş olmadan baxış keçirilərkən üzərindən “1 manat” və “Leobank” plastik kartının aşkarlandığını, həmin kartı dostlarının ona pul göndərməsi məqsədilə əldə etdiyini, həmin vaxt üzərində hər hansı narkotik vasitənin olmadığını, növbəti baxış isə təxminən 1 saat sonra aparıldığını, baxış zamanı müdafiəçisinin iştirak etmədiyini, tutulduğu ərəfədə ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, videoçəkilişin 2-3 dəfə aparıldığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qismində ilkin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ittihamda göstərilənlərə uyğun məzmunda ifadə versə də, sonrakı ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən ona fiziki zorakılıq edildiyini, üzərində narkotik vasitənin olmadığını, 5 qram narkotik vasitə əldə etmək üçün gedərkən saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. O, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, narkotik vasitələrin dövriyyəsi və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 167 ünvanının yaxınlığında olan yarımtikilinin yanında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra hava şəraitini və həmin yerdə insanların çox olmasını nəzərə alıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etdikdə razılaşmışdır. Polis şöbəsində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 1 manat pulu, “Leobank”-a məxsus olan plastik bank kartını, arxa cibindən bir ədəd “Samsung” markalı telefonu və əlindəki göy rəngli sellofan torbanı təqdim etmiş və həmin torbanın içində “kola” (heroin) kimi adlanan narkotik vasitənin çəkisinin 1 kiloqramdan bir az çox olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin göstərişinə əsasən qazanc məqsədilə əldə etdiyini və kiməsə çatdıracağını, pul əvəzinə müəyyən bir hissəsinin çəkilib veriləcəyini bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürləndikdən sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs o və ya başqa polis əməkdaşı tərəfindən hər hansı zorakılıq edilməmiş, təqsirləndirilən şəxs maddi sıxıntısı ucbatından qazanc əldə etmək məqsədilə narkotik vasitənin satışı ilə məşğul olduğunu səmimi etiraf etmiş, nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə kütlə təqdim olunmamış, videoçəkiliş 1 dəfə aparılmışdır. Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi yoxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. O, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birgə yaradılmış əməliyyat qrupunun tərkibində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində gözləmişlər. 14 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 167 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən görmüş, Təqsirləndirilən şəxs 10- 15 dəqiqə sağa-sola hərəkət etdikdən sonra orada olan yarımtikiliyə daxil olmuşdur. Həmin yerdən əlində göy rəngli torba ilə çıxdıqdan sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şöbədə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə-heroin olduğunu, həmin narkotik vasitəni kiməsə vermək üçün “Əli” adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs o və ya başqa polis əməkdaşı tərəfindən hər hansı zorakılıq edilməmiş, özü hər şeyi səmimi etiraf etmiş, nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə kütlə təqdim olunmamış, videoçəkiliş 1 dəfə aparılmış, aşkarlanmış maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Həmin vaxt həmçinin mobil telefon və “Leobank” plastik kartı da müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. O, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, 2022-ci il sentyabr ayında dəqiq xatırlamadığı tarixdə saat 18- 19 radələrində polis şöbəsinin inzibati otağında videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarında olan mobil telefonu, 1 manat pulu, plastik bank kartını və əlindəki sellofan torbanı təqdim etdikdən sonra həmin torbanın içərisində heroin olduğunu, müvafiq narkotik vasitəni İran İslam Respublikası vətəndaşından götürüb harasa çatdırması müqabilində pul və ya həmin narkotik vasitənin müəyyən hissəsini əldə edəcəyini bildirmişdir. Videoçəkiliş onun tərəfindən və 1 dəfə aparılmış, arada kəsinti olmamış, Təqsirləndirilən şəxs könüllü olaraq həmin predmetləri təqdim etmiş, ona qarşı hər hansı zorakılıq etməmiş, zorakılığın şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 8) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(007)-454/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqə 117) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq 24-cü Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 11; 26) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, habelə xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd Azərbaycan manatını, “Leo Bank” plastik kartını, həmin şalvarın arxa sol yan cibindən “Samsung A12” markalı mobil telefonu və əlindəki üzərində “Original Levis” yazılı göy sellofanı təqdim etdikdən sonra həmin sellofanın içərisində yapışqana bükülü vəziyyətdə bükümün içərisində “kola” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu və onu tanımadığı İran vətəndaşından aldığını bilmişdir. Aşkar edilənlərdən 01 ədəd yapışqan bükümdəki narkotik vasitəyə bənzər maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənməklə, habelə üzərində “***-***-**-**” saylı mobil nömrə olan “Samsung A 12” markalı mobil telefon, “4098 5844 5025 5458” nömrəli “Leo Bank” plastik kartı sübut əhəmiyyətinə malik olduğuna görə götürülmüş, 1 ədəd Azərbaycan manatı isə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 30-32; 118-119) “Baxış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung A 12” markalı mobil telefonda sübut əhəmiyyətli yazışma və səs yazıları müəyyən edilərək götürülmüş, yazışmanın fotoşəkilləri protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 38-42) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1005,0 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 1004,95 qram qalıq qalmışdır) (Cild 1, iş vərəqə 45-46) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-506/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(007)-13/2023 nömrəli qərarı ilə 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 81-85; 265) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-606/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatət təmin edilməmişdir. (Cild 1, iş vərəqə 134-138) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Whatsapp” proqramından istifadə olunmaqla aparılmış danışıqlardan göründüyü kimi, 14 sentyabr 2022-ci il tarixdə, saat 17:50-də Təqsirləndirilən şəxs mobil telefonunda “Ali Ünvan” kimi qeyd edilmiş “+9 8*** *** ** **” saylı mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “Nə oldu götürdün? Tez mənə cavab ver” və “Orada əlli dənə daş, əlli dənə torpaq sənindir. Qalanını da qoyassan başqa yerə. Deyəcəm hara” məzmununda səs yazısı göndərmiş, Təqsirləndirilən şəxs cavabında “Əli götürdüm ey, hara aparım” məzmununda soruşmuş, “Ali Ünvan” adlı şəxs Təqsirləndirilən şəxs “Get evə. Deyim. Mənə görüntülü zəng vur. Bax əlli dənə daş, əlli torpaq sənindir. Yaxşı, bəlgəsini də get evə deyəcəm” məzmununda səs yazısını göndərmişdir. Bundan başqa, “Whatsapp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci il tarixdə, saat 17:06-da Təqsirləndirilən şəxs “+994-55- 488-61-88” saylı mobil nömrəsinin istifadəçisinə “Gonder Bura” mətnini yazmış və “4098 5844 5025 5458” nömrəli “Leo Bank” plastik bank kartının şəklini göndərmiş, həmin şəxs isə “Fərid sən götür sənə quzu kəsərəm. Mən də bir bir saata oradayam da qaqaş. Təmiz bir 40 dəqiqəyə, 1 saata oradayam” məzmununda səs yazısı göndərmiş, Təqsirləndirilən şəxs cavabında “Hə yaxşı ürəyim qurban. Narahat olma. Elə gəlmişəm bura. Laçın tərəfdən götürməyə” məzmununda yazı yazmışdır. Həmin şəxs saat 17:11-də Təqsirləndirilən şəxs 5 manat ödəniş etməsi barədə qəbzin şəklini göndərmiş, saat 18:07-dən 20:02-dək olan yazılarda Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, beş manat pulu götürüb vədinə əməl etmədiyinə görə irad bildirmiş, Təqsirləndirilən şəxs isə həmin mətnləri və səs yazısını cavabsız qoymuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da telefonda “Vaska xaqlar” kimi qeyd edilmiş “+994-55-842-22-15” saylı mobil nömrəsinin istifadəçisinə “Vaska neyləyirsən qardaşım. Cavab ver tez elə işim var” səs yazısını göndərmiş, “Vaska xaqlar” adlı şəxs Təqsirləndirilən şəxs “Konum at” mətnini yazmış, Təqsirləndirilən şəxs olduğu yerin, yəni ünvan 7 ünvanının xəritəsini göndərmişdir. Saat 17:43-ə qədər aparılan danışıqlarda Təqsirləndirilən şəxs “Vaska xaqlar”-dan nəyə görə yubandığını soruşmuş, heç olmasa ona 5 manat göndərməsini demiş, “Vaska xaqlar” isə anası yanında olduğundan yubandığını bildirmişdir. (Cild 1, iş vərəqə 139-140) xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1005,0 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf olunduqdan sonra 1004,95 qram heroin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 91) Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 089-20685 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Əli” adlı şəxsin yerini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 106) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 9188 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 111) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, xx/xx-13181 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə və qeydiyyatda olmamışdır. (Cild 1, iş vərəqə 126) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 145-146) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “4098 5844 5025 5458” nömrəli plastik bank kartının hesabına hər gün günün müxtəlif saatlarında dəfələrlə ödəniş terminalları və digər bank kartlarının hesabından kiçik məbləğlərdə pul köçürüldüyü müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 147) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMCdən xx.xx.2022-ci il tarixli AZF/LGL-17718/22 nömrəli məktubla daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə «SMS Tarixcesi **********5225 709870252» qovluğunda Təqsirləndirilən şəxs xx-xx-2022 tarixdə saat 02:29:07-də “+994-50-445-02-67” nömrəli abonentə «Qardashim.ehmedliye gelme men nerimanova gedirem.goturmeye yetim zeng eledim.acmadin», saat 02:44:54-də «Yetim alinmadiye bugun istisen kart at pulu atim yada gunorta goeusherik», xx-xx-2022 tarixdə saat 00:41:53-də “+994-55-412-26-25” nömrəli abonentə «Ay da tecili.30azn.lazimdi heci puldan.catmir nece edek unvan hazirdi qaqa 30az. Lazimdi», saat 14:02:46-da “+994-70-868-78-37” nömrəli abonentə «Ay qaqa sene dedim.axi.yoxudu dedim.iki dene 05 qalib birini.men goturdum.birini bashkasina.verecek men.mkr.dayam.atamin.yaninda danisha bilmirem.», xx-xx-2022 tarixdə saat 00:19:30-da “+994-55-574-28-33” nömrəli abonentə «Qaqa uwag yanimdadi uzanirsa senin iwin denen bawqa yernen sivyaza cixim bir sozle iwimi bilimde qaqaw», saat 02:05:53-də “+994-50-743- 34-32” nömrəli abonentə «Qaqash hardasan seherden seni gozleyireme mene deyirsen orda gozle harda qaldin anar camahat pulu gozleyir», saat 02:16:05-də «Qaqa bele elemede balam cani pis veziyyetde qoyma meni sen balavin cani anam qebri menen isteyir pulu qaqa», saat 02:26:22-də «Qaqa sen balavin cani pulu getir direshib ki pulu ver anam qebri anam qurban olum qaqa gel pulu ysda malini verek getsi ata», saat 02:51:34-də «Neise onsuzda seni telesme corey kestiyin adama bele.edirsen sene neise olanda deyirem.anar ne olub sene derman alim amma sen.meni got veziyyetinde qoydun», saat 03:06:28-də «Ushaq ozu gorushecey senle sen tanimamisan sabah taniyarsan meni de axtarma bunan sonra», xx-xx-2022 tarixdə saat 22:38:22-də “+994-55-389-36-80” nömrəli abonentə «50255458 buyur abi can yol puluda at», xx-xx-2022 tarixdə 16:35:59 nömrəli abonentə «**********255458 qardashim 10azn at yol pulum.da yoxduye», xx-xx-2022 tarixdə 11:57:32-də “+994-99-724-24-29” nömrəli abonentə «Sabahin xeyir qaqam nihatin dostudu ureyim qurban 3dene tebii 1qr pt gelib deye bilerem» mətnləri göndərdiyi müəyyən olunmuşdur. «SMS Tarixcesi **********5228 709870252» qoluğunda Təqsirləndirilən şəxs telefon nömrəsinə xx-xx-2022 tarixdə saat 08:19:43-də “+994-55-412-26-25” nömrəli abonentdən «Ferid sen ferhadin aminin cani bizi diranzitde qoyma getir ver mene nezerimde saxlayacam seni», xx-xx-2022 tarixdə saat 14:27:29-da “+994-50-400-06-03” nömrəli abonentdən «cavab ver beynim conur», xx-xx-2022 tarixdə saat 14:42:23-də “+994-50-400-06-03” nömrəli abonentdən «pulu gaytar tezele hecne lazim deyil tez», xx-xx-2022 tarixdə 06:48:39-da “+994-51-410-08-57” nömrəli abonentdən «Fərid var yoxunu sikim başka cür ola bilmez mən ne zulumla pul tapı», xx-xx-2022 tarixdə saat 06:48:40-da «b attım işten izaze sen ise cavab ver» xx-xx-2022 tarixdə saat 00:32:27-də “+994-55-574-28-33” nömrəli abonentdən «Gözdüyüramda götürüm yıgacam sani tez alnırsa götür gardaşım», xx-xx- 2022 tarixdə saat 23:44:08-də “+994-55-353-40-33” nömrəli abonentdən «Gardashim atamin qebri chox pis vezyetdeyem sen balalarivin cani nese el at qardasiva xais edirem sennen», xx-xx-2022 tarixdə saat 10:19:30-da «Dunen geceden beri sennen bir shey istedim azmazda olsa elemeyini gözledim amma goruremki vecine deyil onsuzda o dostum dediyin oqlanlar qehbenin qarninn», xx-xx-2022 tarixdə saat 10:19:31-də «an cixanlar 100 manata yaxin pulumu yediler amma sene gore keçdim cunki xetrini cox isteyirem Sende gordunki nece pis vezyetde qaldım nolardiki bidene yu», xx-xx-2022 tarixdə saat 10:19:42də «ngulvari nese etseydin atamin qebri pulum yoxdu eyer pulum olsa agiz acmaram sene istemerem hecne pulsuz», xx-xx-2022 tarixdə saat 23:51:57-də “+994-55-389-36-80” nömrəli abonentdən «ay qaqa yene bashladuq ? Sene bir quran soz dedim axi zeng vuranda bir cavab ver ki duzenimizi bilek. ne ish gorey gozduyum gedim neyniyim?», saat 01:11:25-də «abi bunnan sora sene kartnan pul gonderen oglanin agzina soxsunlar.... bele getursonde sagol getirmesunde.... bitdi gondermey meselesi! yene meni xiyar k» saat 01:11:31-də «imi saxladun opurem coxsagol», xx-xx-2022 tarixdə saat 06:03:07-də “+994- 70-250-64-63” nömrəli abonentdən «Eeeeee anam cani qaqas bidene narmalni gotur gel qardasin seni 150 200 manat atsin qabaxa usaxlara mekdebe lezedi sunqa» saat 06:03:09da «eyaqabi şalvar qaroci cox seyde k» saat 06:39:06-da «Eyaqabilar qrasafqaolar qaroci ucunede sunqa ayaqabi ela vezyeyde var mende balacalarcun vapsem coxdu pas paltar pasdi teze kimi ba», saat 06:39:08-də «xiram bele camat qudurub gelende baxarsan ac bu poxvu bir soz de mene yeke oxlansan al sen balarvin cani ferid ac bidene», xx-xx-2022 tarixdə saat 21:47:37-də “+994-55-248-32-46” nömrəli abonentdən «Farid hardasan san man blikmuzdayam dediylarinin hamisini tiqmiwam qal apar ali bow qalma» mətnlərini göndərdikləri müəyyən olunmuşdur. (Cild 1, iş vərəqə 148-149) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 6557 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 153-154) xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılan videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk, təqsirləndirilən şəxsə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" Kommersiya Bankı ASC-dən təqdim edilmiş “4098 5844 5025 5458” nömrəli plastik bank kartına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL- 17718/22 nömrəli məktuba əlavə olunan 01 ədəd CD disk, habelə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə, üzləşdirmə protokolları, ekpert rəyləri və digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 166-176) “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə əlbir olduğu “Əli” adlı şəxs və narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 178-179) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 183-184) Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq edilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 207-210) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 8809/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə aldığını bildirir. Yeni zədə və xəsarət aşkar edilmədi” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar edilmədi” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü tərəfindən məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında qaldırmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunması təsdiqini tapmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olubolmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 3 saylı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs barəsində tərtib edilən tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə aldığını bildirir. Yeni zədə və xəsarət aşkar edilmədi” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Aşkar edilmədi” qeyd olunur. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1, Şahid2 və Şahid3 suallar verilmiş, şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində aralarındakı razılaşmaya görə 14 sentyabr 2022-ci il tarixdə “Əli” adlı şəxsin ona 5 qram narkotik vasitə olan heroin yollayacağından Bakı şəhəri, Nizami rayonu, “Akay” adlı avtoservisin yaxınlığında yerləşən yarımtikilinin yanında həmin narkotik vasitəni axtaran zaman 4 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin vaxt üzərində narkotik vasitə olmadığını, polis şöbəsinə aparıldıqdan 1 saat sonra polis əməkdaşının içərisində narkotik vasitə olan bağlamanı gətirdiyini, şəxsi axtarış zamanı videoçəkilişin 3 dəfə aparıldığını desə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 167 ünvanında özləri tərəfindən saxlanıldığını, həmin vaxt digər polis əməkdaşının orada olmadığını, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün hər hansı çəkidə və kütlədə narkotik vasitənin təqdim edilmədiyini, videoçəkilişin 1 dəfə aparıldığını, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılarkən könüllü olaraq içərisində heroinə bənzər narkotik vasitə olan 1 ədəd sellofan bağlamanı təqdim etdiyini, həmin bağlamanın qablaşdırılaraq möhürləndikdən sonra ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin daha çox polis əməkdaşı tərəfindən ittihamda göstərilməyən tarixdə saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Habelə, Şahid3 şəxsi axtarış aparılması ilə bağlı hissədə həmin şahidlərin dediklərini təsdiqləmişdir. Cinayət işinin materiallarının 30-31-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarının 118-119-cu vərəqlərində olan “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlindəki bağlamanı istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddə kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5212 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı təqdim etdiyi bağlamanın içərisində 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 167 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını özündə əks etdirən xx.xx.2022-ci il tarixli raport həmin tarixli, 089-19751-1122 nömrə ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin dəftərxanasından qeydiyyatdan keçirilmiş, həmin məlumat əsasında “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bu barədə tərtib edilmiş protokolun həmin tarixdə 089-19753-1122 nömrə ilə qeydiyyatı aparılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı tərtib edilmiş raport isə 24-cü Polis Şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2022ci il tarixdə 3095 nömrə ilə qeydiyyatdan keçirilmişdir. Həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman 01 ədəd sellofan bağlamada 1005,0 qram çəkidə narkotik vasitə olan heroini təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan heroinin təmin çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 6700 dəfə çoxdur. Bundan başqa, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-17718/22 nömrəli məktuba əlavə edilmiş diskdən və həmin diskə baxış keçilməsi ilə bağlı tərtib olunmuş “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə müxtəlif şəxslərlə “sms” yazışmaları aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə fərqli tarixlərdə “Qardashim.ehmedliye gelme men nerimanova gedirem.goturmeye yetim zeng eledim.acmadin”, “Yetim alinmadiye bugun istisen kart at pulu atim yada gunorta goeusherik”, “Ay da tecili.30azn.lazimdi heci puldan.catmir nece edek unvan hazirdi qaqa 30az. Lazimdi”, “Ay qaqa sene dedim.axi.yoxudu dedim.iki dene 05 qalib birini.men goturdum.birini bashkasina.verecek men.mkr.dayam.atamin.yaninda danisha bilmirem.”, “Qaqa uwag yanimdadi uzanirsa senin iwin denen bawqa yernen sivyaza cixim bir sozle iwimi bilimde qaqaw”, “Qaqash hardasan seherden seni gozleyireme mene deyirsen orda gozle harda qaldin anar camahat pulu gozleyir”, “Qaqa bele elemede balam cani pis veziyyetde qoyma meni sen balavin cani anam qebri menen isteyir pulu qaqa”, “Qaqa sen balavin cani pulu getir direshib ki pulu ver anam qebri anam qurban olum qaqa gel pulu ysda malini verek getsi ata”, “Neise onsuzda seni telesme corey kestiyin adama bele.edirsen sene neise olanda deyirem.anar ne olub sene derman alim amma sen.meni got veziyyetinde qoydun”, “Ushaq ozu gorushecey senle sen tanimamisan sabah taniyarsan meni de axtarma bunan sonra”, “50255458 buyur abi can yol puluda at”, “**********255458 qardashim 10azn at yol pulum.da yoxduye”, “Sabahin xeyir qaqam nihatin dostudu ureyim qurban 3dene tebii 1qr pt gelib deye bilerem” məzmununda mətnləri göndərdiyi müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil nömrəyə müxtəlif şəxslərdən “Ferid sen ferhadin aminin cani bizi diranzitde qoyma getir ver mene nezerimde saxlayacam seni”, “cavab ver beynim conur”, “pulu gaytar tezele hecne lazim deyil tez”, “Fərid var yoxunu sikim başka cür ola bilmez mən ne zulumla pul tapı”, “battım işten izaze sen ise cavab ver”, “Gözdüyüramda götürüm yıgacam sani tez alnırsa götür gardaşım”, “Gardashim atamin qebri chox pis vezyetdeyem sen balalarivin cani nese el at qardasiva xais edirem sennen”, “Dunen geceden beri sennen bir shey istedim azmazda olsa elemeyini gözledim amma goruremki vecine deyil onsuzda o dostum dediyin oqlanlar qehbenin qarninn”, “an cixanlar 100 manata yaxin pulumu yediler amma sene gore keçdim cunki xetrini cox isteyirem Sende gordunki nece pis vezyetde qaldım nolardiki bidene yu”, “ngulvari nese etseydin atamin qebri pulum yoxdu eyer pulum olsa agiz acmaram sene istemerem hecne pulsuz”, “ay qaqa yene bashladuq ? Sene bir quran soz dedim axi zeng vuranda bir cavab ver ki duzenimizi bilek. ne ish gorey gozduyum gedim neyniyim?”, “abi bunnan sora sene kartnan pul gonderen oglanin agzina soxsunlar.... bele getursonde sagol getirmesunde.... bitdi gondermey meselesi! yene meni xiyar k”, “imi saxladun opurem coxsagol”, “Eeeeee anam cani qaqas bidene narmalni gotur gel qardasin seni 150 200 manat atsin qabaxa usaxlara mekdebe lezedi sunqa”, “eyaqabi şalvar qaroci cox seyde k”, “Eyaqabilar qrasafqaolar qaroci ucunede sunqa ayaqabi ela vezyeyde var mende balacalarcun vapsem coxdu pas paltar pasdi teze kimi ba”, “xiram bele camat qudurub gelende baxarsan ac bu poxvu bir soz de mene yeke oxlansan al sen balarvin cani ferid ac bidene”, “Farid hardasan san man blikmuzdayam dediylarinin hamisini tiqmiwam qal apar ali bow qalma” məzmununda mətnlərin göndərildiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı sms mətnləri tədqiq edilərək “Sabahın xeyir qaqam nihatin dostudu ureyim qurban 3dene tebii 1qr pt gelib deye bilerem” məzmununda mətnə Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün metamfetamin (patı) əldə etmək istədiyini desə də, xx.xx.2022-ci il tarixli, 6557 nömrəli ekspert rəyinin təsviri hissəsində Təqsirləndirilən şəxs arabir marixuanadan istifadə etdiyini bildirmiş, həmin rəyin nəticə hissəsində Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə hallarının olması qeyd edilmişdir. Məlumdur ki, metamfetamin psixostimulyatorlar sinfinə aiddir. Lakin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadəsi yox, məhz kannabioidlərdən istifadəsi müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq edilən sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs bank kart hesabına pulun mədaxil edilməsi ilə bağlı çoxlu yazılar vardır. "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, HTİD/9074 nömrəli məktuba əlavə edilmiş diskə baxış protokolundan və həmin diskin məhkəmə baxışı zamanı tədqiqindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 409858******5458 saylı bank kartına müxtəlif şəxslərdən fərqli tarixlərdə 5, 10, 20, 40, 100 və digər məbləğlərdə pul vəsaiti daxil olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ona pul göndərmiş şəxslərin kim olduğu barədə bildirə bilməmişdir. xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən, 14 sentyabr 2022ci il tarixdə, saat 17:50-də Təqsirləndirilən şəxs mobil telefonunda “Ali Ünvan” kimi qeyd edilmiş “+9 8*** *** ** **” saylı mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “Nə oldu götürdün? Tez mənə cavab ver” və “Orada əlli dənə daş, əlli dənə torpaq sənindir. Qalanını da qoyassan başqa yerə. Deyəcəm hara” məzmununda səs yazısı göndərmiş, Təqsirləndirilən şəxs cavabında “Əli götürdüm ey, hara aparım” məzmununda soruşmuş, “Ali Ünvan” adlı şəxs Təqsirləndirilən şəxs “Get evə. Deyim. Mənə görüntülü zəng vur. Bax əlli dənə daş, əlli torpaq sənindir. Yaxşı, bəlgəsini də get evə deyəcəm” məzmununda səs yazısını göndərmişdir. Bundan başqa, “Whatsapp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci il tarixdə, saat 17:06-da Təqsirləndirilən şəxs “+994-55- 488-61-88” saylı mobil nömrəsinin istifadəçisinə “Gonder Bura” mətnini yazmış və “4098 5844 5025 5458” nömrəli “Leo Bank” plastik bank kartının şəklini göndərmiş, həmin şəxs isə “Fərid sən götür sənə quzu kəsərəm. Mən də bir bir saata oradayam da qaqaş. Təmiz bir 40 dəqiqəyə, 1 saata oradayam” məzmununda səs yazısı atmış, Təqsirləndirilən şəxs cavabında “Hə yaxşı ürəyim qurban. Narahat olma. Elə gəlmişəm bura. Laçın tərəfdən götürməyə” məzmununda yazı yazmışdır. Həmin şəxs saat 17:11-də Təqsirləndirilən şəxs 5 manat ödəniş aparılması barədə qəbzin şəklini göndərmişdir. Saat 18:07-dən 20:02-dək olan yazılarda Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, beş manat pulu götürüb vədinə əməl etmədiyinə görə irad bildirmiş, Təqsirləndirilən şəxs isə həmin mətnləri və səs yazısını cavabsız qoymuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da telefonda “Vaska xaqlar” kimi qeyd edilmiş “+994-55-842-22-15” saylı mobil nömrəsinin istifadəçisinə “Vaska neyləyirsən qardaşım. Cavab ver tez elə işim var” səs yazısını göndərmiş, “Vaska xaqlar” adlı şəxs Təqsirləndirilən şəxs “Konum at” mətnini yazmış, Təqsirləndirilən şəxs olduğu yerin, yəni ünvan 7 ünvanının xəritəsini göndərmişdir. Saat 17:43-ə qədər aparılan danışıqlarda Təqsirləndirilən şəxs “Vaska xaqlar”-dan nəyə görə yubandığını soruşmuş, heç olmasa ona 5 manat göndərməsini demiş, “Vaska xaqlar” isə anası yanında olduğundan yubandığını bildirmişdir. Qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə müxtəlif şəxslərlə sms və “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar aparmış, bank hesabına müxtəlif məbləğlərdə fərqli şəxslər tərəfindən pul vəsaiti köçürülmüşdür. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, təqsirləndirilən şəxsin həmin məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, o, İran vətəndaşı “Əli” adlı şəxslə cinayətkar əlaqəyə girib narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar aparmış, müxtəlif şəxslərdən fərqli vaxtlarda pul vəsaitləri onun plastik bank kartına daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə, yəni 6700 dəfə çox olmasına, müxtəlif şəxslərlə narkotik vasitənin qanunsuz dövriyyəsi və satışı məqsədilə “sms” və “whatsapp” tətbiqi vasitəsilə yazışmaların mövcudluğuna, plastik bank kartına müxtəlif şəxslərdən fərqli məbləğlərdə pul vəsaitlərinin köçürülməsinə, “Əli” adlı şəxslə yazışmalarının və cinayətkar əlaqələrinin olmasına, həm müvafiq ekspert rəyi, həm də öz ifadəsinə görə narkotik vasitə olan heroinin istifadəçisi olmamasına baxmayaraq, “Əli” adlı şəxsdən narkotik vasitə olan heroini əldə etməsinə və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs arvadının əvvəki nikahından 3 azyaşlı uşağının olmasını və həmin uşaqları himayə etməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-506/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,95 qram təşkil edən heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd DVD disk, "xxxx" Kommersiya Bankı ASC-dən götürülmüş “4098 5844 5025 5458” nömrəli plastik bank kartına dair məlumatları əks etdirən 01 ədəd CD disk və Azerfon MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 6557 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyaa alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 1004,95 qram olan heroin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) DVD disk, "xxxx" Kommersiya Bankı ASC-dən götürülmüş 4098 5844 5025 5458 nömrəli plastik bank kartına dair məlumatları əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar