Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-755/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X23 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X21, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yerləşən inzibati binada qeydiyyatda olmaqla, faktiki ünvan 2-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində tanışı X7 əri Zərərçəkmiş şəxs oğlıı ilə aralarında yaranmış narazılığı həll etmək üçün sonuncunun ailə üzvləri ilə danışıq aparmaq məqsədi ilə Rufanə Bağırovanın anası X4 xahişi əsasında sonuncunu idarə etdiyi özünə məxsus Chevrolet Cruze markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən götürüb Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi 154 saylı ünvanda yerləşən binanın qarşısına gətirmiş, həmin vaxt orada olan X20 heç bir əsaslı səbəb olmadan ona ailədaxili məsələlərinə qarışmasını, eləcə də qaynanası Sevinc Cabbarovanı həmin yerə gətirməsini bəhanə edib onun ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu vurmaqla qisas almaq məqsədi ilə idarə etdiyi avtomobildə saxladığı zavod üsulu ilə hazırlanmış, bir tərəfı kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını götürüb Zərərçəkmiş şəxs həmin bıçaqla bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yan səthində, orta qoltuqaltı xətt üzrə Vİİİ qabırğaarası sahədə olan, döş boşluğuna nüfuz edən diafraqmanı deşərək qarın boşluğuna keçən yoğun bağırsağın müşariqəsini zədələmiş bir ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 2 ünvanında tək yaşamışdır. Təxminən 2016-cı ildən etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. 2021-ci ildə “Zəhər tuluğu” özəl kommersiya filminin çəkilişlərində inzibatçı vəzifəsində çalışmağa başlamışdır. İnzibatçı olaraq vəzifə öhdəlikləri filmin çəkilişi zamanı orada çalışan şəxslərə istədikləri yardımın göstərilməsindən ibarət idi. Həmin vaxtlarda orada qrim ustaları kimi işləmiş Sevinc Cabbarova və Rufanə Bağırova ilə tanış olmuşdur. Sevinc və Rufanə onun yaşadığı evin yaxınlığında olan ünvanda yaşadıqlarına görə, o, iş gününün sonu onları idarə etdiyi avtomobili ilə evlərinə aparmış, həmçinin onların başqa hansı ünvana getməli olduqları vaxtlarda ona bir taksi sürücü kimi müraciət etdikləri vaxtlarda onları təmənnasız şəkildə dedikləri ünvana aparıb gətirmişdir. Zərərçəkmiş şəxs Rufanənin həyat yoldaşı kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs qaynanası Sevinc xanım ona bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Rufanəni vuraraq xəsarət yetirdiyi üçün onlar artıq boşanmaq ərəfəsindədirlər və Rüfanəni döydüyünə görə də Nəsimi Rayon Məhkəməsində hazırda cinayət işinə baxılır. Filmin çəkilişləri zamanı dəfələrlə Rufanənin Zərərçəkmiş şəxs tərəfindən ağır təhqirlərə məruz qalmasının şahidi olmuşdur. Bununla əlaqədar o, Fəridlə Rufanəyə qarşı etdiyi hərəkətlərdən çəkindirmək məqsədi ilə bir neçə dəfə söhbət etsə də, Fərid yenə də Rufanəni narahat edərək, onu təhqir etmiş və döymüşdür. 18 oktyabr 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olan zaman Sevinc Cabbarova istifadə etdiyi mobil telefon nömrəsindən ona zəng edərək onları kürəkəni Zərərçəkmiş şəxs bacısı Səbinə adlı qadının yaşadığı ünvana aparmağını xahiş etmiş, o da ona etiraz etməyib həmin gün Sevinc Cabbarovanı dediyi ünvana aparmışdır. Zərərçəkmiş şəxs həmin vaxt orada olacağı barədə əvvəlcədən məlumatı olmamışdır. Onlar, Sevinc Cabbarovanın dediyi ünvana gəldikdə həmin vaxt evin qarşısında dayanmış Zərərçəkmiş şəxs qaynanası Sevinci gətidiyini görmüş və bu zaman ona yaxınlaşıb qaynanası Sevinc Cabbarovanı gətirməyinə görə irad tutmuş və söymüşdür. Zərərçəkmiş şəxs onun ünvana işlətdiyi nəlayıq ifadələrə reaksiya verməsə də, Fərid ona yumruqla xəsarət yetirdiyinə görə onların arasında mübahisə baş vermişdir. Fəridin qaydasız döyüş idman növü ilə məşğul olmasını və fiziki olaraq güclü olduğunu bildiyinə görə o, Fəridi qorxutmaq üçün çörək doğramaq məqsədilə avtomobilində saxladığı biçağı götürərək üzərində saxlamışdır. Həmin vaxt Fəridə xəsarət yetirmək məqsədi olmamış, sonuncunun əvvəllər etdiyi qeyri-adekvat davranışlarının şahidi olduğunudan, o, bıçaqla Fəridi qorxudaraq bu hərəkətlərindən çəkindirə biləcəyini düşünmüşdür. Aralarında yaranmış mübahisə zamanı Fəridin ona qarşı dəfələrlə ağır söyüşlər işlədərək, yumruqla ardıcıl xəsarətlər yetirdiyindən o, özünü müdafiə etmək üçün həmin vaxt üzərində olduğu bıçaqla Fəridi bir dəfə vurmuşdur. Aldığı bıçaq zərbəsindən sonra Fərid yerə oturmuş, o, isə həmin vaxt şok vəziyyətində olduğuna görə oradan uzaqlaşıb, təslim olmaq üçün Yasamal rayon Poils İdarəsinin 29-cu Polis Şöbəsinə gedərək, könüllü olaraq Zərərçəkmiş şəxs vurduğu bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bir daha bildirmək istəyir ki, Fəridlə aralarına yaranmış mübahisə Fəridin ona qarşı etdiyi hərəkətlərə görə baş vermişdir. Zərərçəkmiş şəxs onunla Sevinc Cabbarova ilə aralarında olan sevgi münasibətləri barədə ibtidai istintaq zamanı verdiyi ifadələri həqiqəti əks etdirmir. Belə ki, o, həmişə Sevinc Cabbarova və Rufanə Bağırovaya qarşı böyük hörmətlə yanamış, onları bacıları kimi qəbul etmişdir. Bu səbəbdən, Fəridin onları narahat edərək, hər ikisini ağır söyüşlərlə təhqir etməsi və Rufanəni mütəmadi olaraq döyməsi ona pis təsir etdiyindən, o, Fəridi bu yoldan mədəni şəkildə çəkindirmək istəsə də, Fərid hər dəfə zəng edərək ona qarşı nəlayıq ifadələr işlətmiş və bu da onların arasında münasibətlərin pisləşməsinə səbəb olaraq bu vəziyyətə gətirib çıxarmışdır. Törətiyi əməldən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə vaxtı, yeri və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən Yasamal RPİ-nin inzibati binasında qeydiyyatda olsada, Yasamal rayonu, Şərifzadə küçəsində yeıiəşən nömrəsini bilmədiyi evdə kirayədə yaşayır. Şahid1 ilə 2013-cü ildə ailə qurmuş və onların iki qız övladları var. O, Rüfanə ilə ailə qurnadan sonra qaynanası Şahid2nm yaşadığı evdə yaşamış və onların həmişə yaxşı münasibətləri olmuşdur. Lakin 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs onun qaynanası Sevinclə tanış olandan sonra onun Rüfanə arasında narazılıqlar yaranmışdır. Həmin narazılığın səbəbi də qaynanası Sevincin qızını öyrətməsi olmuşdur. Sonra arvadı Şahid1 onun barəsində hüquq mühatlzə orqanlarına da müraciət etmişdir ki, güya o, Rüfanəni vurub xəsarət yetirmişdir. Bu barədə də müraciətə Nəsimi rayon Məhkəməsində baxılsa da həmin fakt sübuta yetirilməmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində o, idarə etdiyi avtomaşmla Karl Marks deyilən ərazidə arvadı Şahid1nm çəkilişdə olduğunu görüb dayanmış və ona yaxınlaşıb bildirmişdir ki, onun uşaqlarını ondan gizlətməsin və uşaqları ilə görüşməsinə icazə versin. Həmin vaxt o, Rüfanə ilə yalnıx söhbət etmiş və başqa ona heç bir söz deməmişdir. Sonra o. DİN-nin 102-xidmətinə zəng vurub məlumat vermişdir ki, gələcəkdə Rüfanə onun barosində şikayət etməsin ki. o. Rüfanəni vurmamış və ya onu təhqir etməmişdir. Bundan sonra o, Rüfanədən ayrılıb yaşadığı evə gəlmiş, təxminən bir saat keçəndon sonra qaynanası Sevinc onun mobil telelonuna zəng vuraraq bildirmişdir ki, o. Rüfanənin iş yerinə gedərək güya Rüfənin üzünə tüpürmüş və onu təhqir etmişdir. O, isə Sevincə demişdir ki, o, yalnız Rüfanə ilə söhbət etmişdir ki, uşaqlarını ondan gizlətməsin. Bu zaman Məcid Sevincin telefonunu alıb onun ünvanma nəlayiq söyüşlər söyərək onu təhqir etmiş və Sevinc ona demişdir ki, bacısı Rəvanənin evinə gəlir. Sonra o, bacısı Rəvanəyə zəng vurub demişdir ki. Sevinc onun yaşadığı evə gəlir. Rəvanə isə ona demişdir ki. Sevinc onunla da danışaraq bildirib ki, onun yaşadığı evə gəlir. Bundan sonra o, həyətə diışüb Sevincin gəlməsini gözləmiş, təxminən 15 dəqiqə sonra Məcid idarə etdiyi avtomobillə onun bacısının yaşadığı məhləyə, yəni Yasamal rayonu. X24 küçəsi 154 saylı binanın həyətinə gəlmiş, həmin vaxt avtomobilin qabaq sağ tərəfındən qaynanası Şahid2 sonra isə avtomobilin sol qabaq tərəfındən Təqsirləndirilən şəxs düşmüşdür. Həmin vaxt onlarla onun arasında təxminən 10-15 metr məsafə olmuşdur. Sevinc onu Məcidə göstərərək demişdir ki, ''Məcid odur oğraş dayanıb”. Lakiıı Sevinc həmin vaxt ona başqa bir söz deməmişciir. Təxminən 1-2 dəqiqə keçəndən sonra Məcid ağaciann arasından çıxıb onun üstünə gələrok yumruqla onun sol tərəf döş qəfəsimdən bir dəfə vurmuş, o, ağrını hiss edib əlini döş qəfəsinə aparan zaman Məcid ikinci dəfə əlində olan əşya ilə onun döş qəfəsindən yenə də vurmuşdur. O, Məcidə demişdir ki. "məni bıçaqla vurdıın”, Məcid də söyüş söyərək demişdir ki, ‘'əcəb eləmişəm”. Bu zaman Sevinc qışqıraraq bildirmişdir ki, “Məcid dobey, öldür oğraşı". Məcid isə geri çönüb onun ünvanına söyüş söymüş o isə zərbədən halı pisləşərək yerə yıxılmışdır. Onlar isə oradan uzaqlaşıb getmişlər. O, isə hüşunu itirmiş və ayılanda artıq xəstəxanada olmuşdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Məcid onun bacısı Rəvanənin yaşadığı evi tanımır Məcidi həmin ünvana Sevinc gətirmişdir, hadisə zamanı hava qaranlıq olduğuna görə o. Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. (cild 01, iş vər. 103-106) Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olmaqla, birgə nikahdan X14 və X17 adlarında övladları var. Təqsirləndirilən şəxs qrim ustası kimi işlədiyi “Zəhər tuluğu” kommersiya filminin çəkilişlərindən tanıyır. Təqsirləndirilən şəxs vəzifəsi çəkilişlərdə iştirak edən şəxsləri idarə etdiyi avtomobillə evlərinə aparmaqdan ibarət olduğundan, həmçinin anası ilə birlikdə yaşadırları ünvan 5 ünvanına yaxın ərazidə yaşadığı üçün onu və anası Şahid2 Nürəddin qızını da işdən sonra evə aparmışdır. Fəridlə ailə qurduqdan sonra onların ailəsində mütəmadi olaraq münqişələr baş vermişdir. Son illər Fəridin ona əl qaldırması, özünü və onlarla birlikdə yaşamış anası Sevinc Cabbarovanı nəlayıq ifadələrlə söyməsi səbəbindən vəziyyət dözülməz həddə çatmış və o, Fəridlə boşanmaq qərarına gəlmişdir. Birgə nikahdan olan övladlarına görə Fəridlə əvvəllər aralarında baş vermiş xoşagəlməz halları unudaraq mədəni şəkildə ayrılmaq istəsə də, Fərid ona məum olmayan səbəblərdən dəfələrlə yaşadığı evə və iş yerinə gələrək onu insanlar arasında təhqir etmiş və döymüşdür. Bu səbəbdən o məcburiyyət qarşısında qalaraq, Fəridin barəsində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Fəridin ona xəsarətlər yetirməsi ilə bağlı etdiyi şikayət əsasında Fəridin barəsində başlanılmış cinayət işinə hazırda Nəsimi Rayon Məhkəməsində baxılmaqdadır. Hüquq mühafizə orqanlarına etdiyi şikayətlərə baxmayaraq, Fərid hazırda da ona və anası Sevinc Cabbarovaya zəng edərək onları nəlayıq ifadələrlə təhqir edir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, Məcid Fəridin hadisədən əvvəlki vaxtlarda ona və ailəsinə qarşı olan davranışının şahidi olmuşdur. Məcid ona və anası Sevinc Cabbarovaya bir qardaş kimi həmişə mənəvi dayaq olub və onlara köməklik göstərmişdir. Fəridlə onun arasında münaqişələr yaranandan sonra Məcid bir neçə dəfə Fəridlə söhbət edərək ona qarşı hər hansı bir təhqirlər etməməsini və onu döyməməsini irad tutmuşdur. 18 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində o, çəkilişdə olan zaman avtomobildə əyləşib yemək yeyərkən Fəridin özünə məxsus avtomobillə həmin yerə gələrək onu izlədiyini görmüşdür. Həmin vaxt o, avtomobildən düşərək arxa tərəfə keçən zaman Fərid avtomobilini onun yanında saxlayıb maşından düşərək ona yaxınlaşmış və onun əlindən tutub saxlayaraq ünvanına nəlayiq söyüşlər söymüşdür. Bu zaman o, iş yoldaşlarının onları gördüklərini görmüş və onu çağırmışlar, o, da Fəridin yanından ayrılıb işinə davam etmişdir. Həmin gün saat 22 radələrində o, yaşadığı evə gələrək Fəridin ona qarşı etdiyi hərəkəti anası Sevincə danışmış, bu zaman anası Fəridə zəng vurub ondan əl çəkməsini bildirmiş, lakin Fərid telefonda anasının ünvanına söyüş söyüb telefonu söndürmüşdür. Bundan sonra Sevinc tanışı Təqsirləndirilən şəxs zəng vuraraq onu Fəridin bacısının yaşadığı evə aparmağı xahiş etmiş, bir neçə dəqiqə keçəndən sonra Məcid özünə məxsus olan avtomobillə onların yaşadığı ünvana gələrək Sevinclə birlikdə Fəridin bacısı Rəvanənin yaşadığı evə getmişlər. Həmin gün axşam saatlarında anası Şahid2 ona zəng vurub bildirmişdir ki, Məcid bıçaqla Fəridi vurmuş, Fərid aldığı xəsarətə görə xəstəxanaya yerləşdirilmişdir. Fəridlə Məcid arasında baş vermiş mübahisənin səbəsi barədə məlumatı olmasa da, Fəridin necə insan olduğunu bildiyinə görə Məcidin onu vurmasının səbəkarı Fəridin olduğunu düşünür və Məcidin hazırda həbsdə olmasından çox təəssüflənir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş kürəkənidir. X29 Zərərçəkmiş şəxsla sonuncunun qızı Rufanəni mütəmadi olaraq söyməsi və döyməsi səbəbindən 2021-ci ildə rəsmi olaraq boşanmışdır. Hazırda ünvan 6 ünvanda pasport qeydiyyatdadır və həmin ünvanda qızı X13 və qızının Zərərçəkmiş şəxsla birgə nikahdan olan övladları 2014-cü il təvəlldülü qızı X17 və 2018-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır. O, 2012-ci il tarixdən bu günə kimi X1 qrim rəssamı işləyir və qızı X13 isə 2018-ci il tarixdən bu günə kimi onunla birlikdə X1 qrim rəssamı işləyir. Təqsirləndirilən şəxs isə X2 bədii filmində inzibatçı işləyir və həmçinin taksi sürüçüsü kimi özünə məxsus avtomobili ilə fəaliyyət göstərir. Təxminən 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs qızı Rufanəni döyərək ona bədən xəsarəti yetirdiyinə görə Fəridin barəsində Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə qızı tərəfındən şikayət ərizəsi ilə müraciət edilmiş və həmin şikayət ərizəsi əsasında toplanmış materialın baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Nəsimi rayon məhkəmdə işə baxılması davam etdirilir. Buna baxmayaraq Fərid yenidən onu və qızı Rufanəni söyüb təhqir edərək onu naharat etmiş və hazırda da mütəmadi olaraq zəng edərək onları təhqir etməyə davam edir. Bundan əlavə Fərid dəfələrlə barəsində həqiqəti əks etdirməyən şəxsiyyətini alçaldan məlumatlar yaymaqla, onun və qızının adını ləkələmək istəmişdir. Fəridin bu kimi hərəkətlərinin şahidi olmuş Məcid bir neçə dəfə Fəridlə söhbət edərək ona və qızına qarşı hər hansı bir təhqirlər etməməsini xahiş etmiş və Rufanəni döyməsinə irad tutmuşdur. 18 oktyabr 2021-ci il tarixdə saat təxminən 23:00 radələrində o, yaşadığı ünvan 7 ünvanda olan zaman, qızı Rufanə işdən evə gələrək bildirmişdir, Fərid onun iş yerinə gələrək iş yoldaşlarının qarşısında yenidən onu söyüb təhqir edərək hədələmişdir. O, Fəridə zəng edərək qızı Rufanə ilə işi olmamasını və onun barəsində bacısı Rəvanəyə şikayət edəcəyini bildirmiş, Fərid isə onu nəlayıq ifadələrlə söymüşdür. Bu zaman o, Məcidə zəng edərək avtomobili ilə onu Fəridin bacısı Rəvanənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi 154 saylı ünvana aparmağını xahiş etmiş və həmin vaxtı Məcid onu həmin ünvana aparmışdır. Bu zaman Məcid avtomobildən yerə düşmüş, o, isə avtomobildə əyləşmişdir ki, Rəvanəyə zəng edib və onunla söhbət edərək Fəridə bir böyük kimi onu başa salısın ki, Fərid onun qızından əl çəksin və onu narahat etməsin. Dediyi ünvana çatdırları zaman Fəridin orada olmasını görmüş. Bu zaman Fərid Məcidə yaxınlaşaraq Məcidin onu bacısı Rəvanənin yaşadığı ünvanına gətirdiyinə görə irad tutmuş və Məcidi söyərəq yumruqla vurmuşdur. Bu səbədbən Fəridlə Məcidin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Məcidin əlində bıçaq görməmiş, onların əlbəyaxa döyüşdüklərin görmüşdür. Təxminən 10 dəqiqə keçdikdən sonra Məcid avtomobilə əyləşərək ona Fəridi bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Məcid onu avtomobili ilə yaşadığı ünvana aparmış, özü isə Polis Şöbəsinə təslim olacağını bildirmişdir. Fəridlə onun qızı Rufanənin arasında münasibətlərin pis olmağına baxmayaraq o, heç vaxt istəməzdir ki, Məcid ona hər hansı bir xəsarət yetirsin. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “cinayət işinin başlanması haqqında” 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi 154 saylı ünvanm qarşısında tanışı Zərərçəkmiş şəxs qaynanasını onun bacısının yaşadığı ünvana gətirdiyi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən sol döş qəfəsindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının toranoabdominal. daxilə nüfuz edən kəsilmiş-deşihniş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarəti yetirməsi barədə Yasamal RPİ-nə məlumat daxil olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (cild 01, iş vər.1). Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisinin həmin şöbənin rəisinə olan 19 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 00:30 radələrində 4 saylı TTYS-nin həkimi Məmmədovanın 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bakı şəhəri, ünvan 8 ünvanında Məcid adlı şəxs tərəfindən bıçaqlanması nəticəsində böyrək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat verməsini bildirmişdir (cild 01, iş vər. 04). Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi, polis mayoru Məftun İsrafilov tərəinfən tərtib olunmuş 19.10.2021-ci il tarixli akdan görünür ki, 19 oktyabr 2021-ci il tarixdə saat 01:30 rədələrində vətəndaş Əbilov X18 rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gələrək Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirərək, könüllü olaraq cinayətdə istifadə etdiyi bir ədəd bıçağı təqdim etdi (cild 01, iş vər. 4-5). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, 19.10.2021 -ci il tarixdə Yasamal RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Valeh Nəbiyev tərəfindən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baş vcrmiş hadisə yerinin ünvan Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi 154 saylı ünvanın qarşısıdır, 18 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs tərəfındən onun sol döş nahiyyəsinə bıçaqla vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsi 154 saylı ünvanın qarşısında yaşayış binası və həmin binanın birinci mərtəbəsində eləcə də ətrafında ticarət obyektlərinin olması müşahidə olunur. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Valeh Nəbiyev tərəfindən baxış keçirilərkən fotoşəkillər çəkilərək fotocədvəl tərtib olunmuş və həmin cədvəl protokola əlavə edilrnişdir. Protokol ucadan oxunmuş ərizə və şikayət daxil olmamışdır (cild 01, iş vər. 7-9). İşdə olan 19 oktyabr 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokol və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, X3 20 oktyabr 2021-ci il tarixdə saat Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Valeh Nəbiyev tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 22-23, 74-76). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 oktyabr 2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 88-89). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 94-95). İşdə olan “diskə baxış keçirilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ZYKLEN’' yazı olan gümüşü rəngli SD-R modelli diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, SD-R diskdə 7 faylı vardır, həmin faylın yeddisi audio yazı var, 7 faylın beşinə tərəfimdən baxış keçirildi, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir səs yazısı aşkar edilmədi. 5-ci faylda yerləşən audio səs yazısına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin yazı telefon danışığı zamanı qeydə alınmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin danışıq 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun arasında olmuşdur. SD-R diskə baxış keçirilir (Təqsirləndirilən şəxs- alo, Zərərçəkmiş şəxs-nə üçün zəng vurmusan, nə istəyirsən, Təqsirləndirilən şəxs-nccə nə istəyirsən, Zərərçəkmiş şəxs-deyirəm ki. nə üçün zəng vurmusan və nə istəyirsən. Təqsirləndirilən şəxs-sən hardasan, Zərərçəkmiş şəxsgörüşmək istəyirsən, Təqsirləndirilən şəxs-qız deyilsən ki, səninlə görüşüm. mən səndən qorxuram. qaçıb gizlənirəm, sənin gücünə bələd oldum ki, sən qız döyürsən, güclü oğlansan, buna görə də səndən qaçıb gizlənirəm, bacının canı üçün səndən qorxub gizlənirəm, Zərərçəkmiş şəxs-bacının canı üçün, ananın canı üçün gəl səninlə götrüşürəm, gəlirsənmi şəhidlərə. Təqsirləndirilən şəxs-şəhidlərə niyə gəlim ki, atan ölməyib, sonra isə nəlayiq söyüşlə söyür. gəl başqa yerdə görüşək, arvadın evinə tüpürən oğlansan, Zərərçəkmiş şəxs-nəlayiq ifadələr işlədərək söyüş söyür, Təqsirləndirilən şəxsgəl kaktusun yanına. Zərərçəkmiş şəxs- nəlayiq itadə işlədir, sonra isə ara kəsilir). 6-cı faylda yerləşən audio səs yazısına baxış keçirilərkən müəyyən olunur ki, həmin yazı telefon danışığı zamanı qeydə alınmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin danışıq 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun arasında olmuşdur. SD-R diskə baxış keçirilir (Şahid2-gəlirəm bacının evinə, Təqsirləndirilən şəxs-nəlayiq ifadələr işlədərək deyir ki. gəl bacının məhləsinə, Zərərçəkmiş şəxs- nəlayiq ifadələr işlədərək dcyir ki, gəl görəcəksən). Bununla da diskə köçürülmüş SD-R diskinə baxış keçirilməsi başa çatmışdır (cild 01, iş vər. 118, 143). Məhkəmə-ballistik ekspertizasının 29.10.2021-ci il tarixli, 3/1800 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq. zavod üsulu ilə hazııianmış, bir tərəfi kəsici. ucu deşici xassəyə malik olan, təsərrüfat-məişəl təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. (cild 01, iş vər. 122-125) Azərbaycan Respublikası Səhiyyə Naziıiiyi Məhkəmə- Tibbi Ekspertiza və X11 X31 ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 1098 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthində. orta qoltuqaltı xətt üzrə Vİİİ qabırğaarası sahodə olan, döş boşluğuna nüfuz edən, diafraqmanı deşorək qarın boşluğuna keçən, yoğun bağırsağın müşariqəsini zədəloyon bir ədəd deşilmişkəsilmiş yara deşici kosici alotin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə. yəni 18.10.2021-ci il tarixdə bıçaqla yetirilmosi mümkündür. dərəcəsinə görə hoyat üçün tohlükəli olan sağlamlılğa AGİR zərər vurmaya aiddir. (cild 01, iş vər 129-132) “Üzləşdirmə keçirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı üzləşdirmə keçirilmiş və üzləşmə zamam iş üzrə Zərərçəkmiş şəxs itadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (cild 01, iş vər. 144-146) İş üzrə keçirilmiş Azorbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 X31 məhkomə tibbi-bioloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 925/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki. maddi sübutların mohkomo tibbi todqiqino osasən aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şoxs X9 qan qrupu- A/İİ/. (Toqdim olıınan şəxsiyyəti təısdiq edən sənədlər üzro axtarış vorəqəsinin kserosurətinə əsasən)
2. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt mayka, sviter və gödəkcə üzərindo insan qanı ləkələri aşkar olundu. Bu qan ləkolorinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda kkA'’ və ’İT' antigeni. alt üzərindəki ləklordə həmçinin beta aqqlyuntinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qrııplu şəxsə, o cümlədən bağırov Foriq Vaqif oğluna məxsus ola bilər./əgər onun qanında müşayiotçi H antigeni varsa/.
3. Tədqiqata təqdim olunmuş X15 moxsus şalvar üzərində isə qana şübhəli lokolor aşkar olunmadı (cild 01, iş vər. 159-163) İş üzrə keçirilmiş Azərbaycan Respublikası Sohiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X12 X31 məhkəmə tibbi-kriminalistik ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 789/2021-MTKŞ nömroli rəyində göstorilmişdir ki. maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara, iş materiallarına. 925/2021-MTBŞ saylı royo osasən aşağıdakı nəticəyə gəlinir:
1. Ekspertizaya toıqdim edilmiş Zərərçəkmiş şəxs moxsus gödəkçənin, köynəyin vo maykanın sol yan nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zodə aşkar edildi. Bu zodə iti ucu. iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alotin təsirindən əmələ gəlmişdir. Bu zədələri yetirən alətin daxil olma səviyyəsində eni 1,8 sın-ə qədər ola bilər.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin və maykanın sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onıın bədəninin döş qəfəsinin sol yan nahiyəsində olan deşilmiş kəsilmiş yarası ilə yeıiəşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Vaqil' oğluna məxsus şalvarın öndən bağlandığı birinci düymə yerində yoxdur. Düymənin yerində olmaması ona küt qüvvə tətbiq etməklə, onun qopub-düşməsi ilə izah oluna bilər.
4. Ekspertizaya toqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltaıiarın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar:
5. Gödəkçənin köynəyin və maykanın sol-yan nahiyəsində yerləşən qeyri-müəyyən formalı. kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kopilyaıiıq faktoru üzrə səthə hopmuşlar. (cild 01, iş vər. 165- 168) İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Naziıiiyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X31 ambulator məhkəmə- psiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli. 172 saylı rəyində göstərilmişdir ki, cinayət işinin materialllarından və hal-hazırkı müayinənin nəticələrinin tədqiqi və təhlili əsasmda belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstrəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmahdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarmdadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 168-170). Cinayət işinin materiallarına əlavə olunmuş elektron məhkəmə sisteminin sərhədkeçmə məlumatlarına dair çıxarışından görünür ki, Zərərçəkmiş şəxs 16 dekabr 2021-ci il tarixdə X19 aeroportundan təyyərə ilə Ukrayna Respublikasının Kiyev şəhərinə gedərək Azərbaycan Respublikasının ərazisini tərk etmiş və hazırki vaxtadək geri qayıtmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənin elektron poçt ünvanına göndərilmiş 28.03.2022-ci il tarixli müraciətdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs elektron qaydada müraciət edərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə eyni məzmunda müraciət etməklə,faktiki olaraq həmin ifadəsini təsdiq etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd hərbi geyim rəngində gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd uzunqol köynək və 01 ədəd mayka dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD-R disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd hərbi geyim rəngində gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd uzunqol köynək və 01 ədəd mayka dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD-R disk isə cinayət işinin materiallarında saxlanılsın İş üzrə ekspertiza xərcləri cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Məhəmməd Əkbərov
Hakimlər Faiq Qəniyev İlham Mahmudov