Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-755/2020 27.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 1-ci qrup əlil, işləməyən, evli, üzərində məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edərək saxlamış və üstündə daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan 2005,727 qram çəkidə qurudulmuş marixuananı əldə etmiş, sonra ayrı-ayrı kiçik ölçülü bağlamalara bölərək qablaşdırmaqla bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evində saxlamışdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən «Araz» marketin yaxınlığında saxlanılaraq Abşeron rayon X9 Polis bölməsinə gətirilmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki pencəyin sağ iç cibində baş tərəfi kəsilmiş siqaret qutusunda saxladığı 2 (iki) ədəd şəffaf kağıza bükülü 0,406 qram və 0,321 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra həmin gün saat 17:10-dan saat 18:00-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanındakı evinə baxış keçirilərkən mətbəx kimi nəzərdə tutulmuş otaqdakı jurnal masasının üzərində 1 (bir) ədəd sellofan bağlamada - 1360 qram, 2 (iki) ədəd qəzet bükülüdə - 645 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, psixi cəhətdən xəstədir. Onun çoxlu ağırları olur. Ona görə də uzun müddətdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. O, həmin narkotik vasitə olan marixuananın toxumlarını əldə edib öz yaşadığı evin həyətində əkirmiş və sonradan əkdiyi narkotik vasitəni qurudurmuş. O, xəstə olduğundan tez-tez marixuanadan istifadə etmişdir. O, təxminən gündə 3-4 dəfə marixuanadan istifadə etmişdir. O, heç vaxt əkdiyi marixuananı satmamış və onun belə fikri də olmamışdır. O, özü narkotik vasitəni əkirmiş və qurudub çəkirmiş. Onun tez-tez ağrıları olmuş və ona görə də həmin marixuanadan da tez-tez istifadə etmişdir. Axırıncı dəfə o, qurutduğu marixuananın bir hissəsini altı ədəd ağ şəffaf kağıza bükmüş və siqaret formasında hazırlamışdır. Sonra o, altı ədəd bükümdən dördünü istifadə etmiş və iki ədəd bükümü də növbəti istifadə üçün saxlamışdır. Həmin iki ədəd marixuana onun cibində siqaret qutusunda qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, siqaret formasında marixuana doldurarkən siqaretinin olmadığını görüb siqaret almaq üçün marketə getmişdir. O, evdən çıxdıqda marixuananın yarpaqları mətbəxdə masanın üzərində qalmışdır. Təxminən saat 15:00 radələrində o, Məmmədli qəsəbəsi, “Araz” marketin yaxınlığında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə etməkdə və üstündə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O da üzərində 2 (iki) ədəd bükümdə marixuananın olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Mehdiabad Polis bölməsinə getmiş və Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Ona üzərində qadağan olunmuş hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan pencəyin sağ iç cibindən siqaret qutusunda saxladığı iki ədəd şəffaf kağıza bükülü, içərisində marixuana olan bükümləri təqdim etmiş və təqdim etdiyi marixuananın özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə hər hansı narkotik vasitənin olub-olmadığını soruşmuşlar. O da yaşadığı evin mətbəxində yerləşən jurnal masasının üzərində ondan aşkar edilmiş narkotik vasitə marixuananın qalan hissəsinin olduğunu bildirmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində Ə.Vahid küçəsində yerləşən 28 saylı evə getmiş və yaşadığı evin mətbəxində olan masanın üzərində qəzetin arasında şəffaf sellofanda olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onun evində aşkarlanmış narkotik vasitə marixuana qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu oxuyaraq imzalamışdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, uzun müddət psixi xəstəlikdən əziyyət çəkdiyini və onun üzərindən, eləcə də evindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verərək onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasını, yaşadığı evdən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini, lakin evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın iki kiloqram çəkidə deyil, əksinə az çəkidə olmasını, həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirsə də, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığını və daşıdığını inkar etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməməsi və həmin vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməklə səmimi olmamış və bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır. Məhkəmə onun narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu Abşeron rayon X9 Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olmuşdur. Ancaq həmin əməliyyata o, rəhbərlik etmişdir. Abşeron rayonu, Məmmədli kəndi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı onlar Təqsirləndirilən şəxs «Araz» marketin yaxınlığında müəyyən edərək saxlamışlar və üzərində şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Abşeron rayon X9 Polis bölməsinə aparmışlar. Keçirilmiş əməliyyat barədə rəhbərliyə raportla məruzə edildikdən sonra onlar xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki və ya üç bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Həmin narkotik vasitələr kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evində də narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirmək üçün onlar həmin evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı otaqda çarpayının altından qurudulmuş marixuananı çıxarıb onlara təhvil vermişdir. Təqsirləndirilən şəxs onlara psixi xəstə olduğunu bildirərək üzərindən və evindən aşkar edilmiş narkotik vasitələri xəstəliyi ilə əlaqədar olaraq müalicə məqsədilə istifadə etdiyini, həmin narkotik vasitələri satmadığını bildirmişdir. Lakin ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi ilə yanaşı, həmçinin satışı ilə məşğul olması barədə olmuşdur. Aşkarlanmış narkotik vasitə olan marixuanaya oxşar bitkilər qablaşdırılmış və möhürlənmişdir. Şahid1 ifadəsində, həmçinin göstərdi ki, ona bir məlumat da daxil olmuşdur. Həmin məlumat Təqsirləndirilən şəxs “İnstagram” adlı sosial şəbəkədə öz şəxsi səhifəsində yük maşınında marixuanadan istifadə etməsi və narkotikdən istifadənin təbliği ilə bağlı video paylaşmasından ibarət olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi və həmin vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, və Şahid1 daxil olmuşdur. Lakin əməliyyata Şahid1 rəhbərlik etmişdir. Məhərrəmov X2 yerləşən «Araz» marketin yaxınlığında onlar tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon X9 Polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs oğlnun üzərindən siqaret qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirmək məqsədilə onlar Təqsirləndirilən şəxsla birlikdə həmin evə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayının altından qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satmadığını, özünün istifadə etdiyini onlara bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs onun atasıdır. Atası Abidin uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkir. Ona görə də atası Abidin həmişə müxtəlif dərmanlar qəbul etmişdir. Lakin o, atasının narkotik vasitə olan marixuanadan istifadə etdiyini görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onların yaşadıqları evə gəlmişlər. Atası vərəm xəstəliyindən əziyyət çəkdiyindən onlar atası üçün ayrıca otaq ayırmışlar və atası həmin otaqda yaşamışdır. Polislər onların evinə gəldikdən sonra atasının yaşadığı otağa baxış keçirmişlər. Polislər onun atasının otağından kağızın içərisində qurudulmuş narkotik vasitə marixuana və taxtadan olan yeşikdə narkotik vasitə olan marixuananın qalığını aşkar etmişlər. Baxış vaxtı onun atası polis əməkdaşlarına aşkar edilmiş narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əkdiyini və qurudub saxladığını bildirmişdir. Bundan əlavə, onun atası Abidin “İnstagram” adlı sosial şəbəkədə özünə məxsus səhifə vasitəsilə narkotik vasitə olan marixuanadan istifadə edərkən çəkdiyi videosunu paylaşmışdır. Atası həmin videoda yük maşınını sürərkən narkotik vasitə marixuanadan istifadə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə marixuananı üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Abşeron rayon X9 Polis bölməsinə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 29) görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Mehdiabad Polis bölməsində şəxsi axtarış keçirilmiş və o, əynində olan pəncəyin sağ iç cibindən iki bükümdə qurudulmuş narkotik vasitə marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, onun yaşadığı evə baxış keçirilmiş və evin mətbəx hissəsində qurudulmuş narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm üzərində, həm də yaşadığı evdə aşkaredilmiş narkotik vasitə marixuananın ona məxsus olduğunu etiraf etmiş, aşkar edilmiş narkotik vasitələrin çəkisi ilə razılaşmış və bunu mübahisələndirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan pəncəyin sağ iç cibindən baş tərəfi kəsilmiş siqaret qutusunda saxladığı iki ədəd şəffaf kağıza bükülü 0,406 qram və 0,321 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş narkotik vasitə marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bəyan etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün saat 17:10-dan saat 18:00-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində yerləşən jurnal masasının üzərində bir ədəd sellofan bağlamada - 1360 qram, iki ədəd qəzet bükülüdə - ümumi təmiz çəkisi 645 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli izahatdan (cild 1, iş vərəqə 30) görünür ki, həmin günTəqsirləndirilən şəxs izahat verərək üzərində və yaşadığı evdə aşkarlanmış qurudulmuş narkotik vasitə olan marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4020 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki,tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli polietilen bağlamadakı bir ədəd şəffaf sellofan bükümdə bir ədəd qəzet bükülüdə və həmin bağlamanın içərisində, ümumi çəkisi 1360 qram, bir ədəd sellofan bağlamadakı iki ədəd qəzet bükülüdə ümumi çəkisi 645 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərindən ……» yazısı və imzalar olan paketdəki bir ədəd «Maqna» adlı siqaret qutusunda 2 (iki) ədəd papirosun içərisində tütün və çəkisi – 0,406 qram, 0,321 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 2005,727 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 47-48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 4(012)-78/2020 saylı qərarından (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış, ekspertiza tədqiqatından sonra qalığı 0,687 qram olan qurudulmuş narkotik vasitə marixuana və 2004,75 qram olan qurudulmuş narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlanc kamerasına verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 76) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında cinayət törətməmiş və məhkum edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 814 saylı rəyindən (cild 1, iş vərəqə 104-105) görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma diaqnozlu psixi xəstəlik, remissiya vəziyyətində müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixi vəziyyəti (1988-ci ildən psixi vəziyyətində dəyişikliklərin başlanması, onda əsəbilik, yuxu pozuntuları, şübhələr, qorxuların meydana gəlməsi, bununla əlaqədar psixiatrik xəstəxanalarda, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasında «Şizofreniya paranoid forma» diaqnozu ilə bir neçə dəfə müalicədə olması, həmçinin hazırkı müayinələrin nəticələri – təfəkkürünün autiklik elementləri müəyyən edilməsi, emosional-iradi sferasının nisbətən enməsi və sair) sübut edir. Cinayət işinin materialları, tibbi sənədin və hal-hazırkı müayinənin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Belə ki, həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesabolunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi xəstəliklə əlaqədar ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də yoxlanılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 1332 saylı rəyindən (cild 1, iş vərəqə 106-107) görünür ki,Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs arvadı, dörd övladı (bir oğul, üç qız), yaşlı anası və oğlunun ailəsi ilə birlikdə ünvan 1-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 123-128) görünür ki,Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında Azərbaycan Respublikasında əkilib-becərilməsi qadağan olunmuş narkotik vasitələri öz həyətində əkdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında olan həyətyanı sahədə narkotik tərkibli çətənə kolunun əkilməsi və becərilməsi mümkündür. Lakin qeyd olunan sahədə çətənə bitkisinin kolu və kökü aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 130-13729) görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı verilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalığı çəkisi 0,687 qram və 2004,75 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuananın və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi haqqında videogörüntünü əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalığı çəkisi 0,687 qram və 2004,75 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuananın saxlanılması üçün Abşeron rayon Polis İdarəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi haqqında videogörüntünü əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 110) görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş çıxarışdan (cild 1, iş vərəqə 110A) görünür ki, Təqsirləndirilən şəxs “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkdiyindən ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 1986-cı il tarixli xəstəlik haqqında çıxarışın surətindən (cild 1, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olarkən nevroloji xəstəliyə tutulmuş və müalicə almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X10 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, eləcə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətlərinin olması və cinayət əməlinin qəsdən törədilməsi tam təsdiq olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində yerləşən «Araz» marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon X9 Polis bölməsinə aparılmışdır. Orada video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmiş və onun əynindəki pencəyin sağ iç cibində baş tərəfi kəsilmiş siqaret qutusunda 2 (iki) ədəd bükümdə çəkiləri 0,406 qram və 0,321 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Bundan sonra həmin gün saat 17:10-dan saat 18:00-dək Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Ə.Vahid küçəsində yerləşən 27 saylı evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqda olan jurnal masasının üzərində 1 (bir) ədəd sellofan bağlamada - 1360 qram, həmin otaqda olan taxta yeşikdə 2 (iki) ədəd qəzet bükülüdə - 645 qram,ümumi təmiz çəkisi 2005,727 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək onun üzərindən qurudulmuş narkotik vasitə olan marixuananın aşkarlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış həmin narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək onun yaşadığı evdə qurudulmuş narkotik vasitə olan marixuananın aşkarlanmasını və həmin vasitənin ona məxsus olmasını bildirmiş və etiraf etmişdir. Lakin o, evində aşkarlanmış narkotik vasitənin çəkisi ilə razılaşmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs onun üzərindən və evindən aşkarlanmış narkotik vasitələri öz istifadəsi üçün öz həyətində əkib-becərdiyini və qurudaraq istifadə etdiyini bildirmişdir. Bununla da o, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifələr Təqsirləndirilən şəxs hansı qaydada və haradan qurudulmuş narkotik vasitə olan marixuananı əldə etməsinin, aşkar edilmiş narkotik vasitələrin çəkisinin və onun tərəfindən əldə edilmiş narkotik vasitələrin hansı məqsədlə və niyyətlə əldə edilməsinin müəyyən edilməsindən ibarətdir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında onun üzərindən və evindən aşkarlanmış narkotik vasitə olan marixuananı yaşadığı evin həyətində əkib-becərdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında araşdırılmış xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında olan həyətyanı sahədə narkotik tərkibli çətənə kolunun əkilməsi və becərilməsi mümkün olsa da, həmin sahədə çətənə bitkisinin kolu və kökü aşkar edilməmişdir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs başqa mənbədən narkotik vasitə olan marixuananı əldə etməsi halları müəyyən edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini təqzib edəcək hallar müəyyən edilmədiyindən, məhkəmə göstərilən hissədə Təqsirləndirilən şəxs verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Qeyd edilənləri və Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun üzərindən və evindən aşkarlanmış qurudulmuş narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə etmiş, yəni həmin vasitələrə yiyələnməyə yönəldilmiş hərəkətləri etmişdir. Həm şəxsi axtarış, həm də evə baxış keçirilməsi barədə prosessual hərəkətlər video çəkiliş vasitəsi ilə həyata keçirildiyindən, həmin prosessual hərəkətlərdə təqsirləndirilən şəxs və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçi iştirak etdiyindən, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən aşkarlanmış narkotik vasitələrin çəkisi mübahisələndirilmədiyindən, eləcə də aşkarlanmış narkotik vasitələrin növünün və çəkisinin müəyyən edilməsi barədə ekspertiza rəyi ilə təqsirləndirilən şəxs və onun müdafiəçisi razılaşdığından, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında onlar tərəfindən aşkarlanmış narkotik vasitələrin çəkisi ilə bağlı hər hansı vəsatət verilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə külli miqdarda, yəni 2005,727 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkarlanmış narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən hansı məqsədlə qanunsuz olaraq əldə edilməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyinə düçar olması cinayət işinin mübahisəsiz halıdır. Yəni onun narkotik vasitə olan marixuanadan istifadə etməsi cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, o, yaşadığı evin həyətində çətənə bitkisi əkmiş, sonra onları qurudaraq istifadə etmişdir. O, ifadəsində gündə 3-4 dəfə, yəni gün ərzində təxminən 1-2 qram narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə onun üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələrin ümumi çəkisinin iki kiloqramdan çox olduğunu və onun gündəlik istifadə dozasının təxminən 1-2 qram təşkil etdiyini nəzərə alaraq, onun özü üçün təxminən 3-4 illik narkotik vasitə tədarük etməsini inandırıcı saymır. Bundan başqa, onun üzərindən aşkar edilmiş narkotik vasitənin bükümlərdə olmasını, həmin bükümlərin birdəfəlik istifadə üçün nəzərdə tutulmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib saxlamış və daşımışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən iki ədəd şəffaf kağıza bükülmüş 0,406 qram və 0,321 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, həmin narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması, hər bir bükümdə olan narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulması, təqsirləndirilən şəxsin yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ağır çəkidə olması, həmin narkotik vasitələrin bir-birinindən ayrı saxlanılması, evdə aşkar edilmiş qurudulmuş marixuananın çəkisinin qanunla müəyyən edilmiş çəkidən, yəni 500 (beş yüz) qramdan artıq olması (külli miqdar təşkil etməsi), Təqsirləndirilən şəxs tərəfindən çətənə bitkisinin özünə məxsus torpaq sahəsində əkilibbecərilməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs çətənə bitkisini özünə məxsus torpaq sahəsində əkib-becərərkən, onları qurudarkən və istifadə üçün hazır vəziyyətə gətirərkən, bundan başqa, həmin narkotik vasitələri bükümlərə bölərkən, həmin qaydada üzərində saxlayaraq daşıyarkən məqsədi və niyyəti həmin narkotik vasitələri satmaq və ya digər formada əvəzli şəkildə özgəninkiləşdirmək olmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli kimi tövsif edir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Cinayət işində olan xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma diaqnozlu psixi xəstəlik, remissiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan o, anlaqlı hesab olunmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi xəstəliklə əlaqədar ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də yoxlanılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə görə təqsirkar şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışsa o, ümumi qaydada cinayət məsuliyyətinə cəlb edilir. Lakin ona qanunla müəyyən edilmiş qaydada tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilər. xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 814 saylı rəyində Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, eləcə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi cinayət əməlinə görə ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb edilməli, lakin ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını, uzun müddət “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkməsini, İ qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, eləcə də onun uzun müddət ərzində psixi xəstəlikdən əziyyət çəkdiyini, İ qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 1332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin o, İ dərəcəli əlil olması səbəbindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Lakin o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,687 qram və 2004,75 qram olan qurudulmuş narkotik vasitə marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi haqqında videogörüntünü əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,687 qram və 2004,75 qram olan qurudulmuş narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilməsi haqqında videogörüntünü əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-755/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-755/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver