Məhkəmə qərarları › İş №1(101)-754/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-754/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-754/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1(bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 noyabr 2024-cü il tarixdə, saat 15:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 203,911 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 24,657 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Binəqədi şossesi, “Kəpənəkçi” marketin yaxınlığına qanunsuz olaraq daşımış, qeyd edilən psixotrop maddə metamfetamini satış məqsədi ilə ayırıb hər birində ayrı-ayrılıqda müvafiq olaraq 19,262 qram və 5,395 qram olmaqla 2(iki) ədəd bükümdə qablaşdırmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə-BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 27 oktyabr 2020-ci il tarixdə, saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Binəqədi şossesi, “Kəpənəkçi” marketin qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra mətndə-Binəqədi RPİ-nin 6cı PB) inzibati binasına gətirilərək, orada saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə əynindəki şalvarın sol yan cibində saxladığı 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 19,262 qram və 5,395 qram olmaqla ümumi təmiz çəkisi 24,657 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və əynindəki şalvarın sağ yan cibində saxladığı 1(bir) ədəd bükümdə 203,911 qram çəkidə olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

2. Bundan başqa, o, təkrarən məlum olmayan mənbədən, tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 3,578 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 1,883 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, əldə etdiyi psixotrop maddə metamfetamini satış məqsədi ilə bölüb ayırmaqla hər birində müvafiq olaraq 0,908 qram, 0,791 qram, 1,092 qram və 0,787 qram olmaqla 4(dörd) bükümdə qablaşdırmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə-BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 1 iyun 2021-ci il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, orada saat 17:50-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə əynindəki göy rəngli cins şalvarının ön sol yan cibində saxladığı 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,908 qram, 0,791 qram, 1,092 qram və 0,787 qram olmaqla, ümumi təmiz çəkisi 3,578 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd bükümdə 1,883 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvələr marixuana istifadə etmişdir. İlk dəfə BMCMİ-nin əməkdaşları onu vəfat edən babasının dəfn günündən sonrakı gün tutmuşlar. Belə ki, Şahid6 adlı polis əməkdaşı onu babasının yas mərasimindən götürərək BMCMİ-yə aparmış, orada üzərinə və avtomobilinə baxış keçirmiş, lakin nə üzərindən, nə də avtomobilindən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. BMCMİ-də sorğu-sual edilərək ona avtomobili ilə Pərviz adlı şəxsi Ələt qəsəbəsi istiqamətində aparması, sonradan Pərvizin də narkotik vasitə ilə tutulmasını bildirib bu barədə məlumatının olub-olmaması soruşulmuş, o da hər hansı məlumatının olmadığını bildirmişdir. Daha sonra Şahid6 adlı polis əməkdaşı onu BMCMİ-də yerləşən öz xidməti otağına aparmış, orada olduğu müddətdə atası həmin otağa gəlmiş, əvvəlcə atası, sonra isə onun özü ilə danışmışlar. Danışıq zamanı Şahid6 ona sənədlər imzalatdıraraq artıq onların əməkdaşı olduğunu, buna görə də onu heç kimin tuta bilməyəcəyini deyərək onunla işləyəcəyini bildirmişdir. Belə ki, Şahid6 tapşırığına əsasən o, narkotik vasitə və ya psixotrop maddələri götürərək müəyyən ünvanlara qoymalı, qoyduğu ünvanlardan həmin predmetləri götürən şəxslərin və ya onların avtomobillərinin fotoşəkillərini çəkib Şahid6 göndərməli, bununla həm polis orqanına kömək etməli, həm də gördüyü işin müqabilində müxtəlif miqdarlarda haqq almalı olmuşdur. O, Şahid6 təklifi ilə razılaşdıqdan və müəyyən sənədləri imzaladığına görə rəsmi olaraq işə götürüldüyünü düşündüyündən sərbəst buraxılaraq evinə getdikdən sonra mütəmadi olaraq Şahid6la mobil telefonda danışıb görüşmüşdür. Sonrakı müddət ərzində Şahid6 narkotik vasitə və ya psixotrop maddələrin satışını həyata keçirən iranlı hansısa bir şəxs taparaq həmin şəxslə narkotik vasitə və psixotrop maddələrin alveri barədə danışması təlimatını vermişdir. O da sosial şəbəkələrdən iranlı narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan bir şəxslə əlaqə yaratmış, sonuncunun verdiyi predmetləri dediyi ünvanlara aparıb qoymuş, sonra Şahid6 bu barədə məlumat vermişdir. Şahid6 ona polisin məxfi əməkdaşı olduğu üçün pul vermişdir. Gördüyü işə görə ona pul göndərmək üçün ondan bank kartı tələb etdikdə o da arvadına məxsus bank kartını göndərmişdir. Mütəmadi olaraq həmin bank kartına Şahid6 tərəfindən müxtəlif məbləğlərdə pullar göndərilmişdir. Şahid6la olan əməkdaşlığı iranlı ilə danışıb sonuncunun ona bildirdiyi narkotik vasitə və psixotrop maddələrin yerini birinciyə bildirməkdən ibarət olmuşdur. Turalın göstərişi ilə avtomobilində saxladığı elektron tərəzi vasitəsi ilə iranlı şəxsin göndərdiyi qanunsuz predmetləri hissələrə bölüb sonuncunun dediyi yerlərə qoyduqdan sonra həmin yerləri eyni vaxtda həm Turala, həm də iranlıya bildirmişdir. İlk vaxtlarda Tural bir-iki dəfə onunla birgə həmin yerlərə getmiş, sonralar isə o, tək getmişdir. Bu yolla o, təxminən 50 nəfər şəxsin ifşa olunaraq yaxalanmasında iştirak etmişdir. Beləliklə, 2020-ci ilin may ayından etibarən Turalla əməkdaşlıq etmişdir. Belə ki, ilk əvvəl məcburi qaydada əməkdaşlıq etsə də, sonradan Turalla könüllü olaraq əməkdaşlıq etmişdir. O, Turalın ona verdiyi göstərişlərin qanunsuz olduğunu bilməmiş, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ifşa olunaraq yaxalanan şəxslərlə özü yox, iranlı danışmışdır. Onun Şahid6la əməkdaşlıq etdiyini ailəsi bilməmiş, Turalla əməkdaşlıq etdiyi müddətdə sonuncu ona ümumilikdə təxminən 5-6 min manat məbləğində pul vermişdir. Belə ki, Tural 1000, 400, 600, 200 manat və sair məbləğlərdə pul vəsaitlərini ya nağd formada, yaxud da arvadının bank kartına köçürmə yolu ilə ona ödəmişdir. Ailə üzvlərinə avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Tural onu polislə əməkdaşlıq etdiyinə və qanunsuz iş görmədiyinə inandırmışdır. Hətta Turalla əməkdaşlıq etdiyi dövrdə polis əməkdaşları onu əsassız olaraq oğurluqda şübhəli bilərək tutmuş, o da Turala bu barədə xəbər verdikdən sonra sonuncu 6-cı PB-nin rəisi ilə danışmış, sonuncu isə Turalın onların dostu olduğunu deyərək Turalın xalası oğlu olduğu üçün onu buraxacaqlarını bildirmişdir.

4. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 27 oktyabr 2020-ci il tarixdə BNMİ-nin əməkdaşları Şahid3 və Şahid1 adlı polis əməkdaşları “Kəpənəkçi” marketin yaxınlığında onu tutmuşlar. Həmin gün Şahid6 göstərişi əsasında Qaradağ rayonu ərazisində yerləşən “Bazarstore” adlı marketin yaxınlığından narkotik vasitə olan heroini götürüb həmin predmeti açıb baxmadan avtomobilinə qoyaraq birbaşa Biləcəri qəsəbəsindəki “Kəpənəkçi” marketə gəlmişdir. BNMİ-nin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin yerini deməsini ondan tələb etmişlər, o isə saxlanılaraq avtomobilə əyləşdirilərkən BMCMİ-nin əməkdaşı Şahid6 adlı şəxslə əməkdaşlıq etdiyini, sonuncunun ləqəbinin Cəfər olduğunu bildirərək Şahid6 istifadəsində olan mobil telefon nömrəsini verərək onunla danışmalarını xahiş etmişdir. Saxlanıldıqdan sonra Binəqədi RPİ-nin 6-cı PB-yə aparılmış, PB-də videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Onu saxlayan polis əməkdaşlarına Şahid6la əməkdaşlıq etdiyini dedikdə onu təhqir etməklə döyərək yalan danışdığını deyib həmin halın daha sonra araşdırılacağını bildirmişlər. Saxlanıldığı vaxtda təxminən 100 qram çəkidə narkotik vasitəni götürmək üçün Qaradağ rayonuna getmiş, polislər isə onu saxladıqdan sonra götürdüyü narkotik vasitənin üzərinə bir az da əlavə edərək videoçəkiliş zamanı ondan tələb edilən şəkildə danışmalı olmasını izah etmişlər. O da etiraz etmədən polis əməkdaşlarının onu öyrətdikləri formada videoçəkiliş zamanı demişdir. Daha sonra onu BNMİ-yə aparmış, bir gün orada saxlayıb narkotik vasitəni kimlərə göndərməsi, kimlərlə danışması soruşulmuş, mobil telefonuna baxış keçirilmiş, baxış zamanı Şahid6la danışıqları və yazışmalarını görmüşlər. Saxlanıldığı gündən əvvəlki gün o, mikrorayon ərazisindən pulları götürüb “Lukoil” yanacaq doldurma məntəqəsində bir nəfər şəxsə həmin pulları vermiş, həmin şəxsin avtomobilinin nömrəsini isə Turala göndərmişdir. BNMİ-nin əməkdaşları daha sonra onu Xətai rayonunda yerləşən “Günay Bank” bankının yaxınlığına aparaq orada 1 saat saxlamış, daha sonra Surxay adlı polis əməkdaşı onun məsələsini həll etmək üçün onu BNMİ-yə aparmış, oradan isə Binəqədi RPİ-yə aparıb təhvil verərək dediklərinin araşdırılacağını bildirmişdir. Binəqədi RPİ-də Məmmədhüseyn adlı müstəntiq ona müəyyən sənədlərə imza etdirmiş və daha sonra isə onu Bakı İstintaq Təcridxanasına etap etmişlər. Barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsində məhkəmə iclası keçirilərkən hakim onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yanına aparılmadığını bilib iclası dayandıraraq onun prokurorun yanına aparılmasına göstəriş vermişdir. Müstəntiq Məmmədhüseyn isə mobil telefonunda ona Şahid6 səs yazısını dinlətmiş, həmin səs yazısında isə Tural ona narahat olmamasını deyərək azad etdirəcəyini bildirmişdir. Daha sonra o, yenidən məhkəməyə aparılmış, məhkəmə iclasında hakimə müstəntiq tərəfindən ona dinlətdirilmiş səs yazısı barədə məlumat vermiş, hakim də həmin səs yazısına qulaq asdıqdan sonra barəsində 2(iki) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar vermişdir. Ümumilikdə 6(altı) ay Bakı istintaq təcridxanasında saxlanıldıqdan sonra azad olunmuşdur. Həbsdən azad edildikdən sonra Turalla görüşməmiş, ümumiyyətlə evdən çıxmamışdır. Lakin atası ağır xəstə olduğu üçün həbsdən buraxıldıqdan bir ay üç gün sonra atasını Nərimanov rayonunda yerləşən 18 saylı poliknikaya aparmış, sonuncunu xəstəxanaya yerləşdirdikdən sonra marketə getmiş, marketdən çıxarkən bir nəfər başı keçəl olan şəxs ona yaxınlaşaraq pilləkəndə onu tutmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşı onu saxlamış, lakin iş materiallarında guya onun tutulmasında iştirak etmiş kimi sənədləşdirilmiş Şahid4 və Şahid5 isə yalnız sonradan videoçəkiliş zamanı gələrək videoçəkilişdə iştirak etmşlər. Onu saxlayan şəxslərdən biri ağ saçlı, digəri keçəl olmuşdur. Onu saxlayan şəxslər üzərinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən idarə etdiyi avtomobil yeznəsinin avtomobili omuş, onu zorla həmin avtomobilə əyləşdirmişlər. Onu saxlayan şəxslər BMCMİ-nin əməkdaşları olduğunu deyərək ona hədə-qorxu gəlməklə döymüşlər. Belə ki, polis əməkdaşları Şahid6 adını çəkməklə ifşa etdiyindən və BMCMİ-nin nüfuzuna zərər vurduğuna görə cəzalandırılacağını bildirmişlər. Saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığından üzəri müvəqqəti saxlama yerində yoxlanılmamış və o, cibində olan balaca bıçağı ilə polis əməkdaşlarının onu saxlamalarına etiraz olaraq əvvəlcə qoluna, daha sonra isə qarın nahiyyəsinə xəsarət yetirmişdir. Daha sonra üzərində BMCMİ-də şəxsi axtarış aparılmış, videoçəkiliş aparılmazdan əvvəl ona təzyiq edilmişdir. Bu səbəbdən baş vermiş hadisə ilə bağlı məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələrini təzyiq altında məcbur qalaraq imzalamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs artıq uzun müddətdir həbsdə olduğunu, bu müddət ərzində atasının da vəfat etdiyini və bir uşağının doğulduğunu, özünün Şahid6 inanmaqla səhv etdiyini başa düşdüyünü bildirərək gənc olmasını və ailədə yeganə qazanc gətirən şəxsin özünün olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə icraatı zamanı (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri sədrlik edən Novruz Kərimov, Rasim Sadıxov və Azər Paşayevdən ibarət tərkibdə baxılaraq ittiham hökmü qəbul edildiyi 5 oktyabr 2022-ci il tarixli, 1(101)-351/2022 saylı iş üzrə) verdiyi ifadəsi də məhkəmədə elan edilərək tədqiq edilmiş və onun hazırkı məhkəmə icraatı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, polis əməkdaşı Tural adlı şəxslə əməkdaşlıq etmiş, sonuncunun tapşırığı ilə İranda yaşayan Mehdi adlı şəxslə əlaqə yaradıb onun vasitəsi ilə Azərbaycana narkotik vasitələr və psixotrop maddələri gətirib, həmin maddə və vasitələri müxtəlif ünvanlara qoyub, qoyduğu ünvanların və həmin ünvanlardan narkotik vasitələri götürən şəxslərin və ora gəldikləri maşınların şəkillərini çəkib həm iranlıya, həm də Tural adlı polis əməkdaşına göndərmişdir. Bunun əvəzində Tural ona hər dəfə nağd pul vermişdir. O da öz fəaliyyətinin qanuni olduğunu bilmişdir və tutulmağının səbəbini bilmir. Özünü təqsirli bilmir. Başqa əlavəsi yoxdur (Cild 3, iş vərəqi (bundan sonra mətndə-i.v.) 125-134;).

6. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində də hazırkı məhkəmə baxışı üzrə məhkəmə iclaslarında verdiyi ifadələri ilə oxşar məzmunlu ifadələr verməsi müəyyən edilmişdir (Cild 1, 222-225; Cild 2, 124-130; 182-187; Cild 5, 187-193;).

7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri (bax Cild 1, i.v. 59-63; 78-82; 88-92 (videoçəkilişlə verilmiş); 177-179; 189-191 (öz xətti ilə əlyazma ilə verilmiş);) arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr də elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, 29 oktyabr 2020-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, o cümlədən müdafiəçisinin iştirakı ilə öz xətti ilə əlyazma ilə verdiyi ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə, axşam təxminən saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “DSK” yolunun kənarındakı “Kəpənəkçi” marketin yaxınlığında ona məxsus olan “Daevo” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu Binəqədi RPİ-nin 6cı PB-yə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş təqdim edilmişdir. Onun razılığı əsasında müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan cins şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümü, sağ yan cibindən 1 ədəd sellofan bükümü, arxa cibindən isə 2 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Sol yan cibindən çıxardaraq təqdim etdiyi 2 ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin, sağ yan cibindən çıxardaraq təqdim etdiyi sellofan bükümdən isə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan 1 ədəd ağ zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan başqa ona məxsus olan mobil telefonlar da götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilsə də başqa hər hansı əşya və ya predmet əşkar edilməmişdir. Onun saxlanılan zaman yanında dayandığı və ona məxsus olan avtomobilə də razılığı əsasında baxış keçirilmişdir. Baxış zamanı avtomobilinin qabaq sol tərəfdə yerləşən sükanının altındakı saxlanc yerindən 1 ədəd qara rəngli pul kisəsi aşkar edilmişdir. Həmin pul kisəsinin içərisindən ona məxsus sürücülük vəsiqəsi, etibarnamə və vergi ödəyicisi vəsiqəsi aşkar edilmişdir. Həmin sənədlər də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin avtomobildən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, verilən suallara cavab olaraq həmin maddələrin ona məxsus olduğunu, həmin maddələri ona İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Məhərrəm” adlı şəxsin göndərdiyini, həmin maddələri saxlanılmadan 1 saat öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürdüyünü bildirmişdir. Əldə etdikləri razılaşmaya əsasən o Məhərrəm adlı şəxsin dediyi yerdən narkotik vasitələri götürərək müxtəlif yerlərə qoymuşdur. Həmin yerləri Məhərrəmə bildirdikdən sonra sonuncu ona müxtəlif şəxslər vasitəsilə pul göndərmişdir. Məhərrəm hər dəfə ona 20-30 manat pul göndərmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, 3 aya yaxın müddətdə bu fəaliyyətlə məşğul olmuşdur. Onun funksiyası deyilmiş yerdən narkotik vasitəni götürdükdən sonra Məhərrəm adlı şəxsin dediyi yerlərə qoymaq olmuşdur.

8. Bundan başqa, Təqsirləndirilən şəxs 2 iyun 2021-ci il tarixli şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, o cümlədən həmin tarixdə videoçəkilişlə verdiyi əlavə ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan marixuananı siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini isə yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Barəsində Binəqədi RPİ-nin İstintaq şöbəsində olan cinayət işi üzrə 6 ay müddətinə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmış, bir neçə ay əvvəl həbsdən azad olunmuşdur. O, azad edildikdən sonra narkotik vasitə və psixotrop maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən əldə etmişdir. O, əldə etdiyi maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə, yəni 31 may 2021-ci il tarixdə o, Binəqədi rayonu ərazisində, “Sentralnı Binəqədi” adlanan yerin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün heroin və metamfetamin almışdır. Həmin narkotik vasitə və psixotrop maddəni əlverişli şərait düşən kimi istifadə etmək üçün üzərində saxlamışdır. 1 iyun 2021-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının qarşısında bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək BMCMİ-nin əməkdaşları olduqlarını deyərək ondan öz anket məlumatlarını bildirməsini istəmişlər. O, dərhal üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün tutulacağını və məsuliyyətə cəlb ediləcəyini başa düşmüşdür. Həmçinin, o, 6 ay ərzində Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı üçün yenidən tutulmaq istəməmiş, bu məqsədlə üzərində olan bıçağı çıxarıb həmin bıçaqla özünə xəsarət yetirmişdir. Belə ki, o, bıçağı çıxarıb əvvəlcə sol qol nahiyəsinə, daha sonra isə əynindəki köynəyi qaldırıb qarın nahiyəsinə zərbə endirmişdir. Köynəyi qaldırmaqda məqsədi bıçağın asanlıqla qarın nahiyəsində xəsarət yaratması olmuşdur. Polis əməkdaşlarının şəxsin özünə xəsarət yetirməsini görüb həmin şəxsi tutmadıqlarını bilmişdir. Ancaq həmin şəxslər bıçağı onun əlindən alıb onu idarə etdiyi “Tofaş” markalı **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə BMCMİ-yə gətirmişlər. O, həyəcanlı olduğu üçün bıçaqla özünə ciddi xəsarət yetirə bilməmişdir. Baş İdarəyə gətirilərkən ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə aparılmasını demişlər. O da yalan danışmağın mənasız olduğunu görüb üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yolda olarkən və Baş İdarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona ilkin tibbi yardım edilmişdir. Daha sonra BMCMİ-də müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış başlamazdan öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki göy rəngli cins materiallı şalvarın ön sağ yan cibindən 1(bir) ədəd mobil telefonu, pul vəsaitini, 1(bir) ədəd açarı, 1(bir) siqaret qutusunu, şalvarın ön sol yan cibindən 5(beş) ədəd şəfaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Mobil telefona baxış keçirilmiş və “Katel” modelli olması müəyyən edilmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pul vəsaiti sayıldıqda 22 manat olduğu müəyyən edilmiş, siqaret qutusuna baxış zamanı içində kənar maddə aşkar edilməmişdir, 1(bir) ədəd avtomobil açarının idarə etdiyi “Tofaş” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olduğu müəyyən edilmişdir. Pul vəsaiti, siqaret qutusu və avtomobil açarı əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Ondan təqdim etdiyi bükümlər barədə sual olunduqda bükümlərin içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqdim olunan 5(beş) ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 4(dörd) ədəd sellofanda olan bükümlərin içindəki maddələrin metamfetamin, 1(bir) ədəd bükümün içində olan maddənin narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı o, 5(beş) ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bir gün əvvəl Binəqədi rayonu ərazisində, “Sentralnı Binəqədi” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 100 manat pula aldığını bildirmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və o, həmçinin digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Tofaş” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı maddə aşkar edilməmişdir. Baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq o, polis əməkdaşları tərəfindən saxlanılarkən, şəxsi axtarış və baxış keçirilərkən ona qarşı nə fiziki, nə də psixi təzyiq olmadığını, zor tətbiq edilmədiyini bildirmişdir. Ancaq o, polis əməkdaşları tərəfindən yaxalanan zaman qorxduğu üçün, həm də həbsdən yeni çıxdığı və oraya bir daha qayıtmaq istəmədiyi üçün üzərində olan bıçaqla özünə xəsarət yetirmişdir. O, bıçağı çıxarıb sol qol nahiyəsinə və köynəyi qaldırıb qarın nahiyəsinə zərbə endirmişdir. Onun polis əməkdaşlarına xəsarət yetirmək fikri olmamışdır. Üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildiyi üçün qorxaraq özünə xəsarət yetirmişdir. O, aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Bunun müqabilində aldığı şəxsə 100 manat pul vermişdir. O, bir müddətdir narkotik vasitə olan marixuananı siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü çəkmək yolu istifadə etmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri də şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə və psixotrop maddə aldığı şəxsin anket məlumatlarını bilmir. Həmin şəxs ortaboylu, qarabuğdayı və 34- 35 yaşlarında olan bir şəxs olmuşdur. Həmin şəxslə bağlı başqa heç nə bilmir. O, əvvəllər də “kokos” və “şüşəni” adını bilmədiyi üzdən tanıdığı şəxslərdən əldə etmişdir. Onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətinə görə Binəqədi RPİ-də cinayət işinin istintaqı aparılmışdır. O həmin iş üzrə həmin dövrdə İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqədə olduğunu və sonuncunun göstərişi ilə satış məqsədi ilə narkotik vasitələrin paylanmasını həyata keçirdiyini bildirmişdir. İran İslam Respublikasının vətəndaşı olan şəxsin göstərişi ilə Lökbatan ərazisindən külli miqdarda narkotik vasitə heroin götürmüş və həmin narkotik vasitəni realizə edə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, İran İslam Respublikası vətəndaşı olan şəxslə iş görməsi müqabilində sonuncu ona pul vermişdir. Çünki o bu işi bir neçə dəfə görmüş və iranlının etibarını qazanmışdır. Ancaq barəsində cinayət işi üzrə istintaq davam etsə də həbs qətimkan tədbiri digər qətimkan tədbiri ilə dəyişdirilmişdir. O həbsdə 6 aydan bir qədər də çox qaldığı üçün daha həmin işlə, yəni narkotik vasitələrin satışı ilə məşğul olmağa qorxmuşdur. Ancaq hazırda yenə də narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün həmin maddələri almışdır. Lakin həbsə yenidən qayıtmaqdan qorxuduğu üçün özünə bıçaqla xəsarət yetirmişdir. O, aşkar edilmiş maddələri istifadə edə bilmədən polis əməkdaşları tərəfindən yaxalandığından, həmin maddələr bir neçə bükümdə olmuşdur. Həm də o, artıq bir dəfə bu cinayətə görə tutulduğu üçün qorxmuş və alanda bir müddət istifadə edə bilmək üçün bir qədər çox almışdır. Ona görə də aldığı narkotik vasitə və psixotrop maddənin miqdarı bir qədər çox olmuşdur. Amma nə qədər ehtiyatlı olsa da polis əməkdaşları tərəfindən yaxalanmış və həbsə qayıtmamaq üçün üzərində olan bıçaqla özünə xəsarət yetirmişdir. Onun həmin bıçaqla polis əməkdaşlarına müqavimət göstərmək və ya polis əməkdaşlarına xəsarət yetirmək fikri olmamışdır.

9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

11. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin şöbə rəisi, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırkı cinayət işi üzrə baş vermiş hadisə zamanı BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 27 oktyabr 2020-ci il tarixdə BNMİ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid3 tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, BNMİ-nin əməkdaşı Şahid2 və onun da daxil olduğu əməliyyat qrupu yaradılmış, həmin gün, saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolunda yerləşən “Kəpənəkçi” marketin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Daewo” markalı, **- CY-*** qeydiyyat nişanlı avtomobilin yanında piyada dayanan zaman saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilərək barəsində araşdırma aparılması üçün BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə təhvil verilmişdir. X17 Əliyevin hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rəşidi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl Rəşidə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rəşid də əynindəki cins şalvarın sol yan cibindən iki ədəd sellofan bükümü, sağ yan cibindən bir ədəd sellofan bükümü, arxa sol cibindən iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən çıxardaraq təqdim etdiyi 2 sellofan bükümə baxış keçirilmiş, baxış zamanı həmin 2 bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamftetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin 2 bükümdə olan maddənin təxmini çəkisinin müəyyən edilməsi üçün tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi digər bükümə baxış keçirilmiş, baxış zamanı həmin sellofanda narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Çəkisinin müəyyən edilməsi üçün həmin maddə də tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metmafetamini İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Məhərrəm” adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin maddələri götürüb “Məhərrəm” adlı şəxsin dediyi yerlərə qoyması müqabilində hər dəfə 20 manat pul əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olmadığını, təxminən 3 aya yaxındır həmin şəxsi tanıdığını və bu işlə məşğul olduğunu, həmin şəxslə “Whatsapp” vasitəsilə əlaqə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin baqşa dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewo” markalı **-CY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən sübut əhəmiyyəti daşıya biləcək hər hansı maddə aşkar edilməmişdir. Sonra maşına baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən elektron tərəzinin aşkar edilməsini xatırlamır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Şahid6 adlı polis əməkdaşını tanımır. Təqsirləndirilən şəxs tutularkən və ya sonradan onlara BMCMİ-nin əməkdaşı Tural adlı şəxs ilə əməkdaşlıq etməsi barədə hər hansı məlumat verməmiş və bu barədə hər hansı məlumatı olmamışdır.

12. Müdafiə tərəfi Şahid1 şahid qismində dindirildikdən sonra vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 27 oktyabr 2020-ci il tarixdə saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmasını və həmin əməliyyat tədbiri ilə bağlı ittiham tərəfindən şahid qismində dindirilməsi təklif edilən digər polis əməkdaşlarının əvvəlki məhkəmə icraatı zamanı da dindirildiklərini, Təqsirləndirilən şəxs həmin epizod üzrə Şahid6 təhriki ilə üzərindən aşkar edilmiş predmetləri əldə edərək üzərində saxlayaraq daşıdığını etiraf etməsi nəzərə alınaraq qeyd edilən epizod üzrə digər şahidlərin təkrarən hazırkı məhkəmə baxışı üzrə məhkəmə iclasında da dindirilməsinə zərurət olmadığını bildirdiyindən ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilməsi təklif edilən digər şahidlər BNMİ-nin əməkdaşları Şahid2 və Şahid3 da həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə icraatı zamanı verdikləri ifadələr elan edilərək tədqiq edilmiş və onların hazırkı məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əsasən eyni məzmunlu ifadələr vermələri müəyyən edilmişdir (Cild 2, i.v. 17-20; 40-43).

13. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, hadisə vaxtı BMCMİnin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Belə ki, 1 iyun 2021-ci il tarixdə BMCMİ-yə xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 1 iyun 2021-ci il tarixli qərar çıxarılmış, Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar Şahid5 avtomobili ilə əməliyyat tədbiri keçiriləcək ünvana getmiş, həmin günü saat 15:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının yaxınlığında avtomobil dayanacağına giriş edərkən onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs öz anket məlumatlarını bildirməsi təklif edildikdə o, üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün tutulacağını və məsuliyyətə cəlb ediləcəyini başa düşərək üzərində olan bıçağı çıxarıb həmin bıçaqla özünə xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs bıçağı çıxarıb əvvəlcə sol qol nahiyəsinə, daha sonra isə əynindəki köynəyi qaldırıb qarın nahiyəsinə zərbə endirmişdir. Ancaq onlar bıçağı Təqsirləndirilən şəxs əlindən alıb ona ilkin tibbi yardım göstərmiş, şəxsi axtarış aparılması üçün Rəşidi avtomobillə BMCMİ-yə gətirmişlər. Baş İdarəyə gətirilərkən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə aparıldığı izah edilmişdir. Təqsirləndirilən şəxs da yalan danışmağın mənasız olduğunu görüb üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra BMCMİ-də müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins materiallı şalvarın ön sağ yan cibindən 1(bir) ədəd mobil telefonu, pul vəsaitini, 1(bir) ədəd açarı, 1(bir) siqaret qutusunu, şalvarın ön sol yan cibindən 5(beş) ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, üzərindən başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, mobil telefonun “Katel” modelli olması müəyyən edilmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pul vəsaiti sayıldıqda 22 manat olduğu müəyyən edilmiş, siqaret qutusuna baxış zamanı içində kənar maddə aşkar edilməmiş, 1(bir) ədəd avtomobil açarının Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olduğu müəyyən edilmişdir. Pul vəsaiti, siqaret qutusu və avtomobil açarı əhəmiyyət kəsb etmədiyindən Rəşidə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda bükümlərin içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqdim olunan 5(beş) ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, iştirakçıların şahidliyi ilə açıldıqda 4(dörd) ədəd sellofanda olan bükümlərin içindəki maddələrin metamfetaminə bənzər maddə, 1(bir) ədəd bükümün içində olan maddənin narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 5(beş) ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini tutulmamışdan bir gün əvvəl Binəqədi rayonu ərazisində, “Sentralnı Binəqədi” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 100 manat pula aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Rəşidin idarə etdiyi “Tofaş” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet aşkar edilməmişdir. Baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs Şahid6la əməkdaşlıq etməsi barədə onlarda hər hansı bir məlumatın olmadığını, Şahid6 adlı polis əməkdaşını tanımadığını, polislə əməkdaşlıq etməsi barədə onlara heç nə demədiyini bildirərək qeyd etdi ki, Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə idarəyə gətirilərkən, nə də sonradan hər hansı pis rəftara məruz qalmamış, ona qarşı fiziki, psixi və sair təsir və ya təzyiq göstərilməmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4lə əsasən oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, hadisə vaxtı BMCMİ-də əməliyyat müvəkili vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxslə sorğu-sual zamanı narkotik vasitələri haradan almasını deməsini xatırlamadığını, əməliyyat qrupunda iki nəfər olduqlarını, əməliyyat məlumatının Şahid4 daxil olduğunu və əməliyyat qrupunun rəhbərinin Şahid4 olduğunu, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşı olan Şahid6la əlaqəsinin olması barədə onlarda hər hansı məlumat olmadığını, Şahid6 tanıdığını, lakin Təqsirləndirilən şəxs hansısa polislə əməkdaşlıq etməsi barədə hər hansı bir halın ona məlum olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə idarəyə gətirilərkən, nə də sonradan hər hansı pis rəftara məruz qalmamış, ona qarşı fiziki, psixi və sair təsir və ya təzyiq göstərilməmişdir.

15. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxs Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. 2020-ci ildə qaynatasının yas mərasimində iştirak etmək üçün o, oğlu Təqsirləndirilən şəxs və əri Əsgər Əliyevlə birlikdə Əhmədli qəsəbəsində olan yas yerinə getmiş, gecəni orada qalmış, səhəri günü təxminən saat 11-12 radələrində Rəşidi mağazaya göndərmişlər. Sonradan qaynının arvadı Təranə həyəcanlı şəkildə Rəşidin mağazadan qayıdarkən iki avtomobildə olan mülki geyimli polis əməkdaşları tərəfindən tutularaq zorla avtomobilə əyləşdirilmək istənildiyini bildirmişdir. O, çölə çıxdıqda Rəşidin avtomobilə əyləşdirildiyini görmüşdür. X28 polislər tərəfindən aparılarkən qapının qarşısında olduğundan hadisəni görüb onlara yaxınlaşaraq Rəşidin tutulmasının səbəbini və hara apardıqlarını soruşmuş, polis əməkdaşları isə hara aparılacağı barədə onlara məlumat veriləcəyini bildirmişlər. Daha sonra ərinə zəng edilərək Rəşidin BMCMİ-də olduğu bildirilmiş, əri Əsgər Əliyev və qaynı Məmməd Əliyev birlikdə qonşuluqda yaşayan taksi sürücüsü İntiqamın avtomobili ilə polis idarəsinə getmiş, lakin onları Rəşidlə görüşməyə icazə verməmişlər. Bu səbəbdən əri və qaynı geri qayıtmış, qaynatası dəfn edildikdən sonra yenidən BMCMİ-yə getmişlər. Sonradan eşitdiyinə görə ərini BMCMİ-də Şahid6 adlı polis əməkdaşı qəbul etmiş, Rəşid də onların yanına gətirilərkən X28in ayağının axsadığını görüb bu barədə maraqlanmış və Tural isə Rəşidin ayağında “mazol” olduğunu bildirmişdir. Rəşidin hansı səbəbdən tutulması ilə maraqlandıqda Tural hazırda mobil telefonu açılmadığı üçün sübutları ərinə göstərə bilmədiyini bildirərək iki saat sonra Rəşidi buraxacaqlarını demişdir. Həqiqətən də əri evə gəldikdən təxminən iki saat sonra Rəşid zəng edərək polis idarəsindən buraxıldığını demişdir. Sonradan Rəşiddən hansı səbəbdən polislər tərəfindən saxlanılması ilə maraqlandıqda Rəşid cavabında kiminsə hansısa taksi ilə Ələt qəsəbəsinə aparıldığını, həmin şəxsin mobil telefonunda da onun adı olduğu üçün tutulduğunu bildirmişdir. Sonradan isə Rəşidə idarədə polislərlə əməkdaşlıq etməsi barədə tapşırıq verilməsi, bu məqsədlə ona müəyyən sənədlərin imzaladılmasını öyrənmişdir. Belə ki, Rəşid buraxıldıqdan sonrakı ilk günlərdə həddən artıq narahat olmuş, yalnız 2020-ci ilin oktyabr ayında Rəşid tutulduqdan sonra onun polislərlə əməkdaşlıq etməsini öyrənmişdir. 2020-ci ilin oktyabr ayında Rəşid tutularaq 6 ay həbsdə saxlanıldıqdan sonra azad olunmuş, lakin 1 ay 2 gün sonra yenidən tutulmuşdur. 2021-ci ilin aprel ayının sonlarında Rəşid həbsdən azad olunduqdan sonra ona daim nəzarət edərək evdən çölə buraxmamışdır. Lakin əri Əsgərin xəstəliyi ilə əlaqədar sonuncunu 18 saylı poliknikaya müalicə üçün aparılması zəruri olduğundan Rəşid də atasını kürəkəninin avtomobili ilə həmin poliknikaya gətirmiş, əri Əsgər orada müayinə olunmuşdur. O, müəyyən dərmanlar lazım olduğu üçün Rəşidi aptekə göndərmiş, lakin Rəşidin yubandığını görüb ardınca gedərkən bir nəfərin Rəşidi avtomobilə zorla əyləşdirib aparmağa çalışdığını görmüşdür. Hadisədən 2-3 gün sonra oğlunun təkrarən BMCMİ idarəsi əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Rəşidin yenidən tutulması ilə müxtəlif qurumlara çoxsaylı şikayətlər etmişdir. Sonradan Rəşidin ilk dəfə qayınatasının yas mərasimi zamanı tutulduqdan sonra polislə əməkdaşlığa cəlb edildiyini və bu əməkdaşlıqla əlaqədar göstərdiyi xidmələrə görə polis əməkdaşı Şahid6 tərəfindən Rəşidə əmək haqqı kimi gəlini Şahid7 bank kartı vasitəsilə pul ödənildiyini öyrənmişdir. Hadisədən sonra əri Əsgər stresdən vəfat etmiş, Rəşidin bir azyaşlı övladı olmuşdur.

16. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qohumluq münasibəti ilə əlaqədar tanımışdır. O, ifadəsində şahid qismində dindirilmiş Şahid8 Təqsirləndirilən şəxs 2020-ci ildə babasının yas mərasimi zamanı saxlanılaraq aparılması ilə bağlı hissədə ifadələrini təsdiq edərək eyni məzmunlu ifadə verməklə həmin halları bir daha təsdiq etdi.

17. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2020-ci il iyun ayında Təqsirləndirilən şəxslə ailə həyatı quraraq birgə yaşamağa başlamışdır. O, birgə yaşadıqları dövrdə əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini görməmişdir. Rəşidlə söhbət zamanı Daxili İşlər Nazirliyinin bir idarəsi ilə məkdaşlıq etdiyini bildirərək ona əmək haqqı köçürülməsi üçün kartından istifadə etmək istəmiş, o isə etiraz etməmişdir. Sonrakı müddətlərdə həmin karta Rəşid üçün müxtəlif məbləğlərdə pul köçürülməsinin şahidi olmuşdur. Rəşid 2020-ci ilin oktyabr ayının 27-də tutulmuş, 6 ay sonra azadlığa buraxılmış, təxminən 1 ay müddətində azadlıqda qalmış, sonra yenidən tutulmuşdur. Təqsirləndirilən şəxs ilk əvvəllər ona Tural adlı müdirinin olduğunu, “rent a car”da işlədiyi üçün bank kartına pul göndəriləcəyini demişdir. Sonradan isə Tural adlı şəxsin polis əməkdaşı olduğunu öyrənmişdir. 2021-ci iyun ayında qaynanası ona zəng edərək Rəşidi oyandıraraq onu xəstəxanaya aparmasını demişdir. O, Rəşidi yuxudan oyatmış, Rəşid atasını xəstəxanaya aparmışdır. Sonra Rəşidin tutulduğunu öyrənmişdir. Rəşid polis əməkdaşı Turalla danışarkən onun da mobil telefonundan istifadə etdiyindən və onun mobil telefonunda quraşdırılmış xüsusi proqramla əlaqədar bütün danışıqlar qeydə alındığından Rəşidin danışdığı şəxslə aparılmış bütün danışıqlar onun mobil telefonunda saxlanılmışdır. Bu səbəbdən Rəşid tutulduqdan sonra həmin danışıqları disklərə köçürərək Rəşidin vəkilinə təqdim etmişdir.

18. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxs BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid6 ifadəsində göstərdi ki, o, Biləcəri qəsəbəsində yaşadığından Təqsirləndirilən şəxs də həmin ərazidə taksi sürücülüyü ilə məşğul olan şəxs kimi tanımış, hətta bir neçə dəfə Rəşidin taksi kimi xidmətlərindən istifadə etmişdir. BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində işləməsi ilə əlaqədar, eləcə də iş fəaliyyəti ilə bağlı Təqsirləndirilən şəxslə söhbətləri olmamış, lakin sonuncu onun BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində işləməsini bilmişdir. O, yalnız Təqsirləndirilən şəxs taksi kimi xidmətlərindən ödəniş müqablində istifadə etmişdir. Təqsirləndirilən şəxs heç vaxt BMCMİ-yə gətirməmiş, o cümlədən Təqsirləndirilən şəxs iddia edildiyi kimi sonuncunun babasının yas mərasimində saxlayaraq BMCMİ-yə aparmamış, ondan bank kartı göndərməsini istəməmiş, hansısa narkotik vasitə və ya psixotrop maddə istifadə edən şəxsin saxlanılmasında Rəşidin hər hansı köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs iddia etdiyi kimi onunla məxfi əməkdaşlıqda olan şəxs kimi əlaqədə olmamış, Təqsirləndirilən şəxs onun tapşırığı ilə narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanların, o cümlədən istifadəçilərinin tutulmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi hansısa bank kartına pul göndərməmişdir. Onun Təqsirləndirilən şəxslə danışıqları taksi sürücüsü kimi fəaliyyətilə bağlı olmuşdur. Dəqiq tarixi xatırlamasa da, təxminən 2021-ci ildə özünü Təqsirləndirilən şəxs atası kimi təqdim edən şəxs onun BMCMİ-də işləmək polis əməkdaşı olmasını bilərək istifadəsində olan mobil telefon nömrəsini ona məlum olmayan şəraitdə əldə edərək onunla əlaqə saxlamış, danışıq zamanı Təqsirləndirilən şəxs atası oğlunun tutulmasında guya onun əlaqəsinin olmasını iddia edərək buraxılmasına köməklik etməsini istəmiş, o isə ümumiyyətlə Təqsirləndirilən şəxs tutulub-tutulmaması barədə hər hansı məlumatı olmadığını, bununla əlaqədar onu narahat etməməsini izah etmişdir. Onun xidməti fəaliyyəti narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə olduğundan Təqsirləndirilən şəxs barədə onda məlumat olsaydı Rəşidin məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun olaraq lazımı tədbirləri özü edərdi. Hesab edir ki, Təqsirləndirilən şəxs və ailə üzvləri onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə apardıqlarını bildiklərindən birincini törətdiyi ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq üçün ona qarşı əsassız iddialar irəli sürürlər.

19. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

20. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 1 iyun 2021-ci il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 17:50-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əynində olan göy rəngli cins şalvarının ön sol yan cibində saxladığı 4(dörd) ədəd bükümdə olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 3,578 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd bükümdə 1,883 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən 2 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

21. BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X13 2 iyun 2021-ci il tarixli raportunda göstərilmişdir ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması cinayətini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılarkən üzərində olan bıçaq tipli dəmir predmet vasitəsilə özü-özünə bədəninin qarın və sol qolunun bilək nahiyəsinə xəsarətlər yetirmiş, həmin predmet təxirəsalınmaz hal kimi xüsusi fənddən istifadə edilməklə ondan götürülmüşdür (Cild 1, i.v.4;).

22. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 1 iyun 2021-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən “Rəşid” adlı şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək özündə saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid4 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı X5 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:40-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının yaxınlığında idarə etdiyi “Tofaş” markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, ondan özünü təqdim etməsi xahiş edildikdə Təqsirləndirilən şəxs şalvarının kəmər hissəsində bərkidib saxladığı bıçaq tipli dəmir predmeti çıxararaq üzərindəki düyməni basmaqla açıb sol qolunun bilək nahiyyəsinə bir neçə dəfə və köynəyini qaldırıb qarın nahiyyəsinə xəsrətlər yetirmiş, dərhal təxirəsalınmaz hal kimi xüsusi fənddən istifadə edilərək həmin predmet əlindən alınmış və yerində üzərində şəxsi axtarış keçirilməsi üçün şərait olmadığından müşayiət altında Tofaş” markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobillə birlikdə BMCMİ-yə gətirilmişdir (Cild 1, i.v. 4-10;).

23. “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X18 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 iştirakı ilə 1 iyun 2021-ci il tarixdə, saat 17:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 1 iyun 2021-ci il tarixdə, saat 15:40-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 19-20;).

24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 iyun 2021-ci il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 17:30-dan 17:50-dək təhqiqatçı Yusif Yusifov tərəfindən BMCMİ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis leytenantı Şahid5 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 1 iyun 2021-ci il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7-13 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilib orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının ön sol yan cibində saxladığı 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,332 qram psixotrop maddə metamfetamin, 1(bir) ədəd bükümdə 1,883 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri bir gün əvvəl Binəqədi rayonu ərazisində “Sentralnı Binəqədi” adalanan yerin yaxınlığında tanımadığı şəxsdən 100 manat pula aldığını, Binəqədi RPİ-nin İstintaq Şöbəsində barəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı istintaq olunan cinayət işi üzrə yeni həbsdən azad edildiyini, lakin istintaqın yekunlaşmadığını, üzərində narkotik vasitə və psixotrop maddə olduğundan yenidən həbs olunacağını, barəsində olan əvvəlki cinayət işinin də yekunlaşmadığını fikirləşərək özünə xəsarət yetirməklə polis əməkdaşlarından yayınmaq üçün üzərində olan bıçaqla özünə xəsarət yetirdiyini, lakin polis əməkdaşları tərəfindən bıçaq əlindən alınmaqla idarəyə gətirildiyini bildirmişdir. Protokoldan baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həmin videoçəklişin 1(bir) ədəd DVD diskə köçürülərək protokola əlavə edilməsi, bu barədə saat 17:55-dən 18:10-dək tərtib edilmiş protokolun iştirakçılar tərəfindən hər hansı etiraz və ya qeyd olmadan imzalanması müəyyən edilmişdir (Cild 1, i.v. 28-31;).

25. “Avtomobilə baxış keçirilməsi haqqında” 1 iyun 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:15-dən 18:25-dək təhqiqatçı Yusif Yusifov tərəfindən BMCMİ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis leytenantı Şahid5 iştirakı ilə BMCMİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs avtomobilinə baxış istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, avtomobilə baxış keçirilən zaman avtomobildən qanunsuz predmet aşkar edilməmişdir. Protokoldan baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həmin videoçəklişin 1(bir) ədəd DVD diskə köçürülərək protokola əlavə edilməsi, bu barədə saat 18:30-dan 18:50-dək tərtib edilmiş protokolun iştiraçılar tərəfindən hər hansı etiraz və ya qeyd olmadan imzalanması, üzərində şəxsi axtarış keçirilərkən göstərdiyi halları bir daha səsləndirərək təsdiq etməsi müəyyən edilmişdir (Cild 1, i.v. 32-33;).

26. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi haqqında” 1 iyun 2021-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2(iki) “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə haqqında istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 31;33;).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-kimyəvi (materialların) ekspertizasının” 2 iyun 2021-ci il tarixli, 6/2231 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5(beş) bükümdə maddələr...” yazısı olan paketdəki, 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,908 qram, 0,791 qram, 1,092 qram, 0,787 qram olmaqla, ümumi təmiz çəkisi 3,578 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,883 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,883 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,853 qram, metamfetaminin təmiz çəkisi – ümumi 3,578 qram, tədqiqata sərf edildi – ümumi 0,2 qram, qalıq – 3,378 qram. Aparılmış tədqiqatın dəyərinin 114(bir yüz on dörd) manat olması müəyyən edildi (Cild 1, i.v. 42-48;).

28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2021-ci il tarixli, 4(005)- 549/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 1 iyun 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 94-96;).

29. “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirmə barədə” 5 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə istintaqı sonuncu nömrə altında davam etdirilmişdir (Cild 1, i.v. 113-117;).

30. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 27 oktyabr 2020-ci il tarixdə, saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu Kəpənəkçi marketin yaxınlığında ağ rəngli “Daevo” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılıb Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş orada şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə saxlayaraq daşıdığı külli miqdarda olan 203,911 qram psixotrop maddə metamfetamin və 24,657 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 tərəfindən 28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v.116;).

31. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 oktyabr 2020-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib Binəqədi rayonu ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid3 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, tərtib edilmiş raporta əsasən keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə, saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu Kəpənəkçi marketin yaxınlığında ağ rəngli “Daevo” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə saxlanılaraq Binəqədi RPİ-nin 6-ci PB-yə gətirilmişdir (Cild 1, i.v. 119-125;).

32. “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə 27 oktyabr 2020-ci il tarixdə, saat 22:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 oktyabr 2020ci il tarixdə, saat 21:20-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 137-138;).

33. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2020-ci il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 23:00-dan 23:13-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, polis kapitanı Şahid2 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində 27 oktyabr 2021-ci il tarixli protokola əsasən BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə, saat 21:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Binəqədi şossesi, “Kəpənəkçi” marketin yaxınlığında küçədə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibində saxladığı iki ədəd bükümdə ümumi təmiz çəkisi 24,657 qram psixotrop maddə metamfetamin, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 203,911 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünəməxsus olduğunu, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfemin olduğunu, onları İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Məhərrəm” adlı şəxs vasitəsi ilə əldə etdiyini, həmin maddəni götürüb “Məhərrəm” adlı şəxsin deyəcəyi yerlərə qoyması müqabilində hər dəfə 20 manat pul əldə etdiyini, özünün narkotik vasitə istifadəçi olmadığını, təxminən 3 aya yaxındır həmin şəxsi tanıdığını və bu işlə məşğul olduğunu, həmin şəxslə vatsap və adi zənglə əlaqə saxladığını bildirmişdir. Protokoldan baxış zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həmin videoçəklişin 1(bir) ədəd DVD diskə köçürülərək protokola əlavə edilməsi, bu barədə saat 23:20-dən 23:55-dək tərtib edilmiş protokolun iştirakçılar tərəfindən hər hansı etiraz və ya qeyd olmadan imzalanması müəyyən edilmişdir (Cild 1, i.v. 148-151).

34. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 23:00-dan 23:13-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, polis kapitanı Şahid2 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə həmin gün, saat 00:10-dan 00:16-dək Binəqədi RPİ-nin 6-cı PB-nin dayanacağında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Daevo” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Protokoldan baxış zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həmin videoçəklişin 1(bir) ədəd DVD diskə köçürülərək protokola əlavə edilməsi, bu barədə saat 28 oktyabr 2020-ci il tarixdə, saat 00:10-dan 00:16-dək tərtib edilmiş protokolun iştirakçılar tərəfindən hər hansı etiraz və ya qeyd olmadan imzalanması, üzərində şəxsi axtarış keçirilərkən göstərdiyi halları bir daha səsləndirərək təsdiq etməsi müəyyən edilmişdir (Cild 1, i.v. 155-157;).

35. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2020-ci il tarixli və “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 oktyabr 2020-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2(iki) “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 12 dəqiqə 8 saniyə və 5 dəqiqə 52 saniyə olan həmin videogörüntülərin əks olunduğu disklərə müstəntiq M.F.Əliyev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi F.F.Quliyevin iştirakı ilə baxış keçirilməsinə dair 29 oktyabr 2020-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə haqqında istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 192-193;).

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-kimyəvi (materialların-məhkəmə) ekspertizasının” 28 oktyabr 2020-ci il tarixli, 6/2310 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 203,911 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 19,262 qram və 5,395 qram, ümumi təmiz çəkisi 24,657 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 203.911 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 203,711 qram, metamfetaminin təmiz çəkisi – ümumi 24,657 qram, tədqiqata sərf edildi – ümumi 0,2 qram, qalıq – 24,457 qram. Aparılmış tədqiqatın dəyərinin 114(bir yüz on dörd) manat olması müəyyən edildi (Cild 1, i.v. 165-171;).

37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4(001)- 882/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 2 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş maddə üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, uzun müddətdir BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyən cəmiyyətdə özünü Cəfər ləqəbi ilə tanıdan, əsl adı Tural olan şəxslə əməkdaşlıq edir. Onun köməkliyi ilə dəfələrlə külli miqdarda narkotik vasitələr aşkar olunmuşdur. Müxtəlif əməliyyat tədbirlərində polis əməkdaşlarına köməklik etdiyini, iddia edilən əməldə isə onun təqsirinin olmadığını bildirmişdir. Onun qeyd olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından götürməsində Tural adlı polis əməkdaşının xəbəri olmuşdur, lakin onun başqa qurum tərəfindən tutulmasının səbəbi ona aydın deyil. İstintaq tərəfindən aparılan çəkiliş vaxtı polis əməkdaşları ona icazə verməmişlər ki, o, kamera qarşısında həqiqəti danışsın, ona təzyiq göstərilərək özləri istədikləri kimi fiadə verməyə məcbur etmişlər. Lakin həqiqət başqa cürdür. O, məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir.” (Cild 1, i.v. 200-203;).

38. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin müstəntiqi X19 tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v.205-206;).

39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 4(001)- 1010/2020 saylı və 26 fevral 2021-ci il tarixli, 4(001)-172/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müvafiq olaraq 2 ay və 2 ay müddətlərinə olmaqla, cəmi 4 ay müddətinə, yəni 27 aprel 2021-ci il tarixədək uzadılmışdır. Həmin qərarların təsviri hissələrindən də görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4(001)-882/2020 saylı qərarında göstərildiyi kimi eyni halları məhkəmə iclasında bildirmişdir (Cild 1, 240-242;).

40. “Maddi sübut kimi tanımaq haqqında” 2 fevral 2021-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə götürülmüş bir ədəd zərfdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 24,457 qram qalmış psixotrop maddə metamfetamin və 203,711 qram qalmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, 1-3;).

41. “"xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı əsasında aidiyyəti mobil telfon operatorundan 28 sentyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixə kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar götürülmüş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı müəyyən edilməmişdir (Cild 2, i.v.16;).

42. “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən 27 oktyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 2(iki) ədəd “Samsung” markalı mobil telefonlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 2, i.v.21;).

43. Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun 1 mart 2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin “Məhərrəm” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, narkotik vasitə və psxitorop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 2, i.v.39;)

44. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamələrin 20 yanvar 2021-ci və 13 iyul 2021-ci il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış şəxsdir (Cild 2, i.v. 44;73-74).

45. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair müstəntiq Ramil Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilərək o, həbsdən azad edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə dair göstəriş verilmişdir (Cild 2, i.v. 57-58;)

46. “Qətimkan tədbiri seçmək haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, müstəntiq Ramil Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v.59-61;)

47. “Ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 11 yanvar 2021-ci il tarixli, 65 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünün deməsinə əsasən təxminən 8 aydır psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir (Cild 2, i.v. 62-63;).

48. “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə (Təqsirləndirilən şəxs xəstə olduğu üçün yaşadığı evdən çıxa bilməməsi ilə əlaqədar) əsasən dayandırılmışdır (Cild 2, 65-66;).

49. “Cinayət təqibi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında haqqında” 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir(Cild 2, 67;).

50. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq R.E.Məmmədovun qərarı ilə BMCMİ-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün aidiyyatı üzrə BMCMİ-yə göndərilmişdir (Cild 2, i.v.70-71;).

51. “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən 1 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd “Katel” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məluamt aşkar edilməmişdir (Cild 2, i.v.72;).

52. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon prokurorluğunun müstəntiqi X15 tərəfindən Şahid8 şikayət ərizəsi üzrə Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair müraciəti əsasında 267-C-21 nömrəli material üzrə aparılmış araşdırma zamanı həmin fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 8 iyul 2021-ci il tarixli, 404 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarnın ön divarının sol yarısının və sol saidin aşağı üçdə birinin iç səthinin səthi kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmiş, ekspertiza qərarında göstərilən 1 iyun 2021-ci il tarixə uyğun gələrək sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Rəydə həmçinin Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq həmin xəsarətlər əl çatan nahiyələrdə olduqları üçün şəxsin özü-özünə yetirilə bilməsi inkar edilmədiyi qeyd edilmişdir (Cild 2,86-91;).

53. BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyevin 16 avqust 2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psxitorop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 2, i.v.92;)

54. “Maddi sübut hesab edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs 1 iyun 2021-ci il tarixdə götürülmüş bir ədəd zərfdə qablaşdırılmaqla 4(dörd) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 3,378 qram qalmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 1,853 qram qalmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 2, 96-98;).

55. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 4(005)- 964/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni 1 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə icraatı zamanı qeyd etdikləri eyni halları məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclasında bildirmişlər(Cild 2, 109-113;).

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-ballistik ekspertizasının” 29 oktyabr 2021-ci il tarixli, 3/1768 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyərinin 64 manat olması müəyyən edilmişdir (Cild 2, i.v.115-117;).

57. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 2 iyun 2021-ci il tarixli, 250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində qarnın ön divarının sol qalça çuxuru nahiyəsində deşilmiş-kəsilmiş dəri yarası və həmin nahiyədə 4(dörd) ədəd deşilmiş-sıyrılmış səthi yaracıqlar və sol saidin aşağı üçdə birinin ön səthində bir-birinə paralel 7(yeddi) ədəd xətti cızıqlar iti əşyanın (alətin) deşici-kəsici və batıcı təsirindən əmələ gəlmişlər, ekspertizaya təqdim edilmiş bıçağın uc hissəsi ilə yetirilə bilərdilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 1 iyun 2021-ci il tarixə və şəraitə uyğun gəlir, şəxsin özü tərəfindən yetirilməyə xarakterikdir, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (Cild 2,118-120;).

58. “Üzləşdirmə” 6 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun Müdafiəçi iştirakı ilə keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı hər biri öz ifadələrini bir-birinin üzünə qarşı deməklə təsdiq etmişlər (Cild 2, i.v.137-145;).

59. “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 6 noyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəsi ilə bağlı ayrıca icraata cinayət işi ayrılması, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd “Samsung” markalı və 1(bir) ədəd “Katel” markalı mobil telefonların iş üzrə heç bir əhəmiyyət kəsb etmədiyindən yaxın qohumlarına qaytarılması qərara alınmışdır (Cild 2,146-169;).

60. “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəsi ilə bağlı ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq müstəntiq Toğrul Arazlı tərəfindən icraata götürülərək istintaqı aparılır (Cild 2, i.v.191-193;).

61. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X12 tərəfindən 15 noyabr 2021-ci il tarixdə tərtib olunmuş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 noyabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 207- 220;).

62. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 19 noyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və 1 dekabr 2021-ci il tarixli qərarla məhkəmə baxışına təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 1(101)-351/2022 saylı hökmü ilə (sədrlik edən N.Kərimov, hakimlər A.Paşayev və R.Sadıxovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 69.3-cü maddələrinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə üzərində qəti olaraq 8(səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, hökmlə digər məsələlər də həll edilmişdir (Cild 3, 124-134;).

63. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 1(103)-2302/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim İbrahim İbrahimli, hakimlər Zəki Babayev və Ziya Şirinovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 1(101)-351/2022 saylı hökmü ləğv edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 3,166-170;).

64. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 1(103)-557/2023 saylı qərarından (hakim Fərid Əyyubov) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-75/2023 nömrəli cinayət işi üzrə məhkəmə tərkibinə daxil olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri N.Kərimov, R.Sadıxov və A.Paşayevin öz-özlərinə etdiyi etiraz əsaslı hesab olunmaqla təmin edilərək cinayət işinin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimlərinə həvalə edilmişdir (Cild 3,186-187;).

65. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-75/2023 saylı qərarı ilə (sədrlik edən hakim Vüqar Quliyev, hakimlər İradə Həsənzadə və Siyavuş Hacıyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 12 may 2023-cü il tarixədək uzadılmışdır (Cild 4, 109-115;).

66. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Toğrul Arazlı tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 5, i.v.10-11;).

67. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(005)- 679/2023 saylı, 8 iyul 2023-cü il tarixli, 4(005)-1036/2023 saylı və 11 avqust 2023-cü il tarixli, 4(005)-1212/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 12 sentyabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 5, i.v. 24-29;84- 89;155-160).

68. “Baxış keçirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid7 adına olan "xxxx" ASC-dəki hesabından çıxarışlarına müstəntiq T.Arazlı tərəfindən baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar olunmamışdır. Lakin həmin məlumatlara məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, Şahid7 adına olan 416974*******6918 nömrəli "xxxx" bankına məxsus kartdan 09 yanvar 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixlərinə olan çıxarışlara əsasən 18233 manat mədaxil olunmuş 18232,30 manat məxaric olunmuş, həmin kart hesabına müxtəlif ünvanlarda yerləşən “milli ön” və “emanat” ödəmə terminallarından müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil olunmuşdur. Qeyd edilən pul vəsaitləri əsasən ödəmə terminalları vasitəsi ilə kart hesabına mədaxil olunduğundan həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün deyildir (Cild 5, i.v.168-173;).

69. “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi çıxılaraq ona həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunması, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 6 noyabr 2021-ci il tarixli qərarın 1 və 2-ci bəndləri istisna olmaqla dəyişdirilmədən saxlanılması qərara alınmışdır (Cild 5, i.v. 174-178;).

70. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 avqust 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 5, i.v. 179-181;).

71. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X12 tərəfindən 25 avqust 2023-cü il tarixdə tərtib olunmuş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 5, i.v.214-228;).

72. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 1(101)-2048/2023 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 6;).

73. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən təqdim edilmiş 4 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, “TR HD006” tranzit qeydiyyat nişanının təhkim olunduğu “QAZ 31105 120” markalı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə həmin Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobilin hazırda sahibi İsmayıllı rayonu Hacıhətəmli kənd sakini olan 5 aprel 1965-ci il təvəllüdlü X21r.

74. Müdafiə tərəfinin vəsatəti əsasında keçirilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-fonoskopik ekspertizasının” 15 iyul 2024-cü il tarixli, 3-16-16/-4/824-4/831 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Foska” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekpertizaya təqdim olunmuş 1 ədəd “Foska” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” və “K3” kimi işarə olunmuş diktorun səs və nitqinin Şahid6 sərbəst səs və nitq nümunəsi eyniləşdirici tədqiqat üçün yararsız olduğundan ona və digər şəxsə məxsus olub-olmaması barədə rəy vermək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Foska” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Foska” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosionalpsixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərararsı və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyərinin 150 (bir yüz əlli) manat olması müəyyən edilmişdir (Cild 6;).

75. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 mart 2021-ci il təvəllüdlü Mələk Əliyeva adlı bir azyaşlı uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər:

76. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

78. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

79. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

80. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

81. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

82. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

83. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

84. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

85. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

86. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

87. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

88. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs 2(iki) epizod üzrə ittiham verilmiş, birinci epizod üzrə ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, ikinci epizod üzrə isə ona CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş birinci epizod üzrə ittihamda göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətməklə saxladıqları 203,911 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 24,657 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Binəqədi şossesi, “Kəpənəkçi” marketin yaxınlığına qanunsuz daşımış, qeyd edilən psixotrop maddə metamfetamini satış məqsədi ilə ayırıb hər birində ayrı-ayrılıqda müvafiq olaraq 19,262 qram və 5,395 qram olmaqla iki ədəd bükümdə qablaşdırmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 27 oktyabr 2020-ci il tarixdə, saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Binəqədi şossesi, “Kəpənəkçi” marketin qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binasında saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əynində olan şalvarın sol yan cibində saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri, 19,262 qram və 5,395 qram, ümumi təmiz çəkisi 24,657 qram külli miqdar psixotrop maddə metamfetamin, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 203,911 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

89. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətməklə saxladıqları 203,911 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 24,657 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

90. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

91. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

92. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

93. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

94. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

95. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

96. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə əldə edərək saxladığı və daşıdığı 2(iki) ədəd bükümdə olmaqla ümumilikdə 24,657 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından 164 dəfədən, külli miqdarından isə 12 dəfədən artıq olması və ayrı-ayrılıqda xırda bükümlərə ayrılması, eyni zamanda 203,911 qram, yəni külli miqdarda olan narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından 1359 dəfədən, külli miqdarından isə 101 dəfədən artıq olması, habelə ikinci epizod üzrə Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 4(dörd) ədəd bükümdə olmaqla ümumilikdə 3,578 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından 23 dəfədən artıq, külli miqdarına isə təxminən 2 dəfəyə yaxın olması və ayrı-ayrılıqda xırda bükümlərə ayrılması, eyni zamanda 1,883 qram olan narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından 12 dəfədən artıq olması, özünün də birinci epizod üzrə guya polis əməkdaşının göstərişi ilə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirərək törətdiyi əməli etiraf etməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

97. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

98. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

99. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

100. Hökmün 99-cu bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

101. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs guya polis əməkdaşının göstərişi ilə digər narkotik vasitə istehlakçıları ilə razılıq əldə etməsinə dair verdiyi etiraf ifadələri, iki epizodda üzərindən müxtəlif bükümlərdə və müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi, eləcə də əsasən özünün istifadə etdiyini bildirdiyi arvadının adına olan bank kartına müxtəlif ödəmə terminallarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil və məxaric edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

102. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması, BMCMİ-nin əməliyyat müvəkkili Şahid6 tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək sonuncunun göstərişi ilə müxtəlif miqdarlarda və növlərdə olan narkotik vasitə və psixotrop maddələri ona deyilən yerlərdən götürərək tapşırılan yerlərə qoyması, daha sonra həmin predmetləri götürən şəxs və onların avtomobillərinin fotoşəklini çəkərək Şahid6 göndərməsi, bunun müqabilində Şahid6 ona həm nağd, həm də köçürmə yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitləri verməsi, 27 oktyabr 2020-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin məhz Şahid6 tapşırığı əsasında götürülüb sonradan ona deyiləcək yerlərə qoyması üçün saxlayaraq daşıması, həmin tarixdə Şahid6 ifşa etməsi ilə əlaqədar sonradan BMCMİ-nin əməkdaşlarının Şahid6 göstərişi ilə onu cəzalandırmaq üçün 1 iyun 2021-ci il tarixdə qanunsuz saxlayaraq üzərinə narkotik vasitə və psixotrop maddə qoymaqla videoçəkiliş aparmaları, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması səbəbindən törətmədiyi əməlləri etiraf etməsi, habelə ona təqdim olunmuş ilkin sənədləri imzalaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən ifşa olunduqdan sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyən polis əməkdaşı kimi tanıdığı Şahid6 bir neçə dəfə onun taksi avtomobilindən istifadə etməsi ilə əlaqədar sonuncunun mobil telefon nömrəsini və sair məlumatlarını bilməsindən istifadə edərək guya onunla əməkdaşlıq etməsi görüntüsü yaratmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışmış, bununla bağlı birinci epizod üzrə ibtidai araşdırma orqanı tərəfindən obyektiv həqiqətin müəyyən olunmasına maneələr yaratmış, araşdırmanın uzun müddət davam etməsi ilə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdən bir müddət sonra yenidən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, saxlanılarkən məsuliyyətdən yaxa qurtarmaq üçün özündə olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, lakin buna baxmayaraq cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə məsuliyyətinə verilmişdir.

103. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, çoxsaylı ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

104. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 99-cu bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

105. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətməklə saxladıqları 203,911 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 24,657 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hökmün 43 və 53-cü bəndlərin göstərilən əməliyyat-təhqiqat orqanlarının müvafiq məlumatları, habelə hökmün 60-cı bəndində göstərilən qərardan da görünür ki, müvafiq əməliyyat-təhqiqat-istintaq orqanları hadisənin baş verdiyi tarixdən keçən uzun müddət ərzində Təqsirləndirilən şəxs qabaqcadan hər hansı konkret şəxslə əlbir olaraq cinayət əməli törətməsini müəyyən edə bilməmiş, hətta bu barədə 10 noyabr 2021-ci il tarixdə ayrılmış ********* nömrəli cinayət işi üzrə keçən 3(üç) ildən artıq müddət ərzində hər hansı müsbət nəticənin əldə edilməsinə dair müvafiq məlumat məhkəməyə təqdim edilməmişdir.

106. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

107. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

108. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

109. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

110. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

111. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş birinci epizod üzrə ittihamın “şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətməklə saxladıqları 203,911 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 24,657 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

112. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

113. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 24-26, 33-35, 52 və 57-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

114. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid8, Şahid7 və X4 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından, habelə həmin ifadələr bir-birilə ziddiyyət təşkil etdiyindən işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid8 təqsirləndirilən şəxsin doğma anası, Şahid7 təqsirləndirilən şəxsin arvadı, Fərqanə Əliyeva isə Təqsirləndirilən şəxslə qohumluq münasibətində olmaqla sonuncuların verdiyi həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir.

115. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs birinci epizod üzrə polis əməkdaşı tərəfindən təhrik edilərək cinayət törətməyə sövq edilməsini, ikinci epizod üzrə isə həmin polis əməkdaşının ifşa edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cəzalandırılması məqsədi ilə qanunsuz olaraq üzərinə narkotik vasitə və psixotrop maddələr qoyularaq sənədləşdirilməsi və həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərinin CPM-in tələblərinin kobud pozulmaqla yerinə yetirilməsinə dair iddialarının işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından tam olaraq təkzib edildiyini qeyd edir.

116. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

117. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

118. CM-in 234.4.2 və 234.4.3-cü maddələri təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur

119. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

120. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.2 və 234.4.2-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

121. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

122. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

123. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

124. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını, hadisədən sonra atasının vəfat etməsini və uzun müddət ərzində davam edən məhkəmə icraatları zamanı davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

125. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

126. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

127. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

128. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir.

129. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

130. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

131. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

132. Məhkəmədə Təqsirləndirilən şəxs 1 iyun 2021-ci il tarixdə hazırkı iş üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, 2 iyun 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilməklə hazırkı vaxta qədər həbsdə saxlanılması, habelə onun hazırkı cinayət işinə birləşdirilmiş ********* saylı iş üzrə 27 oktyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixə qədər, yəni 6 (altı) ay müddətində həbsdə olması müəyyən olundu.

133. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2021-ci il tarixdən hesablanmalı, onun 27 oktyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 6(altı) ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir.

134. Məhkəmə hökmün 47-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

135. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

136. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-də saxlanılan 1(bir) ədəd zərfdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 24,457 qram psixotrop maddə metamfetamin və 203,711 qram narkotik vasitə heroin, BMCMİ-də saxlanılan 1(bir) ədəd zərfdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 3,378 qram psixotrop maddə metamfetamin və 1,853 qram narkotik vasitə heroin məhv edilməli, 10(on) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

137. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

138. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 442 (dörd yüz qırx iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

139. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

140. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

141. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

142. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5(beş) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 1 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan 1(bir) ədəd zərfdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 24,457 qram psixotrop maddə metamfetamin və 203,711 qram narkotik vasitə heroin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1(bir) ədəd zərfdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 3,378 qram psixotrop maddə metamfetamin və 1,853 qram narkotik vasitə heroin məhv edilsin, 10(on) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 442 (dörd yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar